Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4750/2025 28.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçı, Cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X7n nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X7nə qarşı xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli əlilliyin təyinindən imtina barədə qəbul edilmiş qərarların ləğv edilərək, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi səbəbi ilə 2 il müddətinə 35-60 faiz orqanizmin funksiyalarının pozulması ilə bağlı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, 2-1(112)- 5579/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X7nə qarşı xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli əlilliyin təyinindən imtina barədə qəbul edilmiş qərarların ləğv edilərək, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi səbəbi ilə 2 il müddətinə 35-60 faiz orqanizmin funksiyalarının pozulması ilə bağlı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir (tələb dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2-ci Qarabağ Müharibəsi iştirakçısı olmuş, döyüş tapşırığını yerinə yetirərkən xəsarət almışdır. Aldığı xəsarət səbəbindən müxtəlif dövlət və özəl tibb müəssisələrində müayinə və müallicədə olmuşdur. xx.xx.2022ci il tarixdə müayinə və müalicə üçün Azerbaycan Respublikasının Səhiyyə Nazirliyinin Gəncə Şəhər Psixiatriya Xəstəxanasına göndərilmiş və xx.xx.2022-xx.xx.2022-ci il tarixədək "Somatik əlamətlərlə müşahidə olunan orta dərəcəli depressiya epizodu, tavmadan sonrakı stress pozuntusu" diaqnozu ilə həmin tibb müəssisəsində stasionar müalicədə olmuşdur. xx.xx.2022-ci il tarixdə 9 saylı Şəhər Poliklinikası tərəfindən Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinə göndərilmişdir. xx.xx.2022-ci il tarixində SN Psixi Sağlamlıq Mərkəzinin direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin Baş Psixiatrı Tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunduqdan sonra ona "Posttravmatik stress pozuntusu, depressiv əlamətlərlə F43.1" diaqnozu təyin olunmuşdur. xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilərək barəsində "Xəstəliklər cədvəli"nin 17b, 89b maddəsinin İİ qrafasına əsasən "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır", diaqnoz "Mülayim dərəcədə ifadə olunmuş uzun müddətli postravmatik stress pozuntusu depressiv əlamətlərlə. Mülayim dərəcədə kəkələmə" müəyyən edilmiş və "Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır" qərarı verilmişdir. xx.xx.2022-xx.xx.2022-ci il tarixədək 2 nömrəli X1 stasionar müayinə və müalicədə olmuşdur. Bu zaman ona "uzun sürən posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla, intihar fikirləri ilə. Anamnezinde intihar cəhdi ilə" diaqnozu təyin olunmuşdur. Daha sonra səhhəti günügündən pisləşdiyinə görə xx.xx.2022-xx.xx.2022-ci il tarixədək Respublika Psixiatriya Xəstəxanasına müraciət etmişdir. Müayinələrin nəticəsində ona "Uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv əlamətlərlə, sui-qəsd cəhdləri və funksional tutmalarla (həftədə 2-ci dəfə)" diaqnozu qoyulmuşdur. xx.xx.2022-xx.xx.2022-ci il tarixinədək Ə.D.Məlikov adına X6 "Posttravmatik stress pozuntusu, depressiv əlamətlərlə. Xroniki posttravmatik baş ağrıları, tez-tez təkrarlanan simpato adrenal krizler (3-4 dəfə). Baş gicəllənmə. Kognitiv pozulmalar. İnsornniya. Xroniki beyin işemiyası. Diskogen beloma radikulopatiyası. Kökcük ağrı sindromu. Hipertoniya, İİ mərhələ" diaqnozu ilə stasionar müayinə və müalicədə olmuş, xx.xx.2022-ci il tarixdə SN Psixi Sağlamlıq Mərkəzinin baş direktoru professor Fuad İsmayılov tərəfindən müayinə olunub, "Fəlakətdən (müharibə) sonra şəxsiyyət dəyişikliyi, depressiv əlamətlərlə F 62,0" diaqnozu təyin olunmuşdur. xx.xx.2023-xx.xx.2023-cü il tarixədək Respublika Psixiatriya Xəstəxanasında "Fəlakətdən (müharibə) sonra şəxsiyyət dəyişikliyi, depressiv əlamətlərlə" diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur xx.xx.2023-cü il tarixdə Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyasında Psixi Sağlamlıq Mərkəzinin baş direktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunmuş və "Fəlakətdən (müharibə) sonra şəxsiyyət dəyişikliyi, depressiv əlamətlərlə və tez-tez təkrarlanan funksional tutmalarla F 62,0" diaqnozu təyin olunmuşdur. xx.xx.2023-cü il tarixdə 2 nömrəli X1 Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunduqdan sonra ona "Fəlakətdən (müharibə) sonra davamlı şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalarla, anamnezində intihar fikirləri və cəhdi ilə, tez-tez baş verən funksional tutmalarla F 62.0" diaqnozu təyin olunmuşdur. Bildirir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsi rəisi tərəfindən xəstəliyin səbəb əlaqəsinin təyini üçün hərbi həkim komissiyasına göndərilmiş, MN BKH-da baş nevroloq ilə konsultasiya olunmuşdur. Müharibədə aldığı travmalar səbəbindən səhhəti pisləşmiş və yuxarıda adlarını çəkdiyi tibb müəssisələrində müayinə müalicələrdə olmuşdur. Sonuncu müayinəsindən sonra onda əlillik üçün konkret göstərişlərin olduğuna dair əsaslar yaranmışdır. Elə buna görə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehnə ona əlillik təyin edilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən göndəriş verilmişdir (Forna 88). Lakin, xx.xx.2023-cü ildə əlilliyi qiymətləndirilərək ona "Fəlakətdən (müharibə) sonra davamlı şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalarla anamnezində intihar fikirləri cəhdi ilə tez-tez baş verən funksional tutmalarla, Xroniki postravmatik baş ağrısı Serebrovaskulyar xəstəliklərin nəticələri. Başgicəllənmə və duruşun pozğunluğu. Yuxuya getmənin və davam etməsinin pozğunluğu (yuxusuzluq) Digər rubrikalarda təsnif olunmuş xəstəliklərdə qulağın başqa zədələnmələri, bel və digər şöbələrin fəqərəarası disklərinin rad kulopatiya ilə zədələnmələri, İşiasla gedən lümbaqo" diaqnozu təyin edilmiş və Diaqnozun əlillik təyin etməməsi səbəbindən əlillikdən imtina edilmişdir. Daha sonra, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"nın 1.5.1-ci bəndinin tələblərinə uyğun olaraq yenidən müalicə olunmuşdur. Bakı 2 nömrəli X1 xx.xx.2024-xx.xx.2024; xx.xx.2024-xx.xx.2024; xx.xx.2024-xx.xx.2024 tarixlərdə müayinə-müalicə olunmuş, ona F62.0 və F62.1 xəstəlik diaqnozları qoyulmuşdur. Müalicə müayinələr nəticəsində xx.xx.2024-cü il tarixində həmin xəstəxana tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə E00229220JAE nömrəli göndəriş verilmişdir. Həmin göndəriş əsasında cavabdeh qurum tərəfindən xx.xx.2024-cü il tarixində əlilliyi qiymətləndirilərək əlilliyin təyinindən imtina olunmuşdur. Səbəb olaraq isə diaqnozun əlillik əlaməti təyin etməməsi göstərilmişdir. Görünür inzibati orqan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı Qərarı ilə təsdiq edilmiş, “Əlilliyin müəyyən olunması meyarları"nın məzmunu barədə tam məlumatlı olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nın əlavəsinin 7.7.1.1-ci bəndinə əsasən göstərilən diaqnozda olan xəstəyə 2 il müddətində 35-60 faiz əlillik dərəcəsinin təyini nəzərdə tutulur. Cavabdeh iddiaya qarşı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 10028 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Fəlakət (müharibə) keçirtdikdən sonra orta (mülayim) dərəcədə ifadə olunmuş şəxsiyyət dəyişikliyi, depressiv əlamətlərlə və tez-tez təkrarlanan funksional tutmalarla” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Serebrovaskulyar xəstəlik. Xroniki beyin işemiyası. İnsomniya. Tez-tez təkrarlanan simpato-adrenal krizlər. Koqnitiv defisit. Kökcük ağrı sindromu ilə müşayiət olunan diskogen mənşəli bel-oma radikuliti. Soltərəfli xroniki koxlear nevrit, soltərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqini sol qulaqda 5 (beş) metr, sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə. Sol əlin İ, İİİ, İV barmaqlarının, sağ bel, sağ kürək nahiyəsinin bərkimiş dəri çapıqları L4- L5 fəqərələrarası diskin yırtığı, L5-S1 fəqərələrarası diskin protruziyası” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022- xx.xx.2022-ci il tarixli 381/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Somatik əlamətlərlə müşahidə olunan orta dərəcəli depressiya epizodu. Travmadan sonrakı stress pozuntusu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2022-ci il tarixli 7760 nömrəli Tibbi rəyində diaqnoz “Posttravmatik stress pozuntusu, depressiv əlamətlərlə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 6198/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Uzun sürən posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla, intihar fikirləri ilə, anamnezində intihar cəhdi ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022- xx.xx.2022-ci il tarixli 11674/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv əlamətlər, sui-qəsd cəhdləri və funksional tutmalarla (həftədə 2-3 dəfə)” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2022-ci il tarixli 12269 nömrəli Tibbi rəyində diaqnoz “Fəlakətdən (müharibə) sonra şəxsiyyət dəyişikliyi, depressiv əlamətlərlə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023- xx.xx.2023-cü il tarixli ******* nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 233 nömrəli Tibbi rəyində diaqnoz “Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv əlamətlərlə və teztez təkrarlanan funksional tutmalarla” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 1998 nömrəli Tibbi rəyində diaqnoz “Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalarla, anamnezində intihar fikirləri və cəhdi ilə, tez-tez baş verən funksional tutmalarla” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 PHŞ xx.xx.2023- xx.xx.2023cü il tarixli 9004/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalarla, anamnezində intihar fikirləri və cəhdi ilə, tez-tez baş verən funksional tutmalarla” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, əsəbilikdən, gərginlikdən, yuxunun və yaddaşın pozulmasından, əl və ayağının qıc olmasından, boğulma hissindən şikayətlənmişdir. Özünə və ətrafdakılara xəsarət yetirdiyini, lakin sonra xatırlamadığını bildirmişdir. Ünsiyyətə süst başlamış, lakin spesifik suallar verildikcə aktivləşmiş, cavablandırmaqdan yayınmış, özünə yetirdiyi xəsarətləri araşdırdıqda “yadımda deyil” kimi cavab vermiş, davranışlarında nümayişkarlıq nəzərə çarpmışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Fəlakətdən sonra isterik tip şəxsiyyət pozuntusu” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamış, bələdliyi və tənqidi tam saxlanmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, 2- 1(112)-5579/2025 saylı qərarı ilə (hakim A.A.Abdullayeva) iddia təmin edilərək, cavabdehin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli əlilliyin təyinindən imtina barədə qəbul edilmiş qərarlarının ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi səbəbi ilə 2 il müddətinə 35-60 faiz orqanizmin funksiyalarının pozulması ilə bağlı əlilliyin təyin edilməsi öhdəliyinin Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, iddiaçının təqdimetdiyi sənədlər və məhkəməpsixiatrik ekspertizanın rəyinə əsaslanmış, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik təyinatına əsas verməməsi halı iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3- Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, göndərişdə olan diaqnozun Əsasnamədə mövcud olmasının müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin və onun ağırlaşmaları intrumental müayinə nəticələri ilə təsdiq olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Buna baxmayaraq Psixiatriya Mərkəzi heç bir instrumental müayinə əsasında vermədiyi və tamamilə subyektiv yanaşmanı əks etdirən rəyi məhkəmə əsas götürmüşdür. Birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən həkim rəylərinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmiş, göndərişdə və MHHK qərarında qeyd olunan reabilitasiya potensiallı xəstəlik əlillik səviyyəsində öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X7n nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, iddiaçının təqdimetdiyi sənədlər və məhkəmə-psixiatrik ekspertizanın rəyinə əsaslanmış, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Belə ki, göndərişdə əsas diaqnoz kimi “F62-fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu qeyd edilmişdir. Lakin həmin diaqnoza dair 187 nömrəli Qərara əsasən ağırlaşmalar, göndərişdə yanaşı xəstəliklər də qeyd edilməklə bərabər həmin xəstəliyin xarakterik göstəricilər də öz əksini tapmalıdır. Amma vətəndaşın axırıncı göndərişində müvafiq ağırlaşmalar qeyd edilməmişdir. Şəxsə əlilliyin təyini üçün orqanizmin funksiyalarının ən azı 35%-i pozulmalıdır. Ekspert rəyində diaqnoz öz təsdiqini tapsa da, orqanizmin funksiyalarının pozulma faizi qeyd edilməmişdir. “F62” diaqnozu müddətsiz əlillik üçün əsas göstərici deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh tərəfindən təkcə ona yox, eyni zamanda bir çox tanıdıqları var ki, bu cür haqsızlıq edilir. Məhkəmədən ədalətli qərarın qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - Məhkəmə-Tibbi Ekspertiza və X5 şəxsin məhkəmə-tibbi müayinəsi K/68 saylı bədən xəsarətlərinin təyininə dair aktla ekspert komissiyası vətəndaş, 1993-cü il təvəllüdlü İddiaçı MN MTE və PAM-da məhkəmə-tibbi müayinəsinə, SHXÇDX-dan təqdim edilmiş sənədlərdə, şahid izahatlarında və MN MHP-nın mütəxəssis rəyində olan məlumatlara əsaslanaraq, ekspert komissiyası aşağıdakı rəyə gəlmişdir: İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı (xx.xx.2022.) onun sol mil-bilək oynağının bayır səthində bir ədəd, sol əlin İ barmağının bayır səthində bir ədəd, sol əlin lll-İV barmaqarası sahədə bir ədəd, sağ bel nahiyəsində bir ədəd, sağ kürək nahiyəsində bir ədəd köhnə çapıq toxumalar aşkar edildi. İddiaçı xəsarət alması barədə heç bir tibbi sənədi olmadığına və hadisədən uzun müddət keçdiyinə görə, qeyd edilən xəsarətlərin yetirilmə mexanizmi və müddəti barəsində hazırda dəqiq fikir söyləmək mümkün deyildir, lakin çapıq toxumaların saxlanılmış bəzi morfoloji xüsusiyyətlərinə görə de mək olar ki, həmin çapıqlar 1-1,5 ildən çox olmayan müddət ərzində əmələ gəlmiş yaraların sağalmış izləridir, odlu silah mərmi partlaması zamanı yaranmış qəlpələrin təsiri nəticəsində tc rənməsinin mümkünlüyü inkar edilmir, bu xəsarətlərin müayinə olunanın göstərdiyi tarixdə və şəraitdə, 2020-ci ilin oktyabr ayında artilleriya mərmisinin partlaması nəticəsində qəlpələrin təsirindən törənə bilərlər. Hazırda qüvvədə olan “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 saylı qərarının rəhbərlik üçün elan edilməsi və Azərbaycan Respublikası Silahlı Qüvvələrində “Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimafın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin 14 mart 2008-ci il tarixli 123 №-li əmrinin 7 və 208-ci bəndlərinə uyğun olaraq, yaralanma barədə tibbi sənədlər olmadıqda, məhkəmə-tibb eksperti yalnız aşkar bədən zədələnmələrinin xarakterini və müddətini təyin edir. Xəstəliklərin, o cümlədən “kontuziya”nın diaqnostikası və səbət: əlaqəsinin təyini məhkəmə-tibb ekspertinin səlahiyyətlərinə aid deyildir. - Müdafiə Nazirliyinin 704 saylı Hərbi Hissənin xx.xx.2022-ci il tarixli, 3346 saylı travma haqqında arayışdan görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda Qubadlı rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan atəş nəticəsində “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv əlamətlərlə. Mülayim dərəcədə kəkələmə” diaqnozu ilə xəsarət almışdır. İlk tibbi yardım göstərildikdən sonra ixtisaslı müayinə üçün təxliyyə olunmuşdur. - Respublika Psixiatriya Xəstəxanası X7n xx.xx.2023-cü il tarixli, 233 saylı rəyindən görünür ki, iddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və Diaqnoz: Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv əlamətlərlə və tez-tez təkrarlanan funksional tutmalarla F 62.0 aşkar edilmişdir. - 2 saylı X4 X7n xx.xx.2023-cü il tarixli, 1998 saylı rəyindən görünür ki, iddiaçı Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və Diaqnoz: Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalarla, anamnezində intihar fikirləri və cəhdi ilə, tez-tez baş verən funksional tutmalarla F 62.0 aşkar edilmişdir. - Respublika Psixiatriya Xəstəxanası X7n xx.xx.2024-cü il tarixli, 5304 saylı rəyindən görünür ki, iddiaçı Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və Diaqnoz: Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalarla, anamnezində intihar fikirləri və cəhdi ilə, tez-tez baş verən funksional tutmalarla F 62.0 aşkar edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışa əsasən “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalar, anamnezində intihar fikirləri və cəhdləri, tez-tez baş verən funksional tutmalar”dizaqnozu ilə iddiaçının əlillik vəziyyəti sonuncu dəfə E00229220JAE nömrəli forma 88 (göndəriş) əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və ona əlillik dərəcəsinin təyin edilməsindən diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən imtina edilmişdir. - Agentliyin əyani müayinəyə əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-17-4/3- 3-8294/2024 saylı qərarına əsasən, iddiaçının psixi vəziyyəti mütəxəssislər tərəfindən “Fəlakətdən sonra yüngül ifadəli (isterik) şəxsiyyət pozuntusu. Aqrovasiya, simulyativ davranış” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər, həmçinin, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinnin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir - Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-5579/2025 saylı məhkəmə tibbi ekspertizasının təyin edilməsi barədə qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 tərəfindən xx.xx.2025-ci il tarixli, 3363 saylı məktubla təqdim edilmiş, İddiaçı haqqında olan xx.xx.2025-ci il tarixli, 1931 saylı ambulator məhkəmə psixiatrik ekspertizası rəyinə əsasən, yoxlanılan şəxs İddiaçı “Fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla və anamnezində funksional qıcolma tutmaları ilə (F62.0)” aşkar edilir. Bunu iş materialları, anamnestik məlumatlar (döyüşlərdə iştirak etməsi, stress keçirməsi, bundan sonra pxisi vəziyyətinin dəyişməsi, əsəbi olması, baş ağrılarından şikayət etməsi, xarici qıcıqlara qarşı həssas olması, gecə yuxusunun pozulması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”da “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalar. Anamnezində intihar fikirləri və cəhdləri, tez-tez baş verən funksional tutmalarla F62.0” diaqnozu ilə statisonar müalicədə olması) və hal-hazırki psixiatrik müayinənin nəticələri (əhvali ruhiyyəsinin dəyişkən olması, enməyə meyilli olması, xarici qıcıqlara qarşı həssas olması, emosional sferasının qeyri-stabil olması və s.) sübut edir. Yekun olaraq məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırmışdır: xx.xx.1993-cü il təvəllüdlü İddiaçı “Fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla və anamnezində funksional qıcolma tutmaları ilə” (F62.0) müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 67-ci maddəsinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə görə, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Beləliklə, işin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə E00229220JAE nömrəli forma 88 (göndəriş) əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilərək “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalar, anamnezində intihar fikirləri və cəhdləri, tez-tez baş verən funksional tutmalar” diaqnozunun əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Halbuki, iş materiallarında olan iddiaçı barəsində tibb müəssisələri tərəfindən tərtib edilmiş xəstəlik vərəqələrindən və iş materiallarına əlavə olunmuş ekspert rəyindən də, göründüyü kimi, İddiaçı “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalar, anamnezində intihar fikirləri və cəhdləri, tez-tez baş verən funksional tutmalar” müəyyən edilir. Anamnestik məlumatlar (döyüşlərdə iştirak etməsi, stress keçirməsi, bundan sonra pxisi vəziyyətinin dəyişməsi, əsəbi olması, baş ağrılarından şikayət etməsi, xarici qıcıqlara qarşı həssas olması, gecə yuxusunun pozulması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”da “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalar. Anamnezində intihar fikirləri və cəhdləri, teztez baş verən funksional tutmalarla F62.0” diaqnozu ilə statisonar müalicədə olması) və məhkəmə araşdırması zamanı psixiatrik müayinənin nəticələri (əhvali ruhiyyəsinin dəyişkən olması, enməyə meyilli olması, xarici qıcıqlara qarşı həssas olması, emosional sferasının qeyri-stabil olması və s.) bu halı təsdiq edir. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə tibbi ekspertizasının 1931 saylı rəyində iddiaçıda “Fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla və anamnezində funksional qıcolma tutmaları ilə” (F62.0) diaqnozunun müəyyən edildiyi qeyd edilmişdir ki, sözügedən diaqnozda göstərilən xəstəliklərin həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamədə, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda öz əksini tapması sübuta yetirilmişdir. Lakin, cavabdeh tərəfindən iddiaçının sağlamlıq vəziyyəti qiymətləndirilən zaman işin halları obyektiv və hərtərəfli qiymətləndirilməyərək qanunsuz və əsassız olaraq iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıda olan diaqnozların ona əlillik təyin edilməsi üçün əsas verməməsi ilə bağlı cavabdehin arqumenti əsaslı sayıla və qəbul edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayətinin yazılış qaydası daha çox narazılıq bəyanatı təsiri bağışlayır: ümumi ifadələrdən ibarətdir və əksər işlərə uyğunlaşdırıla bilən şablon üzrə işlənib, lakin şikayətdə məhkəmə qərarının hansı hissəsinin niyə səhv olduğu barədə yoxlanıla bilən hüquqi təhlil öz əksini tapmır. Şikayətdə həmçinin Ali Məhkəmənin diskresiya ilə bağlı yanaşmasına istinad da var. Lakin hazırkı işdə məhkəmə diskresiyanı əvəz edib qərar qəbul etməyib, əksinə diskresiyanın həyata keçirilməsinin qanuni çərçivəsini yoxlayıb. Diskresiya belə hallarda da şərtsiz azadlıq deyil, məhkəmə məhz diskresiyanın düzgün icra olunub-olunmadığını qiymətləndirməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Lakin bununla yanaşı qərarın nəticə hissəsində əlilliyin təyin edilməsi tarixi göstərilmədiyindən, qərar dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: Cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, 2-1(112)-5579/2025 saylı qərarı dəyişdirilsin. İddia tələbi təmin edilsin. Cavabdehin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli əlilliyin təyinindən imtina barədə qəbul edilmiş qərarları ləğv edilsin. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi səbəbi ilə xx.xx.2024-cü il tarixdən 2 il müddətinə 35- 60 faiz orqanizmin funksiyalarının pozulması ilə bağlı əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-4750/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4750/2025
28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver