Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4758/2025 29.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı, Üçüncü şəxs üçüncü şəxs qismində cəlb edilməklə “imtahan nəticələrinin iddiaçıya aid hissədə ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası Hakimlər Ağalarov Həmid Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçı İddiaçı, nümayəndəsi və vəkili İsmayılov Riçard Zamil oğlunun iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı, Üçüncü şəxs üçüncü şəxs qismində cəlb edilməklə “imtahan nəticələrinin iddiaçıya aid hissədə ləğv edilməsi və s.” tələbinə dair Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə ##.##.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), qapalı məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ##.##.2024-cü ildə keçirilmiş sınaq imtahanının nəticəsinin ona münasibətdə (ona aid hissəsində) ləğv edilməsi və ona “peşəkar” səviyyəli sertifikat verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə Üçüncü şəxs üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Daha sonra, iddiaçı tərəf iddianın dəyişdirilməsi barədə ərizə verərək, ##.##.2024cü il tarixdə keçirilmiş sınaq imtahanının nəticəsinin iddiaçıya aid hissəsində ləğv edilməsi və təqdim olunan X1 Associate (CCNA) sertifikatının “Peşəkar” səviyyəli sertifikat kimi qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə, iddianın dəyişdirilməsi qeyd edilən məzmunda qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ##.##.2021-ci il tarixdən ##.##.2024-cü il tarixədək N №-li hərbi hissədə informasiya texnologiyaları bölməsinin rəisi vəzifəsində zabit kimi həqiqi hərbi xidmət keçmişdir. AR Nazirlər Kabinetinin ##.##.2023-cü il tarixli qərarı ilə AR Müdafiə Nazirliyində kibertəhlükəsizlik və informasiya texnologiyaları sistemləri üzrə həqiqi hərbi xidmət edən yüksəkixtisaslı hərbi qulluqçuların aylıq pul təminatına onların vəzifə maaşının iki mislinədək əlavə müəyyən edilmişdir. AR Müdafiə Nazirinin ##.##.2024-cü il tarixli müvafiq Qərarı ilə “Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin kibertəhlükəsizlik və informasiya texnologiyaları sistemləri üzrə həqiqi hərbi xidmət edən yüksəkixtisaslı hərbi qulluqçuların əhatə dairəsinin və aylıq vəzifə maaşlarına əlavənin müəyyən edilməsi Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların müvafiq maddəsində göstərilir ki, “yüksəkixtisaslı mütəxəssislərin müəyyənləşdirilməsi üçün AR Müdafiə Nazirliyinin hərbi qulluqçuları sınaqlara cəlb edilirlər. Həmin Qaydanın müvafiq maddəsində göstərilir ki, göstərilən sahələrə uyğun beynəlxalq dərəcəli sertifikatlara malik olan hərbi qulluqçulara malik olduqları sertifikat tutduqları vəzifəyə uyğun olduğu təqdirdə, sınaqlarda iştirak etməkdən aşağıda qeyd olunan səviyyələr üzrə maaş əlavələri şamil olunur: -“Peşəkar” səviyyəli sertifikat üçün- 2 əmsal. İddiaçı ##.##.2024-cü il tarixdə AR Silahlı Qüvvələrinin Tədris Təlim Mərkəzində keçirilən sınaq imtahanına cəlb edilmişdir. Müvafiq sertifikat təqdim etdiyinə (Cisco Sertifikatı) baxmayaraq, ona “peşəkar” səviyyəli sertifikat verilməsindən imtina edilmişdir. İddiaçı ##.##.2024-cü il tarixdə etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə AR Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək, ##.##.2024-cü ildə keçirilmiş sınaq imtahanının nəticəsinin ona münasibətdə (ona aid hissəsində) ləğv edilməsi və ona “peşəkar” səviyyəli sertifikat verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müraciətə cavab olaraq AR Müdafiə Nazirliyində daxil olmuş ##.##.2024-cü il tarixli cavab məktubunda göstərilir ki, nümayəndəsinin müraciəti baxılması üçün Azərbaycan Respublikası Üçüncü şəxs göndərilmişdir. Lakin bu günə qədər ərizəsinə mahiyyəti üzrə baxılmamış və həll edilməmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçı ##.##.2024-cü il tarixli sınaq imtahanının nəticəsinin ona aid olan hissədə ləğv edilməsi və “peşəkar” sertifikatının verilməsi ilə bağlıdır. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçı ##.##.2024-cü il tarixli akta əsasən keçirilən imtahanda zəif nəticələr göstərmişdir, ##.##.2024-cü il tarixdə internet şəbəkəsi üzərində onlayn “Cisco” sertifikatı almışdır. İmtahan gedişində iddiaçıya təklif edilmişdir ki, nəzəri və praktiki imtahanlarda iştirak etsin, lakin İddiaçı imtina etmişdir. Belə olan halda, imtahanın nəticələrinin ləğv edilməsini tələbi əsassızdır. Həmçinin, ##.##.2024-cü il tarixdə sertifikatın alınması, ##.##.2024-cü il tarixli imtahanın nəticələrinə təsir edə bilməzdi. İddiaçıya təklif edilmişdir ki, nəzəri və praktik imtahanlarda iştirak etsin. Lakin bu təklif R İddiaçı tərəfindən qəbul edilməmişdir. Üçüncü şəxs iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərarqəbul olunmasını xahiş etmişdir Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, AR Nazirlər Kabinetinin ##.##.2023-cü il tarixli qərarı ilə AR Müdafiə Nazirliyində kibertəhlükəsizlik və informasiya texnologiyaları sistemləri üzrə həqiqi hərbi xidmət edən yüksəkixtisaslı hərbi qulluqçuların aylıq pul təminatına onların vəzifə maaşının iki mislinədək əlavə müəyyən edilmişdir. AR Müdafiə Nazirinin ##.##.2024-cü il tarixli müvafiq Qərarı ilə (qərar məxvidir) “Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin kibertəhlükəsizlik və informasiya texnologiyaları sistemləri üzrə həqiqi hərbi xidmət edən yüksəkixtisaslı hərbi qulluqçuların əhatə dairəsinin və aylıq vəzifə maaşlarına əlavənin müəyyən edilməsi Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların müvafiq maddəsində göstərilir ki, “yüksəkixtisaslı mütəxəssislərin müəyyənləşdirilməsi üçün AR Müdafiə Nazirliyinin hərbi qulluqçuları sınaqlara cəlb edilirlər. Həmin Qaydanın müvafiq maddəsində göstərilir ki, göstərilən sahələrə uyğun beynəlxalq dərəcəli sertifikatlara malik olan hərbi qulluqçulara malik olduqları sertifikat tutduqları vəzifəyə uyğun olduğu təqdirdə, sınaqlarda iştirak etmədən aşağıda qeyd olunan səviyyələr üzrə maaş əlavələri şamil olunur: -“Peşəkar” səviyyəli sertifikat üçün - 2 əmsal Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDIRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X1 Associate (CCNA) tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli sertifikatdan görünür ki, həmin sertifikat İddiaçı adına verilmiş və sertifikatın qüvvədə olma müddəti ## ###### 2027-ci il tarix kimi müəyyən olunmuşdur; Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, müraciətdə N nömrəli hərbi hissənin hərbi qulluqçusu R İddiaçı Etibar oğluna Azərbaycan Respublikası Müdafiə nazirinin ##.##.2024-cü il tarixli müvafiq qərarı ilə təsdiq edilmiş qaydaya əsasən, “Peşəkar” səviyyəli sertifikat üçün - 2 əmsal üzrə maaş əlavəsinin şamil oldunduğu, lakin, “Cisco Sertifikatı” təqdim etdiyinə baxmayaraq ona peşəkar səviyyəli sertifikat verilmədiyi qeyd olunmuşdur. Cavabdeh kibertəhlükəsizlik və informasiya texnologiyaları sistemləri üzrə həqiqi hərbi xidmət edən yüksəkixtisaslı hərbi qulluqçuların aylıq vəzifə maaşlarına ödəniləcək əlavənin müəyyən edilməsi üçün keçirilən sınaqlarda komissiya üzvlərindən hal-hazırda N nömrəli hərbi hissə üzrə 2 hərbi qulluqçu xidmət edir. Üzvlərin bir başa qərar vermə səlahiyyətinin olmadığını və komissiya sədrinin səlahiyyətində olduğunu nəzərə alaraq, müraciətin surəti sınaqların nəticəsinə yenidən baxılması və hesablanması məqsədilə Üçüncü şəxs göndərilir. Apellyasiya icraatı zamanı verilmiş sorğulara cavab olaraq: Üçüncü şəxs ##.##.2026-cı il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ehtiyatda olan R İddiaçı Etibar oğlu kibertəhlükəsizlik və informasiya texnologiyaları sistemləri üzrə həqiqi hərbi xidmət edən yüksəkixtisaslı hərbi qulluqçuların aylıq vəzifə maaşlarına əlavələrin miqdarının müəyyən edilməsi məqsədilə 2024-cü il tarixdə keçirilmiş sınaq imtahanında zəif nəticə göstərmiş, (Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi ##.##.2024-cü il tarixli akta əsasən) daha sonra o təşkil olunan növbəti sınaq imtahanında iştirak etməkdən imtina edərək “X1 Associate (bundan sonra CCNA)” sertifikata malik olduğunu bildirmiş, nəzəri və prakitiki imtahanlardan azad olunmaqla ona “Peşekar” səviyyəli sertifikatın verilməsi barədə komissiya sədrinə müraciət etmişdir. Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi ## ####### 2024-cü il tarixli * nömrəli akt məxfi olduğu üçün məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Həmin aktın İddiaçı Etibar oğluna aid hissəsində qeyd olunur ki, onun müraciətinə və təqdim etdiyi “CCNA” sertifikatına komissiya tərəfindən yerindəcə baxılmış, sonuncunun əvvəlki imtahanda zəif nəticə göstərdiyi halda, qısa müddət ərzində xarici dildə (ingilis) Online şəkildə imtahan verərək beynəlxalq sertifikat əldə etməsi komissiya üzvlərində əsaslı şübhələr yaratmışdır. Hazırda geniş yayılan süni intellekt əsaslı proqram təminatlarından istifadə olunmaqla bir çox beynəlxalq sertifikatları əldə etmək mümkün olduğundan ədalət prinsipinin, düzgünlüyün və şəffaflığın təmin olunması, habelə saxtakarlığın qarşının alınması və sertifikatın həqiqiliyinin yoxlanılması məqsədilə sözügedən şəxsdən əlavə sənədlərin təqdim olunması (imtahan üçün müraciət məktubu, imtahan prosesinin təsdiqlənməsi məktubu, ödəniş qəbzləri, səs yazıları, videogörüntülər, şəkil nümunələri və s.) tələb edilmiş, lakin İddiaçı imtahanda iştirakını sübut edən hər hansısa videogörüntüləri komissiyaya təqdim etməmişdir. Təqdim olunan sənədlərin kifayət qədər olmamasını və qeyri-müəyyənliyi əsas götürən komissiya sertifikatı qəbul etməmiş və İddiaçı “Peşəkar” səviyyəli sertifikatın verilməsindən imtina etmişdir. Bununla belə, komissiya İddiaçı yenidən praktiki və nəzəri imtahanlarda iştirak etməyi təklif etsə də, o, bundan imtina etmişdir. Nəticədə, təqdim edilən sertifikatın onun fərdi bilik və bacaraqlarına əsaslanaraq şəxsən əldə edildiyi təsdiqini tapmamışdır. Lakin gələcəkdə zəruri sənədlər təqdim ediləcəyi təqdirdə, həmin şəxsə sözügedən maaş əlavəsinin verilməsi məsələsinə baxılmasının mümkünlüyü istisna edilməmişdir. 2024-cü il tarixdə keçirilən sınaq imtahanları dövründə digər hərbi qulluqçular tərəfindən komissiyaya hər hansı bir beynəlxalq dərəcəli sertifikat təqdim edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının 1997-ci il # ####### tarixli, ***-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:
146. Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər Azərbaycan Respublikası Konstitusiyasında Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulan sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlardan tam şəkildə istifadə edir və bütün vəzifələri daşıyırlar. Hərbi xidmət şəraiti ilə əlaqədar olaraq hərbi qulluqçuların ümumi vətəndaşlıq hüquqlarının məhdudlaşdırılması, habelə onlara əlavə hüquqlar verilməsi və əlavə vəzifələr tapşırılması “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu, hərbi Nizamnamələr, Azərbaycan Respublikasının digər qanunvericilik aktları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əmrləri və bu Əsasnamə ilə müəyyənləşir. Hərbi qulluqçunun vəzifəsidir: vətəni — Azərbaycan Respublikasına sədaqətlə xidmət etmək, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşə hazırlığını daim möhkəmləndirmək. Əsgəri borcunu yerinə yetirərkən özünün bütün qüvvəsini və hətta həyatını əsirgəməmək, hərbi xidmətin ağırlıq və məhrumiyyətlərinə mətanətlə dözmək. Vətənin mənafeyi və yuxarı rəislərin əmrləri harada tələb edirsə orada vicdanla xidmət etmək: hərbi, texniki və ixtisas biliklərini daim təkmilləşdirmək, tabeliyində olanlara nümunə olmaq, ona tapşırılan silah və döyüş texnikasını bilmək və ondan bacarıqla istifadə etmək, döyüş və ictimai siyasi hazırlığını təkmilləşdirmək, Nizamnamə qaydalarını qorumaq, hərbi intizamı möhkəmləndirmək;
150. Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və kursantlardan başqa) müvafiq icra hakimiyyəti orqanının rəsmiləşdirilmiş icazəsi ilə ali mülki və orta ixtisas təhsili müəssisələrində hərbi ixtisasına yaxın olan və ya icra etdiyi işin xarakterinə uyğun olan xüsusi biliklərin artırılmasına imkan verən ixtisaslar üzrə, habelə mülki ali təhsil müəssisələrinin, nazirlik və komitələrin nəzdindəki kurslarda (xüsusi fakültələrdə) oxuya bilərlər. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il ## #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “İxtisasartırma və kadrların yenidən hazırlanması müəssisələrinin Nümunəvi Əsasnaməsi”:
2. Kadrların ixtisasının artırılması və yenidən hazırlanmasını həyata keçirən tədris müəssisələrinə nazirliklər, şirkətlər, idarələr və digər qurumların yanında fəaliyyət göstərən, bunun üçün hüquqi şəxs statusuna malik olan sahə və zona ixtisasartırma və venidən hazırlanma institutları, onların filialları, istinad məntəqələri, müstəqil sahə kursları, ali məktəblərin nəzdində ixtisasartırma və yenidən hazırlanma fakültələri, baza kafedraları, baza müəssisələri və s. aiddir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Məhkəmənin mövqeyi: Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının təqdim etdiyi sertifikat, özlüyündə onun ixtisas artımını ehtiva etsə də, onun bilik və bacarıqlarının peşəkar səviyyəyə uyğun olub-olmaması məsələsinin qiymətləndirilməsi cavabdehin qanunla müəyyən olunmuş diskresion səlahiyyəti çərçivəsində həyata keçirilə bilər ki, bu səbəbdən həmin sertifikatın “Peşəkar” səviyyəli sertifikat kimi qəbul edilməsi cavabdeh inzibati orqan üçün məcburi deyil. Belə olan halda, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat düzgün aparıldığından, həmçinin cavabdeh tərəfindən qiymətləndirilmə onun diskresion səlahiyyətləri çərçivəsində aparıldığından, iddiaçının tələbinin təmin edilməsi mümkün deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması (tələbin cavabdehin diskresion səlahiyyəti ilə əlaqədar olması) ilə razılaşmasa da, hesab edir ki, bu yanaşma kobud prosessual pozuntu kimi qiymətləndirilməməklə yanaşı, nəticə etibarilə düzgün olan məhkəmə qərarının ləğvi üçün də əsas yaratmır. Məhkəmə kollegiyası iddianın təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin ##.##.2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin kibertəhlükəsizlik və informasiya texnologiyaları sistemləri üzrə həqiqi hərbi xidmət edən yüksəkixtisaslı hərbi qulluqçuların əhatə dairəsinin və aylıq vəzifə maaşlarına əlavənin müəyyən edilməsi Qaydaları”na istinad edərək tərəfindən təqdim edilmiş “X1 Associate” (CCNA) adlı beynəlxalq sertifikat əsasında ona “Peşəkar” səviyyəli sertifikatın verilməsi tələbini irəli sürmüşdür. Apellyasiya icraatı zamanı yuxarıda adıçəkilən “Qaydalar” cavabdehdən tələb edilərək kollegiya tərəfindən öyrənilmişdir. İşin mübahisəsiz halıdır ki, iddiaçı 2024-cü ilin fevral ayında sınaq imtahanında zəif nəticə göstərmiş, həmin ilin avqust ayında qeyd edilən beynəlxalq sertifikatı almış, daha sonra isə praktiki və nəzəri imtahanlarda iştirakdan imtina etmişdir. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının əvvəlki imtahanda zəif nəticə göstərdiyi halda, qısa müddət ərzində xarici dildə (ingilis) “online” şəkildə imtahan verərək beynəlxalq sertifikat əldə etməsi şübhə doğurur. O da nəzərə alınmalıdır ki, iddiaçı daha sonra da praktiki və nəzəri imtahanlarda iştiraktan imtina etmişdir. Əgər iddiaçı öz üzərində çalışaraq, ixtisas hazırlığına məsuliyyətlə yanaşaraq biliklərini qısa müddətdə əhəmiyyətli dərəcədə artırdığını iddia edirsə, inzibati orqan tərəfindən təşkil edilən növbəti imtahanlarda iştirak etməklə iddia edilən bu artımı obyektiv nümayiş etdirməkdə və şübhələri aradan qaldırmaqda maraqlı olmalı idi. Digər tərəfdən, müasir dövrdə məsafədən (“online”) keçirilən qiymətləndirmə proseslərində süni intelekt əsaslı proqram təminatlarından və kənar texnoloji vasitələrdən istifadə imkanlarının genişlənməsi hazırkı işə münasibətdə cavabdehin təqdim edilmiş sertifikatın həqiqiliyini daha dəqiq yoxlamasını zəruri edir. İddiaçının sertifikatın həqiqiliyini və imtahan prosesində şəxsən iştirakını təsdiqləyən sübutları (məsələn imtahan zamanı aparılmış audio-video qeydiyyat, imtahan mərkəzinin rəsmi təsdiq məktubu və s.) təqdim etməkdən yayınması cavabdeh orqanın şübhələrini tam əsaslı edir. Göründüyü kimi, təqdim olunan sənədlərin kifayət qədər olmamasını və qeyrimüəyyənliyi əsas götürən cavabdeh inzibati orqan haqlı olaraq sertifikatı qəbul etməmiş və iddiaçıya “Peşəkar” səviyyəli sertifikatın verilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2- *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov