Məhkəmə qərarları › İş №2-1(103)-4773/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4773/2025

27.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4773/2025 27.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, İbrahimova Nəzrin Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11753/2025 nömrəli, 05 sentyabr 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 27 yanvar 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARİ:

1. İddiaçı xx.xx.1949-cu il təvəllüdlüdür.

2. İddiaçıya Dövlət Sosial. X2 rayon şöbəsi tərəfindən 1 sentyabr 2014-cü il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir.

3. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2025-ci il tarixli 3-17-1/3-3889/2025 Qərarına əsasən, inventarizasiya səbəbindən iddiaçının 2928,83 manat olan pensiya məbləği yenidən hesablanaraq 1931,94 manat təşkil etmişdir.

4. Cavabdehin iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli 3-17-1/2-Ə-83925/2025 nömrəli artıq ödənilmiş pul vəsaiti haqqında məktubunda bildirilmişdir ki, vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1 sentyabr 2014-cü il tarixdə 730,00 manat, qulluq stajına görə əlavə 55,33 manat, ixtisas dərəcəsinə görə əlavə 55,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 231,62 manat olmaqla orta aylıq əmək haqqı 1071,95 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 19 il-1 ay 24 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1071,95 manat) 80 faiz 4857,56 manat məbləğində hesablanıb.“Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla iş üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 19 il 1 ay 24 gün qulluq stajınıza görə əmək pensiyanızın hesablanması üçün vaxtilə qulluq keçdiyiniz vəzifələr üzrə orta aylıq əmək haqqınızın artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 62,25 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixdən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 805,00 manat, qulluq stajına görə əlavə 61,02 manat, ixtisas dərəcəsinə görə əlavəniz 55,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 255,41 manat olmaqla orta aylıq əmək haqqı 1176,43 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqı (1071,95 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (1176,43 manat) arasındakı fərq məbləğinin (104,48 manat) 62,25 faizi - 65,04 manat 1 mart 2018-ci il tarixədək hesablanmış pensiyanın (857,56 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 922,60 manat məbləğində hesablanıb. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşı 1210,00 manat, qulluq stajına görə əlavə 91,72 manat, ixtisas dərəcəsinə görə əlavə 55,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 383,91 manat olmaqla orta aylıq əmək haqqı 1740,63 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1176,43 manat) ilə 1 sentyabr 2019-cu il tarixdən sonrakı orta aylıq əmək haqqı (1740,63 manat) arasındakı fərq məbləğinin (564,20 manat) 62,25 faizi-351,21 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiya (922,60 manat) üzərinə əlavə olunmaqla pensiyası 1273,81 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 19311, 11 manat məbləğində köçürülüb. Buna görə də həmin dövr üzrə sizə 20091,47 manat artıq pul vəsaiti ödənilib. Eyni zamanda maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixdən əmək pensiyası 1607,17 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 2436,48 manat məbləğində köçürülüb. Buna görə də həmin dövr üzrə sizə 9951,72 manat artıq pu! vəsaiti ödənilib. Əmək pensiyalarının növbəti dəfə 1 yanvar 2024-cü il tarixdən indeksləşdirilməsi ilə əlaqədar pensiyası həmin tarixdən 1787,17 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2024- xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 2709,37 manat məbləğində köçürülüb. Buna görə də həmin dövr üzrə ona 11066,40 manat artıq pul vəsaiti ödənilib. Əmək pensiyalarının növbəti dəfə 1 yanvar 2025-ci il tarixdən indeksləşdirilməsi ilə əlaqədar pensiyanın həmin tarixdən 1931,94 manat məbləğində hesablanmalı olduğu halda, cari ilin yanvar ayında müvafiq kart hesabınıza 2709,37 manat məbləğində köçürülüb. Buna görə də həmin dövr üzrə sizə 777,43 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanları və qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınaraq, sizə pensiya üzrə 41887,02 (20091,47+9951,72+11066,40+777,43) manat artıq pul vəsaiti ödənilib. Həmin vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyandan tutulmanın aparılması üçün yazılı razılığın qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunur. Bundan başqa bildiririk ki, maddi yardım üzrə 2022-ci il üçün sizə 788,76 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 788,76 manat vəsait cari ilin fevral ayından etibarən hissə-hissə əmək pensiyanızdan çıxılaraq büdcəyə bərpa edilir. Əlavə olaraq bildiririk ki, əmək pensiyanızın yenidən hesablanması ilə bağlı “İnzibati icraat naqqında”: Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən Mərkəzi Filial tərəfindən inzibati icraata başlanılıb, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələri dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün 13 fevral 2025-ci il tarixdə məktub göndərilməklə 24 fevral 2025-ci il tarixinədək Mərkəzi Filiala gəlməyi xahiş edilib. Lakin mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala gəlməmişdir. Daha sonra isə tərəfimizdən qanunvericiliyin tələblərinə uyğun qaydada əmək pensiyanızın yenidən hesablanması haqqında inzibati akt qəbul edilib.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:

5. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv olunması və əmək pensiyasının tam şəkildə ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “cavabdehin xx.xx.2025-ci il tarixli 3-17-1/3-3889/2025 saylı qərarının ləğv edilməsi, iddiaçının əvvəlki pensiya hesablanma qaydasının bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” formasında icraata qəbul edilmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2025-ci ilədək iddiaçıya hər ay 2709,37 manat pensiya ödənilmiş, 2025-ci ilin fevral ayından etibarən isə həmin məbləğ azaldılaraq 1734.75 manata endirilmiş və hazırda pensiyanın məbləği həmin məbləğdə ödənilir. İddiaçı hesab edir ki, bu əsassızdır. Belə ki, iddiaçının pensiya hüququ yaranan dövrdə, həmin vaxt qüvvədə olan qanunvericiliyin normaları tətbiq edilmiş və ona düzgün olaraq orta aylıq əmək haqqısının 80 faizi məbləğində (10 ildən yuxarı olduğuna görə 55 %, 10 ildən yuxarı olan hissəsi üçün, yəni 9 il x 5 % = 45 % ümumilikdə 80 %) pensiya təyin edilmişdir. Cavabdeh orqan isə qanunsuz olaraq Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli, 142 saylı Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023- cü il tarixədək qüvvədə olmuş “2017-ci ilin iyulun 1-dək təyin edilmiş “əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndini əsas götürərək iddiaçının pensiyasını orta əmək haqqısının 62,5 faiz ilə hesablamağa başlamış və bununla da Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin (normativ hüquqi aktlar) Vİİ bəndinin tələbini pozmuşdur. Bundan başqa qeyd olunur ki, iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qərar qanunsuz əlverişli inzibati akt olduğundan yalnız Qanunun 67.6-cı maddəsində göstərilən hallar mövcud olduqda və sübuta yetirildikdə, həmin inzibati akt ləğv oluna bilər. Lakin, bu halların da heç biri sübut edilməmiş və iddiaçının pensiyasının yenidən hesablanması ilə bağlı qanunsuz qərar qəbul edilmiş və pensiyasından qanunsuz tutulmalar aparılmışdır. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

8. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqan vaxtilə iddiaçının əmək pensiyasının hesablanması zamanı yanlışlığa yol vermiş, nəticədə illər ərzində iddiaçıya artıq vəsait ödənmişdir. Sözügedən hal inzibati orqana məlum olduğu halda isə müvafiq yanlışların aradan qaldırılması üçün zəruri tədbirlər görülmüşdür. Bu məqsədlə Mərkəzi Filial tərəfindən “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3- 3889/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərar qəbul edilmiş, İddiaçı əmək pensiyasının məbləği yenidən hesablanarag 1931,94 manat müəyyən edilmişdir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin e-2-1(112)-11753/2025 nömrəli, 05 sentyabr 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, cavabdeh tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2025-ci il tarixli 3-17-1/3- 3889/2025 nömrəli qərarının ləğv edilməsi, İddiaçı Qazi oğlunun əvvəlki hesablama qaydasının bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin (fərq məbləğinin) ödənilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

10. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

Apellyasiya şikayətinin dəlilləri:

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xidməti araşdırma zamanı məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1210,00 manat, qulluq stajına görə əlavə 91,72 manat, ixtisas dərəcəsinə görə əlavə 55,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 383,91 manat olmaqla orta aylıq əmək haqqı 1740,63 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada iddiaçının 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1176,43 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (1740,63 manat) arasındakı fərq məbləğinin (564,20 manat) 62,25 faizi 351,21 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiya məbləğinin (922,60 manat) üzərinə əlavə olunmaqla pensiya 1273,81 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində İddiaçı müvafiq kart hesabına hər ay 1931,11 manat məbləğində köçürülüb. Buna görə də həmin dövr üzrə ona 20091,47 manat artıq pul vəsaiti ödənilmişdir. Eyni zamanda, maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən əmək pensiyasının 1607,17 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 2436,48 manat məbləğində köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 9951,72 manat artıq pul vəsaiti ödənilib. Əmək pensiyalarının növbəti dəfə 1 yanvar 2024-cü il tarixindən indeksləşdirilməsi ilə əlaqədar iddiaçının pensiyası həmin tarixdən 1787,17 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 2709,37 manat məbləğində köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 11066,40 manat artıq pul vəsaiti ödənilib. Əmək pensiyalarının növbəti dəfə 1 yanvar 2025-ci il tarixindən indeksləşdirilməsi ilə əlaqədar İddiaçı pensiyası həmin tarixdən 1931,94 manat məbləğində hesablanmalı olduğu halda, cari ilin yanvar ayında onun kart hesabına 2709,37 manat məbləğində köçürülüb. Buna görə də həmin dövr üzrə 777,43 manat artıq pul vəsaiti ödənilmişdir. Beləliklə Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınaraq, iddiaçıya ümumilikdə pensiya üzrə 41887,02 (20091,47+9951,72+11066,40+777,43) manat artıq pul vəsaiti ödənilmişdir. Qeyd olunanlardan da aydın olduğu kimi cavabdeh inzibati orqan vaxtilə iddiaçının əmək pensiyasının hesablanması zamanı yanlışlığa yol vermiş, nəticədə illər ərzində iddiaçıya artıq vəsait ödənmişdir. Sözügedən hal inzibati orqana məlum olduğu halda isə müvafiq yanlışların aradan qaldırılması üçün zəruri tədbirlər görülmüşdür. Bu məqsədlə Mərkəzi Filial tərəfindən “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3-3889/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərar qəbul edilmiş, İddiaçı əmək pensiyasının məbləği yenidən hesablanaraq 1931,94 manat müəyyən edilmişdir. Məhkəmə qərarında qeyd etmişdir ki, işin faktiki halları ilə iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə və digər bu kimi vasitələrlə iddiaçının pensiya təyininə müdaxilə etməsi müəyyən edilmir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi ağlabatan deyildir. Həmçinin, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Doğrudur inzibati icraatla bağlı qanunvericiliyin tələbinə əsasən inzibati araşdırmanın öz təşəbbüsü ilə başlanılması səlahiyyəti cavabdehə verilmişdir ki, lakin həmin səlahiyyət müstəsna hallarda tətbiq edilməsi nəzərdə tutulmuşdur ki, həmin inzibati icraatın təşəbbüsü ilə başlanılma əsasları cavabdehin həmin inzibati icraat nəticəsində qəbul etdiyi qərarın qanuniliyi baxımından əhəmiyyət daşıyır. Hesab edir ki, pensiyanın təyin edilməsi barədə iddiaçının etimad hüququ qorunmalı olan qərarda müəyyən edilmişdir. İddiaçı hər hansı saxtakarlıq etməmiş, təhrif olunmuş məlumatlar təqdim etməmiş, cinayət törətməmiş və digər etimadın qorunmasına istinadı istisna edən hərəkətlərə yol verməmişdir. Nəzərinizə çatdırırıq ki, inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati icraat aparılmışdır. İnzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslıməlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının əsasnaməsinə uyğun olaraq sosial ödənişlərin təyin edilməsi, yenidən hesablanması va bir növdən digərinə keçirilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) əsaslılığının araşdırılması, sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onların təhrif olunduğu aşkar edildikdə müvafiq tədbirlər görülməsini təmin etmək Filialın vəzifələrinə aid edilmişdir. Qeyd olunanlardan göründüyü kimi Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı inzibati akt qəbul etmək səlahiyyətinə malikdir və inzibati orqan hesab olunduğundan İnzibati icraat haqqında qanunun 3.1-ci maddəsinə əsasən həmin qanun filialın fəaliyyətinə şamil olunur. Beləliklə, Mərkəzi Filial əsasnaməsinin tələbləri baxımından tədbirlər görərkən “İnzibati icraat haqqında” Qanuna əsaslanmaqla inzibati akt qəbul etməkdə haqlıdır. Məhkəmənin qərarda qeyd etdiyi digər məqam isə cavabdehin İİQ-nın 67.12-ci maddəsinin “qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər” tələbinin pozulması, qeyd olunan müddətin ötürülməsi ilə bağlıdır. Əmək pensiyasının yenidən hesablanması ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən Mərkəzi Filial tərəfindən inzibati icraata başlanılması və nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün İddiaçı 13 fevral 2025-ci il tarixində məktub göndərilməklə 24 fevral 2025-ci il tarixinədək Mərkəzi Filiala dəvət olunmuşdur. Lakin nə iddiaçı, nə də onun nümayəndəsi Mərkəzi Filiala gəlməmişdir. Daha sonra isə qanunvericiliyin tələblərinə uyğun qaydada əmək pensiyasının yenidən hesablanması haqqında inzibati akt qəbul edilmiş və bu barədə yazılı qaydada iddiaçıya məlumat verilmişdir. İddiaçı tərəfindən mübahisələndirilən hazırki qərarı qəbul edərkən inzibati orqan nəzərə alır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq pul tələblərinin ödənilməsi ilə bağlı inzibati akt qəbul etmiş inzibati orqan həmin tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qanunvericiliyin tələbinə əsasən belə hallarda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Hazırkı qərara qanunla nəzərdə tutulmuş müddətlərdə münasibət bildirilməməsi onun nəticələrinin şərtsiz qəbul edilməsi kimi qiymətləndirilir. Qanunvericiliyin tələbinə əsasən şəxsə əsassız ödənilmiş pensiya məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir. Bunun üçün inzibati akt əsasında artıq ödənilmiş məbləğin tutulmasına dair qərar qəbul edilir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar "İnzibati icraat haqqında" Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır.

Apellyasiya şikayətinə etirazın dəlilləri:

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti sırf formal mülahizələrə əsaslanır. Apellyasiya şikayətində İddiaçı əmək pensiyasının düzgün hesablanmaması haqqında iddiaçıya ünvanlanmış cavab məktubunda qeyd edilənlərdən fərqli heç bir müddəa öz əksini tapmamışdır. Eyni cümlələr, eyni sözlər həm cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış cavab məktubunda, həm iddia ərizəsinə etirazda, həm də apellyasiya şikayətində heç bir dəyişiklik edilmədən sadəcə olaraq təkrarlanır. Apellyasiya şikayətində Bakı İnzibati Məhkəməsinin istinad etdiyi maddi hüquq normalarına məhkəmənin yanlış istinad etdiyini əsaslandıran heç bir mülahizə öz əksini tapmamışdır. Nəticə etibarı ilə apellyasiya şikayəti əsaslandırılmamış, formal olaraq vaxt qazanmaq üçün verilmişdir. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü əsaslardan biri ondan ibarət olmuşdur ki, guya İddiaçı əmək pensiyası ilkin mərhələdə səhv hesablanmışdır və bu “səhvin” sonradan aradan qaldırılması məqsədilə pensiya yenidən hesablanmışdır. Lakin bu yanaşma pensiya hüququnun hüquqi mahiyyətini və onun yaranma anının normativ əhəmiyyətini nəzərə almamaqla, maddi hüquq baxımından tamamilə yanlış nəticəyə gətirib çıxarır. İş materiallarından və tərəflər arasında mübahisəsiz olan hallardan aydın şəkildə görünür ki, İddiaçı əmək pensiyası hüququ xx.xx.2014-cü ildə yaranmışdır. Məhz bu tarix pensiya hüququnun formalaşdığı və hüquqi nəticə doğurduğu əsas zaman nöqtəsidir. Hüququn yarandığı anda qüvvədə olan normativ hüquqi aktlar sonradan dəyişdirilsə belə, bu dəyişikliklər artıq mövcud olan hüquqlara geriyə şamil edilə bilməz. Həmin tarixdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.3-cü maddəsinə əsasən, dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxslərə orta aylıq əmək haqqının 55 faizi, 10 ildən yuxarı olan hər il üçün əlavə 5 faiz, lakin ümumilikdə 80 faizdən çox olmamaq şərti ilə əmək pensiyası təyin edilməsi nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə sübutları araşdıraraq tam haqlı olaraq müəyyən etmişdir ki, iddiaçının dövlət qulluğu stajı 19 ildən artıqdır, bu staj müddətinə görə orta aylıq əmək haqqının maksimal həddi olan 80 faizi səviyyəsində pensiya hesablanması birbaşa qanunun tələbinə uyğundur, iddiaçıya pensiya təyin edilərkən tətbiq edilmiş hesablanma qaydası həmin dövrdə qüvvədə olan maddi hüquq normalarına tam uyğun olmuşdur. Belə olan halda, cavabdehin “pensiyanın vaxtilə səhv hesablanması” barədə iddiası heç bir normativhüquqi əsasla təsdiqlənmir və faktiki olaraq sonradan qəbul edilmiş hüquqi tənzimləmələrin əvvəl yaranmış hüquqa tətbiq edilməsi cəhdindən başqa bir şey deyildir. Cavabdeh öz mövqeyini əsaslandırmaq üçün Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş və daha sonrakı dövrlərdə tətbiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”na istinad edir. Lakin bu normativ akt iddiaçının pensiya hüququ yarandıqdan təxminən dörd il sonra qəbul edilmişdir, iddiaçının artıq formalaşmış pensiya hüququnun həcm və məzmununu daraldır və iddiaçının hüquqi vəziyyətini pisləşdirir. Bu isə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində təsbit edilmiş fundamental konstitusion qadağaya açıq şəkildə ziddir. Həmin norma açıq və birmənalı şəkildə müəyyən edir ki, fiziki şəxslərin hüquqi vəziyyətini pisləşdirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur və belə aktlar əvvəllər yaranmış hüquqlara tətbiq edilə bilməz. Beləliklə, cavabdehin sonradan qəbul edilmiş normativ aktı əsas götürərək iddiaçının 2014-cü ildə yaranmış pensiya hüququnu yenidən qiymətləndirməsi və bu hüququn həcmini azaldaraq pensiya məbləğini aşağı salması konstitusion hüquq prinsiplərinə, maddi hüquq normalarına və hüquqi müəyyənlik prinsipinə ziddir. Bu baxımdan birinci instansiya məhkəməsinin cavabdehin əsas tezisini hüquqi baxımdan yararsız hesab edərək rədd etməsi tam əsaslı və qanunauyğundur. Cavabdeh tərəf öz apellyasiya şikayətində "sosial ədalətin bərpası" və "səhvlərin düzəldilməsi" arqumentlərini ön plana çəksə də, bu mülahizələr hüquqi dövlətin fundamental sütunları olan etimadın qorunması və hüquqi müəyyənlik prinsiplərindən üstün hesab edilə bilməzlər. Bu prinsiplər vətəndaşın dövlət orqanlarının qəbul etdiyi qərarlara olan inamını təmin edir və şəxsi gözlənilməz hüquqi təhlükələrdən qoruyur. İddiaçı pensiya təyinatı xx.xx.2014-cü il tarixində aparılmışdır. Şəxs 10 ildən artıq bir dövr ərzində dövlətin qəbul etdiyi bu inzibati aktın qanuniliyinə tam inanmış, öz maddi və sosial həyatını, ailə büdcəsini və gələcək xərclərini məhz bu gəlirə uyğun planlaşdırmışdır. Hüquqi müəyyənlik prinsipi tələb edir ki, vətəndaşın hüquqi vəziyyəti uzun illər sonra dövlət orqanının “subyektiv səhvi” bəhanəsi ilə qeyri-müəyyənliyə sürüklənməsin. “İnzibati icraat haqqında" Qanunun 67.5-ci maddəsi birbaşa bu növ mübahisələri tənzimləyir. Qanunvericilik müəyyən edir ki, maraqlı şəxs inzibati aktın məzmununa etimad göstəribsə və bu etimad qanunla qorunursa, həmin aktın ləğvinə yol verilmir. Vətəndaş ona verilmiş pul vəsaitlərini (pensiyanı) xərcləyibsə və onu geri qaytarmaq iqtidarında deyilsə, yaxud qaytarılması ona əhəmiyyətli ziyan vuracaqsa, onun etimadı qanunla qorunur. Mövcud işdə, iddiaçının 10 il ərzində aldığı vəsaitləri gündəlik tələbatı üçün xərclədiyi aşkar bir faktdır və pensiyanın birdən-birə azaldılması onun həyat səviyyəsinə sarsıdıcı zərbə vurur. Cavabdeh iddia edir ki, inzibati icraat aparılmışdır. Lakin iş materialları göstərir ki, iddiaçı inzibati icraatın başlanması barədə məlumatlandırılmamış, ona faktiki və hüquqi hallar barədə mövqe bildirmək imkanı verilməmişdir. Bu isə inzibati aktın formal yox, fundamental hüquq pozuntusu ilə qəbul edildiyini göstərir. Mübahisələndirilən qərarda hansı faktların dəyişdiyi, əvvəlki hesablamanın konkret hansı hüquqi norma ilə ziddiyyət təşkil etdiyi aydın göstərilməmişdir. Birinci instansiya məhkəməsi bu halı da tam düzgün qiymətləndirmişdir. Tərəflərin izahatları

13. Cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur.

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 25.1.Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 64.2.İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır.

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

19. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.

20. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı hazırda cavabdehin xx.xx.2025ci il tarixli 3-17-1/3-3889/2025 saylı qərarını mübahisələndirir. Həmin qərar işə birinci instansiya qaydasında baxılarkən təqdim olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İddiaçının digər tələbləri isə birinci tələbdən doğaraq “öhdəliyin icrası haqqında” iddia növünə aiddir və həmin tələb üzrə də iddia müddəti qanunla müəyyən edilmədiyindən həmin tələb üzrə də iddia mümkündür.

21. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçının tələbi “cavabdehin xx.xx.2025-ci il tarixli 3-17-1/3-3889/2025 saylı qərarının ləğv edilməsi, iddiaçının əvvəlki pensiya hesablanma qaydasının bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” barədədir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəmənin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

23. İşin faktiki hallarından görünür ki, iddiaçıya Dövlət Sosial. X2 rayon şöbəsi tərəfindən 1 sentyabr 2014-cü il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2025-ci il tarixli 3-17-1/3-3889/2025 Qərarına əsasən, “inventarizasiya səbəbindən iddiaçının 2928,83 manat olan pensiya məbləği yenidən hesablanaraq 1931,94 manat təşkil etmişdir.

24. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, inzibati orqan tərəfindən iddiaçının pensiyasının məbləğində artıq ödəmələrin aparılması ilə bağlı inzibati icraat cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmiş və cavabdeh qurum tərəfindən tutulmalar aparıldıqdan sonra xx.xx.2025-ci il tarixli 3-17-1/2-Ə-83925/2025 nömrəli artıq ödənilmiş pul vəsaiti haqqında məktubu ilə iddiaçını məlumatlandırmışdır.

25. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 26 Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar.

27. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır.

28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1).

29. Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.

30. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur.

31. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

32. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər.

33. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

34. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

35. Həmin Qanununun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

36. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır.

37. Həmin Qanunun 64.3-cü maddəsinə əsasən inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

38. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

39. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

40. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər.

41. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.

42. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

43. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.

44. Hazırki işdə iddiaçı barədə qəbul edilmiş inzibati aktın “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilən hallarla bağlı əldə edildiyi müəyyən olunmur. Həmçinin iş üzrə müəyyən olunur ki, iddiaçının pensiya məbləği 2928,83 manatdan endirilərək 1931,94 manat edilmişdir. Halbuki iddiaçının 2928,83 manata çatdırılmış pensiya məbləğinə etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu açıq- aşkardır.

45. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.

46. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.

47. Həmin Qanunun 67.13-cü maddəsinə əsasən qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

48. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edi

49. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur.

50. İddiaçı hazırda xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3889/2025 saylı qərardan və artıq ödənilmiş pensiya məbləğinin tutulmasından narazıdır. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır.

51. İşin faktiki hallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçıya 41887,02 (20091,47+9951,72+11066,40+777,43) manat artıq pul vəsaiti ödənildiyini istinad edərək həmin vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyandan tutulmanın aparılması üçün iddiaçı tərəfindən yazılı razılığın qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi üçün iddiaçını məlumatlandırmış, maddi yardım üzrə 2022-ci il üçün ona 788,76 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edərək həmin vəsaiti 2025-ci ilin fevral ayından etibarən hissəhissə əmək pensiyasından çıxılaraq büdcəyə bərpa etmişdir.

52. İnzibati icraat haqqında” Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

53. Hazırki işdə iddiaçıya artıq ödəmələr aparıldığı üçün bu ödəmələrin bərpası məqsədilə onun pensiyasından tutulmaların aparılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi hallara dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur.

54. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği ya əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, ya da razılığı olmadıqda məhkəmə qaydasında tutulur.( “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi) Hazıki işdə iddiaçı onun pensiyasından tutulmaların aparılmasına razılıq verməmişdir. İş materiallarında iddiaçının cavabdeh orqana etiraz məktubu da mövcudur.

55. Belə olan halda iddiaçı cavabdehin xx.xx.2025-ci il tarixli 3-17-1/3-3889/2025 saylı qərarının ləğv edilməsini, iddiaçının əvvəlki pensiya hesablanma qaydasının bərpa edilməsini və ödənilməmiş pensiya məbləğinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.

56. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-2977/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadında qeyd olunmuşdur ki, “birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin etimad hüququ və bunun üzərindən hüquqi və ya əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin hüquqi vəziyyətinin qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Eyni zamanda qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması əsaslarını müəyyən edir. Belə ki, artıq ödənilən əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.”

57. Beləliklə, mübahisəli məsələyə münasibətdə vahid məhkəmə təcrübəsi mövcuddur və eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir.

58. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-11753/2025 nömrəli, 05 sentyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

59. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11753/2025 nömrəli, 05 sentyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar