Məhkəmə qərarları › İş №2-1(103)-475/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-475/2023

04.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-475/2023 04.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı (“X3” Təhsil Kompleksi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Doğum Evi publik hüquqi şəxsi üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ İş № 2-1(103)-475/2023 (Açar sözlər: “hamiləlik və doğuma görə müavinətin ödənilməsi ”) Bakı şəhəri 04 iyul 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Səid Şəhniyar oğlu İbrahimlinin katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1658/2022 saylı, 29 iyun 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 04 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bolqarıstanda yaşayan İddiaçı əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədlər “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli Qərarının 35-ci bəndinə əsasən xəstəlik vərəqələri ilə əvəz olunmuşdur. Sənədlərin əvəz olunması nəticəsində SN 00006 seriyalı 819918 nömrəli (xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək olan dövr – 45 gün) SN 00006 seriyalı, 819940 nömrəli (xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək olan dövr – 42 gün) əmək qabiliyyətinin olmaması vərəqəsi verilmişdir.

2. “X3” Təhsil Kompleksi (SUN: **********0; VÖEN: **********) tərəfindən İddiaçı aid xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrü əhatə edən SN 00006 seriyalı, 819918 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəli Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilmişdir (daxil olma tarixi xx.xx.2020-ci il, geri qaytarılma tarixi xx.xx.2020-ci il; daxil olma tarixi xx.xx.2020-ci il, geri qaytarılma tarixi xx.xx.2020-ci il).

3. Haqq-hesab cədvəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamə”yə uyğun tərtib edilmədiyi üçün aşağıda göstərilən uyğunsuzluqlar qeyd edilməklə icra olunmadan cavabdeh tərəfindən geri qaytarılmışdır: - mükafat məbləği düzgün daxil edilməyib; - çıxılan iş günlərinin sayı düzgün daxil edilməyib; - aylıq əmək haqqı düzgün daxil edilməyib; - məzuniyyətin verilməsi barədə əmrin tarixi düzgün daxil edilməyib.

4. SN 0006 seriyalı, 819918 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə əmək qabiliyyətinin itirildiyi dövr xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək (45 gün) olan dövrü əhatə etməsinə baxmayaraq sığortaedən tərəfindən hamiləliyə və doğuşa görə verilmiş xx.xx.2020-ci il tarixli, 162-ş nömrəli əmrdə İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 126 təqvim günü müddətində ödənişli sosial məzuniyyət verilmişdir. Əmək qabiliyyətnin olmaması vərəqəsində əmək qabiliyyətinin itirildiyi dövrün başlanğıc tarixi xx.xx.2020-ci il olmasına baxmayaraq, hamiləliyə və doğuşa görə məzuniyyət əmri xx.xx.2020-ci il tarixində verilmişdir.

5. Əmək qabiliyyətinin olmaması vərəqələrində əmək qabiliyyətinin itirildiyi günlər (xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək olan dövr) eynilik təşkil etdiyindən sənədlərin hər ikisinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilməsi cavabdeh tərəfindən mümkün olmamışdır.

6. Məhkəmə araşdırması dövründə iddiaçının nümayəndəsi və vəkili tərəfindən əmək qabiliyyətinin olmaması vərəqələrində olan yanlışlıqların aradan qaldırılması məqsədilə mübahisəli dövrlər üzrə Bolqarıstan Respublikasından xəstənin yeni ambulator kartaları əldə edilmiş, notarial qaydada tərcümə və təsdiq edilərək məhkəməyə təqdim edilmişdir.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hamiləlik və doğuma görə müvafiq müavinətin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bolqarıstan vətəndaşı İddiaçı “X4” məktəbində müəllimə vəzifəsində çalışmışdır. 04 oktyabr 2019-cu il tarixində səhhəti ilə əlaqədar olaraq ölkəsinə geri qayıtmış, orada xəstəxanaya müraciət etmişdir. Xəstəxana şəxsə hamiləlik diaqnozu qoymuş və yataq şəraitində hamiləlik dövrünü keçirməsi tövsiyyə olunmuşdur. İddiaçı həmin müddətdən hal-hazıradək Bolqarıstanda yaşayır və xəstəlik vərəqəsini işəgötürənə təqdim etmişdir. Bildirir ki, sözügedən xəstəlik sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 189 saylı qərarına müvafiq olaraq xəstəlik vərəqələri ilə əvəz edilmişdir. İşəgötürən tərəfindən zəruri sənədlər toplanaraq 27 avqust 2020-ci il tarixində İddiaçı hamiləlik və doğuma görə analıq məzuniyyətinə çıxmasına görə Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmişdir. Buna baxmayaraq, DSMF tərəfindən 5-ci dəfə müxtəlif əsaslar göstərərək müavinatın ödənilməsindən imtina etmişdir. İşəgötürən tərəfindən göstərilən göstərişlər icra edilsə də, bu günədək müavinat ödənilməmişdir. İddiaçı işlədiyi dövr ərzində qanunamüvafıq qayda əmək haqqından tutulmalar aparılsa da, hüquqları pozularaq hamiləlik və doğuma görə müavinat bu günə qədər ödənilməmişdir. Bundan sonra tərəflərindən Dövlət Sosial Müdafiə Fonduna müraciət edilmiş, inzibati orqan 19 aprel 2021-ci il tarixində rəsmi qaydada təqdim edilmiş imtina məktubu ilə cavab vermişdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsində göstərilmişdir ki, sosial sığorta hadisəsi baş verdikdə hamiləliyə və doğuma görə müavinət ödənilir. Sözügedən Qanunun 3-cü maddəsində göstərilmişdir ki, sosial sığortanın prinsipləri aşağıdakılardır: sosial sığortanın müntəzəmliyinə dövlət təminatı; sosial sığortanın ümumiliyi; sosial sığortanın işçilərə əmək qabiliyyətinin itirildiyi hər bir halda təminat verməsi; sosial sığorta subyektlərinin hüquq bərabərliyi; dövlət sosial sığortasının məcburiliyi; məcburi dövlət sosial sığortasının idarə edilməsində ictimai təşkilatların iştirakının təmin olunması. Göründüyü kimi hazırki halda cavabdeh tərəfindən Qanunla müəyyən edilmiş prinsiplər pozulmuş, müvafiq tutulmaların aparılmasına baxmayaraq iddiaçıya müavinat verilməmişdir. Həmin Qanunun 4-cü maddəsinin tələblərinə müvafiq olaraq İddiaçı münasibətdə sığorta hadisəsi baş vermiş, lakin cavabdeh heç bir əsas olmadan müxtəlif əsaslar gətirərək qanunla üzərinə düşən öhdəlikləri icra etmir. Belə ki, cavabdehin göstərdiyi əsaslar sığorta hadisəsinə məruz qalmış iddiaçının bu hüququnu məhdudlaşdırmamalıdır. Göründüyü kimi, hazırki halda cavabdeh tərəfindən qanunla müəyyən edilmiş prinsiplər pozulmuş, müvafiq tutulmaların aparılmasına baxmayaraq iddiaçıya müavinat verilməmişdir. Həmin Qanunun 4-cü maddəsinin tələblərinə müvafiq olaraq İddiaçı münasibətdə sığorta hadisəsi baş vermiş, lakin cavabdeh heç bir əsas olmadan müxtəlif əsaslar gətirərək qanunla üzərinə düşən öhdəlikləri icra etmir. Belə ki, cavabdehin göstərdiyi əsaslar sığorta hadisəsinə məruz qalmış iddiaçının bu hüququnu məhdudlaşdırmamalıdır. "Dövlət" Rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, yuxarıda göstərilən faktlara, sübutlara və mövcud qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz olduğundan və imtina məktubunda qeyd olunan dəlillər əsassız olduğundan, iddia tələbi təmin edilməli və İddiaçı hamiləlik və doğuma görə müvafiq müavinatın ödənilməsinin həvalə edilməsi barədə qərar qəbul edilməlidir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8709/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə “X3” Təhsil Kompleksi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Doğum Evi publik hüquqi şəxsi üçüncü şəxs qismində cəlb edilmişlər.

10. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, hamiləlik və doğuma görə qanunvericilikdə müəyyən edilmiş qaydada 126 və 14 gün üçün müavinətin ödənilməsinə dair öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

11. Cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddianın əsassız olduğundan təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Etiraza əsasən, “X4” Təhsil Kompleksi (SUN: **********0; VÖEN: **********) tərəfindən İddiaçı aid xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrü əhatə edən SN 00006 seriyalı 819918 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəli Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edimiş (daxilolma tarixi xx.xx.2020-ci il, geri qaytarılma tarixi xx.xx.2020-ci il; daxilolma tarixi xx.xx.2020-ci il, geri qaytarılma tarixi xx.xx.2020-ci il), lakin haqq-hesab cədvəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə uyğun tərtib edilmədiyi üçün aşağıda göstərilən uyğunsuzluqlar qeyd edilməklə icra olunmadan geri qaytarılmışdır: Mükafat məbləği düzgün daxil edilməyib; Çıxılan iş günlərinin sayı düzgün daxil edilməyib; Aylıq əmək haqqı düzgün daxil edilməyib; Məzuniyyətin verilməsi barədə əmrin tarixi düzgün daxil edilməyib.Nəzərə çatdırmışlar ki, SN 00006 seriyalı, 819918 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə əmək qabiliyyətinin itirildiyi dövr xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək (45 gün) olan dövrü əhatə etməsinə baxmayaraq sığortaedən tərəfindən hamiləliyə və doğuşa görə verilmiş xx.xx.2020-ci il tarixli 162-ş nömrəli əmrdə İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 126 təqvim günü müddətində ödənişli sosial məzuniyyət verilmişdir. Əmək qabiliyyətinin olmaması vərəqəsində əmək qabiliyyətinin itirildiyi dövrün başlanğıc tarixi xx.xx.2020-ci il-ci il olmasına baxmayaraq hamiləliyə və doğuşa görə məzuniyyət əmri xx.xx.2020-ci il tarixində verilmişdir. İşçi qaydada aparılan araşdırma nəticəsinə müəyyən olunmuşdur ki, Bolqarıstanda yaşayan İddiaçı əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədlər "Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarının 35-ci bəndinə əsasən xəstəlik vərəqələri ilə əvəz olunmuşdur. Sənədlərin əvəz olunması nəticəsində SN 00006 seriyalı 819918 nömrəli (xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək olan dövr - 45 gün) SN 00006 seriyalı 819940 nömrəli (xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək olan dövr - 42 gün ) əmək qabiliyyətinin olmaması vərəqəsi verilmişdir. Əmək qabiliyyətinin olmaması vərəqələrində əmək qabiliyyətinin itirildiyi günlər (xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədən olan dövr) eynilik təşkil etdiyindən sənədlərin hər ikisinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilməsi mümkün deyildir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikasınının Əmək Məcəlləsinin 125-ci maddəsinə əsasən Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələri qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənişin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 67-ci bəndinə əsasən doğuma görə müavinət müəyyən olunmuş qaydada verilən xəstəlik vərəqəsinə əsasən təyin olunur. Başqa sənədlər müavinətin ödənilməsi üçün əsas sayılmır. “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarının 18-ci bəndinin 2-ci abzasına əsasən hamiləlik və doğuma görə xəstəlik vərəqəsi birdəfəlik 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətinə verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda, xəstəlik vərəqəsi 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü) müddətinə verilir. SN 00006 seriyalı 819918 nömrəli xəstəlik vərəqəsində diaqnoz bölməsində “hamiləlik" qeyd olunmasına baxmayaraq, hamiləlik üzrə ikinci xəstəlik vərəqəsi hesab olunan SN 00006 seriyalı 819940 nömrəli xəstəlik vərəqəsində bu hissədə “təcili keysəriyyə əməliyyatı” qeyd olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, sığortaolunan İddiaçı aid əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlləri Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqqhesab cədvəllərinin emalı) altsisteminə daxil edilmiş və cəmi 14.133,21 manat ödənişə göndərilmişdir.

13. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 119-cu bəndində nəzərdə tutulub ki, “Müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar.” Qanunvericiliyin müddəasından da aydın olur ki, haqq-hesab cədvəlinin qanunauyğun (nəzərdə tutulmuş tələblərə cavab verən) formada göndərilməsinə müəssisə rəhbərliyi və mühasibi cavabdehdir. Sığortaedən tərəfindən qeyd olunan uyğunsuzluqlar aradan qaldırılaraq haqq-hesab cədvəli yenidən Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) alt sisteminə daxil edildikdən sonra iddiaçının müavinətlə bağlı tələbi təmin oluna bilər.

14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1658/2022 saylı, 29 iyun 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.

15. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən əmək qabiliyyətinin olmaması vərəqələrində olan yanlışlıqların aradan qaldırılması məqsədilə mübahisəli dövrlər üzrə Bolqarıstan Respublikasından yeni xəstənin ambulator kartaları əldə edilərək, notarial qaydada tərcümə və təsdiq edilərək məhkəməyə təqdim edilməsinə baxmayaraq, mövcud qanunvericiliyin tələblərinə əsasən iddiaçının Azərbaycan Respublikasının dövlət dilinə tərcüməsinin notarial qaydada təsdiq edilmiş respublikadan xaricdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədləri və Azərbaycan Respublikasında yaşayış yerini təsdiq edən sənədi ilə birlikdə Doğum evinə yenidən müraciət edilməmişdir.

16. Halbuki, “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 yanvar 1993-cü il tarixli, 9 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında” Təlimatın 35-ci bəndinə əsasən sığorta haqqı ödəyənlərə müvəqqəti olaraq onlar respublikadan xaricdə olduqda əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədlərin əsaslığı şübhə doğurmursa və təcili müalicəyə ehtiyac yoxdursa, həmin sənədlər yaşayış və ya iş yeri üzrə tibb müəssisələrinin HMK-sı tərəfindən xəstəlik vərəqələri ilə əvəz olunur.

17. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən sığorta haqqı ödəyənlər müvəqqəti olaraq onlar respublikadan xaricdə olduqda əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədlərin əsaslığı şübhə doğurmursa və təcili müalicəyə ehtiyac yoxdursa, həmin sənədlər yaşayış və ya iş yeri üzrə tibb müəssisələrinin HMK-sı tərəfindən xəstəlik vərəqələri ilə əvəz edilməli olsa da, iddiaçının əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar sənədləri müvafiq tibb müəssisəsinə təqdim olunaraq xəstəlik vərəqələri ilə əvəz edilməmişdir.

18. Məhkəmə hesab edir ki, iddiaçının əvvəlki əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədləri əsasında əvəz edilmiş xəstəlik vərəqələrində olan yanlışlıqlar nəticəsində həmin məlumatların Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilməsi mümkün olmadığından və əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş xəstənin yeni ambulator kartaları qanunvericiliyin tələblərinə əsasən yaşayış və ya iş yeri üzrə tibb müəssisələrinin HMK-sı tərəfindən xəstəlik vərəqələri ilə əvəz edilmədiyindən iddia tələbi mövcud vəziyyətdə əsaslı hesab edilməyərək, təmin edilməməlidir.

19. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə, “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 yanvar 1993-cü il tarixli, 9 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında” Təlimatın 35-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

20. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1658/2022 saylı, 29 iyun 2022-ci il tarixli qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 27-ci hissəsində qeyd olunmuşdur ki, sığortaolunana respublikadan xaricdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədlər yaşayış və ya iş yeri üzrə müalicə - profilaktika idarələri tərəfindən xəstəlik vərəqələri ilə əvəz olunur, iş yerində ümumi əsaslar üzrə sığortaolunana müavinət təyin edilir və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada ödənilir. Məhz bu səbəbdən iddiaçının respublikadan xaricdə aldığı əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar sənəd Doğum Evi tərəfindən xəstəlik vərəqələri ilə əvəz olunmuşdur. Lakin əvəz edilmiş xəstəlik vərəqələrinin guya ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsisteminə daxil edilməsi mümkün olmamışdır.Məhkəmə tərəfindən mübahisənin həlli istiqamətində tədbirlər görülməsi əvəzinə iddiaçıya cavabdehin tələbləri ilə yenidən xəstəlik vərəqələrinin təqdim edilməsi tələb edilmiş və məhkəmə iclasları uzun-uzadı təxirə salmışdır. Tərəflərindən yenidən və cavabdehin “tələbinə” uyğun olaraq xəstəlik vərəqələri əldə edilmiş, bu dəfə də iş üzrə cəlb edilmiş Doğum evi və ona nəzarət edən “TƏBİB” vərəqələri dəyişməkdən imtina etmişdir. Belə ki, Poliklinikadan imtina cavabı gəldikdən sonra imtinanın səbəbini öyrənmək üçün 08 aprel 2022-ci il tarixinindən etibarən istər e-mail, istərsə də qaynar xətt vasitəsilə dəfələrlə “TƏBİB”ə müraciətlər edilsə də, müxtəlif bəhanələrlə icra etməmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinin 20 iyun 2022-ci il tarixli, PHŞ/6-2-2022-3369 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, daha öncə İddiaçı aid əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədləri xəstəlik vərəqələri ilə əvəz edildiyindən yenidən xəstəlik vərəqələri ilə əvəz edilmə qeyri-mümkündür. Bu hallar məhkəmənin diqqətinə çatdırılsa da, məhkəmə qanunsuz olaraq iddiaçının vərəqəni dəyişdirmədiyi qərarında göstərmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə birinci instansiya məhkəməsində iddia ərizəsinə etirazla oxşar məzmunlu yazılı etiraz daxil olmmuşdur.

c) Prosses iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

24. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdaredilmiş iddiaçı (vəkili) məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

25. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

26. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz.

27. “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 yanvar 1993-cü il tarixli, 9 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında” Təlimatın 35-ci bəndi: Sığorta haqqı ödəyənlərə müvəqqəti olaraq onlar respublikadan xaricdə olduqda əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədlərin əsaslığı şübhə doğurmursa və təcili müalicəyə ehtiyac yoxdursa, həmin sənədlər yaşayış və ya iş yeri üzrə tibb müəssisələrinin HMK-sı tərəfindən xəstəlik vərəqələri ilə əvəz olunur.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquqvə azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X5 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Apellyasiya baxışının hədləri

30. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

31. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

33. İddia tələbinin faktiki halları ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, Bolqarıstan vətəndaşı İddiaçı “X4” məktəbində müəllimə vəzifəsində çalışmışdır. 04 oktyabr 2019-cu il tarixində səhhəti ilə əlaqədar olaraq ölkəsinə geri qayıtmış, orada xəstəxanaya müraciət etmişdir. Xəstəxana şəxsə hamiləlik diaqnozu qoymuş və yataq şəraitində hamiləlik dövrünü keçirməsi tövsiyyə olunmuşdur. İddiaçı həmin müddətdən hal-hazıradək Bolqarıstanda yaşayır.İddiaçı hazırkı iddia tələbində hamiləlik və doğuma görə qanunvericilikdə müəyyən edilmiş qaydada 126 və 14 gün üçün müavinətin ödənilməsinə dair öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

34. Belə ki, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir ona görə ki, “X4” Təhsil Kompleksi (SUN: **********0; VÖEN: **********) tərəfindən İddiaçı aid xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrü əhatə edən SN 00006 seriyalı 819918 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəli Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edimiş (daxilolma tarixi xx.xx.2020-ci il, geri qaytarılma tarixi xx.xx.2020-ci il; daxilolma tarixi xx.xx.2020-ci il, geri qaytarılma tarixi xx.xx.2020-ci il), lakin haqq-hesab cədvəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə uyğun tərtib edilmədiyi üçün aşağıda göstərilən uyğunsuzluqlar qeyd edilməklə icra olunmadan geri qaytarılmışdır: Mükafat məbləği düzgün daxil edilməyib; Çıxılan iş günlərinin sayı düzgün daxil edilməyib; Aylıq əmək haqqı düzgün daxil edilməyib; Məzuniyyətin verilməsi barədə əmrin tarixi düzgün daxil edilməyib.Nəzərə çatdırmışlar ki, SN 00006 seriyalı, 819918 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə əmək qabiliyyətinin itirildiyi dövr xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək (45 gün) olan dövrü əhatə etməsinə baxmayaraq sığortaedən tərəfindən hamiləliyə və doğuşa görə verilmiş xx.xx.2020-ci il tarixli 162-ş nömrəli əmrdə İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 126 təqvim günü müddətində ödənişli sosial məzuniyyət verilmişdir. Əmək qabiliyyətinin olmaması vərəqəsində əmək qabiliyyətinin itirildiyi dövrün başlanğıc tarixi xx.xx.2020-ci il-ci il olmasına baxmayaraq hamiləliyə və doğuşa görə məzuniyyət əmri xx.xx.2020-ci il tarixində verilmişdir.

35. Cavabdeh tərəfindən işçi qaydada aparılan araşdırma nəticəsinə müəyyən olunmuşdur ki, Bolqarıstanda yaşayan İddiaçı əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədlər "Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarının 35-ci bəndinə əsasən xəstəlik vərəqələri ilə əvəz olunmuşdur. Sənədlərin əvəz olunması nəticəsində SN 00006 seriyalı 819918 nömrəli (xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək olan dövr - 45 gün) SN 00006 seriyalı 819940 nömrəli (xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək olan dövr - 42 gün ) əmək qabiliyyətinin olmaması vərəqəsi verilmişdir. Əmək qabiliyyətinin olmaması vərəqələrində əmək qabiliyyətinin itirildiyi günlər (xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədən olan dövr) eynilik təşkil etdiyindən sənədlərin hər ikisinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilməsi mümkün deyildir.

36. Cavabdeh iddiaçıya məlumat üçün bildirmişdir ki, Azərbaycan Respublikasınının Əmək Məcəlləsinin 125-ci maddəsinə əsasən Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələri qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənişin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 67-ci bəndinə əsasən doğuma görə müavinət müəyyən olunmuş qaydada verilən xəstəlik vərəqəsinə əsasən təyin olunur. Başqa sənədlər müavinətin ödənilməsi üçün əsas sayılmır. “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarının 18-ci bəndinin 2-ci abzasına əsasən hamiləlik və doğuma görə xəstəlik vərəqəsi birdəfəlik 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətinə verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda, xəstəlik vərəqəsi 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü) müddətinə verilir. SN 00006 seriyalı 819918 nömrəli xəstəlik vərəqəsində diaqnoz bölməsində “hamiləlik" qeyd olunmasına baxmayaraq, hamiləlik üzrə ikinci xəstəlik vərəqəsi hesab olunan SN 00006 seriyalı 819940 nömrəli xəstəlik vərəqəsində bu hissədə “təcili keysəriyyə əməliyyatı” qeyd olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, sığortaolunan İddiaçı aid əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlləri Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilmiş və cəmi 14.133,21 manat ödənişə göndərilmişdir.

37. Həmçinin, haqq-hesab cədvəlinin qanunauyğun (nəzərdə tutulmuş tələblərə cavab verən) formada göndərilməsinə müəssisə rəhbərliyi və mühasibi cavabdehdir. Sığortaedən tərəfindən qeyd olunan uyğunsuzluqlar aradan qaldırılaraq haqq-hesab cədvəli yenidən Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) alt sisteminə daxil edildikdən sonra iddiaçının müavinətlə bağlı tələbi təmin oluna bilər.

38. Birinci instansiya məhkəməsi cavabdehin yuxarıda qeyd edilən imtina dəlillərini əsaslı saymışdır və iddianı rədd etmişdir.

39. Məhkəmə Kollegiyası işin faktiki hallarına tətbiq olunan hüquq normalarına əsaslanaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

40. Belə ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən əmək qabiliyyətinin olmaması vərəqələrində olan yanlışlıqların aradan qaldırılması məqsədilə mübahisəli dövrlər üzrə Bolqarıstan Respublikasından yeni xəstənin ambulator kartaları əldə edilərək, notarial qaydada tərcümə və təsdiq edilərək məhkəməyə təqdim edilməsinə baxmayaraq, mövcud qanunvericiliyin tələblərinə əsasən iddiaçının Azərbaycan Respublikasının dövlət dilinə tərcüməsinin notarial qaydada təsdiq edilmiş respublikadan xaricdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədləri və Azərbaycan Respublikasında yaşayış yerini təsdiq edən sənədi ilə birlikdə Doğum evinə yenidən müraciət edilməmişdir.

41. Halbuki, “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 yanvar 1993-cü il tarixli, 9 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında” Təlimatın 35-ci bəndinə əsasən sığorta haqqı ödəyənlərə müvəqqəti olaraq onlar respublikadan xaricdə olduqda əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədlərin əsaslığı şübhə doğurmursa və təcili müalicəyə ehtiyac yoxdursa, həmin sənədlər yaşayış və ya iş yeri üzrə tibb müəssisələrinin HMK-sı tərəfindən xəstəlik vərəqələri ilə əvəz olunur.

42. Məhkəmə Kollegiyası vurğulayır ki, iddiaçı apellyasiya şikayətində iddianın təmin edilməsini istisna edən işin yuxarıda sadalanan faktiki hallarını təkzib edəcək sübut və dəlillərə istinad etməmişdir.

43. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən mübahisənin həlli istiqamətində tədbirlər görülməsi əvəzinə iddiaçıya cavabdehin tələbləri ilə yenidən xəstəlik vərəqələrinin təqdim edilməsi tələb edilmiş və məhkəmə iclasları uzun-uzadı təxirə salmışdır.Tərəflərindən yenidən və cavabdehin “tələbinə” uyğun olaraq xəstəlik vərəqələri əldə edilmiş, bu dəfə də iş üzrə cəlb edilmiş Doğum evi və ona nəzarət edən “TƏBİB” vərəqələri dəyişməkdən imtina etmişdir.Belə ki, Poliklinikadan imtina cavabı gəldikdən sonra imtinanın səbəbini öyrənmək üçün 08 aprel 2022-ci il tarixinindən etibarən istər e-mail, istərsə də qaynar xətt vasitəsilə dəfələrlə “TƏBİB”ə müraciətlər edilsə də, müxtəlif bəhanələrlə icra etməmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinin 20 iyun 2022-ci il tarixli, PHŞ/6-2-2022-3369 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, daha öncə İddiaçı aid əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədləri xəstəlik vərəqələri ilə əvəz edildiyindən yenidən xəstəlik vərəqələri ilə əvəz edilmə qeyri-mümkündür. Bu hallar məhkəmənin diqqətinə çatdırılsa da, məhkəmə qanunsuz olaraq iddiaçının vərəqəni dəyişdirmədiyini qərarında göstərmişdir.

44. Apellyasiya şikayətinin göstərilən dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, əvvəla iddiaçının xəstəlik vərəqələri əvəz edilsə də, əvvəlki əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədləri əsasında əvəz edilmiş xəstəlik vərəqələrində olan yanlışlıqlar aradan qaldırılmamış, ikincisi isə iddiaçı iddiasını Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinə, Doğum Evinə qarşı qaldırmamışdır.

45. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8709/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə “X3” Təhsil Kompleksi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Doğum Evi publik hüquqi şəxsi üçüncü şəxs qismində cəlb edilmişlər.

46. Məhkəmə Kollegiyası daha sonra qeyd edir ki, göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən sığorta haqqı ödəyənlər müvəqqəti olaraq onlar respublikadan xaricdə olduqda əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədlərin əsaslığı şübhə doğurmursa və təcili müalicəyə ehtiyac yoxdursa, həmin sənədlər yaşayış və ya iş yeri üzrə tibb müəssisələrinin HMK-sı tərəfindən xəstəlik vərəqələri ilə əvəz edilməli olsa da, iddiaçının əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar sənədləri müvafiq tibb müəssisəsinə təqdim olunaraq xəstəlik vərəqələri ilə əvəz edilməmişdir.

47. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının əvvəlki əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədləri əsasında əvəz edilmiş xəstəlik vərəqələrində olan yanlışlıqlar nəticəsində həmin məlumatların Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqqhesab cədvəllərinin emalı) altsisteminə daxil edilməsi mümkün olmadığından və əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş xəstənin yeni ambulator kartaları qanunvericiliyin tələblərinə əsasən yaşayış və ya iş yeri üzrə tibb müəssisələrinin HMK-sı tərəfindən xəstəlik vərəqələri ilə əvəz edilmədiyindən iddia tələbi mövcud vəziyyətdə əsaslı hesab edilməyərək təmin edilməməlidir.

48. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati 2-1(112)-1658/2022 saylı, 29 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1658/2022 saylı, 29 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar