Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4842/2025 16.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı X2 cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı “pensiya məbləğinin yenidən hesablanması” tələbinə dair işi üzrə Açar sözlər: (əmək pensiyasının yenidən hesablanması) Hakimlər Ismayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, Iddiaçı X2, Cavabdehin nümayəndəsi nümayəndə1 Vəli oğlunun iştirakları ilə, Iddiaçı X2 cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı “pensiya məbləğinin yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)- *****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları Iddiaçı X2 ##.##.1945-ci il təvəllüdlüdür. Iddiaçıya DSMF-nin Suraxanı rayon şöbəsinin ##.##.2008-ci il tarixli qərarı ilə ##.##.2007ci il tarixdən orta aylıq əmək haqqı əsasında yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilərkən ##.##.2006-cı il tarixədək son 24 ayın əmək haqqının (2004- 2005-ci illər) 85% miqdarında pensiya hesablanmışdır. Iddiaçı ##.##.2024, ##.##.2024 və ##.##.2025-ci il tarixlərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müxtəlif tarixlərdə müraciət edərək pensiyasının yenidən hesablanmasını (2006-2007-ci illər üzrə orta aylıq əmək haqqı əsaəsnda) xahiş etmişdir. Cavabdeh ##.##.2024, ##.##.2024, ##.##.2024, ##.##.2025-ci il tarixlərdə iddiaçının müraciətləri ilə bağlı qərarlar qəbul etmişdir. ##.##.2025-ci il tarixli “yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında” bildirişdə cavabdeh qeyd etmişdir ki, “...“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin ##.##.2007-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən sizə həmin tarixdən orta aylıq əməkhaqqı əsasında yaşa görə əmək pensiyası təyin edilmiş və hazırda ödənişi 702,30 manat olmaqla davam etdirilir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən ##.##.2006-cı il tarixindən ##.##.2007-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış 818,26 manat (2007-ci il üzrə) pensiya kapitalı, Qanunun 37.3.1-ci maddəsinin tələblərinə əsasən ##.##.2009-cu il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyiniz üçün ##.##.2007-ci il tarixindən ##.##.2009-cu il tarixinədək 1504,69 manat (2009-cu il üzrə) pensiya kapitalı, ##.##.2024-cü il tarixindən (VÖEN hesabınızın dondurulduğu tarixdən) növbəti dəfə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyiniz üçün ##.##.2009-cu il tarixindən ##.##.2024-cü il tarixinədək 4746,85 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyanızın məbləği yenidən hesablanmış və pensiyanızın məbləğində (702,30 manat) dəyişiklik olmamışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, sizə əmək pensiyası təyin edilərkən 2004-2005- ci illər üzrə orta aylıq əmək haqqınızın 85 faizi nəzərə alınmışdır. Xidməti araşdırma zamanı müəyyən edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən fərdi şəxsi hesabınızın sığorta hissəsində “hesablanmış” məcburi dövlət sosial sığorta haqları ilə “ödənilmiş” məcburi dövlət sosial sığorta haqları arasında uyğunsuzluq yaranmışdır. Bu səbəbdən yaşa görə əmək pensiyanızın məbləğində ##.##.2020-ci il tarixindən (artıqödəmə barədə qəbul edilmiş qərardan 3 il əvvəl) ##.##.2023-cü il tarixinədək artıq ödəmə müəyyən edilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17ci maddəsinə əsasən yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əməkhaqqının (72-ci maddə) 60 faizi və tələb olunan stajdan artıq olan hər bir ilə 2% əlavə, lakin 85%-dən çox olmamaq şərtilə minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Həmin Qanunun 72-ci maddəsinə əsasən orta aylıq əmək haqqı 24 və ya 60 təqvim ayı ərzində gəlirin ümumi məbləğini müvafiq olaraq 24-ə və ya 60-a bölmək yolu ilə müəyyən edilir. Qeyd olunanlara əsasən sözügedən Qanun ##.##.2006-cı il tarixinədək qüvvədə olduğundan 2006-2007-ci illər üzrə orta aylıq əmək haqqınız əsasında əmək pensiyanızın yenidən hesablanması mümkün hesab edilmir.”. Birinci instansiya məhkəməsində icraat Iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanaraq yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası ilə razı deyil və onu qanunsuz hesab edir. Ona əmək pensiyasına çıxan zaman əmək pensiyası həqiqətən də 85 %-lə təyin edilirdi. O əmək pesniyasına çatan və pensiya təyinatı ilə bağlı müraciət edən zaman ondan sonuncu işlədiyi yerdən axırıncı 4 (dörd) ilə üçün arayış tələb edilmişdir. Həmin vaxt ona pensiya təyinatını həyata keçirən qurumdan bildirilmişdir ki, alacağı pensiyanın məbləğini müəyyən etmək üçün sosnuncu iki ilin pulunu hesablayıb, həmin məbləğin cəmini 24 aya bölüb, alınan orta aylıq məbləğin 85 %-ni ona ödəyəcəklər. Ancaq qeyd edilən illər 2004- 2005-2006-2007-cı illər üzrə üzrə aylıq gəlirləri nəzərə alınmadan ona cəmi 161 manat təyin edilmişdir. Halbuki yuxarıda qeyd edilən illər nəzərə alınmalı idi. Hesab edir ki, yaşa görə ona əmək pensiyası təyin edilməsi üçün işlədiyi illər tam nəzərə alınmamışdır. Məhz bu səbəbdən ona təyin edilmiş əmək pensiyası yenidən hesablanaraq artırılmalıdır. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Mərkəzi Filiala müraciət edərək onun pensiyasının əmək haqqı məbləğinin 85%-nə münasibətdə yenidən hesablanmasını xahiş etmişdir. Mərkəzi Filial tərəfindən onun müraciəti ##.##.2025-ci il tarixli *-**-*/*-K*****/**** nömrəli məktubla cavablandırılmış və 2006-2007-ci illər üzrə orta aylıq əməkhaqqı əsasında əmək pensiyasının yenidən hesablanmasının mümkün hesab edilmədiyi bildirilmişdir. İddiaçı "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7ci maddəsinin 01.11,2007-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən həmin tarixdən orta aylıq əməkhaqqı əsasında yaşa görə əmək pensiyası təyin edilmiş və hazırda ödənişi 702,30 manat olmaqla davam etdirilir. Məlumat üçün bildirirlər ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumatlara əsasən ##.##.2006-cı il tarixindən ##.##.2007-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 818,26 manat (2007- ci il üzrə) pensiya kapitalı, Qanunun 37.3.1-ci maddəsinin tələblərinə əsasən ##.##.2009-cu il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün ##.##.2007-ci il tarixindən 01,08.2009-cu il tarixinədək 1504,69 manat (2009-cu il üzrə) pensiya kapitalı, ##.##.2024-cü il tarixindən (VÖEN hesabının dondurulduğu tarixdən) növbəti dəfə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün 01,08.2009-cu il tarixindən ##.##.2024cü il tarixinədək 4746,85 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyanın məbləği yenidən hesablanmış və məbləğində (702,30 manat) dəyişiklik olmamışdır. Misaldan da göründüyü kimi Qanunun qüvvəyə mindiyi ##.## 2006-cı ilədək pensiyanın şərti hesablanması zamanı orta aylıq əməkhaqqı ##.##.2006-cı il tarixədək olan dövr üzrə müəyyən edilir, ##.##.2006-cı il tarixindən sonra fərdi hesaba toplanmış pensiya kapitalına görə yeni sistemdə qazanılmış pensiya məbləği isə ayrıca hesablanır. Qanunun ##.##.2006-cı il tarixindən qüvvəyə mindiyi nəzərə alınaraq, Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada əmək pensiyası əmək fəaliyyətinin həmin ilədək axırıncı 24 ayına, yəni 2004-2005-ci illərə aid orta aylıq əməkhaqqından hesablana bilərdi. iddiaçı İddiaçı pensiya işi materiallarından da aydın olduğu kimi Mərkəzi Filialın ##.##.2024-cü il tarixili, *-**- */*-K-*****/**** nömrəli qərarına əsasən onun pensiyası ##.##.2006-cı il tarixədək (2004-2005ci illər) əməkhaqqının 85%-i, sonraki dövrlər üzrə isə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında hesablanmışdır. Qeyd olunanlara əsasən nəzərinizə çatdırırlar ki, İddiaçı yaşa görə əmək pensiyası ##.##.2007-ci il tarixində, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindikdən sonra təyin edilmişdir. Odur ki, iddiaçı İddiaçı pensiya təyin edilərkən ##.##.2006-cı il tarixinədək, yəni Qanun qüvvəyə minənədək pensiya “Vətəndaşların pensiya təminatı haqqında" Qanuna əsasən son 24 ay və ya 60 ayın orta aylıq əməkhaqqına əsasən hesablandığına görə ##.##.2006- cı il tarixədək iddiaçının əmək fəaliyyəti dövrünün son 24 ayı, yəni 2004 və 2005-ci illər üzrə orta əməkhaqqı nəzərə alınmış, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə əsasən müvafiq dövr üzrə orta aylıq əməkhaqqının 85%-nə uyğun hesablanmışdır. ##.##.2006-cı il tarixdən sonra isə pensiya Qanunun tələbinə əsasən əmək pensiyası sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən hesablandığı üçün, Qanun qüvvəyə mindikdən sonra iddiaçının pensiyası 2006- 2007-ci il tarixlərini əhatə edən dövr üzrə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya” altsistemində olan məlumatlara əsasən ##.##.2006-cı il tarixindən ##.##.2007- ci il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış 818,26 manat (2007- ci il üzrə) pensiya kapitalı əsasında hesablanmışdır. Beləliklə, Mərkəzi Filial pensiyanı hesablanması zaman düzgün hüquqi nəticəyə gəlmiş və iddiaçı barəsində qanunvericiliyə uyğun olaraq inzibat icraat aparmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ilə (hakim Bəhlul Cəlalov) iddia tələbi təmin edilərək, X2 təyin edilmiş yaşa görə əmək pensiyasının, pensiyaya çıxdığı tarixdən, yəni ##.##.2007-ci ildən əvvəlki 24 ayın əmək haqqına görə yenidən hesablanması və sonuncu müraciət tarixindən, yəni ##.##.2025-ci il tarixdən əvvəlki üç il üzrə (##.##.2022) hesablanıb yaranmış fərqin aylıq pensiya məbləğinə əlavə edilməklə ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)- *****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətini etirazın dəlillərinə uyğun əsaslandırmış, həmçinin əlavə olaraq qeyd etmişdir ki, qanunvericilikdə əmək pensiyasının yenidən hesablanması forması tam olaraq müəyyən edilmişdir. Belə ki, “Əmək pensiyaları” haqqında Qanunun 26.1-ci maddəsinə görə 2017-ci il ####un #-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. Həmin Qanunun 29.1-1-ci maddəsinə görə sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Göründüyü kimi İddiaçı ##.##.2007-ci il tarixində əmək pensiyası təyin olunmuşdur. “Əmək pensiyaları” haqqında Qanunun tələbi üzrə yenidən hesablanma zamanı İddiaçı # #### 2017-ci il tarixinə kimi əmək pensiyası təyin edildiyindən əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. Qanunun 26.1-ci maddəsini rəhbər tutaraq yenidən hesablanma zamanı şərti çevrilmənin aparılma qaydasını müəyyən etmək lazımdır. “Əmək pensiyaları” haqqında Qanunun qüvvəyə mindiyi ##.##.2006cı ilədək pensiyanın şərti hesablanması zamanıorta aylıq əməkhaqqı ##.##.2006-cı il tarixədək olan dövr üzrə müəyyən edilir, ##.##.2006-cı il tarixindən sonra fərdi hesaba toplanmış pensiya kapitalına görə yeni sistemdə qazanılmış pensiya məbləği isə ayrıca hesablanır. Qanunun ##.##.2006-cı il tarixindən qüvvəyə mindiyi nəzərə alınaraq, Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada əmək pensiyası əmək fəaliyyətinin həmin ilədək axırıncı 24 ayına, yəni 2004-2005-ci illərə aid orta aylıq əməkhaqqından hesablanmalıdır. İddiaçı pensiya işi materiallarına baxdıqda aydın olur ki,onun pensiyası ##.##.2006-cı il tarixədək (2004-2005-ci illər) əməkhaqqının 85%-i, sonraki dövrlər üzrə isə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında hesablanmışdır. İddiaçı yaşa görə əmək pensiyası ##.##.2007-ci il tarixində, yəni “Əmək pensiyaları” haqqında Azərbaycan Respublikası Qanunu qüvvəyə mindikdən sonra təyin edilmişdir. Odur ki, iddiaçı İddiaçı pensiya təyin edilərkən ##.##.2006-cı il tarixinədək, yəni Qanun qüvvəyə minənədək pensiya “Vətəndaşların pensiya təminatı” haqqında Qanunaəsasən son 24 ay və ya 60 ayın orta aylıq əməkhaqqına əsasən hesablandığına görə ##.##.2006-cı il tarixinədək iddiaçının əmək fəaliyyəti dövrünün son 24 ayı, yəni 2004 və 2005-ci illər üzrə orta əməkhaqqı nəzərə alınmış, “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 17-ci maddəsinə əsasən müvafiq dövr üzrə orta aylıq əməkhaqqının 85%-nə uyğun hesablanmışdır. ##.##.2006-cı il tarixdən sonra isə pensiya Qanunun tələbinə əsasən əmək pensiyası sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən hesablandığı üçün, Qanun qüvvəyə mindikdən sonra iddiaçının pensiyası 2006-2007-ci il tarixlərini əhatə edən dövr üzrə Nazirliyin X9 Sisteminin "Pensiya” altsistemində olan məlumatlara əsasən ##.##.2006-cı il tarixindən ##.##.2007-ci il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış 818,26 manat (2007-ci il üzrə) pensiya kapitalı əsasında hesablanmışdır. Birinci instansiya məhkəməsi tərəfindənmaddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə bağlı qərar qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi qərarında göstərir ki, “Qanunun 27.1-ci maddəsinə görə (iddiaçıya pensiya təyin edilən zaman qüvvədə olan redaksiyası) bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. Qeyd edilməlidir ki, ## ####### 2009-cu il tarixli, ***-IIIQD nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Qanun ilə “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsi yeni redaksiyada verilmiş və aşağıdakı şəkildə göstərilmişdir: Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin # ###### tarixinə qeydə alınır. Qeyd edilənQanuna dəyişiklik ##.##.2010-cu il tarixdən qüvvəyə minmişdir. Beləliklə, göründüyü kimi ##.##.2010-cu il tarixədək əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün vətəndaş “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi tarixə ##.##.2006-cı il tarixədək olan iş stajı dövrü üzrə son 24 ay və yaxud ##.##.2006-cı il tarixədək ardıcıl gələn istənilən 60 ay, yəni 5 ilin orta aylıq əmək haqqı barədə arayış təqdim edirdisə həmin orta aylıq əmək haqqının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsi ilə nəzərdə tutulmuş faizi müəyyən edilərək pensiyanın baza hissəsi çıxıldıqdan sonra pensiyanın sığorta hissəsi müəyyənləşirdi. “Əmək pensiyaları haqqında” Azərbaycan RespublikasıQanununa dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il ## ####### tarixli 904-III QD Qanununa müvafiq olaraq edilmiş dəyişiklik ##.##.2010-cu il tarixdən qüvvəyə minmiş, bu dəyişikliklərlə ##.##.2010-cu il tarixdən sonra qazanılmış hüquqlara münasibətdə ##.##.2006-cı il tarixdən qüvvədə olan pensiya hesablamalarının aparılması qaydası dəyişdirilmiş, pensiya hesablanarkən əmək haqqına istinad edilməsi aradan qaldırılmış, əmək pensiyalarının hesablanması zamanı bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevirməklə onların fərdi hesabında nəzərə alınması nəzərdə tutulmuşdur. Başqa sözlə, pensiya hüququ ##.##.2010-cu il tarixədək yaranmış şəxslərə pensiya həmin dövrdə qüvvədə olmuş orta aylıq əmək haqqı əsasında hesabalanaraq ödənilir. Hazırkı işin hallarına əsasən, iddiaçıya pensiya ##.##.2007-ci il tarixdən təyin edilmişdir. Bununla da iddiaçının yaşa görə əmək pensiyası hüququnu əldə etməsi ##.##.2010-cu il tarixdən əvvəki dövrə təsadüf edir. Belə olan halda iddiaçı qanuna müvafiq dəyişikliyin edildiyi ##.##.2010-cu il tarixədək qazanılmış pensiya hüququ əldə etdiyindən, onun pensiyası pensiya hüququnun yarandığı dövrdə qüvvədə olmuş qaydalara uyğun olaraq orta əmək haqqına istinadən yenidən hesablanmalı və pensiya hesablanarakən pensiyaya çıxdığı tarixdən əvvəlki 24 ayda (2006-2007) aldığı əmək haqqında görə hesablanmalıdır.” Belə ki, İddiaçı pensiya təyin edilən ##.##.2007-ci il tarixində qüvvədə olan “Əmək pensiyaları” haqqında Qanunun 27-ci maddəsinə görə bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığorta olunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğunşərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Maddənin məzmunundan göründüyü kimi bu norma müvafiq olaraq ##.##.2006-cı il tarixində yeni pensiya qanunvericiliyinin qəbulu ilə əlaqədar həmin tarixdən əvvəlki dövr üzrə qazanılan pensiya hüquqlarının yeni qanunvericiliyə uyğunlaşdırılmasını tənzimləyir. Maddədə göstərilir ki, ##.##.2006-cı il tarixindən əvvəlki dövr üzrə pensiya kapitalının sığorta hissəsini müəyyənləşdirmək üçün “Vətəndaşların pensiya təminatı” haqqında Qanuna nəzər yetirmək lazımdır. “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 17-ci maddəsinə əsasən həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən çox ola bilməz. Qanunun 71-ci maddəsinə görə isə pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına faktik orta aylıq əmək haqqından hesablanır. İddiaçı əmək pensiyasının yenidən hesablanması zamanı ##.##.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrününson 24 ayı, yəni 2004 və 2005-ci illər üzrə orta əməkhaqqı nəzərə alınmış, “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 17-ci maddəsinə əsasən müvafiq dövr üzrə orta aylıq əməkhaqqının 85%-nə uyğun hesablanmışdır. Nəticədə iddiaçının pensiya hüququnun yarandığı ##.##.2007-ci il tarixində qüvvədə olan qanunvericilik əsasında onun ##.##.2006-cı il tarixinədək olan dövr üzrə pensiya kapitalı qanunvericiliyə uyğun müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi qanunu düzgün təfsir etməyərək maddi hüquq normalarının pozulması ilə nəticələnən qərar qəbul etmişdir. “Əmək pensiyaları” haqqında qanuna dəyişiklik edilməsi barədə ##.##.2009-cu il tarixli ***-IIIQD nömrəli Qanuna görə “Əmək pensiyaları” haqqında Qanunun 27-ci maddəsi bu redaksiyada qəbul olunur bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin # ###### tarixinə qeydə alınır. Bu Qanun 2010-cu il ######ın #-dən qüvvəyə minir. Ümumilikdə “Əmək pensiyaları” haqqında Qanunun 27-ci maddəsinin ##.##.2010-cu ilədək olan və yeni redaksiyasını sistematik və teleoloji təfsir metodu təfsir etdikdə görürük ki, norma ##.##.2006-cı ilədək vətəndaşların qazanılmış pensiya hüquqlarının müəyyən edilmə formasını tənzimləyir. Qanunun 27-ci maddəsinə görə (##.##.2010-cu ilədək olan redaksiya) bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığorta olunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. ##.##.2010-cu il tarixli yeni redaksiyada göstərilir ki, bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin # ###### tarixinə qeydə alınır. Belə ki, əvvəlki redaksiya və qüvvəyə minən dəyişiklik vətəndaşların ##.##.2006-cı il tarixinədək olan pensiya kapitalının müəyyən edilməsini tənzimləyir. ##.##.2010cu ilədək Qanun yeni pensiya qanunvericiliyi qüvvəyə minən tarixə kimi pensiya kapitalının müəyyən edilməsini “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun tələbləri üzrə müəyyən edirdi və 27.1-ci maddə göndərici norma kimi çıxış edirdi. ##.##.2010-cu il tarixindən sonra isə yeni pensiya qanunvericiliyi qüvvəyə minən tarixə kimi pensiya kapitalının müəyyən edilməsi ümumi iş stajının hər ili üçün 170 manat olaraq müəyyən edildi və “Vətəndaşların pensiya təminatı” haqqında Qanuna göndərmə aradan qalxdı. Birinci instansiya məhkəməsi qanunu səhv təfsir edərək 27.1-ci maddənin mahiyyətini pensiya hüququ ##.##.2010-cu il tarixədək yaranmış şəxslərə pensiya həmin dövrdə qüvvədə olmuş orta aylıq əmək haqqı əsasında hesabalanaraq ödənilir kimi müəyyən edib. Yeni pensiya qanunvericiliyinin əsas məqsədi təyin olunan pensiya məbləği ilə ödənilən sığorta haqqının məbləği uyğunluğu təşkil etmək; pensiya təminatı sisteminin yığım potensialını gücləndirmək; pensiya təminatı sistemi ilə bağlı qanunvericilikdə sığortaya dair prinsipləri təkmilləşdirmək; sosial sığorta haqqı normativinin strukturunu təkmilləşdirmək; pensiya təminatı sisteminin uzunmüddətli inkişafı üçün aktuar təhlillərə əsaslanan mexanizmlər formalaşdırmaq və pensiya təminatı sisteminin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığına nail olmaq çıxış edir. Odur ki, birinci instansiya məhkəməsinin qeyd etdiyi pensiya hüququ ##.##.2010-cu il tarixinə kimi yaranmış şəxslərə pensiya həmin dövrdə qüvvədə olmuş orta aylıq əmək haqqı əsasında hesabalanaraq ödənilir məsələsi ümumən yeni pensiya qanunvericiliyinin məqsədləri ilə ziddiyyət təşkil edir. Bundan əlavə birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları da pozulmuşdur. Inzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda göstərdiyimiz kimi inzibati orqan tərəfindən qanun düzgün təfsir və tətbiq edilmiş, həmçinin pensiya qanunvericiliyi və sosial təminat hüququnun məzmununa uyğun qanunauyğun qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi isə maddi hüquq normalarının pozulması nəticəsində Inzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinin tələblərini də pozmuş və qanunsuz qərar qəbul etmişdir. Inzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. “Əmək pensiyaları” haqqında Qanunun 27.1-ci maddəsi əsasında vahid məhkəmə təcrübəsi olmadığından inzibati orqan tərəfindən özünün müstəqil olaraq formalaşdırdığı inzibati praktikası əsasında məsələni tənzimləyir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)- *****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində iddiaçı apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu: 17-ci maddəsinə əsasən yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası güzəştli şərtlərlə pensiya almaq hüququ verən iş stajının kişilərdə 10 ildən və qadınlarda 7 il 6 aydan hər tam ili üçün orta aylıq əmək haqqının bir faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. 71-ci maddəsinə əsasən pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. ##.##.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 27.1-ci maddəsinə görə (iddiaçıya pensiya təyin edilən zaman qüvvədə olan redaksiyası) bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. Qeyd edilməlidir ki, ## ####### 2009-cu il tarixli, ***-IIIQD nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Qanun ilə “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsi yeni redaksiyada verilmiş və aşağıdakı şəkildə göstərilmişdir: Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin # ###### tarixinə qeydə alınır. Qeyd edilən Qanuna dəyişiklik ##.##.2010cu il tarixdən qüvvəyə minmişdir. Inzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Ilk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanaraq yaranmış fərqin ödənilməsinə nail olmaqdan ibarətdir.. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya pensiya ##.##.2007-ci il tarixdən təyin edilmişdir. Bununla da iddiaçının yaşa görə əmək pensiyası hüququnu əldə etməsi ##.##.2010-cu il tarixdən əvvəki dövrə təsadüf edir. Belə olan halda iddiaçı qanuna müvafiq dəyişikliyin edildiyi ##.##.2010-cu il tarixədək qazanılmış pensiya hüququ əldə etdiyindən, onun pensiyası pensiya hüququnun yarandığı dövrdə qüvvədə olmuş qaydalara uyğun olaraq orta əmək haqqına istinadən yenidən hesablanmalı və pensiya hesablanarakən pensiyaya çıxdığı tarixdən əvvəlki 24 ayda (2006-2007) aldığı əmək haqqına görə hesablanmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir: Işin hallarından görünür ki, iddiaçıya ##.##.2007-ci il tarixindən orta aylıq əməkhaqqı əsasında yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilərkən ##.##.2006-cı il tarixinədək son 24 ay üzrə əmək haqqısının (2004-2005-ci illər) 85%-i miqdarında pensiya məbləği hesablanmışdır. Birinci instansiya məhkəməsinin qərarından müəyyən olunur ki, hakim “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə istinad etmiş və iddiaçının qazanılmış pensiya hüququ əldə etməsi qəanətinə gəlmişdir. Ilk növbədə nəzərə almaq lazımdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi güzəştli şərtlərlə əmək pensiyasına dair münasibətləri tənzimləyir. Hazırkı halda isə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməmişdir. Başqa sözlə, burada qazanılmış hüquqdan söhbət getmir. Bundan başqa, nəzərə alınmalıdır ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əməkhaqqının (72-ci maddə) 60 faizi və tələb olunan stajdan artıq olan hər bir ilə 2% əlavə, lakin 85%-dən çox olmamaq şərtilə minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Həmin Qanunun 72-ci maddəsinə əsasən orta aylıq əmək haqqı 24 və ya 60 təqvim ayı ərzində gəlirin ümumi məbləğini müvafiq olaraq 24-ə və ya 60-a bölmək yolu ilə müəyyən edilir. Həmin Qanunun 72-ci maddəsinə əsasən orta aylıq əmək haqqı 24 və ya 60 təqvim ayı ərzində gəlirin ümumi məbləğini müvafiq olaraq 24-ə və ya 60-a bölmək yolu ilə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Ilk növbədə qeyd etmək lazımdır ki, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunda yalnız “yaş və stajla” bağlı əvvəllər qüvvədə olmuş qanunvericiliyə istinad edilməsi mümkün heab edilmişdir. Məsələn, 52 yaşlı şəxsin (kişi) pensiya hüqunun yaranıbyaranmadığını yoxlamaq üçün əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən ##.##.2006-dək 20 il ümumi və 12 il 6 ay güzəştli iş stajının mövcudluğu araşdırıla bilər. Orta aylıq əməkhaqqı əsasında hesablama qaydası ilə bağlı norma “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda nəzərdə tutulduğundan (“Əmək pensiyaları haqqında” Qanunda yalnız qulluq stajına görə əlavə alan şəxslərə münasibətdə həmin qayda mövcuddur) və həmin Qanun da ##.##.2006-dək qüvvədə olduğundan hazırki iş üzrə Qanunun qüvvəyə mindiyi tarixədək olan dövrlər (2004-2005) əsasında pensiya hesablanıb ödənilmişdir. Başqa sözlə, ##.##.2006-cı il tarixədək iddiaçının əmək fəaliyyəti dövrünün son 24 ayı, yəni 2004 və 2005-ci illər üzrə orta əməkhaqqı nəzərə alınmış, “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 17-ci maddəsinə əsasən müvafiq dövr üzrə orta aylıq əməkhaqqının 85%-nə uyğun hesablanmışdır. ##.##.2006-cı il tarixdən sonra isə “Əmək pensiyaları haqqında” Qanunun tələbinə əsasən əmək pensiyası sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən hesablandığı üçün Qanun qüvvəyə mindikdən sonra iddiaçının pensiyası 2006-2007-ci il tarixlərini əhatə edən dövr üzrə X9 Sisteminin "Pensiya” altsistemində olan məlumatlara əsasən ##.##.2006-cı il tarixdən ##.##.2007-ci il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış 818,26 manat (2007-ci il üzrə) pensiya kapitalı əsasında hesablanmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, cavabdehin imtinası qanuni və əsaslı hesab edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və IPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli *-*(***)-*****/**** nömrəli qərarı ləğv edilsin. Iddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-4842/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4842/2025
16.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver