Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-48/2022 29.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X9 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi X4, vəkili X3 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 2- 1(82)-66/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” **********134703 saylı, 21.12.2017-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 17.03.2017-ci il tarixli **********086819 saylı qərarına əsasən "xxxx" MMC-də 2014-2016-cı illəri əhatə edən növbəti səyyar vergi yoxlaması aparılmış, 03.04.2017-ci il tarixdən başlayan yoxlama 10.10.2017-ci il tarixli **********088380 nömrəli səyyar vergi yoxlaması aktı ilə başa çatmışdır. Səyyar vergi yoxlamasının nəticələri haqqında həmin akt əsasnda vergi orqanı tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********128051 nömrəli 22 noyabr 2017-ci il tarixli qərarı ilə "xxxx" MMC-yə 656847,72 manat məbləğində əlavə vergi hesablanmış, 328463.87 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd edilən qərar "xxxx" MMC-yə təqdim edilməmiş, lakin **********765700 nömrəli tələbnamə ilə MMC-dən cəmi 985311,59 manat pulun ödənilməsi tələb olunmuşdur. "xxxx" MMC həmin qərarın ləğv edilməsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, cavabdeh inzibati orqanın nümayəndəsi məhkəməyə vəsatət təqdim edərək **********129270 saylı, 28 noyabr 2017-ci il tarixli qərarla 22 noyabr 2017-ci il tarixli **********128051 saylı qərarın ləğv edildiyini bildirmiş və bu əsasla iddia mümkün hesab edilməmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” **********134703 saylı, 21.12.2017-ci il tarixli qərarla "xxxx" MMC-yə 656847,72 manat məbləğİndə əlavə vergi, 10333.58 manat maliyyə sanksiyası hesablanmışdır. Həmin qərarda 15.12.2017-ci il tarixli, **********133764 nömrəli qərara düzəlişin edildiyi qeyd edilsə də, düzəliş edilən qərarın mövcudluğunu müəyyən etmək mümkün olmamışdır. İddiaçı hesab edir ki, qeyd olunan qərar ləğv edilməlidir. Belə ki, əlavə hesablanan 642857,37 manat guya ƏDV məbləğinin azaldılmasına görə hesablanmışdır. Halbuki, 2014-2016-cı illərdə "xxxx" MMC hər hansı mənzil satışı ilə məşğul olmamışdır. Bunu təsdiq edən alqı-satqı müqavilələri iddia ərizəsinə əlavə edilmişdir. İddiaçı müəssisəyə hesablanan 13990,35 manat əmlak vergisi ilə razılaşmır və hesab edir ki, "xxxx" MMC yoxlamanın əhatə etdiyi dövrdə əmlak vergisini düzgün hesablayaraq ödəmişdir. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Departamentinin iddiaya dair etirazında göstərilmişdir ki, Departamentin “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında **********086819 saylı, 17.03.2017-ci il tarixli qərarı ilə vergi ödəyicisinin fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbəti səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın nəticəsi 20.10.2017-ci il tarixli, **********088380 nömrəli aktla rəsmiləşdirilmişdir. Yoxlama nəticəsində vergi ödəyicisi tərəfindən əlavə dəyər vergisinin 2014-cü il üzrə 636340,78 manat, 2015-ci il üzrə 6058,99 manat, 2016-cı il üzrə 457,60 manat, əmlak vergisi 2014-cü il üzrə 0,21 manat, 2015-ci il üzrə 4774,94 manat, 2016-cı il üzrə 9215,20 manat olmaqla ümumi 656847,72 manat vergilərin azaldılması aşkar edilmişdir. Departamentin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 22.11.2017-ci il tarixli **********128051 nömrəli qərarı ilə vergi ödəyicisinə 656847,72 manat vergi borcu, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 328463,87 manat maliyyə sanksiyası tətbiq edilmiş və vergi ödəyicisinə büdcəyə ödənilməli olan 985311,59 manat vəsaitin 5 gün müddətində ödənilməsinə dair tələbnamə təqdim edilmişdir. Daha sonra Departamentin 21.12.2017-ci il tarixli **********134703 saylı qərarı ilə maliyyə sanksiyası üzrə borc 318090,29 manat azaldılmışdır. Tələbnamə ilə yoxlama predmetinə aid olan sənədləri 15 gün müddətində, yəni 18.04.2017-ci il tarixədək vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxsinə və ya vergi orqanının AZ 1007, ünvan 1 ünvanında təqdim edilməsi tələb edilmişdir. Müəssisə tərəfindən Bakı şəhər Xətai rayonu İcra Hakimiyyətinin sərəncamı, mədaxil kassa orderləri, binanın təməl qoyması barədə Azərbaycan Respublikası “Keyfiyyət» şirkətinin məktubu, 01.01.2014-cü il tarixdən 01.01.2017-cı il tarixədək olan dövr üzrə görülmüş işlərin və ya xidmətlərin həcmi (forma- 2), təhvil-təslim aktlan, ödəniş sənədləri, bankkassa sənədləri, NKA dövrü hesabatlan təqdim olunmuşdur. Müəssisə tərəfindən yaşayış binasının tikintisinə dair sənədlər (satış müqavilələri və tikintiyə aid material sənədləri) təqdim olunmamışdır. Yoxlama zamanı Vergi Məcəlləsinin 23-cü və 41-ci maddələrini əsas tutaraq “Səyyar vergi yoxlaması keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habelə və əşyalanın baxışının keçirilməsi haqqında” 03.04.2017-ci il tarixli **********088390 saylı qərar çıxarılmış və “Səyyar vergi yoxlaması keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habelə və əşyalanın baxışının keçirilməsi haqqında” 05.04.2017-ci il tarixli **********104591 saylı protokol tərtib olunmuşdur. Baxış vergi ödəyicisinin ünvan 3 ünvanda inşa olunmuş yaşayış binasına (ərazisinə) keçirilmiş və baxış zamanı 1 ədəd 2 girişli 7 mərtəbəli, 70 mənzilli yaşayış binası inşa olunduğu müəyyən olunmuşdur. Binanın tikintisi tam başa çatmış, su boruları, elektrik naqilləri çəkilmişdir. Binada yaşayış vardır. Səyyar vergi yoxlaması ilə müəyyən edilmişdir ki, Bakı şəhər Xətai rayonu İcra Hakimiyyətinin 30.12.2004-cü il tarixli 323 saylı səramcamına və sərəncama edilmiş dəyişiklik haqqında 01.06.2007-ci il tarixli 244 saylı sərəncamına əsasən müəssisəyə ünvan 3 ünvanda yerləşən 242.0 kv.m. torpaq sahəsi ayrılmışdır. Yoxlama zamanı həmin ünvanda inşa olunmuş 1 ədəd 2 girişli 7 mərtəbəli, 70 mənzilli ümumi sahəsi 9094,40 kv.m yaşayış binasının tikintisi aparılmışdır. Hal-hazırda binada tikinti başa çatdırılmış və yaşayış vardır. Bina istifadəyə tam yararlı vəziyyətdədir. Tikintinin ümumi sahəsi 9094.4 kv.m. (yaşayış sahəsi 5922.0 kv.m, qeyri-yaşayış sahəsi- 0.0, zirzəmi 1094.4 kv.m (o cümlədən yararlı sahə 675.5 kv.m) pilləkən, dəhliz, lift, divaraltı sahəsi 2078.0 kv.m, texniki sahə 0.0 kv.m, mansard-yoxdur) təşkil edir. Satışa yararlı sahə 6597.5 kv.m (o cümlədən yaşayış sahəsi 5922.0 kv.m, zirzəmi 675.5 kv.m) təşkil edir. Əvvəlki yoxlama ilə 9094,40 kv.metr sahə yalnız mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə əhatə olunmuşdur. Mənzillərin hamısı satılmış və ekspert rəyinə əsasən mənzillərin sahəsi 5922,0 kv.m olmuşdur. Səyyar vergi yoxlaması müəssisə tərəfindən təqdim olunmuş sənədlər, bank idarələrindən bildiriş əsasında alınmış məlumatlar, mütəxəssis, ekspert rəyləri vergi ödəyicisində aparılmış xronometraj metodu ilə aparılan müşahidənin nəticələrinə və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər əsasında aparılmışdır. Yoxlanılan dövrdə müəssisənin ümumi gəliri 3653255,8 manat (ƏDV-siz) olmuşdur, o cümlədən mənzillərin satışından (bazar qiyməti tətbiq etməklə) 3513050,85 manat, "xxxx" klinikasınnın tibbi xidmətindən 119567,43 manat (ƏDV-siz) və “Qismət Körpələr evi” körpələr evinin icarə haqqında (bazar qiyməti tətbiq edilməklə) 20637,52 manat (ƏDV-siz) olmuşdur. Yoxlama ilə vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələri yoxlanılmış və yoxlanılan dövrdə 642857,37 manat ƏDV azaldılması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 23.1.14-cü maddəsi ilə müəyyən edilmiş qaydada ekspertlərin də cəlb edilməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən səyyar vergi yoxlaması keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən ekspert dəvət oluna bilər. Departament tərəfindən ekspertin təyin olunması haqqında 04.04.2017-ci il tarixli **********088767 saylı qərar çıxarılmışdır. Müəssisə tərəfindən satış müqavilələri təqdim edilməməsi səbəbindən ekspertin dəvət edilməsinə zərurət yaranmışdır. Yoxlama zamanı Vergi Məcəlləsinin 14.6.3.1-ci və 14.6.3.2-ci maddələrində göstərilən qiymətləndirmə üsullarının istifadəsi vergi ödəyicisi tərəfindən sənədlər yoxlamaya təqdim edilmədiyindən ünvan 4 ünvanda yerləşən binanın yaşayış sahəsinin 01.07.2014-cü il tarixdən 01.01.2017-ci il tarixədək olan dövr üçün real bazar qiymətləri bu Məcəllənin 14.6.3.3-cü maddəsinə əsasən müqavilə üzrə cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilmişdir. Təqdim edilmiş 19.05.2017-ci il tarixli ekspert rəyinə əsasən 01.07.2014-cü il tarixdən 01.01.2017-ci il tarixə olan dövr üzrə yaşayış sahəsinin 1 kv.m üçün orta bazar qiyməti ƏDV ilə birlikdə 700,0 manat müəyyən olunmuşdur. Müəssisəyə 19.05.2017-ci il tarixli **********104598 saylı "xxxx" protokol tərtib olunmuşdur. Müəssisə inşa etdiyi binada özünə məxsus "xxxx" klinikası fəaliyyət göstərir. Müəssisə 28.01,2014-cü il tarixli icarə müqailəsinə əsasən "xxxx" MMC-yə (VÖEN **********) 250,0 manata icarəyə vermişdir. Müəssisə 28.01.2014-cü il tarixli icarə müqailəsinə əsasən "xxxx" MMC (VÖEN **********) ünvan 5 ünvanda yerləşən sahənin 35,0 kv.m sahəsini 250,0 manata icarəyə vermişdir. "xxxx" MMC-nin (VÖEN **********) "xxxx" Körpələr evi uşaq bağçası (VÖEN **********) ilə bağlanmış 2014-cü il tarixli müqaviləyə əsasən (dövr: 01.10.2014-01.10.2019) İ.Zülfüqarov 21 ünvanda yerləşən 480 kv.m sahəni hər ay üçün 300,0 manat ödəməklə icarəyə vermişdir. Müqaviləni bağlayan hər iki müəssisənin təsisçisi X8 olmuşdur. Vergi Məcəlləsinin 14.3.2-ci maddəsinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikləri üçün xüsusi biliyə malik olan ekspert dəvət olunaraq icarə haqqına bazar qiyməti ilə hesablanmışdır. Belə ki, yoxlama zamanı Departamentin 15.08.2017-ci il tarixli **********106991 saylı və 04.04.2017-ci il tarixli **********088767 saylı “Ekspertizanın təyin edilməsi haqqında” Qərarlarına əsasən AR Ticarət və Sənaye Palatasının “Azərekspertiza” İB-dən ekspert dəvət olunmuş və 18.08.2017-ci il tarixli ekspert rəyinə əsasən ünvan 4 ünvanda “Qismət körpələr evi” uşaq bağçasına icarəyə verilmiş 480 kv.m sahənin 1 ay üçün icarə haqqı 500,0 manat (ƏDV-si ilə birlikdə) müəyyən edilmişdir. Bununla yanaşı müəssisə ünvan 6 ünvanda yerləşən, sahəsi 35 kv.m olan obyekti Müəssisə 28.01.2014-cü il tarixli icarə müqailəsinə əsasən "xxxx" MMC-yə (VÖEN **********) 250,0 manata icarəyə vermişdir. Yoxlama zamam həmin obyektin real icarə haqqı bazar qiymətlərinə uyğun olduğu üçün ekspert rəyinin alınmasına zərurət yaranmamışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 159.1-ci maddəsinin redaksiyasına əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxal vergitutma obyekti hesab olunur. Yoxlanılan dövrdə müəssisə əmlak vergisinin ödəyicisi olmuşdur. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 16.05.2017-ci il tarixli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov 2942 ünvanda inşa olunan "xxxx" klinikanın binasının tikintisinin 2014-cü ildə tikintisini və təmir işlərini başa çatdırmaqla ümumi dəyərinin 951022,95 manata qiymətləndirilmişdir. Yoxlama zamanı müəssisənin hesabatda göstərilən məbləğin hesabatda göstərilməli olan məbləğə nisbətən 13990,35 manat azaldılması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1. maddəsinə əsasən hesabatda göstərilən məbləğin hesabatda göstərilməli olan məbləğə nisbətən 13990,35 manat azaldılmasına görə müəssisəyə 50 faiz miqdarında, yəni 6995,18 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə olaraq, "xxxx" MMC-də (VÖEN: **********) vergi orqanına təqdim edilmiş bəyannamələrə təhrif olunmuş məlumatlar daxil edilərək, 2014-cü ilin iyun - 2016-cı ilin dekabr ayları üzrə 642857,37 manat əlavə dəyər vergisi, 2014-2016-cı illər üzrə 13990,35 manat əmlak vergisi olmaqla, ümumilikdə, külli miqdar təşkil edən, 656847,72 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktına dair Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin ibtidai Araşdırılması Departamentində Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.6-cı maddəsinə əsasən Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 2-1(82)- 66/2019 saylı qərarı ilə iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” **********134703 saylı, 21.12.2017-ci il tarixli qərarının qismən, 2014- 2016-cı illər üzrə "xxxx" MMC-yə 640157,37 (642857,37 – 2700) manat ƏDV hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 320078,68 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi, qalan hissədə iddianın təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 2- 1(82)-66/2019 saylı qərarının ləğv edilməsi, iddiaçının tələblərinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18.02.2020-ci il tarixli 2- 1(103)-471/2020 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 2-1(82)-66/2019 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh tərəfindən kassasiya şkayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 22.07.2020-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18.02.2020-ci il tarixli, 2-1(103)-471/19 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, kasasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. "xxxx" MMC-yə dair təsis sənədlərindən məlum olur ki, MMC hüquqi şəxs kimi 19.07.2005-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış, MMC-nin qanuni təmsilçisi X8 olmaqla, müəssisənin hüquqi ünvanı ünvan 8Dəniz-Hospital” MMC-yə dair təsis sənədlərindən məlum olur ki, "xxxx" MMC-dən yenidən təşkilin ayrılma formasında "xxxx" MMC yaradılmış, "xxxx" MMC-nin aktivləri və öhdəlikləri bölünmə balansına uyğun olaraq "xxxx" MMC-yə təhvil verilmiş və Cəmiyyətin hüquq və vəzifələri üzrə hüquqi varis hesab edilmişdir. "xxxx" MMC hüquqi şəxs kimi 24.11.2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış, MMC-nin qanuni təmsilçisi X8 olmaqla, müəssisənin hüquqi ünvanı ünvan 9pellyasiya baxışı zamanı iddiaçı "xxxx" MMC əsl iddiaçı "xxxx" MMC ilə əvəz edilmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, iş materiallarından müəyyən olunur ki, iddiaçının vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması nəticələrinə dair iddiaçının vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında cavabdeh tərəfindən ümumilikdə 4 qərar (22 noyabr 2017-ci il tarixli, həmin qərarın ləğv edilməsi haqqında 28 noyabr 2017-ci il tarixli, 15 dekabr 2017-ci il tarixli və həmin qərara düzəlişin edilməsi haqqında 21 dekabr 2017-ci il tarixli qərar) qəbul edilmişdir. Bu arada qeyd edilməlidir ki, 15 dekabr 2017-ci il tarixli qərar iş materiallarında yoxdur və onun mövcud olması cavabdehin 21 dekabr 2017ci il tarixli qərarından görünür. Beləliklə, sözügedən qərarların hamısını vergi orqanının bir qurumu, yəni, cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktorunun birinci müavini baş vergi xidməti müşaviri X5 tərəfindən qəbul edilmişdir ki, bu da, Vergi Məcəlləsinin 49.5-ci maddəsinin tələblərinə ziddir. Lakin apelyasiya instansiyası məhkəməsi Vergi məcəlləsinin 49.5-ci maddəsinin müddəalarını pozaraq bu fakta hüquqi qiymət verməmişdir. Beləliklə, yuxarıda göstərilənlərdən göründüyü kimi, iddiaçıya cavabdeh tərəfindən aparılmış sözügedən vergi yoxlaması ilə əlaqədar tərtib edilmiş məsuliyyətə cəlb edilməsi haqqında sonuncu (sayca dördüncü) qərar 21 dekabr 2017-ci il tarixlidir. Lakin qeyd edilməlidir ki, həmin 21 dekabr 2017-ci il tarixli qərarda cəmi 656847,72 manat verginin azaldılmasına görə 328463,87 manat maliyyə sanksiyasının tətbiq edilməsi barədə ümumiyyətlə heç nə yazılmamış, həmçinin belə maliyyə sanksiyası iddiaçının vergilərə dair şəxsi vərəqəsində öz əksini tapmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, cavabdehin 21 dekabr 2017-ci il tarixli adıçəkilən qərarında “maliyyə sanksiyası” bölümündə 10333,58 manat məbləği göstərilmişdir, lakin bu məbləğin mənbəyi bəlli olmamaqla yanaşı apelyasiya instansiyası məhkəməsi tərəfindən ümumiyyətlə araşdırılmamışdır. Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 17.03.2017-ci il tarixli **********086819 saylı qərarının təsdiq olunmuş surətindən müəyyən olunur ki, həmin qərar əsasında iddiaçı üzrə Vergi Məcəlləsinin 38.2ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə iyul 2014-dekabr 2016-cı il dövrü üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın keçirilməsi Dövlət vergi müfəttişi X2 tapşırılmışdır. Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “eskpertizanın təyin edilməsi haqqında” 04 aprel 2017-ci il tarixli **********088767 saylı qərarının təsdiq olunmuş surətindən müəyyən olunur ki, həmin qərar əsasında satılmış malların, mənzillərin, qeyri-yaşayış sahələrinin və zirzəmilərin orta bazar qiymətinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş, eskpertizanın keçirilməsi üçün “Azərekspertiza” Birliyinin eksperti M.S.Salayev ekspert kimi dəvət edilmişdir. “Azərekspertiza” Birliyi-nin eksperti M.S.Salayev tərəfindən 19 may 2017-ci il tarixdə tərtib edilmiş ekspert rəyinin surətindən görünür ki, iddiaçı tərəfindən ünvan 10 ünvanda inşa edilmiş yaşayış binasının 01.06.2013-cü ildən 31.12.2016-cı ilədək olan dövr üzrə 1 kv.m üçün orta bazar qiyməti 700 manat, 18.08.2017-ci l tarixli ekspert rəyi ilə iddiaçıya məxsus ünvan 11 ünvanda inşa edilmiş yaşayış binasının 01.07.2014-cü ildən 01.01.2017-ci ilədək olan dövr üzrə 1 kv.m üçün orta bazar qiyməti 500 manat müəyyən edilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 20 oktyabr 2017-ci il tarixli **********088380 saylı “Səyyar vergi yoxlaması” aktının təsdiq olunmuş surətindən müəyyən olunur ki, qeyd olunan akt əsasında "xxxx" MMC tərəfindən 2014-cü il üzrə əlavə dəyər vergisinin 636340,78 manat azaldılması, buna uyğun olaraq 2014-cü il üzrə 318170,39 manat maliyyə sanksiyası; 2015-ci il üzrə əlavə dəyər vergisinin 6058,99 manat azaldılması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə uyğun olaraq 2015-ci il üzrə 3029,50 manat maliyyə sanksiyası; 2016-cı il üzrə əlavə dəyər vergisinin 457,60 manat azaldılması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə uyğun olaraq 2016-cı il üzrə 228,80 manat maliyyə sanksiyası; 2014-cü il üzrə əmlak vergisinin 0,21 manat azaldılması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə uyğun olaraq 2014-cü il üzrə 0,11 manat maliyyə sanksiyası; 2015-ci il üzrə əmlak vergisinin 4774,94 manat azaldılması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə uyğun olaraq 2015-ci il üzrə 2387,47 manat maliyyə sanksiyası; 2016cı il üzrə əmlak vergisinin 9215,20 manat azaldılması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə uyğun olaraq 2016-cı il üzrə 4607,60 manat maliyyə sanksiyası olmaqla, cəmi 656847,72 manat verginin azaldılmasına görə 328463,87 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” **********134703 saylı, 21.12.2017-ci il tarixli qərarından müəyyən olunur ki, həmin qərar əsasında "xxxx" MMC tərəfindən 2014-cü il üzrə əlavə dəyər vergisinin 636340,78 manat azaldılması, buna uyğun olaraq 2014-cü il üzrə 80,10 manat maliyyə sanksiyası; 2015-ci il üzrə əlavə dəyər vergisinin 6058,99 manat azaldılması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə uyğun olaraq 2015-ci il üzrə 3029,50 manat maliyyə sanksiyası; 2016-cı il üzrə əlavə dəyər vergisinin 457,60 manat azaldılması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə uyğun olaraq 2016-cı il üzrə 228,80 manat maliyyə sanksiyası; 2014-cü il üzrə əmlak vergisinin 0,21 manat azaldılması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə uyğun olaraq 2014-cü il üzrə 0,11 manat maliyyə sanksiyası; 2015-ci il üzrə əmlak vergisinin 4774,94 manat azaldılması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə uyğun olaraq 2015-ci il üzrə 2387,47 manat maliyyə sanksiyası; 2016-cı il üzrə əmlak vergisinin 9215,20 manat azaldılması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə uyğun olaraq 2016-cı il üzrə 4607,60 manat maliyyə sanksiyası olmaqla, cəmi 656847,72 manat verginin azaldılmasına görə 10333,58 manat maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmışdır. Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********115100 nömrəli tələbnamədən müəyyən olunur ki, iddiaçıdan büdcəyə ödənilməli olan 667261,40 manat vəsaiti 5 gün müddətində Milli Gəlirlər Departamentinin AZ17CTRE******************** nömrəli hesablaşma hesabına ödəməsi tələb olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmetinə obyektiv baxılmasını təmin etmək məqsədilə Məhkəmənin 31.10.2018-ci il tarixli 2-1(82)-1186/2018 saylı qərardadı ilə iş üzrə kompleks məhkəmə-əmtəəşünaslıq və mühasibatlıq ekspertizasının təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 06.05.2019-cu il tarixli 32908 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə əlavə olaraq hesablanmış 13990,35 manat məbləğində əmlak vergisinin və ƏDV-nin 2700,0 manatının düzgünlüyü müəyyən olunur. Yəni səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 13990,35 manat məbləğində əmlak vergisinin və 2700,0 manat məbləğində ƏDV-nin dövlət büdcəsinə az hesablanması müəyyən olunur. o cümlədən: 2014-0,21 manat, 2015-4774,94 manat, 2016-9215,20 manat, ƏDV 2014- 2016-cı illər üzrə -2700 manat. Qeyd olunan rəy ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Departamentinin tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsi tərəfindən "xxxx" MMC-nin fəaliyyətinə dair 01.06.2014-cü il tarixdən 01.01.2017-ci il tarixədək olan dövr üzrə vergi qanunvericiliyinə əməl edilməsinin vəziyyəti yoxlanılmış və nəticələr haqqında 20.10.2017-ci il tarixli akt tərtib olunmuşdur. Aparılan səyyar vergi yoxlaması nəticəsində fərdi sahibkar tərəfindən yoxlamanın əhatə etdiyi dövrdə aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 642857,37 manat məbləğində ƏDVnin, 13990,35 manat məbləğində əmlak vergisinin az hesablanması faktı aşkar olunmuşdur. Həmin səyyar vergi yoxlaması aktında az hesablanmış vergilərin səbəbi aşağıdakı kimi göstərilmişdir: Yoxlanılan dövrdə müəssisənin ümumi gəliri 3653255,80 manat (ƏDVsiz) olmuşdur o cümlədən mənzillərin satışından (bazar qiyməti tətbiq etməklə) 3513050,85 manat, "xxxx" klinikasının tibbi xidmətindən 119567,43 manat (ƏDV-siz) və “Qismət Körpələr evi” körpələr evinin icarə haqqında (bazar qiyməti tətbiq edilməklə) 20637,52 manat (ƏDV-siz) olmuşdur. Yoxlama ilə vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələri yoxlanıldı və yoxlanılan dövrdə 642857,37 manat ƏDV azaldılması müəyyən edildi. Əlavə vergilərin hesablanmasına əsas ekspert tərəfindən verilmiş rəylərə və vergi ödəyicisində aparılan xronometraj metodu ilə aparılan müşahidənin nəticələrinə əsasən hesablanmışdır. Belə ki, yoxlama zamanı Departamentin 15.08.2017-ci il tarixli **********106991 saylı və 04.04.2017-ci il tarixli **********088767 saylı “Ekspertizanın təyin edilməsi haqqında” qərarlarına əsasən AR Ticarət və Sənaye Palatasının “Azərekspertiza” İB-dən ekspert dəvət olunmuş və ekspertin qarşısına qoyulan suallarla əlaqədar müvafiq ekspert rəyləri verilmişdir. Sənaye Palatasının “Azərekspertiza” İB-dən ekspert dəvət olunmuş və ekspertin qarşısına qoyulan suallarla əlaqədar müvafiq ekspert rəyləri verilmişdir. Ekspert tərəfindən ünvan 12 ünvanda yerləşən binanın 01.07.2014-cü il tarixdən 01.01,2017-ci il tarixədək olan dövr üzrə yaşayış sahəsinin 1 (bir) kv.m-nin bazar qiyməti 700 (yeddi yüz) manat (ədv ilə) müəyyən edilmişdir. Eyni zamanda ünvan 13 ünvanda yerləşən və sahəsi 480m2 olan obyekti yoxlanılan dövr üzrə 1m2 üçün icarə haqqı bir ay üçün 500 (beş yüz) manat təşkil etmişdir. Bununla yanaşı müəssisə ünvan 14 ünvanda yerləşən və sahəsi 35 kv.m olan obyekti müəssisə 28.01.2014-cü il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC-yə (VÖEN: **********) 250,0 manata icarəyə vermişdir. Yoxlama zamanı həmin obyektin real icarə haqqı bazar qiymətlərinə uyğun olduğu üçün ekspert rəyinin alınmasına zərurət yaranmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 159.1-ci maddəsinin redaksiyasına əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxal vergi tutma obyekti hesab olunur. Bildirilir ki, təqdim edilmiş iş materiallarında olan müqavilələrdən (mənzillərin satışı ilə bağlı) və vəsatətə cavab olaraq təqdim olunmuş müqavilələrdən (mənzillərin satışı ilə bağlı), maliyyə arayışından göründüyü kimi, 20.10.2017-ci il tarixli səyyar vergi yoxlaması aktının əhatə etdiyi yoxlama dövrünün başlanğıcına qədər (yəni 01.06.2014-cü ilə qədər) vergilərin hesablanmasına əsas olmuş mənzillər müəssisə tərəfindən satılmışdır. Həmçinin səyyar vergi yoxlaması zamanı alınmış və vergilərin hesablanmasına əsas olan AR Ticarət və Sənaye Palatasının “Azərekspertiza” İB-nin 19.09.2017-ci il tarixli ekspert rəyində 9 mənzilin satılması ilə bağlı müqavilələrə istinad olunması göstərilsə də yoxlama aktında (bax səyyar vergi yoxlaması aktının 5-ci səhifəsinə) mənzil satışına dair müqavilələrinin təqdim edilməməsi göstərilmiş və bütün mənzillərə bazar qiyməti tətbiq olunmaqla satış dövriyyəsi çıxarılmışdır. Bundan başqa yuxarıda göstərilənlərə əsasən mənzillərin satışı 20.10.2017-ci il tarixli səyyar vergi yoxlaması aktının əhatə etdiyi yoxlama dövrünün başlanğıcına qədər olsa da həmin səyyar vergi yoxlaması aktında ünvan 12 ünvanda yerləşən binanın 01.07.2014-cü il tarixdən 01.01,2017-ci il tarixədək olan dövr üzrə yaşayış sahəsinin 1 (bir) kv.m-nin bazar qiyməti müəyyən olunmuşdur. Həmçinin hazırkı səyyar vergi yoxlaması aktından əvvəlki 01.07.2011-ci il tarxidən 01.07.2014-cü il tarixədək olan dövrü əhatə edən 17.06.2016-cı il tarixli səyyar vergi yoxlaması aktında (bax 5-ci səhifəsinə) həmin ünvanda 2 bloklu 7 mərtəbəli binanın dəmir beton işlərinin başa çatdırılması, divarların hörülməsi, PVC pəncərənin quraşdırılması, lakin yaşayışın olmaması göstərilsə də sonuncu (20.10.2017-ci il tarixli) səyyar vergi yoxlaması aktında mənzil satışına bazar qiyməti tətbiq edilməklə az hesablanmış 634268,76 manat ƏDV məbləği 01.07.2014-cü il tarixə hesablanmışdır.Yəni əvvəlki yoxlama ilə 01.07.2014-cü ilədək mənzil satışının olmaması qeyd olunsa da hazırkı yoxlama ilə bütün mənzil satışına bazar qiyməti tətbiq edilməklə az hesablanmış ƏDV məbləği hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı isə bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması qaydalarında göstərilən hallar (bax Vergi Məcəlləsinin 14.3 maddəsinə) nəzərə alınmadan (icarə haqqı ilə bağlı müqavilənin qarşılıqlı surətdə asılı olan şəxslər arasında bağlandığı hallar istisna olmaqla) mənzillərə bazar qiyməti tətbiq edilərək satış dövriyyəsi müəyyən edilməklə və əvəzləşdirilmə aparılıb-aparılmaması müəyyən olunmamaqla (bax vergi Məcəlləsinin 153.1, 159 və 175-ci maddəsinə) ƏDV məbləği hesablanmışdır. Həmçinin səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 166-cı maddəsinin tələbləri nəzərə alınmadan əlavə olaraq ƏDV məbləği hesablanmışdır (səyyar vergi yoxlaması zamanı alınmış və vergilərin hesablanmasına əsas olan AR Ticarət və Sənaye Palatasının “Azərekspertiza”İB-nin 19.09.2017-ci il tarixli ekspert rəyində 9 mənzilin satılması ilə bağlı müqavilələrə istinad olunması göstərilsə də yoxlama aktında mənzil satışına dair müqavilələrinin dövriyyəsi çıxarıldığından və əvvəlki yoxlama ilə 01 07.2014cü il tarixədək mənzil satışının olmaması qeyd olunsa da hazırkı yoxlama ilə bütün mənzillərin satışına bazar qiyməti tətbiq edilməklə az hesablanmış ƏDV məbləği 01.07.2014-cü il tarixə hesablandığından, bundan başqa səyyar vegi yoxlaması aktında və AR Ticarət və Sənaye Palatasının “Azərekspertiza” İB-nin 18.08.2017-ci il tarixli ekspert rəyində icarə haqqının 01.07.2014-cü il tarixdən 01.01.2017-ci il tarixədək olan dövrdə 500,0 manat olması göstərilsə də yoxlama ilə icarə haqqına görə 20637,52 (ƏDV-siz) manat məbləğində dövriyyə müəyyən olunmuş və bu dövriyyə ƏDV-yə cəlb olunmuşdur. Halbuki, həmin dövriyyə 15000,0 (500,0 x 30 (01.07.2014-cü il tarixdən 01.01.2017-ci il tarixədək olan dövr)) manat məbləğində olmalı idi. Göstərilənlərdən əlavə qeyd edilir ki, sonuncu (yəni 20.10.2017-ci il tarixli akt) səyyar vergi yoxlamasının başlanğıc tarixinə qədər Azərbaycan Respublikası Vergi Məcəlləsinin 159., 218., 219., 220. və 221-ci və s. maddələrinə dəyişiklik edilmişdir. Lakin yoxlama ilə həmin dəyişiklik nəzərə alınmadan vergilər hesablanmışdır. Bütün yuxarıda göstərilənlərə nəzərə alınmaqla (yəni vergilərin hesablanmasına dair Vergi Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin düzgün tətbiq olunmaması, müqavilələrə əsasən 20.10.2017-ci il tarixli səyyar vergi yoxlaması aktının əhatə etdiyi yoxlama dövrünün başlanğıcına qədər (yəni 01.06.2014-cü ilə qədər) vergilərin hesablanmasına əsas olmuş mənzillərin müəssisə tərəfindən satılması, səyyar vergi yoxlaması zamanı alınmış və vergilərin hesablanmasına əsas olan AR Ticarət və Sənaye Palatasının “Azərekspertiza” İB-nin 19.09.2017-ci il tarixli ekspert rəyində 9 mənzilin satılması ilə bağlı müqavilələrə istinad olunması göstərilsə də, yoxlama aktında (bax səyyar vergi yoxlaması aktının 5-ci səhifəsinə) mənzil satışına dair müqavilələrinin təqdim edilməməsinin göstərilməsi və bütün mənzillərə bazar qiyməti tətbiq olunmaqla satış dövriyyəsinin çıxarılması, əvvəlki yoxlama ilə 01.07.2014-cü il tarixədək mənzil satışının olmaması qeyd olunsa da hazırkı yoxlama ilə bütün mənzillərin satışına bazar qiyməti tətbiq edilməklə az hesablanmış ƏDV məbləğinin 01.07.2014-cü il tarixə hesablanması, səyyar vegi yoxlaması aktında mənzillərin satışı dövriyyəsi müəyyən olunaraq hesablanmış ƏDV məbləği müəyyən edilərkən əvəzləşdirilən vergi məbləğinin nəzərə alınmaması və icarə haqqının 20637,52 manat məbləğində deyil 15000,0 (500,0 x 30 (01.07.2014-cü il tarixdən 01.01.2017-ci il tarixədək olan dövr)) manat məbləğində olması və .s) iş materiallarına və Vergi Məcəlləsinin tələblərinə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə hesablanmış ƏDV-nin (15000,00 manat icarə haqqından tutulmalı olan 2700,0 (15000,0x18%) manat məbləğində ƏDV istisna olmaqla) düzgünlüyü müəyyən olunmur.Yəni tədqiqatla yalnız AR Ticarət və Sənaye Palatasının “Azərekspertiza” İB-nin 18.08.2017-ci il tarixli ekspert rəyində göstərilən icarə haqqı nəzərə alındığı təqdirdə 2700,0 (15000,0x18%) manat məbləğində ƏDV az hesablanması müəyyən olunur. Səyyar vergi yoxlaması aktında az hesablanmaya səbəb AR Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 16.05.2017-ci il tarixli mütəxəssis rəyinə əsasən "xxxx" klinikanın ümumi dəyərinin 951022,95 manata qiymətləndirilməsi göstərilmişdir. Yoxlama zamanı müəssisənin hesabatda göstərilən məbləğin hesabatda göstərilməli olan məbləğə nisbətən 13990,35 manat azaldılması müəyyən olunmuşdur. Hazırkı ekspertiza ilə AR Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 16.05.2017-ci il tarixli mütəxəssis rəyinə əsasən müəyyən olunmuş "xxxx" klinikanın ümumi dəyərinin 951022,95 manat olması nəzərə alındıqda səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən 13990,35 manat məbləğində əmlak vergisinin dövlət büdcəsinə az hesablanması müəyyən olunur. Beləliklə bütün yuxarıda göstərilənlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə əlavə olaraq hesablanmış ƏDV-nin düzgünlüyü müəyyən olunmamaqla, 13990,35 manat məbləğində əlavə olaraq hesablanmış əmlak vergisinin düzgünlüyü müəyyən olunur. Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinə görə eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işlərə, xidmətlərə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. Cavabdeh tərəfindən qanunun bu normasının da dispozisiya şərtlərinə əməl olunmamış, üstəlik rəy verilməsi üçün ekspert deyil, mütəxəssis cəlb olunmuş, nəticədə qiymətləndiricinin əsaslandırılmayan məlumatı təqdim edilmişdir ki, bu sənəd də özlüyündə mötəbər sübut əhəmiyyətinə malik deyil. Vergi Məcəlləsinin 14.6.6-cı maddəsinə əsasən vergi ödəyicilərinin təqdim olunan mallara (işlərə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi bu Məcəlləyə əsasən müəyyənləşdirilən bazar qiymətlərindən 30 faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında, yuxarı olduqda isə faktiki təqdim olunma qiymətləri ilə hesablanır. Lakin vergi ödəyicilərinin tətbiq etdikləri qiymətlərin səviyyəsinin bu Məcəlləyə əsasən müəyyənləşdirilən bazar qiymətlərindən 30 faizdən çox aşağı olması cavabdeh tərəfindən sübuta yetirilmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “…Hər bir halda, Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsi hər hansı müdaxilənin qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmasını da tələb edir. Müvafiq olaraq hüqüq və azadlıqlara istənilən müdaxilə cəmiyyətin ümumi maraqları ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Tələb edilən ədalətli tarazlığa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır. (İwaszkiewicz Polşaya qarşı, po.30614/06, 26 iyul 2011-ci il, par. 44). Buna əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vergi orqanı tərəfindən bazar qiymətinin tətbiqinin qanuni olması üçün bu inzibati hərəkətin vergi qanunvericiliyinin yuxarıda göstərilmiş tələblərinə riayət etməklə qəbul edilməsi, o, cümlədən əmlakın xüsusiyyətlərinə uyğun gələn müqayisə elementləri izah edilməklə tətbiq edilən bazar qiymətinin Vergi Məcəlləsinin 49.2-ci maddəsinin və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin müddəaları nəzərə alınmaqla əsaslandırılması tələb edilir.” Halbuki, Vergi Məcəlləsinin 3-cü maddəsinə əsasən heç kəsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzıfəsi qoyula bilməz (maddə 3.8), vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmışdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli oldu-ğunu dəqiq bilsin (maddə 3.9), vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir (maddə 3.11). Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlamaları ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulması şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi Məcəlləsinin 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir Birinci instansiya qeyd etmişdir ki, vergi orqanında bəhs edilən alqı-satqı müqavilələrində nəzərdə tutulan daşınmaz əmlakların məbləği barədə şübhə olduğu halda, bu barədə həmin müqavilə tərəflərinin izahatları alınmamış, onların bu məsələ üzrə mövqeləri öyrənilməmiş, onların öz dəlillərini irəli sürməsinə və həmin dəlilləri təsdiq edən sübutlar təqdim etməsinə şərait yaradılmamış, bununla da vergi orqanı tərəfindən vergi qanunvericiliyinin və “İnzibati icraat haqqında” Qanunun tələbləri kobud surətdə pozulmuşdur. Bəhs edilən akt vergi qanunvericiliyinin və inzibati icraat haqqında qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmiş, aktda göstərilən məlumatların əksəriyyəti həqiqəti əks etdirməmiş, həmin aktın əsasını obyektivliyinə, tamlığına və düzgünlüyünə görə heç kəsdə şübhə doğurmayan məlumatlar və həmin məlumatları əks etdirən mötəbər vergi sənədləri deyil, mötəbərliyi əsaslı və ciddi şübhə doğuran “Azərekspertiza” Birliyinin rəyi təşkil etmişdir. Bundan əlavə, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2000-ci il tarixli, 252 nömrəli Fərmanında “Azərekspertiza” Birliyinin adı çəkilməmiş, müvafiq icra hakimiyyəti orqanları sırasında “Azərekspertiza” Birliyindən bəhs edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı mütəxəssis və ya ekspert rəyi vermək səlahiyyəti olmadığından, həmin qurumun qeyd edilən məsələlərlə bağlı verdiyi istənilən rəy mötəbər sübut kimi qəbul edilə bilməz. Digər tərəfdən, yoxlama aktından göründüyü kimi, bəhs edilən daşınmaz əmlakın 1 kv.m satış qiyməti faktiki olaraq mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir, halbuki yoxlama aktının 1.9.4-cü bəndində ekspertizanın aparılmasından və ekspertiza qurumu kimi “Azərekspertiza” Birliyindən bəhs edilmiş, həmin aktın 1.9.5-ci bəndində isə həmin orqandan mütəxəsis dəvət edildiyi qeyd edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” **********134703 saylı, 21.12.2017-ci il tarixli qərarını qismən, 2014-2016-cı illər üzrə "xxxx" MMC-yə 640157,37 (642857,37 – 2700) manat ƏDV hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 320078,68 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən qərarı qismən-ƏDV məbləğinin hesablanması və maliyyə sansiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi barədə düzgün nəticəyə gəlsə də, qərarla tətbiq olunmuş maliyyə sanksiyasının məbləğinin müəyyən edilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan tərəfindən **********134703 saylı, 21.12.2017-ci il tarixli qərarla düzəliş edilmiş 15 dekabr 2017-ci il tarixli qərar məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********133764 saylı, 15.12.2017-ci il tarixli qərarından müəyyən olunur ki, Səyyar vergi yoxlamasının nəticələri haqqında 20 oktyabr 2017-ci il tarixli **********088380 saylı akt əsasında "xxxx" MMC tərəfindən 2014-cü il üzrə əlavə dəyər vergisinin 636340,78 manat azaldılması, buna uyğun olaraq 2014-cü il üzrə 80,10 manat maliyyə sanksiyası; 2015-ci il üzrə əlavə dəyər vergisinin 6058,99 manat azaldılması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə uyğun olaraq 2015-ci il üzrə 3029,50 manat maliyyə sanksiyası; 2016-cı il üzrə əlavə dəyər vergisinin 457,60 manat azaldılması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə uyğun olaraq 2016-cı il üzrə 228,80 manat maliyyə sanksiyası; 2014-cü il üzrə əmlak vergisinin 0,21 manat azaldılması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə uyğun olaraq 2014-cü il üzrə 0,11 manat maliyyə sanksiyası; 2015-ci il üzrə əmlak vergisinin 4774,94 manat azaldılması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə uyğun olaraq 2015-ci il üzrə 2387,47 manat maliyyə sanksiyası; 2016-cı il üzrə əmlak vergisinin 9215,20 manat azaldılması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə uyğun olaraq 2016-cı il üzrə 4607,60 manat maliyyə sanksiyası olmaqla, cəmi 656847,72 manat verginin azaldılmasına görə 10333,58 manat maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmışdır. Yeni apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2021-ci il qərardadı ilə hazırkı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, AR Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin məhkəməyə təqdim olunmuş 13 yanvar 2022-ci il tarixli 9/9130 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərdən (30.09.2021-ci il tarixli məhkəmə iclasında təqdim edilmiş ödəniş qəbzləri, şəxsi hesab vərəqəsi və s.) göründüyü kimi “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” **********134703 saylı, 21 dekabr 2017-ci il tarixli qərara əsasən hesablanmış məbləğlərdən 574410,44 manat məbləği həmin qərarda göstərilən borc məbləğinə yönəldilmişdir. Yəni iş materiallarında olan sənədlərə (30.09.2021-ci il tarixli məhkəmə iclasında təqdim edilmiş ödəniş qəbzləri, şəxsi hesab vərəqəsi və s.) əsasən **********134703 saylı, 21 dekabr 2017-ci il tarixli qərarda göstərilən dövrlərə dair ödənilməmiş vergi borcu 92770,86 manat (82437,28 manat (656847,22-574410,44) vergi borcu və 10333,58 manat maliyyə sanksiyası) məbləğində olmuşdur. Qeyd edilir ki, **********134703 saylı, 21 dekabr 2017-ci il tarixli qərarda göstərilənlər 20.10.2017-ci il tarixli səyyar vergi yoxlaması aktında göstərilənlərlə əlaqədardır. Eyni zamanda qeyd edilir ki, iş üzrə 06.05.2019-cu il tarixli, 32908 saylı rəy verilmişdir. Həmin rəydə yoxlama ilə əlavə olaraq hesablanmış vergilərdən 13990,35 manat məbləğində əmlak vergisinin və 2700,0 manat məbləğində ƏDV-nin düzgünlüyü müəyyən olunmuşdur. Hazırkı tədqiqatla da səyyar yoxlamasının əhatə etdiyi dövr ərzində "xxxx" MMC-yə yoxlama ilə əlavə olaraq hesablanmış vergilərdən 13990,35 manat məbləğində əmlak vergisinin və 2700,0 manat məbləğində ƏDV-nin düzgünlüyü müəyyən olunur. Yəni, hazırkı tədqiqatla əlavə hesablanmış vergilərlə bağlı 06.05.2019-cu il tarixli, 32908 saylı rəydə göstərilənlərdən fərqlilik müəyyən edilmədi. Yəni, 20.10.2017-ci il tarixli, **********088380 saylı səyyar vergi yoxlamasının nəticələrinə əsasən tərtib olunmuş sonuncu 21.12.2017-ci il tarixli **********134703 saylı qərarda öz əksini tapmış vergilərin məbləği hazırki tədqiqatla müəyyən olunmadı. Belə ki, göstərildiyi kimi hazırki tədqiqatla 20.10.2017-ci il tarixli, **********088380 saylı səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində 21.12.2017-ci il tarixli **********134703 saylı qərarla müəyyən olunmuş vergilərdən 13990,35 manat məbləğində əmlak vergisinin və 2700,0 manat məbləğində ƏDV-nin düzgünlüyü müəyyən olundu. Həmçinin qeyd edilir ki, müəssisənin fəaliyyəti üzrə tərtib olunmuş səyyar vergi yoxlaması aktının tərtib olunma tarixi 20 oktyabr 2017-ci il, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın tarixi 22.11.2017-ci il (həmin qərara sonradan düzəliş edilmiş və bu düzəlişlərlə bağlı qərarlar çıxarılmışdır ki sonuncu düzəlişin edilməsi ilə bağlı qərarın tarixi 21.12.2017-ci il olmuşdur), yoxlama ilə əhatə olunan dövr isə 01.06.2014-cü il tarixdən 01.01.2017-ci il tarixədək olmuşdur. Yuxarıda göstərilənlər nəzərə alınmaqla 20.10.2017-ci il tarixli **********088380 saylı aktın Vergi Məcəlləsinin tələblərinə əsasən müddət baxımından düzgün keçirilməməsi (yoxlama dövrü 3 illik müddətdən artıq olmuşdur) müəyyən olunur. Yəni müəəsisənin fəaliyyəti üzrə tərtib olunmuş səyyar vergi yoxlaması aktının tərtib olunma tarixi 20 oktyabr 2017-ci il, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın tarixi 22.11.2017-ci il (həmin qərara sonradan düzəliş edilmiş və bu düzəlişlərlə bağlı qərarlar çıxarılmışdır ki, sonuncu düzəlişin edilməsi ilə bağlı qərarın tarixi 21.12.2017-ci il olmuşdur) olmasına baxmayaraq yoxlama ilə əhatə olunan dövr 01.06.2014-cü il tarixdən 01.01.2017-ci il tarixədək olduğundan yuxarıda göstərilən Vergi Məcəlləsinin maddələrinin tələbləri gözlənilməmişdir. Göstərilənlərə əsasən qeyd edilir ki, yoxlama ilə 2014-cü ilin iyun-iyul ayları və digər ayları üzrə, yəni vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın tarixindən geriyə üç illik dövr üzrə hesablanma aparıla bilməzdi. Bundan başqa qeyd edilir ki, iş materiallarında olan müəssisənin şəxsi hesab vərəqəsindən göründüyü kimi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin səyyar vergi yoxlaması məlumatlarının işlənməsinin başlanğıc tarixinə, yəni 14.12.2017-ci il tarixinə 563410,44 manat artıq ödənişi olmuşdur. Bundan sonra, yəni 16.12.2017-ci il tarixində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yenidən 11000,00 manat məbləğində ödəniş edilmişdir. 06.05.2019-cu il tarixli, 32908 saylı rəydə yoxlama ilə əlavə olaraq hesablanmış vergilərdən 13990,35 manat məbləğində əmlak vergisinin və 2700,0 manat məbləğində ƏDV-nin düzgünlüyü müəyyən olunmuşdur. Hazırkı rəydə də səyyar yoxlamasının əhatə etdiyi dövr ərzində "xxxx" MMC-yə yoxlama ilə əlavə olaraq hesablanmış vergilərdən 13990,35 manat məbləğində əmlak vergisinin və 2700,0 manat məbləğində ƏDV-nin düzgünlüyü müəyyən olunur. Göründüyü kimi, apellyasiya baxışı zamanı təyin edilmiş ekspertiza nəticəsində verilmiş ekspert rəyi 06.05.2019-cu il tarixli, 32908 saylı rəydə göstərilənləri təsdiq etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən qərarı qismən-ƏDV məbləğinin hesablanması və maliyyə sansiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı, qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi 21 dekabr 2017-ci il tarixli qərarın qismən-320078,68 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi nəticəsində gəlsə də, qeyd olunan qərarda cəmi 656847,72 manat verginin azaldılmasına görə 10333,58 manat maliyyə sanksiyasının tətbiq edilməsi öz əksini tapmışdır. Odur ki, birinci instansiya məhkəməsinin qərarı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” **********134703 saylı, 21.12.2017-ci il tarixli qərarı qismən, 320078,68 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində dəyişdirilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 2-1(82)- 66/2019 saylı qərarı “Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” **********134703 saylı, 21.12.2017-ci il tarixli qərarının qismən, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 320078,68 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi” hissəsində dəyişdirilsin. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” **********134703 saylı, 21.12.2017-ci il tarixli qərarı qismən, "xxxx" MMC-yə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 10333,58 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-48/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-48/2022
29.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver