Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-480/2023 02.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X12 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X7 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə Ağahüseyn qızının iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 55 yaşdan təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6859/2022 saylı, 30 iyun 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 01 iyul 2009-cu il tarixdən, 55 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və yenidən hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1954-cü il tarixdə anadan olmuşdur. 20 oktyabr 1969-cu il tarixdən əmək fəaliyyətinə başlayaraq 01 iyul 2011-ci il tarixədək işləmiş və həmin tarixdə güzəştli şərtlərlə əmək pensiyasına çıxmışdır. O, 20 sentyabr 1976-cı il tarixdən 15 noyabr 2011-ci il tarixədək “Mədəngeofizika” İdarəsində qaz karotaj dəstə texnik-operator, qaz karotaj dəstəsində texnik, geofizik və qaz karotaj dəstəsində dəstə rəisi vəzifələrində çalışmışdır. Bununla da, onun 01 yanvar 2006-cı il tarixədək 36 ildən artıq ümumi iş stajı, 30 ildən artıq güzəştli əmək şəraitinə görə əmək stajı olduğuna 01 iyul 2009-cu il tarixdən 55 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməli olduğu halda ona 01 iyun 2011-ci il tarixdən təyin edilmişdir. Ona güzəştli şərtlərlə 55 yaşından, yəni 01 iyul 2009-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh 19 yanvar 2022-ci il tarixli məktubu ilə imtina edərək, məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. İmtina məktubunu poçt vasitəsi ilə 02 fevral 2022-ci il tarixdə poçt vasitəsi ilə almışdır. Hesab edir ki, cavabdehin imtinası tam əsassız və qanunsuz olmaqla onun Azərbaycan Respublikasının Konstitusiyası və Qanunları ilə nəzərdə tutulmuş pensiya hüququnu pozur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6859/2022 saylı, 30 iyun 2022-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1997-ci il tarixədək ümumi iş stajı 25 ildən, xüsusi iş stajı 12 il 06 aydan azdır. Bu səbəbdən iddiaçının 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, onun 01 avqust 1997-ci il tarixə 20 il 10 ay 12 gün güzəştli, 25 il 13 gün ümumi iş stajım vardır. Məhkəmə isə qərarda onun 01 avqust 1997-ci il tarixədək ümumi stajının 25 ildən, xüsusi iş stajının 12 il 06 aydan az olduğunu qeyd etməklə səhv nəticəyə gəlmişdir. 01 avqust 1997-ci il tarixə 20 il 10 ay 12 gün güzəştli, 25 il 13 gün ümumi iş stajı olduğuna görə 55 yaşının tamam olduğu 01 iyul 2009-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və pensiyanın yenidən hesablanaraq yaranan fərqin birdəfəlik ödənilməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, onun pensiya hüququ xx.xx.2009-cu ildən yaranmışdır. Həmin dövrdə qüvvədə olan qanunvericilik normasına əsasən əmək pensiyası əmək haqqı nəzərə alınmaqla hesablanırdı. Bu səbəbdən ona da əmək pensiyası xx.xx.2010-cu il tarixədək qüvvədə olan qanunvericiliyə əsasən hesablanmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraza uyğun izahat verərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib, iddia qismən təmin olunmalıdır. İddianın mümkünlüyü: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı tərəfindən apellyasiya baxışı zamanı əmək pensiyasının xx.xx.2010-cu il tarixədək qüvvədə olan qanunvericiliyə əsasən hesablanması ilə bağlı dəqiqləşdirilmiş tələbi inzibati orqana yenidən müraciətin tələb edilməsinə əsas vermir, belə ki, iddiaçı 13 yanvar 2022-ci il tarixli müraciətində pensiya hüququnun xx.xx.2009-cu il tarixdən yarandığını iddia edərək ona həmin tarixdən pensiyanın təyin edilməsini və hesablanmasını xahiş etmişdir. İnzibati orqan tərəfindən isə xx.xx.2010-cu il tarixədək qüvvədə olan qanunvericilik normalarına əsasən hesablamalar orta aylıq əmək haqqı əsasında həyata keçirilirdi. Məhkəmə kollegiyası hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq Məhkəmə kollegiyası qeyd edir ki, qərar maddi hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Məhkəmə Kollegiyası aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia tələbinin qanuni əsasını “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsi təşkil edir. xx.xx.2006-cı il tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 4.1.9cu bəndinə görə Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Şərh olunan normaların tələblərindən görünür ki, iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) İddiaçının 55 yaşına çatması; 2) xx.xx.1997-cı il tarixədək 25 il ümumi iş stajı; 3) xx.xx.1997-cı il tarixədək azı 12 il 6 ay xüsusi iş stajı mövcud olmalıdır. İşin mübahisəli halı iddiaçının xx.xx.1997-ci il tarixədək ümumi iş stajının 25 ildən, xüsusi iş stajının isə 12 il 6 aydan az olması ilə bağlıdır. İddiaçının ümumi iş stajı ilə bağlı Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 83-cü maddəsinin 2-ci bəndinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. - 87-ci maddəsinin 1-ci bəndinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmin maddənin 2-ci bəndinə əsasən işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Hazırki iş üzrə iddiaçıya məxsus əmək kitabçasında aparılmış qeydlərdən görünür ki, həmin qeydlər qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə tam uyğundur (İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın günü, ayı və ili barədə qeydlər göstərilmiş, həmin qeydlər müvafiq əmrlərlə rəsmiləşdirilərək, müəssisənin rəhbəri tərəfindən imzalanmaqla, müəssisənin möhürü ilə təsdiqlənmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İş materiallarında olan: - İddiaçıya məxsus AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.1954-cü il təvəllüdlü olmaqla 55 yaşı xx.xx.2009-cu ildə tamamlanmışdır. - НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1972xx.xx.1973-cü illərdə Azərbaycan SSR Ordu sıralarında xidmət etmişdir. - İddiaçının adına 15 noyabr 1974-cü il tarixdə açılmış əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1974-xx.xx.1976-cı il, xx.xx.1976-xx.xx.1979-cu il, xx.xx.1979xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.2014-cü il, xx.xx.2014xx.xx.2015-ci il tarixlərdə müxtəlif peşələrdə işləmişdir. - Azərbayca Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sabirabad meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən verilmiş 112 nömrəli, 14 may 2015-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1969-cu ildə 310 nömrəli əmrlə Sabirabad Meşəbəyliyinə müvəqqəti olaraq fəhlə qəbul edilib və xx.xx.1970-ci ildə 123 nömrəli əmrə əsasən işdən azad edilib. - Azərbayca Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı xidmətinin X13 təsərrüfatı Mərkəzi tərəfindən məhkəmə sorğusuna əsasən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 99/3/50 nömrəli cavab məktubuna İddiaçı barəsində işə daxil olma- xx.xx.1969-cu il tarixli 310 nömrəli və işdən çıxma -xx.xx.1970-ci il tarixli 123 nömrəli əmrləri əlavə edilmişdir. Göründüyü kimi, iddiaçı xx.xx.1997-ci il tarixədək, ümumilikdə hərbi xidmət müddəti daxil olmaqla 25 il 7gün ümumi stajı toplamışdır. İddiaçının güzəştli iş stajı ilə bağlı Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: - İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Geofizika və Geologiya İdarəsi “Mədəngeogizika İdarəsi” tərəfindən verilmiş 07-1209Fİ nömrəli, xx.xx.2011-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən “Mədəngeofizika” İdarəsində xx.xx.1976-cı ildən-xx.xx.1979-cu ilədək qaz karotaj dəstədə texnik-operator, xx.xx.1979-cu il tarixdən xx.xx.1998-ci il tarixədək qaz karotaj dəstəsində texnik, xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək həmin sahədə geofizik, xx.xx.2006-cı il tarixdən hal-hazıra kimi qaz karotaj dəstəsində dəstə rəisi vəzifələrində işləmişdir. Güzəştli əmək şəraitinə görə əmək stajı 34 il 10 ay 10 gündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı şəhəri 23 yanvar 2007-ci il tarixli, 21 nömrəli qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısı”da təsdiq edilmiş 10-cu maddəsinin 10.1-ci bölmənin b yarım bölməsində öz əksini tapmışdır. Apellyasiya baxışında araşdırma zamanı məhkəmənin sorğularına cavab olaraq: - 28 oktyabr 2022-ci il tarixli SOCAR**********80020123X00067 nömrəli arxiv arayışından görünür ki, Rzayev X1 Elmi X5 4 saylı Qazokarotaj Partiyasında texnik operator, “Azneftgeofizika” X8 X9 Xidmətində texnik, “Azneftmədəngeofizika” X3 X5 4 saylı Qazokarotaj Partiyasında texnik operator, mühəndis, “Mədəngeofizika” İdarəsinin Quyuların Qazılmasına Nəzarət və X10 73 saylı quyuların geoloji, geofiziki, geokimyəvi nəzarət dəstəsində dəstə rəisi, X6 Nəzarət və X11 dəstə rəisi vəzifələrində çalışmışdır. İddiaçı xx.xx.1976-cı il tarixli 116-k saylı əmrə əsasən X4 Kəşfiyyat Partiyasının 4 saylı Qazokarotaj Partiyasına texnik-operator peşəsinə işə qəbul olunmuş, xx.xx.1979-cu il tarixli 109-k saylı əmrə əsasən işdən azad edilmiş, xx.xx.1979-cu il tarixli 75-ə saylı əmrə əsasən “Azneftgeofizika" X8 X9 Xidmətinə texnik peşəsinə işə qəbul olunmuş, xx.xx.1979cu il tarixli 150 saylı əmrə əsasən müvəqqəti iş müddətinin qurtarması ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmiş, xx.xx.1979-cu il tarixli 149-a saylı əmrə əsasən “Azneftmədəngeofizika” X3 X5 4 saylı Qazokarotaj Partiyasına texnik-operator peşəsinə işə qəbul olunmuş, xx.xx.1992-ci il tarixli 171-ə saylı əmrə əsasən həmin partiyaya mühəndis vəzifəsinə, xx.xx.2007-ci il tarixdən ştat cədvəlinə əsasən, “Mədəngeofizika” İdarəsinin Quyuların Qazılmasına Nəzarət və X10 73 saylı quyuların geoloji, geofiziki, geokimyəvi nəzarət dəstəsinə 13-cü dərəcəli dəstə rəisi keçirilmiş, xx.xx.2014-cü il tarixli 153-k saylı əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən işdən azad edilmişdir. İddiaçı ümümi iş stajı xx.xx.1976-cı il tarixdən xx.xx.2014-cü il tarixinə qədər 37 il 27 gün, güzəştli iş stajı xx.xx.1979-cu il tarixindən xx.xx.1979-cu il tarixinə qədər 4 ay, xx.xx.1992-ci il tarixindən xx.xx.2014-cü il tarixinə qədər 21 il 10 gün olmuşdur. İddiaçı çalışdığı texnik, mühəndis, dəstə rəisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısı”nda 21300000 Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndinin 2130100b—17541 quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları kodunda göstərilmişdir. İddiaçı çalışdığı texnik, mühəndis, dəstə rəisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007 -ci il 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısı”nda 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bəndinin 10.1. Qazma b) rəhbərlər və mütəxəssislər: quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədəngeofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları yarımbəndində göstərilmişdir. - 21 noyabr 2022-ci il tarixli SOCAR**********20123X00071 nömrəli arxiv arayışından görünür ki, X4 X2 Partiyasında texnik operator, texnik və mühəndis vəzifələrində çalışmışdır. İddiaçı xx.xx.1976-cı il tarixli 116-k saylı əmrə əsasən X4 Kəşfiyyat Partiyasının 4 saylı Qazkarotaj Partiyasına texnik-operator vəzifəsinə işə qəbul olunub. xx.xx.1979-cu il tarixli 41-k-a saylı əmrə əsasən “Azneftmədəngeofizika” X3 X5 4 saylı Qazkarotaj Partiyasına texnik-operator peşəsinə işə qəbul olunub. xx.xx.1979-cu il tarixli 149-a saylı əmrə əsasən “Azneftmədəngeofizika” X3 X5 4 saylı Qazkarotaj Partiyasına texnikoperator vəzifəsinə, 01 07.1988-ci ildə 112-k saylı əmrə əsasən həmin partiyada texnik vəzifəsinə keçirilib, xx.xx.1992-cİH tarixli 171/k-saylı əmrə əsasən 2 saylı Qazkarotaj Partiyasına mühəndis vəzifəsinə keçirilib. xx.xx.1993-cü il tarixli 58 saylı əmrə əsasən kəşfiyyat qazmasında nəzarət ekspedisiyasına texnik-vəzifəsinə, xx.xx.1997-ci il tarixdən 115-k saylı əmrə əsasən Qazkarotaj Partiyasına texnik vəzifəsinə keçirilib, xx.xx.1997-ci ilə qədər texnik vəzifəsində işləmişdir. (Texnik operator və texnik vəzifələri eyni funksiyanı icra edir). İddiaçı güzəştli iş stajı xx.xx.1976-cı ildən xx.xx.1997-ci il tarixinə qədər 21 il 3 ay 13 gün olmuşdur. İddiaçı çalışdığı texnik, mühəndis vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısı”nda 21300000 Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndinin100b4-f7541 quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofızikı partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları kodunda göstərilmişdir. - Məhkəmə kollegiyası tərəfindən sözügedən arxiv arayışlarında olan ziddiyyətli halların aradan qaldırılması məqsədilə aparılmış araşdırmanın nəticəsində təqdim olunmuş 08 dekabr 2022-ci il tarixli SOCAR**********30490075X00141 nömrəli arxiv arayışından görünür ki, Rzayev X1 Elmi X5 4 saylı Qazokarotaj Partiyasında texnik operator, “Azneftgeofizika” X8 X9 Xidmətində texnik, Azneftmədəngeofizika” X3 X5 4 saylı Qazokarotaj Partiyasında texnik operator, mühəndis, “Mədəngeofizika” İdarəsinin Quyuların Qazılmasına Nəzarət və X10 73 saylı quyuların geoloji, geofiziki, geokimyəvi nəzarət dəstəsində dəstə rəisi, X6 Nəzarət və X11 dəstə rəisi vəzifələrində çalışmışdır. İddiaçı xx.xx.1976-cı il tarixli 116-k saylı əmra əsasən X4 Kəşfiyyat Partiyasının 4 saylı Qazokarotaj Partiyasına texnik-operator peşəsinə işə qəbul olunmuş, xx.xx.1979-cu il tarixli 109-k saylı əmrə əsasən işdən azad edilmiş, xx.xx.1979-cu il tarixli 75-ə saylı əmrə əsasən “Azneftgeofizika" X8 X9 Xidmətinə texnik peşəsinə işə qəbul olunmuş, xx.xx.1979cu il tarixli 145 saylı əmrə əsasən işdən azad edilmiş, xx.xx.1979-cu il tarixli 149-a saylı əmrə əsasən “Azneftmədəngeofizika” X3 X5 4 saylı Qazokarotaj Partiyasına texnikoperator peşəsinə işə qəbul olunmuş, xx.xx.1992-ci il tarixli 171-ə saylı əmrə əsasən həmin partiyaya mühəndis vəzifəsinə, xx.xx.2007-ci il tarixdən ştat cədvəlinə əsasən, “Mədəngeofizika” İdarəsinin Quyuların Qazılmasına Nəzarət və X10 73 saylı quyuların geoloji, geofiziki, geokimyəvi nəzarət dəstəsinə 13-cü dərəcəli dəstə rəisi keçirilmiş, xx.xx.2014-cü il tarixli 153-k saylı əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən işdən azad edilmiş, xx.xx.2014-cü il tarixli 1033-k saylı əmrə əsasən Mədən geofizika İstehsalat Birliyinin “Quyuların qazılmasına geoloji, texnoloji nəzarət ekspedisiyasının quyulara geoloji, geofiziki, geokimyəvi nəzarət dəstəsinə dəstə rəisi vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2015-ci il tarixli SOCAR/15- 1200/xx-xx-000030 saylı əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70b maddəsinə əsasən işdən azad edilmişdir. İddiaçı güzəştli iş stajı xx.xx.1976-cı ildən xx.xx.2015-ci il tarixinə qədər 38 il 3 ay 7 gün olmuşdur. İddiaçı çalışdığı texnik operator, texnik, mühəndis, dəstə rəisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısı”nda 21300000 Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndinin 2130100b—17541 quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları kodunda göstərilmişdir. İddiaçı çalışdığı texnik operator, texnik, mühəndis, dəstə rəisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısı”nda 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bəndinin 10.1. Qazma b) rəhbərlər və mütəxəssislər: quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları yarımbəndində göstərilmişdir. Qeyd: Texnik operator və texnik vəzifələri eyni funksiyanı yerinə yetirir. Həmçinin, Socar tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş həmin güzəştli arayışa Geofizika və geologiya İdarəsi Mədəngeofizika İstehsalat Bölümü “Quyuların qazılmasına geoloji, texnoloji nəzarət” ekspedisiyası Quyulara geoloji, geofiziki, geokimyəvi nəzarət dəstəsinin mühəndisinin, texnikinin, dəstə rəisinin vəzifə təlimatları və arxiv sənədləri əlavə edilmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Belə ki, iddiaçının əmək kitabçasından və arxiv arayışlarından görünür ki, çalışdığı texnik operator, texnik, mühəndis, dəstə rəisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısı”nda 21300000 Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndinin 2130100b—17541 quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları kodunda göstərilmişdir. Beləliklə, iddiaçının 1997-ci ilin avqust ayının 1-dək 25 ildən az olmayan ümumi stajı, bu müddətin azı 12 il 6 ayını həmin əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışması təsdiqini tapdığından onun 55 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmışdır. İddiaçının pensiya hüququ xx.xx.2009-cu ildə yarandığına görə həmin vaxt qüvvədə olmuş Qanunun müddəalarına görə pensiya əmək haqqı əsasında hesablanmalıdır. Belə ki, 1 yanvar 2010-cu il tarixdə qüvvəyə minmiş dəyişiklik olunanadək "Əmək pensiyaları haqqında" Qanunun 10.2-ci maddəsində qeyd edilirdi ki, yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PS+(PSK/T), burada SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir. PS-bu Qanunun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir, PSK sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu barədə qeydə alınmış pensiya kapitalıdır, T-göstərilən pensiya ödənişi müddətinin aylarının sayılır. Həmin Qanunun (xx.xx.2010-cu ıl tarixdə qüvvəyə minmiş dəyişiklik olunanadək) 27-cı maddəsində göstərilmişdir ki, bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu Qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu Qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə və 27-maddəsinə əsasən, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904-İİİ QD Qanununa müvafiq olaraq edilmiş dəyişiklik xx.xx.2010-cu il tarixdən qüvvəyə minmiş, bu dəyişikliklərlə xx.xx.2006-cı il tarixdən qüvvədə olan pensiya hesablamalarının aparılması qaydası dəyişdirilmiş, pensiya hesablanarkən əmək haqqına istinad edilməsi aradan qaldırılmışdır. İş üzrə müəyyən edilir ki, iddiaçı qanuna müvafiq dəyişikliyin edildiyi xx.xx.2010-cu il tarixədək qazanılmış pensiya hüququ əldə etdiyindən, əmək pensiyasının əmək haqqı nəzərə alınmaqla hesablanmasını tələb etməkdə haqlıdır. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı xx.xx.2009-cu il tarixdən 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, hesablama orta əmək haqqı nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin hesablanmış məbləğin birdəfəlik olaraq ona ödənilməsi vəzifəsinin iş üzrə cavabdehə həvalə edilməsi hissəsi ilə bağlı qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda pensiyanın ödənilməmiş hissəsinin bir dəfəlik şəkildə ödənilməsi müddəası mövcud deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İş üzrə araşdırma zamanı cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı hazırki tələblə ilk dəfə 13 yanvar 2022-ci il tarixdə inzibati orqana müraciət etmişdir. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün yəni xx.xx.2019-cu il tarixdən pensiya məbləğindəki fərq hesablanaraq ödənilməlidir. Bundan əlavə, Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.2011-ci il tarixdən yaşa görə əmək pensiyası aldığından fərq məbləği hesablanan zamanı bu hal nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək kitabçasındakı qeydlər, güzəştli arayışları və hərbi xidmət dövrü də nəzərə alınmaqla, onun xx.xx.1997-cı il tarixədək 25 ildən artıq ümumi iş stajı, həmçinin 12 il 06 aydan çox xüsusi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapdığından, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qərarın ləğvinə əsas verir, bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6859/2022 saylı, 30 iyun 2022-ci il tarixli qərarı ləğv edilərək, yeni qərar qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6859/2022 saylı, 30 iyun 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı xx.xx.1954-cü il təvəllüdlü İddiaçı 55 yaşdan, yəni xx.xx.2009-cu il tarixdən (xx.xx.2010-cu il tarixədək qüvvədə olan əmək pensiyasının hesablanması ilə bağlı qanunvericilik normalarına əsasən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ilkin müraciət tarixindən (xx.xx.2022) geriyə 3 il üzrə yəni, xx.xx.2019-cu il tarixindən fərq məbləğinin hesablanıb iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-480/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-480/2023
02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver