Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4790/2025 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, X3 və Ismayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı ##.##.2024-cü il tarixdən, 60 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1964-cü il tarixdə doğğulmuşdur. O, ##.##.1979-##.##.1982-ci illərdə Bakı şəhəri ** nömrəli Texniki-peşə məktəbində təhsil almışdır. ##.##.1982-##.##.1982-ci illərdə “Azneft” Birliyinin borualətlər bazasının * nömrəli sexinin Qobustan sahəsində 3-cü dərəcəli elektrik-qaz qaynaqçısı peşəsində işləmiş, ##.##.1982-##.##.1984-cü illərdə hərbi xidmətdə olmuş, ##.##.1984-##.##.1992-ci illərdə “Azneft” X7 qazma idarəsinin Texnoloji-nəqliyyat idarəsində 4-cü dərəcəli elektrik-qaz qaynaqçısı peşəsində işləmiş, ##.##.1986-cı ildə 5ci dərəcəli elektrik-qaz qaynaqçısı peşəsinə keçirilmiş, ##.##.1992-ci il tarixdə “Azneft” X7 Qazma Idarəsinin Texnoloji-nəqliyyat idarəsində emalatxanaya 5-ci dərəcəli dəmirçi peşəsinə keçirilmiş, ##.##.2003-cü ildə ARDNŞ-nin ##.##.2003-cü il tarixli, ** nömrəli əmrinə əsasən Qobustan Texnoloji-nəqliyyat idarəsi nəqliyyat sexi kimi X4 Işləri Idarəsinin tərkibinə verilməsi ilə əlaqədar işdən azad olunmuşdur. ##.##.2003-cü il tarixdən X4 Işləri Idarəsinin Texnoloji-nəqliyyat sexinin təmir emalatxanasında 5-ci dərəcəli dəmirçi peşəsində fəaliyyətini davam etdirmişdir. ##.##.2005-ci il tarixdə 6-cı dərəcəli dəmirçi peşəsinə keçirilmişdir. ARDNŞ-nin ##.##.2007-ci il tarixli ** nömrəli əmrinə əsasən şirkətə birbaşa tabe olmaqla hüquqi şəxs statuslu “X1” tresti yaradılmışdır. “Azneft” X10 X2 Idarəsi yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi “X1” trestinin tabeliyinə verilmişir. ##.##.2007-ci ildə “X1” trestinin Qobustan Ixtisaslaşdırmış Xüsusi Texnika Idarəsinin * saylı Təmir Emalatxanasına 6-cı dərəcəli dəmirçi peşəsinə keçirilmişdir. ##.##.2009-cu il tarixindən * saylı Təmir Emalatxanasına 6-cı dərəcəli dəmirçi peşəsinə keçirilmişdir. ARDNŞ-nin ## #### 2009-cu il tarixli **s nömrəli sərəncamı və "Azneft " X11 ## #### 2009-cu il tarixli, *** nömrəli əmrinə əssən "X1" trestinin Qobustan Ixtisaslaşdırmış Xüsusi Texnika Idarəsinin adı dəyişdirilmiş və 01.08.09-cu il tarixdən hüquqi şəxs statusuna malik olmayan Qobustan Nəqliyyat Idarəsi kimi "Azneft" Istehsalat Birliyinin tərkibinə verilmişdir. ##.##.2014-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün əmək müqaviləsinə xitam verilmişdir. ##.##.2014-cü il tarixində ARDNŞ-nin Nəqliyyat Departamentinin * saylı Texnoloji Nəqliyyat bölümünün * saylı Təmir Emalatxanasına 6-cı dərəcəli dəmirçi peşəsinə keçirilmişdir. ##.##.2014-cü il tarixindən ARDNŞ-nin Nəqliyyat Idarəsi * saylı Texnoloji Nəqliyyat Departamentinin * saylı Təmir Emalatxanasına 6-cı dərəcəli dəmirçi peşəsinə keçirilmişdir. Hazırkı dövrdə də dəmirçi peşəsində işləyir. Iddiaçının 60 yaşının tamam olduğu ##.##.2024-cü il tarixinə kimi elektrik-qaz qaynaqçısı və dəmirçi peşəsində işlədiyinə görə 44 il 4 ay 6 gün ümumi iş stajı, 39 il 4 ay 22 gün zərərli iş şəraitində xüsusi stajı vardır. Işlədiyi elektrik-qaz qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda 35. Ümumi peşələr bölməsinin, elektrik qaz qaynaqçıları bəndinə aiddir. Işlədiyi dəmirçi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 11-ci “Metal emalı” bölməsinin 11.2-ci Dəmirçi-presləmə istehsalatı yarımbölməsində qeyd edilmiş “əllə döymədə dəmirçilər” peşəsinə uyğundur. 60 yaşının tamam olduğu ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. O, 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Həmin Idarədən ona ünvanlanmış cavab məktubunda iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın ərizəni təmin etməməsi əsassızdır və iddiaçının hüquqları pozulmuşdur. Bakı Inzibati Məhkəməsinin (hakim Tural Məlikov) *-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı 60 yaşının tamam olduğu ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı təqdim etdiyi sənədlərə əsasən ##.##.2006-cı il tarixədək mübahisələndirilməyən güzəştli iş stajı 07 il 10 ay 14 gün təşkil edir. Belə ki, sözügedən dövrə ##.##.1984-cü il tarixdən ##.##.1992ci il tarixədək olan dövr daxil edilmişdir. Iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə ##.##.1992-##.##.2006-cı il tarixləri arasındakı dövrdə SOCAR-ın “X1” trestində işlədiyi dəmirçi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsində (10) nəzərdə tutulmamışdır. Belə ki, iddiaçı ##.##.1992-ci il tarixdən ##.##.2007-ci il tarixədək X1 X12 Xüsusi Texnika Idarəsinin * saylı Təmir Emalatxanasına 6-cı dərəcəli dəmirçi peşəsində işlədiyi dövr üzrə onun zərərli əmək şəraitində işləməsinə dair işəgötürənin arayışını nə inzibati orqana, nə də məhkəməyə təqdim etməmişdir. Mərkəzi Filiala təqdim edilən SOCAR-ın “Nəqliyyat Idarəsi * saylı Texnoloji Nəqliyyat departamenti”nin İddiaçı dair # #### 2025-ci il tarixli **-*-**-*/*-***/**** nömrəli arxiv arayışında adıçəkilən şəxsin ##.##.2007-##.##.2014-cü il tarixləri arasındakı dövr ərzində işlədiyi sahənin, “əl ilə dəmir döyən” və “dəmirçi” peşələrinin yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahə və vəzifəyə aid olması barədə hər hansı məlumat qeyd olunmayıb. Bu səbəbdən də həmin müddətin İddiaçı güzəştli iş stajına daxil edilməsi mümkün deyil. Iddiaçı İddiaçı zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Əlavə olaraq, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən onun ümumi iş stajı 44 il 1 ay 26 gün (##.##.2006-cı il tarixinədək 25 il 10 ay 26 gün əmək stajı (##.##.1979-##.##.1982-ci il, ##.##.1982-##.##.1984-cü il (hərbi xidmət dövrü), ##.##.1984-##.##.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 18 il 3 ay), güzəştli iş stajı isə 7 il 10 ay 14 gün (##.##.1984-##.##.1992-ci il tarixləri arasındakı dövr) təşkil edir. Beləliklə, iddiaçı İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan şərt ödənmədiyindən güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmamışdır. Qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına əsasən birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarını dərindən araşdırmamışdır. Qeyd olunanlar nəzərə alınaraq Bakı Inzibati Məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ##.##.1964-cü ildə doğulmuşdur. Iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda qeyd olunur: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər dailində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlara əsasən Sizin güzəştli iş stajınız 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Iş materiallarında olan SOCAR tərəfindən iddiaçının adına tərtib edilmiş ##.##.2024-cü il tarixli **-*/*-Ə-***-*/**** saylı arxiv arayışında qeyd olunur: SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən ##.##.1964-cü il təvəllüdlü İddiaçı iş stajı aşağıdakı kimidir: ##.##.1984-cü ildə (əmr № **-k, ##.##.1984-cü il) X6 Idarəsinə 4-cü dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə işə qəbul edilmişdir. ##.##.1986-cı ildə (əmr №**-k, ##.##.1986-cı il) 5-ci dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə keçirilmişdir. ##.##.1992-ci ildə (əmr № **/K, ##.##.1992-ci il) emalatxanaya 5ci dərəcəli dəmirçi peşəsinə keçirilmişdir. ##.##.2003-cü ildə (əmr № **-İ, ##.##.2003-cü il) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ##.##.2003-cü il tarixli ** №-li əmrinə əsasən X6 Idarəsinin nəqliyyat sexi kimi X4 Işləri Idarəsinin tərkibinə verilməsi ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən işdən azad olunmuşdur. ##.##.2003-cü ildə (əmr № **, ##.##.2003-cü il) X4 Işləri Idarəsinin Texnoloji nəqliyyat sexinin təmir emalatxanası üzrə 5-ci dərəcəli dəmirçi peşəsində fəaliyyətini davam etdirmişdir. ##.##.2005-ci ildə (əmr № **/k, ##.##.2005-ci il) 6-cı dərəcəli dəmirçi peşəsinə keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2007-ci il tarixli *** nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ##.##.2007-ci il tarixli ** nömrəli əmrinə əsasən şirkətə birbaşa tabe olmaqla hüquqi şəxs statuslu “X1” tresti yaradılmış, ##.##.2007-ci il tarixli ** nömrəli əmrinə əsasən “Azneft" X10 X2 Idarəsi yenidən təşkil edilərək huquqı şəxs statusuna malik olmayan təşkilat kimi “X1” trestinin tabeliyinə verilmişdir. ##.##.2007-ci ildə (əmr № **/K, ##.##.2007-ci il) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş və işdən azad olunmuşdur Qeyd: Arxiv sənədlərində adı Imanverdi olaraq göstərilmişdir. Iş materiallarında olan SOCAR Nəqliyyat Idarəsi * saylı Texnoloji Nəqliyyat Departamentinin ##.##.2021-ci il tarixli Güzəştli arxiv arayışından görünür ki, İddiaçı Imamveri oğlu X1 X12 Xüsusi Texnika Idarəsinə ##.##.2007-ci il tarixindən Təmir Emalatxanasına 6-cı dərəcəli dəmirçi peşəsinə işə qəbul edilmişdir (əmr № **/k ##.##.2007-ci il). ARDNŞ-nin ## #### 2009-cu il tarixli *** nömrəli Sərəncamı və “Azneft” Istehsalat Birliyinin ## #### 2009-cu il tarixli *** nömrəli əmrinə əsasən “X1” trestinin Qobustan IXTI-nin adı dəyişdirilmiş və ##.##.2009-cu il tarixindən hüquqi şəxs statusuna malik olmayan Qobustan Nəqliyyat Idarəsi kimi “Azneft” Istehsalat Birliyinin tərkibinə verilmişdir. ##.##.2009-cu il tarixindən * saylı Təmir Emalatxanasına 6-cı dərəcəli dəmirçi peşəsinə keçirilmişdir (Əmr № */k ##.##.2009-cu il). ##.##.2014-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3-cü hissəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağlandığı üçün işdən azad edilib. ##.##.2014-cü il tarixində ARDNŞ Nəqliyyat Idarəsi * saylı Texnoloji Nəqliyyat Departamenti üzrə bağlanmış Əmək Müqaviləsində nəzərdə tutulan şərtlərə uyğun olaraq * saylı Təmir Emalatxanasına 6-cı dərəcəli dəmirçi peşəsinə təyin edilib (Əmr № ***/k ##.##.2014-cü il). Ixtisas Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq etdiyi "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na əsasən güzəştli sayılır. Siyahının 35-ci bölməsinə (ümumi peşələr) əsasən güzəştli staj ixtisasa əsasən ##.##.2007-ci il tarixindən ##.##.2014-cü il tarixinədək 06 il, 06 ay, 11 gün (altı il, altı ay, on bir gün) və ##.##.2014-cü il tarixdən ##.##.2021-ci il tarixinədək 07 il, 02 ay, 25 gün (yeddi il, iki ay, iyirmi beş gün) gündür. Ümumi güzəştli staj: 13 il 09 ay 6 gündür. Iş materiallarında olan SOCAR Nəqliyyat Idarəsi * saylı Texnoloji Nəqliyyat Departamenti tərəfindən məhkəməyə arxiv arayışı, peşə təlimatı və ##.##.2025-ci il tarixli akt təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş SOCAR Nəqliyyat Idarəsi * saylı Texnoloji Nəqliyyat Departamenti tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2025-ci il tarixli arxiv arayışında qeyd olunur: İddiaçı həqiqətən ##.##.2007-ci il tarixdən X1 X12 Xüsusi Texnika Idarəsinin * saylı Təmir Emalatxanasına 6-cı dərəcəli dəmirçi peşəsinə işə qəbul edilmiş və əmək müqaviləsi bağlanmışdır (Əmr № **/k, ##.##.2007-ci il). ARDNŞ-nin ## #### 2009-cu il tarixli **s nömrəli sərəncamı və “Azneft” Istehsalat Birliyinin ## #### 2009-cu il tarixli *** nömrəli əmrinə əsasən “X1” trestinin Qobustan IXTI-nin adı dəyişdirilmiş və ##.##.2009-cu il tarixindən hüquqi şəxs statusuna malik olmayan Qobustan Nəqliyyat Idarəsi kimi “Azrneft” Istehsalat Birliyinin tərkibinə verilmişdir. ##.##.2009-cu il tarixindən * saylı Təmir Emalatxanasına 6-cı dərəcəli dəmirçi peşəsinə keçirilmişdir (Əmr № */k ##.##.2009-cu il). Qeyd: Bu işlər isə VTISK-nın “Dəmirçipresləyici və termik işlər” bölməsində mövcud olan “əl ilə dəmir döyən” peşəsinin işinin xüsusiyyətləri ilə eynidir. ##.##.2014-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağlandığı üçün işdən azad edilib və əmək müqaviləsinə xitam verilmişdir. (Əmr № **/k ##.##.2014-cü il). ##.##.2014-cü il tarixində ARDNŞ Nəqliyyat Idarəsi * saylı Texnoloji Nəqliyyat Departamentinə bağlanmış əmək müqaviləsində nəzərdə tutulan şərtlərə uyğun olaraq * saylı Təmir Emalatxanasına 6-cı dərəcəli dəmirçi peşəsinə təyin edilmişdir. Hal-hazırki dövrə qədər dəmirçi peşəsində işləyir (Əmr № ***/k ##.##.2014-cü il). Qeyd: Dəmirçi peşəsində zərərli əmək şəraitinə görə 8% (karbon oksidi və səs-küy) əmək haqqına və zərərli əmək şəraitinə görə (karbon oksidi və səs-küy) 6 təqvim günü əmək məzuniyyətinə əlavə verilir. Həmin məktuba əlavə edilmiş Texnoloji Nəqliyyat Departamenti tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli aktda bildirilmişdir ki: * saylı Texnoloji Nəqliyyat Departamentinə bağlanmış əmək müqaviləsində nəzərdə tutulan şərtlərə uyğun olaraq * saylı təmir emalatxanasına 6-cı dərəcəli dəmirçi peşəsində işləyən İddiaçı işlədiyi dəmirçi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin Siyahısı”nın 11-ci “Metal emalı”bölməsinin 11.2-ci Dəmirçi-presləmə istehsalatı yarımbölməsində qeyd edilmiş “əllə döymədə dəmirçilər” peşəsinə uyğundur. * saylı Texnoloji Nəqliyyat Departamentinin təmir emalatxanasında dəmirçinin gördüyü işlər yerinə yetirilən işin xüsusiyyətlərinə uyğuluğuna görə ”Fəhlə peşələrinin və işlərin vahid tarif-ixtisas sorğu kitabçası”nın (VTISK) “Dəmirçi-presləyici və termik işlər” bölməsinə uyğun olaraq müəyyən edilmişdir. Təmir emalatxanasında dəmirçi peşəsində işləyən işçi avtomobil ressorlarının dəst halında yığılması və təbəqələrin əvvəlki şablon vəziyyətinə uyğunlaşdırılması, ressor təbəqələrinin şablon əyilməsi, ressor boyunları konteynerlərin döymə ilə düzəldilməsi, ressor boyunları dəstinin paketlərə taxılması, müxtəlif mift və sıxacların döyməklik hazırlanması, açarların buynuzlarının aralanması və düzəldilməsi və s. icra edir. Bu içlər isə VTISK-nin Dəmirçipresləyici və termik işlər bölməsində mövcud olan əl ilə dəmir döyən peşəsinin işinin xüsusiyyətləri ilə eynidir. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (##.##.2022-ci ilədək olan redaksiyası). Həmin maddənin ##.##.2022-ci il tarixdən (hal-hazırda) qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə kollegiyası tərəfindən müəyyən edildi ki, iddiaçı İddiaçı ##.##.1964-cü il tarixdə doğulmuşdur. Iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı hərbi xidmət və təhsil müddəti də daxil olmaqla 60 yaşının tamam olduğu ##.##.2024-cü il tarixədək 25 ildən artıq ümumi sığorta stajına malikdir (##.##.1979-##.##.1982 (təhsil), ##.##.1982-##.##.1982, ##.##.1982-##.##.1984 (hərbi xidmət), ##.##.1984-##.##.2003, ##.##.2003-##.##.2014, ##.##.2014-hal-hazıradək). ##.##.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. ##.##.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası və iş materiallarında olan digər sənədlərlə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Cavabdeh tərəfindən iddiaçının ümumi sığorta stajı mübahisələndirilməsə də, iş materiallarından görünür ki, iddiaçı pensiya hüququnun yarandığı tarixə 25 ildən artıq ümumi sığorta stajına malikdir. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ##.##.1982-ci ildən ##.##.1982-ci ilədək “Azneft” X5alətlər bazasının * nömrəli sexinin Qobustan sahəsində, ##.##.1984-cü ildən ##.##.1992-ci ilədək “Azneft” X10 Texnoloji-Nəqliyyat Idarəsində işlədiyi elektrik-qaz qaynaqçısı peşəsi, * saylı təmin emalatxanasında ##.##.2009-cu il tarixdən ##.##.2014cü il tarixədək və ##.##.2014-cü il tarixdən hazıradək işlədiyi dəmirçi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuşdur: 11. Metal emalı; 11.2. Dəmirçi-presləmə istehsalatı; a) fəhlələr: əllə döymədə dəmirçilər. ##.##.1984-cü ildən ##.##.1992-ci ilədək olan dövrün güzəştli staja daxil edilməsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Lakin digər dövrlər isə cavabdeh tərəfindən xüsusi staj kimi qəbul edilməsə də, həmin dövrlərdə iddiaçının çalışdığı dəmirçi peşəsinin qeyd olunan siyahıda “əllə döymədə dəmirçilər" peşəsinə uyğunluğu işəgötürən tərəfindən təqdim edilmiş müvafiq arayışlar, peşə təlimatı və aktla öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin dövrlərdə həmin vəzifələrdə işləməsi iş materialları ilə təsdiq edildiyindən və bu vəzifələr yuxarıda göstərilən siyahıda nəzərdə tutulduğundan qeyd olunan dövrlər güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi əxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi, iddiaçı 60 yaşının tamam olduğu ##.##.2024-cü ilədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına malik olduğundan iddiaçının həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Eyni zamanda qeyd olunmalıdır ki, həmin dövrdə qüvvədə olan qanunvericilik normalarında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalının olması tələbi müəyyən edilməmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qeyd olunan Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-4790/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4790/2025
22.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver