Məhkəmə qərarları › İş №2-1(103)-4838/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4838/2025

29.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(103)-4838/2025 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI GIRIŞ HISSƏ: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X2 və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdeh Cavabdeh nümayəndəsi X3, Üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (üçüncü şəxs1 Süleyman oğlu və Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) “texniki pasporta dəyişiklik edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 1əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVIRI HISSƏ: Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək digər şəxsin texniki pasportu **/*** saylı, ##.##.2017-ci il tarixdə verilmiş və "şərti” sərhəd hissəsi kimi yazılan hissədə iddiaçıya məxsus torpaq sahəsinin bərpasını nəzərə almaqla texniki pasportda qismən dəyişiklik edilməsi vəzifəsinin Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi Idarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti və N.Vəzirova küçəsinin kəsişməsində yerləşən Bakı şəhər Icra Hakimiyyətinin ##.##.2013-cü il tarixli, **/**-*/**** saylı sərəncamına əsasən təsdiq olunmuş qeyriyaşayış sahəsi iddiaçıya məxsusdur. Lakin həmin torpaq sahəsinin təxminən 300 kv.m. hissəsi **/*** saylı, ##.##.2017-ci il tarixdə digər şəxsin adına tərtib olunmuş texniki pasportda şərti sərhədlə əlavə edilmişdir. Həmin torpaq sahəsi Bakı şəhəri Icra Hakimiyyəti tərəfindən iddiaçıya verilmişdir. Digər şəxsin texniki pasportu **/*** saylı, ##.##.2017-ci il tarixdə verilmiş və "şərti” sərhəd hissəsi kimi yazılan hissədə iddiaçıya məxsus torpaq sahəsinin bərpasını nəzərə almaqla texniki pasportda qismən dəyişiklik edilməsi ilə bağlı cavabdehə mücaciət edib. Lakin müraciətə baxılmış və iddiaçıya bildirilmişdir ki, torpaq sahəsi ilə bağlı heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmamış, iddia olunan sahənin bir hissəsi yol kənarı yaşıllıq cərgəsi, bir hissəsi isə (234.0 kv.m.) digər fiziki şəxsin mülkiyyətindədir. Hesab edir ki, digər şəxsə verilmiş texniki pasport hüquqmüəyyənedici sənəd deyil. Bakı şəhəri Icra Hakimiyyəti tərəfindən baş planda təsdiq olunmuş və ölçüləri göstərilmiş torpaq sahəsi 2013-cü ildə iddiaçıya verilmişdir. Iddiaçıya məxsus olan torpağın digər şəxsin texniki pasportuna əlavə olunması barədə müvafiq icra hakimiyyəti orqanının torpağın ona verilməsi barədə heç bir hüquqmüəyyənedici sənəd (sərəncam) yoxdur. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı torpaq sahəsi ilə bağlı heç bir hüquqmüəyyənedici sənəd təqdim etməyib. Iddia olunan sahənin bir hissəsi yol kənarı yaşıllıq cərgəsi, bir hissəsi isə (234.0 kv.m) digər fiziki şəxsin (üçüncü şəxs1) mülkiyyətindədir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə (hakim G.Sevdimalıyeva) iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır. Qərardadda qeyd edilmişdir ki, **/*** nömrəli, ##.##.2017-ci il tarixli texniki pasport tərtib edilmiş qeyri-yaşayış binası ilkin olaraq dövlət əmlakı olmuşdur. "Dostluq” kinoteatrı tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanan ##.##.2017-cü il tarixli məktuba əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 76 ünvanında yerləşən ümumi sahəsi 2188,8 kv.m 3 mərtəbəli qeyri-yaşayış binası və yerləşdiyi 1784,7 kv.m torpaq sahəsinin qanunvericiliyə uyğun olaraq icarəyə verilməsi və özəlləşdirilməsi məqsəduyğun hesab edilmiş və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin ##.##.2017-ci il tarixli, ** nömrəli Sərəncamına əsasən xüsusi mülkiyyətə verilmişdir. Qeyri-yaşayış binası bir neçə dəfə özəlləşdirildikdən (daşınmaz əmlakın alqı-satqı müqaviləsi və daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında) sonra hazırda üçüncü şəxs1 adına daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən qeydə alınmışdır. Odur ki, iddia lazımi qaydada qaldırılmayıb. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən ##.##.2017-ci il tarixli, **/*** nömrəli texniki pasport xüsusi mülkiyyətdə olan qeyri-yaşayış binasına münasibətdə tərtib edilmişdir. Qeyri-yaşayış binasının xüsusi mülkiyyət kimi qeydiyyata alınmasına əsas olmuş ilkin hüquqmüəyyənedici sənəd Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin ##.##.2017-ci il tarixli, ** nömrəli Sərəncamı olmuşdur. Iddiaçının hüquqi marağı xüsusi mülkiyyət hüquqların qeydiyyatı üçün əsas olmuş ilkin hüquqmüəyyənedici sənədin mübahisələndirilməsidir. Məhkəmə hazırkı iddia tələbi çərçivəsində həmin dəqiqləşməni mümkün hesab etmir. Belə ki, qeyd edilən tələb yeni tələb olmaqla (sərəncamın mübahisələndirilməsi) fərqli cavabdehə (Əmlak Məsələləri Dövlət XIdməti) yönəlmiş olur. Iddiaçı qərardaddan apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsi Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə, cavabdehin apellyasiya şikayətinin qismən təmin edilməsi və Bakı Inzibati Məhkəməsinin 2- *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qərardadının ləğv edilməsi, işin sonrakı zəruri prosessual hərəkətlərinin edilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bir sıra prosessual hərəkətlər edildikdən sonra Bakı Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərardadı (hakim B.Cəlalov) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən mübahisələndirilən ##.##.2017-ci il tarixli, **/*** nömrəli texniki pasport xüsusi mülkiyyətdə olan qeyri-yaşayış binasına münasibətdə tərtib edilmişdir. Qeyri-yaşayış binasının xüsusi mülkiyyət kimi qeydiyyata alınmasına əsas olmuş ilkin hüquqmüəyyənedici sənəd Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin ##.##.2017-ci il tarixli, ** nömrəli Sərəncamı olmuşdur. Iddiaçının hüquqi marağı xüsusi mülkiyyət hüquqların qeydiyyatı üçün əsas olmuş ilkin hüquqmüəyyənedici sənədin mübahisələndirilməsidir. Bundan başqa məhkəmə icraatı zamanı iddiaçıya ona torpaq sahəsinin ayrılması ilə bağlı hər hansı hüquqmüəyyənedici sənədin olub-olmaması, olduğu halda məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı ona torpaq sahəsinin ayrılmasına dair hər hansı sənəd təqdim etdə bilməmişdir. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı üçüncü şəxs üçüncü şəxs1 adına verilmiş ##.##.2017-ci il tarixli, **/*** nömrəli texniki pasportda ona məxsus torpaq sahəsinin bir hissəsinin göstərilməsini mübahisələndirir. Belə ki, Cavabdeh Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 76 ünvanında yerləşən sahəsi 2188,8 kv.m olan qeyriyaşayış binası və 0.17847 ha torpaq sahəsi üçüncü şəxs1 Süleyman oğlunun adına ##.##.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, cavabdeh idarənin mütəxəssisi tərəfindən sözügedən ünvana yerli baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, üçüncü şəxs üçüncü şəxs1 Süleyman oğluna məxsus torpaq sahəsi (0.17847 ha) "A” tikilisindən və ön tərəfləri isə yaşıllıq ərazidən ibarətdir. Mənə məxsus olduğu torpaq sahəsinin bir hissəsi ilə üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi üst-üstə düşür. Üst-üstə düşən torpaq sahəsi təqribən 0.0234 ha təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən mübahisəli ərazi 008013000854-***** reyestr nömrəli daşınmaz əmlakın texniki pasportunun hüdudları daxilində yerləşir. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti və N.Vəzirova küçəsinin kəsişməsində yerləşən Bakı şəhər Icra Hakimiyyətinin ##.##.2013-cü il tarixli, 18/03- */**** saylı sərəncamına əsasən təsdiq olunmuş qeyri-yaşayış sahəsi ona verilmişdir. Bununla bağlı tərəfindən bütün sənədlər məhkəməyə təqdim edilmişdir. 1960-cı ildə ayrılmış torpaq sahəsinə dair ilk dəfə 1992-ci ildə, ikinci dəfə isə 2017-ci ildə Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi Idarəsi tərəfindən texniki pasport tərtib edilmişdir. Həmin texniki pasportlarda ölçülərdə ziddiyyət var. "Dostluq” Kino-teatrının arxa hissəsində yerləşdiyi, vaxtı ilə istixana olmuş torpaq sahəsi digər şəxsə satılmış və həmin torpaq sahəsinin əvəzi olaraq saxtakarlıqla texniki pasportda qarşı tərəfə sürüşdürülmüş, bununla da Bakı şəhər Icra Hakimiyyətinin ##.##.2013-cü il tarixli, **/**-*/**** saylı sərəncamına əsasən ona verilmiş torpaq sahəsinin bir hissəsi 0.0234 ha hissəsi zəbt edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən Bakı şəhər Icra Hakimiyyətinin ##.##.2013-cü il tarixli, **/**-*/**** saylı sərəncamına əsasən ona ayrılmış torpaq sahəsinin bir hissəsini qanunsuz olaraq sürüşdürmüş və digər şəxsin adına tərtib edilmiş texniki pasportda göstərilmişdir. Buna görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə bu halı araşdırmamış və ona hüquqi qiymət verməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf və digər üçüncü şəxs məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası IPM-nin 62-ci maddəsinə əsasən iddiaçının və üçüncü şəxsin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. ƏSASLANDIRICI HISSƏ: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın müddətinə dair mümkünlük şərtinin ödənilməməsi əsası ilə mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Bununla əlaqədar iddianın mümkünlüyü ilə bağlı Məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Iddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” IPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd) Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının subyektiv hüququnun olması iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Bundan başqa mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Hazırkı işin hallarına görə, iddiaçı İddiaçı iddia tələbi ##.##.2017-ci il tarixli, **/*** nömrəli texniki pasporta dəyişiklik edilməsinə yönəlmişdir. Bunu da onunla əsaslandırır ki, üst-üstə düşən hissə vaxtilə ona ayrılmış torpaq sahəsidir. 3-cü şəxsin yeni texniki pasportu əvvəllər mövcud olmuş texniki pasporta münasibətdə fərqlidir. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. Iddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Məhkəmə kollegiyası iş materiallarına əlavə edilmiş sənədlərə diqqət yetirir: - "Dostluq” Kinoteatrı tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanan ##.##.2017-cü il tarixli məktubda qeyd edilmişdir ki, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan "Dostluq” kinoteatrı uzun müddətdir öz profili üzrə fəaliyyət göstərmir və hal-hazırda "Dostluq” kinoteatrının balansında olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 76 ünvanında yerləşən ümumi sahəsi 2188,8 kv.m 3 mərtəbəli qeyri-yaşayış binası və yerləşdiyi 1784,7 kv.m torpaq sahəsi səmərəsiz istifadə olunur. Dövlət əmlakından səmərəli istifadənin təşkili və özəlləşdirilməsi məqsədilə "Dostluq” kinoteatrının balansında olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 76 ünvanında yerləşən ümumi sahəsi 2188,8 kv.m 3 mərtəbəli qeyri-yaşayış binası və yerləşdiyi 1784,7 kv.m torpaq sahəsinin qanunvericiliyə uyğun olaraq icarəyə verilməsi və özəlləşdirilməsi məqsəduyğun hesab edilir. - "Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” ##.##.2017- ci il tarixli, **** nömrəli Icarə Müqaviləsinə əsasən "Icarəyəverən” Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin ##.##.2017-ci il tarixli, ** nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 76 (registr № ***-00050819-000) ünvanında yerləşən, ümumi sahəsi 2208,2 kv.m təşkil edən AR Mədəniyyət və Turizm Nazirliyi, "Dostluq” kinoteatrının balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədi ilə "Icarəçi”nin (Ələsğərova Xumarə Qasım qızının) müddətli istifadəsinə vermişdir. - ##.##.2017-ci il tarixli, **** nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən müqavilənin prdermetini "Alıcı”nın (Ələsğərova Xumarə Qasım qızı) Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağladığı ##.##.2017-ci il tarixli **** saylı icarə müqaviləsi əsasında icarəyə götürdüyü və bu müqavilə ilə satın aldığı 2188,8 kv.m qeyri-yaşayış binası və 1784,7 kv.m torpaq sahəsi təşkil edir. - Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 76 ünvanında yerləşən qeyriyaşayış binasına dair **/*** nömrəli, ##.##.2017-ci il tarixli texniki pasport tərtib edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 76 ünvanında yerləşən sahəsi 2188,8 kv.m olan qeyri-yaşayış binası və 0.17847 ha torpaq sahəsi Ələsgərova Xumarə Qasım qızının adına ##.##.2017-ci il tarixdə qeydiyyata alınmışdır. -##.##.2019-cu il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən hədiyyə verən Ələsgərova Xumarə Qasım qızı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 76 ünvanında yerləşən sahəsi 2188,8 kv.m olan qeyri-yaşayış binasını və 0.17847 ha torpaq sahəsini hədiyyə alan Salmanova Ülkər Şaiq qızının mülkiyyətinə vermişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 76 ünvanında yerləşən sahəsi 2188,8 kv.m olan qeyri-yaşayış binası və 0.17847 ha torpaq sahəsi Salmanova Ülkər Şaiq qızının adına ##.##.2017-ci il tarixdə qeydiyyata alınmışdır. -##.##.2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən hədiyyə verən Salmanova Ülkər Şaiq qızı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 76 ünvanında yerləşən sahəsi 2188,8 kv.m olan qeyri-yaşayış binasını və 0.17847 ha torpaq sahəsini hədiyyə alan üçüncü şəxs1 mülkiyyətinə vermişdir. -Cavabdeh Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 76 ünvanında yerləşən sahəsi 2188,8 kv.m olan qeyriyaşayış binası və 0.17847 ha torpaq sahəsi üçüncü şəxs1 adına ##.##.2023- cü il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, **/*** nömrəli texniki pasport tərtib edilmiş qeyri-yaşayış binası ilkin olaraq dövlət əmlakı olmuşdur. "Dostluq” Kino-teatrı tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanan ##.##.2017-cü il tarixli məktuba əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 76 ünvanında yerləşən ümumi sahəsi 2188,8 kv.m 3 mərtəbəli qeyri-yaşayış binası və yerləşdiyi 1784,7 kv.m torpaq sahəsinin qanunvericiliyə uyğun olaraq icarəyə verilməsi və özəlləşdirilməsi məqsəduyğun hesab edilmiş və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin ##.##.2017-ci il tarixli, ** nömrəli Sərəncamına əsasən xüsusi mülkiyyətə verilmişdir. Qeyri-yaşayış binası bir neçə dəfə özəlləşdirildikdən (daşınmaz əmlakın alqı-satqı müqaviləsi və daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında) sonra hazırda üçüncü şəxs1 adına daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən qeydə alınmışdır. Iş üzrə əvvəlki apellyasiya baxışı zamanı apellyasiya instansiya məhkəməsinin göstərişləri nəzərə alınmaqla birinci instansiya məhkəməsi tərəfindən araşdırma aparılmış və məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, cavabdeh idarənin mütəxəssisi tərəfindən sözügedən ünvana yerli baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, üçüncü şəxs üçüncü şəxs1 Süleyman oğluna məxsus torpaq sahəsi (0.17847 ha) "A” tikilisindən və ön tərəfləri isə yaşıllıq ərazidən ibarətdir. Iddiaçı İddiaçı ona məxsus olduğunu bildirdiyi ümumi torpaq sahəsinin bir hissəsi ilə üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi üst-üstə düşür. Üst-üstə düşən torpaq sahəsi təqribən 0.0234 ha təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən mübahisəli ərazi 008013000854-***** reyestr nömrəli daşınmaz əmlakın texniki pasportunun hüdudları daxilində yerləşir. Həmçinin torpaq sahəsinin ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir. Ortofoto görüntüsündən də göründüyü kimi, iddiaçının texniki pasporta dəyişiklik edilməsini tələb etdiyi torpaq sahəsi ilə üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsi təqribən 234 kv.metrdə üst-üstə düşür. Həmçinin işə Bakı Apellyasiya Məhkəməsində baxılarkən məhkəmə tərkibi tərəfindən ## #### 2026-cı il tarixinə saat 15:00-da Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti və N.Vəzirova küçəsinin kəsişməsində yerləşən mübahisəli əraziyə tərəflərin və inzibati orqanın mütəxəssislərinin iştirakı ilə yerli baxış keçirilmişdir. Yerli baxış zamanı müəyyən olundu ki, iddiaçı İddiaçı məxsus olan binanın sağ tərəfində "Dostluq” kinoteatrına məxsus olan binanın isə qarşı tərəfində yerləşən torpaq sahəsinin bir hissəsi üst-üstə düşür. Üst-üstə düşən torpaq sahəsi təqribən 0.0234 ha təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən mübahisəli ərazi 008013000854-***** reyestr nömrəli daşınmaz əmlakın texniki pasportunun hüdudları daxilində yerləşir. Iddiaçı tərəfindən isə torpaq sahəsinin ona məxsus olması iş materiallarında olan icra hakimiyyəti tərəfindən razılşadırılmış işçi layihə ilə əsaslandırılmışdır. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, iddiaçı ona aid olduğunu iddia etdiyi torpaq sahəsinə dair 3-cü şəxsin hüquqlarının qeydiyyatının qanunsuz olduğuna istinad edərək müvafiq texniki pasportda qismən dəyişiklik edilməsini tələb edir. Araşdırma zamanı, həmçinin yerli baxış zamanı iddiaçının verdiyi məlumat ondan ibarət olmuşdur ki, mübahisəli ərazinin aid olduğu "Dostluq” kinoteatrına dair 1992-ci il tarixli texniki pasportda əks olunmuş baş planla 2017-ci ildə tərtib edilmiş texniki pasportu arasında uyğunsuzluq mövcuddur. Halbuki, hər iki texniki pasporta da vizual baxış zamanı müəyyən etmək olur ki, baş plan hər ikisində eynidir, sadəcə birində plan yuxarıdan aşağıya çəkilmişdir (A tikilisi üst hissədə yerləşir), digərində isə tərsinə. Ancaq yerləşmə mövqelərinə diqqət yetirilsə hər iki plan eynilik təşkil edir. Yerli baxış zamanı da qeyd edilən məqamlar aydınlaşdırıldı. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bir daha diqqətə çatdırır ki, iddiaçı tərəfindən mübahisələndirilən ##.##.2017-ci il tarixli, **/*** nömrəli texniki pasport xüsusi mülkiyyətdə olan qeyri-yaşayış binasına münasibətdə tərtib edilmişdir. Qeyri-yaşayış binasının xüsusi mülkiyyət kimi qeydiyyata alınmasına əsas olmuş ilkin hüquqmüəyyənedici sənəd Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin ##.##.2017-ci il tarixli, ** nömrəli Sərəncamı olmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçı məhz ona məxsus olduğu iddia edilən sahənın digər şəxsin mülkiyyətində olmasını mübahisələndirir. Belə ki, iddiaçının əslində hüquqi marağı xüsusi mülkiyyət hüquqların qeydiyyatı üçün əsas olmuş ilkin hüquqmüəyyənedici sənədin mübahisələndirilməsidir. Qeyd edilən tələb isə yeni tələb olmaqla (sərəncamın mübahisələndirilməsi) fərqli cavabdehə (Əmlak Məsələləri Dövlət Xidməti) yönəlmiş tələb olacaqdır ki, hansı ki, bu mərhələdə iddia tələbinin bu cür dəyişdirilməsi ilə bağlı iddiaçıya hər hansı bir hüquqi yardıma göstərilməsi əhəmiyyətsizdir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iddianın mümkünlük şərtlərinə cavab vermədiyi üçün mümkün saymamaqla gəldiyi qənaəti düzgün və haqlı hesab edir. Məhkəmə kollegiyası onu da iddiaçıya izah edir ki, o, mübahisəli torpaq sahəsinin 3cü şəxsin texniki pasportunda düzgün işlənilməməsini iddia edirsə, ilkin olaraq texniki pasportun verilməsinə əsas verə, 3-cü şəxsin mülkiyyət hüquqlarının qeydiyyatına əsas olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin ##.##.2017-ci il tarixli, ** nömrəli Sərəncamını mübahisələndirməlidir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTICƏVI HISSƏ: Göstərilənlərə əsasən və IPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar