Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4777/2025 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili nümayəndə3, Cavabdehin nümayəndələri nümayəndə2 və nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Ümumi gömrük auditinin aparılması haqqında” 2025-ci il tarixli, *-**/***Q nömrəli qərarına əsasən "xxxx" MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, 36a ünvanda yerləşən ofisində apardığı yoxlamanın nəticəsi olaraq ##.##.2025-ci il tarixli, *-**/***Q saylı “Gömrük auditinin nəticəsində aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni Bakı Inzibati Məhkəməsinə təqdim edərək, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş ##.##.2023-cü il tarixli, *-**/**** saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Ümumi gömrük auditinin aparılması haqqında" qərarına əsasən iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, 36a ünvanda yerləşən ofisində yoxlama aparılmış və ##.##.2025-ci il tarixli, *-**/***Q saylı “Gömrük auditinin nəticəsində aşkar edilmiş qanun pozuntularının aradan qaldınlması haqqında” qərar qəbul edilmişdir. Həmin qərara əsasən üç “pozuntu” aşkar edilmişdir: 1) Gömrük auditi nəticəsində **** reyestr nömrəli yoxlama sualı uzrə 01221000132022 və 01221000108790 gömrük bəyannamələrində imtiyaz düzgün tətbiq edilməmişdir. 2) Gömrük auditi nəticəsində **** reyestr nömrəli yoxlama sualı üzrə gömrük bəyannamələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ###### tarixli *** nömrəli "Azərbaycan Respublikasının xancı iqtisadı fəaliyyətin mal nomenklaturası, idxal gomruk rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrinin təsdiq edilməsi haqqında qərara əsasən düzgün təsnifləşdirilmədiyi məlum olmuşdur. 3) Gömrük auditi nəticəsində **** reyestr nömrəli yoxlama sualı uzrə gömrük bəyannamələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2014-cü il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş ‘'Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi” Qaydalarına əsasən qeyd olunan gömrük bəyannamələrinin doldurulması zamanı bəzi qrafaların düzgün doldurulmadığı müəyyən edilmişdir. Birinci pozuntu ilə bağlı qeyd edilir ki, ##.##.2022-ci il tarixdə iddiaçı ilə Rusiyanın “xxxx” OOO şirkəti arasında mal idxalı ilə bağlı müqavilə bağlanmışdır. ## ###### 2024-cü il tarixdə Rusiya ilə Ukrayna arasında müharibə başlamış və Rusiyanın bank hesablarına saksiyalar tətbiq edilmiş, onların bankları beynalxalq ödəmə sistemi olan SWIFT-dən ayrılmış, ona görə də ödəmək mümkün olmamışdır. Müqavilənin digər iştirakçısı “xxxx” OOO şirkətinin tələbi əsasında Çin Xalq Respublikasının “X4 Applıance Co LTD” şirkətinə ödənilmişdir. Ikinci və üçüncü pozuntu ilə bağlı isə qeyd edilir ki, yoxlamanın mübahisələndirdiyi mal idxal edən xarici dövlətin verdiyi sənədlərdə “Nitrocellulose Lacquer" "NC730” nişanlı kimyəvi modifikasiya olunmuş təbii polimer əsaslı susuz lak üçün 32089090, hesablayan maşınlar üçün yaddaş qurğuları üçün 8471709000, ventilyator mühərrikləri üçün 850140 göstərilmişdir. Lakin Gömrük brokeri mallların beynəlxalq kodu tərəfindən başqa kodlar qeyd edilib, kömrük etdiyi düzəlişdə tamam başqa kodlar daxil edilmişdir. Yoxlamanın mübahisələndirdiyi mal idxal edən xarici dövlətin verdiyi “Chlorinated parafin” adlı xlorlaşdırılmış parafin, 20 smdən çox olmayan rulonlarda lentlərlə bağlı verilən beynəlxalq kodla kömrüyə verilmiş kodlar üst-üstə düşür. Yekun olaraq, iddiaçı ölkənin qoşulduğu “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiyaya və göstərilən X10 uyğun olaraq malların beynəlxalq kodlarını gömrük brokeri vasitəsilə gömrük orqanına vermişdir. Gömrük Məcəlləsinin 50-ci maddəsinə əsasən, Gömrük orqanları şəxsin həmin müraciət əsasında bu mallar və əməliyyatlarla əlaqədar malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin müəyyən edilməsi baxımından məcburi olan qərarlar qəbul etməli idi. Burada səhv olubsa bu cavabdehin məsuliyyətsizliyindən baş vermişdir. Hətta kodlar səhv verilibsə belə, Gömrük Məcəlləsinin 321-ci maddəsinə əsasən gömrük orqanı bəyan edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. Cavabdeh iddiaya qarşı yazılı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, gömrük auditi nəticəsində **** reyestr nömrəli yoxlama sualı üzrə 01221000182022 və 01221000108790 sorğu nömrəli gömrük bəyannamələrində imtiyaz düzgün tətbiq edilməmişdir. “X7 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2010cu il ## #### tarixli **** nömrəli Sərəncamı ilə təsdiqlənmiş Sazişin 5.1-ci maddəsinin B bəndinə əsasən mal üzərində mülkiyyət hüququ Sazişin iştirakçısı olan dövlətin rezidenti olan şəxsə məxsus olduğu halda sərbəst ticarət rejimi tətbiq edilə bilər. Qeyd olunan gömrük bəyannamələri üzrə Rusiya Federasiyasından ölkə ərazisinə idxal edilən malların qarşılığında malların dəyəri Çin Xalq Respublikasının “X5 Appliance Co LTD” şirkətinə ödənilmişdir. Ödəniş sənədlərinin yoxlanılması zamanı ödənişin həyata keçirildiyi ##.##.2022-ci il tarixli * nömrəli və ##.##.2022-ci il tarixli * nömrəli müqavilə əlavələrində Çin Xalq Respublikasının “X5 Appliance Co LTD” şirkəti “satıcı 1 kimi qeyd edilmişdir. Qeyd olunan müqavilə əlavələrində mal üzərində mülkiyyət hüququnun Çin Xalq Respublikasının "X5 Appliance CO LTD" şirkətinə məxsus olduğu nəzərə alınaraq 01221000182022 və 01221000108790 sorğu nömrəli gömrük bəyannamələrinə tətbiq edilmiş imtiyaz öz təsirini itirmişdir. **** reyestr nömrəli yoxlama sualı üzrə gömrük auditinin nəticəsində dövlət büdcəsinə ödənilməsi təmin edilməmiş 16 773,93 manat məbləğində idxal rüsumu və 5765,6 manat məbləğində artıq ödənilmiş ƏDV müəyyən edilmişdir. Ödənilməmiş gömrük borcları üzrə isə 6236,1 manat məbləğində dəbbə pulu hesablanmışdır. Gömrük auditi nəticəsində **** reyestr nömrəli yoxlama sualı üzrə gömrük bəyannamələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ###### tarixli *** nömrəli “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"nin təsdiq edilməsi haqqında qərara əsasən düzgün təsnifləşdirilmədiyi məlum olmuşdur. Belə ki, 01231000019181, 01231000110645, 01231000191586, 01231000222853, 01231000250032, 01231000299914, 01231000358768, 01231000381084, 01231000397546, 01231000411043 və 01231000494510 sorğu nömrəli gömrük bəyannamələri üzrə idxal edilmiş “Nitrocellulose Lacquer” adlı, “NC730” nişanlı kimyəvi modifikasiya olunmuş təbii polimer əsaslı susuz lak yükləri 3208 90 990 0 kodu altında bəyan edilsə də, mal barəsində əldə edilmiş əlavə sənədlərə və Mərkəzi Gömrük Ekspertiza Idarəsinin rəyinə əsasən bu mallar 3208 90 190 0 kodu altında təsnifləşdirilməlidir. Eyni zamanda 01231000292395, 01231000327293, 1231000415928, 01231000440631, 01241000180605, 01241000329482 və 01241000413379 sorğu nömrəli gömrük bəyannamələri üzrə idxal edilmiş Chiorinated parafin adlt xlorlaşdırılmış parafin yükləri 3824 99 960 9 kodu altında bəyan edilsə də, mal barəsində əldə edilmiş əlavə sənədlərə və Mərkəzi Gömrük Ekspertiza Idarəsinin rəyini əsasən bu mallar 3824 89 000 0 kodu altında təsnifləşdirilməlidir. Həmçinin 01221000156608 sorğu nömrəli gömrük bəyannaməsi ilə idxal edilən hesablayıcı maşınlar üçün yaddaş qurğuları yükü, 01231000447553 və 01231000504594 sorğu nömrəli gömrük bəyannamələri ilə idxal edilmiş ventilyator mühərrikləri yükü və 01241000116835 sorğu nömrəli gömrük bəyannaməsi ilə idxal edilmiş eni 20 sm-dən çox olmayan rulonlarda lentlər yükü üzrə malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə mal kodunun dəqiqləşdirilməsi məqsədilə mal barəsində əlavə sənədlər tələb edilmiş, bu sənədlər yoxlayıcılara təqdim edilmədiyindən sərbəst təsnifatlandırma hüququndan istifadə edilərək 01221000156608 sorğu nömrəli gömrük bəyannaməsi üzrə bəyan edilmiş 8471 70 980 0 mal kodu 8534 00 190 0 mal kodunda, 01231000447553 və 01231000504594 sorğu nömrəli gömrük bəyannamələri üzrə bəyan edilmiş 8501 40 200 9 mal kodu 8501 10 930 0 mal kodunda və 01241000116835 sorğu nömrəli gömrük bəyannaməsi üzrə bəyan edilmiş 3919 10 800 0 mal kodu 3919 10 120 0 mal kodunda təsnifləşdirilmişdir. **** reyestr nömrəli yoxlama sualı üzrə gömrük auditinin nəticəsində dövlət büdcəsinə ödənilməsi təmin edilməmiş 44 811,3 AZN məbləğində idxal rüsumu və 8 055,2 manat məbləğində ƏDV müəyyən edilmişdir. Ödənilməmiş gömrük borcları üzrə isə 19 243,9 manat məbləğində dəbbə pulu hesablanmışdır. Gömrük auditi nəticəsində **** reyestr nömrəli yoxlama sualı üzrə gömrük bəyannamələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarına əsasən qeyd olunan gömrük bəyannamələrinin doldurulması zamanı bəzi qrafaların düzgün doldurulmadığı müəyyən edilmişdir. Belə ki, 01231000019181, 01231000110645, 01231000191586, 01231000222853, 01231000250032, 01231000299914, 01231000358768, 01231000381084, 01231000397546, 01231000411043 və 01231000494510 sorğu nömrəli gömrük bəyannamələrinin 33-cü qrafasında 3208 90 190 0 kodu əvəzinə səhv olaraq 3208 90 990 0 kodu, 01231000447553 və 01231000504594 sorğu nömrəli gömrük bəyannamələrinin 33-cü qrafasında 8501 10 930 0 kodu əvəzinə səhv olaraq 8501 40 200 9 kodu, 01221000156608 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında 8501 10 930 0 kodu əvəzinə səhv olaraq 8501 40 200 9 kodu və 01241000116835 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında 3919 10 120 0 kodu əvəzinə səhv olaraq 3919 10 800 0 kodu qeyd olunmuş və müvafiq olaraq 47 və 47B qrafalarında uyğunsuzluqlar olduğu müəyyən olunmuşdur. Eyni zamanda 01231000292395, 01231000327293, 01231000415928, 01231000440631, 01241000180605, 01241000329482 və 01241000413379 sorğu nömrəli gömrük bəyannamələrinin 33-cü qrafasında 3824 89 000 0 kodu əvəzinə səhv olaraq 3824 99 960 9 kodu qeyd olunmuş və müvafiq olaraq 01241000180605, 01241000329482 və 01241000413379 sorğu nömrəli gömrük bəyannamələrinin 36, 47 və 47B qrafalarında uyğunsuzluqlar aşkar edilmişdir. Həmçinin 01221000182022 və 01221000108790 sorğu nömrəli gömrük bəyannamələrin 36, 47 və 47B qrafalarında uyğunsuzluqlar olduğu aşkar edilmişdir. Nəticədə aparılmış gömrük auditi üzrə dövlət büdcəsinə ödənilməsi təmin edilməmiş 61 585,2 manat məbləğində idxal rüsumu, 8 055,2 manat məbləğində ƏDV, ##.##.2025-ci il tarixinə 25 480,0 manat məbləğində dəbbə pulu və 5 765,6 manat məbləğində artıq ödənilmiş ƏDV müəyyən edilmişdir. Işin mübahisəsiz hallarından görünür ki, Komitə tərəfindən qanunvericiliyin tələbinə uyğun təşkil edilməklə aparılmış araşdırma zamanı yuxarıda qeyd olunan pozuntuların iddiaçı tərəfindən törədilməsi tam təsdiq olunmuşdur. Iddia ərizəsinin məzmunundan və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən də görünür ki, gömrük orqanının mübahisələndirilən qərarında qeyd olunan pozuntuları təkzib edən sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Bakı Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə (hakim E.A.Abdullayev) iddia ərizəsi rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı iddiaçı tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2022-ci il tarixdə İddiaçı MMC ilə "xxxx" (Moskva/Rossia) arasında mal idxalı üzrə müqavilə bağlanmışdı. ## ###### 2024-cü il traixdə Rusiya ilə Ukrayna arasında müharibə başladı və Rusiaynın bank hesabalrını saksiyalar tətbiq edildi, onların bankları beynalxalq ödəmə sistemi olan SWIFT-dən ayrıldı, ona görə də ödəmək mümkün olmadı. Müqavilənin digər iştirakçısı olan “xxxx" OOO (Moskva/Rossiaya)-nın tələbi əsasında əmtəənin dəyəri Çin Xalq Respublikasının “X4 Applıance Co LTD” şirkətinə ödənilmişdir. ## ###### 2024-cü il traixdə Rusiya ilə Ukrayna arasında müharibənin başlanması və beynəlxalq sanksiyalar vasitəsilə Rusiyanın bank hesablarına saksiyaların tətbiq edilməsi, onların banklarına beynalxalq ödəmə sistemi olan SWIFT-dən ayrılması fors-major yaratdı, ona görə də ödəmək mümkün olmadı. Fors-major əməliyyatda iştirak edən tərəflərin iradəsindən asılı olmayan və müqavilə öhdəliklərinin yerinə yetirilməsinin mümkünsüzlüyünə gətirib çıxaran gözlənilməz hadisələrdir (məsələn, təbii fəlakət, epidemiya və ya müharibə). Bu, borclu tərəfi müqavilənin pozulmasına görə məsuliyyətdən azad edir. Fors-major halında tərəf “xxxx”xxxx" MMC Mülki Məcəllənin 431-ci maddəsinə əsasən, öhdəliyi borclunun əvəzinə üçüncü şəxs tərəfindən icrasını tələb edir və buna da borclunun razılığı tələb edilmir, həm də bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həm də Mülki Məcəllənin 494-cü maddəsinə əsasən, əgər kreditorlardan biri bu Məcəllənin 493.1-ci maddəsində nəzərdə tutulan tələblə borcluya qarşı etiraz irəli sürməmişsə, borclu öhdəli öz arzusu ilə istənilən kreditora icra edə bilər. Ikinci və üçüncü pozuntu ilə bağlı məhkəmə iclasında iştirak edən üçüncü şəxs Üçüncü şəxs MMC-nin nümayəndəsi öz izahatında bildirmişdir ki, onun təmsil etdiyi şirkət vasitəçi olaraq sifarişçilərə məxsus malların gömrük sərhəddindən keçirilməsi zamanı malların bəyan edilməsini həyata keçirir. Bununla bağlı sifarişçi ilə aralarında müqavilə bağlanır. Sifariş elektron yollara onlara göndərilir, onlar sənədlərin uyğunluğunu yoxlayır və bəyan edirlər. Onlar malların gətirilməsində iştirak etmirlər və malı görmürlər. Gömrük orqanı bəyannamə ilə razılaşırsa ödənişə təqdim edilir və sifarişçi ödənişləri edir. Malın gömrük kodu uyğun gəlmirsə gömrük əməkdaşı bəyannaməni onlara qaytarır. Bundan sonra onlar sifarişçiyə müraciət edirlər və sifarişçi özü gömrük orqanı ilə məsələni aydınlaşdırır. Razılaşma əldə edilərsə bunun əsasında yenidən müraciət edilir və mal buraxılır. Invoys sənədlərində və digər sənədlərdə olan kodlara uyğun kod yazılır. Yəni, malın gömrük kodunu onlar müəyyən etmirlər. Kodla bağlı mübahisə yaranarsa artıq bu gömrük orqanı ilə sifarişçi arasında həll edilməlidir. Bəzi hallarda gömrük orqanı tərəfindən də kodun yanlış müəyyən edilməsi hallarına rast gəlib. Məhkəmə iclasında üçüncü şəxs olan, gömrük brokeri qeyd edib ki, kodlar üzrə mübahisə olduqda tərəflər özləri razılığa gəlir, bəzən gömrük orqanları da səhv kodlar verir. Mal gömrükdən çıxarılmışsa, deməli tərəflər razılığa gəlir. Qərarda göstərilən nöqsanlar gömrük orqanının təqsirindən baş verdiyindən, qeyd edilən qərar ləğv edilməlidir. Iddiaçı öhdəliyi vicdanla yerinə yetirmək üçün və Rusiya banklarına qoyulan sanksiyalarla əlaqədar son zərurət prinsipindən istifadə edib. Iddiaçı fors-majoru nəzərə alaraq alıcının tələbi üzrə Mülki Məcəllənin 564.2ci maddəsinə uyğun olaraq öhdəliyin icrası ilə bağlı həmin vəziyyətdə başqa vasitələrlə qarşısı alına bilməyən real təhlükənin, müqavilə öhdəliyinin oluna bilməməsinin qarşısını almaq üçün pulu vasitəçi şirkətə ödəmişdir. Edilən hərəkət yəni hüquqa zidd olmamış, və bu zaman həmin vəziyyətdə başqa vasitələrlə qarşısı alına bilməyən real təhlükənin qarşısını almaq üçün qarşısı alınmış təhlükəyə nisbətən daha az ziyan vurmaqla həll edilib. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili nümayəndə3 izahatında bildirdi ki, iş materiallarından göründüyü kimi, ##.##.2023-cü ildən ##.##.2023-cü il tarixədək iddiaçı tərəfindən Nitroselüloz və parafin məhsulları cavabdeh inzibati orqan vasitəsi ölkəyə idxal etmişdir. Bu aralıqda 17 dəfə müvafiq məhsullar idxal edilmişdir. Gömrük Məcəlləsinin 194-cü maddəsinə görə, gömrük sənədləri başqa şəxsə yox, ancaq gömrük orqanına təhvil verilməlidr. Həmçinn 157-ci maddəsinə görə isə, gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3-cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. Həmin Məcəllənin 160-cı maddəsi isə malların buraxılma qaydasını müəyyın edir. Həmin maddədə qeyd edilir ki, gömrük orqanı bəyanaməni yoxladıqdan sonra malı buraxmalıdır. Əgər bəyannamə düz deyildirsə, onun düzəldilməsi tələb edilməli idi. Həmin Məcəllənin 320-ci madəsinə əsasən, gömrük orqanı kodların təsnifləşdirilməsi səlahiyyətinə malikdir. Yəni 17 dəfə eyni məhsulu idxal edərkən heç bir problem yaranmamışdır. Kod cavabdeh orqan tərəfindən verildiyi halda, əgər səhv verilibsə bu o deməkdir ki, cavabdeh inzibati orqanın əməkdaşları vəzifə səhlənkarlığına yol vermişdir. Nəticədə dövlətə 74 min ziyan vurulmuşdur. Belə olan halda sual yaranır - həmin əməkdaşlar barədə aradırılma aparılmışdırmı. Onların əməllərində cinayət tərkibi müəyyən edilib-edilməməsi və müvafiq məlumat barəsində barəsində Baş Prokurorluğa müraciət edilib-edilməməsi barədə cavabdeh inzibati orqandan məlumatlar tələb edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə2 izahatında bildirdi ki, ididaçı tərəfin elə bu məzmunda vəsatəti bir daha təsdiq edir ki, gömrük orqanı tərəfindən keçirilmiş audit nəzarəti üzrə qəbul edlmiş qərarlar əsaslıdır. Gömrük Məcəlləsinin 98-ci maddəsinə görə, gömrük auditi gömrük orqanları tərəfindən, malların və nəqliyyat vasitələrinin buraxılışından, o cümlədən şərti buraxılışından sonra gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünə əmin olmaq, eləcə də şəxsin mallar və nəqliyyat vasitələri barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət etmək öhdəliklərini yerinə yetirməsinin vəziyyətini müəyyənləşdirmək məqsədi ilə aparılır. Gömrük auditi gömrük bəyannaməsində qeyd olunan malların gömrük nəzarəti altında olan mallar statusunu itirməsindən sonrakı 3 il ərzində və yalnız hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barəsində həyata keçirilə bilər. Iddiaçı tərəf iddia edir ki, müvafiq mallara kodu gömrük orqanları ididaçıya təqdim edib, bu absurd mülahizədir. Əgər elədirsə onda sübut təqdim edilsin ki, kod onlara cavabdeh inzibati orqan tərəfindən verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə1 izahatında bildirdi ki, cavabdeh inzibati orqanın qarşısına qoyulmuş əsas vəzifələrdən biri də malların sürətli buraxılışının həyata keçirilməsidir. Bu səbəbdən gömrük orqanları ölkəyə idxal olunan bütün malları yoxlaya bilməz. Ona görə də, fəaliyyət risk sitemi üzrə həyata keçirilir. Belə ki, riskli bəyannamələr seçilməklə həmin mallar yoxlanılır, digər risksiz bəyannamələr üzrə malların isə sürətli buraxılışı təmin edilir. Bununla əlaqədar olaraq gömrük auditi aparılır ki, risksiz hesab edilən bəyannamələr üzrə buraxılmış mallar yoxlanılsın. Keçən məhkəmə iclaslarında da qeyd edilmişdir ki, audit yoxlaması əsasında malların kodlaşdırılmasında və s. hallar üzrə çıxan səhvlər həm sahibkarın həm də inspektorun məsuliyyət daşımasına səbəbdir. Iddiaçının qeyd etdiyi kimi olsaydı, onda ümumiyyətlə Gömrük Məcəlləsində təsbit olunmuş gömrük auditinin təşkili barədə maddə özlüyündə mahiyyətini itirmiş olardı. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən iddiaçı İddiaçı MMC barəsində gömrük auditi aparılmış və auditin nəticəsində ## ###### 2025-ci il tarixli, *-**/***Q nömrəli “Gömrük auditinin nəticəsində aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması haqqında” qərar qəbul edilmişdir. Mübahisələndirilən inzibati aktda, mahiyyət etibarilə, üç istiqamətdə uyğunsuzluq müəyyən edilmişdir: iki gömrük bəyannaməsi üzrə sərbəst ticarət rejiminin əsassız tətbiqi; bir sıra malların XIFMN üzrə düzgün təsnif edilməməsi; həmin hallardan irəli gələn nəticə kimi gömrük bəyannamələrinin müvafiq qrafalarında yanlış məlumatların göstərilməsi. Apellyasiya şikayətinin əsas dəlillərindən biri ondan ibarətdir ki, mübahisəli mallar əvvəlki dövrlərdə dəfələrlə eyni kodlarla bəyan edilmiş, gömrük orqanı bəyannamələri qəbul etmiş və malların buraxılışını həyata keçirmişdir. Iddiaçı bundan çıxış edərək hesab edir ki, mal kodlarının düzgünlüyünə dair məsuliyyət sonradan onun üzərinə qoyula bilməz və əgər kodlar həqiqətən yanlış olmuşdursa, bu hal gömrük orqanı əməkdaşlarının vaxtında lazımi yoxlama aparmamasının nəticəsidir. Lakin bu dəlil gömrük auditinin hüquqi mahiyyətini nəzərə almır. Gömrük Məcəlləsində gömrük auditi məhz malların və nəqliyyat vasitələrinin buraxılışından sonra gömrük bəyannaməsində göstərilmiş məlumatların düzgünlüyünün yoxlanılmasına xidmət edən nəzarət mexanizmi kimi nəzərdə tutulmuşdur. Məcəllənin iş üzrə tətbiq edilən müddəalarına əsasən, gömrük auditi malların gömrük nəzarəti altında olan mallar statusunu itirməsindən sonrakı üç il ərzində həyata keçirilə bilər. Beləliklə, qanunverici gömrük rəsmiləşdirilməsi zamanı malın buraxılmasını bəyannamədəki bütün məlumatların gələcəkdə yenidən yoxlanılmasını istisna edən qəti və dəyişməz hüquqi təsdiq kimi qəbul etməmiş, əksinə, buraxılışdan sonrakı nəzarət institutunu ayrıca müəyyən etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndələri də izah etmişlər ki, bütün idxal əməliyyatları eyni həcmdə fiziki və sənədli yoxlamaya məruz qalmır, gömrük nəzarəti risklərin idarə edilməsi sistemi əsasında həyata keçirilir və aşağı riskli hesab edilən bəyannamələr üzrə malların sürətli buraxılışı təmin oluna bilər. Məhz bu səbəbdən sonrakı audit buraxılış mərhələsində dərin yoxlamaya cəlb edilməmiş əməliyyatlar üzrə məlumatların sonradan yoxlanılması funksiyasını daşıyır. Iddiaçının eyni malı dəfələrlə idxal etməsi məsələsi də məhkəmə iclasında ayrıca aydınlaşdırılmış və cavabdeh həmin bəyannamələrin aşağı riskli əməliyyatlar kimi buraxıldığını, daha sonra qanunla müəyyən edilmiş müddət daxilində audit olunduğunu bildirmişdir. Bu baxımdan, malların əvvəlki dövrlərdə eyni kodla gömrük sərhədindən buraxılması özlüyündə həmin kodun düzgünlüyünə dair Gömrük Məcəlləsinin 50 və 321.2ci maddələrində nəzərdə tutulan əvvəlcədən qəbul edilmiş məcburi təsnifat qərarı ilə eyniləşdirilə bilməz. Iş materiallarında iddiaçının mübahisəli mallara münasibətdə əvvəlcədən təsnifat haqqında məcburi qərar almaq üçün gömrük orqanına müraciət etməsi və belə bir fərdi qərarın ona təqdim olunması barədə sübut yoxdur. Əksinə, apellyasiya baxışında iddiaçının nümayəndəsindən kodun məhz cavabdeh tərəfindən verilməsini hansı sübutla təsdiq etdiyi soruşulduqda, konkret inzibati akt və ya digər sənəd göstərilməmiş, gömrük orqanının malları yoxlamalı olması barədə ümumi qanunvericilik müddəalarına istinad edilmişdir. Gömrük Məcəlləsinin 321-ci maddəsinin məzmunu da fərqli nəticəyə gəlməyə əsas vermir. Həmin maddəyə əsasən, mallar bəyan edilərkən onların təsnifatı aparılır, maraqlı şəxsin müraciəti olduqda gömrük orqanı malların təsnifatına dair əvvəlcədən icrası məcburi qərar qəbul edə bilər, bəyannaməçi tərəfindən kod düzgün göstərilmədikdə isə gömrük orqanı malları sərbəst təsnifatlandırmaq hüququna malikdir. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar və müvafiq mütəxəssis rəyləri təsnifat zamanı nəzərə alınan informasiya mənbələridir. Deməli, gömrük orqanının mal buraxılanadək yanlış kodu aşkar edə bilməsi ilə onun bunu hər bir halda məhz həmin mərhələdə aşkar etməyə borclu olması eyni hüquqi məna daşımır. Əks yanaşma qəbul edildiyi halda Gömrük Məcəlləsində ayrıca nəzərdə tutulmuş buraxılışdan sonrakı gömrük auditi institutu praktiki hüquqi məzmununu itirmiş olardı. Apellyasiya şikayətində gömrük brokerinin roluna istinad edilməklə yanlış kodlaşdırmanın iddiaçıya aid edilə bilməyəcəyi də irəli sürülür. Lakin iş üzrə tədqiq olunmuş “Gömrük Təmsilçilik Xidmətlərinin Göstərilməsi haqqında” müqavilədən görünür ki, Üçüncü şəxs MMC iddiaçının tapşırığı və hesabına, malları müşayiət edən sənədlərdəki məlumatlar əsasında broker xidməti göstərmişdir. Üçüncü şəxsin nümayəndəsinin birinci instansiya məhkəməsində verdiyi izahat da bu faktla ziddiyyət təşkil etmir. Nümayəndə bildirmişdir ki, broker malların gətirilməsində iştirak etmir və malları faktiki görmür, sifarişçinin təqdim etdiyi sənədlərin məlumatları əsasında bəyannamə verir, invoys və digər sənədlərdə göstərilən kodlardan istifadə edir və malın gömrük kodunu müstəqil şəkildə müəyyən etmir. Kodla bağlı fikir ayrılığı yarandıqda isə məsələ gömrük orqanı ilə sifarişçi arasında həll edilir. Buna görə də brokerin prosesdə iştirak etməsi gömrük bəyannaməsində göstərilmiş məlumatların obyektiv düzgünlüyü məsələsini aradan qaldırmır. Brokerlə sifarişçi arasında mülki-hüquqi münasibətlərdən və onların qarşılıqlı məsuliyyətinin mümkünlüyündən asılı olmayaraq, hazırkı mübahisənin predmeti konkret malların düzgün gömrük kodu ilə bəyan edilib-edilməməsi və bunun gömrük öhdəliklərinə təsiridir. Eyni səbəbdən, iddiaçının gömrük əməkdaşlarının mümkün səhlənkarlığı, həmin əməkdaşlar barəsində intizam və ya cinayət-hüquqi tədbirlər görülüb-görülməməsi barədə məlumatların tələb olunmasına dair vəsatəti də mübahisələndirilən inzibati aktın qanuniliyinin müəyyən edilməsi üçün həlledici əhəmiyyət daşımır. Hər hansı vəzifəli şəxsin ayrıca məsuliyyəti məsələsi yarana bilsə belə, bu, malın obyektiv olaraq hansı XIFMN koduna aid olmasını və qanunla nəzərdə tutulmuş gömrük ödənişinin mövcudluğunu dəyişdirmir. Apellyasiya baxışında da iddiaçı həmin vəsatətlə müəyyən etmək istədiyi hallarla mübahisəli malların kimyəvi tərkibi, təsnifatı və ya tarif güzəşti üçün qanuni şərtlərin mövcudluğu arasında hüquqi əlaqə göstərə bilməmişdir. Apellyasiya şikayətinin digər əsas dəlili **** reyestr nömrəli yoxlama sualı üzrə müəyyən edilmiş pozuntu ilə bağlıdır. Iddiaçı bildirir ki, ## #### 2022-ci il tarixdə Rusiyanın “xxxx” OOO şirkəti ilə mal idxalına dair müqavilə bağlanmış, Rusiya banklarına tətbiq edilmiş sanksiyalar və beynəlxalq ödəniş sistemləri ilə bağlı yaranmış çətinliklər səbəbindən “xxxx” OOO-nun göstərişi ilə malların dəyəri Çin Xalq Respublikasının “X5 Appliance CO LTD” şirkətinə ödənilmişdir. Bununla əlaqədar Mülki Məcəllənin öhdəliyin üçüncü şəxsə icrası, kreditorun göstərdiyi şəxsə ödəniş və son zərurət barədə müddəalarına istinad edilir. Bu mövqe apellyasiya baxışı zamanı da müdafiə edilmişdir. Lakin həmin dəlildə mülki-hüquqi öhdəliyin icrasının mümkünlüyü ilə gömrük-tarif güzəştindən istifadə etmək hüququ bir-biri ilə eyniləşdirilir. Hazırkı işdə mübahisə Çin şirkətinə pul köçürülməsinin mülki qanunvericilik baxımından etibarlı olub-olmamasından ibarət deyildir. Hətta ödənişin kreditorun göstərişi ilə üçüncü şəxsə edilməsi tam hüquqa uyğun hesab edilsə belə, bu hal öz-özlüyündə konkret əməliyyatın MDB çərçivəsində sərbəst ticarət rejimi üçün müəyyən edilmiş şərtlərə cavab verdiyini təsdiq etmir. “X7 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında” Sazişin 5.1-ci maddəsində sərbəst ticarət rejiminin tətbiqi üçün müəyyən edilmiş şərtlər sırasında xarici ticarət müqaviləsinin iştirakçıları və mal üzərində mülkiyyət hüququnun aid olduğu şəxsin rezidentliyi ilə bağlı tələblər də nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş üçtərəfli müqavilədə isə İddiaçı MMC alıcı, “xxxx LLC” vasitəçi, “X5 Appliance CO LTD” isə satıcı kimi göstərilmişdir. Məhz bu sənəd münasibətin real iştirakçılarının hüquqi statusunu müəyyən edən mühüm sübutdur. Bundan əlavə, ödənişin həyata keçirildiyi ## #### 2022-ci il və ## ####### 2022-ci il tarixli müqavilə əlavələrində də “X5 Appliance CO LTD” şirkəti “satıcı” kimi göstərilmiş, bunun əsasında cavabdeh mallar üzərində mülkiyyət hüququnun Sazişin iştirakçısı olmayan dövlətin rezidentinə aid olması qənaətinə gəlmişdir. Beləliklə, iddiaçının Mülki Məcəllənin öhdəliyin üçüncü şəxsə icrasını mümkün edən normalarına istinad etməsi cavabdehin əsaslandırmasını təkzib etmir. Həmin normalar ödənişin kimə edilə bilməsi məsələsini tənzimlədiyi halda, gömrük güzəştinin tətbiqi ayrıca publik-hüquqi rejimə və həmin rejim üçün müəyyən olunmuş şərtlərə tabedir. Mülkihüquqi münasibətdə öhdəliyin başqa şəxsə icrasının mümkün olması tarif preferensiyasının tətbiqi üçün çatışmayan şərti əvəz etmir. Eyni mülahizə fors-major və son zərurət barədə dəlilə də aiddir. Rusiyaya münasibətdə bank əməliyyatlarında yaranmış məhdudiyyətlər ödəniş üsulunun dəyişdirilməsini izah edə bilər, lakin onlar Çin şirkətinin müqavilə sənədlərində satıcı kimi göstərilməsi faktını dəyişdirmir və sərbəst ticarət rejimi üçün normativ qaydada tələb olunan meyarları avtomatik olaraq mövcud etmir. Başqa sözlə, iddiaçının göstərdiyi hallar ödənişin səbəbini izah etsə də, gömrük güzəştindən istifadə hüququnun hüquqi əsasını sübut etmir. Həmçinin qeyd edilməlidir ki, Iddiaçı mübahisəli “Nitrocellulose Lacquer / Nitrocellulose Solution NC730” məhsulunun 3208 90 990 0 kodu ilə bəyan edilməsinin düzgün olduğunu, cavabdehin isə onu əsassız olaraq 3208 90 190 0 koduna aid etdiyini bildirmişdir. Apellyasiya baxışı zamanı məhsulun tərkibində uçucu üzvi həlledicilərin miqdarı ilə bağlı tərəflərin mövqelərinin fərqli olması nəzərə alınaraq, məhkəmə həmin məsələni yalnız tərəflərin təqdim etdikləri hüquqi arqumentlərlə məhdudlaşdırmamış və ixtisaslaşmış elmi müəssisədən mütəxəssis rəyi alınmasını təmin etmişdir. ## #### 2026-cı il tarixli məhkəmə iclasında məhz bu məsələ üzrə əlavə araşdırmaya ehtiyac olduğu müəyyən edilərək işin baxılması təxirə salınmışdır. Sumqayıt Dövlət Universitetinin tabeliyində olan X9 tərəfindən verilmiş ## #### 2026-cı il tarixli elmi-texniki rəydə təqdim olunmuş sənədlər əsasında “Nitrocellulose Solution NC730” məhsulunun nitrosellüloza əsaslı lak məhlulu olduğu, əsas komponentinin kimyəvi modifikasiya olunmuş təbii polimer olan nitrosellülozadan və uçucu üzvi həlledicilərdən ibarət olduğu müəyyən edilmişdir. Rəydə iş materiallarında göstərilən 43 faiz nitrosellüloza və 57 faiz uçucu üzvi həlledici nisbəti ayrıca təhlil edilmiş, əlavə məlumat mənbəyində həlledici komponentlərin 30 faiz butil asetat, 7 faiz etil asetat, 7 faiz aseton, 10 faiz toluol və 3 faiz butil qlikoldan ibarət olduğu göstərilmişdir. Beləliklə, uçucu üzvi həlledicilərin ümumi miqdarının 57 faiz təşkil etməsi elmi-texniki məlumatlarla təsdiq olunmuşdur. Rəyin 2-5-ci səhifələrində nitrosellülozanın kimyəvi modifikasiya olunmuş təbii polimer olması və NC730 məhsulunun həmin polimerin üzvi həlledicilərdəki məhlulu kimi xarakterizə edilməsi də əsaslandırılmışdır. Həmin rəyin 6-8-ci səhifələrində “Nitrocellulose Lacquer” və “Nitrocellulose Solution NC730” adlarının kimyəvi-texniki baxımdan fərqli mahiyyətli məhsulları deyil, eyni nitrosellüloza əsaslı məhsul qrupunun müxtəlif kommersiya və texniki təsvirlərini ifadə edə bilməsi göstərilmiş, XIFMN-in 3208 mal mövqeyi daxilində təsnifat baxımından həlledici texniki meyarın məhluldakı uçucu üzvi həlledicilərin kütlə payı olduğu qeyd edilmişdir. Mütəxəssis, uçucu üzvi həlledicilərin miqdarı 50 kütlə faizindən artıq olduqda məhsulun texniki baxımdan “3208 90 1” qrupunun meyarlarına uyğun gəldiyini və NC730da həmin göstəricinin 57 faiz olduğunu müəyyən etmişdir. Mütəxəssis rəyində eyni zamanda qeyd edilmişdir ki, konkret onrəqəmli XIFMN kodunun yekun hüquqi müəyyənləşdirilməsi kimyəvi elm sahəsində elmi məsələ deyil, qüvvədə olan gömrük nomenklaturasının tətbiqi ilə bağlı səlahiyyətli orqanın hüquqi qiymətləndirməsidir. Bu məhdudiyyət rəyin sübut əhəmiyyətini azaltmır. Əksinə, mütəxəssis gömrük orqanının hüquqi səlahiyyətini öz üzərinə götürmədən, təsnifat üçün zəruri olan faktiki-elmi meyarı - məhsulun kimyəvi xarakterini və həlledicinin 50 faizdən artıq olmasını - müəyyən etmişdir. Bu baxımdan apellyasiya mərhələsində aparılmış əlavə araşdırma iddiaçının məhsulun tərkibi barədə etirazını aradan qaldırmış və cavabdehin təsnifatının əsaslandığı mühüm faktiki meyarı müstəqil elmi mənbə ilə təsdiq etmişdir. Iş materiallarında iddiaçı tərəfindən həmin elmi nəticəni təkzib edən laborator analiz, istehsalçı tərəfindən verilmiş fərqli tərkib sertifikatı və ya eyni sübut qüvvəsinə malik başqa texniki sənəd təqdim edilməmişdir. Rəydə ayrı-ayrı idxal partiyalarının tam eyni tərkibə malik olmasının yalnız eyni “NC730” marka adı əsasında qəti şəkildə təsdiqlənə bilməyəcəyi də qeyd edilmişdir. Lakin bu qeyd də iddiaçının xeyrinə fərqli nəticə yaratmır. Çünki hər hansı konkret partiyanın rəydə müəyyən edilmiş texniki göstəricilərdən fərqli olmasını sübut etmək iddiasında olan tərəf belə fərqi təsdiqləyən sənədi təqdim etməmiş, əksinə, mövcud istehsalçı məlumatları məhsulun 43/57 nisbətini təsdiqləmişdir. Mütəxəssis də yalnız faktiki partiyanın tərkibi barədə əsaslandırılmış mübahisə yaranacağı halda laborator yoxlamanın əlavə vasitə ola biləcəyini göstərmişdir. Beləliklə, “Nitrocellulose Solution NC730” məhsulu üzrə apellyasiya şikayətində irəli sürülmüş texniki etiraz birinci instansiya qərarının nəticəsini dəyişdirəcək əsas yaratmır, əksinə, apellyasiya instansiyası məhkəməsinin təşəbbüsü ilə əldə edilmiş əlavə sübut cavabdehin mövqeyinin əsasını təşkil edən faktiki göstəricini təsdiqləyir. Eyni nəticəyə “Chlorinated Paraffin CPW 50/52” məhsuluna münasibətdə də gəlmək lazımdır. Iddiaçı həmin məhsulu 3824 99 960 9 kodu altında bəyan etdiyi halda, gömrük auditinin nəticəsində onun qısa zəncirli xlorlaşdırılmış parafin olduğu və 3824 89 000 0 kodu altında təsnifləşdirilməli olduğu müəyyən edilmişdir. Mübahisələndirilən inzibati aktda bu nəticə əlavə sənədlərə və Mərkəzi Gömrük Ekspertiza Idarəsinin rəyinə əsaslandırılmışdır. Apellyasiya mərhələsində alınmış X9 rəyində məsələ ayrıca elmi-texniki təhlilə məruz qalmışdır. Istehsalçının MSDS məlumatları əsasında məhsulun “CPW 50/52” markalı xlorlaşdırılmış parafin olduğu, xlorlanma dərəcəsinin 50-52 faiz, karbon zəncirinin C10-C13, CAS nömrəsinin 85535-84-8 olduğu müəyyən edilmişdir. Rəydə bu göstəricilərin həmin məhsulun qısa zəncirli xlorlaşdırılmış parafin kimi tanınması üçün xarakterik və kifayət edən texniki əlamətlər olduğu göstərilmişdir. Həmçinin “50/52” işarəsinin sənaye praktikasında məhsulun kütlə üzrə təxminən 50-52 faiz xlor tərkibini ifadə etdiyi qeyd olunmuşdur. X11 üzrə ## ###### 2022-ci ildən qüvvəyə minmiş dəyişikliklər də nəzərə alınaraq, xlorlaşma dərəcəsi 48 kütlə faizindən artıq və karbon zənciri C10-C13 olan qısa zəncirli xlorlaşdırılmış parafinlərin 3824 89 mal mövqeyi ilə texniki uyğunluğu müəyyən edilmişdir. Mübahisəli CPW 50/52 məhsulunun 50-52 faiz xlorlanma dərəcəsi və C10-C13 karbon zənciri həmin meyarlarla üst-üstə düşür. Mütəxəssis bu məhsulun texniki göstəricilərinin qısa zəncirli xlorlaşdırılmış parafin üçün müəyyən edilmiş əlamətlərə uyğun olduğunu təsdiq etmişdir. Bu nəticə birinci instansiya məhkəməsinin araşdırması ilə də ziddiyyət yaratmır. Belə ki, birinci instansiya məhkəməsi XIFMN-in 3824 89 mövqeyinin qısa zəncirli xlorlaşdırılmış parafinləri əhatə etdiyini, mübahisəli məhsula dair istehsalçı məlumatlarının müvafiq kimyəvi formula və xlorlanma göstəricilərini ehtiva etdiyini, iddiaçının istifadə etdiyi 3824 99 960 9 kodunun isə həmin məhsulun texniki xarakteristikasına uyğun gəlmədiyini müəyyən etmişdir. Iddiaçının xarici ticarət sənədlərində başqa kodun göstərilməsinə istinad etməsi də bu nəticəni dəyişmir. Gömrük Məcəlləsinin 321-ci maddəsinin sistemli mənasına görə, malı müşayiət edən sənədlər təsnifat zamanı nəzərə alınan informasiya mənbəyidir, lakin həmin sənədlərdə xarici kontragent tərəfindən göstərilmiş kod Azərbaycan Respublikasında tətbiq edilən XIFMN üzrə səlahiyyətli gömrük orqanı üçün dəyişdirilməsi mümkün olmayan hüquqi təsnifat yaratmır. Malların kodu onların obyektiv xüsusiyyətlərinə və tətbiq edilən nomenklaturanın qaydalarına uyğun müəyyən edilməlidir. Cavabdehin iş materiallarına təqdim etdiyi izahatda da göstərildiyi kimi, Harmonikləşdirilmiş Sistemə edilmiş dəyişikliklərlə qısa zəncirli xlorlaşdırılmış parafinlər üçün 3824 89 mövqeyi ayrıca nəzərdə tutulmuş, 50-52 faiz xlorlanma və C10-C13 göstəricilərinə malik mübahisəli məhsul həmin meyarlara uyğun gəlmişdir. Beləliklə, xlorlaşdırılmış parafin üzrə də apellyasiya şikayətində gömrük orqanının müəyyən etdiyi təsnifatın faktiki əsaslarını aradan qaldıran hər hansı mötəbər əks-sübut təqdim edilməmişdir. Bundan əlavə qeyd edilməlidir ki, **** reyestr nömrəli yoxlama sualı üzrə aşkar edilmiş uyğunsuzluqlar müstəqil mənşəli pozuntu olmayıb, tarif güzəştinin və XIFMN kodlarının düzgün müəyyən edilməməsinin gömrük bəyannamələrinin müvafiq qrafalarında yaratdığı nəticələrdən ibarətdir. Cavabdehin izahatında da açıq şəkildə göstərilmişdir ki, **** yoxlama sualı üzrə **** və **** yoxlama suallarında müəyyən edilmiş hallara uyğun olaraq bəyannamələrin müvafiq qrafalarında edilməli düzəlişlər müəyyən edilmişdir. Mübahisələndirilən qərarda konkret olaraq 33-cü qrafada yanlış XIFMN kodlarının göstərilməsi və bundan irəli gəlməklə 36, 47 və 47B qrafalarında uyğunsuzluqların yaranması müəyyən edilmişdir. Buna görə də **** və **** üzrə cavabdehin nəticələrinin əsaslı olduğu müəyyən edildikdən sonra həmin nəticələrin bəyannamələrin digər qrafalarında yaratdığı texniki və maliyyə düzəlişlərinin də hüquqi əsası mövcud olur. Diqqətə alınmalıdır ki, auditdən sonra iddiaçı tərəfindən bəzi mallar üzrə əlavə sənədlər təqdim edildikdə cavabdeh həmin sənədləri nəzərə almış, ventilyator mühərrikləri və lentlər üzrə ilkin nəticəni iddiaçının xeyrinə dəyişmişdir. Cavabdehin izahatından görünür ki, sonradan təqdim edilən sübutlar əsasında bir sıra pozuntular aradan qaldırılmışdır. Apellyasiya baxışında da ilkin borcun sonradan təqdim edilmiş sənədlərə görə azaldıldığı təsdiq edilmişdir. Bu hal, əksinə, audit nəticələrinin formal və dəyişməz yanaşma əsasında deyil, təqdim edilən əlavə sübutların məzmununa uyğun yenidən qiymətləndirildiyini göstərir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin işin həlli üçün mühüm faktiki halları tam müəyyən etmədiyi irəli sürülsə də, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya icraatı zamanı aparılmış araşdırmanın həcmi bu dəlili təsdiq etmir. Birinci instansiya məhkəməsində tərəflərin izahatları, gömrük auditinin materialları, gömrük bəyannamələri, müqavilələr, ödəniş sənədləri, üçtərəfli müqavilə, brokerlə bağlanmış müqavilə, malları müşayiət edən sənədlər, istehsalçıların texniki məlumatları və Üçüncü şəxs MMC nümayəndəsinin izahatı araşdırılmışdır. Məhkəmə, həmçinin mübahisənin yalnız formal kod fərqindən deyil, malların obyektiv xüsusiyyətlərinin XIFMNdə nəzərdə tutulmuş təsnifat meyarlarına uyğunlaşdırılmasından ibarət olduğunu nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi isə tərəflərin dəlillərini təkrar etməklə kifayətlənməmiş, xüsusilə kimyəvi məhsulların tərkibi ilə bağlı tərəflər arasında yaranmış mübahisəni aradan qaldırmaq üçün əlavə araşdırma aparmışdır. ## #### 2026-cı il tarixli iclasda tərəflərin mövqeləri dinlənildikdən sonra elmi-texniki xarakterli sualların aydınlaşdırılması məqsədilə məhkəmə baxışı təxirə salınmış, aidiyyəti qurumlara konkret və əhatəli suallar göndərilmişdir. Alınmış elmi-texniki rəy hər iki mübahisəli kimyəvi məhsulun tərkibini, sənaye təyinatını, mübahisəli nomenklatura mövqelərinin texniki fərqləndirici meyarlarını, laborator analizin zəruriliyini və təqdim olunmuş sənədlərin həmin meyarların müəyyənləşdirilməsi üçün yetərliliyini ayrıca araşdırmışdır. Beləliklə, birinci instansiyada tərəflər arasında mübahisəli qalan faktiki-texniki məsələ apellyasiya baxışında əlavə obyektiv mənbə ilə yoxlanılmışdır. ## ###### 2026-cı il tarixli məhkəmə iclasında əldə edilmiş cavabların cavabdehin mövqeyini təsdiq etdiyi tərəflərin nəzərinə çatdırılmış, iddiaçıya əlavə vəsatət və dəlillərini təqdim etmək imkanı verilmişdir. Işdə iştirak edən şəxslər məhkəmə tədqiqatının sonunda yeni sübutların tələb edilməsi, birinci instansiyada araşdırılmamış başqa sübutların əldə olunması və ya əlavə sualların verilməsi barədə müraciətlərinin olduğunu bildirməmişlər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Inzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-4777/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4777/2025
19.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver