Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-481/2025 17.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “yeni məlumat vərəqəsinin verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), X6 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna qarşı “yeni məlumat vərəqəsinin verilməsi” barədə iddia tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5024/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İŞİN HALLARİ
1. Azərbaycan Respublika Prokurorluğunun xx.xx.1998-ci il tarixli, 75-L nömrəli əmrinə əsasən İddiaçı (bundan sonra – iddiaçı) Naxçıvan qarnizonu hərbi prokurorluğunun müstəntiqi təyin edilmişdir.
2. Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2001-ci il tarixli, 03/400-k nömrəli əmrinə əsasən Muxtarov X5 hərbi prokurorluğunun böyük müstəntiqi təyin edilmişdir.
3. Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2002-ci il tarixli, 09/99-k nömrəli əmrinə əsasən İddiaçı kiçik ədliyyə müşaviri rütbəsi verilmişdir.
4. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2002-ci il tarixli, 0494 nömrəli əmri ilə İddiaçı Silahlı Qüvvələrə həqiqi hərbi xidmətə qəbul edilməklə ona “ədliyyə baş leytenantı” rütbəsi verilmişdir.
5. Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2020-ci il tarixli, 11/298-k nömrəli əmrinə əsasən İddiaçı qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azd olunaraq qulluq keçməsinə xitam verilmişdir.
6. İddiaçının Naxçıvan Hərbi prokurorluğunda müstəntiq kimi xidmət etdiyi 1998-ci ilin fevral ayının 27-dən 2002-ci ilin sentyabr ayının 07-dək olan müddətin (4 il 6 ay 6 gün) də hərbi qulluqçu kimi hesablanmaqla bütün xidmət illərinin, o cümlədən güzəştli xidmət illərinin də təqvim üzrə xidmət illərinə əlavə edilməklə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna yeni "məlumat vərəqəsi" göndərilməsi üçün cavabdehə etdiyi müraciət Naxçıvan hərbi prokurorluğu Naxçıvan şəhərində olmaqla həmin ərazi dəniz səviyyəsindən 1000 və 2500 metr və daha çox hündürlükdə yerləşmədiyindən təmin edilməmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan Hərbi prokurorluğunda faktiki olaraq müstəntiq kimi xidmət etdiyi 1998-ci-ci ilin fevral ayının 18dən 2002-ci ilin sentyabr ayının 07-dək olan müddətin də, yəni 4 (dörd) il 6 (altı) ay 20 gün də hərbi qulluqçu kimi hesablanmaqla bütün xidmət illərinin, o cümlədən güzəştli xidmət illərinin də təqvim üzrə xidmət illərinə əlavə etməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına əvvəli 27 noyabr 2020-ci il tarixdən hesablanmaqla yeni "məlumat vərəqəsi" göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin avqust ayından əmək pensiyası hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası ilə əvəz olunmuş və hal-hazırda hərbi qulluqçu kimi pensiya alır. Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərdiyi 08 iyun 2021-ci il tarixli 000011 nömrəli məlumat vərəqəsində və xidmət illərinin hesablanması barədə arayışda hərbi xidmətdə təqvim üzrə xidmət müddətinin 24 il 5 ay 22 gün, ali təhsili 2 il 6 ay, güzəştli xidmət illəri 2 il 4 ay 6 gün olmaqla, ümumi hərbi xidməti 29 il 3 ay 28 gün hesablanmışdır. Azərbaycan Respublikası Baş Prokurorunun 09 mart 1994-cü il tarixli 176-L nömrəli əmri ilə Azərbaycan Respublikası Prokurorluq orqanlarına köçürülmə qaydasında müstəntiq kimi işə qəbul olunmuş, Baş Prokurorun 18 fevral 1998-ci il tarixli 75-L nömrəli əmri ilə Naxçıvan qarnizonu hərbi Prokurlorluğunun müstəntiqi, 20 aprel 2001-ci il tarixli, 03\400-k nömrəli əmri ilə Naxçıvan hərbi prokurorluğunun böyük müstəntiqi, 20 may 2005-ci il tarixli, 10\155 nömrəli əmri ilə Bakı hərbi prokurorluğunun böyük müstəntiqi, Azərbaycan Respublikası Hərbi Prokurorunun xx.xx.2011-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru vəzifəsinə təyin olunmuş, Azərbaycan Respublikası Baş Prokurorunun 31 may 2020-ci il tarixli 11\298-k nömrəli əmri ilə prokurorluqda qulluqda olmanın son yaş həddinə çatdığına görə tutuduğu vəzifədən azad edilərək prokurorluq orqanlarında qulluq keçməyinə xitam verilmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun 09 mart 1994-cü il tarixli 176-L nömrəli əmri ilə ona İİ dərəcə hüquqşünas, 27 mart 1996-cı il tarixli 104-L nömrəli əmri ilə İ dərəcə hüquqşünas, 10 may 2002-ci il tarixli 09\99-k nömrəli əmri ilə kiçik ədliyyə müşaviri xüsusi rütbələri verilmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin 07 sentyabr 2002-ci il tarixli, 0494 № li əmri ilə Silahlı Qüvvələrə həqiqi hərbi xidmətə qəbul edilməklə "ədliyyə baş leytenantı" hərbi rütbəsi verilmiş, Azərbaycan Respublikası Hərbi Prokurorunun 16 sentyabr 2002-ci il tarixli 011 nömrəli əmri ilə "ədliyyə mayoru", xx.xx.2011-ci il tarixli 123 nömrəli əmri ilə "ədliyyə polkovnik-leytenantı" hərbi rütbələri verilmiş, 01 iyun 2020-ci il tarixli əmri ilə isə xx.xx.2020-ci il tarixdən həqiqi hərbi xidmətdən istefaya bıraxılmışdır. Hərbi xidmət müddəti hesablanarkən 1998-ci ilin fevral ayının 18-dən 2002-ci ilin sentyabr ayının 07-dək Naxçıvan Hərbi Prokurorluğunda xidmət etdiyi müddət, yəni 4 il 6 ay 20 gün müddət əsassız olaraq hərbi xidmət kimi hesablanmamışdır. Azərbaycan Respublikası Hərbi prokurorluğu tərəfindən ərizəsinə verilmiş 20 noyabr 2023-cü il tarixli 3-3-10\2-876\23 nömrəli cavab məktubunda göstərilir ki, "Naxçıvan hərbi prokurorluğunda 18 fevral 1998- ci il tarixdən 07 sentyabr 2002-ci il tarixə kimi müstəntiq və böyük müstəntiq vəzifələrində işləyərkən hərbi qulluqçu statusuna malik olmadığından, qeyd olunan müddətin hərbi qulluqçu kimi hesablanaraq xidmət illərə daxil edilməsi mümkün deyildir". Halbuki, 18 fevral 1998-ci il tarixdən 20 may 2005-ci il tarixədək olan dövr ərzində Naxçıvan qarnizonu Hərbi prokurorluğunda müstəntiq və böyük müstəntiq kimi işlədiyi işlərdə faktiki olaraq eyni hərbi cinayətlərin istintaqı ilə məşğul olmuş və eyni materialları araşdırmışdır. Yəni 1998-ci ilin fevral ayının 18-dən 2002-ci ilin sentyabr ayının 07-dək olan müddətdə və eyni zamanda hərbi xidmətə çağırılandan sonra da icra etdiyi işlər arasında heç bir fərq olmamışdır. Naxçıvan qarnizonu Hərbi Prokurorluğuna müstəntiq vəzifəsinə təyin olunanda hərbi xidmətə çağırılmaq ondan asılı olmamışdır. Bu barədə Hərbi Prokurorluq vaxtında Müdafiə Nazirliyi qarşısında vəsatət qaldırmalı idi. Çünki o, digər hərbi qulluqçularla eyni vəzifələri, eyni hərbi xidmətləri yerinə yetirmişdir. Azərbaycan Resrublikası Prezidentinin 25 iyun 2019-cu il tarixli 752 № Fərmanı ilə Arzəbaycan Respublikası Hərbi Prokurorluğu Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) Siyahısına daxil edilmişdir. Azərbaycan Resrublikası Prezidentinin həmin Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti özünün 23 noyabr 1992-ci il tarixli 631 №-li "Zabit heyətinə məxsus şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqaladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" Qərarına dəyişiklik edərək 1-ci bəndinə 6-cı yarımbənd əlavə edib "Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda hərbi xidmətə təyin olunma günündən" pensiya təyin olunması üçün üzün müddət xidmətə hesablanması aid edilmişdir. Nazirlər Kabinetinin həmin Qərarının 2-ci bəndinin "a" yarımbəndində göstərilir ki, respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən 2500 metr və daha çox hündürlükdə müəyyənləşdirildiyi şəraitdə xidimətin bir ayı iki ay kimi sayılır. Həmin Qərarın 2-ci bəndinin "b" yarımdəndində isə respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən 1000 metr və daha çox hündürlükdə xidmət edən şəxslərə xidmətin bir ayı ayyarım sayılmaqla hesablanması göstərilmişdir. Naxçıvan Hərbi Prokurorluğunun yurisdiksiyasına daxil olan Naxçıvan Qarnizonunda hərbi prokurorluğunun hərbi xidmət apardığı ərazisinin əksəriyyətinin dəniz səviyyəsindən hündürlüyü 1000 və 2500 metrdən yüksəklikdə yerləşir. Naxçıvan Hərbi prokurorluğunun əməkdaşları, o cümlədən iddiaçı həmin ərazidə xidmət aparmış, öhdəsinə düşən hərbi vəzifələri yerinə yetirmişdir.
9. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə əsasən Naxçıvan hərbi prokurorluğunda xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixə kimi müstəntiq və böyük müstəntiq vəzifələrində işlədiyi müddətdə hərbi qulluqçu statusuna malik olmamışdır. Yalnız xx.xx.2002-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi hərbi qulluqçu statusuna malik olmuşdur. O, iddia ərizəsində xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixə kimi işlədiyi müddətin hərbi xidmət kimi hesablanmamasına etiraz etsə də, bunu hər hansı qanunvericilik normasına istinad etməklə əsaslandırmamışdır. Bundan əlavə, iddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 saylı qərarının 2-ci bəndinin “a” yarımbəndində Respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən 2500 metr və daha çox hündürlükdə xidmətin bir ayı iki ay kimi, “b” yarımbəndində isə 1000 metr və daha çox hündürlükdə xidmətin bir ayı ayyarım kimi hesablandığını əsas gətirərək Naxçıvan hərbi prokurorluğunun yurisdiksiyasına daxil olan ərazilərin dəniz səviyyəsindən 1000 və 2500 metr və daha çox hündürlükdə yerləşdiyinə görə həmin prokurorluqda xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək xidmət etdiyi müddətin yenidən hesablanmasını məhkəmədən xahiş etmişdir. “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarına əlavə olunmuş siyahıda Naxçıvan Muxtar Respublikasının bəzi əraziləri dəniz səviyyəsindən 1000 və 2500 metr və daha çox hündürlükdə müəyyən olunsa da, Naxçıvan şəhəri həmin siyahıda göstərilməmişdir. Ona görə də, Naxçıvan hərbi prokurorluğu Naxçıvan şəhərində olmaqla həmin ərazi dəniz səviyyəsindən 1000 və 2500 metr və daha çox hündürlükdə yerləşmədiyindən İddiaçı əlavə güzəştlər verilməmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5024/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir.
12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi üzrə verilmiş xx.xx.2002-ci il tarixli, 0494 nömrəli əmrlə Silahlı Qüvvələrə həqiqi hərbi xidmətə qəbul edilməklə “ədliyyə baş leytenantı” rütbəsi verilmişdir. Beləliklə, iddiaçının hərbi qulluqçu kimi stajı xx.xx.2002-ci il tarixdən istefaya buraxıldığı xx.xx.2020-ci il tarixədək davam etmişdir. İddiaçı yuxarıda istinad edilən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə əsasən Naxçıvan hərbi prokurorluğunda xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixə kimi müstəntiq və böyük müstəntiq vəzifələrində işlədiyi müddətdə hərbi qulluqçu statusuna malik olmamışdır. Yalnız xx.xx.2002-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi hərbi qulluqçu statusuna malik olmuşdur.
13. Həmçinin, məhkəmə qeyd etmişdir ki, “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarına 1 nömrəli Əlavədə dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısı, 2 nömrəli Əlavədə dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısı verilmişdir. Lakin bu siyahıların heç birində Naxçıvan şəhərinin adı yer almamışdır. Naxçıvan hərbi prokurorluğu Naxçıvan şəhərində olmaqla həmin ərazi dəniz səviyyəsindən 1000 və 2500 metr və daha çox hündürlükdə yerləşmədiyindən iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixə işlədiyi dövr müvafiq əmsalla yenidən hesablana bilməz, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.
14. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5024/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil edir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
d) Prosses iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:
1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; ... 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; ... 3.3. Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. 9.4. Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. 9.6. Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. ... 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; ...
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli, 631 nömrəli qərarı:
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Müəyyən edilsin ki, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: ... Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda hərbi xidmətə təyin olunma günündən; ...
2. Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: a) xidmətin bir ayı iki ay sayılmaqla: … respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən 2500 metr və daha çox hündürlükdə; ... b) xidmətin bir ayı ayyarım sayılmaqla: ... respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən 1000 metr və daha çox hündürlükdə; ...
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”:
1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X3 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4- cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir;
2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.
22. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 2. Hərbi qulluqçu statusuna malik şəxslər 1. Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. … Maddə 3. Hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.
26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası qeyd edir ki qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilməmişdir. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
28. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
29. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Naxçıvan Qarnizonu Hərbi Prokurorluğunda qulluq keçdiyim 4 il 6 ay 20 gün müddətinin 1 ayının 2 ay kimi hesablanmaqla yeni məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilməsini xahiş etmişdir.
30. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-481/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
31. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçının Naxçıvan Hərbi prokurorluğunda müstəntiq kimi xidmət etdiyi 1998-ci ilin fevral ayının 27-dən 2002-ci ilin sentyabr ayının 07-dək olan müddətin (4 il 6 ay 6 gün) də hərbi qulluqçu kimi hesablanmaqla bütün xidmət illərinin, o cümlədən güzəştli xidmət illərinin də təqvim üzrə xidmət illərinə əlavə edilməklə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna yeni "məlumat vərəqəsi" göndərilməsi üçün cavabdehə etdiyi müraciət Naxçıvan hərbi prokurorluğu Naxçıvan şəhərində olmaqla həmin ərazi dəniz səviyyəsindən 1000 və 2500 metr və daha çox hündürlükdə yerləşmədiyindən təmin edilməmişdir.
32. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5024/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir.
33. Belə ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi ilə bağlı mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi üzrə verilmiş xx.xx.2002-ci il tarixli, 0494 nömrəli əmrlə Silahlı Qüvvələrə həqiqi hərbi xidmətə qəbul edilməklə “ədliyyə baş leytenantı” rütbəsi verilmişdir. Beləliklə, iddiaçının hərbi qulluqçu kimi stajı xx.xx.2002-ci il tarixdən istefaya buraxıldığı xx.xx.2020-ci il tarixədək davam etmişdir. İddiaçı yuxarıda istinad edilən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə əsasən Naxçıvan hərbi prokurorluğunda xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixə kimi müstəntiq və böyük müstəntiq vəzifələrində işlədiyi müddətdə hərbi qulluqçu statusuna malik olmamışdır. Yalnız xx.xx.2002-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi hərbi qulluqçu statusuna malik olmuşdur.
34. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.
35. Cavabdehin təkrarladığı dəlil ondan ibarətdir ki, iddiaçı “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə əsasən Naxçıvan hərbi prokurorluğunda xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixə kimi müstəntiq və böyük müstəntiq vəzifələrində işlədiyi müddətdə hərbi qulluqçu statusuna malik olmamışdır.
36. Bununla bağlı Kollegiya qeyd edir ki, hərbi prokurorluqda qulluq keçən prokurorluq əməkdaşlarının qulluq keçmə məsələləri “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.
37. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.1999-cu il tarixində qəbul edilmişdir. Hərbi prokurorluq orqanında qulluq keçən prokurorluq əməkdaşlarının həqiqi hərbi xidmətə qəbul edilməsi üçün müdafiə nazirinin müvafiq əmr imzalaması tələbi həmin Qanunda nəzərdə tutulmamışdır.
38. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 12-ci maddəsinə əsasən hərbi prokurorluq orqanlarında qulluq edən vətəndaşların hərbi xidmətə çağırışı, onların ehtiyata istefaya buraxılması Azərbaycan Respublikasının Hərbi prokuroru tərəfindən həyata keçirilir. Qeyd edilən müddəa 30 sentyabr 2005-ci il tarixli 1018-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmişdir. Yuxarıda da qeyd edildiyi kimi, həmin tarixədək və ya iddiaçının hərbi prokurorluğa prokurorluq işçisi kimi işə qəbul edilərkən qüvvədə olan qanunvericilik mübahisəli məsələni tənzimləməmişdir.
39. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. Həmçinin 2.0.9-cu maddəsinə əsasən hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər.
40. Göründüyü kimi, hərbi prokurorluğun işçisinin tutduğu vəzifədəki iş stajı hərbi xidmət dövrünə aid edilməklə yanaşı onun tutduğu vəzifə dövlət qulluğunun xüsusi növü olmaqla prokurorluq orqanlarındakı iş stajına da daxil edilir.
41. Belə ki, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 saylı Qərarının 1-ci bəndinə əsasən zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda hərbi xidmətə təyin olunma günündən aid edilir.
42. Yuxarıda qeyd edilən tarixədək (2005-ci il tarixinədək) qanunvericilikdə hərbi prokurorluq orqanında qulluq keçən prokurorluq işçisinin hərbi xidmətə qəbul məsələlərinin vaxtı tənzimlənmədiyindən iddiaçı hərbi prokurorluqda prokurorluq işçisi kimi vəzifəni tutduğu vaxtdan hərbi qulluqçu statusunu əldə etmişdir.
43. Beləliklə, yuxarıda qeyd edilənlərdən müəyyən olunur ki, iddiaçı hərbi qulluqçu statusunu rəsmi olaraq həmin orqanlarda xidmətə başladığı (vəzifəyə təyin olunması barədə əmr verildiyi gündən) andan etibarən əldə etmişdir.
44. Eyni zamanda Kollegiya Naxçıvan qarnizonu hərbi prokurorluğunda xidmət etdiyi müddət ərzində, yəni 1998-ci ilin fevral ayının 18-dən 2005-ci ilin may ayının 20-dək olan müddətlərin hesablanması ilə bağlı aşağıdakıları qeyd edir.
45. İddiaçının Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən X7 Komandanlığı tərəfindən verilmiş A-92 nömrəli, xx.xx.2024-cü il tarixli arxiv arayına əsasən Naxçıvan Qarnizonunda fəaliyyət göstərmiş N nömrəli hərbi hissə və müdafiə zolağında xidmət etmiş zabitlərin təqaüd təminatı zamanı xidmət dövrü güzəştlə Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarına əsasən müdafiə nazirinin müvafiq əmrləri ilə xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək 1 (bir) ay xidmət müddəti 3 (üç) ay xidmət müddəti kimi, xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixədək isə 1 (bir) ay xidmət müddəti 2 (iki) ay xidmət müddəti kimi hesablanmışdır.
46. Azərbaycan Respublikası müdafiə nazirinin “Hərbi prokurorluqların təminatı və xidmətlərlə əlaqədar vəzifələrinin və bölgü qaydası ilə bağlı” 514 nömrəli, 14 sentyabr 1992-ci il tarixli əmri ilə Naxçıvan qarnizonunun hərbi prokurorluğu N () nömrəli hərbi hissənin təminatında və balansında (tərkibində) formalaşdırılmışdır.
47. Azərbaycan Respublikası müdafiə nazirinin 26 avqust 1993-cü il tarixli əmrinin məzmunundan N () nömrəli hərbi hissənin döyüş şəraitində olan döyüşən hərbi hissə olduğu müəyyən olunur.
48. Göründüyü kimi iddiaçı Naxçıvan qarnizonu hərbi prokurorluğunda xidmət etdiyi müddət ərzində Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən Naxçıvan qarnizonunda fəaliyyət göstərmiş N nömrəli hərbi hissə və müdafiə zolağında xidmət edən hərbi qulluqçular döyüş şəraitində Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin qorunmasında iştirak etmişlər.
49. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, qanunvericilikdəki tənzimləmələrin məqsədi nəzərə alınmaqla təfsir edildikdə iddiaçının düşmənlə bilavasitə üz-üzə dayanan hərbi hissələrdə xidmət etdiyi müddətə münasibətdə 1 ayı 2 ay kimi hesablanmalıdır. Çünki iddiaçı xidmət etdiyi və təminatında olduğu hərbi hissə döyüş şəraitində olmuş və həmin dövrlərdə, məhz xidmət etdiyi hərbi hissədə orada daimi xidmət edən digər hərbi qulluqçular kimi xidməti vəzifələrini icra etmişdir. İddiaçının tutduğu vəzifədən azad olunub Naxçıvan qarnizonu hərbi prokurorluğunun müstəntiqi vəzifəsinə təyin edilməsi xidməti zərurətlərlə bağlı olmuşdur, xidməti vəzifələrin yerinə yetirilməsinə yönəlmişdir və bu zaman iddiaçı həmin hərbi hissələrdə daimi xidmət edən hərbi qulluqçularla eyni xidmət şəraitində olmuşdur.
50. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 2006-cı il 7 fevral tarixli Qanununun 20.14.1-ci maddəsi ilə hərbi qulluqçuların pensiyasına qulluq stajına görə əlavələr hesablanarkən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 1992-ci il 29 aprel tarixli Qanunu qüvvədə olduğu dövrdə hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmalıdır.”
51. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir.
52. Azərbaycan Respublikası Baş prokurorunun “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş əməliyyatları apardığı bölgələrdə olan hərbi prokurorluq işçilərinin maddi təminatı və onlara verilən güzəştlər barədə” 215-F nömrəli, xx.xx.1994-cü tarixli əmrinə döyüş əməliyyatları aparılan qarnizonlara aid edilən qarnizonlar göstərilmişdir
53. Kollegiya həmçinin qeyd edir ki, respublikanın digər hərbi prokurorluq orqanlarında xidmət edən hərbi qulluqçuların xidmətinin bir ayı iki ay sayıldığı halda, iddiaçıya münasibətdə fərqli qaydada davranılması iddiaçının bərabərlik hüququnun pozulmasına səbəb ola bilər. Çünki bərabərlik hüququnun tələblərinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağan edilir. Eynilə inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Göründüyü kimi, iddiaçının istinad etdiyi faktiki hallar ilə xidmətlərinin bir ayı iki ay hesablanan digər şəxslərin istinad etdikləri faktiki hallar eyni olduğu halda, yəni eyni şəraitdə xidməti vəzifələrin icra olunması halları mövcud olduğu halda, onlara münasibətdə ağlabatan əsas olmadan fərqli rəftara gətirib çıxarır. Həlledici olan eyni xidmət şəraitində xidməti vəzifələrin icrasıdır. İddiaçıya münasibətdə bu şərt ödənildiyi üçün o, digər şəxslərə münasibətdə olduğu kimi ona da xidmət illərinin hesablanmasına münasibətdə eyni qaydada davranılmasını tələb edə bilər.
54. Bərabərlik prinsipi ilə bağlı analoji mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2433/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3 ulduzlu qərarında da öz əksini tapmışdır.
55. Həmçinin, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (xx.xx.2007) 68-ci maddəsinə əsasən Pensiya almaq hüququ verən iş stajına aşağıdakı dövrlər güzəştli şərtlə daxil edilir: - hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) - ikiqat ölçüdə;
56. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bildirir ki, iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Naxçıvan Qarnizonu Hərbi Prokurorluğunda qulluq keçdiyi 4 il 6 ay 20 gün müddətinin 1 ayının 2 ay kimi hesablanmaqla yeni məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun üzərinə qoyulmalıdır.
57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsaslıdır və qərarın ləğvinə əsas verir, bu səbəbdən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5024/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5024/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. Qərardan Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.