Məhkəmə qərarları › İş №2-1(103)-479/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-479/2022

17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-479/2022 17.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Məmmədov Vidadi Məmməd oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı «diplom üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üəzərinə qoyulması tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5852/2021 saylı 15.09.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin X3 Komissiyası tərəfindən təsdiq edilmiş VSQ ******* saylı, 22 avqust 22 avqust 2008-ci il tarixli diplomun (əlavələri ilə birlikdə) tanınmasından və ekvivalentliyin müəyyən edilməsindən imtina etməsinin qanunsuz hesab edilərək, tanınmanın və ekvivalentliyin müəyyən edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə iddiaçı 2008-ci il tarixdə Rusiya Federasiyasının Maxaçkala şəhərində yerləşən “Rusiya Təhsil Akademiyasının” hüquqşunas ixtisası üzrə qiyabi şöbəsini bitirmiş, X3 Komissiyası tərəfindən bunu təsdiq edən VSQ ******* saylı, 22 avqust 2008-ci il tarixli diplom verilmiş və həmin diplom və onun əlavəsi 04.04.2018-ci il tarixdə Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin Təhsil və Elm sahəsində Nəzarət üzrə Federal Xidmətinin rəhbərinin müavini tərəfindən 5 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasının tələblərinə əsasən Apostillə təsdiq edilmişdir.Diplom üzrə ixtisasın Azərbaycan Respublikasında tanınması üçün cavabdehə müvafiq sənədləri təqdim etmiş, lakin sonuncu 09 aprel 2019-cu il tarixli məktub ilə (17 aprel 2019-cu il tarixdə ona təqdim olunmuşdur) imtina edərək bildirmişdir ki, “Ali Təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Rusiya Federasiyası Təhsil Akademiyası Universitetinin tədris normativi üzrə təhsiledilmişdir ki, Rusiya Federasiyası Təhsil Akademiyası Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında o, həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. İddiaçı hesab edir ki, imtina qanunsuzdur. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçı 2002-2008-ci illərdə Rusiya Təhsil Akademiyası Universitetində qiyabi formada “Hüquqşünaslıq” ixtisası üzrə təhsil almışdır. ekspert qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Ekspert rəyində qeyd edilir ki, iddiaçı tədris normativi üzrə də, yuxarıda qeyd olunan ali məktəbdə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur. Belə ki, iddiaçı qiyabi formada təhsil müddətləri ərzində ali təhsil müəssisəsinin yerləşdiyi ölkədə 2002/2003-cü il tədris ilində - 0 gün, 2003/2004-cü il tədris ilində - 1 gün, 2004/2005-ci tədris ilində - 0 gün, 2005/2006-cı tədris ilində - 1 gün, 2006/2007-ci tədris ilində - 3 gün, 2007/2008-ci il tədris- 0 gün, 2005/2006-cı tədris ilində - 1 gün, 2006/2007-ci tədris ilində - 3 gün, 2007/2008-ci il tədris ilində - 3 gün olmuşdur. Hesab edirlər ki, bu qısa müddətdə diploma əlavədə qeyd olunmuş fənləri mənimsəmək, kurs işi yazmaq, təcrübə keçmək, yekun dövlət imtahanı və diplom işi yazıb müdafiə edərək ali məktəbdən məzun olmaq qeyri-mümkündür. «Qaydalar»ın 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5852/2021 saylı 15.09.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, eyni zamanda qeyd olunmuşdur ki, onunla eyni ildə təhsil alan tələbələrin artıq diplomu tanınıb. Ona verilən imtinaya cavab tapa bilmir. Təhsil aldığı müəssisənin ona qarşı hər hansı iradı olmamış və bütün tədris nəticələri uyğun olduğundan diplom verilmişdir. Azərbaycan Respublikası və Rusiya Federasiyası «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın iştiakçılarıdır. Bundan əlavə Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli Qanunu ilə Azərbaycan və Rusiya hökumətləri arasında «Təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında» Saziş imzalanmışdır. Göstərilən Konvensiya və Saziş şərtsiz olaraq diplomların qarşılıqlı tanınmasını ehtiva edir. Məhkəmə kollegiyasının iclaslarının vaxtı və yeri, məhkəmə iclasına gəlmədiyi təqdirdə işə onun iştirakı olmadan baxılacağı barədə xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi F.Muxtarova iddiaçının apellyasiya şikayəti ilə razılaşmamış, iddia ərizəsinə etirazında göstərilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının 2002-2008-ci illərdə Rusiya Federasiyasının Maxaçkala şəhərində yerləşən, Rusiya Təhsil Akademiyası Universitetində qiyabi formada “Hüquqşünaslıq” ixtisası üzrə təhsil al2002-2008-ci illərdə Rusiya Təhsil Akademiyası Universitetində qiyabi formada “Hüquqşünaslıq” ixtisası üzrə təhsil aldığı və ona X3 Komissiyası tərəfindən VSQ ******* saylı, 22 avqust 2008-ci il tarixli diplom verilmiş VSQ ******* saylı, 22 avqust 2008-ci il tarixli diplom verildiyi işin mübahisələndirilməyən halıdır. İşin mübahisələndirilən halları isə ondan ibarətdir ki, iddiaçı diplom üzrə ixtisasının tanınması və ekvivaltlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən ekspert qrupunun rəyinə əsasən iddiaçının Rusiya Federasiyası Təhsil Akademiyası Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkün oluduğun əsas gətirərək ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. İddiaçının apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, Azərbaycan Respublikası və Rusiya Federasiyası «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın iştiakçıları olduğu, bundan əlavə Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli Qanunu ilə Azərbaycan və Rusiya hökumətləri arasında «Təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında» Saziş imzalandığı halda, ona cavabdeh tərəfindən imtina verilməsini əsassız sayır. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə iddiaçının qeyd olunan dəlilləri ilə razılaşmayaraq hesab edir ki, cavabdeh iddiaçının diplomu üzrə ixtisasının tanınmasından imtina etməkdə haqlıdır. Belə ki, birincisi, işə əlavə olunmuş iddiaçının sərhədkeçmə məlumatlarına əsasən müəyyyən olunur ki, onun təhsil aldığı 2002-2008-ci illərdə Rusiya Federasiyasında olma müddəti tədris illəri üzrə aşağıdakı kimi olmuşdur: - 2002/2003 - 0 gün, 2003/2004 - 1 gün, 2004/2005 - 0 gün, 2005/2006 - 1 gün, 2006/2007- 3 gün, 2007/2008-0 gün, 2005/2006-1 gün, 2006/2007- 3 gün, 2007/2008-3 gün olmuşdur (Qiyabi təhsilalma formasında 6 il tədris ilində, cəmi 12 gün həmin ölkədə olmuşdur). Göründüyü kimi, ekspert rəyinə əsasən iddiaçının təhsil aldığı universitetin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğu öz təsdiqini tapır. Odur ki, ekspert tərəfindən diploma əlavədə qeyd olunan tədris yükünün iddiaçı tərəfindən yerinə yetirilməsinin qeyri-mümkün olması əsası ilə mənfi rəy verilməsi ilə məhkəmə kollegiyası razılaşır. Belə ki, «Təhsil haqqında» Azərbaycan Respublikası Qanunun 6.3-cü maddəsinin tələbinə görə dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (Həmin Qanunun tətbiq edilməsinə dair Azərbaycan Respublikası Prezidentinin Fərmanına (sentyabr 2009-cu il, № 156) əsasən müvafiq icra hakimiyyəti səlahiyyətini Nazirlər Kabineti həyata keçirir.) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.04.2010-cu il tarixli 75 №-li qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqrammı»nın 5.5-ci bəndi, eləcə də, Nazirlər Kabinetinin 21 yanvar 2011-ci il tarixli, 9 №-li Qərarı ilə təsdiq olunmuş «Ali təhsil müəssisəsnin «Nümunəvi Nizamnaməsi»nin 1.28-ci bəndində bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 il, qiyabi forma üzrə təhsil müddəti 1 il artıq müəyyən edilmişdır. Eyni zamanda, Nazirlər Kabinetinin 24.12.2013-cu il tarixli 348 №-li qərarı ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili «Qaydaları»nın: 3.2.3-cü bəndinə əsasən qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4-cü bəndinə əsasən ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. İddiaçı Azərbaycan Respublikasının qeyd olunan təhsil standartlarından fərqli olaraq, qiyabi təhsialma formasında təhsil aldığı 6 il ərzində ümumilikdə 12 gün təhsil aldığı ölkədə olmuşdur. Halbuki, işə əlavə olunmuş diploma əlavədə fənlər (61) üzrə 9542 saat, eləcə də 1196 auditor saat mənimsənilməli olduğu nəzərdə tutulur. İddiaçının həmin ölkədə 12 gün, yəni 288 saat (12x24) ərzində olduğu halda həmin tədris yükünü mənimsəməsinin ağlabatan olmadığı aydın görünür. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının Maxaçkala şəhərində Rusiya Federasiyası Təhsil Akademiyası UniversitetinRusiya Federasiyası Təhsil Akademiyası Universitetində aldığı təhsilin məzmunu, Azərbaycan Respublikasında təhsilə olan dövlət standartlarından əhəmiyyətli dərəcədə fərqlənir. Azərbaycan Respublikasının 30.09.1997-ci il, 367-İQ №-li Qanunu ilə təsdiq edilmiş «1997-ci ildə aprelin 11-də Lissabon şəhərində imzalanmış «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın Vİ.1-ci maddəsi isə Razılığı gələn Tərəfin belə bir diskresion səlahiyyətini nəzərədə tutur ki, ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər aşkar edildikdə ixtisasın tanınmasından imtina oluna bilər. İddiaçının istinad etdiyi, 13 may 2003-cü il, 455-İİQ №-li Azərbaycan Respublikası Qanunlu ilə təsdiq edilmiş, Azərbaycan və Rusiya hökumətləri arasında «Təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında» Sazişə istinad olunan dəlilləri ilə də məhkəmə kollegiyası razılaşmır. Belə ki, həmin Sazişin 6-cı maddəsinə əsasən dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan respublikası və rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom , müvafiq olaraq Rusiya Federasiyasında və azərbaycan Respubliekasında tanınır…» Sazişin qeyd olunan maddəsindən göründüyü kimi, həmin Sazişi imzalayan Tərəflər əyani təhsilalma formasında bakalavr diplomları üzrə ixtisasın tanınması barədə razılığa gəlmişlər. İddiaçı isə qiyabi təhsilalma formasında bakalavr diplomu almışdır. Belə olan halda, Sazişin qeyd olunan müddasının ona münasibətdə tətbiq iolunması istisna olunur. Beləliklə də iddiaçının apellyasiya şikayətinin təhsil aldığı müəssisənin ona qarşı hər hansı irad olmadığını və bütün tədris nəticələri uyğun olduğundan diplom verildiyini bildirərək sözügedən Konvensiya və Sazişə əsasən diplom üzrə ixtisasının şərtsiz olaraq tanınmalı olduğunu mübahisələndirən dəlilllərinin əsassız olduğu sübuta yetirilir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdeh tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiyası) haqqında «Qaydalar”ın 3.6 və 3.7-ci bəndləri tətbiq edilməklə, iddiaçının diplom üzrə ixtisasının tanınmasından imtina olunması qanunmüvafiqdir. Belə ki, «Qaydaları»ın 3.6-cı bəndi isə nəzərdə tutur ki, ekvivalentlik haqqında şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin “Qaydaların 3.7-ci bəndinə əsasən isə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Beəliklə də, cavabdeh tərəifndən ekspertin mənfi rəyini əsas götürməklə, iddiaçının diplomu üzrə ixtisasının tanınmasından və ona ekvivalentlik şəhadətnaməsinin verilməsindən imtina olunması ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğundur. Belə olan halda həmin imtina iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin mənasmından da görünür ki, o zaman məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, cavabdehin imtinası və ya hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Eyni zamanda, qeyd olunmalıdır ki, həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsi işdə olan sübutlarla müəyyən edilən halar, maddi və prosessual hüquq normalarının tələbləri baxımıdan, mahiyəti üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5852/2021 saylı 15.09.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 69, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5852/2021 saylı 15.09.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Vidadi Məmmədov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar