Məhkəmə qərarları › İş №2-1(103)-4809/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4809/2025

16.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(103)-4809/2025 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “texniki pasportun ləğv olunması və koordinatların sürüşdürülməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), X6 və X7 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X4, Üçüncü şəxsin nümayəndəsi və vəkili Həsənova İlhamə Zakir qızının iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı (zəruri cəlbetmə qaydasında üçüncü şəxs Üçüncü şəxs) “texniki pasportun ləğv olunması və koordinatların sürüşdürülməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARILAN İCRAAT:

1. İddiaçı İddiaçı məhkəməyə iddia ərizə ilə müraciət edərək ## ##### 2024-cü il tarixli ************-***** nömrəli çıxarışa əsasən Üçüncü şəxs tam xüsusi mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi *** nömrəli (Yeni qaydalarla: Az1094, ünvan 1) bağ evinə verilmiş texniki pasportun ləğv olunması; Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi *** nömrəli (Yeni qaydalarla: Az1094, ünvan 1) bağ evi ünvanında yerləşən 0.24 ha torpaq sahəsinin koordinatlarının yenidən müəyyən olunması; yeni koordinatlar müəyyən edildikdən sonra ## ##### 2024-cü il tarixli ************-***** nömrəli çıxarışa əsasən Üçüncü şəxs tam xüsusi mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi *** nömrəli (Yeni qaydalarla: Azl094, ünvan 1) bağ evinə yeni texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ## ##### 2023-cü il tarixli ************-***** nömrəli çıxarışa əsasən Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi *** nömrəli bağ evi iddiaçı İddiaçı tam xüsusi mülkiyyətindədir. İddiaçının qonşuluğunda yerləşən daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ## ##### 2024-cü il tarixli 005013044417- ***** nömrəli çıxarışa əsasən Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi *** nömrəli (Yeni qaydalarla: Azl094, ünvan 1) bağ evi Üçüncü şəxs (bundan sonra "Qonşu") tam xüsusi mülkiyyətindədir. Qonşunun çıxarışına əsasən onun mülkiyyət hüquqları 0.24 ha olan torpaq sahəsinə dövlət qeydiyyatına alınmışdır. Eyni ərazi ilə bağlı Qonşuya verilən texniki pasportda sahənin koordinatları da göstərilmişdir. Həmin koordinatlar ümumi istifadədə olan və Qonşuya məxsus olmayan sahəni əhatə edir və digər qonşuların, o cümlədən İddiaçının hüquqlarını pozur. Belə ki, cavabdeh1n * saylı Bakı Ərazi İdarəsinin (bundan sonra "Cavabdeh") mütəxəssisi (mühəndis-inventarlaşdırıcı) tərəfindən təqdim edilən arayışda Qonşu tərəfindən qanunsuz tutularaq tikinti işləri aparılan və heç bir şəxsə məxsus olmayan keçid yolun ərazisinin koordinatları göstərilmişdir. Bu arayışa əsasən müəyyən edilmişdir ki, həmin keçid yol qonşuya məxsus olan bağ sahəsinin sərhədi ilə İddiaçıya məxsus olan bağ sahəsinin sərhədi arasında yerləşmiş və ümumi istifadə üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi, Cavabdehin mütəxəssisi tərəfindən təqdim edilən arayışda göstərilən keçid yolun sahəsi ümumi istifadədə olmasına baxmayaraq qonşu tərəfindən tutulmuşdur. Qonşuya verilən texniki pasportda göstərilən torpağın koordinatları ilə cavabdehin təqdim etdiyi arayışda göstərilən ümumi istifadədə olan yolun koordinatlarını müqayisə edərkən, texniki pasportda göstərilən torpaq sahəsinin həmin keçid yolun üzərinə düşdüyü (tam və ya qismən) məlum olur. Bu da reyestr məlumatları və/və ya texniki pasportda yer alan koordinatların səhv olduğunu bildirir. İddiaçı yuxarıda qeyd olunan məsələ ilə bağlı cavabdehə müraciət etmiş və qonşuya məxsus əraziyə dair (005013044417-***** reyestr nömrəsi ilə dövlət qeydiyyatına alman sahə) hazırkı Texniki Pasportun ləğv olunması, torpaq sahəsinin koordinatlarının yenidən müəyyən olunması və Qonşuya dəyişilmiş koordinatlar göstərilən yeni Texniki Pasport təqdim edilməsini xahiş etmişdir. İddiaçının müraciəti cavabdehə ## #### 2025-ci il tarixdə çatdırılsa da, cavabdeh bununla bağlı hər hansı tədbir görməmiş, iddiaçıya cavab verməmişdir.

3. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.

4. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, hərəkətsizliyinin qanunsuz hesab edilməsi və cavabdehin üzərinə bir sıra öhdəliklərin qoyulmasına dair iddia ərizəsinin mümkün hesab edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI:

Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti iddia tələbinin məzmununa uyğun olaraq əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, məhkəmə qərarın 24-25-ci abzaslarında iddiaçı ilə üçüncü şəxs Üçüncü şəxs arasında mülki icraat qaydasında mübahisəyə toxunsa da, yalnız məhkəmələrin adlarını, iş nömrələrini və nəticə hissəsini qeyd etmişdir. Lakin, iddiaçı tərəfindən Məhkəməyə təqdim edilmiş arayışda qeyd olunan hallara qiymət verməmişdir. Belə ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli ayrıca qərardadına əsasən, iddiaçı İddiaçı cavabdeh Üçüncü şəxs qarşı "##.##.2024-cü ildə mübahisəli tikiliyə verilmiş texniki pasportun və ##.##.2024-cü ildə cavabdeh1 tərəfindən cavabdehin adına verilmiş çıxarışın etibarsız hesab edilməsi" tələbinə dair hissədə iş üzrə icraata xitam verilmişdir. Qərardad bununla əsaslandırılmışdır ki, iddianın həmin hissəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil (Qətnamənin 2-ci səhifəsi, 3-cü abzası). Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli qətnaməsində məhkəmə qeyd etmişdir ki: “...İddiaçı sadalanan əmlakların sökülməsinə nail olmaq üçün ilk növbədə reyestrin məzmununun qeyridəqiqliyini sübuta yetirməli, bunun üçün isə reyestrəki qeydiyyatın ləğvini tələb etməlidir.”(Qətnamənin 5-ci səhifəsi, son abzasının son cümləsi). Bakı Apellyasiya Məhkəməsinin ## ##### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsində də eyni mövqe qeyd olunmuşdur ki: “26. Ona görə də Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, cavabdehin adına qeydiyyatın aparıldığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmədiyi halda, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir, bu səbəbdən köməkçi tikilinin, həmin tikiliyə quraşdırılmış pəncərələrin və elektrik qutusunun sökülməsi barədə iddiaçının tələbi təmin oluna bilməz. İddiaçı sadalanan əmlakların sökülməsinə nail olmaq üçün ilk növbədə reyestrin məzmununun qeyridəqiqliyini sübuta yetirməli, bunun üçün isə reyestrdəki qeydiyyatın ləğvini tələb etməlidir.”(Qətnamənin 6-cı səhifəsi, bənd 26) İddiaçı İddiaçı Bakı Apellyasiya Məhkəməsinin ## ##### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən kassasiya şikayəti vermiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Ali Məhkəmə reyestr qeydiyyatının və məzmunun mübahisləndirilməsi ilə bağlı hər hansı mövqe bildirməmişdir. Göründüyü kimi, hər üç məhkəmə mülki icraat qaydasında belə mövqedə olmuşdur ki, iddiaçı çıxarışı və texniki pasportu qiymətləndirməlidir ki, onun qanunsuz tikililərin sökülməsi və ümumi istifadə olan yolun boşladılması məsələsinə düzgün hüquqi qiymət verilə bilsin. Yəni, məhkəmələr İddiaçının üçüncü şəxsin çıxarışını və texniki pasportunu inzibati qaydada mübahisələndirmək üçün subyektiv hüququnu qəbul etmişdir.

Tərəflərin izahatları

6. ##.##.2026-cı il tarixli məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları işə iddiaçının iştirakı olmadan baxılmasına etirazı olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası İPM-nə əsaslanaraq hazırki işə iddiaçı İddiaçı iştirakı olmadan baxılmasını mümkün saymışdır.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanlmasını xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili Həsənova İlhamə Zakir qızı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanlmasını xahiş etmişdir.

9. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və qərardadın ləğv olunmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar . 3.5. Apellyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi nəzərindən qiymətləndirməlidirlər. 4.1. İPM-in 35.1-ci maddəsinə görə iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

12. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli ## ##### 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.

14. Qeyd olunan normalar prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.

16. Sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir.

17. Həmçinin qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir.

18. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.

19. İş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanan ##.##.2024cü il tarixli məktubda qeyd olunmuşdur ki, İdarənin mütəxəssisi tərəfindən sözügedən ünvana texniki baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, *** saylı bağ evinin yerləşdiyi torpaq sahəsi 0.21 ha təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən müraciətdə qeyd olunan keçid yolu kimi nəzərdə tutulmuş torpaq sahəsi (82.0 kv.m) hər hansı bir şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmin hissədə qonşu bağ tərəfindən əlavə tikinti işləri aparılmışdır.

20. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, *** saylı bağ sahəsinə dair Üçüncü şəxs adına tərtib edilmiş Texniki Pasport iş materiallarına əlavə olunmuşdur. Bilgəh bağlar massivinin sxematik xəritəsindən Çıxarış iş materiallarına əlavə olunmuşdur.

21. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli e-*(***)-****/**** nömrəli Qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Üçüncü şəxs qarşı "iddiaçının mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 12-ci dalanda yerləşən *** nömrəli bağ evinin qonşu sərhədində cavabdeh tərəfindən inşa edilən 4,30 metr hündürlüyündə köməkçi tikilinin və cavabdeh tərəfindən öz divarına yerləşdirilmiş iri ölçüdə elektrik qutusunun öz hesabına sökülərək əvvəlki vəziyyətə gətirilməsi, iddiaçının həyətinə baxan pəncərələrin bağlanması, qonşu sərhədindən keçən elektrik kabelinin və qaz boru xəttinin yığışdırılaraq cavabdehin giriş qapısının (darvazasının) yaxın ara məsafəsindən öz həyətinə daxil olması, qonşu divarının (hasarın) tikinti qaydalarına uyğun olaraq yenidən inşa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməmişdir.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli 2(103)- ***/**** nömrəli Qətnaməsi ilə iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməmişdir. Hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır.

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli Qərarı ilə iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir.

24. Qeyd edilən məhkəmə aktlarından müəyyən olunur ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi *** nömrəli bağ evi ##.##.2023-cü il tarixdə İddiaçı adına, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 220 (Yeni qaydalarla: Az1094, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi Rauf Kazımovski küçəsi giriş ***) nömrəli bağ evi ##.##.2024-cü il tarixdə Üçüncü şəxs adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmışdır. Həmin mülki iş üzrə apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Məhkəməyə verilmiş 212.2025-ci il tarixli, **/**** nömrəli rəyindən görünür ki, “xxxx" Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli, 3-21-3- 30/2- ****/**** saylı mütəxəssis rəyinə əsasən, cavabdehin Bilgəh qəsəbəsi, *** saylı bağ evinin yerləşdiyi torpaq sahəsinin şərq hissəsində Bilgəh qəsəbəsi, 268 ünvanı arasında olan keçidi (82,0 kv.m) tutaraq tikinti işləri aparması müəyyən edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən, qeyd olunan keçid yolu kimi nəzərdə tutulmuş torpaq sahəsinin (82,0 kv.m) hər hansı bir şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı müəyyən olunmuşdur. İddia olunan tikilinin planlı yerləşmə yerinin cavabdehin adına tərtib olunmuş 005013044417-***** reyestr nömrəli, ##.##.2024-cü il tarixli “Texniki pasportda” qeyd olunan “İ” literli köməkçi tikilinin yerləşdiyi yerə uyğun olduğu müəyyən edilmişdir. Lakin “Texniki pasportda” qeyd olunan torpaq sahəsinin koordinatları ilə sözügedən tikilinin yerləşdiyi yerin koordinatlarını müqayisə etdikdə həmin tikilinin yerləşdiyi torpaq sahəsinin 69 kv.m hissəsinin cavabdehin adına tərtib olunmuş “Texniki pasportun” hüdudlarından kənarda yerləşdiyi müəyyən olunmuşdur.

25. Hazırda iddiaçının tələbi “## ##### 2024-cü il tarixli ************-***** nömrəli çıxarışa əsasən Üçüncü şəxs tam xüsusi mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi *** nömrəli (Yeni qaydalarla: Az1094, ünvan 1) bağ evinə verilmiş texniki pasportun ləğv olunması; Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi *** nömrəli (Yeni qaydalarla: Az1094, ünvan 1) bağ evi ünvanında yerləşən 0.24 ha torpaq sahəsinin koordinatlarının yenidən müəyyən olunması; yeni koordinatlar müəyyən edildikdən sonra ## ##### 2024-cü il tarixli ************-***** nömrəli çıxarışa əsasən Üçüncü şəxs tam xüsusi mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi *** nömrəli (Yeni qaydalarla: Azl094, ünvan 1) bağ evinə yeni texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədədir.

26. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində dindirilən mütəxəssis Bahadov İmran Bahad oğlu izahatında da bildirmişdir ki, Bilgəh bağlar massivinin sxematik xəritəsindən Çıxarışdan göründüyü kimi iddiaçı İddiaçı və üçüncü şəxs Üçüncü şəxs məxsus torpaq sahələri arasında əvvəllər keçid yolu kimi istifadə olunan boş ərazi mövcud olmuşdur. Hazırda müvafiq keçid hissə Üçüncü şəxs tərəfindən hasarlanmış və orada əlavə tikinti işləri aparılmışdır. Buna baxmayaraq, nəzərə alınmalıdır ki, tərəflər arasında keçid yolu kimi nəzərdə tutulmuş torpaq sahəsi 82.0 kv.m təşkil edir və hər hansı bir şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı tərəfindən mübahisələndirilən həmin hissə Üçüncü şəxs məxsus texniki pasport və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əhatə olunmur. Belə ki, Üçüncü şəxs məxsus torpaq sahəsinin faktiki koordinatları texniki pasport və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla eynilik təşkil etməklə (hər hansı sürüşmə halı mövcud deyil) şəxs tərəfindən ona məxsus olan torpaq sahəsindən əlavə 82 kv.m torpaq sahəsi zəbt edilmişdir. Qeyd edilən faktlar elektron kadastr baza məlumatları və GPS vasitəsilə torpaq sahəsinə yerli baxış əsasında müəyyən edilmişdir.

27. cavabdeh1 * saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş Mütəxəssis Rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, *** saylı bağ evinin yerləşdiyi torpaq sahəsi sənəd üzrə və faktiki olaraq 0.21 ha təşkil edir (005013036997-11301 reyestr nömrəsi ilə İddiaçı xüsusi mülkiyyətindədir). Bilgəh qəsəbəsi, *** saylı bağ evinin yerləşdiyi torpaq sahəsi isə sənəd üzrə 0.24 ha olsa da, faktiki olaraq 0.2737 ha təşkil edir (005013044417-***** reyestr nömrəsi ilə Üçüncü şəxs xüsusi mülkiyyətindədir). Üçüncü şəxs Bilgəh qəsəbəsi *** saylı bağ evinin yerləşdiyi torpaq sahəsinin şərq hissəsində Bilgəh qəsəbəsi 268 ünvanı arasında olan keçidi (82.0 kv.m) tutaraq tikinti işləri aparmışdır. Sözügedən Bilgəh qəsəbəsi 220 ünvanının hasarı daxilində əlavə 0.0255 ha torpaq sahəsi vardır.

28. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan keçid yolu kimi nəzərdə tutulmuş torpaq sahəsi (82.0 kv.m) hər hansı bir şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmin hissədə qonşu tərəfindən əlavə tikinti işləri aparılmışdır.

29. Apelyasiya baxışı zamanı kollegiya tərəfindən iddiaçının qeyd etdiyi ərazidə yerində baxış həyata keçirilmiş və baxış zamanı ərazinin yol kimi istifadə olunmadığı müəyyən edilmişdir.

30. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hazırda inzibati mübahisənin yaranmasına səbəb olan keçid yolu kimi nəzərdə tutulmuş torpaq sahəsi (82.0 kv.m) üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Eyni zamanda üçüncü şəxsin qanuni istifadəsində olan torpaq sahəsinin faktiki yerləşmə vəziyyəti ilə texniki pasportda və çıxarışda müəyyən olunmuş koordinatları arasındakı uyğunsuzluq mövcud deyil.

31. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, texniki pasport və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən üçüncü şəxsin xüsusi mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının sürüşdürülməsi iddiaçıya münasibətdə hər hansı hüquqi nəticə yaratmayacaqdır. Ona görə də iddiaçı İddiaçı hazırki iddia tələbini qaldırmağa hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının mövcudluğu müəyyən olunmur.

32. İnzibati prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

33. Hazırki işdə iddiaçının müvafiq iddia növü üzrə hüuqi marağının mövcudluğu sübuta yetirilmədiyindən və bu hal onun özü tərəfindən yetəri qədər əsaslandırılmadığından məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir.

34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

36. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

37. Göstərilənlərə əsasən və İPM-in 35, 87 və 94-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar