Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4756/2025 10.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qərarın ləğv edilməsi və müddətsiz əlilliyin təyin edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X2 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7467/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiq edilmiş 16 iyun 2015-ci il tarixli 2027 nömrəli Xəstəlik haqqında şəhadətnamədə iddiaçının diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi “Keçirilmiş radiasion şüalanmadan (04.1998) sonrakı İ (birinci) mərhələ xroniki dissirkulyator ensefalopatiya. Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidmət vəzifələrini) yerinə yetirərkən alınmışdır” qeyd olunmuşdur.
2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 221 nömrəli qərarına əsasən iddiaçıda olan diaqnoz “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır”.
3. Cavabdeh tərəfindən verilmiş imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, xx.xx.2024-cü il tarixindən hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirilməklə əlaqədar səbəbindən orqanizmin funksiyalarının 60 faiz pozulmasına görə 1 il müddətinə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Aparılmış əlillik təyinatı ilə bağlı müddətlər qanunvericilikdə müddətsiz əlilliyin təyin edilməsi barədə qərar qanuni və əsaslıdır.
4. Qiymətləndirilmə nəticələrindən görünür ki, iddiaçıya: -xx.xx.2015-ci il tarixdən 1 il müddətinə “Şüalanmanın dəqiqləşdirilməmiş, effektləri. Postradiasion ensefalopatiya. Digər dəqiqləşdirilməmiş nevrotik pozuntular. Kəskin ifadə olunmuş asteno nevrotik sindrom. Energetik resursların artıq miqdarda daxil olması. İV (dördüncü) dərəcəli alimentar-konstitusional piylənmə” diaqnozu əsasında ikinci dərəcəli əlillik təyin edilmişdir. - xx.xx.2016-cı il tarixdən 5 il müddətinə “Şüalanmanın dəqiqləşdirilməmiş, effektləri. Postradiasion ensefalopatiya. Digər dəqiqləşdirilməmiş nevrotik pozuntular. Kəskin ifadə olunmuş asteno nevrotik sindrom. Energetik resursların artıq miqdarda daxil olması. İV (dördüncü) dərəcəli alimentar-konstitusional piylənmə” diaqnozu əsasında ikinci dərəcəli əlillik təyin edilmişdir. -xx.xx.2023-cü il tarixdən 1 il müddətinə T66 diaqnozu əsasında orqanizmin faiz pozulmasının 60% olmaqla əlillik təyin edilmişdir. -xx.xx.2024-cü il tarixdən 1 il müddətinə G92 diaqnozu əsasında orqanizmin faiz pozulmasının 60% olmaqla əlillik təyin edilmişdir.
5. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarına əsasən İddiaçı Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar 1 (bir) il müddətinə orqanizmin funksiyalarının 60% pozulması barədə qərar qəbul edilmişdir.
6. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarına əsasən iddiaçı barəsində diaqnoz əlillik təyin etməməsi barədə qərar qəbul edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçı barəsində qəbul etdiyi xx.xx.2025-ci il tarixli “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərarın ləğv edilməsi və İddiaçı xx.xx.2025-ci il tarixdən “Hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirməklə əlaqədar” səbəb-əlaqəli müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, istefada olan polkovnik-leytenant İddiaçı 1996-cı ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbini bitirdikdən sonra təyinatını MN-nin N saylı hərbi hissəsinin (MN Mərkəzi radiasiya-kimyəvi laboratoriyası) bölmənin mühəndisi vəzifəsinə təyin olunmuşdur. AR Müdafiə Nazirliyinin Kimya Xidməti Rəisinin 19 №-li xx.xx.1998-ci il tarixli Əmrinə əsasən iddiaçı xx.xx.1998-ci il tarixdə Zirə qəsəbəsindəki radiasiya qəzasının aradan qaldırılmasına cəlb edilmiş və radioaktiv şüalanmaya məruz qalmışdır (“Şah Dili” ərazisində yerləşən mayakın “RİTEK” tipli şüa mənbəyi). Şüa mənbəyinin gücü 1500 Rentgen/saat idi. Radiasiya qəzasının aradan qaldırılması nəticəsində ona 25 rentgen doza almışdır. 2015-ci il tarixinədək AR Silahlı Qüvvələrdə xidmət müddəti ərzində müxtəlif vaxtlarda Hospitallarda radiasiya qəzası iştirakçısı kimi müayinə və müalicələr almışdır. AR Müdafiə Nazirinin xx.xx.2015-ci il tarixli 0493 nömrəli əmrinə əsasən “Hərbi xidmət keçməsi haqqında” Əsasnamənin 157- ci maddənin “b” bəndinə əsasən (xəstəliyə görə) istefaya buraxılmışdır. Hərbi Həkim Komissiyasının Qərarı - “Keçirilmiş radiasion şüalanmadan sonraki 1 mərhələ xroniki dissirkulyator ensefalopatiya. Hərbi travmadır, hərbi xidmət vəzifələrimi yerinə yetirərkən alınmışdır. Hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsızam”. Xüsusi olaraq qeyd olunmalıdır ki, 2007-ci ildə iddiaçının radiasiya qəzasında iştirakının statusu barədə AR Ədliyyə Nazirliyinə müraciət olunmuş və ona cavab verilmişdir. Rəsmi cavab məktubunda bildirilmişdir ki, iddiaçı “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” xx.xx.1997-ci il tarixli 423-İQ nömrəli Qanununun 21-ci maddəsinin üçüncü hissəsinə əsasən radiasiya qəzasının nəticələrinin ləğvi zamanı şüalanma dozası alınması nəticəsində sağlamlığına dəyən zərərə görə (Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında) “Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş şəxslər üçün Qanunvericiliklə müəyyən edilmiş kompensasiya və güzəştlər verilir. Bununla bağlı iddiaçının şəxsi işinin 14 bəndində (döyüş tapşırıqları yerinə yetirilərkən alınmış yaralanmalar, kontuziya, yanıqlar və s. və onların xüsusiyyətləri) müvafiq qeydlər aparılıb. 2008-ci ildə Müdafiə Nazirliyinin Kimya xidməti rəisi yaralanmanın (travmanın, kontuziyanın xəsarətin alınması şəraiti haqqında) arayış verilib. 2015-ci ildə Xəstəliklərin səbəbinin və əlilliyin peşə xarakterinin Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurası tərəfindən sağlamlıq dərəcəm qiymətləndililib, iddiaçıya “Postradiasion ensefalopatiya, Kəskin ifadə olunmuş asteno-nevrotik sindromu” diaqnozu qoyulub və xəstəlik radioaktiv şüalanma ilə əlaqələndirilmə rəyi verilib.Zirə qəsəbəsindəki baş vermiş radiasiya qəzası Silahlı Qüvvələrdə dərc olunan 2006-cı il 3-cü buraxılışlı “Hərbi Bilik” jumalmdada öz əksinin tapmışdı. Qeyd olunmalıdır ki, (“Əhalinin radiasiya təhlükəsizliyi haqqında” xx.xx.1997-ci il tarixli 423-İQ nömrəli Qanununun 21-ci maddəsinin üçüncü abzasına əsasən radiasiya qəzasının nəticələrinin ləğvi zamanı şüalanma dozası alınması nəticəsində sağlamlığıma dəyən zərərə görə (Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında) “Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş şəxslər üçün Qanunvericiliklə müəyyən edilmiş kompensasiya və güzəştlər verilir) qeyd edilən Qanuna bərabər tutulur. 2023 və 2024-cü il üçün “radiasiya qəzası nəticəsində” zərər çəkdiyinə görə müavinəti ala bilmədiyi üçün iddiaçı, xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Nəticədə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6500/2024 Qərarı ilə iddia tələbi təmin edilmişdir. Qeyd olunmalıdır ki, cavabdehə müddətsiz əlilliyin təyin olunması ilə bağlı rəsmi müraciətinə “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” nin 4.3-cü bəndinə əsasən müraciətinə imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
10. Cavabdeh Agentliyin iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Şüalanmanın dəqiqləşdirilməmiş effektləri. Keçirilmiş radiasion şüalanmadan sonrakı birinci mərhələ dissirkulyator ensefalopatiya. Sağ diz oynağının medial meniskinin sol diz oynağının lateral meniskinin arxa buynuzunun izoləolunmuş horizontal yırtığı. Kəskin ifadə olunmuş asteno-nevrotik sindrom. Öd kisəsinin polipi. Hipertoniya xəstəliyi İİ mərhələ. Onurğa sütununun boyun, döş və bel nahiyələrinin osteoxondrozu. Qaraciyərin mülayim dərəcəli diffuz piy distrofiyası, funksiyanın pozulmaması ilə. Presbiopiya. Hər iki gözün hipertonik angiopatiyası. Burun tənəffüsünün mülayim dərəcədə pozulması ilə burun arakəsməsinin əyriliyi. Akromial-körpücük oynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi. Sol supraspinatus əzələ vətərinin hissəvi yırıtığı, akromiobraxial oynağın degenerasiyası. Aterosklerotik kardioskleroz. Gövdə dərisinin xoşxassəli yenitörəməsi, qasıq nahiyəsinin papillomaları. İİ dərəcəli alimentar konstitusional piylənmə.vətəndaşın orqanizm funksiyalarının 1 il müddətinə 60%-nin pozulduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7467/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda birbaşa “müddətsiz əlillik” imperativ norması nəzərdə tutulmasa da, bu Qanunun məqsəd və ruhundan aydın olur ki, yüksək şüalanma dozasına məruz qalmış şəxslər hüquqi status və sosial təminatlar baxımından Çernobıl qəzası nəticəsində zərər çəkmiş şəxslərlə eyni hüquqi rejimə malik hesab olunurlar. Bu iki normativ aktın sistemli təhlili göstərir ki, radiasiya təsiri nəticəsində yaranan xəstəliklər Çernobıl qəzası ilə əlaqədar xəstəliklərlə hüquqi eyniləşdirilməyə məruz qalır. Beləliklə, ionlaşdırıcı şüalanmanın yüksək dozasına məruz qalma və onun nəticəsində yaranmış xəstəliklər - Çernobıl qəzası nəticəsində yaranan zədələnmələrlə bərabər hüquqi nəticə doğurur.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
13. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7467/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır .
d) Prosses iştirakçılarının izahatları
16. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
17. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; ... 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
19. “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarına əsasən: 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 1. özünəqulluq bacarığı; 2. sərbəst hərəkətetmə bacarığı; 3. istiqamətseçmə bacarığı; 4. ünsiyyət bacarığı; 5. davranışına nəzarətetmə bacarığı; 6. öyrənmə bacarığı; 7. əmək fəaliyyəti bacarığı. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz.
20. “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 5. Radiasiya təhlükəsizliyinin təmin olunması sahəsində dövlət orqanlarının səlahiyyətləri Radiasiya təhlükəsizliyinin təmin olunması sahəsində dövlət orqanlarının səlahiyyətləri aşağıdakılardır: dövlət siyasətinin müəyyənləşdirilməsi və onun həyata keçirilməsi; müvafiq qanunvericilik aktlarının, digər normativ hüquqi aktların işlənib hazırlanması, qəbul edilməsi və onlara əməl olunmasına nəzarət; dövlət proqramının hazırlanması və həyata keçirilməsi; radiasiya təsiri nəticəsində əhalinin sağlamlığına və əmlakına dəyə bilən zərərin yüksək riski ilə əlaqədar kompensasiyanın növləri və miqdarının təyin olunma qaydalarının müəyyənləşdirilməsi; radiasiya qəzası baş vermə təhlükəsi yaranarsa, çevik tədbirlərin təşkili və həyata keçirilməsi; radiasiya qəzası nəticəsində əhalinin sağlamlığına və əmlakına dəyən zərərin ödənilməsi qaydasının müəyyənləşdirilməsi; əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməsi, o cümlədən şüalanma dozasının uçotu və ona nəzarət sahəsində vahid dövlət idarəetmə sisteminin yaradılması və onun fəaliyyətinin təmin olunması;radiasiya qəzası nəticəsində radioaktiv çirklənmələrə məruz qalmış ərazilərdə iş və yaşayışın xüsusi rejiminin müəyyən edilməsi; müvafiq ərazilərin radiasiya şəraiti haqqında sakinlərə informasiya verilməsi; radiasiya qəzası nəticəsində şüalanmaya məruz qalmış əhaliyə kömək göstərilməsinin təşkili və ona nəzarət; radiasiya qəzası nəticəsində radioaktiv çirklənməyə məruz qalmış ərazilərdə təbii qoruqların — nadir bitki və heyvan növlərinin mühafizəsi üçün tədbirlər görülməsi; strateji nüvə materiallarının, radioaktiv maddələrin və digər ionlaşdırıcı şüa mənbələrinin idxal və ixracının, onların tranzit ötürülməsinin, ölkə ərazisində daşınmasının tənzimlənməsi və fəaliyyət növlərinə nəzarətin həyata keçirilməsi; radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində Azərbaycan Respublikasının beynəlxalq əməkdaşlığının həyata keçirilməsi və beynəlxalq müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi. Maddə 21. Radiasiya qəzasının nəticələrini ləğv etmək üçün cəlb olunmuş şəxslərin əvvəlcədən nəzərdə tutulmuş yüksək dozada şüalanmasına tələblər Radiasiya qəzasının nəticələrinin ləğv olunması, qəza-xilasetmə və dezaktivasiya işləri ilə əlaqədar cəlb olunmuş şəxslərin əvvəlcədən nəzərdə tutulmuş yüksək dozalı şüalanmaya məruz qalmasına səbəb yalnız insanları xilas etmək və ya onların daha yüksək şüalanma dozasına məruz qalmasının qarşısını almaq məqsədi ola bilər. Radiasiya qəzası nəticələrini ləğv etmək üçün cəlb olunmuş şəxslərin şüalanma dozası bu Qanunun 9-cu maddəsində işçilər (personal) üçün nəzərdə tutulmuş orta illik normativ şüalanma dozasından 10 dəfədən artıq ola bilməz. Radiasiya qəzası nəticələrinin ləğvi ilə əlaqədar cəlb olunmuş şəxslərin əvvəlcədən nəzərdə tutulmuş yüksək şüalanmaya məruz qalması həmin şəxslərin bütün həyatı dövründə ala biləcəyi şüalanmaya qədər dozanı bir dəfə almaq və sağlamlığı üçün risk haqqında əvvəlcədən məlumat vermək şərti ilə və könüllülük əsasında yol verilir. Radiasiya qəzasının nəticələrinin ləğvi üçün cəlb olunmuş şəxsə yüksək şüalanma dozası alması nəticəsində sağlamlığına dəyən zərərə görə "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş şəxslər üçün qanunvericiliklə müəyyən edilmiş kompensasiya və güzəştlər verilir.
21. “İnzibati icraat haqqında” Qanununun: 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə görə, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1-ci maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
26. Məhkəmə Kollegiyası iddia tələbi və cavabdehin apellyasiya şikayəti ilə bağlı aşağıdakıları qeyd edir:
27. İşin hallarından görünür ki, xx.xx.2024-cü il tarixdən 1 il müddətinə G92 diaqnozu əsasında orqanizmin faiz pozulmasının 60% olmaqla iddiaçıya əlillik təyin edilmişdir.
28. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarına əsasən İddiaçı Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar 1 (bir) il müddətinə orqanizmin funksiyalarının 60% pozulması barədə qərar qəbul edilmişdir.
29. İddiaçı xx.xx.2025-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
30. Daha sonra Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçı barəsində qəbul etdiyi xx.xx.2025-ci il tarixli “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərarın ləğv edilməsi və İddiaçı xx.xx.2025-ci il tarixdən “Hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirməklə əlaqədar” səbəb-əlaqəli müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir.
31. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən öz mövqeyini onunla əsaslandırmışdır ki, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda birbaşa “müddətsiz əlillik” imperativ norması nəzərdə tutulmasa da, bu Qanunun məqsəd və ruhundan aydın olur ki, yüksək şüalanma dozasına məruz qalmış şəxslər hüquqi status və sosial təminatlar baxımından Çernobıl qəzası nəticəsində zərər çəkmiş şəxslərlə eyni hüquqi rejimə malik hesab olunurlar. Bu iki normativ aktın sistemli təhlili göstərir ki, radiasiya təsiri nəticəsində yaranan xəstəliklər Çernobıl qəzası ilə əlaqədar xəstəliklərlə hüquqi eyniləşdirilməyə məruz qalır. Beləliklə, ionlaşdırıcı şüalanmanın yüksək dozasına məruz qalma və onun nəticəsində yaranmış xəstəliklər - Çernobıl qəzası nəticəsində yaranan zədələnmələrlə bərabər hüquqi nəticə doğurur.
32. Məhkəmə Kollegiyası diqqətə çəkir ki, sonuncu tibbi göndəriş G92 diaqnozu əsasında verilmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda G92 diaqnozu “Toksiki ensefalopatiya”nı nəzərdə tutur, lakin, qiymətləndirmə bölməsində isə yalnız bu diaqnoz üzrə iki halda müddətsiz əlillik təyin oluna bilər:
1. Meyarların 6.1.7.-ci bəndi - beyin maddəsində yad cismin olması
2. Meyarların 6.1.9.-cu bəndi- anadangəlmə inkişaf qüsurlarının ağır formalarında 33.İş materiallarına əsasən iddiaçıda nə beyin maddəsində yad cismin olması (məsələn qəlpə), nə də anadangəlmə inkişaf qüsurlarının ağır formaları müəyyən olunmur. 34.Həmçinin, məhkəmə Kollegiyası qeyd edir ki, işin hallarına əsasən iddiaçıya: -xx.xx.2015-ci il tarixdən 1 il müddətinə “Şüalanmanın dəqiqləşdirilməmiş, effektləri. Postradiasion ensefalopatiya. Digər dəqiqləşdirilməmiş nevrotik pozuntular. Kəskin ifadə olunmuş asteno nevrotik sindrom. Energetik resursların artıq miqdarda daxil olması. İV (dördüncü) dərəcəli alimentar-konstitusional piylənmə” diaqnozu əsasında ikinci dərəcəli əlillik təyin edilmişdir. - xx.xx.2016-cı il tarixdən 5 il müddətinə “Şüalanmanın dəqiqləşdirilməmiş, effektləri. Postradiasion ensefalopatiya. Digər dəqiqləşdirilməmiş nevrotik pozuntular. Kəskin ifadə olunmuş asteno nevrotik sindrom. Energetik resursların artıq miqdarda daxil olması. İV (dördüncü) dərəcəli alimentar-konstitusional piylənmə” diaqnozu əsasında ikinci dərəcəli əlillik təyin edilmişdir. -xx.xx.2023-cü il tarixdən 1 il müddətinə T66 diaqnozu əsasında orqanizmin faiz pozulmasının 60% olmaqla əlillik təyin edilmişdir. -xx.xx.2024-cü il tarixdən 1 il müddətinə G92 diaqnozu əsasında orqanizmin faiz pozulmasının 60% olmaqla əlillik təyin edilmişdir.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın: 4.1. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin üçüncü hissəsinə əsasən həmin Qanunun 5-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən şəxslərin əlilliyi Çernobıl qəzası nəticəsində əmələ gəldikdə, əlillik müddətsiz müəyyən edilir. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 36.Məhkəmə Kollegiyası nəzərə alır ki, iddiaçı Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusuna malik şəxs deyildir. 37.Həmçinin, iddiaçıya hal-hazıra kimi təyin olunmuş yuxarıda qeyd olunan əlilliklərin müddəti və faizi “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 4.2-ci bəndi ilə nəzərdə tutulan əlillik müddəti və faizi ilə üst-üstə düşmür. (4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.)
38. Məhkəmə Kollegiyası yuxarıda sadalanan işin faktiki hallarına tətbiq edilən hüquq normalarından çıxış edərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7467/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv olunaraq iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7467/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv olunsun. İddia rədd edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.