Məhkəmə qərarları › İş №2-1(103)-4766/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4766/2025

05.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4766/2025 05.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədovdan (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4452/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. İddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, iddiaçının təvəllüdü xx.xx.1965-ci ildir.

2. İddiaçıya məxsus xx.xx.1983-cü il tarixdə doldurulmuş ИТ-İ seriyalı ******* №-li əmək kitabçasında (notarial qaydada təsdiq olunmuş surəti) qeyd olunmuş məlumatlardan müəyyən olunur ki o, aşağıda qeyd olunan müəssisələrdə işləmişdir. “Bakı Alüminium Yayma Zavodu”nda (iş stajı: 16 il, 02 ay, 19 gün) xx.xx.1983-cü il tarixdə 4 №-li sürümə sahəsinə 1-ci dərəcəli köməkçi fəhlə vəzifəsinə qəbul edilmişdir; xx.xx.1984-cü il tarixdə X2-Emalatxanasına (MZL) 2-ci dərəcəli laborant keçirilmişdir; xx.xx.1985-ci il tarixdə MZL laborantına 3-cü dərəcə verilmişdir; xx.xx.1986-cı il tarixdə laboranta 4-cü dərəcə verilmişdir; xx.xx.1986-cı il tarixdə laboranta 4-cü dərəcə verilmişdir; xx.xx.1986-cı il tarixdə Azərbaycan SSR Nazirlər Şurasının Bakı X1 Emalı Zavodu və Bakı X6 Zavodunun birləşməsi haqqında xx.xx.1986-cı il tarixli, 205r saylı Qərarına əsasən Bakı Əlavan Metalların X5 yaradılmışdır; xx.xx.1990-cı il tarixdə kimyəvi analiz laborantı keçirilmişdir; xx.xx.1999-cı il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir; 216 saylı Məktəbdə (iş stajı: 02 il, 16 gün) xx.xx.1999-cu il tarixdə məktəbdə laborant vəzifəsinə təyin olunmuşdur; xx.xx.2001-ci il tarixdə ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. 843 №-li Hərbi Hissədə (pensiya hüququ yaranan xx.xx.2024-cü il tarixədək iş stajı: 08 il, 02 gün) xx.xx.2016-cı il tarixdə aerodrom texniki təminat taborunun maddi-texniki təminat bölüyünün təsərrüfat tağımının hamam çamaşırxana kombinatının ütüləyici maşınların operatoru vəzifəsinə təyin olunmuşdur.

3. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3- 17- 1/2-H-243012/2024 №-li imtina məktubunda qeyd olunmuşdur ki, “... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7ci maddəsinə əsasən 64 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Qanunun 9.1-ci maddəsinin tələblərinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlara əsasən, sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır.”

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-21-3/2-21389/2024 №-li cavab məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, ləğv olunmuş "xxxx" Dövlət Şirkətinin Bakı X6 zavodunun bazasında keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli, 268 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmlərinin 69.83%-i özəlləşdirilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşının güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinə uyğun gəldiyi tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və məhkəmə qərarı qüvvəyə minənə qədər yığılan pensiya ödənişlərinin ödənilməsi öhdəliyinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1983-cü il tarixdə əmək fəaliyyətinə başlayaraq, “Bakı alüminium yayma zavodu”na işə qəbul olunmuşdur. xx.xx.1984-cü il tarixdə MZL-a ikinci dərəcəli laborant işinə keçirilmişdir. Həmin işdə 4cü dərəcəyə kimi yüksəlmişdir. Azərbaycan SSR Nazirlər Şurasının BƏMEZ və BAYZ birləşməsi haqqında xx.xx.1986-cı il tarixli 205r saylı qərarına əsasən Bakı X1 Emalı Zavodu yaradılmışdır. Bakı X1 Emalı Zavodu və Bakı X6 Zavodu bir zavoda - Bakı X1 Emalı Zavoduna birləşdirilmiş və o, əmək fəaliyyətini orada davam etdirmişdir. xx.xx.1990-cı il tarixdə Kimyəvi analiz laborantı işinə keçirilmişdir. xx.xx.1999-cu il tarixə kimi həmin işdə işləmişdir. Göründüyü kimi o, 10 ildən də çox əmək şəraiti xüsusilə zərərli olan işdə çalışmışdır.

7. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, İddiaçı xx.xx.1965-ci il tarixdə doğulmuş, beləliklə də xx.xx.2024-cü il tarixdə 59 yaşı tamam olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2024-cü il tarixdə qüvvədə olmuş redaksiyası aşağıdakı kimi ifadə olunmuşdur: “Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq huququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə görə 64 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İstinad olunan normaların müddəaları baxımından İddiaçı xx.xx.2024-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin birlikdə ödənilməsi tələb olunurdu: 1. İddiaçının 59 yaşı tamam olmalıdır (yaş tələbi); 2. iddiaçı iş stajının ən azı 10 ilini müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplamalıdır (güzəştli ış stajı tələbi); 3. iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Bu şərt təmin olunmadığı halda isə iddiaçı ən azı 25 il ümumi sığorta stajına malik olmalıdır (pensiya kapitalı və ya ümumi iş stajı tələbi). İnzibati icraat materiallarından aydın olur ki, İddiaçı tələb edilən yaş həddinə çatsa da, güzəştli iş stajı ilə bağlı heç bir sənəd təqdim etməmiş, bu səbəbdən cavabdeh inzibati orqan iddiaçının güzəştli iş stajına münasibət bildirmək imkanına malik olmamışdır. İddiaçının işlədiyi dövrlərin güzəştli iş stajı hesab edilməsi üçün bir sıra hallar nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-cı il tarixli 175 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bır növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4 1.20-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xususilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4 1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Həmin Qaydaya 2 nömrəli Əlavədə isə şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair işəgötürənin arayışının forması göstərilmişdir. Buna əsasən, işəgötürənin arayışında aşağıdakı məlumatlar qeyd olunmalıdır: 1. Arayışı verən dövlət orqanının (qurumun), işlədiyi müəssisənin adı; 2. Arayışın təqdim olunduğu şəxsin adı, soyadı və atasının adı; 3. Şəxsin güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) işlədiyi dövrlər və həmin vəzifənin adı; 4. Şəxsin 3-cü bənddə qeyd edilmiş vəzifəyə təyin edilmə və azad edilmə əmrlərinin (sərəncamlarının) nömrələri, işə başladığı və işdən çıxdığı tarixlər; 5. Şəxsin işlədiyi həmin vəzifə üzrə sosial sığorta (əmək) stajı (il, ay. günlə göstərilməklə); 6. Şəxsin işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri; 7. Şəxsin işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin hansı Qərarı ilə təsdiq edilmiş Siyahının hansı bəndinə/ (yarımbəndinə) və (və ya) hansı vəzifə koduna uyğun olması. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Həmin icmal məktubunda qeyd olunur kı, bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4452/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 59 yaşdan, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.

9. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi öz qərarında “iş materiallarına əlavə edilmiş” və “digər fiziki şəxsə verilmiş” arayışa istinad etsə də, belə bir arayış elektron kabinet vasitəsilə iş materiallarına əlavə edilməmiş, məhkəmə icraatı zamanı cavabdehə belə bir arayış barədə məlumat verilməmiş, nəticədə cavabdehə həmin arayışla tanış olmaq imkanı yaradılmamışdır. Həmçinin, istinad olunan arayışın hansı şəxsə verilməsi məhkəmənin qərarından aydın olmur. Bu səbəbdən məhkəmənin həmin arqumenti mötəbər hesab edilə bilməz. Bundan əlavə,məhkəmə digər şəxsə verilmiş həmin arayış əsasında iddiaçının güzəştli iş stajının olub-olmadığını müəyyən edə bilməz. Hazırkı iş üzrə cavabdeh iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiyanı yalnız o halda təyin edə bilər ki, müvafiq işəgötürən tərəfindən iddia edilən dövrlər barədə güzəştli iş arayışı təqdim edilmiş olsun. Bu hal iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının cavabdehə qarşı qaldırmış olduğu iddia tələbində qeyd olunan dövrlər üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi əsaslı sayıla bilməz.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatları

12. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmədə iştrak etməmişdir. Qanunvericiliyin tələbləri baxımından iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılması mümkün hesab edilmişdir.

13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.1.-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

18. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.3-cü maddələrinə əsasən) 20.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 14-16-ci bəndləri) əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalıdır. 21.Belə ki, hazırkı işin hallarından görünür ki, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona 59 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. 22.Cavabdeh orqan isə müraciəti təmin etməkdən imtina etmiş və bildirmişdir ki, iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi dövr 10 ildən az təşkil etdiyindən güzəştli iş stajı olmadığı üçün ona 59 yaşdan pensiya təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.

23. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasına əsasən, onun ümumi iş stajı (pensiya hüququ yaranan – xx.xx.2024-cü il tarixədək – “Bakı Alüminium Yayma Zavodu”nda iş stajı - 16 il, 02 ay, 19 gün + 216 saylı Məktəbdə - iş stajı 02 il, 16 gün + 843 №-li Hərbi Hissədə iş stajı 08 il, 02 gün = 26 il, 03 ay, 07 gün) 26 il 03 ay 07 gün təşkil edir.

24. Cavabdeh orqan tərəfindən konkret mübahisələndirilən hal isə iddiaçının güzəştli iş stajı ilə bağlıdır.

25. Bununla bağlı işin apellyasiya baxışı zamanı "xxxx" ASC-yə sorğu verilmiş və xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən müəyyən olunur ki, xx.xx.2013cü il tarixdə "xxxx" ASC-nin inzibati binasında yanğın baş verdiyindən zavodun arxiv sənədləri saxlanılan otağda bütün sənədlər yanmışdır. İşçilərin əmək haqqı cədvəlləri, əmrləri və T2 kartoçkaları, müqavilələr və s. sənədlər də yanmışdır. Bakı şəhəri Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən səhmdar cəmiyyət uzun müddətdir ki, fəaliyyət göstərmir və bu səbəbdən onun heç bir gəliri yoxdur.

26. Kollegiya qeyd edir ki, iddiaçının “Bakı-Alüminium Yayma zavodunda” xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilə qədər (1 il 1 ay 2 gün) fəhlə, xx.xx.1990-cı ildən xx.xx.1999-cu ilə qədər (9 il 6 ay 14 gün) işlədiyi “kimyəvi analiz laborantı” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “Vİİİ. Metallurgiya istehsalatı (əlvan metallar)” bölməsinin (11a) bəndində “ftor turşusunun və onun duzlarının istehsalı sahəsində “fəhlə” (kod-********) və “kimyəvi analiz laborantı” (2091300a – 13321 koduna) peşələrinə uyğun deyil.

27. Belə ki, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, sənəddəki xx.xx.1990-xx.xx.1999-cü il tarixlərdə həmin şəxsin işlədiyi “kimyəvi analiz laborantı” peşəsinin həmin dövrdə qüvvədə olan Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li və 2 №-li Siyahısı”nın müvafiq istehsal yönümü üzrə (1 №-li Siyahının Vİİ. Metallurgiya istehsalatı (əlvan metallar) bölməsinin,

18. Əlvan və qiymətli metalların emalı və təkrar emalı yarımbölməsinin, 1) Əritmə istehsalı və 3) Yayma istehsalatı altbölmələrində, eləcə də 2 №-li Siyahının Vİİİ. Metallurgiya istehsalatı (əlvan metallar) bölməsinin, 19. Əlvan və qiymətli metalların emalı və təkrar emalı yarımbölməsinin, 1) Əritmə istehsalı və 4) Yayma istehsalatı altbölmələrində) “kimyəvi analiz laborantı” peşə adı olmadığından həmin peşə üzrə güzəştli şərtlərlə pensiya təyinatı nəzərdə tutulmur. Eyni zamanda İddiaçı stajının xx.xx.2003-cü il tarixdən qüvvəyə minmiş Nazirlər Kabinetinin 12 nömrəli Qərarından daha əvvəlki dövrünə təsadüf etdiyini, habelə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinin tələbi nəzərə alınaraq, 12 saylı Qərarın iddiaçının iş stajı dövrünə şamil edilməməlidir.

28. Göründüyü kimi iddiaçının işlədiyi Alüminium Yayma zavodunda aliminium istehsalı ilə məşğul olan zavoddan fərqli olaraq ftor turşusundan istifadə olunmurdu. Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda isə güzəştli iş stajının əldə edilməsi üçün isə iş fəaliyyəti zamanı ftor turşusundan istifadə olunmalı idi.

29. Belə olduğu tədqirdə iddiaçının tələb edilən güzəştli stajının olması iş materialları ilə müəyyən edilmir. 30.Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. 31.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 32.Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4452/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv olunmalı, iddia tələbi təmin olunmamalıdır. 33.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4452/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləv edilsin. İddiaçı ona yaşının güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinə uyğun gəldiyi tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və məhkəmə qərarı qüvvəyə minənə qədər yığılan pensiya ödənişlərinin ödənilməsi öhdəliyinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsini barədə iddiası təmin edilməsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar