Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4813/2025 03.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı “əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, İbrahimova Nəzrin Ramiz qızının katibliyi ilə, Cavabdehin nümayəndələri X1 və Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı “əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8899/2025 saylı 10 sentyabr 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 03 fevral 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARİ:
1. Sığortaedən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Həkim-Sanitar Xidmətinin Ələt X6 MMC tərəfindən İddiaçı aid xx.xx.2022-ci tarixdən xx.xx.2022-ci il tarixədək dövrləri (126 təqvim günü) əhatə edən əmək qabiliyyətinin olmaması vərəqələri üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlləri Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta altsıstemınə daxil edilmiş və Filial tərəfindən emal edilərək haqq-hesab cədvəllərinə qeyd edilən rekvizitlər üzrə ümumilikdə 2199,18 manat məbləğində müavinət ödənişə göndərilmişdir.
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naizrliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Fililalına hazırki tələblə müraciət etmiş, lakin sonuncu tərəfindən xx.xx.2025-ci il tarixli 3-17-1/2-43685/2025 nömrəli məktubla bildirilmişdir ki, sığortaedən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Həkim-Sanitar Xidmətinin Ələt X6 MMC (SUN: **********2; VÖEN: **********) tərəfindən İddiaçı aid xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövrləri (126 təqvim günü) əhatə edən əmək qabiliyyətinin olmaması vərəqələri üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlləri Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə (bundan sonra - altsistem) daxil edilmiş və Filial tərəfindən emal edilərək haqq-hesab cədvəllərinə qeyd edilən rekvizitlər üzrə ümumilikdə 2199,18 manat (iki min yüz doxsan doqquz manat on səkkiz qəpik) məbləğində müavinət ödənişə göndərilmişdir. Qeyd etmək istəyirik ki, İddiaçı aid xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövrləri əhatə edən növbəti əmək qabiliyyətinin olmaması vərəqələri üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlləri altsistemə daxil edilmiş, lakin Əsasnaməyə uyğun tərtib edilmədiyi üçün aşağıda göstərilən səbəblər qeyd edilməklə sistem üzərindən geri qaytarılmışdır: 1.“Tibbi Sosial Ekspert Komissiyasının (bundan sonra - TSEK) əlillik və ya əlavə müalicəyə ehtiyacı olmasına dair rəyi və yaxud TSEK-ə göndərişdən imtina barədə Həkim Məsləhət Komissiyasının (bundan sonra - HMK) “İmtina aktı" skan edilməmişdir”; 2.“SN 00007 seriyalı ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin ön üzü daxil edilməmişdir”; - “Aylıq əmək haqqı (əlavələr) məbləği düzgün daxil edilməmişdir”. Bildirmək istəyirik ki, NK-nın xx.xx.1993-cü il tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında təlimat”ın 6-cı bəndinə əsasən NK-nın xx.xx.2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın (bundan sonra - Qayda) 1.5-ci bəndində göstərilən əsaslar olduqda, HMK tərəfindən xəstələrə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər verilir. HMK tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsindən imtina barədə qərar qəbul edildikdə və ya TSEK tərəfindən əlilliyin müəyyən edilməsindən imtina barədə qərar qəbul edildikdə, əgər xəstənin əmək qabiliyyətinin itirilməsi davam edirsə, xəstəlik vərəqəsi bu təlimatla müəyyən edilmiş qaydada uzadılır. Qaydanın 1.5.1-ci bəndinin tələblərinə görə şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması TSEK-ə göndəriş verilməsi üçün əsas şərtlərdən biridir. Qaydanın 1.5.2-ci bəndində göstərilənlərə əsasən “vərəm” diaqnozu ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında TSEK-ə göndəriş 1.5.1-ci bənddə göstərilən müddət gözlənilmədən verilir. Həmçinin Qaydanın 1.6-cı bəndinin tələblərinə görə bu Qaydanın 1.5-ci bəndində göstərilən əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir. Əlavə olaraq qeyd etmək istəyirik ki, altsistemə daxil edilmiş haqq-hesab cədvəllərinə yenidən baxış keçirilən zaman İddiaçı aid 01,09.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövrü əhatə edən SN 00007 seriyalı ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinə “ağardıcı” vasitəsilə düzəliş edildiyi müəyyən edilmişdir. Xəstəlik vərəqələrinin tibb müəssisələri tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirinin 11 03.2011-ci il tarixli 30 nömrəli əmri ilə təsdiq edilmiş “Əmək qabiliyyəti olmamaq vərəqəsinin doldurulması Qaydası”nın tələblərinə uyğun tərtib edilib-edilməməsinin yoxlanılması, müvafiq rəyin verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-nin məsul şəxslərindən ibarət Komissiya yaradılmışdır. Komissiya tərəfindən xəstəlik vərəqələri yoxlanmış və müvafiq rəy verilmişdir. Komissiyanın rəyində müalicə tibb müəssisəsi tərəfindən müəyyən dövr üçün verilmiş xəstəlik vərəqələrində “ağardıcı” vasitəsilə kobud düzəlişlərin edilməsinin ("ağardıcıdan" istifadə edərək xəstəlik dövrünün uzadılması, “Z” işarəsinin üzərində yeni tarixlərin yazılması, “işə başlamalı” xanasında müvafiq qeydlərin silinərək yeni tarixlərin yazılması və ya qeydlərin edilməsi və s.) qanunvericiliyin tələblərinə uyğun olmadığı bildirilmişdir. Korlanmış xəstəlik vərəqələrinin tibb müəsisəsi tərəfindən bütün dövr üçün yeni xəstəlik vərəqəsi ilə əvəz olunması Komissiya tərəfindən zəruri hesab edilmişdir. Bununla əlaqədar olaraq xəstəlik vərəqəsinin yenisi ilə əvəz olunması üçün sığortaolunan tərəfindən tibb müəssisəsinə müraciət etməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istəyirik ki, geri qaytarılma səbəblərində göstərilən digər uyğunsuzluqlar aradan qaldırılmaqla İddiaçı aid 01,09.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövrləri əhatə edən qanunvericiliyə uyğun tərtib edilmiş əmək qabiliyyətinin olmaması vərəqələri üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlləri TSEK-in müvafiq rəyi və yaxud HMK tərəfindən TSEK-ə göndərişdən imtina barədə aktı əlavə edilməklə altsistemə daxil olunduqdan sonra müavinətlə bağlı sənədlərə qanunvericiliyə uyğun baxılacaqdır.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naizrliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Fililalına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı aid xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək olan dövr üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ağciyər vərəmi diaqnozu qoyulduğundan müvəqqəti olaraq əmək qabiliyyəti olmayan hesab edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş məktuba əsasən İddiaçı əmək qabiliyyətinin olmaması vərəqələri üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlləri qanunvericiliyə uyğun tərtib edilmədiyi üçün geri qaytarılmışdır. Qeyd edilən məktuba əsasən İddiaçı barəsində TSEK-in əlillik və ya əlavə müalicəyə ehtiyacı olması barədə rəy sistemə daxil edilməli idi. Həmçinin əlillik olmadığı halda həkim-məsləhət komissiyaları tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsindən imtina barədə qərar qəbul edildikdə və ya tibbisosial ekspert komissiyası tərəfindən əlilliyin müəyyən edilməsindən imtina barədə qərar qəbul edildikdə əgər xəstənin əmək qabiliyyətinin itirilməsi davam edirsə xəstəlik vərəqəsi müəyyən edilmiş qaydada uzadılır. Qeyd edilən məktuba müvafiq olaraq tərəfindən müvafiq olaraq 1 nömrəli X4 müraciət edilmişdir. Müraciətinə cavab olaraq 24 iyun 2024-cü il tarixli, 18-1-1-6/2-91/2024 saylı məktubla əlillik dərəcəsinin təyini məqbul hesab edilməyən vətandaşa komissiya tərəfindən imtina aktının verilməli olduğu və bununla bağlı 19 saylı BŞX-nın HMK-na (Qaradağ rayonu 19 saylı BŞX-nın HMK) müraciət edilməli olduğu bildirilmişdir. Tərəfindən qeyd edilən quruma müraciət edilmiş və həmin qurumdan 16 avqust 2024-cü il tarixli, 18-1-14/2-473/2024 saylı məktubla bildirilmişdir ki, əlilliyin qiymətləndirilməsi məqsədilə göndərişin verilməsi üçün 1 saylı Vərəm ƏleyhinəDispanserə yönləndirilmə edilmişdir. Qeyd edilən qurumlar arasında rabitəsizliyi və süründürməçiliyi nəzərə alaraq tərəfindən TƏBİB phş-yə müraciət edilmişdir. Qeyd edilən qurum isə 20 sentyabr 2024-cü il tarixli, 18-1/2-8750/2024 saylı məktubla bildirmişdir ki, vətəndaşın xəstəlik vərəqəsinin müddəti uzadılmış və müalicə başa çatdıqdan sonra xəstəlik vərəqəsi bağlanmış və imtina aktının verilməsinə zərurət olmamışdır. Daha sonra tərəfindən vətəndaşın iş yerinə müraciət edilmiş oradan isə şifahi qaydada həkim məsləhət komissiyasında keçmə və ya imtina aktının verilməli olduğu bildirilmişdir. Tərəfindən təkrarən TƏBİB phş-yə müraciət edilmiş və yuxarıda qeyd edilən məzmunda 10 yanvar 2025-ci il tarixli, 18-1/2-104/2025 saylı məktub təqdim edilmişdir. Tərəfindən yuxarıda qeyd edilən məktublar ərizəyə əlavə edilərək ödənilməli müavinətin ödənilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına müraciət edilmiş, lakin qeyd edilən filial xx.xx.2025-ci il tarixli, 3- 17-1/2- 43685/2025 saylı məktubla ödənişin həyata keçirilməsi üçün TSEK-nın müvafiq rəyi və yaxud HMK tərəfindən TSEK-ə göndərişdən imtina barədə aktı əlavə edilməli olduğunu bildirməklə ödənişin həyata keçirilməsindən faktiki olaraq imtina edilmişdir. Qeyd edilən mövqe əsassızdır və ödəniş həyata keçirilməlidir. Belə ki, TƏBİB phş tərəfindən təqdim edilən məktublardan da göründüyü kimi TSEK-nın rəyi və ya imtina aktına zərurət mövcud olmamış, vətəndaşın müaliəcisi başa çatdıqdan sonra xəstəlik vərəqəsi bağlanmış və imtina aktının verilməsinə zərurət olmamışdır. Belə olan halda cavabdeh tərəfindən TSEKnın rəyinin və ya imtina aktının tələb edilməsi əsassızdır.
5. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, sığortaedən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Həkim-Sanitar Xidmətinin Ələt X6 MMC (SUN **********2; VÖEN: **********) tərəfindən İddiaçı aid xx.xx.2022-cı tarixdən xx.xx.2022-ci il tarixədək dövrləri (126 təqvim günü) əhatə edən əmək qabiliyyətinin olmaması vərəqələri üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlləri Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil edilmiş və Filial tərəfindən emal edilərək haqq-hesab cədvəllərinə qeyd edilən rekvizıtlər üzrə ümumilikdə 2199,18 manat (iki min yuz doxsan doqquz manat on səkkiz qəpik) məbləğində müavinət ödənişə göndərilmişdir. İddiaçıya aid xx.xx.2022-ci il tarixdən 31.10 2022-ci il tarixə və xx.xx.2022- ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövrləri əhatə edən növbəti əmək qabiliyyətinin olmaması vərəqələri üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlləri altsistemə daxil edilmiş, lakin Əsasnaməyə uyğun tərtib edilmədiyi üçün aşağıda göstərilən səbəblər qeyd edilməklə sistem üzərindən geri qaytarılmışdır: - “TSEK-in əlillik və ya əlavə müalicəyə ehtiyacı olmasına dair rəyi və yaxud TSEK-ə göndərişdən imtina barədə Həkim Məsləhət Komissiyasının “İmtina aktı” skan edilməmişdir”; -“SN 00007 seriyalı ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin ön üzü daxil edilməmişdir”; - “Aylıq əmək haqqı (əlavələr) məbləği düzgün daxil edilməmişdir”. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə əsasən sosial sığorta hadisəsi baş verdikdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə qanunvericiliklə müəyyən olunmuş dövr üçün müavinət ödənilir. Məcburi dövlət sosial sığorta vəsaiti hesabına ödənilən müavinətlərin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.09 1998-ci il tarixli 189 nömrəli qərarı ilə təsdiq olunmuş “Məcburi dövlət sosial sıäortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamədə göstərilən qaydada həyata keçirilir. Əsasnamənin 7-ci bəndinə görə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş xəstəlik vərəqəsinə (əmək qabiliyyətim itirmək vərəqəsi) əsasən təyin edilir. Başqa sənədlər müavinət verilməsi uçun əsas sayıla bilməz. Əsasnamənin 8-ci bəndinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə gorə müavinət, əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq sağalanadək və ya tibbi sosial ekspert komissiyası (TSEK) tərəfindən əlillik müəyyən edilənədək, lakin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə uyğun olaraq bir ildən çox olmayan dövr üçün verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə əsasən əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçun əsas ola bilməz. Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı huquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə 15 aprel 1999-cu ıl tarixli 122 №-li Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 74-cü maddəsinin Qeyd hissəsinin birinci, ikinci və beşinci cümlələrində “orqan (qurum) dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş xəstəlik vərəqəsinə əsasən təyin edilsə belə, bildirilir ki, həm Əmək Məcəlləsinə əsasən, həm də Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimat”ın 6-cı bəndinə əsasən Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5-ci bəndində göstərilən əsaslar olduqda, həkim-məsləhət komissiyaları tərəfindən xəstələrə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər verilir. HMK tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsindən imtina barədə qərar qəbul edildikdə və ya TSEK tərəfindən əlilliyin müəyyən edilməsindən imtina barədə qərar qəbul edildikdə, əgər xəstənin əmək qabiliyyətinin itirilməsi davam edirsə, xəstəlik vərəqəsi bu təlimatla müəyyən edilmiş qaydada uzadılır. Qaydanın 1.5.1-ci bəndinin tələblərinə görə şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması TSEK-ə göndəriş verilməsi üçün əsas şərtlərdən biridir. Əsasnamənin 21-ci bəndinə əsasən işləyən əlilliyi olan şəxslərə (müharibə ilə əlaqədar əlilliyi olan şəxslərdən başqa) əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, istehsalat qəzası və peşə xəstəliyindən başqa qalan hallarda, ardıcıl və yaxud təkrar xəstələnmə zamanı təqvim ilində altı aydan çox olmamaq şərti ilə verilir. Hazırkı iş üzrə iddiaçı Ç.Sahverdivev tərəfindən təqdim edilən xəstəlik vərəqələrindən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-cı ıl tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022- ci il tarixədək ağciyər vərəmi diaqnozu ilə yəni 6 aydan çox müddətdə stasionarda müalicədə olmuşdur. Yuxarıda qeyd olunan qanunvericilik aktlarının qarşılıqlı təhlilindən aydın olduğu kimi iddiaçının xəstəlik müddəti 6 aydan çox davam etdiyindən iddiaçıya müavinətin təyin edilməsi üçün TSEK-in C.Şahverdivevin əlilliyinin olması və ya əlavə müalicəyə ehtiyacı olmasına dair rəyinin təqdim edilməsi labüddür. TƏBİB phş-nin xx.xx.2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, vətəndaşın sağlamlıq vəziyyətinin qiymətləndirilməsiüçün 1 nömrəli X2 Həkim Məsləhət Komissiyası tərəfindən tibbisosial ekspertiza müayinəsinə verilmiş 24 12.2022-ci il tarixli U00058786TRX nömrəli göndəriş Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) tərəfindən qiymətləndirilərək imtina (İmtina: Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Xəstəliyin ekspertiza üçün əhəmiyyətli olan xüsusiyyətləri qeyd edilməmişdir.) edildikdən sonra, vətəndaşın müalicəsi davam etdiyinə görə əmək qabiliyyətinin olmaması vərəqinin müddətinin uzadıldığı məlum olmuşdur Vətəndaşın müalicəsi başa çatdıqdan sonra xəstəlik vərəqi bağlanaraq işə yazılmış və imtina aktının verilməsinə zərurət olmamışdır. Göründüyü kimi TSEK tərəfindən iddiaçıya qoyulan diaqnozun ona əlillik təyin edilməsinə əsas verən xəstəlik olub-olmaması, həmçinin əlavə müalicəyə ehtiyacı olması məsələsi qiymətləndirilməmiş, göndərişin doldurulması ilə əlaqədar formal tələblərə riayət edilmədiyindən əlilliyin təyin edilməsindən imtina edilmişdir. Beləliklə, iddiaçıya əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət təyin edilməsi üçün TSEK-in əlillik və ya əlavə müalicəyə ehtiyacı olmasına dair rəyi və yaxud TSEK-ə göndərişdən imtina barədə HMK-nın “İmtina aktı” təqdim edilməlidir. Əlavə olaraq qeyd edilir ki, altsistemə daxil edilmiş haqq-hesab cədvəllərinə yenidən baxış keçirilən zaman İddiaçı aid xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövrü əhatə edən SN 00006 seriyalı 821234 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinə “ağardıcı” vasitəsilə düzəliş edildiyi müəyyən edilmişdir. Xəstəlik vərəqələrinin tibb müəssisələri tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirinin xx.xx.2011-ci il tarixli 30 nömrəli əmri ilə təsdiq edilmiş “Əmək qabiliyyəti olmamaq vərəqəsinin doldurulması Qaydası”nın tələblərinə uyğun tərtib edilibedilməməsinin yoxlanılması, müvafiq rəyin verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və TƏBİB phşnin məsul şəxslərindən ibarət Komissiya yaradılmışdır. Komissiya tərəfindən xəstəlik vərəqələri yoxlanmış və müvafiq rəy verilmişdir. Komissiyanın rəyində müalicə tibb müəssisəsi tərəfindən müəyyən dövr üçün verilmiş xəstəlik vərəqələrində “ağardıcı” vasitəsilə kobud düzəlişlərin edilməsinin (“ağardıcıdan” istifadə edərək xəstəlik dövrünün uzadılması, “2” işarəsinin üzərində yem tarixlərin yazılması, “işə başlamalı” xanasında müvafiq qeydlərin silınərək yeni tarixlərin yazılması və ya qeydlərin edilməsi və s.) qanunvericiliyin tələblərinə ayğun olmadığı bildirilmişdir. Korlanmış xəstəlik vərəqələrinin tibb müəsisələrı tərəfindən qeyd olunan dövr üçün yeni xəstəlik vərəqəsi ilə əvəz olunması Komissiya tərəfindən zəruri hesab edilmişdir. Bununla əlaqədar olaraq xəstəlik vərəqəsinin yenisi ilə əvəz olunması üçün sığortaolunan tərəfindən tibb müəssisəsinə müraciət edilməlidir. Vətəndaşlara (sığortaedən və sığortaolunan) operativ və keyfiyyətli xidmət göstərilməsi məqsədilə ilə işçi qaydada sığortaedənin məsul şəxsi ilə əlaqə saxlanılmış və qanunvericiliyin tələblərinə dair izahlar verilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirilir ki, geri qaytarılma səbəblərində göstərilən digər uyğunsuzluqlar aradan qaldırılmaqla Ç.Şahverdıyevə aid 01 09 2022-cı il tarixdən xx.xx.2022-c ıl tarixə və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövrləri əhatə edən qanunvericiliyə uyğun tərtib edilmiş əmək qabiliyyətinin olmaması vərəqələri üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlləri TSEK-in müvafiq rəyi və yaxud HMK tərəfindən TSEK-ə göndərişdən imtina barədə aktı əlavə edilməklə altsistemə daxıl olunduqdan sonra müavinətlə bağlı sənədlərə qanunvericiliyə uyğun baxılacaqdır.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8899/2025 saylı 10 sentyabr 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
7. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
Apellyasiya şikayətinin dəlilləri:
8. Apellyasiya şikayəti iddia tələbinin məzmununa uyğun əsaslandırılmışdır.
Apellyasiya şikayətinə etirazın dəlilləri:
9. Apellyasiya şikayətinə etiraz iddia tələbinə yazılı etirazın məzmununa uyğun əsaslandırılmışdır.
Tərəflərin izahatları
10. xx.xx.2026-cı il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmişdir. İddiaçı xx.xx.2026-ci il tarixdə "Elektron Məhkəmə" sistemi vasitəsilə ərizə verərək iş üzrə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və şikayətinin təmin edilməsini xahiş etmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.
11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri X5 və Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1.1. sosial sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat forması; 1.1.7. sığortaedənlər – Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslər;
4. Sosial sığorta hadisəsi Sosial sığorta hadisəsinə aşağıdakılar daxildir: ... əmək qabiliyyətinin müvəqqəti itirilməsi (qanunvericiliklə müəyyən olunmuş dövr üçün); ...
6. Sosial sığorta üzrə ödəmələrin növləri Sosial sığorta hadisəsi baş verdikdə aşağıdakı sığorta ödəmələri verilir: ... əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün); ...
16. Məcburi dövlət sosial sığorta ödəmələrinin təyin edilməsinin şərtləri və qaydası Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin təyin edilməsinin şərtləri və qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş, “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”: 1 1. Bu Əsasnamə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş məcburi dövlət sosial sığortası üzrə ödəmələrin (bundan sonra - sosial sığorta ödəmələri) və Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydində nəzərdə tutulmuş əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsinin şərtlərini və qaydalarını müəyyən edir. 1.1. Əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir.
6. Sığortaolunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında itirilmiş əməkhaqlarının, gəlirlərinin və əlavə xərclərinin tam və ya qismən kompensasiya edilməsi məqsədi ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüquqları vardır. Bu hüquq əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verdikdə yaranır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq, hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.
7. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş xəstəlik vərəqəsinə (əmək qabiliyyətini itirmək vərəqəsi) əsasən təyin edilir. Başqa sənədlər müavinət verilməsi üçün əsas sayıla bilməz. Xəstəlik vərəqəsi itirildiyi halda müavinət dublikata (sənədin surəti çıxarılmış ikinci nüsxəsi) əsasən verilə bilər.
8. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq sağalanadək və ya tibbi sosial ekspert komissiyası (TSEK) tərəfindən əlillik müəyyən edilənədək, lakin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə uyğun olaraq bir ildən çox olmayan dövr üçün verilir
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
16. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.
17. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2025-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Hazırki iddia “öhdəliyin icrası haqqında” iddia növünə aiddir, iddiaçının bu iddianı qaldırmaqda subyektiv hüququ vardır, iddianı qaldırmamışdan öncə inzibati orqana həmin tələblə müraciət etmiş, imtina almış və bundan sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtləri də ödənildiyi üçün iddia mümkün iddiadır.
18. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçının tələbi “İddiaçı aid xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək olan dövr üzrə əmək qabiliyyətinin müvəqqəti itirlməsinə görə müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədədir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir.
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəmənin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:
21. İşin faktiki hallarından görünür ki, sığortaedən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Həkim-Sanitar Xidmətinin Ələt X6 MMC tərəfindən İddiaçı aid xx.xx.2022-ci tarixdən xx.xx.2022-ci il tarixədək dövrləri (126 təqvim günü) əhatə edən əmək qabiliyyətinin olmaması vərəqələri üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlləri Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta altsıstemınə daxil edilmiş və Filial tərəfindən emal edilərək haqq-hesab cədvəllərinə qeyd edilən rekvizıtlər üzrə ümumilikdə 2199,18 manat məbləğində müavinət ödənişə göndərilmişdir. İddiaçıya xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə əmək qabiliyyətinin müvəqqəti itirlməsinə görə müavinətin ödənilməsi üçün cavabdehə müraciət edilmiş, lakin cavabdeh tərəfindən TSEK-in əlillik və ya əlavə müalicəyə ehtiyacı olmasına dair rəyi və yaxud TSEK-ə göndərişdən imtina barədə HMK-nın “İmtina aktı” təqdim edilmədiyindən tələbin təmin edilməsindən imtina edilmişdir.
22. Yuxarıda qeyd edilən qanunvericilik normalarından da görünür ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə gorə müavinət, əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq sağalanadək və ya tibbi sosial ekspert komissiyası (TSEK) tərəfindən əlillik müəyyən edilənədək, lakin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə uyğun olaraq bir ildən çox olmayan dövr üçün verilir.
23. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə əsasən əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçun əsas ola bilməz. Əmək qabiliyyətim müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir.
24. Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır. “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimat”ın 6-cı bəndinə əsasən Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5-ci bəndində göstərilən əsaslar olduqda, həkim-məsləhət komissiyaları tərəfindən xəstələrə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlər verilir. HMK tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsindən imtina barədə qərar qəbul edildikdə və ya TSEK tərəfindən əlilliyin müəyyən edilməsindən imtina barədə qərar qəbul edildikdə, əgər xəstənin əmək qabiliyyətinin itirilməsi davam edirsə, xəstəlik vərəqəsi bu təlimatla müəyyən edilmiş qaydada uzadılır. Qaydanın 1.5.1-ci bəndinin tələblərinə görə şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması TSEK-ə göndəriş verilməsi üçün əsas şərtlərdən biridir. Əsasnamənin 21-ci bəndinə əsasən işləyən əlilliyi olan şəxslərə (müharibə ilə əlaqədar əlilliyi olan şəxslərdən başqa) əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, istehsalat qəzası və peşə xəstəliyindən başqa qalan hallarda, ardıcıl və yaxud təkrar xəstələnmə zamanı təqvim ilində altı aydan çox olmamaq şərti ilə verilir.
25. Hazırki işdə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı 2022-ci il tarixdə həmin il üzrə 6 aydan çox müddətdə stasionarda müalicədə olmuşdur. Qanunvericiliyə əsasən iddiaçıya müavinətin təyin edilməsi üçün TSEK-in iddiaçının əlilliyinin olması və ya əlavə müalicəyə ehtiyacı olmasına dair rəyi təqdim edilməlidir. Hazırki işdə də iddiaçı tərəfindən həmin rəy məhkəməyə təqdim olunmamışdır.
26. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8899/2025 saylı 10 sentyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8899/2025 saylı 10 sentyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev