Məhkəmə qərarları › İş №2-1(103)-4831/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4831/2025

23.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4831/2025 23.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X3 və X6 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Firmasına qarşı “siyahıya alınmış əmlakın ticarət şəbəkəsində satılması” tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin e-*- *(***)-****/**** nömrəli, ## #### 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Firmasına qarşı “siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək, məhkəmədən “cavabdehin ##.##.2023-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 71826,01 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1354900 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması” barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan "xxxx" Firması Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə ##/##/2023 tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin ##/##/2023 tarixə yaranan 71826.01 manat borcuna görə 1354900 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə ##/##/2023 tarixli *********** saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə ##/##/2023 tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin ##/##/2023 tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 71826.01 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı mülahizə (etiraz) təqdim olunmamışdır. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## #### 2024-cü il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki: “Vergi Məcəlləsinin müddəalarının tələbinə əsasən, əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması hüququ o zaman yaranır ki, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirməmiş olsun. Belə olan halda vergi ödəyicisinin yaranmış vergi borclarını, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakın siyahıya alınması üsulundan istifadə oluna bilər. Lakin hazırkı iddia tələbi ilə bağlı cavabdehin yaranmış borcu qarşılığında siyahıya alınmış əmlakın satılması cavabdehin hüquqlarının pozulmasına səbəb olur. Belə ki, vergi orqanı tərəfindən cavabdehin əmlakı siyahıya alınarkən qanunvericilikdə sadalanan ardıcıllığa riayət edilməmiş, dəyəri 1.354.900 manat, yəni vergi borcundan dəfələrlə (təxminən 18,8 dəfə) çox olan qeyri-yaşayış sahəsi siyahıya alınmışdır. Məhkəmə hesab edir ki, siyahıya alınmış əmlakın dəyəri ilə cavabdehin dövlət büdcəsinə yaranmış vergi borcu arasında kifayət qədər uyğunsuzluq vardır. Başqa sözlə, vergi ödəyicisinin dövlət büdcəsinə olan borcu ilə siyahıya alınmış əmlakı vergitutmanın adekvatlılıq prinsipi və qərarın icrasının təmin olunması baxımından məqsədəmüvafiq deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir.” Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə aşağıda qeyd olunan maddi və prosessual normaları pozmaqla düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, məhkəmə qərarında qeyd edir ki, vergi orqanı tərəfindən cavabdehin əmlakı siyahıya alınarkən qanunvericilikdə sadalanan ardıcıllığa riayət edilməmiş, dəyəri 1.354.900 manat, yəni vergi borcundan dəfələrlə çox olan qeyri-yaşayış sahəsi siyahıya alınmışdır. Siyahıya alınmış əmlakın dəyəri ilə cavabdehin dövlət büdcəsinə yaranmış vergi borcu arasında kifayət qədər uyğunsuzluq vardır. Başqa sözlə, vergi ödəyicisinin dövlət büdcəsinə olan borcu ilə siyahıya alınmış əmlakı vergitutmanın adekvatlılıq prinsipi və qərarın icrasının təmin olunması baxımdan məqsədəmüvafiq deyildir. Bu səbəbdən iddia tələbi rədd edilmişdir. Cavabdeh Firması Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə ##/##/2023 tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin ##/##/2023 tarixə yaranan 71826.01 manat borcuna görə 1354900 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə ##/##/2023 tarixli *********** saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə ##.##.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin ##/##/2023 tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 71826.01 manat ödənilməmiş borcu qalmışdır. Halbuki, məhkəmə tərəfindən qeyd olunan hallar araşdırılmadan siyahıya alınmış əmlakın dəyəri ilə cavabdehin dövlət büdcəsinə yaranmış vergi borcu arasında kifayət qədər uyğunsuzluq olmasına istinad edilərək iddia ərizəsi rədd edilmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən vergi ödəyicisinin borc məbləği tam araşdırılmamış, borcla bağlı vergi orqanından hər hansı məlumat tələb edilməmiş, kifayət qədər araşdırma aparılmamışdır. Belə ki, məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi ilə cavabdehin yarandığı borcu qarşılığında siyahıya alınmış əmlakın satılması cavabdehin hüquqlarının pozulmasına səbəb olur. Halbuki məhkəmə ərizəni təmin etməməklə Cavabdeh Firmasının dövlət büdcəsinə olan vergi borcunu ödəməklə bağlı qanunla müəyyən edilmiş vəzifəsinin icrasından yayınmasına şərait yaratmışdır. Sözügedən müəssisə qanunvericiliklə müəyyən edilmiş müddətdə vergi öhdəliyini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Eyni zamanda məhkəmə qanunvericiliklə vergi orqanlarına verilmiş vergi ödəyicisinin vergi öhdəliyinin icrası üsulu olan əmlakının siyahıya alınması ilə bağlı hüquqi imkanlarını səmərəsiz etmiş, bu səbəbdən də yaranan borc məbləği ödənilməmişdir. Iş materiallarında olan əmlakın siyahıya alınması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən cavabdehin əmlakının siyahıya alınması qərara alınmışdır. Əmlakın siyahıya alınması haqqında protokoldan görünür ki, vergi ödəyicisinin əmlakı siyahıya alınmışdır. Hesab edirlər ki, məhkəmə üzərinə düşən işin hər tərəfli araşdırılması vəzifəsinə əməl etməyərək düzgün olmayan nəticəyə gəlmişdir. Bu isə məhkəmə qərarının ləğv edilməsinə əsas verir. Iş materiallarına əlavə olunmuş şəxsi hesab vərəqəsindən də görünür ki, cavabdehin ##/##/2023 tarixə dövlət büdcəsinə 71826.01 manat ödənilməmiş borcu qalmışdır. Lakin məhkəmənin cavabdehin vergi öhdəliyinin necə təmin olunmasını nəzərə almadan yalnız adekvatlılıq prinsipinə istinad edərək iddia tələbini ləğv etməsi əsassızdır. Apellyasiya və kassasiya instansiyası məhkəmələrindəki icraat: Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və E.Ə.Əliyev) 2- *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ilə аpellyаsiyа şikаyəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, hazırkı işdə vergi orqanı tərəfindən vergi ödəyicisinin dövlət büdcəsinə yaranmış vergi borcunun ödənilməsini təmin etmək məqsədilə siyahıya alınmış 1.354.900 manat dəyərində xüsusi mülkiyyətində olan daşınmaz əmlakından başqa digər - vergi borcunun yönəldilməsini təmin edə biləcək əmlakının olub-olmaması məsələsinin yoxlanılması iş üzrə sübuta yetirilmir. Bundan əlavə, siyahıya alınmış daşınmaz əmlakın dəyəri 1.354.900 manat miqdarında qiymətləndirilmişdir. Cavabdehin dövlət büdcəsinə yaranmış vergi borcu isə ümumilikdə 71826,01 manat təşkil edir. Göründüyü kimi, büdcəyə yaranmış borcun məbləği ilə həmin borcun ödənilməsini təmin etmək məqsədilə siyahıya alınmış əmlakın dəyəri arasında kifayət qədər fərq vardır, yəni əmlakın dəyəri borcun miqdarından dəfələrlə çoxdur ki, bu da mütənasiblik prinsipini pozur. Iddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: K.Bədəlov/sədrlik edən və məruzəçi/, E.Vəliyeva və S.Vəliyev) *-*(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdirlər. Iddiaçı tərəfindən ##.##.2026-cı il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə ünvanlanaraq məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsi və apellyasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, borc məbləği cavabdeh tərəfindən hissə-hissə ödəniləcəkdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» ##.##.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarında qeyd edilmişdir ki: “43. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ona görə əsassızdır ki, siyahıya alınma zamanı ardıcıllıqla bağlı tələblərə riayət edilməsi üçün ilk növbədə, ödəyiciyə məxsus bir neçə əmlak mövcud olmalıdır. Hazırkı iş üzrə isə məhkəmənin özü tərəfindən cavabdehə məxsus bir neçə əmlak olduğunun müəyyən edilmədiyi qeyd olunsa da, nəzərə alınmalıdır ki, vergi ödəyicisinin fəaliyyət göstərdiyi yer şadlıq sarayıdır və həmin şadlıq sarayında digər siyahıya alına biləcək daşınar əmlakların (kompyuter, televizor, ofis mebeli və s.) mövcudluğu ehtimalı yüksəkdir. Lakin işə baxan məhkəmə IPM-in 12.1-ci maddəsinin tələbinə uyğun bu istiqamətdə araşdırma aparmadan cavabdehin digər əmlaklarının olmadığı nəticəsinə gəlmişdir.

44. Bundan əlavə, digər əmlakların olmaması halı və borcun məbləğinin siyahıya alınmış əmlakın məbləğindən az olması vergi ödəyicisinin büdcə qarşılığındakı öhdəliklərini - konstitusion vəzifələrini icra etməkdən yayınması ilə nəticələnməməlidir.

45. Odur ki, məhkəmənin büdcəyə olan borcun məbləği ilə daşınmaz əmlakın dəyərini müqayisə etməklə əmlakın siyahıya alınması və hərrac vasitəsilə satışa çıxarılmasının hazırkı iş üzrə vergitutmanın adekvatlılıq prinsipi baxımından məqsədəmüvafiq olmadığına dair gəldiyi nəticə əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, bir qayda olaraq, büdcə qarşısında öhdəlik davam etdiyi müddət ərzində öhdəliyin həcmindən asılı olmayaraq siyahıya alınmış əmlakın satılması əsaslı hesab olunmalıdır. Belə yanaşma, dəyərindən asılı olmayaraq ödəyicinin siyahıya alınmış yeganə əmlakının olduğu hallara da aiddir.” Işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməlidir.

Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir:

Iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. IPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

Məhkəmə kollegiyası işin hallarını hərtərəfli araşdıraraq qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı iddiadır.

Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir :

Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. - 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. - 23.1-ci və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. - 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. - 89.2-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. - 89.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00- qədər) əmlakın siyahıya alınmasına yol verilmir. - 89.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. - 89.5-ci maddəsinə əsasən yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. - 89.6-cı maddəsinə əsasən əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: - nağd pul vəsaitləri; - bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); - hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; - istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; - inventarizasiya aparılmaqla digər əmlak. - 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. - 89.12-ci maddəsinə əsasən əmlakın siyahıya alınması haqqında qərar qanunla müəyyən edilmiş qaydada ləğv edildiyi andan, yaxud vergi öhdəliyinin yerinə yetirildiyi andan öz qüvvəsini itirir. - 90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ## ###### 2000-ci il tarixli 393 №li Fərmanının 1.40-1-ci bəndində göstərilmişdir ki, həmin Məcəllənin 23.1.15-1-ci, 90.1-ci maddələrində, 90.3-cü maddəsinin birinci hissəsində və 90.3.2-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi nəzərdə tutulur.

Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:

Məhkəmə Kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı ilə işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi həmin qərarda əksini tapmış hüquqi mövqeyə uyğun araşdırma aparmışdır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Vergi Məcəlləsinin yuxarıda göstərilmiş maddi hüquq normalarından da aşkar göründüyü kimi, əmlakın siyahıya alınması - vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması hüququ o zaman yaranır ki, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirməmiş olsun. Belə olan halda vergi ödəyicisinin yaranmış vergi borclarını, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakın siyahıya alınması üsulundan istifadə oluna bilər. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin məqsədləri üçün yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün vergi ödəyicisi üçün əhəmiyyət baxımından onun əmlakının siyahıya alınmasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş növbəlik əsasında həyata keçirilir. Göründüyü kimi, əmlakın siyahıya alınması, vergi ödəyicisinin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının ödənilməsini təmin etmək üsuludur, yəni vergi ödəyicisinin vergi borcları yarandığı və Vergi Məcəlləsində müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi halda, vergi orqanı əmlakın siyahıya alınması üsulunu tətbiq etməyə haqlıdır. Siyahıya alınmaya münasibətdə qanunvericinin riayət edilməsi məcburi olan şərt kimi müəyyən etdiyi hallardan biri də mütənasiblik və ardıcıllıqla bağlı tələblərə əməl olunmasıdır. Buna görə yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. Digər tərəfdən, əmlakın siyahıya alınması Vergi Məcəlləsinin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla və yenə Məcəllənin 89.6-cı maddəsində müəyyənləşdirilmiş ardıcıllığa riayət edilməklə həyata keçirilməlidir. Vergi Məcəlləsinin 90.1-ci maddəsində istifadə olunan “zəruri və kifayət olan həcmdə” ifadəsi mütənasiblik və ədalətlilik prinsiplərinin tələblərinin nəzərə alınmasını tələb edir. Mütənasiblik prinsipinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər, güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə, qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər. Inzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən, həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir. Mütənasiblik prinsipinin tələbləri baxımından nəzərə alınmalı olan ümumi maraq qismində vergi borclarının, eləcə də məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı borclarının dövlət büdcəsinə alınmasının təmin olunması çıxış edir. Buna görə, sözügedən borclar dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Qeyd edilən ödənişləri ödəmək (o cümlədən, qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusion vəzifələrindən biridir. Vergi ödəyicilərinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir. Odur ki, sözügedən borclar ödəyicilər tərəfindən könüllü ödənilmədikdə, qanunvericilikdə nəzərdə tutulmuş məcburetmə vasitələrinin tətbiqi ilə alına bilər. Digər tərəfdən, cəmiyyətin ümumi maraqları həmçinin onu tələb edir ki, həmin borcların mümkün qədər operativ qaydada və tam məbləğdə büdcəyə ödənilməsi təmin edilsin. Ödəyicilərin diqqətə alınmalı olan maraqları qismində isə o hallar çıxış edir ki, əgər qanunvericilikdə nəzərdə tutulmuşdursa, tələb yönəldilə bilməyən əmlaklar satıla bilməz. Müvafiq olaraq siyahıya alınmasından asılı olmayaraq məhkəmələr belə əmlakların satılması barədə qərar qəbul etməməlidirlər. Bundan başqa, şəxs (ödəyici) satılma zamanı ardıcıllıqla bağlı tələblərə riayət olunmasını, eləcə də əmlakların dəyərinin düzgün müəyyənləşdirilməsini də tələb edə bilər. Dəyərin düzgün müəyyənləşdirilməsi ona görə əhəmiyyət kəsb edir ki, borcun ödənilməsi üçün kifayət edən əmlak satışa çıxarılmalıdır. Digər tərəfdən, ödəyicilər diqqətəlayiq hər hansı digər maraqlarının nəzərə alınmasını da tələb edə bilərlər. Belə diqqətəlayiq maraqlar, hər bir konkret haldan asılı olaraq dəyişə biləcəyi üçün məhkəmə tərəfindən hər işin xüsusi halları nəzərə alınmaqla qiymətləndirilməlidir. Kollegiya xüsusilə qeyd edir ki, bir qayda olaraq, büdcə qarşısında öhdəlik davam etdiyi müddət ərzində öhdəliyin həcmindən asılı olmayaraq siyahıya alınmış əmlakın satılması əsaslı hesab olunmalıdır. Belə yanaşma, ödəyicinin siyahıya alınmış yeganə əmlakının olduğu hallara da aiddir. Lakin ayrı-ayrı işin halları mütənasiblik və ədalətlilik prinsipləri baxımından xüsusi yanaşmanı da tələb edə bilər. Məhkəmə məhz xüsusi hallardan çıxış etməklə və həmin xüsusi halları sözügedən prinsiplərin tələbləri ilə əlaqələndirməklə siyahıya alınmış əmlakın satılmasından imtina barədə qərar da qəbul edə bilər. Belə hallar o zaman yol verilən ola bilər ki, ödəyicinin nəzərə alınmalı olan ciddi diqqətəlayiq maraqları mövcud olsun. Eyni zamanda nəzərə alınmalıdır ki, “Inzibati icraat haqqında” Qanunun 81.4-cü maddəsinə görə, maraqlı şəxs inzibati aktı onun üçün daha əlverişli olan qanuni üsul və vasitələrlə icra etməyə haqlıdır. Işin faktiki hallarından görünür ki, iddiaçı İddiaçı ##.##.2023-cü il tarixli Vergi borcunun ödənilməsinə dair bildirişindən görünür ki, cavabdeh Cavabdeh Firmasının ##.##.2023-cü il tarixə dövlət büdcəsinə ümumilikdə 71,632.64 manat, o cümlədən vergilər üzrə 3,767.68 manat, maliyyə sanksiyaları üzrə 67,808.44 manat, faizlər üzrə 56.52 manat borcu vardır. Cavabdehin borcu üzrə öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar, eyni zamanda borcun ödənilmədiyi halda əmlakın siyahıya alınması ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq da edilmişdir. Bundan sonra borc ödənilmədiyi üçün iddiaçı vergi orqanının ##.##.2023-cü il tarixli *********** nömrəli Əmlakın siyahıya alınması haqqında qərarı ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən cavabdehin əmlakının siyahıya alınması qərara alınmış və bu barədə ##.##.2023-cü il tarixli protokol, ona əlavə tərtib olunmuşdur. Cavabdehin əmlakı olaraq 2709,8 kv.m.-dən ibarət, 1354900 manat dəyərində qeyriyaşayış binası siyahıya alınmış və həmin əmlakın məsul saxlanmaya verilməsi haqqında akt tərtib olunmuşdur. Iddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh vergi borcunun ödənilməsini təmin etməmişdir. Iddiaçı hazırkı tələbində cavabdehin ##.##.2023-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 71826,01 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1354900 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılmasını tələb edir. Kollegiya iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız, apellyasiya şikayətinin dəlillərini isə əsaslı hesab etməklə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvəla iş materiallarında olan sənədlər nəzərdən keçirilir: - Cavabdeh Firması ##.##.1997-ci il tarixdən dövlət qeydiyyatına alınmışdır və əsas fəaliyyət növü Şadlıq evlərinin Xidmətləridir. - Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət Reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 2315-ci məhəllə, 64P-də yerləşən 2709,8 kv.m sahəsi olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh Firmasının adına ##.##.2010-cü il tarixdə qeydiyyata alınmışdır. - Iddiaçı İddiaçı ##.##.2023-cü il tarixli Vergi borcunun ödənilməsinə dair bildirişindən görünür ki, cavabdeh Cavabdeh Firmasının ##.##.2023-cü il tarixə dövlət büdcəsinə ümumilikdə 71,632.64 manat, o cümlədən vergilər üzrə 3,767.68 manat, maliyyə sanksiyaları üzrə 67,808.44 manat, faizlər üzrə 56.52 manat borcu vardır. Cavabdehin borcu üzrə öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar, eyni zamanda borcun ödənilmədiyi halda əmlakın siyahıya alınması ilə əlaqədar xəbərdarlıq iddiaçı tərəfindən edilmişdir. - Iddiaçı Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı səhəri Lokal Gəlirlər Baş Idarəsinin ##.##.2023-cü il tarixli *********** nömrəli Əmlakın siyahıya alınması haqqında qərarından görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89- cu maddəsinə əsasən cavabdehin əmlakının siyahıya alınması qərara alınmışdır. Cavabdeh Cavabdeh Firmasının direktoru X1 ##.##.2023- cü il tarixli izahatından görünür ki, o, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 2315- ci məhəllədə yerləşən Tural şadlıq evində və icarə obyektində siyahıya alınmış əmlakların -qeyri-yaşayış binasının Cavabdeh Firmasına məxsus olmasını və vergi borcunu 30 gün müddətində ödəyəcəyini təsdiq edir. - ##.##.2023-cü il tarixli Əmlakın siyahıya alınması haqqında protokoldan və protokola əlavədən görünür ki, vergi ödəyicisi Cavabdeh Firmasının əmlakı-2709,8 kv.m 1354900 manat dəyərində qeyri-yaşayış binası siyahıya alınmış və əmlakın siyahıya alınması haqqında Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında akt tərtib olunmuşdur. - ##.##.2023-cü il tarixli 2319021165084500 xəbərdarlıq məktubundan görünür ki, borcun ödənilmədiyi təqdirdə siyahıya alınmış əmlakın satılması ilə bağlı məhkəmədə iddia qaldırılacağı cavabdehə bildirilmişdir. - Cavabdeh Firmasına aid şəxsi hesab vərəqəsindən görünür ki, ##.##.2023-cü il tarixə 72 621,31 manat cəmi ödənilməli borcu vardır. Təkrar apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarında qeyd olunan bütün göstərişlər üzrə araşdırma həyata keçirildi. Hazırkı inzibati iş materiallarından görünür ki, iş üzrə tərəflər arasında mübahisənin yaranmasına əsas cavabdeh tərəfindən vergi borcunun ödənilməməsi ilə bağlı olmuşdur. Inzibati iş üzrə ətraflı araşdırmanın həyata keçirilməsi məqsədilə əlavə olaraq məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarında (***) oxşar işlər üzrə məhkəmələr tərəfindən araşdırılmalı və qiymətləndirilməli olan məqamlar qeyd edilmişdir. Qərarda qeyd edilmişdir ki, məhkəmə siyahıya alınmış bütün əmlakların deyil, qərar qəbul edilən ana mövcud borc nəzərə alınmaqla zəruri və kifayət olan həcmdə əmlakların satılması haqqında qərar verməlidir. Bunun üçün məhkəmə, ilk növbədə, məhz qərar çıxardığı ana mövcud olan dəqiq borc məbləğini müəyyən etməli, aradan keçən zaman ərzində borcun ödənilməsinə yönəlmiş hərəkətlərin edilib-edilmədiyini araşdırmalıdır. Məhkəmə üçün həlledici olan həmin anda mövcud olan borc məbləğinin dəqiq müəyyənləşdirilməsidir. Çünki məhz qərar çıxarıldığı anda mövcud olan borc məbləğini ödəmək üçün zəruri və kifayət olan həcmdə əmlakların satılması haqqında qərar verilməlidir. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, yuxarıda istinad olunan (***) məhkəmə qərarında qeyd edilmişdir ki, ilk növbədə, aşağıdakı məsələlərin aydınlaşdırılması və qiymətləndirilməsi təmin olunmalıdır: - borcun məbləği və ödənilməməsinin müddəti; - ödənilməmənin səbəbləri; - ödəyicinin büdcə öhdəliklərini yerinə yetirməyə yönəlmiş davranışlarına məcmu halda qiymət verildikdə onun vicdanlı hesab edilməsinin mümkünlüyü; - satılmalı olan əmlakın təyinatı, həmin əmlakın gələcəkdə ödəməni həyata keçirməyə imkan verən sahibkarlıq fəaliyyətində istifadəsinin mümkünlüyü; - əmlakın satılmasının ödəyicinin şəxsi, ailə və sahibkarlıq fəaliyyətində yaradacağı diqqətə alınmalı olan mümkün nəticələr; - ödəyicinin bildirdiyi diqqətəlayiq maraqların, eləcə də icranı onun üçün daha əlverişli üsul və vasitələrlə təmin etməyə dair təklifinin mövcudluğu; - vergi orqanının sərgilədiyi diqqətə alınmalı olan davranışlar və s. Hazırkı iş üzrə araşdırılması tələb edilən məqamlardan olan əmlakın siyahıya alınmasına əsas olan vergi borcunun məhkəmə araşdırması zamanı mövcud olubolmaması və siyahıya alınmış əmlakın vergi ödəyicisinə məxsus olub-olmaması istiqamətində məhkəmə kollegiyası tərəfindən araşdırma aparılmışdır. Apellyasiya baxışı zamanı kassasiya instansiya məhkəməsinin göstərişlərinə əsasən cavabdehə müvafiq sorğu ünvanlanaraq əmlakın siyahıya alınmasına səbəb olan ##.##.2023-cü il tarixli borc məbləğinin ödənilməmə səbəbi, satılmalı olan əmlakın təyinatı, həmin əmlakın gələcəkdə ödəməni həyata keçirməyə əsas verən sahibkarlıq fəaliyyətində istifadəsinin mümkün olub-olmaması, əmlakın satılmasının Firmanın fəaliyyətində yaradacağı mümkün nəticələr və borc məbləğinin icrasının Firma üçün daha əlverişli üsul və vasitələrlə təmin etməyə dair təkliflər barədə məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Cavabdeh Cavabdeh Firması tərəfindən ##.##.2026-cı il tarixdə məhkəməyə təqdim edilmiş sorğuya cavab məktubu ilə bildirilmişdir ki, “Hal-hazırda firmanın təsisçisi Sevdagül Qəribovadır. Qeyd olunan sorğunuza cavab ilk olaraq qeyd edək ki, qeyd olunan borc məbləğini hal-hazırda hissə-hissə ödəməyə hazırıq. Belə ki, həmin borcun ödənilməməsi bizdən asılı olmayan ailə və maliyyə problemlərimizə görə imkansız olmuşdur. Belə ki, borc məbləğnin yarandığı dövrlərə qədər, firmaya rəhbərlik edən təsisçinin həyat yoldaşı X2 qəfil yaranmış xərçəng xəstəliyindən vəfat etdi. Bundan sonra ailədə çətinliklər başlamışdır. Bir müddət firmaya məxsus olan şadlıq evi istifadəsiz qalmışdır. Sonradan şadlıq evinin müasir standartlara cavab verilməsi üçün əsaslı təmirə bağlanılmışdır. Maliyyə çətinliklərinə görə təmir uzun çəkmişdir. Əlavə cəlb olunmuş investorlar sayəsində təmir yekunlaşıb. Artıq şadlıq evi istifadəyə başlayır. Demək olar ki, bütün ailə həmin şadlıq evindən əldə olunan gəlirlə yaşayır. Əmlakın siyahıya alınmasına gəldikdə isə, siyahıya alınmış əmlakın, yəni şadlıq evinin binasının hal-hazırkı dəyəri, o vaxtı müəyyən olunmuş dəyərindən qat-qat artıqdır. Təmirdən sonra bu dəyər bir az da artmışdır. Şadlıq sarayında, dəyərli daşınar əmlaklar mövcuddur (Şadlıq evinin komunal təchizatına dair avadanlıqlar, elektrik və işıqlandırma sistemi, kondisionerlər, stol-stullar, mətbəx avadanlıqları və sairə) Hansı ki, vergi orqanı həmin əmlakları siyahıya ala bilərdi. Hesab edirik ki, borc məbləğinə adekvat həmin əşyalar ola bilər. Həmçinin qeyd edək ki, bizim məqsədimiz qeyd olunan borc məbləğini hissə hissə ödəməkdir.” Iş materiallarına əlavə edilmiş inzibati icraat materiallarından görünür ki, vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi siyahıya alınma prosedurunda iştirak etmiş, siyahıya alınmış əmlakı məsul saxlamaya almış, həmçinin izahatında siyahıya alınmış əmlakın firmaya məxsus olması barədə məlumat vermişdir. Həmçinin, MA seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2315-ci məhəllə, 64P ünvanında 0.1333 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 2709.8 m2 olan qeyri-yaşayış binası 1109090038 qeydiyyat nömrəsi ilə ##.##.2010-cu il tarixdə qeydiyyatdan keçməklə Cavabdeh Firmasının xüsusi mülkiyyətindədir. Vergi borcunun mövcud olub-olmaması istiqamətində də araşdırma aparılmışdır. Belə ki, iddiaçı inzibati orqana sorğu ünvanlanaraq əmlakın siyahıya alınmasına səbəb olan ##.##.2023-cü il tarixə hesablanmış və hazırda dövlət büdcəsinə olan borcun məbləğinin nə qədər təşkil etməsi barədə məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Iddiaçı inzibati orqan tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ünvanlanan *-**-*-*/*-*******/**** nömrəli ##.##.2026-cı il tarixli sorğuya cavab məktubu ilə bildirilmişdir ki, vergi ödəyicisinin büdcəyə yaranmış 71826,01 manat vergi borcunun alınması məqsədilə ##.##.2023-cü il tarixli *********** nömrəli qərar açılmış və ##.##.2023-cü il tarixli protokol əsasında qeyri-yaşayış binası siyahıya alınmışdır. Hazırda ##.##.2026-cı il tarixə həmin qərar üzrə büdcəyə 67797,23 manat borc qalmışdır. Bundan əlavə araşdırılmalı hallardan görünür ki, vergi ödəyicisi dövlət büdcəsinə ödənilməli olan vergi borcunu etiraf edir, həmin borcla razılaşır, iddiaçı inzibati orqan tərəfindən siyahıya alınmış əmlakın ona məxsus olduğunu, iqtisadi durumunun zəif olması səbəbindən vergi borcunu ödəyə bilmədiyini qeyd edir, bununla əlaqədar dövlət büdcəsinə ödənilməli olan vergi borcunun hissə-hissə ödənilməsini xahiş edir. Cavabdehin qeyd etdiyi borcun hissə-hissə ödənilməsi dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, borcun hissə-hissə ödənilməsi məsələsi icra mərhələsində həll olan məsələdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, digər əmlakların olmaması halı və borcun məbləğinin siyahıya alınmış əmlakın məbləğindən az olması vergi ödəyicisinin büdcə qarşılığındakı öhdəliklərini - konstitusion vəzifələrini icra etməkdən yayınması ilə nəticələnməməlidir. Büdcə qarşısında öhdəlik davam etdiyi müddət ərzində öhdəliyin həcmindən asılı olmayaraq siyahıya alınmış əmlakın satılması əsaslı hesab olunmalıdır. Belə yanaşma, dəyərindən asılı olmayaraq ödəyicinin siyahıya alınmış yeganə əmlakının olduğu hallara da aiddir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Yekunda işin araşdırılmış hallarından görünür ki, apellyasiya araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh Firmasının ##.##.2023-cü il tarixli *********** nömrəli qərar üzrə büdcəyə 71826,01 manat borcu olmuşdur. ##.##.2026-cı il tarixə həmin qərar üzrə büdcəyə 67797,23 manat borc qalmışdır. Odur ki, iddiaçının iddia tələbi ##.##.2023-cü il tarixə yaranmış dövlət büdcəsinə ödənilməli olan 67797,23 manat borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1354900 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması kimi qəbul edilməli və bu yöndə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## #### 2024-cü il tarixli qərarı ləğv edilsin. Iddia tələbi təmin edilsin. Cavabdehin ##.##.2023-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş ##.##.2026-cı il tarixə qalan 67797,23 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1354900 manat məbləğində siyahıya alınmış əmlak müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum (Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti)) vasitəsilə satılsın. Göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən borc tutularaq dövlət büdcəsinə ödənilsin. Satışdan artıq qalan məbləğ Cavabdeh Firmasına qaytarılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Fərid Mədətli Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar