Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4808/2025 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, X2 və Ismayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “ezamiyyə xərcinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Rusiya Federasiyasının Saratov şəhərində ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək ezamiyyətdə olduğu günlərə görə ödənilməmiş ezamiyyə xərclərinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə bu ərizədə qeyd olunan problem ilə bağlı üç dəfə müraciət olunub, lakin müsbət nəticə əldə etmək mümkün olmayıb. Iddiaçıya Rusiya Federasiyasının Saratov şəhərində 2020-ci ildə 21 gün dövr üçün hərbi xidməti ezamiyyətə görə ezamiyyə xərci ödənilmişdir. O, hərbi xidmət yerini tərk edərək ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək Rusiya Federasiyasının Saratov şəhərində hərbi xidməti ezamiyyətdə olmuşdur. Müvafiq əmrə əsasən iddiaçının ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək Rusiya Federasiyasının Saratov şəhərinə hərbi xidməti ezamiyyətə göndərilmə ilə bağlı hərbi xidmət yerini tərk etdiyi dövr 45 gün təşkil edir, ona həmin tarixlərdə xarici dövlətə hərbi xidməti ezamiyyə ilə əlaqədar hərbi xidmət yerini tərk etməli olduğu 45 günlük dövrün 21 gün dövrü üzrə ezamiyyə xərci ödənilmişdir. Nəticədə, hərbi xidmət yerini xarici dövlətə hərbi xidməti ezamiyyət müddəti ərzində tərk etməli olduğu müddət 45 gün təşkil edir, hərbi xidmət yerini xarici dövlətə xidməti ezamiyyətə göndərilmə ilə bağlı tərk etdiyi həmin müddət üzrə cəmi 21 gün dövr üçün ezamiyyə xərci ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən, müvafiq əmr əsasında Rusiya Federasiyasının Saratov şəhərinə hərbi xidməti ezamiyyətə göndərilmə ilə bağlı ona, hərbi xidmət yerini tərk etməli olduğu 45 gün dövr üzrə ödənilməli olan ezamiyyə xərcindən cəmi 21 gün dövr üzrə ezamiyyə xərci ödənildiyini nəzərə alaraq, 45 gün dövr üzrə ezamiyyə xərcinin ödənilməli olan qalıq məbləğinin hesablanıb ödənilməsini xahiş etmişdir. Iddiaçıya 45 gün dövr üzrə ezamiyyə xərcinin ödənilməli olan qalıq məbləğinin hesablanıb ödənilməsi üçün müvafiq əmr verilmədiyi əsas göstərilərək imtina verilmişdir. O, hərbi xidmət yerini xarici dövlətə ezam edildiyi üçün ##.##.2020-ci ilədək tərk etmişdir, bununla bağlı rəsmi cavab var, lakin ezamiyyə xərclərinin ödənilməsi üçün müvafiq əmr yoxdur. Hərbi qulluqçu xarici dövlətdə müvafiq əmr olmadan 45 gün qala bilməzdi, çünki Rusiyaya hərbi vəzifə borcunu yerinə yetirmək məqsədi ilə göndərilmişdir və orada 45 gün ərzində iddiaçıya rəsmi tapşırıq verildiyi üçün qalmalı olmuşdur. Iddiaçı öz şəxsi vəsaiti hesabına 25 gün Rusiya Federasiyasının ərazisində yaşamalı olmuşdur, halbuki o, ezamiyyətə ##.##.2020-ci il tarixədək getməli idi, ##.##.2020-ci il tarixdən sonra ##.##.2020-ci il tarixədək isə ona Rusiya Federasiyasının ərazisində hərbi vəzifə borcunu davam etdirmək əmri verilmişdir, buna görə də o, Rusiyada qalmalı olmuşdur, lakin qaldığı müddət ərzində bütün xərcləri öz şəxsi vəsaiti hesabına ödəmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq ona ezamiyyə xərci ödənilmədiyi verilən cavab məktubundan aşkar görünür. Görünən odur ki, məsul şəxslərin diqqətsizliyi nəticəsində təşkilati məsələlər düzgün qurulmayıb. Onun 21 gün ezamiyyətə göndərilməyi barədə əmr verilib, Rusiyada ezamiyyətdə olduğu dövrdə ona bildiriblər ki, orada qalmağa davam etməlidir. Ola bilməz ki, müvafiq əmr olmadan hərbi qulluqçuya xarici dövlətin ərazisində qalmağa əmr versinlər. Rəsmi cavab məktubundan görünür ki, həqiqətən həmin ezamiyyə 21 gün yox, 45 gün davam edib. Bakı Inzibati Məhkəməsinin (hakim Tural Məlikov) *-*(***)-*****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı Rusiya Federasiyasının Saratov şəhərində ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək ezamiyyətdə olduğu günlərə görə ödənilməmiş ezamiyyə xərclərinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Cavabdeh həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Dövlət Sərhəd Xidmətinin Xüsusi Hava Əməliyyatları Qüvvələri Komandanlığının sabiq hərbi qulluqçusu ehtiyatda olan R İddiaçı Dövlət Sərhəd Xidməti rəisinin ##.##.2024-cü il tarixli 1130 ş/h №-li əmrinə əsasən "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun 41.0.9-cu maddəsinə (öz arzusu ilə-yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər) müvafiq olaraq, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Dövlət Sərhəd Xidməti rəisinin ## ###### 2020-ci il tarixli müvafiq əmrinə əsasən İddiaçı ## ###### 2020-ci il tarixdən ## ######## 2020-ci il tarixədək Rusiya Federasiyasının Saratov şəhərinə xidməti ezamiyyətə göndərilməsi qeyd olunmuşdur. Lakin İddiaçı ##.##.2020-ci il tarixdən X3 şəhərinə ezamiyyətə getdiyini nəzərə alaraq ona sonuncu dövr ərzində, ##.##.2020-ci il tarixədək iyirmi bir gün üçün olan müddəti əhatə etdiyindən, yəni 21 günlük ezamiyyət xərci hesablanaraq ödənilmişdir. Iddiaçı İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı yuxarıda qeyd olunan iddia tələbi əsassızdır və məhkəmə tərəfindən təmin edilməməli idi. Lakin məhkəmə Azərbaycan Respublikasının Inzibati-Prosessual Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulmuş işin hallarının araşdırılması prinsipinə düzgün riayət etməyərək əsassız qərar qəbul etmişdir. Buna görə də Bakı Inzibati Məhkəməsinin qərarı qanuni və əsaslı hesab edilə bilməz, çünki məhkəmə maddi və prosessual hüquq normalarını pozaraq sübutları tam və hərtərəfli araşdırıb qiymətləndirmədən işin hallarına uyğun olmayan əsassız qərar qəbul etmişdir. Məhkəmə cavabdeh Dövlət Sərhəd Xidməti tərəfindən təqdim edilən sübutların yoxlanılması ilə bağlı üzərinə düşən vəzifələri icra etməmiş, işin faktiki halları üzrə heç bir araşdırma aparmamışdır. Inzibati mübahisə üzrə təqdim edilmiş sübutlar məhkəmə tərəfindən obyektiv qiymətləndirilməmişdir. Birinci instansiya məhkəməsinin qərarında göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, cavabdeh Dövlət Sərhəd Xidməti tərəfindən təqdim edilmiş sənədlər araşdırılmadan və əsaslandırılmadan rədd edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan cavabdeh tərəfindən e-poçt vasitəsi ilə iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli cavab məktubunda qeyd olunur: Dövlət Sərhəd Xidmətinin HYPERLINK "http://www.dsx.gov.az" www.dsx.gov.az adlı rəsmi internet saytına göndərdiyiniz elektron müraciətə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, müraciətiniz ilə əlaqədar araşdırma aparılmış və müəyyən olunmuşdur ki, Dövlət Sərhəd Xidməti rəisinin ##.##.2020-ci il tarixli müvafiq əmrində ##.##.2020-ci il tarixindən ##.##.2020-ci iltarixədək Rusiya Federasiyasının Saratov şəhərinə xidməti ezamiyyətə getməyiniz qeyd olunmuşdur. ##.##.2020-ci il tarixindən Rusiya Federasiyasının Saratov şəhərinə ezamiyyətə getdiyinizi nəzərə alaraq Dövlət Sərhəd Xidməti rəisinin müvafiq əmrinə əsasən ##.##.2020-ci il tarixədək iyirmi bir gün ezamiyyət xərci hesablanaraq Sizə ödənilmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinin 2-ci hissəsinə əsasən hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş, əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Zərurət olduqda hərbi qulluqçu komandirin (rəisin) əmri ilə və ya öz təşəbbüsü ilə istənilən vaxtda və istənilən yerdə öz vəzifələrinin icrasına başlamalıdır. «Ezamiyyə xərclərinin normaları haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli ** nömrəli Qərarı:
2. “Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları” təsdiq edilsin.
7. Müəyyən edilsin ki: büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda ezamiyyə xərcləri onlara bu məqsəd üçün büdcədə nəzərdə tutulan vəsaitlər dairəsində, digər təşkilatlarda isə onların öz vəsaitləri hesabına ödənilir.
8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 1 ay müddətində “xxxx”nı hazırlayıb müvafiq qaydada təsdiq etsinlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş «Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları»: 1. Rusiya Federasiyası 150 ABŞ dolları (##.##.2024-cü ilədək olan redaksiyası). Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ##.##.2012-ci il tarixli, Q-** nömrəli Qərarı ilə təsdiq edilmiş “xxxx”: İ. Ümumi müddəalar.
1. Dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır.
7. Xarici ölkələrə xidməti ezamiyyətlər zamanı ezamiyyətə getmək barəsində verilmiş rəsmi əmr və ölkədən çıxıb, ölkəyə qayıtmaq barədə pasport və ya onu əvəz edən sənəddə səlahiyyətli orqanlar tərəfindən edilən müvafiq qeyd ezamiyyət müddəti üçün əsas götürülür. III. Xarici ölkələrə ezamiyyələr.
1. Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük norması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarına əsasən müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının Dövlət Sərhəd Xidməti rəisinin ##.##.2020-ci il tarixli müvafiq əmrində ##.##.2020-ci il tarixindən ##.##.2020-ci iltarixədək Rusiya Federasiyasının Saratov şəhərinə xidməti ezamiyyətə getməsinin qeyd olunduğu, lakin ##.##.2020-ci il tarixindən Rusiya Federasiyasının Saratov şəhərinə ezamiyyətə getdiyi nəzərə alınaraq Dövlət Sərhəd Xidməti rəisinin müvafiq əmrinə əsasən ##.##.2020ci il tarixədək iyirmi bir gün ezamiyyət xərcinin hesablanaraq ona ödənildiyini bildirir. Lakin iş materiallarından görünür ki, iddiaçı ## ###### 2020-ci il tarixdə (Samur DSBM) ölkədən çıxış etmiş, ## ####### 2020-ci il tarixdə Rusiyadan (Saratov) ölkəyə giriş etmişdir. Göründüyü kimi, cavabdeh iddiaçının Dövlət Sərhəd Xidməti rəisinin müvafiq əmrinə əsasən ##.##.2020-ci ildən ##.##.2020-ci il tarixədək Rusiya Federasiyasının Saratov şəhərinə xidməti ezamiyyətə getməsinin qeyd olunduğunu nəzərə alaraq ona iyirmi bir gün ezamiyyət xərcini hesablayaraq ödəmişdir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, əməkdaşların ezamiyyətə göndərilməsi, ezamiyyət günlərinin sayının və tarixinin müəyyən edilməsi və bununla bağlı digər məsələlərin həll edilməsi cavabdehin vəzifə və səlahiyyətlərinə daxildir. Buna müvafiq olaraq qeyd edilməlidir ki, ezamiyyət günlərinin uzadılmaması (bu barədə müvafiq əmrin verilməməsi) iddiaçının təqsirindən baş verən hal deyil. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı hərbi qulluqçu olmuş, xidməti ezamiyyətə göndərilmiş, qayıtdıqdan sonra hər hansı irad bildirilməmiş və o, xidmətini davam etdirmişdir. Bununla bağlı olaraq ezamiyyət günlərinin uzadılması cavabdeh tərəfindən müvafiq əmrlə həll edilməli idi. Iddiaçının əmrdə göstərilən gündən artıq ezamiyyətdə qalması cavabdeh tərəfindən də inkar edilmir və bununla bağlı müvafiq əmrin verilməməsi onun ezamiyyə xərcləri ilə təmin edilməsi hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya baxışı zamanı cavabdeh “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə uyğun olaraq hərbi qulluqçulara verilməli olan və vaxtında ona ödənilməmiş və ya lazımi miqdardan az ödənilmiş pul təminatının hərbi qulluqçuların pul təminatı almaq hüququna malik olduqları bütün dövr ərzində, lakin pul təminatı almaq üçün edilən müraciətdən üç il əvvəldən çox olmayan müddətdə ödənilməsi, habelə birdəfəlik pul müavinətinin, bu müavinətə hüququn yarandığı gündən üç il müddət ərzində müraciət olunubsa ödənilməsinə istinad edərək iddianın əsassız olduğunu bildirmişdir. Lakin qeyd edilməlidir ki, iddiaçı ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyə xərcinin ödənilməsi ilə bağlı cavabdehə müraciət etmişdir və cavabdeh tərəfindən 21 gün üçün ezamiyyə xərci ödənilmişdir. Lakin iddiaçı ilə birlikdə ezamiyyətə gedən şəxslərdən bir neçəsinə ezamiyyə xərci tam şəkildə ödənilmişdir. Iddiaçının ezamiyyə xərcinin ödənilməsi üçün məhz həmin dövrdə bir neçə dəfə müraciət etməsi cavabdeh tərəfindən də inkar edilmir. Bundan başqa, iddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılarkən də (##.##.2024-cü il) onun almadığı ezamiyyə xərci ödənilməmişdir. Ümumiyyətlə, cavabdeh ezamiyyə xərcinin bir hissəsinin ödənilməməsini bununla bağlı müvafiq əmrin olmaması ilə əsaslandırmışdır. Göründüyü kimi, iddiaçı almadığı ezamiyyə xərcinin ödənilməsi üçün ezamiyyətdən qayıtdıqdan sonra cavabdehə müraciət etsə də ezamiyyə xərci tam şəkildə ödənilməmişdir. Qeyd olunanlara əsasən cavabdehin müraciət etmə müddətinə istinad edərək iddianın rədd edilməsini xahiş etməsi də əsassızdır. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı ilə birlikdə ezamiyyətə gedən şəxslərdən bir neçəsinə ezamiyyə xərci tam şəkildə (##.##.2020-ci ildən ##.##.2020-ci ilədək) ödənilmişdir. Belə olan halda iddiaçıya ezamiyyə xərcinin tam ödənilməməsini cavabdeh əsaslandıra bilməmişdir və cavabdehin bununla bağlı iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsində qeyd olunmuş hamının inzibati orqan qarşısında bərabərliyi prinsipinin pozulmasına gətirib çıxarır. Eyni zamanda həmin Qanunun 13.2-ci maddəsinin tələblərindən göründüyü kimi, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. «Inzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara a l d ı:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.