Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-478/2023 13.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X19 ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X15 iştirakları ilə, İddiaçı X23 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 496/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən eti : Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan 1776 saylı bağ sahəsinə X12 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 1776 saylı 0,25 ha bağ sahəsi Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin 16514 nömrəli, 04 dekabr 1978-ci il tarixli müqaviləsi ilə onun mərhum atası X12 istifadəsinə verilmişdir. X21 18 dekabr 2012-ci il tarixdə vəfat etmiş və həmin bağ sahəsinə dair vərəsəlik işi açılmışdır. O, həmin bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən məsələnin həllindən imtina edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 1776 saylı 0,25 ha bağ sahəsindən 42 ildən çoxdur ki, istifadə edirlər və qanunvericiliyin tələblərinə uyğun olaraq istifadələrinə verilmiş torpaq sahəsində bağ salmışlar. İmtinaya əsasən sözügedən bağ sahəsinin göstərilən əraziyə aidiyyəti yoxdur. Bir qayda olaraq bağ sahələri ayrılarkən ayrılmış torpaq sahəsi naturada ölçülüb təhvil verilir. Bu səbəbdən imtina əsassızdır. Eyni zamanda Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən Ləhiş bağ massivi ünvanında yerləşən 1776 saylı 0,25 ha bağ sahəsinə verilmiş 16514 nömrəli, 04 dekabr 1978-ci il tarixli müqavilə mövcuddur və onun etibarsızlığı barədə heç bir sübut yoxdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2828/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan 1776 saylı bağ sahəsinə X12 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. İş üzrə cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2307/2021 saylı, xx.xx.2021 tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2828/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv olunmuş və iş materialları məhkəmə icraatının davam etdirilməsi və sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 1776 saylı, 0.25 ha bağ sahəsinə dair hüququn ölmüş şəxsə yəni, mərhum X18 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-496/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi iddia tələbini rədd edərkən öz qərarında birinci olaraq ona istinad etmişdir ki, “ işin istinad olunan hallarından məlum olur ki, Ləhiş bağ massivində yerləşən 1776 saylı bağ sahəsi eyni zamanda iki şəxsə ayrılmışdır, yəni həmin nömrəli bağ sahəsinə dair iki müqavilə mövcuddur. Belə bir halda, iddiaçının təqdim etdiyi müqavilənin hansı əsasla Ə.Haqverdiyeva ilə bağlanmış müqavilədən üstün olması, 1776 saylı bağın Ə.Haqverdiyevaya deyil, məhz P.Safaraliyeva məxsus olması müəyyən olunmur. Bir halda ki, işdən görünür ki, P.Safaraliyevlə bağlanmış müqavilənin müddəti 1988-ci ildə bitmiş, həmin tarixdən sonra müqavilənin müddətinin uzadılması ilə bağlı işdə heç bir sübut olmamışdır. Lakin 1776 saylı bağa dair Ş.Haqverdiyevlə 1968-ci il tarixdə müqavilə bağlandıqdan sonra 1990-cı ildə Ə.Haqverdiyeva ilə yenidən müqavilə bağlanmış, bu zaman yerində inventarizasiya həyata keçirilməklə akt tərtib edilmişdir. Göründüyü kimi, 1990-cı il tarixdə 1776 saylı bağ sahəsi P.Safaraliyevin deyil, Ə.Haqverdiyevin istifadəsində olmuşdur. Bundan başqa, cavabdeh iddiaçının hazırda naturada göstərdiyi bağ sahəsinin sxematik xəritəyə əsasən 1776 saylı deyil, 6082,6083 və 6084 sağlı bağların yerində uyğun gəldiyini bildirmişdir, cavabdehin **********74 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilərkən müəyyən olunmuşdur ki, göstərilmiş bağ sahəsi digər bağ sahəsi ilə birlikdə ümumi hasar daxilində yerləşir. İddiaçının iddia etdiyi bağ sahəsinin üç tərəfi mişar daşından olan hasardır. Ümumi ərazidə olan digər bağ sahəsi ilə olan ara sərhəd isə şərti olaraq ayrılmışdır. Bağ sahəsinin nömrəsinə əsasən naturada faktiki olaraq yerləşməsində uyğunsuzluq mövcuddur. Belə ki, 1776 saylı bağın göstərilən əraziyə aidiyyəti yoxdur. Bağların bölgü sxeminə əsasən 1776 saylı bağ sahəsi göstərilən ərazidən təqribən 3550 m aralı cənub-şərq istiqamətdə yerləşir. Lakin cavabdeh tərəfindən 1776 saylı bağ sahəsinin məhz harada yerləşdiyini naturada sübuta yetirməmələrinə baxmayaraq, birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli bağ sahəsi təqribən 3550 m aralı cənub-şərq istiqamətdə yerləşir, Halbuki məhkəmə cavabdehin iddia etdiyi torpaq sahəsinə baxış keçirməmiş və hətta naturada qonşular müəyyən olunmamış qalmışdır, fakt odur ki, mübahisəli torpaq sahəsi 40 ilə yaxındır ki,iddiaçının istifadəsində olduğu halda, birinci instansiya məhkəməsi ehtimalla hesab edir ki, torpaq sahəsi Ə.Haqverdiyevanın istifadəsində olmuşdur. Halbuki, işin bu halını nə məhkəmə və nədə cavabdeh sübuta yetirə bilməmişlər. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından aydın olur ki, Bakı şəhər İcra Hakimiyyəti Bağlar Təsərrüfatı İdarəsi ilə X21 arasında imzalanmış 16514 nömrəli, 04 dekabr 1978-ci il tarixli müqavilə əsasında Bakı şəhər X22 İK-nin 31 dekabr 1965-ci il tarixli 13 nömrəli protokoluna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0,25 ha sahəsi olan 1776 saylı bağ sahəsi X12 istifadəsinə verilmişdir. X21 18 dekabr 2012-ci il tarixdə vəfat etmiş və həmin bağ sahəsinə dair vərəsəlik işi açılmışdır. O, həmin bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən məsələnin həllindən imtina edilmişdir. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ yuxarda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. İş materiallarında olan : xx.xx.1968-ci il tarixli 16578 saylı bağ və binaların uzunmüddətli icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Bakı şəhər X22 İK-nin xx.xx.1968-ci il tarixli 18 nömrəli protokoluna əsasən Ləhiş bağ massivində yerləşən 0.25 ha sahəsi olan 1776 saylı bağ sahəsi X4 icarəyə verilmişdir. Müqaviləyə əlavə edilmiş cizgidən görünür ki, bağ sahəsi 3 tərəfdən 1775/1623 saylı, 1777/1626 saylı və 1914/1752 saylı bağ sahəsi ilə qonşu olmuş, bir tərəfdən yol ilə əhatə edilmişdir. 297464 nömrəli, 10 oktyabr 1990-cı il tarixli ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X7 06 aprel 1985-ci ildə ölmüşdür. xx.xx.1990-cı il tarixli ərizədən müəyyən olunur ki, X9 İdarəsinə müraciət edərək əri X3 adına olan 1776 nömrəli bağ sahəsinin onun adına keçirilməsini xahiş etmişdir. 16578 nömrəli, xx.xx.1990-cı il tarixli bağın icarəyə verilməsi haqqında müqavilədən müəyyən olunur ki, xx.xx.1990-cı il tarixli 113 nömrəli qərarı əsasından Ləhiş bağ massivində yerləşən 0.25 ha sahəsi olan 1776 saylı bağ sahəsi X16 icarəsinə verilmişdir. 349208 nömrəli, xx.xx.2009-cu il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X24 xx.xx.2009-cu il tarixdə ölmüşdür. 266227 nömrəli, xx.xx.1956-cı il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1956-cı il tarixdə doğulmuş, atası X6 və anası X24 göstərilmişdir. 031759 nömrəli, xx.xx.2002-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 25 sentyabr 2002-ci il tarixdə ölmüşdür. X1 Fəxrənsə Şahpələng qızı məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, atası X7 09 aprel 1985-ci ildə, anası X24 isə 09 avqust 2009-cu ildə ölmüşdür. X17 oğlu X8 2002-ci ilin oktyabr ayının 8-də vəfat etmişdir. X17 yeganə vərəsəsi özüdür. F.Haqverdiyeva Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 1776 saylı, 0,25 ha bağ sahəsinin onlara məxsus olub-olmamasını müəyyən etmək məqsədi ilə iddiaçı- İddiaçı vəkilinin təklifi ilə bağ sahəsinə getmiş və müəyyən etmişdir ki, bu bağ sahəsi heç vaxt onların istifadəsində olmamışdır. Bu bağ sahəsinin nədən anasının adında təkrarlanmasının səbəbləri isə ona məlum deyildir. Təxminən 1970-ci illərdə onların Bakı şəhəri, Sabunçu rayonu, Ləhişdəki Məscidin yanında bağı olmuşdur. Sonradan atası həmin bağı başqa şəxsə istifadəyə vermişdir. Təxminən 1980-ci illərdən sonra onların bağla əlaqəsi kəsilmişdir. Mübahisəli bağ sahəsində isə heç bir tikili və meyvə ağacları mövcud deyildir və mübahisəli bağ sahəsi onların vaxtı ilə istifadəsində olan bağ sahəsindən ən azı 2-3 km aralıda Məscidin yanında yerləşmişdir. Mübahisəli bağ sahəsinin daş hasarları onlar tərəfindən çəkilməmişdir. Bundan başqa Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 1776 saylı, 0,25 ha bağ sahəsi anası X20 məxsus olmamışdır və bu bağ sahəsindən istifadə etməmişlər. F.Haqverdiyeva qeyd edir ki, hüquqi varis kimi bu bağ sahəsinə iddialı deyildir və nə indi, nə də gələcəkdə mübahisəli bağ sahəsinin anasına məxsus olması barədə tələb irəli sürməyəcəkdir. X2 xx.xx.2022-ci il tarixli reyestrdə 8i-2795 nömrə ilə qeyd edilmiş ərizəsində qeyd olunmuşdur ki, onun anası X16 adına Bağ Təsərrüfatı İdarəsi tərəfindən verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən, xx.xx.1990-ci il tarixli, 16578 saylı müqavilədə göstərilən 1776 saylı, 0.25 ha bağ sahəsinə dair gələcəkdə heç bir tələb və şikayəti olmayacaqdır. Cavabdeh iddiaçının hazırda naturada göstərdiyi bağ sahəsinin sxematik xəritəyə əsasən 1776 saylı deyil, 6082, 6083 və 6084 saylı bağların yerinə uyğun gəldiyini bildirmişdir. Cavabdehin **********74 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilərkən müəyyən olunmuşdur ki, göstərilmiş bağ sahəsi digər bağ sahəsi ilə birlikdə ümumi hasar daxilində yerləşir. İddiaçının iddia etdiyi bağ sahəsinin üç tərəfi mişar daşından olan hasardır. Ümumi ərazidə olan digər bağ sahəsi ilə olan ara sərhəd isə şərti olaraq ayrılmışdır. Bağ sahəsinin nömrəsinə əsasən naturada faktiki olaraq yerləşməsində uyğunsuzluq mövcuddur. Belə ki, 1776 saylı bağın göstərilən əraziyyə aidiyyəti yoxdur. Bağların bölgü sxeminə əsasən 1776 saylı bağ sahəsi göstərilən ərazidən təqribən 3550 m aralı cənubqərq istiqamətdə yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “iddiaçı təqdim etdiyi müqaviləyə əsasən P.Safaraliyevə 1776 saylı bağ sahəsinin ayrıldığını bildirsə də, naturada digər bağ sahəsinə uyğun gələn torpağı göstərmiş, 40 ildən artıq istifadə etməli olduğu bağ sahəsini yerində mərzləşdirməmiş, hər hansı bir tikinti işləri aparmamaqla birlikdə göstərdiyi bağ sahəsi digər bağlarla ümumi hasar daxilində yerləşmişdir”. İşin obyektiv araşdırılması məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 3242/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 10/4467 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-18599/2023 nömrəli mütəxəssis rəyinə əsasən, göstərilən 0.25 ha torpaq sahəsinin digər torpaq sahəsi ilə birlikdə ümumi hasar (0.3879 ha) daxilində yerləşdiyi (üzərində tikili yoxdur) müəyyən edildi. Mütəxəssis rəyinə əsasən, göstərilən sahəyə digər fiziki şəxsin müraciəti olmadığı, lakin ərazinin digər bağ sahələrinin ərazisi olduğu müəyyən olundu. Ekspert rəyində məhkəmənin qərardadda qoyduğu 5-ci suala (tərəflər faktiki olaraq özlərinə məxsus sahədə yerləşirmi) cavab olaraq bildirilmişdir ki, mütəxəssis rəyinə əsasən, qeyd olunan bağ sahəsinin bu əraziyə aidiyyatı olmadığı müəyyən olundu. Beləliklə, iş materiallarına əsasən Kollegiya belə nəticəyə gəlir ki, iddiaçının naturada göstərdiyi ərazi 1776 saylı bağın deyil, digər bağ sahəsinin ərazisi olduğundan, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının təqdim etdiyi müqavilədə göstərilən sahə ilə bağlı digər bir müqavilə mövcud olmuşdur. İddiaçının naturada göstərdiyi sahə ilə hüquqmüəyyənedici sənəddə göstərilən sahə eyni sahələr deyil. Kollegiya qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Beləliklə, cavabdehin iddia olunan torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasından imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. AR İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, iddiaçının apelyasiya şikayəti isə hər hansı mötəbər dəlillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-496/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-478/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-478/2023
13.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver