Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-485/2023 02.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil1 və üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X4) “hərəkətlərin qanunsuz hesab edilməsi, torpaq sahəsinin planölçüsündə və reyestrdəki qeydlərdə müvafiq düzəlişlərin edilməsitələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(113)- 3132/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında (“İPM” 34.1) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aşağıdakılar barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir: -Bakı şəhər X5 bağ sahələrinin verilməsi üzrə komissiyasının xx.xx.1968-ci il tarixli, 6 saylı protokoluna əsasən X2 adına verilmiş ünvan 1 torpaq sahəsinin sonradan X1 adına reyestrdə qeydə alınarkən İddiaçı mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1664 A saylı bağ sahəsinə giriş-çıxış üçün nəzərdə tutulmuş 5.70 metr enində keçid yolunun Zöhrab Məmmədova məxsus bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (xx.xx.2019-ci il tarixli, ********** qeydiyyat, **********33 reyestr nömrəli) və torpaq sahəsinin plan-ölçüsünə daxil edilməsindən ibarət cavabdehin hərəkətlərinin qanunsuz sayılması; - İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1664 A saylı bağ sahəsinə giriş-çıxış üçün nəzərdə tutulmuş keçid yolunun daşınmaz əmlakın dövlət reyestrində və torpaq sahəsinin plan-ölçüsündə əvvəlki vəziyyətə - 5.70 metr enində bərpa edilərək, bu barədə X3 məxsus ünvan 1 bağ sahəsinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda (xx.xx.2019-ci il tarixli, ********** qeydiyyat, **********33 reyestr nömrəli), torpaq sahəsinin plan-ölçüsündə və reyestrdəki qeydlərdə müvafiq düzəlişlərin və dəyişikliklərin edilməsi - öhdəliyinin cavabdehin üzərinə qoyulması. İşin faktiki hallarına görə İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1664 A saylı bağ evinin və onun yerləşdiyi 0,12 ha torpaq sahəsinin xüsusi mülkiyyətçisidir. Üçüncü şəxs X4 isə iddiaçıya məxsus bağ sahəsinin qonşuluğunda olan ünvan 1 ünvanda sahəsi 0,20 ha olan torpaq sahəsinin mülkiyyətçisidir. Hər iki bağ sahələrinə giriş-çıxış üçün nəzərdə tutulmuş keçid yolu eyni ərazini əhatə edir. Hazırda üçüncü şəxsin adında olan Mərdəkan qəsəbəsi, 1644 saylı bağ sahəsinə giriş üçün nəzərdə tutulmuş ayrıca keçid yolunun eni 3 metr olmuşdur. Həmin plan-ölçü sənədində qonşuluqda yerləşən Mərdəkan qəsəbəsində yerləşən 1664 A saylı bağ sahəsinə giriş üçün ayrıca keçid yolu nəzərdə tutulmuşdur ki, həmin yolun eni 5.70 metr olmuşdur. Beləliklə, hər bir bağ sahəsinə gediş-gəliş üçün keçid yolunun ayrıca müəyyən edildiyi məlum olmuşdur ki, bu keçid yollarının eninin cəmi 8.70 metr təşkil etmişdir. Sonradan Mərdəkan qəsəbəsi, 1644 saylı torpaq sahəsinin kadastr plan ölçüsündə qonşuluqda yerləşən Mərdəkan qəsəbəsində yerləşən 1664 A saylı bağ sahəsinə giriş üçün nəzərdə tutulmuş 5.70 metr enində keçid yolu, sonradan 1644 saylı bağ sahəsi üçüncü şəxsin adına reyestrdə qeydə alınarkən sonuncu tərəfindən zəbt edilmiş və zəbt edilmiş ərazi (keçid yolu) ilə bağlı üçüncü şəxsin adına cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Nəticədə də iddiaçının özünə məxsus Mərdəkan qəsəbəsi, 1664 A saylı bağ sahəsinə giriş-çıxış imkanı məhdudlaşdırılmışdır. Cavabdeh iddiaçıya ünvadığı xx.xx.2021-ci il tarixli məktubunda iddiaçının müvafiq müraciətinə cavab olaraq bildirirmişdir ki, üçüncü şəxs “X1 adına qeydiyyata alınmış **********33 reyestr nömrəli, 0.2 ha olan Mərdəkan qəsəbəsi, 1644 saylı bağ sahəsinə dair keçmiş DTXK tərəfindən verilmiş kadastr planında şimal sərhəddi boyunca 3 metr enində keçid yolu qərb tərəfdəki qonşu bağa (iddiaçı tərəfə) görə saxlanılmışdır. Qeydiyyat zamanı çöl ölçü işləri aparılarkən məlum olmuşdur ki, keçmiş DTXK tərəfindən verilmiş kadastr planı mürəkkəb konfiqurasiyalı olmaqla yanaşı, həmçinin şimal-şərq küncündəki ölçülər nəzərdə tutulan keçid yolunu daraltmışdır. Bundan əlavə, kadastr planı tərtib edilərkən şimal-şərq tərəfdən sahənin üzərindən keçən 6kv-luq yüksək gərginlikli elektirik xəttinin mühafizə zonası nəzərə alınmamışdır. Yuxarıda qeyd olunan 3 metr enində keçid yolu yüksək gərginlikli elektrik xəttinin mühafizəyə düşən hissəsi mövcud ölçülərə nəzərən icraçı mühəndis tərəfindən 1644 saylı bağ sahəsinə tərtib edilmiş sxem üzrə qeydiyyat aparılmaqla vahid kadastr bazası olan “NECAS” sisteminə daxil edilmişdir. Bundan əlavə, İddiaçı mülkiyyətində olan 1664A saylı bağ sahəsinə dair texniki pasportda keçid yolu Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyində göstərildiyi kimi, 5.70 metr enində deyil, torpaq sahəsinin cənub şərq küncündə döngə nöqtələri arasındakı məsafə 5.70 metr olan hissədən 3 metr enində keçid yolu olaraq işarələnmişdir.” Cavabdeh iddia ərizəsinə dair xx.xx.2021-ci il tarixli etirazında da eyni əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(113)-3132/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi iddia ərizəsində qeyd olunan məzmununa uyğun təmin edilmişdir. Cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X1 adına qeydiyyata alınmış 0,2 ha olan Mərdəkan qəsəbəsi, 1644 saylı bağ sahəsinə dair keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planında şimal sərhəddi boyunca 3 metr enində keçid yolu qərb tərəfdəki qonşu bağa görə saxlanmışdır. Qeydiyyat zamanı çöl-ölçü içləri aparılarkən məlum olmuşdur ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planı mürəkkəb konfiqurasiyalı olmaqla yanaşı həmçinin, şimal-şərq küncündəki ölçülər nəzərdə tutulan keçid yolunu daraltmışdır. Həmçinin, İddiaçı mülkiyyətində olan 1664A saylı bağ sahəsinə dair texniki pasportda keçid yolu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyində göstərildiyi kimi 5.70 metr enində deyil, torpaq sahəsinin cənub şərq küncündə döngə nöqtələri arasında məsafə 5.70 metr olan hissədən 3 metr enində keçid yolu olaraq işarələnmişdir. Üçüncü şəxsin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi sübut sayılmayan əsaslar, yəni, təqdim edilmiş rəsmi sənədlər, foto görüntülər və mütəxəssis rəyində qeyd olunanlara yox, məhz mülahizələr əsasında qərar qəbul etmişdir. Belə ki, Mərdəkan qəsəbəsi 1644 saylı torpaq sahəsi sonradan X1 adına reyestrdə qeydə alınarkən, qonşuluqda yerləşən 1664 A saylı bağ sahəsinə giriş üçün nəzərdə tutulmuş 5.70 metr enində keçid yolu sonuncunun adına cavabdeh inzibati orqan tərəfindən reyestrdə qeydiyyat aparılmış və çıxarışa daxil edilmişdir . Məhkəmə kollegiyasının hazırkı iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh apellyator (səlahiyyətli nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən apellyator üçüncü şəxs Z.Məmmədov ekspert rəyi ilə razılaşmayaraq, iddiaçının bağına gedən keçid yolunun eninin 3 m boyunda olduğunda israrlı olaraq apellyasiya şikayətini müdafiə etmiş, iddiaçının nümayəndəsi Vəkil1 onun və cavabdehin apellyasiya şikayətlərinin əsassız iş materiallarında olan səndələrə əsasən yolun eninin hətta 8,70 m olduğunu, yola 5,70 m, 3 m isə üçüncü şəxsin istifadəsində olan bağda olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının tələbindən göründüyü kimi, öhdəliyin icrası haqqında iddia vasitəsilə ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1664 A saylı bağ sahəsinə girişçıxış üçün nəzərdə tutulmuş keçid yolunun daşınmaz əmlakın dövlət reyestrində və torpaq sahəsinin plan-ölçüsündə əvvəlki vəziyyətə - 5.70 metr enində bərpa edilərək, bu barədə üçüncü şəxs Z.Məmmədova məxsus ünvan 1 bağ sahəsinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda, torpaq sahəsinin plan-ölçüsündə və reyestrdəki qeydlərdə müvafiq düzəlişlərin və dəyişikliklərin edilməsi - öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd, və ya başqa maneələr əşyanı götürmədən, və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi, və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə, və ya üçüncü şəxslərə ziyan vurmayacağı, və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi, və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. İş materiallarında olan sənədlərə əsasən işin aşağıda göstərilən halları müəyyən edilir: Cavabdeh idarənin xx.xx.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən isə görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1664A saylı bağ evinə (torpaq sahəsi 0.12 ha) xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır (reyestr nömrəsi **********46-11301). Həmçinin, cavabdeh tərəfindən təqdim edilmiş texniki pasportun təsdiq edilmiş surətinə əsasən müyyən olunur ki, xx.xx.2019-cu il tarixdə İddiaçı adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ev 1664 A saylı bağ evinə dair texniki pasport tərtib olunmuşdur. Həmin məktubuna əlavə edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətinə əsasən ünvan 1 bağ sahəsinə (torpaq sahəsi 0.2 ha) xüsusi mülkiyyət hüququ (tam) X1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır (reyestr nömrəsi **********33). Eyni zamanda, işdən görünür ki, həmin torpaq sahəsinə dair cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə, xx.xx.2011-ci il tarixdə DTXK Bakı şəhər şöbəsi tərəfindən həmin torpağın əvvəlki mülkiyyətçisi mərhum X2 adına plan və ölçü tərtib olunmuşdur. Əvvəlki mülkiyytçi R.Məmmədovanın adına xx.xx.2011-ci il tarixdə DTXK Bakı şəhər şöbəsi tərəfindən tərtib olunmuş plan və ölçüyə diqqət yetirdikdə, mübahisəli keçid yolunun giriş hissəsində, iddiaçının bağına gedən yolun döngəsinə qədər yolun eni 8 m, döngədən sonra düzünə yolun eni isə (3+3,2) m ölçü göstəricilərində olduğu müşahidə olunur. İddiaçının 1664A saylı bağ evinə aid torpaq sahəsinin işə əlavə olunan, xx.xx.2019-cu il tarixə cavabdeh tərəfindən tərtib olunmuş planında həmin bağ evinə gedən keçid yolunun eni 5,70 m təsbit olunmuşdur. İşdən görünür ki, mübahisəli məsələnin həlli məqsədilə iş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş ekspertiza üzrə veilmiş Məhkəmə Ekspertizası Mərkəziinin xx.xx.2021-ci il tarixli, 10/2260 nömrəli rəydə ekspert tədqiqatınfn nəticələri Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Bakı Layihə- Tədqiqat İdarəsinin mütəxəssis rəyinə istinadən, aşağıdakı kimi olmuşdur: - “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X1 mülkiyyətindəki ünvan 2 ünvanda yerləşən 0.2 ha bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində elektron bazada qeydə alınmış koordinatları ilə həmin bağın faktiki sahəsinin koordinatları arasında uyğunsuzluq mövcuddur. Uyğunsuzluq təşkil edən hissə mütəxəssis rəyinə əlavə olunmuş sxemdə göstərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Bakı Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən İddiaçı tərəfindən quraşdırılmış dəmir darvaza onun mülkiyyətindəki Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1664A saylı bağ evinin yerləşdiyi 0.12 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşir. X1 mülkiyyətindəki Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1644 saylı ünvanda yerləşən 0.2 ha bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində elektron bazada qeydə alınmış koordinatları üzrə faktiki mövcud olan hasarlanmayan hissədə (sxemdə qırıq-qırıq göstərilmişdir) hasar çəkilişi aparıldıqda, İddiaçı tərəfindən quraşdırılmış dəmir darvaza ilə Zöhrab Məmmədovun mülkiyyətindəki 1644 saylı bağ sahəsinin hasarı arasında kəsişmə nöqtəsi ola bilər və sxemdə həmin hissə göstərilmişdir.” Tədqiq olunan ekspert rəyindən göründüyü kimi, iddiaçının bağına gedən keçid yolunun ölçüləri barədə rəy verilməmiş, mübahisli məsələyə aydınlıq gətirilməmişdir. Odur ki, apellyasiya qaydasında keçirilmiş məhkəmə iclaslarında və tədqiqat otyektlərinə yerli baxış keçirilmiş və bu zamanı müəyyən olunmuşdur ki, iddiaçı və üçüncü şəxsə məxsus sənədlərdə (texniki pasportda və plan ölçüdə) iddiaçının bağ evinə gedən keçid yolu üçüncü şəxsə məxsus torpaq sahəsininin uzunluğu boyu yanından keçərək, iddiaçının darvazasına qədər davam edir. Mübahisənin mahiyyəti ondan ibarətdir ki, İddiaçı məxsus evin cavabdeh tərəfindən tərtib olunmuş texniki pasportunda 1664 A saylı bağ evinə gedən keçid yolun eni 5.7 metr, üçüncü şəxs X1 bağ sahəsinə keçid yolu 3 metr təşkil etdiyi halda, cavabdeh tərəfindən üçüncü şəxsin adına olan 1644 saylı bağ sahəsinə dair tərtib olunmuş plan-ölçüdə həmin keçid yolu qonşu hasara qədər təşkil edən ümumi eni 3 m-dir. Qeyd olunanlar nəzərə alınmaqla, mübahisələndirilən məsələnin həlli məqsədilə məhkəmə mühəndis-texniki ekspertizası keçirilməsi məsələsi tərəflərin iştirakı ilə müzakirə olunmaqla, iş üzrə “X6 və Ekspertiza Mərkəzi” MMC-nin (AZ1123. Bakı şəhəri Tətai rayonu Aşıq Ələsgər küçəsi, ev 6, mənzil 79) tədqiqata cəlb olunub mütəxəss rəyi alınmaqla, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və həmin Mərkəz tərəfindən 11 sentyabr 2023-cü il tarixli məktubu ilə 10/4070 nömrəli 11 sentyabr 2023-cü il tarixli ekspert rəyi verilmişdir. Həmin rəydə ekspert tədqiqatı nəticəsində aşağıdakılar nəticələr müyyən olunmuşdur: Qərardadın 1-ci və 2-ci sual üzrə: “X1 mülkiyyətində olan Mərdəkan qəsəbəsində yerləşən 1644 saylı bağ sahəsinə dair xx.xx.2019-cu il tarixli çıxarışın və xx.xx.2019-cu il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” ilə həmin sənədlərin verilməsinə əsas olmuş əvvəlki mülkiyyətçi X2 adına verilmiş xx.xx.2011-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsünün göstəriciləri (sahəsi, döngə nöqtələrinin koordinatları və s.) eynilik təşkil etmədiyi müəyyən edilmişdir. Belə ki, xx.xx.2011-ci il tarixli A№352936 saylı “Torpaq sahəsinin planı və ölçüsü”ndə döngə nöqtələrinin sayı 18 ədəd, cənub tərəfdə ümumi uzunluq (17-ci döngə nöqtəsi ilə 9-cu döngə nöqtəsi arasındakı məsafə) 83,8 m göstərilmiş, torpaq sahəsinin qərb istiqamətində eni (17-ci döngə nöqtəsi ilə 1-ci döngə nöqtəsi arasındakı məsafə) 19, 1 m, şərq istiqamətində (9-cu döngə nöqtəsi ilə 8-ci döngə nöqtəsi arasındakı məsafə) 27,1 m göstərilməsinə baxmayaraq, xx.xx.2019-cu il tarixli, **********33 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölsüsü” sənədində döngə nöqtələrinin sayı 14 ədəd, torpaq sahəsinin qərb istiqamətində eni 22,45 m, şərq istiqamətində eni 29,52 m, cənub istiqamətində 77 m göstərilmişdir. X1 mülkiyyətində olan torpaq sahəsinin yol ilə birlikdə eninin qərb istiqamətində 25,4 m, şərq istiqamətində 33,2 m təşkil etməsini, xx.xx.2011-ci il tarixli ““Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan göstəricilərdə torpaq sahəsinin eninin qərb istiqamətində (17-ci döngə nöqtəsi ilə 1-ci döngə nöqtəsi arasındakı məsafə) 19,1 m, şərq istiqamətində (9-cu döngə nöqtəsi ilə 8-ci döngə nöqtəsi arasındakı məsafə) 27,1 göstərilməsini nəzərə alaraq, xx.xx.2011-ci iil tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində mübahisəli hissədə yerləşən yolun eninin qərb istiqamətində 6,3 m, şərq istiqamətində 6,1 m nəzərədə tutulması müəyyən edilir... 1644 saylı bağ sahəsinə dair xx.xx.2019-cu iltarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilərkən xx.xx.2011ci il tarixli ““Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilən göstəricilərə dəyişikliklər edilərək keçid yolunun eninin 2,7-3,3 m azaldıldığı müəyyən edilir. Qərardadın 3-cü sual üzrə: **********46-11301 reyestr nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında 0,12 ha torpaq sahəsi və ümumi sahəsi 35,3 kv.m olan bağ evinə dair xx.xx.2019-cu il tarixli texniki pasportda keçid yazılan istiqamətdə döngə nöqtələri arasında məsafə 5,7 m olması göstərilmişdir. Lakin bağ evinə dair xx.xx.2019-cu il tarixli texniki pasportda torpaq sahəsinə gedən yolun (keçidin) döngə nöqtələrinin koordinatları və ölçüləri barədə məlumat göstərilməmişdir. Bu səbəbdən həmin texniki pasporta əsasən yolun enini müəyən etmək mümkün olmamışdır. Qərardadın 4-cü sual üzrə: X2 adına verilmiş 1644 saylı torpaq sahəsinin xx.xx.2011-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”nün göstəriciləri (konfiqurasiya, ölçülər, döngə nöqtələrinin koordinatları və s.) ilə 1664A saylı bağ evinin göstəricilərinin müqayisəli təhlili aparılmaqla, keçid yolunun, 1665 saylı qonşu bağ sahəsinin hasarından başlanan eninin qərb istiqamətində 6,3 m, şərq istiqamətində 6,1 m nəzərdə tutulması müəyyən edilir. Ekspert rəyinin qeyd olunan nəticələrndən göründüyü kimi, üçüncü şəxsin adına olan, 1644 saylı bağ sahəsinə dair xx.xx.2019-cu il tarixli çıxarışın və xx.xx.2019-cu il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” ilə həmin sənədlərin verilməsinə əsas olmuş həmin bağın əvvəlki mülkiyyətçi X2 adına verilmiş xx.xx.2011-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsünün göstəriciləri arasında xeyli fərqlər mvcuddur. Belə ki, həmin bağ sahəsi sonradan iddiaçının adına rəsmiləşdirilərkən, torpağın əvvəlki koordinat ölçüləri (o cümlədən, en ölçüləri hesabına) artırılmışdır ki, bunun da nəticəsi olaraq iddiaçının 1664A saylı bağ evinə gedən keçid yolun eninin 2,7-3,3 m azaldılmasına gətirib çıxarmışdır. Rəydən, həmçinin, göründüyü kimi, 1644 saylı torpaq sahəsinin əvvəlki sahibinin adına olan xx.xx.2011-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”nün göstəricilərinin (konfiqurasiya, ölçülər, döngə nöqtələrinin koordinatları və s.) müqayisəli təhlil olunaraq müəyyən edilmişdir ki, iddiaçıya məxsus 1664A saylı bağ evinin göstəriciləri ilə müqayisədə keçid yolu - 1665 saylı qonşu bağ sahəsinin hasarından başlanan eni qərb istiqamətində 6,3 m, şərq istiqamətində 6,1 m nəzərdə tutulmuşdur. Rəyin tədqiq hissəsindən görünür ki, ekspert və mütəxəssis iş materiallarında olan sənədlər və tədqiqat obyekti yerində müayinə olunmaqla əldə olunmuş məlumatlar əsasında həmin nəticəyə gəlmişlər. Əslində, iddiaçıya məxsus 1664A saylı bağ evinin göstəriciləri ilə müqayisədə üçüncü şəxsin adına olan1644 saylı torpaq sahəsinin əvvəlki və sonrakı plan ölçülərindəki fərqləri adi gözlə də ayrıd etmək mümkündür. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, rəydə göstərilən həmin nəticələri sübut əhəmiyyətli məlumatlar kimi qiymətləndirilməlidir. Beləliklə də, cavabdeh orqan tərəfindən xx.xx.2019-cu il tarixdə qeydiyyata alınan 1644 saylı bağ sahəsinə dair iddiaçının adına rəsmiləşdirilərkən və onun adına xx.xx.2019-cu il tarixdə plan-ölçü tərtib edərkən səhvlərə yol verilmiş, o cümlədən, 1664A saylı bağa gedən keçid yolun əvvəlki ölçüləri ilə müqayisədə en azaldılmış, bununla da qanunsuz olaraq 1664A saylı bağ sahibi olan iddiaçının həmin yoldan istifadə hüququ məhdulaşdırılmışdır. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 23.1-ci maddəsinin tələbinə görə qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin xx.xx.2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsinin 3.1.20-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək həmin qürumun vəzifəsidir. Qeyd olunanlar onu deməyə əsas verir ki, İPM-in 34.1-ci maddəsinin tələbi qaydasında, iddiaçı cavabdehdən 1664 A saylı bağ sahəsinə giriş-çıxış üçün nəzərdə tutulmuş keçid yolunun daşınmaz əmlakın dövlət reyestrində və torpaq sahəsinin planölçüsündə əvvəlki vəziyyətə qaytarılmaqla, 1644 saylı bağ sahəsinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda və torpaq sahəsinin plan-ölçüsündə reyestrə düzəlişlərin və dəyişikliklərin edilməsini tələb etməkdə haqlıdır. Bununla bağlı onun müraciətinin cavabdeh tərəfindən təmin edilməsindən imtina olunması qanunla qorunan hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsinin tələbindən isə göründüyü kimi, inzibati aktın qəbulundan imtina olunmasının, və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Ona görə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunmasını mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan da cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətlərinin həmin qərarın maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olundduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayətləri təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(113)-3132/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(113)-3132/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-485/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-485/2023
02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver