Məhkəmə qərarları › İş №2-1(103)-481/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-481/2021

11.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-481/2021 11.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiya təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2-1(112)-3125/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşı tamam olduğu 07 avqust 2019-cu il tarixindən təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 07 avqust 1962-ci il tarixdə doğulmuşdur. Diplomunun, hərbi biletinin və əmək kitabçasının surətlərindən görünür ki, 01 sentyabr 1978-ci il tarixdən 20 iyul 1979-cu il tarixinədək (10 ay 20 gün) Əli Bayramlı 28 №-li Texniki-Peşə Məktəbində təhsil almış, 05 noyabr 1980-ci il tarixdən 01 dekabr 1982-ci il tarixinədək (2 il 26 gün) Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 19 aprel 1983-cü il tarixdən 04 iyun 1984-cü il tarixinədək (1 ay 16 gün) “Azenerjitikinti” trestinin “Hidrosantexquraşdırma” idarəsində elektrik qaynaqçısı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarına 2 №-li əlavə 2 №-li siyahı kod: 23200000-19906), 16 iyul 1984-cü il tarixdən 10 aprel 1989-cu il tarixinədək (4 il 8 ay 24 gün) X6 Kombinatında düzəldici maşınların operatoru (Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 2 saylı siyahı üzrə kod: 2230600a-16149), 28 aprel 1989-cu il tarixdən 04 avqust 1990-cı il tarixinədək (1 il 3 ay 6 gün) Salyan rayonu TQİ-də elektrik-qaz qaynaqçısı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarına 2 №-li əlavə 2 №-li siyahı kod: 23200000-19906), 20 sentyabr 1990-cı il tarixdən 01 fevral 1993-cü il tarixinədək (2 il 4 ay 11 gün) “Azavtotəmirtikintiquraşdırma” trestinin 2 saylı TTİ-də elektrik qaynaqçısı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarına 2 №-li əlavə 2 №-li siyahı kod: 23200000-19906), 02 fevral 1993-cü il tarixdən 31 avqust 1993-cü il tarixinədək (5 ay 29 gün) 9 №-li trestin 95 №-İİ TTİ-də elektrik qaynaqçısı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarına 2 №-li əlavə 2 №-li siyahı kod: 23200000-19906), 14 sentyabr 1993-cü il tarixdən 10 avqust 1994-cü il tarixinədək (11 ay 26 gün) “Qaradağ” Təsərrüfat hesablı İnzibati-Ərazi İB-də fəhlə, 10 avqust 1994-cü il tarixdən 22 sentyabr 1997-ci il tarixinədək (3 il 1 ay 12 gün) həmin idarənin ağac emalı sexində elektrik-qaz qaynaqçısı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarına 2 №-li əlavə 2 №-li siyahı kod: 23200000-19906), 29 sentyabr 1997-ci il tarixdən 01 yanvar 2006-cı il tarixinədək (8 il 3 ay 2 gün) və 01 yanvar 2006-cı il tarixdən bu günə kimi “Azneft” İB-nin “Neft Daşları” NQÇİdə elektrik-qaz qaynaqçısı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarına 2 №-li əlavə 2 №-li siyahı kod: 23200000-19906) peşəsində işləyir. 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər- istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. Göründüyü kimi 01 yanvar 2006-cı il tarixinə ümumi iş stajı, həqiqi hərbi xidmət illəri də daxil olmaqla 25 il 2 ay 24 gün təşkil etmiş və həmin staj illərinin 20 il 2 ay 10 gün müddətini güzəştli əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 2 nömrəli siyahıya daxil olan işərdə çalışmışdır. Bununla da, 57 yaşı tamam olduğu 07 avqust 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pesniyası almaq hüququ yaranmışdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə müvafiq olaraq 57 yaşı tamam olduğu 07 avqust 2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və hüququ yarandığı tarixdən bu günə kimi ödənilməmiş pensiya haqqı məbləğinin ödənilməsi barədə cavabdehə müraciətinə imtina cavabı verilmişdir. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 N-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının İdarəyə təqdim etdiyi sənədlərdən görünür ki, onun 1 yanvar 2006-cı il tarixinə ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 6 aydan az təşkil edir. Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2-1(112)-3125/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni formada əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” peşəsində deyil, “elektrik-qaz qaynaqçısı” və “qaynaqçı” peşələrində işləməsilə bağlı mülahizəsinə gəldikdə isə, göstərilən peşələrdəki qaynaqçı dedikdə yalnız əl ilə aparılan qaynaqdan söhbət gedir, çünki həmin peşələrdə çalışdığı müəssisələrin heç birində aparatla qaynaq işi aparılmamışdır. Məhkəmə belə bir mülahizə irəli sürsə də onun doğruluğunu sübut edən heç bir dəlil əldə etməmiş, buna heç təşəbbüs də göstərməmişdir. Əksinə, çalışdığı müəssisələr tərəfindən ona təqdim edilmiş güzəştli arayışlarda, ona güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verən peşələrdə çalışdığı təsdiqlənmişdir. Məhkəmə, həm əmək kitabçasındakı qeydlərə, həm də ona təqdim edilmiş arayışlara şübhə ilə yanaşsa da, bununla bağlı heç bir araşdırma aparmamış, həmin təşkilatlara heç bir sorğu göndərməmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, əmək kitabçası ardıcıl yazılmışdır. Cavabdeh peşəni mübahisələndirmir. Arayış təqdim olunub, güzəştli stajı 21 ildən çoxdur. Bildirirlər ki, elektrik qaynaqçısı əli ilə qaynaq aparan qaynaqçılara aid deyil. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, pensiya hüququ 2019-cu ildə yaranıb. Təhsil müddəti ümumi staja daxil edilmir. Bir hissəsini qəbul edirlər. Elektrik qaynaqçıları bir neçə yerə bölünür. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin adının “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı” kimi oxunması qərara alınmışdır. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun: - 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər; - 4.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. Hazırkı işin hallarından görünür ki, iddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuş, 01 sentyabr 1978-ci il tarixdən 20 iyul 1979-cu il tarixinədək Əli Bayramlı 28 №-li Texniki-Peşə Məktəbində təhsil almış, 05 noyabr 1980-ci il tarixdən 01 dekabr 1982-ci il tarixinədək həqiqi hərbi xidmətdə olmuşdur. Əmək kitabçasından görünür ki, iddiaçı, 19 aprel 1983-cü il tarixdən 04 iyun 1984-cü il tarixinədək “Azenerjitikinti” trestinin “Hidrosantexquraşdırma” idarəsində elektrik qaynaqçısı, 16 iyul 1984-cü il tarixdən 10 aprel 1989-cu il tarixinədək X6 Kombinatında əmək şəraiti zərərli olmaqla operator, 28 aprel 1989-cu il tarixdən 04 avqust 1990-cı il tarixinədək Salyan rayon Təsərrüfat hesablı tikinti sahəsində elektrik-qaz qaynaqçısı, 20 sentyabr 1990-cı il tarixdən 01 fevral 1993-cü il tarixinədək “Azavtotəmirtikintiquraşdırma” trestinin 2 saylı TTİ-də qaynaqçı, 02 fevral 1993-cü il tarixdən 31 avqust 1993-cü il tarixinədək 9 №-li trestin 95 №-li TTİ-də qaynaqçı, 14 sentyabr 1993-cü il tarixdən 10 avqust 1994-cü il tarixinədək “Qaradağ” Təsərrüfat hesablı İnzibati-Ərazi birliyində köməkçi, fəhlə, 10 avqust 1994-cü il tarixdən 22 sentyabr 1997-ci il tarixinədək həmin idarənin ağac emalı sexində elektrik-qaz qaynaqçısı peşəsində çalışmış, 29 sentyabr 1997-ci il tarixdən bu günə kimi “Azneft” İB-nin “Neft Daşları” NQÇİ-də elektrik-qaz qaynaqçısı peşəsində işləyir. Cavabdeh 17.09.2019-cu il tarixli imtinasını onunla əsaslandırmışdır ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 6 aydan az təşkil edir. Birinci instansiya məhkəməsi iddiaçının 01.01.2006-cı il tarixə qədər 25 ildən yuxarı ümumi iş stajının olduğunu müəyyən edərək, iddia tələbinin rədd edilməsi əsası kimi qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “XXİ. Meşə sənayesi müəssisələri və meşə təsərrüfatı. Sellüloz-kağız və ağac emalı istehsalatları” bölməsində 2230600a-16149 koduna “düzəldici maşınların operatorları” peşəsi, “XXXİİİ. Ümumi peşələr” bölməsində 23200000- 19906 kodu ilə “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsi nəzərdə tutulmuşdur. İş materiallarında olan əmək kitabçasından, iddiaçının “düzəldici maşınların operatoru” peşəsində deyil “operator” peşəsində, həmçinin “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” peşəsində deyil “elektrik-qaz qaynaqçısı” və “qaynaqçı” peşələrində işləməsi müəyyən edilir. Həmçinin, iş materiallarında olan 12896 nömrəli Attestatdan da göründüyü kimi, iddiaçı peşə məktəbində “elektrik qaynaqçısı” peşəsi üzrə təhsil almışdır, “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” peşəsi üzrə deyil. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində deyilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. 01.08.1997-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: “v” hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, “ğ” ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. İddiaçı 01 sentyabr 1978-ci il tarixdən 20 iyul 1979-cu il tarixinədək Əli Bayramlı 28 №-li Texniki-Peşə Məktəbində təhsil almışdır. Yuxarıda istinad olunan və iddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş pensiya qanunvericiliyinin normalarından göründüyü kimi təhsil müddəti onun iş stajına, hazırkı halda sığorta stajına daxil edilir. İddiaçının təhsil müddətinin onun sosial sığorta stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur. Bundan əlavə yuxarıda qeyd edilən qanunvericilik normasına, həmçinin hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” qanunun 21-ci maddəsinə əsasən hərbi xidmət müddəti də sığorta stajına daxil edilir. İddiaçının təhsil müddəti, hərbi xidmət müddəti və 01.01.2006-cı il tarixə qədər iş stajını da nəzərə aldıqda, 01.01.2006-cı il tarixə qədər iddiaçının 25 ildən yuxarı ümumi iş stajı mövcuddur. İddiaçının güzəştli iş stajına münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: İş materiallarına əlavə edilmiş SOCAR “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və qazçıxarma idarəsinin 21.08.2019-cu il tarixli PUŞ-02/36 saylı arayışından görünür ki, iddiaçı 29.09.1997-14.11.2013-cü illərdə Mənzil-kommunal təsərrüfatında elektrik-qaz qaynaqçısı peşəsində, 14.11.2013-01.10.2014-cü illərdə İstismar avadanlıqlarının təmiri sexində elektrik-qaz qaynaqçısı peşəsində, 01.10.2014-cü il tarixdən hal-hazıra qədər Mənzil-kommunal təsərrüfatında elektrik-qaz qaynaqçısı peşəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarındakı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsi, “Ümumi peşələr” əsasən “Neft Daşları” NQÇİ-nin İATS və MKT-də elektrik-qaz qaynaqçısı peşəsində 21.08.2019-cu il tarixə qədər dəniz şəraitində güzəştli şərtlərlə iş stajı – 21 il 10 ay 22 gün təşkil edir. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin 26.08.2019-cu il tarixli 02-ME saylı arayışından görünür ki, iddiaçının 04.07.1995-22.09.1997-ci illərdə Qaradağ Birliyinin – Ələt sahəsində elektrik-qaz qaynaqçısı peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarındakı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsi, “Ümumi peşələr” əsasən elektrik-qaz qaynaqçısı peşəsində 2 il 2 ay 18 gün stajı təşkil edir. Qaradağ Birliyi 2004-cü ildə özəlləşdirilərək “xxxx” MMC-yə çevrilmişdir. İddiaçının işlədiyi “elektrik qaynaqçısı” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “XXXİİİ. Ümumi peşələr” bölməsində “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” (kod: 23200000-19906) peşəsinə, “operator” vəzifəsi isə “Ağac emalı komtinatı”nda işlədiyi nəzərə alınaraq Nazirlər Kabinetinin qeyd edilən Qərarının “XXİ. Meşə sənayesi müəssisələri və meşə təsərrüfatı. Sellüloz-kağız və ağac emalı istehsalatları” bölməsinin “Ağac emalı istehsalatı” bəndinin “düzəldici maşınların operatorları” (kod: 2230600a—16149) peşəsinə uyğundur. Birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi iddiaçının “düzəldici maşınların operatoru” peşəsində deyil “operator” peşəsində, həmçinin “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” peşəsində deyil “elektrik-qaz qaynaqçısı” və “qaynaqçı” peşələrində işləməsinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Qaynaq işlərinin görülməsi zamanı bütün istehsalatlarda çalışan qaynaqçılar insan orqanizmi üçün təhlükəli və zərərli olan amillərin təsirinə məruz qalırlar. Operator vəzifəsi isə həmçinin iddiaçının əmək kitabçasında əmək şəraiti zərərli olan vəzifə kimi qeyd edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 01.01.2006-cı il tarixədək həm 25 il ümumi, həm də 12 il 6 ay güzəştli stajı tamam olduğundan ona 57 yaşının tamam olduğu 07 avqust 2019-cu il tarixdən yaşa görə əmək pensiyasınn təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2-1(112)-3125/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməli, İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu 07 avqust 2019-cu il tarixindən təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Nəticə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2-1(112)-3125/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu 07 avqust 2019-cu il tarixindən təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva Valeh Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar