Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-477/2022 09.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” barədə iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2-1(112)-263/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 20C ünvanında yerləşən fərdi yaşayış evinə aid çıxarışda ümumi sahənin düzgün qeyd edilməsi, tam mülkiyyətinə verilməsi və tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyesterindən texniki pasportun verilməsi və hüquqların daşınmaz əmlakın dövlət reyestrindən ilkin qeydiyyata alınmaqla çixarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, AR-nın ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən Bakı şəhəri, Xətai rayonu, Xətai pr, Zığ yolu küçəsi, hərbi hissəyə gedən yolun sol tərəfində yerləşən fərdi yaşayış evinə aid texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsinə dair ********** nömrəli, xx.xx.2015-ci il tarixli ərizə və ona əlavə edilmiş sənədlərə AR-nın ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli məktubu ilə iddiaçıya imtina cavabı verib. AR-nın ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı ünvan 1 ünvanında yerləşən yaşayış evinə aid çıxarışda ümumi sahənin düzgün qeyd edilməsi ilə bağlı ƏMDK-nin 193 nömrəli Çağrı Mərkəzindən göndərilmiş xx.xx.2019cu il tarixli müraeiətimə cavabdeh xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli məktubu ilə iddiaçıya imtina cavabı verilmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, iddiaçı müraciətində qeyd edilən məsələnin araşdırılması məqsədilə adı çəkilən fərdi yaşayış evinə Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış zamanı iddia edilən tikintinin yerləşdiyi torpaq sahəsinə dair hər hansı huqüqmüəyyənedici sənədin olmadığı müəyyən edilmişdir. Bu səbəbdən həmin tikili etibarnamə üzrə səlahiyyətli nümayəndə İddiaçı məxsus fərdi yaşayış evi üzərində yaranmış mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınan zaman fərdi yaşayış evinə dair tərtib olunmuş texniki pasport (yaşayış evinin sahəsi 159,40 kv.m. göstərilib) və daşınmaz əmlakın dövlət reyesterindən çıxarış sənədində öz əksini tapmamışdır. İddiaçı qeyd edir ki, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini o zəbt etməmiş və uzun müddətdir ki, yəni 2007-ci ildən indiyədək heç kəsə mane olmadan onların istifadəsindədir. Həmin torpaq sahəsinin 30 kv.m hissəsinə iddiaçının mülkiyyət hüququ var. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 20C ünvanında yerləşən fərdi yaşayış evinə aid çıxarışda ümumi sahənin düzgün qeyd edilməsi, tam mülkiyətinə verilməsi və tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrindən texniki pasportun verilməsi və hüquqların daşınmaz əmlakın dövlət reyestrindən ilkin qeydiyyata alınmaqla çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, hərbi hissəyə gedən yolun sol tərəfində yerləşən fərdi yaşayış evinə aid texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2019-cu il tarixli müraciəti İdarəyə daxil olmuşdur. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən sözügedən fərdi yaşayış evinə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisində perimetrik ölçüləri ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur və torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin (110 kV-luq) və qaz kəmərinin mühafizə zolağında yerləşir. Həmçinin bildirirlər ki, təqdim olunmuş layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq (faktiki iki mərtəbəli olsa da, layihədə bir mərtəbəli kürsülü göstərilmişdir və lisenziyası yoxdur) mövcuddur. Habelə torpaq sahəsi Zığ yolunun kənarından 8.7m. və 10.7m. məsafədə yerləşir. Bu səbəblərdən cavabdeh tərəfindən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa xx.xx.2019-ci il tarixli, **********82 saylı cavab məktubu ünvanlanmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-263/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinin verilməsinə dair 67,20 manat məbləğində məhkəmə xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin (Hesab: AZ23AİİB********************) nəfinə keçirilməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-263/2021 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlillərinə görə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu, 10-cu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 2.2-ci maddələri düzgün tətbiq edilməyib. İmtinanın əsası kimi qeyd edilmiş iddiaçıya məxsus torpaq sahəsinin yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zolağına düşməsi "xxxx" ASC-nin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 17 dekabr 2019-cu il tarixli 02-16-200 saylı məktubu ilə təkzib edilib. İmtinanın digər əsası kimi “Azəriqaz” İB-nin boru kəmərinin keçməsinə istinad edilməsi Bakı Regional Qaz İstismar Departamentinin xx.xx.2020-ci il tarixli, ZM-30 saylı məktubu ilə təkzib edilib. İmtinanın əsassız və qanunsuz olduğu nəzərə alınmamışdır. Məhkəmə öz təşəbbüsü ilə keçirtdiyi torpaqşünaslıq ekspertizasının nəticəsinə əhəmiyyət verməmişdir. İddiaçının iddia etdiyi fərdi yaşayış evinin ona məxsus olmayan torpaq sahəsində inşa olunması işdə olan sənədlərlə təsdiq olunmamışdır. Elektron kadastr məlumatlarında torpağın perimetrik ölçüləri və faktik vəziyyəti arasında uyğunsuzluğun olması, torpaq sahəsinin dəqiq koordinatlarının olmaması isə iddiaçının deyil, cavabdehin təqsiri ucbatından baş verib. Bu hissədə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 iyun tarixli, 116 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Əsasnamənin 9.11, 9.23, və 9.24-cü bəndlərinə istinad edilmişdir. şikayətdə əlavə olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci, 19.1-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarına istinad edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* saylı Çıxarışına əsasən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, Hərbi hissəyə gedən yolun sol tərəfində yerləşən 0.013 ha sahədən ibarət torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. Xətai rayon Bələdiyyəsi tərəfindən, BŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin planlaşdırma idarəsi tərəfindən təsdiq edilmiş cizgiyə əsasən Zığ yolu küçəsində yerləşən 0.02 ha torpaq sahəsinin mövcud istifadə vəziyyətində cizgisi tərtib edilmişdir. Həmin cizgidə göstərilən sahədən Xətai rayon QİL-nın balansında olan orta təzyiqli D=219 mm qaz kəmərinin 5 metr məsafədən keçdiyi, MQKİ-nə məxsus d=500 mm-lk qaz xəttinin 15 metr məsafədən keçdiyi Xətai rayon Qİİ-nin baş mühəndisi tərəfindən aparılan qeyd “Azəriqaz” İB-yi tərəfindən təsdiq edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən verilmiş Kod 01000003, xx.xx.2006-cı il tarixli, JN-28096H nömrəli Şəhadətnaməyə əsasən Xətai rayonu Xətai Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli 05/128 saylı Sərəncamı ilə təsdiq edilmiş fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Zığ yolu, Hərbi hissəyə gedən yolun sol tərəfində yerləşən 0.02 ha sahədən ibarət torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təsdiq olunmuş AN-İ№0095731 saylı 03 noyabr 2006-cı il tarixli torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən İddiaçı ona məxsus Zığ yolu, Hərbi hissəyə gedən yolun sol tərəfində yerləşən 0.02 ha sahəsindən 0,007 ha hissəsini X1. Sonradan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən 0.013 ha torpaq sahəsinin üzərində yerləşən 159.4 kv.metr sahədən ibarət fərdi yaşayış evi İddiaçı adına 16 iyul 2019-cu il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı mütəxəssislər tərəfindən çöl-ölçmə işləri aparılaraq sözügedən torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 130 kv.m olmasına baxmayaraq, faktiki mişar daşı ilə hasar daxilində 236,5 kv.m torpaq sahəsinin mövcud olduğu və üzərində ümumi sahəsi 159,4 kv.m olan fərdi yaşayış evinin olduğu, həyətyani sahədə Sta =55 kv.m olan tikili inşa edildiyi, həmin tikilinin çox hissəsinin artıq sahənin üzərində yerləşməsi və bu səbəbdən də texniki pasportda öz əksini tapmadığı, əlavə olaraq 2-ci mərtəbənin eyvan sahəsinin də qanunamüvafiq olaraq çıxarışda ümumi sahəyə daxil edilmədiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının qeyd edilən daşınmaz əmlaka dair elektron kadastr məlumatına əsasən sözügedən fərdi yaşayış evinə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisində perimetrik ölçülər ilə faktiki vəziyyət arasında uyğunsuzluq olduğundan iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası əsaslı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin halları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* saylı Çıxarışına əsasən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, Hərbi hissəyə gedən yolun sol tərəfində yerləşən 0.013 ha sahədən ibarət torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. Xətai rayon Bələdiyyəsi tərəfindən, BŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin planlaşdırma idarəsi tərəfindən təsdiq edilmiş cizgiyə əsasən Zığ yolu küçəsində yerləşən 0.02 ha torpaq sahəsinin mövcud istifadə vəziyyətində cizgisi tərtib edilmişdir. Həmin cizgidə göstərilən sahədən Xətai rayon QİL-nın balansında olan orta təzyiqli D=219 mm qaz kəmərinin 5 metr məsafədən keçdiyi, MQKİ-nə məxsus d=500 mm-lk qaz xəttinin 15 metr məsafədən keçdiyi Xətai rayon Qİİ-nin baş mühəndisi tərəfindən aparılan qeyd “Azəriqaz” İB-yi tərəfindən təsdiq edilmişdir. Döviət Torpaq və Xərıtəçəkmə Komitəsindən verilmiş Kod 01000003, xx.xx.2006-cı il tarixli, JN-28096H nömrəli Şəhadətnaməyə əsasən Xətai rayonu Xətai Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli 05/128 saylı Sərəncamı ilə təsdiq edilmiş fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Zığ yolu, Hərbi hissəyə gedən yolun sol tərəfində yerləşən 0.02 ha sahədən ibarət torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təsdiq olunmuş AN-İ№0095731 saylı 03 noyabr 2006-cı il tarixli torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən İddiaçı ona məxsus Zığ yolu, Hərbi hissəyə gedən yolun sol tərəfində yerləşən 0.02 ha sahəsindən 0,007 ha hissəsini X1. Sonradan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən 0.013 ha torpaq sahəsinin üzərində yerləşən 159.4 kv.metr sahədən ibarət fərdi yaşayış evi İddiaçı adına 16 iyul 2019-cu il tarixdə qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsindəki araşdırma zamanı mütəxəssislər tərəfindən çölölçmə işləri aparılaraq sözügedən torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 130 kv.m olmasına baxmayaraq, faktiki mişar daşı ilə hasar daxilində 236,5 kv.m torpaq sahəsinin mövcud olduğu və üzərində ümumi sahəsi 159,4 kv.m olan fərdi yaşayış evinin olduğu, həyətyani sahədə Sta =55 kv.m olan tikili inşa edildiyi, həmin tikilinin çox hissəsinin artıq sahənin üzərində yerləşməsi və bu səbəbdən də texniki pasportda öz əksini tapmadığı, əlavə olaraq 2-ci mərtəbənin eyvan sahəsinin də qanunamüvafiq olaraq çıxarışda ümumi sahəyə daxil edilmədiyi müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının qeyd edilən daşınmaz əmlaka dair elektron kadastr məlumatına əsasən sözügedən fərdi yaşayış evinə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisində perimetrik ölçülər ilə faktiki vəziyyət arasında uyğunsuzluq olduğundan iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası əsaslı olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı hüquqlarının qeydə alındığı ona məxsus fərdi yaşayış evinin ölçülərinin düzgün qeydə alınmadığını iddia edərək, lakin əslində özbaşına zəbt etdiyi torpaq sahəsində inşa etmiş olduğu fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etsə də, həmin torpaq sahəsinin qanunvericliklə müəyyən edilmiş qaydada onun adına qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənədləri nə cavabdeh inzibati orqana, nə də məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, iddiaçının tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı sübut edilmədiyindən məhkəmə hesab etmişdir ki, iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddanın rədd edilməsi barədə qənaətə gələrkən, mövqeyini inşa edilmiş fərdi yaşayış evinin tikinti altı torpaq sahəsinin ölçüsünün mülkiyyətdə olan torpaq sahəsinin ölçüsündən çox olması, çox olan hissədə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı tikinti altı sahəsi 172 kv.m olan tikilinin mülkiyyət hüququ ilə ona məxsus olan 130 kv.m torpaq sahəsinin hüdudlarını aşan 42 kv.m hissəsi üzrə mülkiyyət hüququnun qeydə alınmasını arzuladığı halda, həmin qeydiyyat hərəkətlərinin aparılmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçı “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu, 10-cu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 2.2-ci maddələrinə istinad edərək, fərdi yaşayış evinin altındakı torpaq sahəsinə mülkiyyəti hüququnun olduğunu düşünsə də, bu hal yalnız o halda əsaslı hesab oluna bilərdi ki, inşa etdiyi fərdi yaşayış evinin altındakı torpaq sahəsi ona ayrılmış ola idi. İş materiallarından göründüyü kimi iddiaçının mülkiyyətində əvvəllər 200 kv.m torpaq sahəsi olmuş, həmin torpaq sahəsindən 70 kv.m-ni satmış, mülkiyyətində 130 kv.m torpaq sahəsi qalmışdır. Hazırda hasar daxilində 235 kv.m torpaq sahəsi mövcuddur. Bundan 172 kv.m tikinti altı sahədir. İşin bu halı ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********75 saylı 2021-ci il 1 aprel tarixli məktubla məhkəməyə ünvanlandığı mütəxəssis rəyi ilə təsdiq edilir. Rəydən görünür ki, mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********88-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestirindən Çıxarışa əsasən İddiaçı qızna məxsus olan ünvan 3 ünvanında yerləşən 0,013 ha torpaq sahəsinin koordinatları naturada ust-üstə düşürmü? Əgər düşmürsə hansı həcmdə koordinatlardan kənardadadır?
2. İddiaçı Kənm qızı tərəfindən ünvan 3 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin ümumi ölçüsü nə qədərdir və həmin fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin koordinatları daxilində inşa edilibmi? Əgər kənarlaşma varsa, həmin kənarlaşma hansı sahəni əhatə edir? Mütəxəssis rəyində qeyd edilmişdir ki, araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edildi. Mübahisələndirilən idiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinə baxış keçirilib, naturada koordinarları müəyyən edilməklə ölçülmüşdür. Ölçülmüş ərazinin ümumi sahəsi 235 kv.m bundan tikinti altında 172 kv.m təşkil edir. Birinci suala cavab olaraq qeyd edilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********88-10301 reyestr nömrəli çıxarışın koordinatlarının təqdim edilməməsi səbəbindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********88-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestirindən Çıxarışa əsasən İddiaçı qızna məxsus olan ünvan 3 ünvanında yerləşən 0,013 ha torpaq sahəsinin koordinatlarının naturada ölçülmüş idiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi ilə ust-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. İkinci suala cavab olaraq qeyd edilir ki, İddiaçı faktiki istifadəsində ümumi sahəsi 235kv.m paq sahəsi var ki, bundan tikinti altında 172kv.m təşkil edir. İddiaçı min adına verilmiş **********88-10301 reyestr nömrəli çıxarışın koordinatlarının təqdim edilməməsi səbəbindən İddiaçı Kənm qızının istifadəsində olan fərdi ışayış evinin (iddiaçının) onun xüsusi mülkiyyətində olan torpaq sahəsinin koordinatları ixilində inşa edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məlumatında bildirilir ki, sözügedən torpaq sahəsi əvvəlki vəziyyətdə DTXK-nın verdiyi Jn- 3096 saylı şəhadətnaməyə əsasən 0.02 ha olmaqla iddiaçının mülkiyyətində olmuşdur, onradan sahənin 0.007 ha hissəsi qərb tərəfdən bölündükdən sonra yerdəqalan sahə sənəd zrə 130 kv.m olmasına baxmayaraq faktiki mişar daşı ilə hasar daxilində 236,5 kv.m torpaq sahəsi mövcuddur və üzərində ümumi sahəsi 159,4 kv.m olan fərdi yaşayış evi var. Həyətyani sahədə St.a=55 kv.m olan tikili inşa edilmişdir. Həmin tikilinin çox hissəsi artıq sahənin üzərində yerləşdiyindən texniki pasportda öz əksini tapmamışdır. Bundan əlavə 2ci mərtəbənin eyvan sahəsi də qanunamüvafiq olaraq çıxarışda ümumi sahəyə daxil edilməmişdir. Bundan əlavə olaraq cənub tərəfdən artırılmış torpaq səhəsi elektron bazada yaxınlıqdan keçən qaz kəmərinin (yeraltı) mühafizə zonası ola bilər. Bununla bağlı aidiyyəti gurumun müvafiq rəyi tələb olunmalıdır. Mütəxəssis rəyi ilə iddiaçının əlavə torpaq sahəsinə sahibləndiyi müəyyən edilsə də, bu sahibliyinin qanuni əsası müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsi tərəfindən faktiki zəbt kimi qiymətləndirilməsini məhkəmə kollegiyası düzgün hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyət hüququnun qeydə alınması və düzliş edilməsi üçün əsasların dairəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmişdir. Hazırkı iş üzrə həmin əsaslardan hər hansı birinin mövcudluğu müəyyən edilmir. Belə olan halda isə qaz və elektik xətti ilə əlaqədar imtinanın əsaslarının əlavə tədqiq edilməsinə və münasibət bildirilməsinə zərurət aradan qalxır. Belə ki, ilk növbədə hüquqmüəyyən edici sənəd olmalı, həmin hüquq araşdrılmalıdır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən «Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyani sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununa və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə 01 fevral 2008-ci il tarixli Qanununa əsasən «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilmişdir: «Bu Qanunun 9-cu maddəsinin müddəalarına əsasən 2007-ci ilin may ayının 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir». «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn olmuş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü abzasına əsasən «Fərdi yaşayış evlərinin, həyətyani sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir». Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən «Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir», 5-ci bəndinə əsasən «Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir», 6-cı bəndinə əsasən «Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir», 8-ci bəndinə əsasən «Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir». Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin Əsasnamənin 5, 6, 7-ci bəndlərinə əsasən vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir, bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir, həmin torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan yaranır. Beləliklə, iddiaçının tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı sübut edilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-263/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
Nəticə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-263/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi