Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-483/2020 18.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), X16 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi: X7, İddiaçı (xx.xx.1948-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdehlər Azərbaycan Respublikasının Prezidentinə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimləri X12, X2, Bakı Apellyasiya Məhkəməsinin hakimləri X13, X8, X18, X9, X14, X5, X10, Nağıyeva Elmira Eyvaz qızına, X4, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi X17, Ali Məhkəmənin hakimləri Dadaşov İlqar Ağababaş oğluna, X1, X11 qarşı cavabdehlərin hərəkətsizliyi və hərəkətləri nəticəsində ləyaqətinin müdafiəsi hüququna dəymiş ziyana və bu hüququnun təminatının pozulmasına görə cavabdeh şəxslərin hərəsi üçün şərti maliyyə vahidi məbləğinin min misli miqdarda, cəmi 16000 manatın dövlət tərəfindən iddiaçıya ödənilməsi tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4474/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı xx xxxxxxx 2019-cu il tarixdə cavabdehlər Azərbaycan Respublikasının Prezidentinə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimləri X12, X2, Bakı Apellyasiya Məhkəməsinin hakimləri X13, X8, X18, X9, X14, X5, X10, Nağıyeva Elmira Eyvaz qızına, X4, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi X17, Ali Məhkəmənin hakimləri Dadaşov İlqar Ağababaş oğluna, X1, X11 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Konstitusiyasının 72.1, 68, 24.1, 46.2, 71.2 maddələrinə əsasən cavabdehlərin hərəkətsizliyi və hərəkətləri nəticəsində onun ləyaqətinin müdafiəsi hüququna dəymiş ziyana və bu hüququnun təminatının pozulmasına görə cavabdeh şəxslərin hərəsi üçün şərti maliyyə vahidi məbləğinin min misli miqdarda, cəmi 16000 manatın dövlət tərəfindən iddiaçıya ödənilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4474/2019 saylı qərardadı ilə (hakim E.Məmmədov) iddiaçının iddiası mümkün sayılmamışdır. xx.xx.2019-cu il tarixdə iddiaçı apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 85.2, 85.3 maddələrinə uyğun olaraq hazırkı şikayətin əsaslandırma hissəsi və tələbi bu şikayətin təqdim etdiyi gündən 30 gün ərzində birbaşa Apellyasiya Məhkəməsinə verilməlidir. xx.xx.2020-ci il tarixdə iddiaçı əsaslandırılmış apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4474/2019 saylı qərardadının ləğv edilməsini, iş üzrə ədalət mühakiməsinin Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına tam uyğun həyata keçirilməsinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 68-ci maddəsilə qadağan olunmuş özbaşınalıqla hakimlər xx xxxxxx 2018-ci ildən xx xxxxxx 2019-cu ilədək bir il altı ay müddətində ədalətsiz məhkəmə aktları çıxarmaqla hakim T.Əsədovaya qarşı iddiaya mahiyyəti üzrə baxmağa yuxarıda qeyd olunan şəxslər mane olublar. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi T.Əsədova tərəfindən ona “vicdansız” deyilərək ləyaqətinin alçaldılması üzrə ədalət mühakiməsinin Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına zidd həyata keçirilməsi ilə hakimlərin qeyri-müstəqilliyi təsdiq olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi A.Abdullayeva 2-1(81)-1847/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qərardadı ilə iddia qeyri-mümkün sayılmışdır. Həmin qərardaddan şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1470/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərardadı ilə iş baxılmaq üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. xx xxxx 2018ci il tarixdə kassasiya şikayəti verilməsi üçün pulsuz vəkillə təmin olunması üçün ərizə vermişdir. xx xxxxxxxx 2018-ci ildə ərizəyə baxılaraq rədd edilmişdir. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-3652/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə iddia yenidən qeyri-mümkün sayılmışdır. Sonra Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 811/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3652/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(102)-2426/2019 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-811/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı hazırkı halda məhkəməyə iddia ərizəsi ilə elektron qaydada müraciət etməmişdir, lakin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4474/2019 saylı qərardadının elektron surəti ona təqdim olunmuşdur. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən (bundan sonra - İPM) bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir (1.1.). Normaların məzmunundan göründüyü kimi mübahisəyə inzibati məhkəmədə baxılmasının əsas şərtləri onun inzibati hüquq münasibətlərindən meydana gəlməsi və inzibati orqan tərəfindən şəxsin hüquq və vəzifələrinə toxunulan hərəkət və ya hərəkətsizliyin edilməsidir. “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə müvafiq olaraq inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göründüyü kimi inzibati məhkəmə icraatı bir tərəfdə inzibati orqanın iştirak etdiyi inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə baxışını tənzimləyir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara və işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına, eləcə də, yuxarıda sadalanan hüquq normalarının tələblərinə və apellyasiya şikayətinin dəlillərinə məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4474/2019 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-483/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-483/2020
18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver