Məhkəmə qərarları › İş №2-1(103)-478/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-478/2025

12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-478/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh Bakı şəhəri Cavabdeh1nə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X15 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X8 və X14 ibarət tərkibdə, X11-Yusiflinin katibliyi ilə, İddiaçılar İddiaçı1, digər İddiaçı4 nümayəndəsi və vəkili Vəkil Qurbanəli oğlunun, Cavabdehin nümayəndəsi X5, 3-cü şəxs X10 iştirakı ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Bakı şəhəri Cavabdeh1nə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 845/2024 saylı 27 iyun 2024-cü il tarixli qərarından İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayətinə 12 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Cavabdeh1 başçısının 26 fevral 2022ci il tarixli 67 saylı sərəncamının ləğv edilməsi, cavabdeh tərəfindən X10 adına ünvan 3 ünvanın qeyri-yaşayış shaəsi olmasına dair inventar nömrəsi xx.xx.2022-ci il tarixli 04/3236 saylı, reyestr nömrəsi **********08-05***-******* olan, əmlakın xx.xx.2022-ci il tarixinə tərtib olunmuş texniki pasport və həmin ünvanın ümumi sahəsi 60.10 kv.m. olan qeyri-yaşayış sahəsi kimi X10 adına xx.xx.2022-ci il tarixdə qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrinə aid verilmiş çıxarışın ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırmışdır ki, onlar ünvan 4 ünvanda yerləşən 38 saylı mənzil iddiaçılar İddiaçı5 və 70 saylı mənzil isə İddiaçı4 mülkiyyətində olmaqla ailə üzvləri ilə birlikdə orada yaşayırlar. Həmin bina 3 (üç) blokdan və 3 (üç) mərtəbədən və ümumilikdə 66 mənzildən ibarətdir. Onların yaşadığı blokda bərabər 4 (dörd) ailə, ümumilikdə ailə üzvləri ilə birlikdə faktiki olaraq 12 nəfər yaşayır. Yaşadıqları mənzillər mübahisəli sahələrin yerləşdiyi binanın 1-ci girişinin 2-ci və 3-cü mərtəbəsində yerləşir. Həmin girişin 1-ci mərtəbəsində yerləşən 2 saylı mənzilin sahibi X18 yaşadıqları mənzillərin yerləşdiyi girişin birinci mərtəbəsində ümumi istifadədə olan sahəni qanunsuz olaraq özbaşına tam zəbt edərək heç bir İcazə sənədi olmadan özbaşına tikililər inşa etmiş, blokun girişin sağ tərəfində avibiletlərin satış yeri, blokun 2-ci mərtəbəyə qalxan pilləkən meydançasının (qəfəsə) alt hissəsini və həmin hissədən başlayaraq ümumi istifadədə olan bütün sahəni daşla hörərək dəmir qapı quraşdırmış, blokun girişindən sol tərəfdə yerləşən sahədə pilləkən meydançasının (qəfəsə) alt hissəsində dönərxana-pivəxana, qəlyanaltı verilməsi və dönərxana müştərilərinin qəbul edilməsi üçün oturaq stollar qoyulmuş, dəmir qapı ilə üzbəüz və dönərxana ilə paralel istiqamətdə kişi bərbər salonu, ayaqqabı təmiri emalatxanası, kişi geyimləri üçün dərzi salon-emalatxanası, sağ tərəfdə qadın geyimləri üçün dərzi salon-emalatxanası, ümumilikdə 6 (altı) ədəd iaşə obeykti quraşdırmış və həmin obyektlər faktiki olaraq tam fəaliyyət göstərirlər. Bundan əlavə, cavabdeh X3 mülkiyyətində və X7 istifadəsində olan ünvan 8 saylı evin özünə məxsus mənzilin divarından qanunsuz açılmış qapının qarşısında pilləkən quraşdıraraq oradan ticarət obyekti kimi istifadə olunur. X12 məxsus qeyd edilən obyektlərdən günün bütün saatları ərzində fasiləsiz olaraq istifadə olunmaları nəticəsində bina sakinləri daxil olmaqla onlar və digər ailə üzvlərimiz üçün mütəmadi olaraq hüquqlarının pozulmasına səbəb olan ciddi narahatlıqlar yaranmış və mütəmadi olaraq davam etməkdədir. Bu cür özbaşınalığın və qanunsuzluğun qarşısının alınması məqsədi ilə müxtəlif qurumlara etdikləri müraciətlər nəticəsiz qalmışdır. Ona görə də cavabdehlər X16, X13 və X6 və Bakı şəhəri Cavabdeh1nə qarşı “qanunsuz inşa edilmiş tikililərin özbaşına tikili hesab edilməsi, həmin tikililərin X10 hesabına sökülməsinin təmin edilməsi, cavabdeh E.Fərəcovun istifadəsindəki mənzil sahəsinin pəncərəsini sökülməklə əvəzində açılmış giriş qapısının qarşısında pilləkənin sökülərək həmin qapının E.Fərəcovun hesabına qapadılmasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət etmişlər. Məhkəmə tərəfindən qeyd olunan mülki iş üzrə obyektiv, tam və hərtərəfli araşdırma aparılmaqla xx.xx.2022-ci il tarixli iş №2(006)-339/2022-ci il saylı qətnaməsi ilə qanuni qərar qəbul etmişdir.ünvan 8 saylı evin giriş dəhlizində və pilləkən qəfəsində cavabdeh R.Əsgərovun istifadəsində olan 24.5 kv.m qeyri-yaşayış sahəsində qanunsuz inşa edimiş tikililər özbaşına tikili hesab edilmiş, həmin tikililərin R.Əsgərovun hesabına sökülməsi, Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 239 saylı evin M.Eyvazovanın mülkiyyətində və E.Fərəcovun istifadəsində olan mənzilin pəncərəsinin quraşdırılmış taxta pilləkənin cavabdeh E.Fərəcovun hesabına sökülməsi qət edilmişdir. Məlumat üçün bildirirlər ki, qeyd olunan mülki işin məhkəmə baxışı zamanı onlara ünvan 8/8 saylı evin X12 məxsus 2 saylı mənzilinin ölçülərinin dəqiqləşdirilməsi və yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə Bakı şəhəri Cavabdeh1 başçısının 28 fevral 2022-ci il tarixli 67 saylı sərəncamın verildiyi müəyyən edilmişdir. Həmçinin, Cavabdeh1 qeyd olunan sərəncamı əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən icarəçisi və ya istifadəçisi olan X10 adına ünvan 5 ünvanın qeyri-yaşayış sahəsi olmasına dair inventar nömrəsi xx.xx.2022-ci il tarixli 04/3236 saylı, Reyestr nömrəsi **********08-05101- 083003 olan, Pasport xx.xx.2022-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş Texniki Pasport və həmin ünvanın ümumi sahəsi 60.10 kvadratmetr olan qeyri-yaşayış sahəsi kimi X10 adına xx.xx.2022-ci il tarixdə qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Hazırda həmin mülki iş Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh X18 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatındadır. Aşağıdakı əsaslara görə hesab edirlər ki, Cavabdeh1 başçısının 28 fevral 2022-ci il tarixli 67 saylı sərəncamı və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş yuxarıda qeyd olunan Texniki Pasport və Çıxarış qanunsuz və əsasız olduğundan ləğv edilməlidir. Cavabdeh1 tərəfindən ünvan 8/8 saylı evin R.Əsgərova məxsus 2 saylı mənzilinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə Bakı şəhəri Nəsimi RİH tərəfindən 28 fevral 2022-ci il tarixli 67 saylı sərəncam qəbul edildikdə Mənzil Məcəlləsinin və Şəhərsalma Haqqında Qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Bildirirlər ki, yuxarıda qeyd olunan tələblə bağlı iddia ərizələri əsasında Nəsimi Rayon Məhkəməsi tərəfindən işə baxılarkən yaranmış zərurətlə bağlı 15 oktyabr 2021-cİ il tarixli qərardadı ilə “Tikinti-texniki” ekspertizası təyin edilmişdir. Ekspertiza qarşısında qoyulan suallar Bakı şəhəri, Dilarə Əliyeva küçəsində yerləşən 239 saylı binanın cavabdehlərə məxsus 1-ci mərtəbədə yerləşən mənzillərdə və blokda qanunsuz əlavə tikili, artırma və əlavə quraşdırma olub-olmaması, orada qanunsuz fəaliyyət göstərən obyektlərin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğunluğu və qanunsuz fəaliyyət göstərən obyektlərdə artırma həmin obyektin texniki pasportunda nəzərdə tutulub-tutulınaması barədə olmuşdur. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. Ekspert tərəfindən 05 mart 2022-ci il tarixdə rəy verilmiş və həmin tarixli 10/6160 saylı məktubla Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Lakin, həmin iş üzrə Cavabdeh1 də 3-cü şəxs qismində cəlb olunmasına və iş üzrə təyin edilmiş ekspertiza rəyinin məhkəməyə daxil olmadığı və mülki iş icraatda olmasına baxmayaraq ünvan 8/8 saylı evin X12 məxsus 2 saylı mənzilinin ölçülərinin dəqiqləşdirilməsi və yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə Cavabdeh1 tərəfindən tam əsassız olaraq 28 fevral 2022-ci il tarixli 67 saylı sərəncam verilmişdir. Bundan başqa, qeyd olunan mülki iş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən də eyni qanun pozuntusuna yol verilmişdir. Belə ki, Nəsimi Rayon Məhkəməsinin iddianın qismən təmin edilməsi barədə 06 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh X18 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında həmin mülki iş Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verildiyi müddətdə Nəsimi RİH-nin qeyd olunan sərəncamı əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən hüquq subyekti kimi cavabdeh R.Əsgərovun adına Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, ev 239/8 (yeni qaydalarla: AZ 1010, ünvan 6 ünvanı qeyri-yaşayış sahəsi olmasına dair inventar nömrəsi xx.xx.2022-ci il tarixli 04/3236 saylı, Reyestr nömrəsi **********0805101-083003 olan, Pasport xx.xx.2022-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş texniki pasport verilmişdir. Həmçinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, ev 239/8 (yeni qaydalarla: AZ 1010, ünvan 7 ünvan üzrə ümumi sahəsi 60.10 kvadratmetr olan qeyri-yaşayış sahəsi kimi X10 adına xx.xx.2022-ci il tarixdə qeydiyyat nömrəsi 1 ********* olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinə aid çıxarış verilmişdir. Göründüyü kimi, iddia ərizəsi əsasında müraciətləri üzrə Nəsimi Rayon Məhkəməsində mülki işə baxıldığı müddətdə ünvan 8 ünvanda cavabdeh X18 tərəfindən ona məxsus 30.0 kv.m yaşayış sahəsindən qeyriyaşayış sahəsindən istifadə etməsinə və 30 kv.m (baxmayaraq digər bütün sənədlərdə əlavə sahə 24.5 kv.m təşkil edildiyi göstərilmişdir) həmin blokda yaşayan onların və digər sakinlərin ümumi istifadəsində olan blokun giriş hissəsində-pilləkən meydançasında qanunsuz inşa edimiş tikililərlə bağlı Cavabdeh1 tərəfindən qanuni tədbir görülməli olduğu halda, əksinə, qeyd olunan sərəncamı qəbul etməklə R.Əsgərovun qanunsuz hərəkətlərini qanuniləşdirməyə tam şərait yaratmış, nəticədə həmin sahəyə cavabdeh R.Əsgərov mülkiyyət hüququ əldə etmişdir. Lakin, Cavabdeh1 tərəfindən qeyd olunan sərəncam qəbul edilməklə qanunla nəzərdə tutulmuş onların hüquq və qanuni mənafeləri, mənzil fondunun istifadə və onun qorunması, yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti təmin edilməsinin tələbləri kobud şəkildə pozulmuş, kommunal xidmətlərdən normal istifadə etmələrinə maneə yaradılmaqla bu xidmətlərdən istifadə etmək hüquqlarını məhdudlaşdırılmışdır. Bundan başqa, Cavabdeh1 tərəfindən qeyd olunan sərəncamın qəbul edilməsinə əsas kimi X10 ərizəsi və 17 saylı MKİS-nin xx.xx.2022-ci İl tarixli aktı və akta əlavə olunmuş cizgi (plan-sxem) əsas kimi götürülmüşdür. Lakin, Nəsimi RİH-i sərəncam verilməsi üçün R.Əsgərovun ərizəsini və 17 saylı MKİS-nın aktını və 2 saylı mənzilə dair cizgini (plan-sxemi) əsas götürməkdə haqlı olmamış, bununla da bir çox qanunsuzluqlara yol vermişdir. Belə ki, qeyd olunan sərəncamın giriş hissəsindən də görünür ki, X4 rayonu, Dilarə Əliyeva küçəsi 239/8 saylı evin ona məxsus 2 saylı mənzilin ölçülərinin dəqiqləşdirilməsi və yaşayış sahəsindən qeyriyaşayış sahəsinə keçirilməsi barədə müraciət etmişdir. Lakin qəbul edilmiş sərəncamda isə R.Əsgərovun qanunsuz olaraq zəbt etdiyi binanın girişindəki ümumi istifadədə olan 30 kv.m olan sahəni mənzilin ümumi sahəsinin ölçülərinə aid etməklə ümumi sahəsi 60.10 kv.m olan sahə kimi dəqiqləşdirilmə adı altında qeyri-yaşayış sahasinə keçirilməsi barədə qanunsuz sərəncam verilmişdir. Baxmayaraq ki, qeyd olunan sərəncamda da Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 239/8 saylı evin R.Əsgərova 2 saylı mənzili Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya-MN, ******* nömrəli, xx.xx.2007-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən ümumi sahəsi 30,0 m2 -dən ibarət olduğu göstərilmişdir. Bundan başqa, mülki işin 72-ci vərəqində 70 saylı MKİS-i tərəfindən tərtib edilmiş plan sxemə əsasən Nəsimi rayonu D.Əliyeva küçəsi, 239 №-li evin R.Əsgərova məxsus 2 saylı mənzilin yaşayış sahəsi 24.4 m2 olan, o cümlədən 17.6 m2qonaq otağından, 6.8 m2 yataq otağından,qeyri-yaşayış sahəsi isə 4.5m2 mətbəxdən və 18m2 sanitar qovşağından ibarət olmaqla cəmi 30.7 m2 təşkil etmişdir. Bundan əlavə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya MN, №0066239, reyestr nömrəsi **********08-05101-093007, qeydiyyat nömrəsi 110726918, qeydiyyat tarixli xx.xx.2007-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinə aid çıxarışda qeyd olunur ki, Bakı şəhəri, Dilarə Əliyeva küçəsində istifadədə olan 0.1172 ha torpaq sahəsində yerləşən 239/8 nömrəli, 3 mərtəbəli binanın 1-ci mərtəbəsində, 30.0 kv.nı ümumi, 18.0 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 2 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X10 adına daşınmaz əmlakın dövlət reyestrində 374 nömrəli reyestr kitabının 34879 nömrəli vərəqində qeydiyyata alınmışdır. Göründüyü kimi, Cavabdeh1 tərəfindən 28 fevral 2022-cİ İl tarixli 67 saylı Sərəncamla R.Əsgərovun müraciəti üzrə yalnız ünvan 8/8 saylı evin ona məxsus ümumi sahəsi 30,0 m2 -dən ibarət olan mülkiyyətçisi olduğu 2 saylı mənzilini qeyri-yaşayış sahəsinə deyil, eyni zamanda həmin evin 2-ci və 3-cü mərtəbəsində yaşayan onların və ailə üzvlərinin ümumi istifadəsində olan, eləcə də yanğın təhlükəsizliyi, sanitar-gigiyena, ekoloji tələbat baxımından zəruri əhəmiyyət kəsb edən blokun giriş hissəsinin 1-ci mərtəbəsinin qanunsuz olaraq zəbt etmiş olduğu hissəsini də R.Əsgərovun mülkiyyətində olan 30.0 m2 olan sahəyə əlavə etmiş, nəticədə R.Əsgərovun adına 60.10 kv.m qeyri-yaşayış sahəsi kimi qanunsuz olaraq rəsmiləşdirilmişdir. Baxmayaraq ki, R.Əsgərovun müraciəti Cavabdeh1 tərəfindən ciddi araşdırılacağı, o cümlədən bina sakinlərinin fikri soruşulacağı təqdirdə hüquqlarının və qanuni mənafelərinin, yanğın təhlükəsizliyi tələblərinin, sanitariyagigiyenanın, ekoloji tələblərin və qanunvericiliyin digər tələblərinin mütəmadi olaraq kobud şəkildə pozulmasının müəyyən ediləcəyi öz təsdiqini tapmış olardı. Bildirirlər ki, onların və orada yaşayan digər sakinlərin ümumi istifadəsində olan blokun giriş hissəsi-pilləkən meydançasında cavabdeh R.Əsgərv tərəfindən qanunsuz olaraq özbaşına quraşdırılmış dönərxanaya və pivəxanaya, kişi bərbər salonuna, ayaqqabı təmiri emalatxanasına, kişi geyimləri üçün dərzi salon-emalatxanasına, qadın geyimləri üçün dərzi salonemalatxanasına, aviabiletlərin satıldığı obyektə, ümumilikdə 6 (altı) ədəd iaşə obyektinə gün ərzində gələn yüzlərlə müştərilərin və digər şəxslərin ucadan yaratdıqları səs-küyü, tez-tez kimlərinsə öz aralarında dalaşmalarına görə nalayiq ifadələr işlətmələri, qeyri- etik hərəkətlərə yol vermələri və müxtəlif vaxtlarda tanımadıqları özlərini çox şübhəli aparan nabələd şəxslərin blokun 2-ci və 3-cü mərtəbəsində mənzillərimizin qarşısında görünmələri və sair bu kimi hadisələr tez-tez rast gəlinən hallardır. Bundan başqa, həmin obyektlərə gələn şəxslərin istifadə etdikləri pilləkənlərin üzərində təbii ehtiyaclarını (yüngül-ağır) ödəməklə natəmiz-iyrənc mühit yaratmaları, ətrafı zibilləmələri, anti-sanitariya hallarına yol verilməsi də belə hallardandır. Bundan başqa, Cavabdeh1 tərəfindən nəzərə alınmamışdır ki, R.Əsgərov tərəfindən qanunsuz olaraq özbaşına quraşdırılmış iaşə obyektlərinin heç birində yanğın təhlükəsizliyi və digər texniki-təhlükəsizlik tədbirlərinin görülməsi qanunla müəyyən edilmiş normativlərə uyğun təmin edilməmişdir. Həmin ünvana verilmiş inventar nömrəsi xx.xx.2022-ci il tarixli 04/3236 saylı, xx.xx.2022-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş Texniki Pasportunda binanın texniki təsvirində dam örtüyünün ağac konstruksiyası olması öz əksini tapmışdır. Göstərilən ünvanda yerləşən binanın 1902-ci ildə inşa edilməsi nəzərə alındıqda belə bir nəticəyə gəlməyə əsas verir ki, həmin iaşə obyektlərində yanğın-təhlükəsizliyi, eləcə də sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblər texniki-təhlükəsizlik tədbirləri barədə normativlərə cavab verilmədiyinə görə qaz balonlarının partlaması, elektrik cihazlarının qısa qapanması və digər qəzalar zamanı yarana biləcək hər hansı bir təhlükənin qarşısının alınmasının mümkün olmayacağı Cavabdeh1 tərəfindən nəzərə alınmamışdır. Halbuki, R.Əsgərovun ona məxsus mənzil sahəsini və ümumi istifadələrində olan blokun giriş hissəsi-pilləkən meydançasının qeyri yaşayış sahəsinə keçirilməsi barədə müraciətinə Cavabdeh1 tərəfindən baxıldıqda yaşayış sahəsinin təyinatının və həmin sahədə yaşayan digər şəxslərin hüquqlarının qorunması barədə Mənzil Məcəlləsinin 14 və 15-ci maddələrində nəzərdə tutulmuş tələblərinə əməl edilməli idi. Bundan başqa, Cavabdeh1 tərəfindən sərəncamın verilməsi üçün R.N.Əsgərovun ərizəsindən əlavə, eyni zamanda 17 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli aktı və akta əlavə olunmuş cizgi (plan-sxem) əsas kimi götürüldükdə nə səbəbə görəsə nəzərə almaq istənilməmişdir ki, Bakı şəhəri, Dilarə Əliyeva küçəsində yerləşən 239 saylı yaşayış binası Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 17 saylı Mənzil Kommunal İstismar Sahəsinin xidmət dairəsində və istismarında deyil, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil- X1 balansında və həmin Birliyin tabeliyindəki 70 saylı MKİS-nin xidməti dairəsində və istismarındadır. Bundan əlavə, Bakı Şəhəri İcra Hakimiyyəti MƏnzil-Koınmunal Təsərrüfatı Departamentinə edilmiş sorğuya verilmiş xx.xx.2023-cÜ il tarixli 3-52-13/2- 151/2023 saylı məktubdan da görünür ki, ünvan 9 ünvanında yerləşən, 1902-ci ildə inşa edilmiş 3 mərtəbəli yaşayış binası Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2001 -ci il tarixli, 193 saylı Sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yolunun xx.xx.2001 -ci il tarixli, 46/H saylı əmri ilə yaşayış binası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmiş və istismar edilməsi üçün Birliyin 70 saylı MKİS-nin xidməti dairəsinə verilmişdir. Bina qəbul edilərkən aparılan təhvil-təslim zamanı Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 239 saylı binanın texniki pasportu binanın əvvəllər məxsus olduğu təşkilat tərəfindən təhvil verilmədiyindən təqdim edilməsi mümkün olmamışdır. Qeyd edilən ünvanda yerləşən yaşayış binası dövlət mənzil fondunun növünə aiddir. Lakin qeyd olunan sərəncamın məzmunundan görünür ki, Bakı şəhəri, Dilarə Əliyeva küçəsində yerləşən 239 saylı yaşayış binasının 2 saylı mənzilinin qeyri yaşayış sahəsinə keçirilməsi üçün zəruri sənədlər həmin binanın balansında olduğu Bakı Şəhər İcra Hakimiyyəti MKT Departamentinin 2 saylı XTMKTBnin 70 saylı MKİS-i tərəfindən deyil, həmin sahəyə heç bir aidiyyəti olmayan 17 saylı MKİS-İ tərfındən verilmiş düzgün olmayan sənədlər və yanlış məlumatlar əsasında hazırlanmış və orada yaşayan digər mülkiyyətçilər, yəni onlar Mənzil Məcəlləsinin 21.5-ci maddəsinə əsasən bu barədə məlumatlandırılmamışlar. Bundan başqa, Mənzil Məcəlləsinin 21.8-ci maddəsinə əsasən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə bu barədə R.Əsgərov tərəfindən əvvəlcədən Nəsimi RİHnə müvafiq müraciəti və həmin müraciəti əsasında ona müəyyən razılığın verilməsi müəyyən edilməmişdir. Ona görə də, Nəsimi RİH qəbul etdiyi sərəncamda 70 saylı MKİSi tərəfindən tərtib edilmiş plan-sxemə deyil, balansına aidiyyəti olmayan sahə üzrə hüquqverici sənəd vermək səlahiyyəti olmayan 17 saylı MKİS-i tərəfindən tərtib edilmiş həqiqətə uyğun olmayan plan-sxemin əsas götürülməsi qanunsuzdur. Bundan əlavə, sərəncamda R.N.Əsgərova məxsus sözügedən mənzilin faktiki ümumi sahəsinin ilkin olaraq 30.0 kv.m təşkil etdiyi, lakin sonradan 30.0 kv.m sahənin artırılaraq 60.0 kv.m-nin necə və hansı şəraitdə artması, genişlənməsinin əsaslandırılması üçün Nəsimi RİH 17 saylı MKİS tərəfindən tərtib edilmiş akta istinad edilmişdir. Həmin aktda yaşayış və ümumi sahələrdəki fərqin uzun illər öncə mənzildə aparılmış rekonstruksiya və əsaslı təmir işləri səbəbindən yarandığı göstərilmişdir. Lakin, tərəfindən R.Əsgərova məxsus 2 saylı mənzilinin yaşayış və ümumi sahələrdəki fərqin uzun illər öncə mənzildə aparılmış rekonstruksiya və əsaslı təmir işləri səbəbindən yarandığının həqiqətə uyğun olubolmaması Nəsimi RİH tərəfindən məqsədli olaraq araşdırılmamışdır. Bundan əlavə, R.Əsgərov tərəfindən ona məxsus 30.0 kv.m mənzilində rekonstruksiya və əsaslı təmir işləri aparmış olduğu müəyyən edildiyi təqdirdə belə onun zəbt etmiş olduğu və qanunsuz inşa etdiyi özbaşına tikililərinin rekonstruksiyaya və əsaslı təmir işlərinə heç bir aidiyyətinin olmadığı Nəsimi RİH tərəfindən bilərəkdən əhəmiyyət verilməmiş, R.Əsgərovun inzibati və mülki məsuliyyətə cəlb olunması barədə tədbir görməli olduğu halda əksinə, onun qanunsuz hərəkətlərini qanunsuz sərəncamı ilə qanuniləşdirmişdir. Bundan başqa, Cavabdeh1 tərəfindən R.Əsgərova məxsu 30 saylı mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə Sərəncam qəbul edildikdə həmin mənzilin 1-ci mərtəbədə yerləşməsinə baxmayaraq onun həmin mənzilə olan girişinin ümumi istifadələrində olan blokun giriş sahəsi-pilləkən meydançasından olmuş, mənzilindən küçə tərəfə açılası pəncərəsi və ya qapısı olmamışdır. R.Əsgərovun mənzilinə girişi ümumi istifadələrində olan blokun giriş hissəsindən-pilləkən meydançasından olduğuna görə həmin mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün onların razılığı olmadan belə bir sərəncamın verilməsi tam qanunsuzdur. Bundan əlavə, Cavabdeh1 tərəfindən həmin sərəncamın qəbul edilməsinə əsas kimi 17 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli aktı əsas götürüldüyü qeyd edilməsinə baxmayaraq mülki iş materiallarında belə bir aktın mövcud olmadığı müəyyən edilmişdir. 17 saylı MKİS-i tərəfindən verilmiş xx.xx.2022ci il tarixli 143 saylı arayışdaBakı şəhəri Dilarə Əliyeva küçəsi, 237 və 239 saylı yaşayış binalarının fasad üzlükləri, binaların ətrafındakı dəmir barmaqlıqlı hasarlar və binalara giriş pilləkənləri "xxxx" MMC tərəfindən həyata keçirilməsi göstərilmişdir. Nəsimi RİH tərəfindən R.Əsgərova məxsus mənzilin yaşayış və ümumi sahələrdəki fərqin uzun illər öncə mənzildə aparılmış rekonstruksiya və əsaslı təmir işləri səbəbindən yarandığı əsas götürüldükdə bunun 17 saylı MKİS-i tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 143 saylı arayışda göstərilənləri əsas götürməklə tam yanlış qərar qəbul etmişdir. Çünki, həmin ünvanda aparılmış abadlıq işləri mənzildə və blokların girişində deyil, binanın ümumi fasad hissələrində aparılmışdır. Bundan əlavə, 17 saylı MKİS-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş aktda Bakı şəhəri 11 saylı Vəkil Bürosunun Vəkili tərəfindən verilmiş sorğuya əsasən Bakı şəhəri, D.Əliyeva küçəsi 239 saylı yaşayış binasına yerində baxış keçirildiyi və həmin binanın Bakı şəhər İcra Hakimiyyəti XTMKT Birliyinin 70 saylı MKİS-nin balansında olduğu göstərilmişdir. Lakin 17 saylı MKİS- nin xx.xx.2022-ci il tarixli 143 saylı arayışında isə Bakı şəhəri, D.Əliyeva küçəsi 237 və 238 saylı yaşayış binalarının onların xidməti ərazilərində yerləşdiyi qeyd edilmişdir. Həmçinin, hazırda Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının icraatında olan mülki işə əlavə edilmiş 17 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, həmin İstismar Sahəsi qeyd olunan ərazidə xidmət göstərmədiyi halda orada yaşayan və ya qeydiyyatda olmuş şəxslərlə bağlı məlumat verilmişdr. Bundan başqa, 17 saylı MKİS-i həmin aktda 70 saylı MKİS-nin verdiyi (mülki iş materiallarına əlavə olunmamışdır, arayışın kimə və hara təqdim edilməsi məlum deyil) arayışa istinad edərək ünvan 9 saylı binada aparılmış rekonstruksiya işlərinin binada yaşayan sakinlərin gedişgəlişinə heç bir maneçilik olmadığını və yaratmadığını qeyd etmişdir. Bundan başqa, Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 237 və 239 saylı yaşayış binalarının fasad üzlükləri, binaların ətrafındakı dəmir barmaqlıqlı hasarlar və binalara giriş pilləkənləri "xxxx" MMC tərəfindən həyata keçirilməsi barədə 17 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən xx.xx.2022-ci il tarixli 143 saylı arayışda verilmiş və həmin arayış da qeyd olunan mülki işə əlavə olunmuşdur. Arayışın “Sizin şifahi sorğunuza cavab olaraq....” yazılsa da həmin arayışın kimə ünvanlanması da məlum deyildir. Qeyd edilən sərəncama əlavə edilmiş Bakı şəhəri Nəsimi RİH nəzdində fəaliyyət göstəm İdarələrarası Texniki Komissiyasının xx.xx.2022-ci il tarixli 33 saylı rəyi və Bakı şəhəri Nəsimi RİH nəzdində fəaliyyət göstərən Texniki Komissiyanın həmin rəyin mətni sözbəsöz köçürülməklə eyni məzmunlu, eyni tarixli və eyni saylı xx.xx.2022-ci il tarixli 33 saylı qəbul aktındaNəsimi rayonu, Dilarə Əliyeva küçəsi 239/8 saylı evin 2 saylı mənzili DƏDRX-nin Seriya-MN, ******* nömrəli, xx.xx.2007-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən ümumi sahəsi 30,0 m2 -dən ibarət olmaqla tam mülkiyyət hüququ ilə vətəndaş X12 məxsus olması, onun həmin mənzilinin ölçülərinin dəqiqləşdirilməsi və yaşayış sahəsindən qeyri yaşayış sahəsinə keçirilməsi barədə müraciət etməsi, 17 saylı MKİS-i tərəfindən tərtib edilmiş akta əsasən ünvanda aparılan yenidən ölçmə zamanı qeyd olunan mənzilin faktiki ümumi sahəsinin 60.0 m2 olması, yaşayış və ümumi sahələrdəki fərqin, uzun illər öncə mənzildə aparılmış rekonstuksiya və əsaslı təmir işləri səbəbindən yarandığı göstərilmiş və bu məlumatlar əsasında yaşayış sahəsi qeyriyaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilmişdir. Lakin, həmin sahədə apanlacaq yenidənqurma və əsaslı təmirlə bağlı hər hansı müraciətin olması, bunula bağlı müvafiq komissuyanın rəyi və qəbul aktı müəyyən edilməmiş, yalnız R.Əsgərovun qanunsuz olaraq heç bir qanuni icazə olmadan və digər mülkiyyətçilərin hüquqları kobud şəkildə pozulmaqla zəbt etmiş olduğu sahədəki özbaşına tikililər rəsmiləşdirilməklə qanunsuzluğa yol verilmişdir. Lakin, mülki iş materiallarında olan sərəncama əlavə edilmiş Bakı şəhəri Nəsimi RİH nəzdində X2 Texniki Komissiyasının xx.xx.2022-ci il tarixli 33 saylı rəyi və Bakı şəhəri Nəsimi RİH nəzdində fəaliyyət göstərən Texniki Komissiyanın həmin rəyin mətni sözbəsöz köçürülməklə eyni məzmunlu, eyni tarixli və eyni saylı 18.02,2022-ci il tarixli 33 saylı qəbul aktı R.Əsgərovun ona məxsus mənzilin və ümumi istifadədə olan sahələrin qeyri yaşayış sahəsinə keçirilməsi üçün əsas hesab edilə bilməz. Bundan əlavə, hazırda Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının icraatında olan mülki işə əlavə edilmiş istər 17 saylı Mənzil Kommunal İstismar Sahəsi, istər 70 saylı Mənzil Kommunal İstismar Sahəsi, istərsə də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 1 saylı Bakı Ərazi idarəsi tərəfindən tərtib edilmiş cizgilərin (plan-sxemlər) kəskin şəkildə bir- biri ziddiyyət təşkil etməsi də, nəzərə alınmamışdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, xx.xx.2022-ci il tarixli 67 saylı sərəncamda Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 239/8 saylı evin 2 saylı mənzili Dövlət Əmlakının Dövlət Reyestr Xidmətinin Seriya-MN, ******* nömrəli, xx.xx.2007-ci İl tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən ümumi sahəsi cəmi 30,0 m2 -dən ibarət olmaqla ünvanda aparılan yenidən ölçmə zamanı mənzilin faktiki ümumi sahəsinin 60.0 kv.m olması təşkil etdiyi göstərilmişdir. 17 saylı MKİS-i tərəfindən tərtib edilmiş və həmin sərəncama əlavə edilmiş cizgi (plan-sxemdə) də R.Əsgərova məxsus 2 saylı mənzilinin ümumi sahəsi cəmi 30.0m2 və digər sahələrin ümumi sahəsinin də 30.0 kv.m təşkil etdiyi, cəmi 60.0 kv.m təşkil edildiyi göstərilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş Texniki Pasporta əlavə edilmiş cizgi (plan-sxemdə) mənzilin ümumi sahəsi 30.2 kv.m və digər sahələrin 29.9 kv.m, ümumilikdə 60.1 kv.m təşkii edildiyi göstərilmişdir. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2021-ci il tarixli qərarı əsasında təyin edilmiş tikinti-texniki ekspertiza əsasında tədqiqat obyektinə xx.xx.2022-ci il tarixdə baxış keçirilmişdir. Ekspertizanın 05 mart 2022-ci il tarixli 10/6160 saylı rəyin Tədqiqatın nəticəsinə dair Qərardadın 1-ci sualı üzrə göstərilir ki, Bakı şəhəri, Dilarə Əliyeva küçəsində yerləşən 239 saylı binanın 1-ci mərtəbəsində, cavabdeh X10 faktiki istifadəsində olan sahədə X12 məxsus mənzilin planında qeyd olunmuş ümumi sahəsi 30.7 kv.m sahədən əlavə 24.5 kv.m sahənin mövcud olduğu və həmin sahənin 12.3 kv.m hissəsi mənzilin pilləkən cəftəsinin alt hissəsində, 12.2 kv.m hissəsinin cavabdehə məxsus mənzilin planında göstərilmiş giriş qapısının (dəhlizin) önündə yerləşdiyi müəyyən edilir. Həmin rəyin Tədqiqatın nəticəsinə dair Qərardadın 2-ci sualı üzrə göstərilir ki, R.Əsgərovun faktiki istifadəsində olan sahənin qeyri-yaşayış sahəsi kimi istifadə edildiyi müəyyən edilir. Qeyd olunur ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra-keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. İş materiallarına R.Əsgərova məxsus əmlakın mənzilin qeyriyaşayış sahəsinə keçirilməsi barədə hər hansı qərar əlavə edilmədiyinəndən eyni zamanda tərəflərin iştirakı ilə tədqiqat obyektlərinə baxış zamanı hər hansı qərar təqdim edilmədiyindən və hüquqmüəyyənedici sənədlərdə R.Əsgərovun adına qeydiyyata alınmış sahənin mənzil (yaşayış sahəsi) olmasını nəzərə alaraq həmin mənzilin qeyriyaşayış sahəsi ümumi istifadə edilməsinin Mənzil Məcəlləsinin tələblərinə uyğun olmadığı müəyyən edilir. Rəydə Qərardadın 3-cü sualı üzrə R.Əsgərova münasibətdə göstərilir ki, Bakı şəhəri. Dilarə Əliyeva küçəsində yerləşən 239 saylı binanın 1-ci mərtəbəsində, cavabdeh X10 faktiki istifadəsində olan sahədə X12 məxsus mənzilin planında qeyd olunmuş ümumi sahəsi 30.7 kv.m sahədən əlavə 24.5 kv.m sahənin mövcud olduğu müəyyən edilir. Bundan əlavə, Nəsimi RİH-nin 28 fevral 2022-ci il tarixli 67 saylı sərəncamında və həmin sərəncama əlavə edilmiş Nəsimi RİH nəzdində X2 Texniki Komissiyasının xx.xx.2022-ci il tarixli 33 saylı rəyində və Nəsimi RİH nəzdində fəaliyyət göstərən Texniki Komissiyanın xx.xx.2022-ci il tarixli 33 saylı qəbul aktında Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 239/8 saylı evin 2 saylı mənzilə aid Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli Çıxarışın nömrəsi ******* göstərildiyi halda, mülki işə əlavə edilmiş qeyd olunan tarixdə verilmiş Çıxarışın nömrəsi faktiki olaraq ******* nömrəli olması müəyyən edilmişdir. Lakin istər Cavabdeh1, istərsə də Əmlak Məsələləri Dövlət Xidməti Daşınmz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bu ziddiyyətlərin nə ilə əlaqədar olduğu və onlara hüquqi qiymət verilməsi təmin olunmamışdır. Mənzil Məcəlləsini 22-ci maddəsinə əsasən R.Əsgərov tərəfindən yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi barədə müraciəti həmin Məcəllənin 20 və 21-ci maddələrinin tələblərinə uyğun olmadığına görə Nəsimi RİH imtina verməli olduğu halda qeyd olunan qanunsuz qərarı qəbul etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7034/2023 saylı 21 fevral 2023-cü il tarixli qərardadına əsasən X18 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Həmçinin məhkəmənin 2-1(112)-845/2024 saylı 27 iyun 2024-cü il tarixli qərardadı ilə iddia tələbi digər cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə münasibətdə mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-845/2024 saylı 27 iyun 2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan İddiaçı4 tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilərək və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia tələbinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, məhkəmə iddia tələbinin konkret olaraq nədən ibarət olmasının əhəmiyyətinə ciddi şəkildə yanaşmamış, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə düzgün tədqiq etməmiş, işin bütün hallarını yalnız cavabdehin mənafeyi baxımından şərh etməklə kifayətlənmişdir. Məhkəmə mövqeyini şərh edərkən mübahisənin mahiyyətini tənzimləyən hüquqi normalara deyil, Bakı şəhəri Nəsimi RİH başçısı tərəfindən 28 fevral 2022-ci il tarixli 67 saylı sərəncam verilərkən istinad edilən sənədlərə, yəni X10 ərizəsinə, 17 saylı MKİS-nin xx.xx.2022-ci İl tarixli akta və akta əlavə olunmuş cizgi (plan-sxem), 2008-2010-cu il tarixlərində dövlət səviyyəsində Azər-Tikinti Bərpa İdarəsi tərəfindən Bakı şəhəri. Nəsimi rayonu D.Əliyeva küçəsi 239 saylı binada aparılmış əsaslı təmir işlərinin nəticəsinə dair akta, Nəsimi RİH nəzdində X2 Texniki Komissiyanın təqdim etdiyi sənədlərə, komissiyanın keçirdiyi texniki baxış zamanı gəldiyi nəticəyə istinad edilmişdir. Halbuki, həmin sənədlərin heç biri Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 239/8 saylı evin R.Əsgərova məxsus 2 saylı mənzilin qeyri yaşayış sahəsinə keçirilməsi üçün əsaslı hesab edilə bilməz. Belə ki. R.Əsgərovun Nəsimi RİH-nə etdiyi ərizəsinin məzmunundan görünür ki, o, özünə məxsus qeyd olunan yaşayış sahəsinin ölçülərinin dəqiqləşdirilməsi və yaşayış sahəsindən qeyri- yaşayış sahəsinə keçirilməsi barədə müraciət etmişdir. Ona görə də Nəsimi RİH-nə lazım gəlirdi ki, əgər R. Əsgərov mülkiyyət hüququ əsasında ona məxsus 30 kv.m sahə təşkil edən mənzilin ölçülərinin dəqiqləşdirilməsi ilə əlaqədar müraciət etmişdirsə dəqiqləşdirilmə məhz həmin mənzilin ümumi sahəsi hüdudları daxilində aparılmalı idi. Lakin tam əksinə olaraq Nəsimi RİH R.Əsgərov tərəfindən zəbt edimiş həmin blokda yaşayan sakinlərin, o cümlədən iddiaçıların ümumi istifadəsində olan 30 kv.m təşkil edən pilləkan meydançanı və pilləkən qəfəsəni onun, yəni R.Əsgərovun mənzilinin ümumi sahəsinin ölçülərinə aid etməklə ümumi sahəsi 60.10 kv.m olan sahə kimi dəqiqləşdirilmə adı altında qeyri-yaşayış sahasinə keçirilməsi barədə qanunsuz sərəncam vermişdir. Bundan əlavə, sərəncamda R.N.Əsgərova məxsus mənzilin faktiki ümumi sahəsinin ilkin olaraq 30.0 kv.m təşkil etdiyi, lakin sonradan 30.0 kv.m sahənin artırılaraq 60.0 kv.m-nin necə və hansı şəraitdə artması, genişlənməsinin əsaslandırılması üçün Nəsimi RİH 17 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 143 saylı arayışa istinad edilmişdir. Həmin arayışdan da görünür ki, Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 237 və 239 saylı yaşayış binalarının fasad üzlüklə binaların ətrafındakı dəmir barmaqlıqlı hasarlar və binalara giriş pilləkənləri “Azər Təmir Tikinti" MMC tərəfindən təmir edilmişdir. Göründüyü kimi, həmin ünvanda aparılmış abadlıq işləri mənzildə və blokların girişində deyil, binanın ümumi fasad hissələrində aparılmışdır. Qeyd olunan aktda yaşayış və ümumi sahələrdəki fərqin uzun illər öncə mənzildə aparılmış rekonstruksiya və əsaslı təmir işləri səbəbindən yarandığı göstərilməsinə əsaslanaraq Nəsimi RİH həmin Sərəncamı vermişdir. Lakin məhkəmə qeyd olunan mənzildə aparılmış rekonstruksiya və binanın çöl fasadında aparılmış əsaslı təmir işləri nəticəsində R.Əsgərova məxsus binanın çöl fasadından təxminən 10 metr aralıda yerləşən yaşayış sahəsinin genişlənərək 60 kv.m ola biləcəyinin ağlabatan olmaması, həqiqətə uyğun olmadığı nəticəsinə gəlmək əvəzinə, əksinə həmin Sərəncamın qanuni olması nəticəsinə gəlmişdir. Baxmayaraq ki, qeyd olunan sərəncamda da Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 239/8 saylı evin R.Əsgərova məxsus 2 saylı mənzilə aid xx.xx.2007-ci il tarixli çıxarışına əsasən ümumi sahəsi 30.0 m2-dən ibarət olduğu göstərilmişdir. Bundan. əlavə, Bakı Şəhəri İH MKT Departamentinə edilmiş sorğuya verilmiş xx.xx.2023- cü il tarixli 3-52- 13/2- 151/2023 saylı məktubdan görünür ki, ünvan 9 ünvanında yerləşən yaşayış binası Bakı Şəhər İH-nin xx.xx.2001-ci il tarixli, 193 saylı Sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yolunun xx.xx.2001-ci il tarixli, 46/H saylı əmri ilə Bakı Şəhər İH MKT Departamentinin 2 saylı Xüsusi Təyinatlı MKT Birliyinin balansına qəbul edilmiş və istismar edilməsi üçün Birliyin 70 saylı MKİS-nin xidməti dairəsinə verilmişdir. Qeyd edilən ünvanda yerləşən yaşayış binası dövlət mənzil fondunun növünə aiddir. Lakin qeyd olunan sərəncamın məzmunundan görünür ki, R.Əsgərova məxsus mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün zəruri sənədlər Bakı Şəhər İH MKT Departamentinin 2 saylı XTMKTBnin 70 saylı MKİS-i tərəfindən deyil, həmin sahəyə heç bir aidiyyəti olmayan 17 saylı MKİS-İ tərəfindən verilmişdir. Qeyd olunan araşdırma zamanı məhkəmə tərəfindən həmin xüsusata da heç bir hüquqi qiymət verilməmişdir. Halbuki, Mənzil Məcəlləsinin 21.8ci maddəsinə əsasən sahənin yaşayış və ya qeyri- yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işləna görülməsi tələb edilirsə bu barədə R.Əsgərov tərəfindən əvvəlcədən Nəsimi RİH- nə müvafiq müraciəti və həmin müraciəti əsasında mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün həmin blokda yaşayan şəxslərin razılığının tələb edilməsinə baxmayaraq, nəinki belə bir razılaşma olmamış, hətta Mənzil Məcəlləsinin 21.5-ci maddəsinə əsasən bu barədə məlumatlandırılma belə olmamışdır. Bundan başqa, sərəncamının əsaslılığının ətraflı araşdırılması məqsədilə tərəfimdən verilmiş vəsatət əsasında məhkəmənin 2-1(112)- 7034/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Qeyd olunan ekspertizanın aparılması üçün tədqiqat obyektinə baxış keçirilməsinin təşkil edilməsi barədə xx.xx.2023-cü il tarixli 10/5708 saylı məktubla məhkəməyə daxil olmuş ‘'baxış keçirilməsinin təşkil olunması barədə Ekspert vəsatəti”-nə əsasən baxış vaxtı xx.xx.2023-cü il tarixdə saat 11.00-a təyin olunmuşdur. Lakin xx.xx.2023-cü il tarixdə təyin edilmiş vaxtda deyil, biz iddiaçılara məlum olmayan vaxtda və konkret vaxt qəsdən iddiaçılara bildirilmədən yalnız hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Ramiz Əsgərovun iştirakı ilə ünvana baxış keçirilmişdir. MEM tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/5708 nömrəli ekspert rəyinə əsasən R.Əsgərovun faktiki istifadəsində olan sahənin qeyri-yaşayış sahəsi kimi istifadə edildiyi müəyyən edilir. Qeyd olunmuşdur ki, Bakı şəhəri Nəsimi RİH başçısının 28 fevral 2022- ci il tarixli 67 nömrəli sərəncamı əsasında Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 239/8 (yeni qaydalarla: AZİ010, ünvan 13 ünvanında yerləşən R.Əsgərovun faktiki istifadəsində və mülkiyyətində olan 2 saylı mənzilə sonradan mənzildə aparılmış rekonstruksiya, yenidən bərpa, təmir tikintisi nəticəsində yaranmış əlavə 30 kv.m sahənin əlavə edilməklə mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi qüvvədə olan Mənzil Məcəlləsinin və tikinti-norma və qaydalarının tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Mübahisənin faktiki halları tədqiq edilməklə deyil, yalnız Nəsimi RİH istinad etmiş olduğu sənədlər əsas götürülməklə ekspert rəyi verilməsinə görə məhkəmə iclasında ekspert rəyi ilə razılaşmağımızı bildirərək tərəfimizdən ekspertin məhkəmə iclasına dəvət edilərək dindirilməsi xahiş edilmişdir. Növbəti məhkəmə iclasında ekspert iştirak etmədiyinə görə məhkəmə iclası təxirə salınmış, məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Lakin səhhətində yaranmış problemlə bağlı xx.xx.2024-cü il tarixdə elektron məhkəmə sistemi vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixdə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin məhkəmə ərizəni nəzərə almamış, həmin gün məhkəmə iclasında iştirak etmiş xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/5708 nömrəli ekspert rəyini vermiş MEM-nin böyük eksperti X.İsgəndərov tərəfindən təqdim edilmiş rəydə göstərilənlərə uyğun izahat verərək, tərəfindən təqdim edilmiş rəyin qanuni və əsaslı olduğunu, yaranmış əlavə sahənin ümumi istifadədə olmayan sahə olduğunu bildirmişdir. Halbuki, vəsatəti əsasında məhkəməyə dəvət edilmiş şahidin onun iştirakı olmadan dindirilməsi, şahidə sualların verilməsinin təmin edilməməsi Mülki Prosessual Məcəlləsinin 195.3-cü maddəsinin tələbinə zidd olması məhkəmə tərəfindən nəzərə alınmamış, məhkəmə yalnız daxili inamını əsas tutmuş, əsaslı hesab edilə bilən sübutlara isə ümumiyyətlə əhəmiyyət verməmişdir. Tərəflərin izahatları xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclası barədə iş üzrə digər iddiaçılar məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçıları işə digər iddiaçıların iştirakı olmadan baxılmasına etirazı olmadıqlarını bildirmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı6 Anar oğlunun və İddiaçı7 iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı1, İddiaçı4 nümayəndəsi və vəkili Vəkil Qurbanəli oğlu iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apllyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X9 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, iddiaçı iddia müddətini ötürmüşdür və ona görə də iddiası mümkün sayılmamalıdır. 3-cü şəxs X18 apellyasiya şikayətinin təmin olunmamasını və iddianın mümkün sayılmamasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 845/2024 saylı 27 iyun 2024-cü il tarixli qərarından yalnız İddiaçı4 tərəfindən apellyasiya şikayəti verildiyindən sözügedən qərarın qanuniliyi və əsaslılığı ona münasibətdə yoxlanılır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlük məsələsinə gəldikdə isə qeyd olunur ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırki işdən aydın olur ki, iddiaçıların cavabdeh orqana qarşı tələbi “Bakı şəhəri Cavabdeh1 başçısının 26 fevral 2022-ci il tarixli 67 saylı sərəncamının ləğv edilməsi, cavabdeh tərəfindən X10 adına ünvan 3 ünvanın qeyri-yaşayış shaəsi olmasına dair inventar nömrəsi xx.xx.2022-ci il tarixli 04/3236 saylı, reyestr nömrəsi **********08-05***- ******* olan, əmlakın xx.xx.2022-ci il tarixinə tərtib olunmuş texniki pasport və həmin ünvanın ümumi sahəsi 60.10 kv.m olan qeyri-yaşayış sahəsi kimi X10 adına xx.xx.2022-ci il tarixdə qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinə aid verilmiş çıxarışın ləğv edilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə “cavabdeh tərəfindən mübahisəli qərarın qəbul edilməsi zamanı aparılan inzibati icraat zamanı maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi müəyyən edilmədiyindən iddiaçıların tələbini əsassız hesab etmiş və onun təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxıb müvafiq qərar qəbul etməkdə haqlı olmamışdır. Belə ki, Kollegiya hesab edir ki, iddianın mümkünlük məsələsi birinci instansiya məhkəməsi tərəfindən tam yoxlanılmamışdır. İddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət edərkən mülkiyyət hüquqlarını təsdiq edən çıxarışları, fotoşəkillər, videogörüntülər və mülki məhkəmə icraatında baxılmış işlər üzrə məhkəmə aktlarını təqdim etmişlər. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən cavabadeh xx.xx.2023-cü il tarixli 5-15/2-6-529/23 saylı məktubla Cavabdeh1 başçısının 67 nömrəli 28 fevral 2022-ci il tarixli sərəncamının təsdiq edilmiş surəti və ona əlavə edilmiş sənədləri (rəy, qəbul aktı, bildiriş, sxem və s.) məhkəməyə təqdim etmişdir. Sərəncama əsasən R.N.Əsgərovun ərizəsi və 17 saylı MKİS-in xx.xx.2022-ci il tarixli aktı əsas götürülərək R.N.Əsgərova məxsus Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 239/8 saylı evin 2 saylı mənzilinin ümumi sahəsi 60.0 kv.m hesab olunmaqla yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmişdir. Aktda mənzilin ümumi sahəsindəki ölçülərdəki fərqə səbəb 2008-2010-cu il tarixlərində dövlət səviyyəsində Azər-Tikinti Bərpa idarəsi tərəfindən D.Əliyev 239 saylı binada aparılmış əsaslı təmir işlərinin olması göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-18465/2023 **********65 nömrəli məktubla Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 239/8 (ünvan 13 ünvanına dair sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Birinci instansiya məhkəməsinin 2-1(112)-7034/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 18 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/5708 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, X10 faktiki istifadəsində olan sahənin qeyri-yaşayış sahəsi kimi istifadə edildiyi müəyyən edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 21-ci maddəsinin tələblərinə əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra - keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirildiyini, Bakı şəhəri, Dilarə Əliyeva küçəsində yerləşən 239 saylı binanın birinci mərtəbədə yerləşən, X10 istifadəsində olan bütün tikililər xx.xx.2022-ci il tarixli, 04/3236 invertar nömrəli Texniki Pasportda öz əksini tapmağını nəzərə alaraq, Bakı şəhəri Cavabdeh1 başçısının 28 fevral 2022-ci il tarixli 67 nömrəli sərəncamı əsasında Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 239/8 (yeni qaydalarla: AZ1010, ünvan 13 ünvanında yerləşən X10 faktiki istifadəsində və mülkiyyətində olan 2 saylı mənzilə sonradan mənzildə aparılmış rekonstruksiya, yenidən bərpa, təmir tikintisi nəticəsində yaranmış əlavə 30 kv.m sahənin əlavə edilməklə mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi qüvvədə olan Mənzil Məcəlləsinin və tikinti-norma və qaydalarının tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Qeyd olunanlarla bağlı birinci instansiya məhkəməsi işin mahiyyəti üzrə qərar qəbul edərək iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Halbuki bu zaman məhkəmə iddianın mümkünlük şərtlərinin tam ödənilib-ödənilmədiyi məsələsini araşdırmamışdır.Çünki yuxarıda da qeyd olunduğu kimi, iddiaçıların iddia tələbi “mübahisələndirmə haqqında” iddia növünə aid olduğu üçün məhz bu növdə iddianın mümkünlük şərtləri diqqətlə yoxlanılmalı idi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. İddiaçılar hazırda cavabdeh Bakı şəhəri Cavabdeh1 başçısının 28 fevral 2022-ci il tarixli 67 saylı sərəncamını və həmin sərəncamdan irəli gələn hüquqi nəticələri mübahisələndirir. İddiaçılar verdikləri iddia ərizəsində etiraf etmişlər ki, “2(006)-339/2022-ci il saylı mülki işin məhkəmə baxışı zamanı onlara ünvan 8/8 saylı evin X12 məxsus 2 saylı mənzilinin ölçülərinin dəqiqləşdirilməsi və yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə Bakı şəhəri Cavabdeh1 başçısının 28 fevral 2022-ci il tarixli 67 saylı sərəncamının verildiyi müəyyən edilmişdir.” Bu fakt işin apellyasiya baxışı zamanı da iddiaçı və onun nümayəndəsi və vəkili tərəfindən təsdiq olunmuşdur. Belə olan halda məlum olur ki, iddiaçılar mübahisələndirilən sərəncamdan ən azı Nəsimi rayon Məhkəməsi tərəfindən 2(006)-393/2022 saylı xx.xx.2022-ci il tarixli qətnamə qəbul edilərkən məlumatlı olmuşlar (həmin qətnamənin məzmununda da Cavabdeh1 28 fevral 2022-ci il tarixli 67 saylı sərəncamının adı çəkilir). Lakin iddiaçılar müvafiq iddia ilə məhkəməyə yalnız xx.xx.2023-cü il tarixdə müraciət etmişlər ki, bu da onu deməyə əsas verir ki, iddiaçılar mübahisələndirilən inzibati aktı (sərəncamı) 1 ay qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti keçdikdən sonra mübahisələndirmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. İddiaçılar hazırki iddianın qaldırılması üçün qanunla müəyyən edilmiş iddia müddətinin tərəflərindən ötürüldüyünü etiraf etsələr də, nə birinci instansiya, nə də apellyasiya baxışında həmin müddətin üzrlü səbəblərdən buraxılması hallarını əsaslandıra bilməmiş və müddətin məhz üzrlü səbəblərlə bağlı ötürülməsi faktını təsdiq edə biləcək hər hansı sübutu da məhkəməyə təqdim etməmişlər. Eyni zamanda məhkəmə iclasında iştirak edən İddiaçı1 və Lətif Məsimovun nümayəndəsi, vəkili iddiaçıların mülki məhkəmə icraatı dövründə (2022-ci ildə) həm də müvafiq instansiyalara, o cümlədən müvafiq icra hakimiyyəti orqanlarına müraciətlər edərək cavabdeh qurumun hərəkətlərindən şikayətçi olduqlarını bildirmişlər. Kollegiya hesab edir ki, göstərilən hal iddiaçıların müvafiq iddia ilə qanunla müəyyən edilmiş müddət daxilində inzibati məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmamışdır və bu hal özü-özlüyündə hazırki iş üzrə ötürülmüş iddia müddətinin bərpası üçün də üzrlü səbəb kimi qiymətləndirilə bilməz. Buna görə də Kollegiya apelyanta müddətin bərpası ilə bağlı ərizə vermək üçün hüquqi yardımın göstərilməsinə də lüzum görməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar tərəfindən mübahisələndirilən xx.xx.2022-ci il tarixli sərəncamla bağlı məhkəməyə vaxtında müraciət edilməməsi sərəncamın ləğv edilməsi ilə bağlı tələbə mahiyyəti üzrə baxılmasını qeyri-mümkün edir. İddiaçıların ikinci tələbi də birinci tələbin təmin olunmasından asılı olduğu üçün və birinci tələb qeyri-mümkün olduğundan, ikinci tələb də qeyri-mümkün sayılmalıdır. Qeyd olunan halları birinci instansiya qaydasında işə baxmış məhkəmə araşdırmadan, iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyini tam yoxlamadan verilmiş tələbə inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-845/2024 saylı 27 iyun 2024-cü il tarixli qərarı ləğv edilməli və iddia apelyant İddiaçı4 münasibətdə mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-845/2024 saylı 27 iyun 2024-cü il tarixli qərarı ləğv edilsin. İddia apelyant İddiaçı4 münasibətdə mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar