Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-481/2024 01.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “avtomobillə təmin edilməsi üçün tibbi göstərişin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X6 və X9 ibarət tərkibdə X8-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “avtomobillə təmin edilməsi üçün tibbi göstərişin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9976/2023 saylı 16 avqust 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 01 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, iddiaçıya xx.xx.2014-cü il tarixdən “Keçirilmiş KBT-nın davamlı qalıq əlamatləri. Postravmatik serebroasteniya şəxsiyyətin nevrotik inkişafı. ÜİX-yi stabil gərginlik stenokardiyası. OU-xr konyuktivit.” diaqnozu ilə 2-ci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Cavabdehin təqdim etdiyi əlillik altsistemindən çıxarışlardan görünür ki, iddiaçının “avtomobil və motorlu araba almaq üçün” müraciətinə xx.xx.2019-cu il tarixli göndəriş əsasında baxılmış və xx.xx.2019-cu il tarixdə “Diaqnozun mətni: S06.2 Baş beynin diffuz travması. Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri; TSEKİN əlavə diaqnozu: Servikalgiya. Servikal spandiloz və lordozda düzləşmə.Th1 fəqərə cismində 10 mm ölçülü hemangioma. Servikal intervertebral disklərdə degenerasiya; Əlavə müayinələrin nəticələri: Servikalgiya, Servikal spandiloz və lordozda düzləşmə. Th1 fəqərə cismində 10 mm ölçülü hemangioma. Servikal intervertebral disklərdə degenerasiya.” 501 №-li əmrə əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə əks göstəriş olan xəstəliklər: Əks göstəriş yoxdur" səbəbi ilə imtina edilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi “Şərtləri və qaydası”na uyğun olaraq növbəlik qaydasında pulsuz avtomobillə təmin edilməsi üçün tibbi göstərişin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X5 iştirak edərək, kəllə-beyin travmaları almış və ona 2003-cü ildə İİ qrup əlillik təyin edilmişdir. 2014-cü il tarixində növbəti müayinə nəticəsində iddiaçıya İİ qrup əlillik müddətsiz olaraq təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli, 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi “Şərtləri və qaydası”na uyğun olaraq iddiaçıya minik avtomobilin verilməsi ilə bağlı tibbi göstəriş verilməsi üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ******* AABP2 nömrəli xx.xx.2021-ci il tarixli göndəriş göndərilmişdir. Lakin cavabdeh xx.xx.2022ci il tarixli, **********5 saylı məktubla ona imtina vermişdir. Halbuki, xx.xx.2021-ci il tarixli göndərişdə qeyd edilən diaqnozlardan əlavə 15 yanaşı xəstəliyi də müəyyən olunmuşdur. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə 17 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 -Başın travmaları => S09 - Başın digər və dəqiqləşdirilməmiş travmaları => S09.9 - Başın dəqiqləş...; Diaqnozun mətni: Keçirilmiş KBT-nın davamlı qalıq əlamətləri. Postravmatik serebroasteniya şəxsiyyətin nevrotik inkişafı. ÜİX-yi stabil gərginlik stenokardiyası. OU-xr konyuktivit; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Keçirilmiş KBT-nın davamlı qalıq əlamətləri. Postravmatik serebroasteniya şəxsiyyətin nevrotik inkişafı. ÜİX-yi stabil gərginlik stenokardiyası. OU-xr konyuk..." səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. İddiaçı “avtomobil və motorlu araba almaq üçün” müraciətinə xx.xx.2019-cu il tarixli göndəriş əsasında baxılmış və “Diaqnozun mətni: S06.2 Baş beynin diffuz travması. Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri; Tsekin əlavə diaqnozu: Servikalgiya. Servikal spandiloz və lordozda düzləşmə.Th1 fəqərə cismində 10 mm ölçülü hemangioma. Servikal intervertebral disklərdə degenerasiya; Əlavə müayinələrin nəticələri: Servikalgiya, Servikal spandiloz və lordozda düzləşmə. Th1 fəqərə cismində 10 mm ölçülü hemangioma. Servikal intervertebral disklərdə degenerasiya; 501 №-li əmrə əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə əks göstəriş olan xəstəliklər: Əks göstəriş yoxdur" səbəbi ilə imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə olan siyahida hansı diaqnozu olan şəxslərin avtomobil və motorlu araba almaq hüququ olması qeyd olunmuşdur. İddiaçının qeyd edilən diaqnozu həmin siyahıda olmadığı üçün ona “əks göstəriş” səbəbi ilə imtina verilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi bərədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9976/2023 saylı 16 avqust 2023-cü il tarixli qərarı ilə iddia tələbinin təmin olunmaması qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apelyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2024-cü tarixli məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia “məcburetmə haqqında” iddia növünə aid olub, iddiaçı iddia qaldırmamışdan əvvəl hazırki tələblə bağlı cavabdeh quruma müraciət etmiş, lakin ona imtina verildiyi üçün həmin vaxtdan qanunla müəyyən edilmiş müddət daxilində məhkəmədə iddia qaldırmışdır. Bu baxımdan iddia mümkündür. İddianın mahiyyətinə gəldikdə isə hazırki işin hallarından görünür ki, iddiaçıya xx.xx.2014-cü il tarixdən 2-ci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. İddiaçı “avtomobil və motorlu araba almaq” tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından müəyyən olunur ki, iddiaçıya xx.xx.2014-cü il tarixdən “Keçirilmiş KBT-nın davamlı qalıq əlamatləri. Postravmatik serebroasteniya şəxsiyyətin nevrotik inkişafı. ÜİX-yi stabil gərginlik stenokardiyası. OU-xr konyuktivit.” diaqnozu ilə 2-ci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. xx.xx.2019-cu il tarixli göndəriş əsasında baxılmış və xx.xx.2019-cu il tarixdə “Diaqnozun mətni: S06.2 Baş beynin diffuz travması. Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri; TSEK-in əlavə diaqnozu: Servikalgiya. Servikal spandiloz və lordozda düzləşmə. Th1 fəqərə cismində 10 mm ölçülü hemangioma. Servikal intervertebral disklərdə degenerasiya; Əlavə müayinələrin nəticələri: Servikalgiya, Servikal spandiloz və lordozda düzləşmə. Th1 fəqərə cismində 10 mm ölçülü hemangioma. Servikal intervertebral disklərdə degenerasiya.” 501 №-li əmrə əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə əks göstəriş olan xəstəliklər: Əks göstəriş yoxdur" səbəbi ilə imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”: 1.1. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” (bundan sonra – Qayda) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyi olan şəxslərin (bundan sonra – Şəxs) reabilitasiya vasitələri ilə təmin edilməsinin şərtlərini və qaydasını müəyyən edir. 1.2. Şəxsin reabilitasiya vasitələri ilə təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) və Sosial Xidmətlər Agentliyi vasitəsilə Nazirlik üçün hər il üzrə dövlət büdcəsindən ayrılan vəsait çərçivəsində həyata keçirilir. 1.4. Reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X2 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki X4 (bundan sonra – Mərkəz) tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüququları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 3.1. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. 3.10. Minik avtomobili Nazirliyin mülkiyyətində saxlanılmaqla qeydiyyata götürülür. 4.1. Bu Qaydanın müddəalarının pozulmasından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. ““Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na “Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri” adlı Əlavəsinin 57-ci bəndinə əsasən aşağıdakı tibbi göstərişlər olduğu hallarda əlilliyi olan şəxslər minik avtomobili ilə təmin edilməlidir:
1. ikinci (İİ B) dərəcəli xroniki qan dövranı çatışmazlığı;
2. ağciyər çatışmazlığı, İİ dərəcəli;
3. bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi;
4. hemiplegiya, nəzərəçarpan hemiparez;
5. nəzərəçarpan ataksiya, hiperkinetik amiostatik sindrom;
6. hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, İİ dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda İİ-İİİ dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla;
7. hər iki aşağı ətrafın fillik xəstəliyi;
8. hər iki pəncənin Şopar və yaxud daha yüksək səviyyədə güdülü;
9. aşağı ətrafın baldır və yaxud bud səviyyəsində güdülü;
10. hər iki bud-çanaq oynağının ankilozu;
11. onurğanın ayaq üstə durmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyaları. Onurğa sütunu funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşahidə olunan İİİ-İV dərəcəli əyilmələr;
12. bir aşağı ətraf və ya çanaq qurşağı sümüklərinin xroniki osteomieti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boşluqların olması ilə);
13. aşağı ətrafda böyük ölçülü (sümük çevrəsinin yarısından artığı dağıldıqda) sümük defekti və yaxud uzun müddət sağalmayan xora (10 sm2-dən böyük) olduqda;
14. hər iki bud və yaxud baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində aşağı ətrafın funksiyasının kəskin pozulması, hər iki bud-çanaq və yaxud hər iki diz oynaqlarında kəskin kontraktura olduğu halda;
15. əlilliyi olan şəxsin hər iki gözünün görmə itiliyi 0,04-dən aşağı və ya görmə sahəsi 5 (beş) dərəcədən aşağı olduqda. Beləliklə, həm iddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olan “KBT-nın davamlı qalıq əlamatləri. Postravmatik serebroasteniya şəxsiyyətin nevrotik inkişafı. ÜİX-yi stabil gərginlik stenokardiyası. OU-xr konyuktivit.” hiaqnozu, həm də xx.xx.2019-cu il tarixli göndəriş də olan diaqnoz (S06.2 Baş beynin diffuz travması. Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri; TSEK-in əlavə diaqnozu: Servikalgiya. Servikal spandiloz və lordozda düzləşmə. Th1 fəqərə cismində 10 mm ölçülü hemangioma. Servikal intervertebral disklərdə degenerasiya; Əlavə müayinələrin nəticələri: Servikalgiya, Servikal spandiloz və lordozda düzləşmə. Th1 fəqərə cismində 10 mm ölçülü hemangioma. Servikal intervertebral disklərdə degenerasiya. 501 No-li əmrə əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə əks göstəriş olan xəstəliklər: Əks göstəriş yoxdur. Qeyd olunan xəstəliklər yuxarıda adı çəkilən Əlavənin 57-ci bəndində nəzərdə tutulmuş tibbi göstərişin verilməsi üçün əsas olan xəstəliklərə aid deyildir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıda mövcud olan xəstəlik ona minik avtomobili verilməsi üçün tibbi göstərişi olmadığı üçün birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehin imtinasını əsaslı hesab edərək iddia tələbini təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasından cavabdehin etdiyi imtina qanuna zidd olmayıb, iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığı üçün bu hal cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələb etdiyi inzibati aktın qəbul edilməsi barədə öhdəliyin qoyulmasını istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilməsi üçün əsas vermir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin 2-1(112)-9976/2023 saylı 16 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9976/2023 saylı 16 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyalə Cəmilova X13 Elvin Əliyev