Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4768/2025 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Şirinov Eldar Əbdülrəhim oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (üçüncü şəxs: Üçüncü şəxs MMC) qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “əmək pensiyasının yenidən hesablanması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X5 və X4 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçı Şirinov Eldar Əbdülrəhim oğlunun, Cavabdehin nümayəndəsi Abduləzizli Emilya İlqar qızının iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ##.##.1950-cı ildə Qubadlı rayonu, Gürcülü kəndində anadan olmuşdur. O, Ağdam şəhəri, T.İsmayılov küçəsi, ev 4/2 ünvanında qeydiyyatda olmaqla, məcburi köçkün kimi Bakı şəhəri Nərimanov rayonu ərazisində məskunlaşmışdır.
2. İddiaçının pensiya işindən görünür ki, ona ##.##.2006-cı ildə daxili işlər orqanı əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir.
3. İddiaçının əmək kitabçasından görünür ki, o ##.##.2013-cü ildə Üçüncü şəxs MMCyə “hüquqşünas” vəzifəsinə işə qəbul edilmiş və ##.##.2015-ci ildə işdən azad edilmişdir.
4. Əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2024-cü il tarixli qərara əsasən iddiaçıya hesablanmış pensiya məbləği ##.##.2024-cü il tarixdən 1373,44 manat təşkil etmişdir.
5. Məhkəmə sorğusu əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli məktubu ilə üçüncü şəxsin iddiaçı barəsində 2014-cü il üzrə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat məhkəməyə göndərilmişdir. Məktubda üçüncü şəxs tərəfindən 2015-ci il üzrə hər hansı sənəd və ya məlumat təqdim edilmədiyi bildirilmişdir.
6. Məktuba əlavə edilmiş cədvəldən görünür ki, üçüncü şəxs tərəfindən iddiaçının əmək haqqından 2014-cü ilin yanvar ayı üzrə 125 manat məcburi dövlət sosial sığorta haqqı hesablansa da, 73,46 manat, qalan aylarda 450 manat hesablansa da, 66,06 manat cavabdehə ödəniş edilmişdir.
7. Cavabdehin iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, hazırkı məsələ onların səlahiyyətinə aid olmadığından məsələyə tərəfindən münasibət bildirilməsi mümkün deyildir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:
8. Şirinov Eldar Əbdülrəhim oğlu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Üçüncü şəxs MMC-də 2015- ci ildə işlədiyi 9 ayın pensiya yığımı və 2014-cü il üzrə 562 manat məbləğində ödənilməmiş vəsait nəzərə alınmaqla toplanmış məlumatlar əsasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdeh tərəfindən əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə Üçüncü şəxs MMC 3-cü şəxs qismində adi cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir.
10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2015-ci il tarixdən ##.##.2023cü il tarixədək Üçüncü şəxs MMC-də işləmişdir. Üçüncü şəxs MMC tərəfindən DSMFyə naməlum səbəbdən 2014-ü ildə 562 manat məbləğində vəsaitin az ödənilməsi və 2015-ci il üzrə 9 ayın sosial ödənişin edilməməsinə görə onun pensiyasının yenidən hesablanması zamanı həmin işlədiyi müddətin yığımları nəzərə alınmamış və azalmaya səbəb olmuşdur. Bununla bağlı o, cavabdehə müraciət etmiş və ona Üçüncü şəxs MMC-yə müraciət etməsi bildirilmişdir. Üçüncü şəxs MMC-nin ünvanını müəyyən etmək mümkün olmamışdır. MMC-nin cavabdehə olan borcunun ödənilməsi məsələsi iddiaçının vəzifəsi deyil. Onun işə qəbul olunduğu və işdən çıxdığı müddət əmək kitabçasında qeyd edilmiş və möhürlə təsdiqlənmişdir.
11. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, mübahisə üzrə aydınlaşdırılmalı olan ilk məsələ iddia tələbinin yönəlməli olduğu cavabdehlə bağlı məsələdir. İddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində cavabdeh orqan kimi Mərkəzi Filial qeyd olunsa da, mübahisə üzrə cavabdeh tərəf iddiaçının fəaliyyət göstərdiyini qeyd etdiyi Üçüncü şəxs MMC olmalıdır. Qanunvericiliyin müvafiq tələblərinə əsasən sığorta edən tərəfindən sığorta ödənişlərinin icra edilməməsi zamanı yaranmış mübahisə sığorta edənlə sığorta olunan arasında mövcud olmalıdır. Odur ki, iddia tələbi əsassızdır və mümkünsüz hesab edilməlidir.
12. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ##.##.2013-cü ildə Üçüncü şəxs MMC-yə “hüquqşünas” vəzifəsinə işə qəbul edilmiş və ##.##.2015-ci ildə işdən azad edilmişdir. Həmin dövr ərzində 2014-cü il üzrə iddiaçının əmk haqqından ümumilikdə 1362,5 manat məcburi dövlət sosial sığorta haqqı hesablansa da, cəmi 800,06 manat ödənilmişdir. 2015-ci il üzrə isə iddiaçının əmək haqqında ümumiyyətlə məcburi dövlət sosial səğorta haqqı ödənilməmişdir. İddiaçı həmin dövr üzrə ödənilməyən sosial sığorta haqlarının da nəzərə alınmaqla əmək haqqının yenidən hesablanmasını istəyir.
14. İddiaçı Üçüncü şəxs MMC-də işlədiyi dövr üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi dövrlərin də ona əmək pensiyası hesablanması zamanı əmək stajı kimi nəzərə alınmasını istəyir ki, bu qanunvericiliyin müvafiq normalarına uyğun deyildir. Belə ki, iddiaçının ##.##.2006-cı ildən sonrakı dövr üzrə yalnız məcburi dövlət sosial sığorta haqları ödənilən dövrlər ona əmək pensiyası təyin edilən zaman nəzərə alına bilər. Cavabdeh tərəfindən aparılmış hesablamalar isə qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilmiş və bu baxımdan hər hansı hüquqi ziddiyyət aşkar olunmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin mövqeyi həm hüquqi baxımdan əsaslı, həm də faktiki sübutlarla təsdiqlənmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
15. Qərardan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin *-*(***)- ****/**** saylı, ## ######## 2025-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, vəsatət vasitəsi ilə əldə ediləsi nəzərdə tutulan sübutlar məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları sübut etmiş olacaqdır. İddiaçıya məlum olan qeyri rəsmi məlumata görə 2015-ci ildən sonra xxxx MMC tərəfindən iki dəfə sosial vergi borcları üçün böyük miqdarda ümümi şəkildə pul vəsaiti köçürülmüşdür. Yəni hər bir işçiyə düşən payın bölüşdürülməsi siyahısı olmadan ümumi məbləğ şəkilində pul vəsaiti köçürülmüşdür. Belə halda iddiaçı hesab edir ki, xxxx MMC-dən ona aid olan vergi ödənişini təsdiq edən bir məktub almaqla pensiyanın yenidən hesablanması məsələsi tan həllini tapmış olardı. xxxx MMC-nin hüquqi ünvanı-Nərimanov rayonunda yaşayışı olmayan bir otaqlı mənzildir. Buna görə də şirkət tez-tez yerini dəyişir və onun faktiki ünvanını müəyyən etmək üçün dəfələrlə vergi orqanlarına sözü gedən pulun köçürülüb-köçürülməməsi və xxxx MMC-nin ünvanının müəyyən edilməsi ilə bağlı rəsmi müraciət etməyimə baxmayaraq hər dəfə bildirilmişdir ki, kommersiya sirri olduğu üçün verə bilmərik. Digər məktubda isə bildirilir ki, Azərbaycan Respublikası vergi məcəlləsinin 30.6-cımaddəsində göstərilənlər istisna olmaqla bu məlumatların digər şəxslərə verilməsi nəzərdə tutulmamışdır. Bu məqsədlə vəsatət verərək məhkəmədən, məhkəmə sorğusu vasitəsi ilə vergi orqanlarından pul vasaitinin köçürülüb-köçürülməməsi barəsində məlumat istəmişdir. Eyni zamanda 2-ci vəsatətlə xxxx MMC-nin məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi təqdirdə Dövlət Sosial Müdafiəsi Fondu tərəfindən hansı tədbirlərin həyata keçirilməsi ilə bağlı sorğu göndərilməsini xahiş etmişdir. Ona görə ki, vergi ödəyiciləri hər rübün sonrakı on günlüyündə vergi orqanlarına hesabat verirlər. Qanunvericilikdə nəzətdə tutulmuş qaydada vergi ödənişləri olmadıqda vergi ödəyicisinə qarşı xəbərdarlıq, cərimə, bank hesabına sərəncam qoymaq və nəhayət məhkəməyə vermək tədbirlərini həyata keçirməlidirlər. Əgər bu tədbirlər həyata keçirilməyibsə bu hansı səbəbdən keçirilməmişdir. Bəlkə həqiqətən əsaslı bir səbəbi vardır. Lakin Hakim vəsatətlərə münasibət bildirmədi. Məhkəmə prosesi zamanı iddiaçının xahişilə hakim xxxx MMC-nin cavabdeh qismində cəlb edilməsi barəsində qərar verdi. Lakin ayaq üstə qərarı dinləməkdən başqa heç bir tədbir olmadı. Vəziyyəti belə gördükdə 3-cü vəsatətlə bildirmişdir ki, hər ay iddiaçının əmək haqqından şirkətin mühasibatlığı tərəfindən vergi ödənişləri çıxılıb və hal-hazırda şirkət ilə DSMF arasında həmin pullar yoxdursa, mənimsənilib. Bu məsələnin araşdırılması üçün xüsusi qərardad çıxarılsını xahiş etmişdir. Belə halda zəruri araşdırmaların aparılması inzibati orqanlar tərəfindən aparılaraq məsələ həll edilmiş olardı.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı E.Şirinov ##.##.2025-ci il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət edərək ##.## 2015-ci il tarixdən ##.##.2023-cü il tarixədək “xxxx" MMC-də fəaliyyət göstərdiyini və 2014-cü il üzrə müəssisə tərəfindən DSMF-ə 562 manat məbləğində vəsaitin az ödənilməsi eləcə də, 2015-ci il üzrə 9 ay sosial ödənişin ödənilməməsi səbəbilə pensiyanın yenidən hesablanması zamanı pensiya məbləğinin az hesablanmasına səbəb olduğunu qeyd etmişdir. Bildirilir ki, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində cavabdeh orqan kimi Mərkəzi Filial qeyd olunsa da, mübahisə üzrə cavabdeh tərəf iddiaçının fəaliyyət göstərdiyini qeyd etdiyi '‘xxxx" MMC müəssisəsi olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının X1 “yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair ## ## 2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarının 26-cı bəndində də qeyd olunduğu kimi 01,01.2006-cı il tarixdən sonrakı fəaliyyət dövrünün sosial sığorta stajına daxil edilə bilməsi üçün şəxsin adına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi tələb olunur. Buradan da aydın olduğu kimi sığortaedən digər işçilərin fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmalı olan məcburi dövlət sosial sığorta haqları barədə məlumatları təqdim etməli olduğu halda təqdim etməmişdir. Nəzərinizə çatdıraq ki, müəssisədə işçi sayı eləcə də işçilərin əməkhaqqı alıb-almadığı barədə sığortaçının malik olduğu informasiya sığortaedən tərəfindən verilən hesabat qədərdir. Sığortaedən, yəni cavabdeh orqan iddiaçı E.Şirinovu işçi olaraq eləcə də əməkhaqqısında məcburi dövlət sosial sığorta haqqı tutulacaq şəxs kimi sığortaçıya hesabat təqdim etməmişdirsə, burada təqsir sığortaçının, yəni Mərkəzi Filialın olmadığı kimi öhdəlik də Mərkəzi Filiala həvalə edilə bilməz. İstinad olunan normalar baxımından nəzərə almaq lazımdır ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının müraciəti əsasında cavabdehin onun əmək pensiyasını yenidən hesablamaq öhdəliyi, sığortaedən tərəfindən iddiaçının qeyd olunan əmək fəaliyyəti dövrləri üzrə məcburi dövlət sosial sığorta haqlarının ən azından sığortaçıya, yəni cavabdehə ödənildiyi təqdirdə yaranır. Hazırkı işin hallarından sığortaedən tərəfindən iddiaçıya münasibətdə iddia olunan dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının cavabdehə ümumiyyətlə köçürülmədiyi, nəticə etibarı ilə iddiaçının fərdi hesabında da qeydə alınmadığı müəyyən olunur. Bu zaman həm də nəzərə alınmalıdır ki, cavabdehin məcburi dövlət sosial sığorta haqlarının hesablanması və odənilməsı ilə bağlı məsuliyyəti, iddiaçının sığortaedəninin, yəni * saylı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, eləcə də iddiaçının, yəni sığortaolunanın da məsuliyyətini istisna etmir. Belə ki, bu qərarın 17ci bəndində istinad edilən normalara görə, sığortaedən qanunla müəyyən edilmiş sosial sığorta ödəmələrini vaxtında sığortaçıya ödəmək öhdəliyi daşıyır. Həmin normalara əsasən, iddiaçı da sosial sığorta ödəmələrinin vaxtında ödənilməsini tələb etmək hüququna malikdir ”
d) Prosses iştirakçılarının izahatları
18. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
19. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
21. “Əmək pensiyaları haqqında” Azəbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #dək hər il 6 ay artırılır. 1.0.10.-pensiya kapitalı - müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir 1.0.12.- Əmək pensiyasının sığorta hissəsi - əmək pensiyalarının ikinci pilləsi olmaqla, fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir 1.0.13.-Əmək pensiyasının yığım hissəsi - əmək pensiyalarının üçüncü pilləsi olmaqla, fərdi şəxsi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.2-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il ######ın #-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən müəyyən edilir.
23. “Sosial sığorta haqqında” Qanunda göstərilmişdir ki, sığortaçı – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir (1.1.6.). Sığortaçı – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir (1.1.6.). Məcburi dövlət sosial sığorta haqqı – sığortalamaya görə sığortaçıya ödənilən pul vəsaitiddir (1.1.10.). Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar (2).
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
28. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ##.##.2013-cü ildə Üçüncü şəxs MMC-yə “hüquqşünas” vəzifəsinə işə qəbul edilmiş və ##.##.2015-ci ildə işdən azad edilmişdir. Həmin dövr ərzində 2014-cü il üzrə iddiaçının əmk haqqından ümumilikdə 1362,5 manat məcburi dövlət sosial sığorta haqqı hesablansa da, cəmi 800,06 manat ödənilmişdir. 2015-ci il üzrə isə iddiaçının əmək haqqında ümumiyyətlə məcburi dövlət sosial səğorta haqqı ödənilməmişdir. İddiaçı həmin dövr üzrə ödənilməyən sosial sığorta haqlarının da nəzərə alınmaqla əmək haqqının yenidən hesablanmasını istəyir.
29. Hazırkı işin hallarından o da görünür ki, iddiaçı Üçüncü şəxs MMC-də işlədiyi dövr üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi dövrlərin də ona əmək pensiyası hesablanması zamanı əmək stajı kimi nəzərə alınmasını istəyir ki, bu qanunvericiliyin yuxarıda qeyd edilən normalarına uyğun deyildir. Belə ki, iddiaçının ##.##.2006-cı ildən sonrakı dövr üzrə yalnız məcburi dövlət sosial sığorta haqları ödənilən dövrlər ona əmək pensiyası təyin edilən zaman nəzərə alına bilər.
30. Cavabdeh tərəfindən aparılmış hesablamalar isə qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilmiş və bu baxımdan hər hansı hüquqi ziddiyyət aşkar olunmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin mövqeyi həm hüquqi baxımdan əsaslı, həm də faktiki sübutlarla təsdiqlənmişdir
31. Apellyasiya şikayətinin dəlillərinə gəlincə məhkəmə Kollegiyası qeyd edir ki, şikayətin dəlillərinin araşdırılması ilə bağlı apellyasiya baxışı zamanı iddiaçı Şirinov Eldar Əbdülrəhim oğlunun Üçüncü şəxs MMC-də “hüquqşünas” vəzifəsində işlədiyi 2014cü il və 2015-ci il üzrə isə iddiaçının əmək haqqından məcburi dövlət sosial səğorta haqqı ödənilməsi (ümumilikdə və fərdi) barədə məlumatların və sənədlərin (təsdiq olunmuş surətinin) məhkəməyə təqdim olunması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına sorğu ünvanlanmışdır. Məhkəmə sorğusuna ##.##.2026-cı il tarixli cavab olaraq məcburi dövlət sosial sığortası üzrə ümumi hesabat təqdim edilmişdir.
32. Belə ki, Sorğu ilə əlaqədar birinci instansiya məhkəməsində təqdim edilmiş sistemdə qeydə alınmış E.Şirinovun fərdi şəxsi hesabı ilə bağlı məlumatlar, həmçinin sığortaedən Üçüncü şəxs MMC tərəfindən 2014-cü il üçün təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabat yenidən təqdim edilmişdir.
33. Sorğuya cavabda həmçinin, məlumat üçün bildirilmişdir ki, sığortaedənin uzun müddət öncə fəaliyyətini dayandırmış, Fonda sonuncu dəfə 2015-ci il üçün məcburi dövlət sosial sığortası üzrə hesabat təqdim etmişdir. (Yəni əməkhaqqı ayırması barədə 2015-ci il üçün məcburi dövlət sosial sığortası üzrə hesabat təqdim etmişdir. Lakin nə ümumi, nə də fərdi sığorta ayırmalarına dair hesabat verilmədiyi, həmçinin, hazırki işlə əlaqədar müəssisənin MDSS üzrə hesabatları aşkarlanmadığı müəyyən olunur. )
34. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Uçot İdarəsinin məhkəmə Kollegiyasının sorğusuna ##.##.2026-cı il tarixli cavab olaraq bildirilmişdir ki, ##.##.2023-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən, hüquqi ünvanı AZ1108, ünvan 2 2093- cü kvartal olan Üçüncü şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) ##.##.2007-ci il tarixdə, 1107-T31-4546 Ədliyyə qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.
35. Apellyasiya şikayətinin Üçüncü şəxs MMC-nin məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi təqdirdə Dövlət Sosial Müdafiəsi Fondu tərəfindən hansı tədbirlərin həyata keçirilməsi ilə bağlı sorğu göndərilməsi, hər ay iddiaçının əmək haqqından şirkətin mühasibatlığı tərəfindən vergi ödənişləri çıxılıb və hal-hazırda şirkət ilə DSMF arasında həmin pullar yoxdursa, mənimsənilməsi məsələnin araşdırılması üçün xüsusi qərardad çıxarılması barədə dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, nəzərə aınmalıdır ki, cavabdehin məcburi dövlət sosial sığorta haqlarının hesablanması və odənilməsı ilə bağlı məsuliyyəti, iddiaçının sığortaedəninin, eləcə də iddiaçının, yəni sığortaolunanın da məsuliyyətini istisna etmir.
36. Belə ki, oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ## 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarında da qeyd olunmuşdur.
37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
38. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.