Məhkəmə qərarları › İş №2-1(103)-4788/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4788/2025

28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4788/2025 28.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, X6 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2747/2025 nömrəli, 30 sentyabr 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ona əlillik təyin edilməsindən imtina barədə qərarının ləğv edilməsi, onun xx.xx.2021-ci il tarixdən əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona Bakı Baş Səhiyyə İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilən E00172068CKT nömrəli tibbi göndəriş (Forma 88) üzrə əlilliyinin ilk dəfə qiymətləndirildiyi xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 9.1.3-cü bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 40 faiz olmaqla 5 (beş) il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əllilik dərəcəsinin etibarlılıq müddətinin bitməsi ilə əlaqədar pensiya ödənişi 1 may 2021-ci il tarixdən dayandırmışdır. Həmin müddətdən bu günə kimi iddiaçı tibbi müayinələrdən keçirdi. xx.xx.2024-cü il tarixdə cavabdeh ona tibbi-sosial komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənəd təqdim etmişdir. Belə ki, orada qeyd olunur ki, “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Lakin həmin qərar iddiaçıya təqdim olunmamışdır. Bununla bağlı iddiaçı ərizə ilə cavabdehə müraciət etmişdir. xx.xx.2010-cu il tarixli 1234 saylı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarında da qeyd olunur ki, iddiaçı Fizuli RHK tərəfindən 1992-ci il tarixdə hərbi xidmətə çağırılmış, döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı, xx.xx.1992-ci ildən xx.xx.1992ci ilə kimi N saylı hərbi hissənin tibbi bölüyündə müayinə və müalicə olunduğu travma və xəstəlik diaqnoz: "Sağ qulağın qulaq pərdəsinin travmatik zədələnməsi. Xroniki otit" və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Əfəndiyev adına 4 saylı şəhər klinik xəstəxanasında müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: "Sağ tərəfli irinli epitimponit, qranulyasiya ilə" (Fizuli RHK-nın xx.xx.2010-cu il tarixli 4/1055 nömrəli göndərişi, 17.12.201-cu il tarixli 4/381 nömrəli arayışı, MNNHKH-dan verilmiş xx.xx.2002ciil tarixli arayış və xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, 4 saylı şəhər klinik xəstəxanasından verilmiş xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisi- otorinolarinqoloqun rəyi il təsdiq edilir) "Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır. Bundan sonra ona X7 Nazirliyi tərəfindən İİ qrup əlillik qrupu təsdiq edən vəsiqə də verilmişdir. Müddəti bitdikdən sonra yenidən müayinə kimi 5 il müddət təyin- olunurduğu sonuncu müayinə müddəti xx.xx.2021-ci il müəyyən edilmişdir. Lakin qeyd olunmalıdır ki, xx.xx.2023-cü il tarixli Arayışla da təsdiq olunur ki, əllilik dərəcəsinin etibarlılıq müddətinin bitməsi ilə əlaqədar pensiya ödənişi 1 may 2021-ci il tarixdən dayandırmışdır. X12 Ton Odyometri: Notlar iki tərəfli Sensonevral Ağıreşitmə 4 Dərəcə-Karlıq, X14. Respublika Diaqnostika Mərkəzinin Bera müayinəsinə əsasən Nəticə: Sağ qulaqda ortaağır (İİİ,İV), Sol qulaqda ağır (İV) dərəcəli sensonevral tip eşitmə azlığı. Akademik M.Ə.Mirqaımov adma Respublikanski Xəstəxanasının həkim surdoloq X3 verdiyi xx.xx.2024-cü il tarixli Audioqrammasına əsasən Diaqnoz: Sol tərəfli xronoki orta otit radikal İİİ və İV dərəcə ağır eşitmə. İddiaçının diaqnozu insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla. Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi. Sağ qularda ağır (İİİ-İV dərəcəli), sol qulaqda açır (İV dərəcəli) sensonevral tipli ağıreşitmə. Bel-oma kələfinin zədələnməsi. Aşağı ətrafların monoplegiyası. Sol aşağı ətrafın yüngül parezi, əzələ gücü 4 bal.L2-L3,L3-L4,L5-L6 fəqərəarası çoxsaylı protruziyalar. Stenokardiyanın digər formaları. İddiaçı hesab edir ki, onda olan xəstəliklər əlilliyin təyinatına əsas verdiyi halda, cavabdeh əsassız olaraq ona əlilliyin təyinatından imtina etmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) onunla əsaslandırılmışdır ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 2767003AADDZ nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2010-cu il tarixli 1234 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ qulağın qulaq pərdəsinin travmatik zədələnməsi. Xroniki otit. Sağ tərəfli irinli epitimponit, qranulyasiya ilə.” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ qulağının ümumiyyətlə eşitməməsindən, sol qulağında eşitmə zəifliyindən, bel nahiyəsindən aşağı ətraflarına irradiasiya edən ağrılardan şikayətlənmişdir. Sol qulağında işlək vəziyyətdə olan eşitmə cihazı müşahidə edilmiş, sağ qulağından cərrahi əməliyyat keçirdiyini bildirmişdir. Sualları təxminən 3 metr məsafədən çətinliklə cavablandırmışdır. Nevroloji müayinə zamanı əlillik təyinatına əsas verən ocaqlı simptomatika aşkarlanmamış, vətər və sümüküstü reflekslər D=S, orta canlı alınmış, əzələ gücü 5 bal olmuşdur. X13 Bərpa İnstitutunun xx.xx.2024-cü il tarixli Kompüter EMQ müayinəsinin nəticəsi “Neyromotor aparatda kökcük tipli pozuntu: Sol L5 kökcüyün radikulopatiyası” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Respublika Klinik Xəstəxanasının xx.xx.2024-cü il tarixli Beyin MRT müayinəsinin nəticəsi “Hər iki beyin yarımkürəsində, alın-təpə paylarında dərin ağ maddədə bir neçə mm-lik T2, Flair hiperintens-qliozis, mikroangiopatiya ocaqları qeyd olunur. Alın-gicgah paylarında subaraxnoidal sahədə minimal genişlənmə qeyd olunur. Silvi yarıqları dərinləşmişdir. Retroserebellar lokalizasiyada ~17x14 mm ölçülü araxnoidal kista qeyd olunur” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Audiometriya müayinəsinin nəticəsi “Sağ qulaq 45 db, sol qulaq 55 db” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2747/2025 nömrəli, 30 sentyabr 2025-ci il tarixli qərarı (hakim T.Məlikov) ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, iddiaçının təqdim etdiyi sənədlər və məhkəmə-tibbi ekspertizanın rəyinə əsaslanmış, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik təyinatına əsas verməməsi halı iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1- Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, göndərişdə olan diaqnozun Əsasnamədə mövcud olmasının müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin və onun ağırlaşmaları instrumental müayinə nəticələri ilə təsdiq olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Buna baxmayaraq MTE PHŞ heç bir instrumental müayinə əsasında vermədiyi və tamamilə subyektiv yanaşmanı əks etdirən rəyi məhkəmə əsas götürmüşdür. Məhkəmənin nəzərinə çatdırılmışdır ki, birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən həkim rəylərinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmiş, göndərişdə və MHHK qərarında qeyd olunan reabilitasiya potensiallı xəstəlik əlillik səviyyəsində öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, göndərişdə əsas diaqnoz kimi “H90-Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi.” diaqnozu qeyd edilmişdir. Əsasnamənin 9-cu bəndinə əsasən Qulağın və məməyəbənzər çıxıntının funksiyalarının xəstəlik, zədə və çatışmazlıqlara görə davamlı pozuntularının təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən ən yaxşı eşidən (yeganə) qulağın eşitmə funksiyasının pozulması dərəcəsinin və xarakterinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: xəstəliyin gedişatının forması və mərhələsi, eşitmə çatışmazlığının əmələgəlməsi vaxtı, ona qarşı adaptasiya dərəcəsi, fəsadlaşmaların növləri və xüsusiyyətləri, nitq və psixi funksiya çatışmazlıqları ilə yanaşı olması və daha dərin müayinələrə ehtiyac olduğu halda elektrofizioloji və digər morfofunksional müayinə üsullarından istifadə olunur (audiometriya, otoakustik emissiya, törədilmiş eşitmə potensialları). Bu patalogiyaların heç biri iddiaçının səhhətində öz əksini tapmır. Diaqnozu təsdiq edən tibb müəssisəsinin rəyləri TSEK tərəfindən tədqiq edilmiş və əlillik təyinatına əsas verən səviyyədə-35 faiz OFP müəyyən edilməmişdir. Buna baxmayaraq eyni klinik instrumental müayinə nəticələri əsasında MPEM əlavə müəyinə həyata keçirmədən rəy vermişdir. Məhkəmə iki ziddiyyətli tibbi mövqeyi aydınlaşdırmaq əvəzinə sadəcə ekspert rəyinə əsaslanaraq Agentliyin (TSEK-in) hüquqlarını pozmuşdur. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək İddiaçı orqanizmin funksiyalarının pozulması faizi 40 faiz olmaqla 5 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi iddia tələbinin “səbəb-əlaqə” hissəsində dəyişərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması zamanı” kimi qəbul edilməsini xahiş etdi. Ərizə icraata qəbul edildi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə əlilliyin təyin edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş edir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnzibati iş materiallarından görünür ki, iddiaçının sonuncu göndəriş xx.xx.2024-cü il tarixində imzalanmış, xx.xx.2024-cü ildə barəsində “diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Hazirki iş üzrə cavabdeh tərəfindən belə bir aktın iddiaçıya təqdim edilməsi aydın görünmür. İnzibati orqan da imtina qərarının iddiaçıya təqdim edilməsinə dair sübutlar təqdim etməmişdir. Bununla belə iddiaçının hazırki iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəmə dəftərxanasına daxil olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul edilmiş imtina qərarının iddiaçıya təqdim edilməsinə və ya bu barədə yazılı məlumatın verilməsinə dair sübutların olmaması iddiaçı tərəfindən hazırki iddia tələbinin irəli sürülməsinə dair müddətin ötürülməmiş hesab edilməsinə əsas verir. Həmçinin məhkəmə kollegiyası diqqətə çatdırır ki, “İnzibati İcraat haqqında” Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Birinci instansiya məhkəməsi iddianın mahiyyət üzrə də əsaslı olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə Kollegiyası aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarına əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 2.9-cu bəndinə görə Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-cü bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən ölkə hüdudları daxilində olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmayaraq göndəriş tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası əvvəla aşağıdakı sənədlərə diqqət yetirir: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 1234 nömrəli, xx.xx.2010-cu il tarixli qərarından görünür ki, Fizuli RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı, xx.xx.1992-ci ildən 12.09.1.992-ci ilə kimi N saylı hərbi, hissənin tibb bölüyündə müayinə və müalicə olunduğu travma və xəstəlik – diaqnoz: “Sağ qulağın qulaq pərdəsinin travmatik zədələnməsi.Xroniki otit və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Əfəndiyev adına 4 saylı şəhər klinik xəstəxanasında müayinə və müalicə olunduğu xəstəlik – diaqnoz: “Sağ tərəfli irinli epitimponit, qranulyasiya ilə” (Fizuli RHK-nın xx.xx.2010-cu il tarixli 4/1055 nömrəli göndərişi, xx.xx.2010-cu il tarixli 4/381 nömrəli arayışı, MN MHKH-da verilmiş xx.xx.2002- ci il tarixli arayış və xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, 4 saylı şəhər klinik xəstəxanasında verilmiş xx.xx.1992-ci il tarixli epikrizi, MN MHHK-nın həkim mütəxəssisiortonolarinqoloqun rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır”. Müayinə məlumatlarından görünür ki, iddiaçıya: - xx.xx.2012-ci il tarixdə “Sağ tərəfli irinli otit cərrahi əməliyyatdan sonraki vəziyyət. 2 tərəfli koxlear nevrit, neyrosensor ağır eşitmə” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. - xx.xx.2013-cü il tarixdə “Bel-oma fəqərələrinin osteoxondrozu. Xroniki bel-oma radikuliti. Tez-tez baş verən kökcük ağrı sindromu ilə. İki tərəfli koxlear nevrit.” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. - xx.xx.2014-cü il tarixdə “Xroniki bel-oma radikuliti tez-tez baş verən kökcük ağrı sindromu ilə. İki tərəfli koxlear nevrit. Ağıreşitmə 3-cü dərəcə” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. - xx.xx.2015-ci il tarixdə “Bel-oma kələfinin zədələnməsi. Aşağı ətrafın monoplegiyası. Üzvi mənşəli emosional labil pozuntu. İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. - xx.xx.2016-cı il tarixdə “Bel-oma kələfinin zədələnməsi. Aşağı ətrafın monoplegiyası. Üzvi mənşəli emosional labil pozuntu. İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. -Bakı Baş Səhiyyə İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli E00172068CKT nömrəli tibbi göndərişdən görünür ki, iddiaçıda aşağıdakı xəstəliklər müəyyən olunmuşdur: Əsas diaqnoz: H90.3 Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi. Sağ qulaqda orta ağır (İİİ-İV), sol qulaqda ağır (İV dərəcəli) sensonevral tip ağıreşitmə Yanaşı xəstəliklər – E11.7 İnsulindən asılı olmayan şəkərli diabet. Çoxsaylı ağırlaşmalarla G54.1 Bel-oma kələfinin zədələnməsi G83.1 Aşağı ətrafın monoplegiyası. Sol aşağı ətrafın yüngül parezi. Əzələ gücü 4 bal M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərin radikulopatiya ilə.(L2-L3, L3-L4, L5-L6 fəqərəarası çoxsaylı protruziyalar) İ20.8 Stenokardiyanın digər formaları G63.2 Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü, 4 işarəsi ilə) - Tibbi-Sosial Ekspert Komissiyasında xx.xx.2024-cü il tarixli E00172068CKT nömrəli tibbi göndəriş əsasında xx.xx.2024-cü il tarixdə aparılan qiymətləndirməyə əsasən diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən iddiaçıya əlillik təyinatından imtina edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-6215/2024 nömrəli qərarından görünür ki, əyani müayinə nəticəsində diaqnoz əlillik əlaməti təyin etməməsi əsası ilə iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir İşin faktiki hallarından və əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə “Əsas diaqnoz: H90.3-eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, sağ qulaqda orta ağır (İİİ-İV), sol qulaqda ağır (İV dərəcəli) sensonevral tip ağıreşitmə. Yanaşı xəstəliklər: E11.7-İnsulindən asılı olmayan şəkərli diabet. Çoxsaylı ağırlaşmalarla, G54.1- Bel-oma kələfinin zədələnməsi, G83.1-Aşağı ətrafın monoplegiyası. Sol aşağı ətrafın yüngül parezi. Əzələ gücü 4 bal, M51.1-Bel və digər şöbələrin fəqərəarası disklərin radikulopatiya ilə.(L2-L3, L3-L4, L5-L6 fəqərəarası çoxsaylı protruziyalar), İ20.8- Stenokardiyanın digər formaları, G63.2-Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü, 4 işarəsi ilə)” qeyd olunmuşdur. İddiaçının əlillik vəziyyətinə həmin göndəriş əsasında inzibati orqanda baxılmış və əsas diaqnoz kimi müəyyənləşdirilmiş H90.3-eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, sağ qulaqda orta ağır (İİİ-İV), sol qulaqda ağır (İV dərəcəli) sensonevral tip ağıreşitmə xəstəliyi instrumental müayinə nəticələrində və onun obyektiv müayinəsi zamanı öz əksini tapmamışdır. Göründüyü kimi cavabdehin imtinasının əsası ondan ibarət olmuşdur ki, iddiaçıda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən əlilliyin təyininə əsas vermir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, şəxsin sağlamlıq vəziyyətinin müayinə edilərək onda əlilliyin təyin olunması üçün müvafiq xəstəliklərin mövcud olub-olmamasının müəyyən edilməsi cavabdehin səlahiyyətinə aid olsa da, məhkəmə tərəfindən həmin orqanın qəbul etdiyi qərarın əsaslılığının yoxlanması yalnız ekspertiza təyin edilməklə həyata keçirilə bilər. İddiaçıya müəyyən edilmiş diaqnozun Əlilliyin müəyyən olunması meyarlarına uyğun olub-olmaması ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2747/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. xx.xx.2025-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsi tərəfindən məhkəməyə daxil olmuş 2758 nömrəli xx.xx.2025-ci il tarixli məktubu ilə T 427/2025 saylı ekspert rəyi daxil olmuşdur. Ekspert rəyində məhkəmə-tibbi müayinə kimi aşağıdakılar bildirilmişdir: “1-8. Vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə üçün “Bakı Baş Səhiyyə İdarəsi” tərəfindən Tibbi-Sosial Ekspert Komissiyasına göndərilmiş xx.xx.2024-cü il tarixli, E00172068CKT saylı göndərişdə XBT10 kodu ilə qeyd edilən “Əsas diaqnoz: H90.3-eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, sağ qulaqda orta ağır (İİİ- İV), sol qulaqda ağır (İV dərəcəli) sensonevral tip ağıreşitmə (Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi). Yanaşı xəstəliklər: E11.7- insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, G54.1-bel-oma kələfinin zədələnməsi, bel-oma kələfinin zədələnməsi, G83.1-aşağı ətrafların monoplegiyası, aşağı ətrafların monoplegiyası, sol aşağı ətrafın yüngül parezi, əzələ gücü 4 bal (Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi). Yanaşı xəstəliklər: M51.1-bel və digər şöbələrin fəqərələrarası disklərinin radikulopatiya ilə bel və digər şöbələrin fəqərəarası disklərin radikulopatiya ilə L2- L3, L3- L4, L5-L6 fəqərəarası çoxsaylı protruziyalar, 120.8-stenokardiyanın digər formaları, stenokardiyanın digər formaları, G63.2*-diabetik polinevropatiya, (E10-14 ümumi dördüncü 4 işarəsi ilə) diabetik polinevropatiya (E10-14 ümumi dördüncü 4 işarəsi ilə) (Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi)” diaqnoz ona stasionarda müalicələri zamanı anamnestik, klinik, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Xəstəliklər xroniki olduğundan ağırlaşmalar və onların reabilitasiyası mümkün deyildir. Xəstəliklər remissiya halında olduğundan müayinə zamanı onun əlamətləri olmaya bilər, eşitmə azlığı isə sağalan deyildir, insan yaşlaşdıqca onun eşitməsi daha da zəifləyir, Bera müayinəsi zamanı isə təyin edilmiş “eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, sağ qulaqda orta ağır (İİİ-İV), sol qulaqda ağır (İV dərəcəli) sensonevral tip ağıreşitmə” onda hazırda da qalmaqdadır.” Göründüyü kimi, yuxarıda qeyd edilmiş ekspert rəyində “eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, sağ qulaqda orta ağır (İİİ- İV), sol qulaqda ağır (İV dərəcəli) sensonevral tip ağıreşitmə” diaqnozu öz təsdiqini tapmışdır. İş üzrə ekspert rəyində iddiaçının tibbi göndərişdə ona qoyulmuş diaqnozlardan əziyyət çəkməsinin istisna edilmədiyi bildirilmişdir. Məhkəmə kollegiyası rəyin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88- ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Məhkəmə kollegiyası ekspert rəyini məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavab verilməklə tərtib edildiyindən, digər sübutlarla dəstəkləndiyindən iş üzrə mötəbər sübut qismində qiymətləndirir. Belə ki, iş materiallarında olan iddiaçının müayinələrinə dair əvvəlki dövrlərə dair sənədlərlə, həmçinin Respublika Diaqnostika Mərkəzinin və digər tibb müəssisələrinin Bera müayinəsi nəticəsindən iddiaçının sağ qulaqda orta-ağır (İİİ,İV) sol qulaqda ağır (İV) dərəcəli sensonevral tip eşıtmə azlığı xəstəliklərindən əziyyət çəkdiyi müəyyən edilir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, oxşar işlər üzrə məhkəmə praktikası ondan ibarətdir ki, məhkəmə araşdırmaları zamanı iddiaçıya əllillik təyin edilməsi öhdəliyi müəyyən edilərkən həmçinin orqanizmin funksiyalarının pozulması faizi və müddətinin müəyyən edilməsi istiqamətində də araşdırma aparılır. Əlbəttə ki, bu, yalnız iddiaçının hüquqi marağı həddində həyata keçirilir. Diqqətə çatdırılmalıdır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şəxsin sağlamlıq vəziyyəti ilə bağlı faktiki halların müəyyənləşdirilməsində mülahizə sərbəstliyi (qiymətləndirmə azadlığı) vardır. Bununla da inzibati orqan işin faktiki vəziyyətinin qiymətləndirilməsini həyata keçirir, yəni qəbul ediləcək inzibati aktın səbəb ünsürünü müəyyən edir. Bu hal mövcud qanunvercilikdə inzibati orqanın qiymətləndirmə azadlığı kimi qəbul edilir. İnzibati orqanın qiymətləndirmə azadlığına malik olduğu hallarda İPM-in 73.3-cü maddəsinə əsasən məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilmir. Başqa sözlə, bu kimi hallarda daha çox İPM-in 73.2-ci maddəsində nəzərdə tutulmuş prosessual institutdan (məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən müvafiq inzibati aktın qəbul edilməsi öhdəlinin qoyulmasına dair) istifadə edilir. Bununla bağlı qeyd etmək lazımdır ki, İPM-in 73.3-cü maddəsində söhbət məhkəmənin “bir qayda olaraq” iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməməsindən gedir. Bu, o anlama gəlir ki, məhkəmə istisna hallarda iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edə bilər. Başqa sözlə, inzibati orqanın diskresion səlahiyyətə və qiymətləndirmə azadlığına malik olduğu hallarda məhkəmə işin xüsusiyyətlərindən (hallarından) asılı olaraq yalnız bir hakimiyyət tədbirini yararlı, zəruri və mütənasib hesab edərsə, iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edə bilər. Bununla bağlı Məhkəmə kollegiyası “Əlilliyin müəyyən olunması meyarları”nı diqqətə çəkir. “Əlilliyin müəyyən olunması meyarları”nın 9.1-cü bəndində H60-H95 XBT kodu altında nəzərdə tutulan “qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri” xəstəliyi aşağıdakı hallarda əlilliyin təyini üçün əsas verir: 9.1.1 7 yaşa qədər anadangəlmə və ya qazanılmış eşitmənin zəifliyi və ya eşitmənin tam itirilməsinə yaxın azalması, yanaşı nitq pozuntuları ilə (bir qayda olaraq, ömürlük nitq qabiliyyətinin ağır pozulması) 9.1.2 daha sonra qazanılmış (8-18 yaşlarında) eşitmənin tam itirilməsi, ağır nitq pozuntuları ilə (çətin başa düşülən uca nitq, söz ehtiyatının məhdudluğu) 9.1.3 eşitmə zəifliyi bir tərəf üzrə İİİ dərəcə, digər tərəf üzrə İV dərəcə 9.1.4 eşitmə zəifliyi İV dərəcə, ikitərəfli 9.1.5 eşitmənin ikitərəfli tam itirilməsi 9.1.6 psixi pozulmalarla müşayiət olunan eşitmənin tam itirilməsi və nitqin tam olmaması Beləliklə, iş üzrə ətraflı araşdırma nəticəsində müəyyən olunur ki, şəxsin hazırki diaqnozu eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, sağ qulaqda orta ağır (İİİ-İV), sol qulaqda ağır (İV dərəcəli) sensonevral tip ağıreşitmə diaqnozudur. Bu diaqnozla da ona əvvəllər 3-cü dərəcə əlillik təyin edilmiş, sonrakı 2-ci dərəcə əlillik təyinatları zamanı isə sözügedən diaqnozun şəxsdə olduğu icraat materialları ilə də təsdiq olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin etməklə gəldiyi nəticəni haqlı hesab edərək bildirir ki, iddiaçının təqdim etdiyi tibbi sənədlər və ekspert rəyi əsasında onda qeydə alınmış “eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, sağ qulaqda orta ağır (İİİ- İV), sol qulaqda ağır (İV dərəcəli) sensonevral tip ağıreşitmə” kompleks şəkildə orqanizmə sistemli təsir göstərmiş və davamlı xarakter daşıyan funksional pozuntulara səbəb olmuşdur. Nəzərə alınmalıdır ki, həmin xəstəlik iddiaçının orqanizmin Qulağın və məməyəbənzərə dair disfunksiyanın göstəricisidir. Qeyd olunan funksional pozuntuların xarakteri və davamlılığı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 9.1.3-cü bəndində nəzərdə tutulan ağırlaşmalar halına uyğundur. Orqanizmin funksiyalarının pozulması faizinə münasibətdə müəyyən olunur ki, eşitmə qabiliyyətinin bir tərəfdə İİİ dərəcə, digər tərəfdə isə İV dərəcə səviyyəsində zəifləməsi orqanizmin funksiyalarının 40 faiz pozulması kimi qiymətləndirilir. Belə hallarda bu cür ağırlaşma dərəcəsinə malik şəxsə “Əlilliyin qiymətləndirilməsi meyarları”nın 9.1.3cü bəndinə əsasən 5 (beş) il müddətinə əlillik təyin edilir. İddiaçının əsas diaqnozunun ağırlaşma dərəcəsi qeyd olunan meyara tam uyğun olduğundan, onun orqanizmin funksiyalarının pozulma səviyyəsi 40 faiz müəyyən edilməsi və buna əsasən iddiaçıya 5 il müddətinə əlillik təyin olunması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Həmçinin, o da qeyd edilməlidir ki, məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş sonuncu imtina qərarı təşkil etdiyindən, iddiaçı barəsində sonuncu göndəriş üzrə (xx.xx.2024-cü il tarixli) sonuncu imtina xx.xx.2024-cü il tarixdə imzalandığından, əlilliyin təyinat tarixinin sonuncu imtina tarixi nəzərə alınmaqla təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Bununla bağlı məhkəmə kollegiyası diqqəti çəkir ki, əlilliyin qiymətləndirilməsi ilə əlaqədar yaranan məhkəmə mübahisələri üzrə xüsusi diqqət yetirilməli olan digər bir məsələ əlilliyin təyinat tarixinin müəyyənləşdirilməsi ilə bağlıdır. Bununla bağlı olaraq, ilk növbədə nəzərə alınmalıdır ki, qanunvericiliyin imperativ göstərişinə görə şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (“Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun 3.3-cü maddəsi). Cavabdeh "Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.4-cü bəndinə uyğun olaraq əlilliyin təyinat tarixini göndərişin altsistemə ötürüldüyü gündən hesablanmaqla 10 (on) iş gününü keçməyəcək qaydada müəyyən etməlidir. Bununla belə məhkəmə kollegiyası diqqətə çatdırır ki, iş materiallarına əlavə edilmiş və hazırda da qüvvədə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 1234 nömrəli, xx.xx.2010-cu il tarixli qərarından göründüyü kimi iddiaçıda olan əsas diaqnozun səbəbli əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. Həmçinin, əvvəlki əlillik təyinatlarının aparılması barədə inzibati icraat materiallarından da göründüyü kimi iddiaçıya əvvəllər təyin olunan əlillik dərəcəsinin səbəb-əlaqəsi qismində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” qeydi göstərilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçıya əlillik təyin edilməli olması nəticəsinə gəlsə də, əlilliyin səbəbli əlaqə hissəsində iddiaçı tərəfə iddia tələbində dəqiqləşmə etməsi ilə bağlı hüquqi yardım göstərmədən yekun qərar qəbul etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən İPM-nin 12-ci maddəsinə istinad edilərək 13-cü maddəsinə uyğun iddia tələbində dəqiqləşdirilmə aparılmasına dair yardım göstərilmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş iddia tələbinin dəyişdirilməsinə dair ərizəsini nəzərə alaraq qeyd edir ki, şəxsə əlillik təyinatı səbəbli əlaqə kimi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” nəzərə alınmaqla müəyyən olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2747/2025 nömrəli, 30 sentyabr 2025ci il tarixli qərarı dəyişdirilməli, iddia dəqiqləşdirilmiş formada təmin edilməklə İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar (Orqanizmin funksiyalarının pozulması faizi 40, 5 il müddətinə) xx.xx.2024-cü il tarixli göndəriş nəzərə alınmaqla təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2747/2025 nömrəli, 30 sentyabr 2025-ci il tarixli qərarı dəyişdirilsin. Dəqiqləşdirilmiş iddia tələbi təmin edilsin. İddiaçı Bakı Baş Səhiyyə İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilən E00172068CKT nömrəli tibbi göndəriş üzrə əliliyinin ilk dəfə qiymətləndirildiyi xx.xx.2024cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 40% pozulmasının 5 il müddətinə təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə X8 Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar