Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4781/2025 30.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı (3-cü şəxs: İbrahimova Ruxsarə Əzizağa qızı) “bağ sahəsinin məxsusluğu barədə arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X20 (sədrlik edən və məruzəçi), X23 və X15 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X11 və 3-cü şəxsin nümayəndəsi və vəkili Qədirov İlqar Hümmət oğlunun iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş ** saylı orderə əsasən X3 Ləhiş bağlar sahəsində, *** nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 4482 “b” nömrəli bağ sahəsi ayrılmışdır.
2. AZ-IV ****** nömrəli doğum haqqında şəhadətnamədən müəyyən edilir ki, iddiaçı ##.##.1967-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası “X1”, anası isə “X3”dır.
3. AZ-II ****** nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, X3 ##.##.2017-ci il tarixdə vəfat etmişdir.
4. * saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin ##.##.2023-cü il tarixli **** saylı məktubunda göstərilmişdir ki, mərhum X3 miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı iddiaçı tərəfindən müraciət olunmuşdur. Bundan sonra vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. ünvan 1 “b” ünvanında yerləşən 0,12 hektar torpaq sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsi xahiş edilmişdir.
5. Bakı Şəhər İcra Hakimiyyəti başçısının ##.##.1994-cü il tarixli, **** nömrəli sərəncamından çıxarışa əsasən Bakı şəhər Soveti İcraiyyə Komitəsinin ##.##.1988ci il tarixli, */*** nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin ##.##.1988-ci il tarixli, *** №-li Qətnaməsinə əsasən *** saylı Ləhic BTK-nin nəzdində **** saylı bağ sahəsi X4 istifadəsinə verilmişdir.
6. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının ##.##.2024-cü il tarixli məhkəmə sorğusuna cavab məktubunda göstərilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının ## ###### 1994-ci il tarixli **** nömrəli qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.
7. *** saylı BKT-nın nəzdində ünvan 1 “b” saylı bağ sahəsinə dair sənəd idarənin arxivində aşkar edilməmişdir.
8. Cavabdehin ##.##.2024-cü il tarixli məktubla təqdim etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, yerli baxış zamanı iddiaçı ona aid olan 4482 “b” saylı bağ sahəsinin digər şəxslər tərəfindən hasarlanmış ümumi hasar daxilində olan ərazidə yerləşdiyini bildirdi, lakin sərhədləri dəqiq göstərə bilmədi. Sahəyə hasarın çölündən baxış keçirildi. Şərti olaraq göstərilən ümumi sahə Kürdəxanı-Bilgəh yolunun kənarında yerləşir. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan ərazi 005013017779 reyestr nömrəsi ilə digər fiziki şəxs olan İbrahimova Ruxsarə Əzizağa qızının xüsusi mülkiyyətindədir.
9. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX, ******* №-li çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən **** saylı bağ sahəsi 1114094642 qeydiyyat nömrəsi ilə ##.##.2014-cü il tarixdən İbrahimova Ruxsarə Əzizağa qızının mülkiyyətindədir.
10. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli məhkəmə sorğusuna cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər İbrahimov Oqtay Rəhim oğlu, Əsgərova (Dadaşova) Fəridə Qurban qızı, İbrahimova Ruxsarə Əzizağa qızı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər ərazi idarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılma” barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir
Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti başçısının ## ###### 1994-ci il tarixli, **** nömrəli qərarına əsasən verilmiş Ləhiş bağlar sahəsində *** nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 4482 “b” nömrəli bağ sahəsinin vəfat etmiş şəxs X3 məxsus olması haqqında elektron arayış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı ilə İbrahimova Ruxsarə Əzizağa qızı iş üzrə 3-cü şəxs qismində zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına zəruri olaraq cəlb edilmişdir.
13. İddiaçı bildirir ki, ona mərhum anası X3 onun adına olan Bakı şəhər İcra Hakimiyyəti başçısının ## ###### 1994-cü il tarixli, **** nömrəli qərarına əsasən verilmiş Ləhiş bağlar sahəsində, *** nömrəli BTK nəzdində, 0,12 hektar torpaq sahəsi olan 4482 “b” nömrəli bağ miras qalmışdır. İddiaçı həmin bağ sahəsinə vərəsə kimi öz adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün * saylı Bakı " ASAN XİDMƏT ” Mərkəzində notariat ofisinə ərizə ilə müraciət etmişdir. * saylı Bakı “ASAN XİDMƏT” Mərkəzinin notariat ofisinin cavabdehə ünvanladığı ## ###### 2023- cü il tarixli **** saylı məktubunda göstərilir ki, mərhum ##.##.1928-ci il təvəllüdlü X3 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı * saylı Bakı “ASAN XİDMƏT” mərkəzində notariat kontoruna qızı iddiaçı tərəfindən müraciət olunmuşdur. Notarius tərəfindən vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Sözügedən bağ sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsi xahiş edilmişdir.
14. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı tərəfindən göstərilən ərazi elektron kadastr məlumatlarına əsasən 005013017779 nömrəsi ilə İbrahimova Ruxsarə Əzizağa qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, hazırda onun istifadəsindədir. Məlumat üçün bildirilir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)- ****/**** saylı, ##.##.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər İbrahimova Ruxsarə Əzizağa qızına, X6 İbrahimov Oqtay Rəhim oğluna və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı “çıxarışların etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli qətnaməsi və Ali Məhkəmənin 2(102)- ****/**** saylı, ##.##.2019-cu il tarixli qərarı ilə iddiaçı İddiaçı şikayətləri təmin edilməmişdir.
15. Üçüncü şəxs iddiaya etiraz edir və bildirir ki, iddiaçının mübahisə açdığı torpaq sahəsi üçüncü şəxsə məxsusdur və bunun təsdiq edən müvafiq çıxarışı da var. İddiaçının iddia etdiyi “4482 b” saylı bağ sahəsinin harada yerləşməsindən heç özünün də xəbəri yoxdur. Çünki X3 adına 147 BTK nəzdindəki ** saylı order formal olaraq verilmişdir. Bağ sahəsi yerində mərhuma təhvil verilməmişdir. 2018-ci ildə iddiaçı ona məxsus bağ sahəsinin çıxarışının etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılma barədə iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Sabunçu Rayon Məhkəməsin ##.##.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd olunmuşdur. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Qətnamə qanuni qüvvədə olduğu halda iddiaçı yenidən başqa bir tələb ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçının qaldırdığı bu iddia tələbi də tam əsassızdır.
16. Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
17. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
b) Apellyasiya şikayətinin dəlilləri
18. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, məhkəmə üçüncü şəxsə aid çıxarışa istinad edərək öz qərarını əsaslandırmışdır. Həmin çıxarışa əsasən, üçüncü şəxsə məxsus **** saylı bağ sahəsi *** saylı BTKnın ərazisində yerləşir. İddiaçının mərhum anasına məxsus bağ sahəsi isə sərəncamda 4482 nömrə ilə, orderdə isə 4482 “ b ” saylı bağ sahəsi *** saylı BTK-ya ayrılmış torpaq sahəsindəyerləşir. Bundan başqa iddiaçının göstərdiyi torpaq sahəsi hasarlanmış 50 sot torpaq sahəsində yerləşir. Məhkəmənin istinad etdiyi üçüncü şəxsin torpaq sahəsinə dair çıxarışda isə torpaq sahəsi cəmi 0, 117608 hektardır ( yəni təxminən 12 sot ).
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə dair üçüncü şəxs tərəfindən yazılı etiraz daxil olmuşdur, Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçının iddia etdiyi torpaq sahəsi 4482 b saylı bağ sahəsinin harada yerləşməsindən heç özünün də xəbəri yoxdur. Çünki X3 adına verilən 147 ВТК nəzdindəki ** saylı order formal olaraq verilmişdir. Bağ sahəsi yerində mərhuma təhvil verilməmişdir. Mərhum gedib torpaq sahəsini yerində almamışdır, belə çıxır ki, torpaq sahəsindən imtina etmişdir. Ona görə də o bağ sahəsinin yerini bilmir. DƏDK və Reyestri PHŞ * saylı Bakı Ərazi İdarəsindən məhkəməyə *** saylı BTK-nın plan sxemi təqdim edilmişdir. Həmin bağ sahələrinin yerləşmə sxemində 4482 b saylı bağ sahəsi yoxdur. Bu o deməkdir ki, həmin bağ sahəsi *** saylı ВТК-da yerləşmir, yerləşsəydi orada həmin bağ sahəsi öz əksini tapardı. Həmçinin, iddiaçı İddiaçı cavabdehlər İbrahimov Oqtay Rəhim oğlu, Əsgərova (Dadaşova) Fəridə Qurban qızı, İbrahimova Ruxsarə Əzizağa qızı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər ərazi idarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılma” barədə iddia tələbi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin *(***)-****/**** nömrəli, ## ###### 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının tələbi təmin edilməmişdir. Qanuni qüvəyə minmiş, həmin qətnamə ilə müəyyən edilmişdir ki, “iddiaçı iddia tələbinin əsası kimi mərhum anasının istifadəsinə verilmiş torpaq sahəsinə məhz cavabdehlər tərəfindən qanunsuz müdaxilə edilməsi ilə bağlı dəlillərini sübut edə bilməmişdir.
c) Proses iştirakçılarının izahatları
20. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi və iddianın təmin edilməsini, cavabdehin və 3-cü şəxsin nümayəndəlləri isə apellyasiya şikayətinin rədd edilməsini məhkəmədən xahiş etmişdilər.
TƏTBİQ EDİLƏN HÜQUQ
21. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 2.1.daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
23. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)
28. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 21-24-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
29. Belə ki, iddiaçı mərhum anası X3 ona miras qalmış Ləhiş bağlar sahəsində *** nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 4482 “b” nömrəli bağ sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsini tələb edir.
30. Cavabdeh orqan isə sözügedən bağ sahəsi üçüncü şəxs İbrahimova Ruxsarə Əzizağa qızının mülkiyyətində olduğunu bildirərək, iddia ərizəsini təmin etməkdən imtina etmişdir.
31. İş materiallarından görünür ki, iddiaçının mərhum anasına ayrılmış torpaq sahəsi *** saylı BTK nəzdində ayrılmışdır. Üçüncü şəxsin mülkiyyətində olan **** saylı bağ sahəsinin arxiv qovluğu araşdırılarkən məlum olmuşdur ki, həmin bağ sahəsi ilkin olaraq ##.##.1993-cü il tarixli order əsasında Muradov İlham Cəfər oğluna *** saylı BTK nəzdində ayrılmış və sonradan vərəsəlik qaydasında X9 və həmin şəxs tərəfindən üçüncü şəxsə satılmışdır. Yəni, iddiaçıya ayrılan bağ sahəsi *** saylı, üçüncü şəxsin mülkiyyətində olan bağ sahəsi isə *** saylı BTK nəzdində olmalıdır. Məhkəmə sorğusu əsasında *** saylı BTK-nın bölgü sxemi məhkəməyə göndərilmişdir. *** saylı BTK-nın bölgü sxeminin isə cavabdehin arxivində mövcud olmadığı bildirilmişdir.
32. İşin apellyasiya baxışı zamanı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş ##.##.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, bağ sahələrinə ayrılmış torpaq sahələrinin yerləşmə sxemləri Bakı şəhər İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir.
33. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, Vahid elektron kadastr baza məlumatlarına əsasən sorğuda qeyd olunan 4482 və **** saylı bağ sahələri ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən verilmiş kadastr planı əsasında 005013017778 və 005013017779 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İdarənin arxiv məlumatına əsasən *** saylı BTK-nın sxemi barədə məlumat aşkar edilməmişdir.
34. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş ##.##.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin 1988-ci ilə dair qərarları, Azərbaycan SSR Nazirlər Kabinetinin qətnamələri Bakı Şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır.
35. Qeyd olunan halların araşdırılması məqsədilə Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən daxil olmuş ##.##.2026-cı il tarixli **/*** nömrəli ekspert rəyinə əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının ## ###### 1994-ci il tarixli, **** nömrəli qərarına əsasən vəfat etmiş şəxs X3 məxsus Ləhiş bağlar sahəsində *** nömrəli ВТК nəzdində 0,12 hektar torpaq sahəsi olan 4482 “b” nömrəli bağ sahəsinin yerləşmə vəziyyətinə dair qərara əlavə olunmuş sxem, koordinatlar mövcud olmadığından qeyd olunan bağ sahəsinin iddiaçının naturada göstərdiyi sahə ilə uyğunluq təşkil edib-etməməsini müəyyən etmək mümkün olmadı. *** saylı ВТК tərəfindən Muradov İlham Cəfər oğluna ## #### 1993-cü il tarixli ** saylı order əsasında ayrılmış **** saylı bağ sahəsinin koordinatlara əsasən, İbrahimova Rüxsarə Əzizağa qızının mülkiyyətində olan **** saylı bağ sahəsinin naturada yerləşdiyi yerə uyğun gəldiyi müəyyən edildi. *** saylı BTK-nın yerləşmə sxemində tərpənməz dayaq nöqtəsindən məsafələr, koordinatlar qeyd olunmadığından, İbrahimova Rüxsarə Əzizağa qızına məxsus **** saylı bağ sahəsinin *** saylı BTK-nın yerləşmə sxemində göstərilmiş **** saylı sahə üçün nəzərdə tutulmuş ərazidə yerləşib-yerləşmədiyini müəyyən etmək mümkün olmadı.
36. İşdə olan *** saylı BTK-nın bölgü sxeminə nəzər yetirdikdə müəyyən edilir ki, həmin BTK nəzdində 4481, 4481A və ****A saylı bağ sahələrinin ardıcıllığı müşahidə olunur. ****b saylı bağ sahəsi isə BTK-nın bölgü sxemində mövcud deyildir Göründüyü kimi iddiaçı iddia etdiyi torpaq sahəsinin yerləşdiyi yerə İbrahimova Rüxsarə Əzizağa qızına adına mülkiyyət hüququ qeydə alınaraq müvafiq çıxarış verilmişdir. Belə ki, iş üzrə mütəxəssis və ekspert rəyləri ilə müəyyən edilir ki, iddiaçının iddia etdiyi sahə üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-
37. üstə düşür. Belə olan halda kollegiya qeyd edir ki, həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin xeyrinə aparılmış qeyd ləğv edilmədən iddiaçının tələbi təmin edilə bilməz.
38. Göstərilənlərə əsasən kollegiya hesab edir ki iddiaçı tələbinin təmin edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslardan hər hansı birini cavabdeh inzibati orqana təqdim etmədiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
39. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
40. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.