Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4849/2025 27.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), Aytən Pənah qızı Oruczadədən və X10 ibarət tərkibdə, İbrahimova Nəzrin Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7858/2025 nömrəli, 13 avqust 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 27 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARİ:
1. “Ə.D.Məlikov adına X13” publik hüquqi şəxsinin xx.xx.2020-ci il tarixli, 1136 nömrəli əmrindən çıxarışdan görünür ki, “Ə.D.Məlikov adına X13” publik hüquqi şəxsin Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin tibb bacısı vəzifəsində çalışan İddiaçı hərbi vəziyyətlə əlaqədar könüllü olaraq xx.xx.2020-ci il tarixində 1136-K nömrəli əmrə əsasən “X8” ezam olunmuşdur.
2. Ezamiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək cəbhə bölgəsi - X8 ezam edilmişdir.
3. Füzuli Mərkəzi rayon Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2021-ci il tarixli, 978 nömrəli məktubundan görünür ki, iddiaçı geniş miqyaslı əks hücum əməliyyatların həyata keçirilməsi zamanı 44 günlük vətən müharibəsi dövründə xx.xx.2020-ci ildən, xx.xx.2020-ci ilə qədər X9 Mərkəzində yaralı hərbiçilərə tibbi xidmət göstərmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi X9 Mərkəzi Vətən müharibəsi ilə əlaqədar olaraq Hərbi Hospital kimi fəaliyyət göstərmişdir.
4. “Ə.D.Məlikov adına X13” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 18-1-18/2- 241/2025 nömrəli məktubundan görünür ki, Məmmədova X1, reanimasiya və intensiv terapiya şöbəsində tibb bacısı vəzifəsində çalışır. İddiaçı könüllü olaraq Vətən müharibəsi dövründə yaralı hərbiçilərə tibbi yardım göstərilməsi məqsədilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək X9 Mərkəzi ( Füzuli rayon Diaqnostik Mərkəzi), xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək Hadrut qəsəbəsi N saylı hərbi hissəyə ezam olunmuşdur.
5. AR SHXÇDX-nin Bakı şəhəri, Xətai rayonu idarəsi tərəfindən xx.xx.2016-cı ildə verilmiş SX seriyalı ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı geniş miqyaslı əks hücum əməliyyatların həyata keçirilməsi zamanı 44 günlük vətən müharibəsi dövründə xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər X9 Mərkəzində yaralı hərbiçilərə tibbi xidmət göstərmişdir. (Əsas: “Füzuli Mərkəzi rayon xəstəxanası” P.H.Ş xx.xx.2021-ci il tarixli N978 saylı arayış.)
6. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ona müharibə veteranı adı verilməsi üçün ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh isə xx.xx.2025-ci il tarixli məktub ilə bildirmişdir ki, iddiaçı “Vətən müharibəsi” dövründə 27 sentyabr 2020- ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək “TƏBİB”-in tabeçiliyində yalnız X4 fəaliyyət göstərmişdir. Müdafiə Nazirliyinin hər hansı hərbi hissə və bölmələrində xidməti, fəaliyyəti və həmçinin hər hansı döyüş tapşırığının yerinə yetirilməsi barədə təsdiqedici sənədlər olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:
7. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya “Müharibə veteranı adı və müharibə veteranı vəsiqəsinin” verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2010-cu ildən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X12 Ərazi Bölmələrinin Birliyi O.D.Məlikov adına X13 publik hüquqi şəxsi olan xəstəxanada Reanimasiya şöbəsində Tibb bacısı vəzifəsində çalışırmış, İkinci Qarabağ müharibəsi zamanı o, xx.xx.2020-ci il tarixində, yəni İkinci Qarabağ müharibəsinin başlanması ilə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X12 Ərazi Bölmələrinin Birliyi O.D.Məlikov adına X13 publik hüquqi şəxsi tərəfindən verilən 1136-K saylı əmrə əsasən "X11”nə ezam edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən 44 günlük Vətən Müharibəsi dövründə xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər X6 yaralı hərbiçilərə tibbi xidmət göstərmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli 18-1-18/3-1- 1149/2023 nömrəli əmrə (sərəncama) əsasən xx.xx.2023-cü il tarixindən Qarabağ bölgəsində keçirilən antiterror əməliyyatında da tibb işçisi kimi Hadrut qəsəbəsi N saylı hərbi hissəyə ezam edilmişdir. Bütün bu faktlar döyüşlərdə tibb işçisi kimi iştirak etməyi iddiaçıya təqdim edilmiş hərbi biletində, ezamiyyət vərəqələrində möhürlə öz əksini tapmışdır.
9. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı münasibətində iddia tələbinin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatların döyüş təminatı üzrə tapşırıqlarında döyüş aparılan ərazilərdə yerləşən hərbi hissədə iştirakı faktı təsdiq olunmamışdır. Belə ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində "Veteran adlarının və vəsiqələrinin" verilməsi üzrə komissiyanın xx.xx.2025-ci il tarixli 3-25-14/2-M-xx-xx/2025 nömrəli məktubuna əsasən iddiaçı "Vətən müharibəsi" dövründə 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək "TƏBİB"in tabeçiliyində yalnız X4 fəaliyyət göstərmişdir. İddiaçının Müdafiə Nazirliyinin hər hansı hərbi hissə və bölmələrində xidməti, fəaliyyəti və həmçinin, hər hansı döyüş tapşırığını yerinə yetirməsi barədə təsdiqedici sənədlər olmadığına görə ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azerbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. İddiaçının ezamiyyə əmrində cəbhə bölgəsinə ezam olunduğu qeyd edilsə də, iddiaçı Fizuli rayonu Diaqnostika Mərkəzində fəaliyyət göstərmişdir. İddiaçının tibb xidmətini döyüş əməliyyatlarının aparıldığı ərazilərdə göstərməsi iş materialları ilə müəyyən olunmamışdır. Həmçinin, İddiaçının xx.xx.2020-ci il tarixdə X7 ezam olunması, onun Fizuli rayonunun 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmamış ərazisində fəaliyyət göstərdiyini təsdiq edir. İddiaçı iddia ərizəsində xx.xx.2023-cü il tarixdən Qarabağ bölgəsində keçirilən antiterror əməliyyatında da tibb işçisi kimi Hadrut qəsəbəsi N sayli hərbi hissəyə ezam edildiyini bildirmişdir. Bununla bağlı qeyd edilməsi zəruridir ki, Əsasnamənin 1-ci hissəsinin 9-cu yarımbəndinə əsasən 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X5 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletler (hərbi xidmet keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsaret (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının tesdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə teqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında "Müharibə veteranı" adı verilir. Əsasnamənin qeyd edilən tələbinə əsasən iddia tələbi bu hissədə də əsassızdır. İddiaçı döyüş əməliyyatları aparılan dövrdə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və müəssisələrdə xidmət etmədiyinə, işləmədiyinə, habelə həmin hərbi hissə və bölmələrə ezam olunmadığına görə eləcə də, tibbi xidməti döyüş əməliyyatlarının aparıldığı ərazidə göstərməsinə dair sübutlar olmadığına görə ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün adının razılaşdırılması məqsədilə Nazirlər Kabinetinə göndərilməsinin məqsədəuyğun hesab edilməməsi qanunsuz deyildir.
10. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-7858/2025 nömrəli, 13 avqust 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
11. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apelyasiya şikayəti verilrək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
Apellyasiya şikayətinin dəlilləri:
12. Apelyasiya şikayəti iddia tələbinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, iş materiallarına və qəbul olunmuş qərara nəzər salsaq görərik ki, Bakı İnzibati Məhkəməsi iş üzrə qərara gələrkən qanunun tətbiqində yanlışlığa yol vermiş, birbirinə tam ziddiyyət təşkil edən nəticəyə gəlmişdir. İş üzrə iddianın əsaslılığını təsdiq edəcək kifayət qədər sübutların inzibati işin materiallarına əlavə olunmasına baxmayaraq birinci instansiyası məhkəməsi həmin sübutlara obyektiv qiymət verməmişdir. Ona görə də aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli, cavabdeh orqanın imtinası qanunsuz və əsassız olduğundan iddia tələbi təmin olunmalıdır. Əvvəla qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsində nəzərdə tutulan, inzibati məhkəmə icraatının çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilməsinə dair qanunun tələbi pozulmuşdur. Belə ki, iddiaçının nümayəndəsi və vəkili olaraq şəxsi elektron məhkəmə kabineti vasitəsi ilə təyyarə biletini və bron sənədini əlavə etməklə birinci instansiya məhkəməsinə bildirmiş ki, səhhətində yaranmış problemlərlə bağlı Gürcüstan Respublikasında xx.xx.2025 ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər müayinə və müalicə olunduğuna görə 2-1(112)-7858/2025 saylı inzibati iş üzrə 13 avqust 2025-ci il tarixə saat 15:20-ə təyin edilmiş şifahi məhkəmə baxış iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəm. Ona görə də şifahi məhkəmə baxış iclasının 16 avqust 2025-ci ildən sonrakı vaxta təyin olunmasını xahiş etmişəm. Birinci instansiya məhkəməsi qəbul etdiyi qərarında məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflərin məhkəmə iclasında iştirak etməmələrini, məhkəmənin işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etməsini, İPM-in 62.3-cü maddəsinə istinad edərək tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olundiğini qeyd etmiş, lakin iddiaçı olaraq bizim üzrlü səbəblərdən iştirak etməməyimizi, bu barədə müvafiq sənədlərin təqdim olunmasına əhəmiyyət verməmiş, xahişi əsasında işə baxılmasının təxirə salınması məsələsini müzakirə etməmişdir. Məhkəmə baxış iclası onların iştirakı olmadan, bizim sübutları dinləmədən, araşdırmadan, növbəti məhkəmə prosesində iştirakını təmin etmədən yekun məhkəmə aktı çıxartmışdır. İddiaçı məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” 1-ci hissəsinin onuncu abzasında nəzərdə tutulan şəxslər kateqoriyasına aiddir. Belə ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020ci il sentyabrın 27- dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməli, yəni döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuşdur, bu iddia ərizəsinə əlavə edilmiş sənədlər əsasında öz təsdiqini tapır. Belə ki, həmin sənədlərlə tam təsdiq edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən 44 günlük Vətən Müharibəsi dövründə xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər X6 yaralı hərbiçilərə tibbi xidmət göstərmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli 18-1-18/3-1-1149/2023 nömrəli əmrə (sərəncama) əsasən xx.xx.2023-cü il tarixindən Qarabağ bölgəsində keçirilən antiterror əməliyyatında da tibb işçisi kimi Hadrut qəsəbəsi N saylı hərbi hissəyə ezam edilmişdir. Bütün bu faktlar döyüşlərdə tibb işçisi kimi iştirak etməyi iddiaçıya təqdim edilmiş hərbi biletində, ezamiyyət vərəqələrində möhürlə öz əksini tapmışdır. İddiaçı “Vətən müharibəsi” zamanı N nömrəli hərbi hissəyə ezamiyyətə gəlib-getməsi barədə nizami hissə üzrə əmrlər kitabında qeydiyyat aparılmamasında onun heç bir günahı yoxdur. Bu məsələyə münasibət bildirən birinci instansiya məhkəməsi ziddiyyətli mülahizələr irəli sürmüş, cümlənin əvvəlində iddiaçının 2023-cü ildə Hadrut qəsəbəsi N saylı hərbi hissəyə ezam edilməsi məsələsinə aydınlıq gətirmək istəmiş, lakin sonrakı cümlələrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməyə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə münasibətdə müharibə veteranı adının verilməsi nəzərdə tutulduğunu qeyd etmiş, hazırkı iş üzrə iddiaçının döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, yəni tibbi təminatı həyata keçirməsi, hansısa hərbi hissəyə ezam olunması müəyyən olunmur. Halbuki, iş materialları ilə tam təsdiq edilir ki, iddiaçı 2023-cü ildə Hadrut qəsəbəsindəki N saylı hərbi hissəyə ezam edilmişdir. Digər tərəfdən, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X12 Ərazi Bölmələrinin Birliyi O.D.Məlikov adına X13 publik hüquqi şəxsi tərəfindən verilən 1136-K saylı əmrə əsasən "X11”nə ezam edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən 44 günlük Vətən Müharibəsi dövründə xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər X6 yaralı hərbiçilərə tibbi xidmət göstərmişdir. Birinci instansiya məhkəməsi iddiaçının 2023-cü ildə Hadrut qəsəbəsi N saylı hərbi hissəyə ezam edilməsi məsələsinə müzakirə edərək daha sonra göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməyə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdamrayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə münasibətdə müharibə veteranı adının verilməsi nəzərdə tutulmuşdur. Belə olan halda iddiaçının 2023-cü ildə Hadrut qəsəbəsi N saylı hərbi hissəyə ezam edilməsinin ona müharibə veteranı adının verilməsi üçün əsas olmamasını əsaslandırmaq üçün birinci instansiya məhkəməsi uğursuz cəhd göstərmiş, oxşar iş üzrə mövqeyin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1658/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarında əks olunduğunu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərildiyini qeyd etmişdir ki, həmin qərarların hazırkı iş üzrə mübahisəyə heç bir aidiyyəti yoxdur.
Apellyasiya şikayətinə etirazın dəlilləri:
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Tərəflərin izahatları
14. 27 yanvar 2025-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.
15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil, apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın əsassız olduğunu, bu səbəbdən də ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ
16. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunu:
3. Aşağıdakılar müharibə veteranları sayılırlar: ...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;
7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
17. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr il tarixli 216 saylı qərarı ilə təsdiq edilmişdir):
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: –Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.
2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, madditexniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin halhazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X5 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
20. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.
21. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın məktubunun tarixi xx.xx.2025-ci il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür.
22. İşin mahiyyətinə gəldikdə isə, İddiaçı tələbi ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədədir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “İddiaçı döyüş əməliyyatı keçirilən ərazilərdə yerləşən hərbi hissələrdən heç birində iştirak etməsi, ezam edilməsi halı müəyyən olunmamışdır. “
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəmənin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:
24. Yuxarıda qeyd edilən qanunvericilik normalarından görünür ki, mülki şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunverici iki şərt müəyyən etmişdir: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməli, yəni döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmalı; - bu fakt hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapmalıdır.
25. Cavabdehin iddiaçının tələbini təmin etməkdən imtinası- iddiaçının Müdafiə Nazirliyinin hər hansı hərbi hissə və bölmələrində xidməti, fəaliyyəti və həmçinin hər hansı döyüş tapşırığının yerinə yetirilməsi barədə təsdiqedici sənədlərin olmaması ilə bağlı olmuşdur.
26. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəmənin sorğusuna N saylı hərbi hissənin xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, vətəndaş İddiaçı “Vətən müharibəsi” zamanı N nömrəli hərbi hissəyə ezamiyyətə gəlib-getməsi barədə nizami hissə üzrə əmrlər kitabında heç bir qeydiyyat yoxdur.
27. Beləliklə məhkəmə araşdırması zamanı iddiaçının döyüş əməliyyatı keçirilən ərazilərdə yerləşən hərbi hissələrdən birində iştirak etməsi, ezam edilməsi halı müəyyən olunmamışdır.
28. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, yuxarıda adı çəkilən Əsasnamənin tələbinə görə yalnız hərbi biletdə olan qeydlər “Müharibə veteranı” adının verilməsi üçün əsas deyil, hərbi bilet, hərbi xidmət keçməni, döyüş əməliyyatlarında iştirakı sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri ilə birgə təqdim edildiyi halda “Müharibə veteranı” adının verilməsi üçün hərbi döyüşlərdə iştirakı sübut edən sənəd hesab edilir. Hazırki işdə isə iddiaçının məhz döyüş əməliyyatlarına cəlb olunması faktı təsdiqini tapmadığı onun hərbi biletindəki qeydlər ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün yeganə əsas kimi çıxış edə bilməz.
29. Məhkəmə kollegiyası iddiaçının 2023-cü ildə Hadrut qəsəbəsi N saylı hərbi hissəyə ezam edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməyə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə münasibətdə müharibə veteranı adının verilməsi nəzərdə tutulmuşdur. Ona görə də iddiaçının 2023-cü ildə Hadrut qəsəbəsi N saylı hərbi hissəyə ezam edilməsi ona müharibə veteranı adının verilməsi üçün əsas deyildir.
30. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbinin təmin olunması, yəni xeyrinə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Əksinə, cavabdeh qurum iddiaçının tələb etdiyi inzibati aktın qəbulundan imtina üçün zəruri şərtlərin mövcudluğunu sübuta yetirir.
31. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7858/2025 nömrəli, 13 avqust 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7858/2025 nömrəli, 13 avqust 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev