Məhkəmə qərarları › İş №2-1(103)-4780/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4780/2025

18.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4780/2025 18.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Ceyhun Bəşir oğlundan (sədrlik edən), X9 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı və cavabdeh X2 iştrakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X7, X8, X6 və X18) “paylı mülkiyyətdə olmuş 0,0406 ha torpaq sahəsinə münasibətdə xüsusi mülkiyyətdə olmaqla adına qeydiyyat aparılaraq onun adı da qeyd edilməklə yeni çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10443/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olmuş 0,0406 ha torpaq sahəsinə münasibətdə xüsusi mülkiyyətdə olmaqla adına qeydiyyat aparılaraq onun adı da qeyd edilməklə yeni çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə X7, X8, X6 və X18 məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 137,50 kv.m sahəsi olan fərdi yaşayış evi 4 payçı olaraq 2 otaq iddiaçının, 2 otaq X6, 3 otaq olmaqla X7 və 1 otaq olmaqla X5 olmaqla paylı mülkiyyətlərində olmuşdur. Həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi də 0,0406 kv.m olmaqla bərabər hissədə payçılar olaraq xüsusi mülkiyyətlərində olmuşdur. xx.xx.2023-cü il tarixli, AN-1 №1111508 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçı üçüncü şəxs X15 paylı mülkiyyət üzrə torpaq sahəsi istisna olmaqla 2 otağı satmışdır. Lakin aralarında xüsusi mülkiyyətdə olan və payına münasibətdə 0,0406 kv.m torpaq sahəsi satmamış və iddiaçının payında olmaqla qalmaqdadır. İddiaçı paylı mülkiyyətdə olan 0,0406 ha. torpaq sahəsinə münasibətdə ona düşən hissəsinə 115 kv. metr torpaq sahəsi olan payının ayrılması və naturada real bölgüsünün aparılmasını isdəyir. Lakin hazırda torpaq sahəsinə müansibətdə yenidən adına qeydiyyat aparılmadığından mümkün deyildir. Bu səbəbdən də ünvan 3 ünvanında yerləşən paylı mülkiyyətdə olmuş 0,0406 hektar torpaq sahəsinə münasibətdə xüsusi mülkiyyətdə olmaqla adına qeydiyyat aparılaraq adının qeyd edilməklə ona yeni çıxarışın verilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilmiş sənədlərə əsasən qeyd olunan ünvanda yerləşən, qeydiyyatdan keçmiş fərdi yaşayış evinin iddiaçıya məxsus hissəsi 4Ə340 nömrəli, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi ilə digər şəxsin adına (X18-AA1413166, FİN:3DL9RBE) özgəninkiləşdirilmişdir. Odur ki, müvafiq fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması və digər məsələlərlə bağlı yeni hüquq sahibi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən idarəyə müraciət edilməsi məqsədəmüvafiqdir. Bundan başqa, qeyd olunan daşınmaz əmlakın üzərinə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-16(004)-444/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı əsasında qadağa qoyulmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10443/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilərərək işə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, təqdim edilən alqı-satqı müqaviləsində açıq-aydın qeyd edilmişdir ki, satıcı olaraq İddiaçı alıcı olan X15 paylı mülkiyyət üzrə torpaq sahəsi istisna olmaqla 2 (iki) otağı satmışdır. Belə olan halda əvvəlki çıxarışda xüsusi mülkiyyətdə və paylı mülkiyyətdə olan 0.0406 kv.m torpaq sahəsi satmadığından onun payında olmaqla qalmaqdadır ki, buna dair iddiaçının hüquqları qeydə alınmalıdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, cavabdehin nümayəndəsi apellyasiya şikayətinin rədd edilərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddia mümkünlüyü şərtlərinin yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən inzibati məhkəmə icraatına aid iddia növündə və iddia müddətləri çərçivəsində, qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırıldığı və formal olaraq (sübutlar da əlavə olunmaqla) əsaslandırıldığı halda, mümkün iddia kimi icraata qəbul edilir. Konkret halda isə iddianın mümkünlük şərti yerinə yetirilmir. Belə ki, iddiaçı hazırkı iddia tələbində ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olmuş 0,0406 ha torpaq sahəsinə münasibətdə xüsusi mülkiyyətdə olmaqla adına qeydiyyat aparılaraq onun adı da qeyd edilməklə yeni çıxarışın verilməsini tələb edir. İş materaiallarından göründüyü kimi, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 1/5 ünvanında yeləşən fərdi yaşayış evi iddiaçının (2 otaq), X1 (2 otaq), X3 (3 otaq) və X5 (1 otaq) paylı mülkiyyətində olmuşdur. Həmin evin yerləşdiyi torpaq sahəsi tərəflərin birgə mülkiyyətində olmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən fərdi yaşayış evi üzərində olan payını (2 otaq) X4. Bundan sonra həmin evə dair yeni çıxarış verilmiş və çıxarışda paylı mülkiyyətçilər kimi X18, X8, X7 və X6 göstərilmişdir. İddiaçı hazırda hesab edir ki, o fərdi ev üzərində olan payını satmış olsa da, evin yerləşdiyi torpaq sahəsi üzərində payını satmamışdır. Hazırda o, evin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində göstərilmişdir ki, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur (213.1.). Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (213.2.). Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır (214.1.). Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və) ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir (215.6.). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinin 3-cü hissəsinə görə torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Belə olan halda kollegiya qeyd edir ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 1/5 ünvanında yerləşən fərdi evin yerləşdiyi torpaq sahəsi üzərində evin paylı mülkiyyətçilərinin payları müəyyən edilməsə də, torpaq sahəsi xüsusi mülkiyyətdə olmuşdur. Yəni, torpaq sahəsi fərdi evin payçılarının birgə mülkiyyətində olmuşdur. Nəzərə alınmalıdır ki, mülki və torpaq qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən fərdi ev və onun yerləşdiyi torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüququ başqasına keçdiyi tədqirdə həmin evin yerləşdiyi torpaq sahəsidə fərdi yaşayış evi üzərində hüquq əldə edən şəxsə keçir. Yəni, iddiaçı fərdi ev üzərində payını digər şəxsə özgəninkiləşdirdiyi təqdirdə, həmin paya uyğun olaraq evin yerləşdiyi torpaq sahəsi üzərində olan mülkiyyət hüququndan da həmin şəxsin xeyrinə imtina etmiş sayılır. Bundan başqa oda nəzərə alınmalıdır ki, iddiaçının satdığı fərdi yaşayış evinin yeni mülkiyyətçisi X16r və onun adına verilmiş mülkiyyət hüququna dair çıxarış ləğv edilmədən hazırki, mübahisəyə baxılması mümkün deyil. Odur ki, iddiaçı mülkiyyətində olmayan torpaq sahəsinə dair payına uyğun çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddianı qaldırmaqda subyektiv hüququnun mövcud olmaması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinin tələbi qaydasında, iddiaçının cavabdehə qarşı qaldırdığı hazırkı mübahisələndirmə haqqında iddiasının həmin Məcəllənin 35.1-ci maddəsində nəzərdə tutulan əsaslandırılmış iddia kimi qiymətləndirilməsi və məhkəmə icraatının mümkün sayıla bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsi isə nəzərədə tutur ki, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası yekunda belə hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmaması işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin həmin qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10443/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10443/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar