Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-477/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Mayılov Ülvi Arif oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçının vəkili X2 iştirakı ilə, İddiaçı firmasının Cavabdeh3nə (üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə) qarşı «kompensasiya ödənilməsi» tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(82)-1601/2016 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar “xxxxxxxxxxxxxxxxxxxxxxx” ASC, “xxxxxxxxx” MMC, İddiaçı Firması, “Ulduz-11” İKF, “xxxxx” MMC, “Atropatena” TİF və fiziki şəxs X1 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Cavabdeh3nə, Azərbaycan Respublikası Nazirlər Kabinetinə) qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə bazar qiymətinə uyğun olaraq hesablanmış 10.976.000 manat məbləğində kompensasiyanın, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış 10.976.000 manat bazar qiymətinin 20 %-i miqdarında satınalma qiymətinə əlavə haqqın, xx.xx.2013-cü il tarixdən başlayaraq qəbul ediləcək qətnamə qanuni qüvvəyə minən tarixə qədər 10.976.000 manat məbləğində pul vəsaitinin hər ay 10 faiz hesablanmaqla 1.097.600 manat məbləğində adi mülki dövriyyə şəraitində əldə ediləcək gəlirlərin (əldən çıxmış fayda), manatın devalvasiyaya uğraması nəticəsində 10.976.000 manat məbləğində pul vəsaitinin 33 %-i məbləğində pul vəsaitinin, 10.000 manat məbləğində vurulmuş mənəvi zərərin əvəzinin, “xxxxxxxxx” MMC-yə bazar qiymətinə uyğun olaraq hesablanmış 6.240.300 manat məbləğində kompensasiyanın, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış 6.240.300 manat bazar qiymətinin 20 %-i miqdarında satınalma qiymətinə əlavə haqqın, xx.xx.2013-cü il tarixdən başlayaraq qəbul ediləcək qətnamə qanuni qüvvəyə minən tarixə qədər 6.240.300 manat məbləğində pul vəsaitinin hər ay 10 faiz hesablanmaqla 624.030 manat məbləğində adi mülki dövriyyə şəraitində əldə ediləcək gəlirlərin (əldən çıxmış fayda), manatın devalvasiyaya uğraması nəticəsində 6.240.300 manat məbləğində pul vəsaitinin 33 %-i məbləğində pul vəsaitinin, 10.000 manat məbləğində vurulmuş mənəvi zərərin əvəzinin, İddiaçı Firmasına bazar qiymətinə uyğun olaraq hesablanmış 667.500 manat məbləğində kompensasiyanın, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış 667.500 manat bazar qiymətinin 20 %-i miqdarında satınalma qiymətinə əlavə haqqın, xx.xx.2013-cü il tarixdən başlayaraq qəbul ediləcək qətnamə qanuni qüvvəyə minən tarixə qədər 667.500 manat məbləğində pul vəsaitinin hər ay 10 faiz hesablanmaqla 66.750 manat məbləğində adi mülki dövriyyə şəraitində əldə ediləcək gəlirlərin (əldən çıxmış fayda), manatın devalvasiyaya uğraması nəticəsində 667.500 manat məbləğində pul vəsaitinin 33 %-i məbləğində pul vəsaitinin, 10.000 manat məbləğində vurulmuş mənəvi zərərin əvəzinin, “Atropatena” TİF-ə bazar qiymətinə uyğun olaraq hesablanmış 240.000 manat məbləğində kompensasiyanın, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış 240.000 manat bazar qiymətinin 20 %-i miqdarında satınalma qiymətinə əlavə haqqın, xx.xx.2013-cü il tarixdən başlayaraq qəbul ediləcək qətnamə qanuni qüvvəyə minən tarixə qədər 240.000 manat məbləğində pul vəsaitinin hər ay 10 faiz hesablanmaqla 24.000 manat məbləğində adi mülki dövriyyə şəraitində əldə ediləcək gəlirlərin (əldən çıxmış fayda), manatın devalvasiyaya uğraması nəticəsində 240.000 manat məbləğində pul vəsaitinin 33 %-i məbləğində pul vəsaitinin, 10.000 manat məbləğində vurulmuş mənəvi zərərin əvəzinin, “Ulduz-11” İKF-ə bazar qiymətinə uyğun olaraq hesablanmış 1.125.300 manat məbləğində kompensasiyanın, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış 1.125.300 manat bazar qiymətinin 20 %-i miqdarında satınalma qiymətinə əlavə haqqın, xx.xx.2013cü il tarixdən başlayaraq qəbul ediləcək qətnamə qanuni qüvvəyə minən tarixə qədər 1.125.300 manat məbləğində pul vəsaitinin hər ay 10 faiz hesablanmaqla 112.530 manat məbləğində adi mülki dövriyyə şəraitində əldə ediləcək gəlirlərin (əldən çıxmış fayda), manatın devalvasiyaya uğraması nəticəsində 1.125.300 manat məbləğində pul vəsaitinin 33 %-i məbləğində pul vəsaitinin, 10.000 manat məbləğində vurulmuş mənəvi zərərin əvəzinin, “xxxxx” MMC-yə bazar qiymətinə uyğun olaraq hesablanmış 214.000 manat məbləğində kompensasiyanın, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış 214.000 manat bazar qiymətinin 20 %-i miqdarında satınalma qiymətinə əlavə haqqın, xx.xx.2013-cü il tarixdən başlayaraq qəbul ediləcək qətnamə qanuni qüvvəyə minən tarixə qədər 214.000 manat məbləğində pul vəsaitinin hər ay 10 faiz hesablanmaqla 21.400 manat məbləğində adi mülki dövriyyə şəraitində əldə ediləcək gəlirlərin (əldən çıxmış fayda), manatın devalvasiyaya uğraması nəticəsində 214.000 manat məbləğində pul vəsaitinin 33 %-i məbləğində pul vəsaitinin, 10.000 manat məbləğində vurulmuş mənəvi zərərin əvəzinin və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını və ərazinin sökülməsinə əsas hesab edilmiş sənədlər və kompensasiyanın hesablanması ilə bağlı sənədlərin cavabdehdən tələb edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar “xxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin, “xxxxxxxxx” MMC-nin, İddiaçı Firmasının, “Ulduz-11” İKF-nin vəkili və nümayəndəsi, “xxxxx” MMC-nin nümayəndəsi X4, iddia tələbinin dəqiqləşdirilməsi barədə xx xxxx 2016-cı il tarixində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Cavabdeh3ndəntutularaq, “xxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 10 ünvanda olan 10.976,6 kv.m tikilisi olan qeyriyaşayış sahəsinin sökülməsi ilə əlaqədar “xxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə bazar qiymətinə uyğun olaraq hesablanmış 10.976.000 manat məbləğində kompensasiyanın, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış 10.976.000 manat bazar qiymətinin 20 %-i miqdarında satınalma qiymətinə əlavə haqqın, xx.xx.2013-cü il tarixdən başlayaraq qəbul ediləcək qətnamə qanuni qüvvəyə minən tarixə qədər 10.976.000 manat məbləğində pul vəsaitinin hər ay 10 faiz hesablanmaqla 1.097.600 manat məbləğində adi mülki dövriyyə şəraitində əldə ediləcək gəlirlərin (əldən çıxmış fayda), manatın devalvasiyaya uğraması nəticəsində 10.976.000 manat məbləğində pul vəsaitinin 100 %-i məbləğində pul vəsaitinin, yəni həmin pul vəsaitinin iki mislinin, 10.000 manat məbləğində vurulmuş mənəvi zərərin əvəzinin, “xxxxxxxxx” MMC-yə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 14 ünvanda olan 6.240,3 kv.m tikilisi olan qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar bazar qiymətinə uyğun olaraq hesablanmış 6.240.300 manat məbləğində kompensasiyanın, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış 6.240.300 manat bazar qiymətinin 20 %-i miqdarında satınalma qiymətinə əlavə haqqın, xx.xx.2013cü il tarixdən başlayaraq qəbul ediləcək qətnamə qanuni qüvvəyə minən tarixə qədər 6.240.300 manat məbləğində pul vəsaitinin hər ay 10 faiz hesablanmaqla 624.030 manat məbləğində adi mülki dövriyyə şəraitində əldə ediləcək gəlirlərin (əldən çıxmış fayda), manatın devalvasiyaya uğraması nəticəsində 6.240.300 manat məbləğində pul vəsaitinin 100 %-i məbləğində pul vəsaitinin 100 %-i məbləğində pul vəsaitinin, yəni həmin pul vəsaitinin iki mislinin, 10.000 manat məbləğində vurulmuş mənəvi zərərin əvəzinin, İddiaçı Firmasına Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, Sahil zolağı ünvanda olan 667,5 kv.m tikilisi olan qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar bazar qiymətinə uyğun olaraq hesablanmış 667.500 manat məbləğində kompensasiyanın, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış 667.500 manat bazar qiymətinin 20 %-i miqdarında satınalma qiymətinə əlavə haqqın, xx.xx.2013-cü il tarixdən başlayaraq qəbul ediləcək qətnamə qanuni qüvvəyə minən tarixə qədər 667.500 manat məbləğində pul vəsaitinin hər ay 10 faiz hesablanmaqla 66.750 manat məbləğində adi mülki dövriyyə şəraitində əldə ediləcək gəlirlərin (əldən çıxmış fayda), manatın devalvasiyaya uğraması nəticəsində 667.500 manat məbləğində pul vəsaitinin 100 %-i məbləğində pul vəsaitinin, yəni həmin pul vəsaitinin iki mislinin, 10.000 manat məbləğində vurulmuş mənəvi zərərin əvəzinin, “Ulduz-11” İKF-ə ünvan 4 Sahil zolağının kəsişməsi ünvanda olan 1.125,3 kv.m tikilsi olan qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar bazar qiymətinə uyğun olaraq hesablanmış 1.125.300 manat məbləğində kompensasiyanın, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış 1.125.300 manat bazar qiymətinin 20 %-i miqdarında satınalma qiymətinə əlavə haqqın, xx.xx.2013-cü il tarixdən başlayaraq qəbul ediləcək qətnamə qanuni qüvvəyə minən tarixə qədər 1.125.300 manat məbləğində pul vəsaitinin hər ay 10 faiz hesablanmaqla 112.530 manat məbləğində adi mülki dövriyyə şəraitində əldə ediləcək gəlirlərin (əldən çıxmış fayda), manatın devalvasiyaya uğraması nəticəsində 1.125.300 manat məbləğində pul vəsaitinin 100 %-i məbləğində pul vəsaitinin, yəni həmin pul vəsaitinin iki mislinin, 10.000 manat məbləğində vurulmuş mənəvi zərərin əvəzinin, “xxxxx” MMC-yə bazar qiymətinə uyğun olaraq hesablanmış 214.000 manat məbləğində kompensasiyanın, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış 214.000 manat bazar qiymətinin 20 %-i miqdarında satınalma qiymətinə əlavə haqqın, xx.xx.2013-cü il tarixdən başlayaraq qəbul ediləcək qətnamə qanuni qüvvəyə minən tarixə qədər 214.000 manat məbləğində pul vəsaitinin hər ay 10 faiz hesablanmaqla 21.400 manat məbləğində adi mülki dövriyyə şəraitində əldə ediləcək gəlirlərin (əldən çıxmış fayda), manatın devalvasiyaya uğraması nəticəsində 214.000 manat məbləğində pul vəsaitinin 100 %-i məbləğində pul vəsaitinin, yəni həmin pul vəsaitinin iki mislinin, 10.000 manat məbləğində vurulmuş mənəvi zərərin əvəzinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Cavabdeh3 və Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq iddiaçılara ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(82)- 1601/2016 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(82)-1601/2016 saylı qərarının ləğv edilməsi, iddiaçının tələblərinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlilini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarında olan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsinin xx.xx.2007-ci il tarixli, 01/ç-759 saylı kommersiya təşkilatlarının Dövlət Reyestrindən çıxarışa əsasən “BİSON-S” firması xx.xx.1996-cı il tarixində qeydiyyata alınmışdır. - AR ƏMDK-nın xx.xx.2014-cü il tarixli, **********38 saylı Cavabdeh3nə ünvanladığı məktubunda söküntüyə məruz qalmış müəssisə və obyektlərin mülkiyyətçilərinə kompensasiya ödənilməsi ilə bağlı ilkin hesablamalarının siyahısı və ərizənin kadastr xəritəsi təqdim edilmişdir. - Cavabdeh1nə ünvanlanmış 1314 saylı, xx.xx.2014-cü il tarixli məktubda ƏMDKdən daxil olmuş **********38 saylı xx xxxxxx 2014-cü il tarixli məktubda Azərbaycan Respublikasının Prezidentinin xx xxx 2011-ci il tarixli 1490 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası olaraq Bakı Beynəlxalq Dəniz Vağzalından Nobel prospekti ilə Xəqani Rstəmov küçəsinin kəsişməsinə kimi olan ərazidə salınacaq yeni bulvar və avtomobil yolunun tikintisi layihəsinin altına düşən müəssisə və obyektlərin köçürülməsi işinin müvafiq tapşırıq əsasında həyata keçirildiyi, söküntüyə məruz qalmış müəssisə və obyektlərin mülkiyyətçilərinə dəyən ziyanın ödənilməsi ilə bağlı ilkin hesablamaların aparıldığı və ərazinin kadastr xəritəsinin hazırlandığı bildirilir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aparılmış hesablamlara əsasən mülkiyyətçilərə kompensasiya ödənilməsi üçün 31 milyon manatdan artıq vəsait tələb olunur. Həmin ərazidə sökülmüş 25 subyekt mülkiyyətçilərinə indiyədək kompenmsasiya ödənilməməsi onların müxtəlif dövlət orqanlarına çox saylı müraciətləri ilə nəticələnmişdir. Obyektlərin mülkiyyətçilərinə kompensasiya ödənilməsinə tələb olunan vəsait haqqında həmin məlumatların təqdim edilərək baxılması və məsələnin həllinə köməklik edilməsi xahiş olunmuşdur. - Xətai Rayon İcra Hakimiyyətinin başçısının N/B-8 saylı, xx.xx.2015-ci il tarixli AR Baş Nazirinin müavininə ünvanladığı məktubunda söküntüyə məruz qalmış müəssisə və obyektlərin mülkiyyətçilərinə dəyən ziyanın ödənilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsindən sökülmüş obyektlərin ilkin sənədləri götürülərək mülkiyyətçilərə kompensasiya verilməsi üçün aidiyyəti üzrə xx.xx.2014-cü il tarixində 1314 nömrəli məktubla Maliyyə Nazirliyinə göndərilmişdir. - Cavabdeh3 başçısının Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ünvanladığı xx.xx.2015-ci il tarixli məktubdan göründüyü kimi Azərbaycan Respublikası Baş Nazirinin Müavini cənab A.Şərifovun x xxx 2015-ci il tarixli, 12/12/kol-61 saylı dərkənarı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx xxxxx 2015-ci il tarixli, **********88 saylı məktubu birgə baxılıb həll olunması üçün Maliyyə Nazirliyinə, Əmlak Məsələləri Dövlət Komitəsinə və Xətai Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxx 2011-ci il tarixli 149-nömrəli sərəncamı ilə təsdiq edilmiş 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası ilə əlaqədar olaraq Bakı Beynəlxalq Dəniz Vağzalından Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsinə kimi olan ərazidə salınacaq yeni bulvar və abtomobil yolunun tikintisi layihəsinin altına düşən müəssisə və obyektlərin köçürülməsinin Əmlak Məsələləri Dövlət Komitəsinin məktubuna əsasən müvafiq tapşırığa uyğun həyata keçirildiyi. Söküntüyə məruz qalmış müəssisə və obyektlərin mülkiyyətçilərinə dəyən ziyanın ödənilməsi ilə bağlı ilkin hesablamaların aparıldığı və ərazinin kadastr xəritəsinin hazırlandığı bildirilmişdir. əmlak Məsələləri Dövlət komitəsi tərəfidnən aparılmış hesablamalara əsasən mülkiyyətçilərə kompensasiya ödənilməsi üçün 31 milyon manatdan artıq vəsait tələb olunur. - Xətai Rayon İcra Hakimiyyəti başçısının Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ünvanladığı xx.xx.2015-ci il tarixli məktubunda Bakı Ağ şəhər layihəsi çərçivəsində yeni salınan Ağ şəhər Bulvarı və yol tikinti işləri ilə əlaqədar Nobel prospekti ilə dənizin əhatəsidnə yerləşən qeyri-yaşayış sahələri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən söküldüyü qeyd olunmuşdur. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin topladığı sənədlər götürülərək Maliyyə Nazirliyinin əməkdaşları ilə birgə tərəflərifdnən araşdırılmış. Müstəqil ekspert cəlb edilməklə sənədlər ekspertizadan keçirilmiş və mövud qanunvericiliyə uyğun olaraq həmin obyektlərdən aidyyəti fiziki və hüquqi şəxslərin mülkiyyətində olmasını təsdiq edən sənədləri onların müvafiq qaydada qiymətləndirmişdir. Qiymətləndirilmiş 12 obyekt üzrə mülkiyyətçilərə 3446688,00 manat vəsait tələb olunur. Bununla yanaşı Nobel propekti ilə Babək prospektini birləşdirən yeni yol və yol qovşağının tikintisi ilə əlaqədar X.Rüstəmov küçsi boyunca Rayon İcra Hakimiyyəti tərəfindən 10 qeyri yaşayış obyekti müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmiş və sökülmüşdür. 10 obyekt üzrə mülkiyyətçilərə 3976689,00 mana vəsait ödənilməlidir. Əlavə olaraq qiymətləndirici ilə bağlanmış müqavilə əsasənda ona 5500,00 manat, bank xərci 29715,00 manat olmaqla ümumilikdə 7458592,00 manat vəsait tələb olunur. - Azərbaycan Respublikası ƏMDK-nın xx xxxxxxxx 2016-cı il tarixli, **********69 saylı məktubunda qeyd olunmuşdur ki, dövlət əmlakının özəlləşdirilməsi qaydasında qeyriyaşayış sahəsi İddiaçı firmasının xüsusi mülkiyyətinə verilməmişdir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə mülkiyyətin dövlət ehtiyacları və ictimai ehtiyaclar üçün hansı konkret hallarda özgəninkiləşdirə bilməsi və bu barədə hansı dövlət orqanının qərar qəbul etməsi müəyyən edilmişdir. Bütün başqa hallarda mülkiyyət yalnız könüllülük əsasında özgəninkiləşdirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunun preambulasında göstərilmişdir ki, bu Qanun Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydalarını, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyir. Həmin Qanunun 1.1.1-ci maddəsinə görə alınma – dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Həmin Qanunun 7.1-ci maddəsinə görə torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, işə apellyasiya qaydasında baxılarkən məhkəməyə təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx xxxxx 1996-cı il tarixli,495 N-li Sərəncamının İ bəndində qeyd edilmişdir ki, İddiaçı firmasının xx.xx.1996-cı il tarixli, 1 N-li məktubu nəzərə alınaraq, Xətai rayonu, N.Rəfiyev küçəsi ilə Xəzər dənizinin sahil zolağının kəsişdiyi ərazidə, Dənizkənarı parkın tikintisi başlanana qədər müvəqqəti olaraq, ona anbar layiləşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılsın. İşin hallarında göründüyü kimi mübahisəli qeyri-yaşayış sahəsi və onun yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının hər hansı mülkiyyət hüququ müəyyən edilməmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinə göndərilmiş sorğuya verilmiş cavab məktubundan görünür ki, mübahisəli qeyri-yaşayış sahəsi İddiaçı firmasının mülkiyyətində olmamışdır. Bundan başqa iddiaçı tərfindən də qeyd olunan qeyri-yaşayış sahəsinə dair mülkiyyət və ya istifadə hüquqlarını təsdiq edən hər hansı bir sənəd təqdim edilməmişdir. Bununla da iddiaçının tələbinin təmin edilməsi üçün hər hansı hüquqi əsas mövcud olmadığından cavabdeh orqanın imtinası qanuni və əsaslı olmuşdur. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının tələbi əsassız, cavabdehin imtinası əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almaqla iş üzrə qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı firması tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(82)- 1601/2016 saylı qərarı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim Valeh Ağayev Hakimlər Ülvi Mayılov Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-477/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-477/2020
04.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver