Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-485/2024 23.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4033/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tərəvəzçilik-Südçülük sovxozu ünvanında yerləşən torpaq sahəsinin yerləşmə sxeminin və yerquruluşu planının tərtib edilərək ona verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4033/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tərəvəzçilik-Südçülük sovxozu ünvanında yerləşən X1 ayrılmış 0.12 ha ölçüdə torpaq sahəsinə dair İddiaçı torpaq sahəsinin torpaq sahəsinin plan cizgisinin tərtib olunaraq verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilmişdir. Qərardan narazı qalan cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. İş Apellyasiya Məhkəməsinin icraatında olarkən cavabdeh Bakı şəhəri Cavabdeh məktubla məhkəməyə müraciət edərək, apellyasiya şikayətindən imtina etdiklərini bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və şikayətin geri götürülməsi barədə ərizəni araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 2-1(112)-4033/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsinə dair ərizəsi təmin edilməli, apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.1.-ci maddəsinə əsasən şikayət apellyasiya instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Həmin Məcəllənin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Həmin Məcəllənin 89-cu maddəsinə görə şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətindən imtina edilməsi qanuna zidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Odur ki, apellyasiya şikayətinin geri götürülməsi qəbul edilməli və cavabdehə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 88 və 89-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Ərizə təmin edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi” tələbinə dair iş üzrə apellyasiya icraatına xitam verilsin.
Məhkəmə qərarları › İş №2-1(103)-485/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-485/2024
23.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver