Məhkəmə qərarları › İş №2-1(103)-483/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-483/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-483/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X24 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X12 və X22 ibarət tərkibdə, X21-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, 3-cü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (zəruri cəlbetmə qaydasında üçüncü şəxslər X13 və X14) “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3861/2023 saylı 16 mart 2023-cü il tarixli qərarından üçüncü şəxs X13 tərəfindən verilmiş apellyasiya şikayətinə 19 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 3 İddiaçı, X15nın, X5 və X10 paylı mülkiyyətindədir. Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən X15, X14, X13, X25, X16 ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. X3 və X11 notarial qaydada təsdiq edilmiş ərizələrində bildirmişdirlər ki, X13 (2000ci il tarixdən) və X14 (2017-ci il tarixdən) ünvan 3 ünvanda yaşamamışlar və həmin tarixdən indiyə kimi onları həmin mənzildə görməmişdirlər. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 17 saylı Mənzil-Kommunal İstismarı Sahəsindən tərəfindən verilmiş arayışa əsasən X13 və X14 ünvan 3 ünvanında qeydiyyatdadırlar. X13 2017-ci ildən, X17 isə 2017-ci ildən qeyd edilən ünvanda yaşamırlar. İddiaçı cavabdeh quruma müraciət edərək, ona məxsus mənzildə qeydiyyatda olan üçüncü şəxslər X6 və X4 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Onun müraciətinə cavab olaraq cavabdeh Nəsimi Rayon Polis İdarəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli imtinada bildirilmişdir ki, Azərbaycan Respublikası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin tələblərinə müraciətdə göstərilən şəxslərin ünvan 3 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir. Odur ki, qeyd olunan məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək məqsədə müvafiq hesab edilir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı məhkəməyə müraciət edərək, X6 və X4 ona məxsus ünvan 3 ünvanından qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 33, 20 nömrəli mənzil iddiaçı və yetkinlik yaşına çatmayan övladları X15nın, X5 və X10 birgə mülkiyyətindədir. Hal-hazırda həmin mənzildə o və övladlarından başqa qayınları- X14 və X13 qeydiyyatdadırlar. Qeyd edir ki, X14 və X13 mülkiyyətində olan mənzildə qeydiyyatda olsalar da, həmin mənzildə yaşamırlar. Belə ki, X13 2000-ci ildən daimi olaraq Rusiya Federasiyasına köçərək ailəsi ilə birlikdə orada yaşayır və həmin tarixdən sonra mülkiyyətində olan mənzildə yaşamamışdır. X2 2017-ci ildə ailə qurduqdan sonra başqa yaşayış sahəsinə köçmüş və həmin tarixdən sonra mülkiyyətində olan mənzildə yaşamamışdır. X6 və X4 ona və övladlarına məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 33, 20 nömrəli mənzilində formal olaraq qeydiyyatda qalmaları onun həmin mənzil üzərində sərəncam vermək hüquqlarını tamamilə məhdudlaşdırır. Qeyd olunanlara əsasən də X6 və X4 həmin mənzilə olan qeydiyyatının ləğv edilməsi üçün Nəsimi rayon Polis İdarəsinə müraciət etsə də, müraciətinə verilmiş 01 oktyabr 2022-ci il tarixli cavab məktubu ilə X6 və X4 həmin mənzilə olan yaşayış yeri üzrə qeydiyyatının ləğv olunmasından imtina edilmişdir. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə X13 və X14 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşlar. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3861/2023 saylı 16 mart 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, X6 və X7 ünvan 3 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan üçüncü şəxs X14 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2641/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2-1(112)-3861/2023 nömrəli qərarından üçüncü şəxs X14 tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəsinin təmin edilməsi və apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməsi qərara alınmışdır. Həmin qərardaddan kassasiya şikayəti verilmədiyi üçün qərardad qüvvəsini almışdır. Hazırda Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3861/2023 saylı 16 mart 2023-cü il tarixli qərarından narazı qalan digər 3-cü şəxs X13 apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş edir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 1964-cü il təvəllüdlü olmaqla, 1965-ci ildən Bakı şəhəri Nəsimi rayonu, Azadlıq pr. 33, mənzil 20-də qeydiyyatdadır. 2007-ci ildə həmin mənzil Abbas Süleymanovun adına özəlləşdirilmişdir. X32 2012-ci ildə dünyasını dəyişdikdən sonra belə qərara gəlmişdir ki, kiçik qardaşı İddiaçı həyat yoldaşı X8 xeyrinə olaraq vərəsəlikdən imtina etsinlər. Beləliklə, həmin mənzil qardaşı İlham Süleymanovun adına rəsmilləşdirilmişdir. Minlərlə azərbaycanlı kimi o da qazanc əldə etmək məqsədilə Rusiyaya getməli oldu. Lakin ildə bir üç-dörd dəfə vətənə gəlib qeydiyyatda olduğu ünvanında bir-iki ay qalmışdır. Qardaşı İlham dünyasını dəyişdikdən sonra İddiaçı həmin mənzili dolanışıq baxımından icarəyə verdi. Bundan sonra o, Bakıya gələrkən mənzildə qalmalı olmamışdır. Bu il 2024 - ci ildə Bakıya gələrək şəxsiyyət vəsiqəsini dəyişmək istərkən həmin ünvan üzrə qeydiyyatdan çıxarıldığını bilmişdir. Bu səbəbdən də yeni şəxsiyyət vəsiqəsinin dəyişilməsindən imtina edildi. Özü Azərbaycan Respublikasının vətəndaşı olmaqla Azərbaycanda heç bir yaşayış sahəsi yoxdur. Hesab edir ki, kompensasiya ödənilmədən göz açdığı və humanistlik göstərib xeyrinə yaşayış sahəsinə vərəsəlikdən imtina etdiyi mənzilə pasport qeydiyyatından çıxarılması ədalətsiz və qanunsuz addımdır. Belə ki, ilkin olaraq ünvan 6 ünvanında yerləşən yaşayış sahəsi mərhum atasının adına özəlləşdirildikdən sonra, həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair hər hansı bir razılaşma olmadan o, həmin yaşayış sahəsindən vaxtaşırı istifadə etmişdir. Artıq mülkiyyət hüququ üzrə atasına məxsus həmin mənzilə dair hüquq münasibəti məhz həmin dövrdə 2007-ci ildə yaranmışdır. İstər mənzil özəlləşdirilən zaman, istərsə də miras əmlakdan imtina etdiyi zaman o yalnız mülkiyyət hüququndan imtina etmişdir. İstifadə hüququndan imtinaya dair hər hansı bir razılaşması olmayıb. O, iddiaçının həmin mənzilə mülkiyyət hüququ əldə etməsindən daha əvvəl həmin mənzilə istifadə hüqüqu əldə etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında qeyd edildiyi kimi, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibəti ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixdən yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. O cümlədən, 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə onun həmin mənzilə istifadə hüququnun olubolmamasını müəyyənləşdirməyib. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3853/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3861/2023 saylı 16 mart 2023-cü il tarixli qərarından Eldar Süleymanlının apellyasiya şikayəti verməsi üçün prosessual müddətin ötürülməmiş sayılması, apellyasiyanın mümkün hesab edilməsi və işə baxılmasının təyin edilməsi qərara alınmışdır. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı 3-cü şəxs X13 və cavabdeh məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə 3-cü şəxs X6 və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə 3-cü şəxs X6 və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Üçüncü şəxs X14 digər 3-cü şəxs X6 apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3861/2023 nömrəli 16 mart 2023-cü il tarixli qərarından üçüncü şəxs X18 tərəfindən apellyasiya şikayəti verildiyi üçün məhkəmə qərarının qanuniliyi və əsaslılığı həmin şəxsə münasibətdə yoxlanılır. Çünki bundan öncə digər üçüncü şəxsin verdiyi apellyasiya şikayəti onu verən şəxsin ərizəsinə əsasən geri götürülmüş və apellyasiya icraatına xitam verilmişdir. Odur ki, məhkəmə qərarının qanuniliyi və əsaslılığı yalnız apelyant X9 münasibətdə yoxlanılır. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğundan və belə iddialar üzrə inzibati orqana müraciət şərti məcburi olsa da, məhkəməyə müraciət olunması ilə bağlı müddət qanunla müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbi inzibati orqan tərəfindən təmin edilmədikdən sonra o, iddia ilə məhkəməyə müraciət etmişdir ki, buna da sübyektiv hüququ mövcud olduğundan iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı tələbi “X6 və X4 ona məxsus ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması” barədədir. Qeyd olunan tələblə bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın 3-cü şəxs X9 münasibətdə təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşin faktiki hallarına görə, ünvan 3 İddiaçı, X15nın, X5 və X10 paylı mülkiyyətindədir. Həmin mənzildə digər şəxslərlə yanaşı həm də apelyant X13 qeydiyyatdadır. X3 və X11 notarial qaydada təsdiq edilmiş ərizələrinə görə, X13 2000-ci il tarixdənadı çəkilən mənzildə yaşamamış və həmin tarixdən indiyə kimi onu həmin mənzildə görməmişlər. 17 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin verdiyi arayışa əsasən X13 həmin mənzildə qeydiyyatdadır, lakin 2017-ci ildən qeyd edilən ünvanda yaşamır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, X6 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 33, 20 saylı mənzilə dair istifadə hüquqlarının qeydiyyata alınması haqqında məlumat aşkar edilməmişdir. Bundan başqa işin apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 33 ünvanında yerləşən 20 nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına verilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış və RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Məhkəmə kollegiyası həmin çıxarışın verilməsi üçün əsas olan sənədlərin (arxiv qovluğun) məhkəməyə təqdim edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu göndərilmişdir. Həmin sorğuya cavab olaraq təqdim edilmiş arxiv qovluğunun materiallarında olan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1996-cı il tarixli 889 saylı sərəncamından görünür ki, Azadlıq prospekti, 33-nömrəli evin sahəsi 27.5 kv.m olan 2 otaqlı 20 nömrəli mənzilin kirayə müqaviləsinin vətəndaş X19 ilə bağlanması, onun həmin mənzilin idarəçisi hesab edilməsi qərara alınmışdır. - xx.xx.1997-ci il tarixli ərizələrdən görünür ki, X13 və X14 ayrılıqda Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 33, 20 saylı mənzilin X32ın adına özəlləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər. - xx.xx.2012-ci ildə Süleymanov Abbas vəfat etmiş və xx.xx.2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən X20 (iddiaçının mərhum əri) onun vərəsəsi olaraq qəbul edilmişdir. Bundan sonra X1 mənzil üzərində qanun üzrə vərəsəlik hüququ əsasında xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmış və ona bu barədə ******* saylı “çıxarış” verilmişdir. - xx.xx.2018-ci ildə X20 (iddiaçının əri) vəfat etmiş və xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən İddiaçı, X15, X25 və X16 miras əmlakdan ¼ hissədə pay almışlar. - xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən hədiyyə verənlər- X15, X25 və X16 ayrı-ayrılıqda Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 33, 20 saylı mənzilə olan 1/4 paylarını İddiaçı mülkiyyətinə vermişlər. Beləliklə, iş üzrə aparılan araşdırmalar onu deməyə əsas verir ki, iddiaçının hazırda xüsusi mülkiyyətində olan mənzilə dair əvvəllər qaynatası ilə kirayə müqaviləsi bağlanmış, daha sonra qaynatasının ailə üzvləri, o cümlədən hazırki işdə üçüncü şəxs olan Eldar Süleymanlı həmin mənzilin atasının adına özəlləşdirilməsinə razılıq vermişdir. Bundan sonra mənzil iddiaçının qaynatasının adına özəlləşdirilsə də, sonuncunun vəfatından sonra mənzil üçüncü şəxsin də razılığının alınması yolu ilə vəsəlik qaydasında iddiaçının mərhum ərinin (üçüncü şəxslərin qardaşının) adına keçmiş, daha sonra onun vəfatı ilə əlaqədar vərəsəlik qaydasında (sonra isə bağışlanma müqaviləsinə əsasən) mənzil tam olaraq iddiaçının adına keçmişdir. Deməli, sözügedən mənzilin əvvəlcə 3-cü şəxsin atasının, daha sonra isə qardaşının (hazırki iddiaçının mərhum ərinin) adına özəlləşdirilməsi ilə bağlı 3-cü şəxs Eldar Süleymanlı vaxtilə razılıq ərizələri vermiş və həmin mənzilə dair hüquqlarından imtina etmişdir. Bundan sonra isə apelyant özünün də etiraf etdiyi kimi, Rusiya Federasiyasına getdiyi üçün sözügedən mənzildə uzun zaman yaşamamışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun müddəalarının təhlilindən göründüyü kimi, qanun hazırki iş üzrə faktiki hallar əsasında üçüncü şəxsin iddiaçının evindən qeydiyyatdan çıxarılmasını tənzimləmir. Qanunda eyni zamanda bu vəziyyətdə qeydiyyatdan çıxarılmanı qadağan edən norma da yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarında məhz bu məsələləri araşdırmış və qərara almışdır ki:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin bu qərarının hazırki işə tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 2-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin istifadə hüququ olmadığı halda mülkiyyətçinin inzibati orqana müraciəti əsasında sonuncu tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Bu, o deməkdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən üçüncü şəxsin mübahisəli evə qeydiyyatı üçün zəruri olan şərt (istifadə hüququ) mövcud deyildir. Qeydiyyat haqqında qanunun məqsədləri və müəyyən etdiyi şərtlər baxımından üçüncü şəxslərin iddiaçının mənzilində qeydiyyatda qalması üçün qanuni əsaslar yoxdur. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudları (hədləri) müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). 43. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük 9 palatanın 22 iyun 2004-cü il tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük palatanın 29 mart 2006-cı il tarixli Qərarı, § 93). 45. Baxılan iş üzrə üçüncü şəxs X6 iddiaçının evində qeydiyyatda qalmasını şərtləndirən cəmiyyətin üstün maraqları mövcud deyil. Belə olan halda məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normaları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarındakı hüquqi mövqeyə uyğun olaraq hesab edir ki, iddiaçı 3-cü şəxs X6 ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş və onun bu iddiası düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə həmin dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qərarının apelyanta münasibətdə ləğv edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın Eldar Süleymanlıya münasibətdə təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar həmin şəxsə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 3-cü şəxs X13 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3861/2023 saylı 16 mart 2023-cü il tarixli qərarı apelyanta münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

3-cü şəxs X13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3861/2023 saylı 16 mart 2023-cü il tarixli qərarı 3-cü şəxs X9 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova X36 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar