Məhkəmə qərarları › İş №2-1(103)-4850/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4850/2025

27.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4850/2025 27.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, İbrahimova Nəzrin Ramiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13777/2025 nömrəli, 22 oktyabr 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 27 yanvar 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARİ:

1. İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür.

2. İddiaçı xx.xx.1977-xx.xx.1979-cu illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Publik Hüquqi Şəxsi) və xx.xx.1979-xx.xx.1983-сü illərdə X3 Merzburq adına ali məktəbdə təhsil almışdır (5 il 9 ay 25 gün).

3. İddiaçı xx.xx.1984-xx.xx.1985-ci illərdə hərbi xidmətdə olmuşdur (1 il 6 ay 28 gün).

4. İddiaçıya məxsus ИT-İ № ******* №-li əmək kitabçasına əsasən iddiaçı: xx.xx.1983xx.xx.1984-cü illərdə Texnoloji sex № 3 üzrə, qurğu № 32-də texnoloji qurğular üzrə 5-ci dərəcəli operator (3 ay 20 gün), xx.xx.1986-xx.xx.1991-ci illərdə Texnoloji sex № 4 üzrə, qurğu № 43-da texnoloji qurğular üzrə 5-ci dərəcəli operator (5 il 9 ay 2 gün), xx.xx.1991xx.xx.1992-ci illərdə “ASİNAM” İqtisadi və X1 tərcüməçi (8 ay 9 gün), xx.xx.1995-xx.xx.2001ci illərdə eksport və xarici əlaqələr şöbəsində mühəndis (6 il 21 gün), xx.xx.2001-xx.xx.2007ci illərdə “MAN Ferrostaal AG” şirkətinin Bakı nümayəndəliyinin rəhbəri (xx.xx.2006-cı il tarixədək 4 il 6 ay 4 gün, xx.xx.2006-cı il tarixədək 24 il 8 ay 19 gün) və xx.xx.2007xx.xx.2012-ci illərdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləmişdir.

5. İş materiallarına əsasən iddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2025-ci il tarixədək 2 il 9 ay 4 gün sığorta stajına uyğun olaraq 2614,66 manat pensiya kapitalı vardır.

6. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə müraciət etmiş, lakin cavabdehin 07 iyul 2025-ci il tarixli məktubunda bildirilmişdir ki, “...Təqdim etdiyiniz sənədlərin surətlərində qeyd olunmuş və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.1977-ci il tarixidən xx.xx.1979-cu il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1983-cü il tarixədək əyani təhsil aldığınız illər, xx.xx.1984-cü il tarixindən xx.xx.1985-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət, xx.xx.1991-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək olan əmək fəaliyyəti dövrləriniz də nəzərə alınmaqla ümumi sığorta stajınız 22 il 4 ay 13 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 19 il 7 ay 9 gün sığorta stajınıza uyğun olaraq 20192,97 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2025-ci il tarixinədək 2 il 9 ay 4 gün sığorta stajınıza uyğun olaraq 2614,66 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) olmaqla, ümumilikdə 22807,63 manat təşkil edir ki, bu məbləğ hazırda qüvvədə olan qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından azdır və sizə əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təyinatına imkan vermir. Məlumat üçün bildiririk ki, təqdim etdiyi əmək kitabçası surətində qeyd edilmiş “Bakı məişət kondisionerləri zavodu”nda mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Mərkəzi Filialın "xxxx" ASC ilə birgə tərtib etdiyi xx.xx.2025-ci il tarixli akta əsasən 1997-ci ilin noyabr, dekabr, 1998-cı ilin yanvar, may aylarında və xx.xx.1998-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək öz hesabınıza öddənişsiz məzuniyyətdə olduğunuzdan həmin dövrlər sığorta stajınıza daxil edilməmişdir. Həmçinin əmək kitabçanızın surətində xx.xx.2001-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək Almaniyanın Ferrostaal GMBH Şirkətinin Azərbaycandakı Nümayəndəliyində və xx.xx.2007ci il tarixindən xx.xx.2012-ci il tarixinədək "xxxx" MMC-də əmək fəaliyyətinin olması qeyd edilsə də, xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək və xx.xx.2007-ci il tarixindən xx.xx.2012-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb və bu səbəbdən Fondun müvafiq struktur bölməsinə sorğu göndərilmişdir. Sözügedən sorğuya cavab olaraq bildiririk ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - MEİS) sığortaedən Almaniyanın Ferrostaal GMBH Şirkətinin Azərbaycandakı Nümayəndəliyinin (SUN: **********2; VÖEN: **********) 2006 və 2007-ci illər üçün “Məcburi dövlət sosial sığortası üzrə hesabatlar”a (Forma B1) uyğun olaraq “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar” (Forma B3) təqdim etmədiyi müəyyən olunmuşdur. Əlavə olaraq bildiririk ki, MEİS-də sığortaedən "xxxx" MMC (SUN: **********6; VÖEN: **********) tərəfindən 2007 və 2008-ci illər üçün Forma B1-ə uyğun olaraq Forma B3 təqdim edilməmiş, həmçinin sığortaedənin 2009 - 2012-ci illər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə hesabat və ödəniş məlumatları aşkar olunmamışdır. Həmçinin sizin 2006 və 2007-ci illər üçün məlumatlarınızın araşdırılması üçün Almaniyanın Ferrostaal GMBH Şirkətinin Azərbaycandakı Nümayəndəliyinə xx.xx.2025-ci il tarixində 3-17- 1/2-94182/2025 məktubla müraciət olunmuşdur (surəti sizə göndərilməklə). Müvafiq cavab gəldikdən sonra əlavə məlumat veriləcəkdir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnuzun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1- dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından sizə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir”.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:

7. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 65 yaşa çatdığı gündən (xx/xx/2025-ci ildən) yaşa görə əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin birdəfəlik şəkildə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 23 oktyabr 1991-ci ildən 13 mart 1995ci ilədək, ardınca isə 14 mart 1995-ci ildən 6 iyun 1995- ci ilədək dövrdə onun əmək fəaliyyəti ilə məşğul olduğu əmək kitabçasında aydın şəkildə əks olunmuşdur. Əmək kitabçasında həmçinin 7 iyun 1995-ci ildən 27 iyun 2001-ci ilədək Bakı məişət kondisionerləri zavodunda əmək fəaliyyəti ilə məşğul olduğu təsbit edilmişdir. Lakin cavabdeh inzibati orqan həmin dövrün müəyyən hissəsinin etibarlılığına şübhə edərək bunun araşdırılmasının zəruri olduğunu bildirmiş və "xxxx" ASC ilə birgə 2 iyun 2025-ci il tarixində akt tərtib etmişdir. Həmin akta əsasən, 1997-ci ilin noyabr, dekabr ayları, 1998-ci ilin yanvar və may ayları, həmçinin 1 iyul 1998-ci ildən 27 iyun 2001-ci ilədək müddətdə İddiaçı öz hesabına ödənişsiz məzuniyyətdə olduğu iddia edilmiş və bu müddətlər sığorta stajına daxil edilməmişdir. Belə ki, iddiaçının həmin dövrdə müəssisədə işləməsi göstərilmişdir. Əmək kitabçasında həmçinin 28 iyun 2001-ci ildən 31 yanvar 2007-ci ilədək Almaniyanın Ferrostaal GMBH şirkətinin Azərbaycandakı nümayəndəliyində, həmçinin 14 mart 2007-ci ildən 17 yanvar 2012-ci ilədək "xxxx" MMC-də əmək fəaliyyəti ilə məşğul olduğu rəsmi olaraq qeyd olunmuşdur. Lakin cavabdeh orqan qeyd edir ki, 1 yanvar 2006-cı ildən 31 yanvar 2007-ci ilədək və 14 mart 2007-ci ildən 17 yanvar 2012-ci ilədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Cavab məktubunda qeyd edilmişdir ki, Ferrostaal GMBH şirkətinin nümayəndəliyi 2006 və 2007-ci illər üçün məcburi dövlət sosial sığorta hesabatı təqdim etməmiş, "xxxx" MMC isə 2007-2008-ci illər üzrə Forma Bl-ə uyğun Forma B3 təqdim etməmiş, 2009-2012-ci illər üzrə isə ümumiyyətlə məcburi dövlət sosial sığorta haqqı üzrə hesabat və ödəniş məlumatları tapılmamışdır. Bununla belə, cavab məktubunda göstərilmişdir ki, Ferrostaal GMBH şirkətinin Azərbaycandakı nümayəndəliyinə 25 aprel 2025-ci il tarixində bu məsələnin araşdırılması üçün rəsmi məktub göndərilmişdir. Lakin həmin sorğuya cavab daxil olmadığı üçün bu müddətlər İddiaçı ümumi sığorta stajına daxil edilməmişdir. Cavabdeh inzibati orqan bunu öz mülahizəsinə görə şərh edə bilməz və əmək kitabçasında əks edilən məlumatları əsas götürməlidir. Nəticədə cavab məktubunda ümumi sığorta stajının 22 il 4 ay 13 gün olduğu, bunun isə yaşa görə əmək pensiyası üçün tələb olunan minimum 25 illik sığorta stajından az olduğu bildirilmişdir. Eyni zamanda fərdi şəxsi hesabında qeydə alınmış pensiya kapitalının da tələb olunan minimum həddi (46080 manat) təmin etmədiyi qeyd olunmuşdur. Lakin əmək kitabçasında göründüyü kimi iddiaçı 25 ildən artıq stajı hüququ verən vəzifələrdə çalışmışdır. Hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının tələbini təmin etməməklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının (bundan sonra "Qaydalar") pozuntusuna yol verilmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, 23 oktyabr 1991-ci ildən 13 mart 1995-ci ilədək, ardınca isə 14 mart 1995-ci ildən 6 iyun 1995- ci ilədək dövrdə onun əmək fəaliyyəti ilə məşğul olduğu əmək kitabçasında aydın şəkildə əks olunmuşdur. Əmək kitabçasında həmçinin 7 iyun 1995-ci ildən 27 iyun 2001-ci ilədək Bakı məişət kondisionerləri zavodunda əmək fəaliyyəti ilə məşğul olduğu təsbit edilmişdir. Lakin cavabdeh inzibati orqan həmin dövrün müəyyən hissəsinin etibarlılığına şübhə edərək bunun araşdırılmasının zəruri olduğunu bildirmiş və "xxxx" ASC ilə birgə 2 iyun 2025-ci il tarixində akt tərtib etmişdir. Həmin akta əsasən, 1997-ci ilin noyabr, dekabr ayları, 1998-ci ilin yanvar və may ayları, həmçinin 1 iyul 1998-ci ildən 27 iyun 2001-ci ilədək müddətdə İddiaçı öz hesabına ödənişsiz məzuniyyətdə olduğu iddia edilmiş və bu müddətlər sığorta stajına daxil edilməmişdir. Belə ki, iddiaçının həmin dövrdə müəssisədə işləməsi göstərilmişdir. Əmək kitabçasında həmçinin 28 iyun 2001-ci ildən 31 yanvar 2007-ci ilədək Almaniyanın Ferrostaal GMBH şirkətinin Azərbaycandakı nümayəndəliyində, həmçinin 14 mart 2007-ci ildən 17 yanvar 2012-ci ilədək "xxxx" MMC-də əmək fəaliyyəti ilə məşğul olduğu rəsmi olaraq qeyd olunmuşdur. Lakin cavabdeh orqan qeyd edir ki, 1 yanvar 2006-cı ildən 31 yanvar 2007-ci ilədək və 14 mart 2007-ci ildən 17 yanvar 2012-ci ilədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Cavab məktubunda qeyd edilmişdir ki, Ferrostaal GMBH şirkətinin nümayəndəliyi 2006 və 2007-ci illər üçün məcburi dövlət sosial sığorta hesabatı təqdim etməmiş, "xxxx" MMC isə 2007-2008-ci illər üzrə Forma Bl-ə uyğun Forma B3 təqdim etməmiş, 2009-2012-ci illər üzrə isə ümumiyyətlə məcburi dövlət sosial sığorta haqqı üzrə hesabat və ödəniş məlumatları tapılmamışdır. Bununla belə, cavab məktubunda göstərilmişdir ki, Ferrostaal GMBH şirkətinin Azərbaycandakı nümayəndəliyinə 25 aprel 2025-ci il tarixində bu məsələnin araşdırılması üçün rəsmi məktub göndərilmişdir. Lakin həmin sorğuya cavab daxil olmadığı üçün bu müddətlər İddiaçı ümumi sığorta stajına daxil edilməmişdir. Cavabdeh inzibati orqan bunu öz mülahizəsinə görə şərh edə bilməz və əmək kitabçasında əks edilən məlumatları əsas götürməlidir. Nəticədə cavab məktubunda ümumi sığorta stajının 22 il 4 ay 13 gün olduğu, bunun isə yaşa görə əmək pensiyası üçün tələb olunan minimum 25 illik sığorta stajından az olduğu bildirilmişdir. Eyni zamanda fərdi şəxsi hesabında qeydə alınmış pensiya kapitalının da tələb olunan minimum həddi (46080 manat) təmin etmədiyi qeyd olunmuşdur. Lakin əmək kitabçasında göründüyü kimi iddiaçı 25 ildən artıq stajı hüququ verən vəzifələrdə çalışmışdır. Hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının tələbini təmin etməməklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının (bundan sonra "Qaydalar") pozuntusuna yol verilmişdir.

9. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz məktubunun məzmunu onunla əsaslandırılmışdır ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2025 tarixli 3-17-1/2-K-157545/2025 nömrəli məktubu ilə iddiaçıya müraciətinin müsbət həllinin mümkün olmadığı bildirilmişdir. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdən sözügedən qanunun müvafiq normasına əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçının təqdim etdiyi sənədlərin surətlərində qeyd olunmuş və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979- cu il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1983-cü il tarixinədək əyani təhsil aldığı illər, xx.xx.1984-cü il tarixindən xx.xx.1985-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət, xx.xx.1991-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək olan əmək fəaliyyəti dövrləri də nəzərə alınmaqla onun ümumi sığorta stajı 22 il 4 ay 13 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 19 il 7 ay 9 gün sığorta stajına uyğun olaraq 20192,97 manat, xx.xx.2019-cu il tarixindən xx.xx.2025-ci il tarixinədək 2 il 9 ay 4 gün sığorta stajına uyğun olaraq 2614,66 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) olmaqla, ümumilikdə 22807,63 manat təşkil edir ki, bu məbləğ hazırda qüvvədə olan qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından azdır və ona əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təyinatına imkan vermir. Məlumat üçün bildiririk ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd edilmiş "Bakı Məişət Kondisionerləri zavodu"nda mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1995-ci tarixindən xx.xx.2001-ci il tarixinədək əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Mərkəzi Filialın "xxxx" ASC ilə birgə tərtib etdiyi xx.xx.2025-ci il tarixli akta əsasən 1997-ci ilin noyabr, dekabr, 1998-cı ilin yanvar, may aylarında və xx.xx.1998- ci il tarixindən xx.xx.2001-ci il tarixinədək öz hesabına öddənişsiz məzuniyyətdə olduğundan həmin dövrləri onun sığorta stajına daxil edilməmişdir. Həmçinin əmək kitabçasının surətində xx.xx.2001-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək Almaniyanın Ferrostaal GMBH Şirkətinin Azərbaycandakı Nümayəndəliyində və xx.xx.2007ci il tarixindən 17.01,2012-ci il tarixinədək "xxxx" MMC-də əmək fəaliyyətinin olması qeyd edilsə də, xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək və xx.xx.2007-ci il tarixindən xx.xx.2012-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır və bu səbəbdən Fondun müvafiq struktur bölməsinə sorğu göndərilmişdir. Sözügedən sorğuya cavab olaraq bildiririk ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - MEİS) sığortaedən Almaniyanın Ferrostaal GMBH Şirkətinin Azərbaycandakı Nümayəndəliyinin (SUN: **********2; VÖEN: **********) 2006 və 2007-ci illər üçün "Məcburi dövlət sosial sığortası üzrə hesabatlar"a (Forma B1) uyğun olaraq "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar" (Forma B3) təqdim etmədiyi müəyyən olunmuşdur. Əlavə olaraq bildiririk ki, MElS-də sığortaedən "xxxx" MMC (SUN: **********6; VÖEN: **********) tərəfindən 2007 və 2008-ci illər üçün Forma B1-ə uyğun olaraq Forma B3 təqdim edilməmiş, həmçinin sığortaedənin 2009-2012-ci illər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə hesabat və ödəniş məlumatları aşkar olunmamışdır. Həmçinin iddiaçının 2006 və 2007-ci illər üçün məlumatlarının araşdırılması üçün Almaniyanın Ferrostaal GMBH Şirkətinin Azərbaycandakı Nümayəndəliyinə xx.xx.2025-ci il tarixində 3-17-1/2-94182/2025 məktubla müraciət olunmuşdur. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, iddiaçının ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnuzun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. İddiaçı əlavə sənədlər təqdim edəcəyi təqdirdə onun ümumi sığorta stajı 25 ilə tamamlanarsa, əmək fəaliyyəti dövrləri yenidən araşdırılaraq pensiya təyinatı hüququna yenidən baxılacaqdır.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13777/2025 nömrəli, 22 oktyabr 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı 65 yaşının tamam olduğu 3.03.2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

11. Həmin qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

Apellyasiya şikayətinin dəlilləri:

12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yuxarıda qeyd olunan mübahisəli dövrlərdən iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd edilmiş "Bakı Məişət Kondisionerləri zavodu"nda xx.xx.1995-ci tarixindən xx.xx.2001-ci il tarixinədək işlədiyi dövrün araşdırılması zərurəti yaranmışdır. Mərkəzi Filialın "xxxx" ASC ilə birgə tərtib etdiyi xx.xx.2025-ci il tarixli akta əsasən1997-ci ilin noyabr, dekabr, 1998-cı ilin yanvar, may aylarında və xx.xx.1998-ci il tarixdən xx.xx.2001-ci il tarixədək öz hesabına ödənişsiz məzuniyyətdə olduğundan həmin dövrləri onun sığorta stajına daxil edilməmişdir. Həmçinin əmək kitabçasının surətində xx.xx.2001-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Almaniyanın Ferrostaal GMBH Şirkətinin Azərbaycandakı Nümayəndəliyində və xx.xx.2007-ci il tarixindən xx.xx.2012-ci il tarixinədək "xxxx" MMC-də əmək fəaliyyətinin olması qeyd edilsə də, xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək və xx.xx.2007-ci il tarixindən xx.xx.2012-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır və bu səbəbdən Fondun müvafiq struktur bölməsinə sorğu göndərilmişdir. Sözügedən sorğuya cavab olaraq bildiririk ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - MEİS) sığortaedən Almaniyanın Ferrostaal GMBH Şirkətinin Azərbaycandakı Nümayəndəliyinin (SUN: **********2; VÖEN: **********) 2006 və 2007- ci illər üçün "Məcburi dövlət sosial sığortası üzrə hesabatlar"a (Forma B1) uyğun olaraq "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar" (Forma B3) təqdim etmədiyi müəyyən olunmuşdur. Əlavə olaraq bildiririk ki, MEİS-də sığortaedən "xxxx" MMC (SUN: **********6; VÖEN: **********) tərəfindən 2007 və 2008-ci illər üçün Forma B1-ə uyğun olaraq Forma B3 təqdim edilməmiş, həmçinin sığortaedənin 2009- 2012-ci illər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə hesabat və ödəniş məlumatları aşkar olunmamışdır. Həmçinin iddiaçının 2006 və 2007-ci illər üçün məlumatlarının araşdırılması üçün Aimaniyanın Ferrostaal GMBH Şirkətinin Azərbaycandakı Nümayəndəliyinə xx.xx.2025-ci il tarixində 3-17-1/2-94182/2025 məktubla müraciət olunmuş, lakin müəssisə tərəfindən sözügedən sorğuya cavab verilməmişdir. Beləliklə, qeyd olunan dövrlərlə bağlı iddiaçının əmək fəaliyyətində olması barədə məlumat əldə edilmədiyindən həmin dövrləri onun sosia sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Göstərilən müddəanın tələblərinə əsasən, İddiaçı fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmadığı üçün ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi mümkün olmamışdır. “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanunun 7.0.2-ci maddəsinə əsasən, yaşa görə müavinət şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunanlara əsasən bildirir ki, iddiaçı aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu üçün (VÖEN: **********) ona yaşa görə sosial müavinətin təyin edilməsi mümkün olmamışdır. Məlumat üçün bildirir ki, iddiaçının VÖEN hesabı ləğv edildikdən (və ya dondurulduqdan) sonra təkrar müraciəti əsasında onun yaşa görə sosial müavinət hüququna qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən baxılacaqdır. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirdikdə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bu səbəbdən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddiaçının iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir.

Apellyasiya şikayətinə etirazın dəlilləri:

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Tərəflərin izahatları

14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın əsassız olduğunu, bu səbəbdən də ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.

15. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. Bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1.Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.

17. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu (qüvvədən düşmüşdür)

67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tərixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”

3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən. 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

22. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.

23. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2025-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası iddianın vaxtında verildiyini nəzərə alaraq hesab edir ki, iddia mümkündür.

24. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçının tələbi “ona yaşa görə əmək pensiyasının təyin edilməsi” barədədir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “iddiaçının 28 iyun 2001-ci ildən 31 yanvar 2007-ci ilədək Almaniyanın Ferrostaal GMBH şirkətinin Azərbaycandakı nümayəndəliyində işlədiyi müddət, xx.xx.2006-cı il tarixə qədər nəzərə alınmaqla, iş stajı, hərbi xidmət və təhsil dövrü də daxil edilməklə 25 ildən çox sosial sığorta stajı vardır. "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 1-ci maddəsinə görə, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.”

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəmənin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:

26. İddiaçı xx.xx.1960-cı il tarixdə doğulduğundan onun 65 yaşının tamam olduğu xx.xx.2025-ci il tarixə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 şərti mövcud olmalıdır. 1) İddiaçının pensiya yaşının tamam olması, 2) İddiaçının 25 il ümumi iş stajının mövcud olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı.

27. İddiaçıya məxsus əmək kitabçasına əsasən iddiaçı xx.xx.1977-xx.xx.1979-cu illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Publik Hüquqi Şəxsi) və xx.xx.1979-xx.xx.1983-сü illərdə X3 Merzburq adına ali məktəbdə təhsil almışdır. (5 il 9 ay 25 gün). İddiaçı xx.xx.1984-xx.xx.1985-ci illərdə hərbi xidmətdə olmuşdur (1 il 6 ay 28 gün). İddiaçıya məxsus ИT-İ № ******* №-li əmək kitabçasına əsasən iddiaçı: xx.xx.1983-xx.xx.1984-cü illərdə Texnoloji sex № 3 üzrə, qurğu № 32-də texnoloji qurğular üzrə 5-ci dərəcəli operator (3 ay 20 gün), xx.xx.1986-xx.xx.1991ci illərdə Texnoloji sex № 4 üzrə, qurğu № 43-da texnoloji qurğular üzrə 5-ci dərəcəli operator (5 il 9 ay 2 gün), xx.xx.1991-xx.xx.1992-ci illərdə “ASİNAM” İqtisadi və X1 tərcüməçi (8 ay 9 gün), xx.xx.1995-xx.xx.2001-ci illərdə eksport və xarici əlaqələr şöbəsində mühəndis (6 il 21 gün), xx.xx.2001-xx.xx.2007-ci illərdə “MAN Ferrostaal AG” şirkətinin Bakı nümayəndəliyinin rəhbəri (xx.xx.2006-cı il tarixədək 4 il 6 ay 4 gün, xx.xx.2006-cı il tarixədək 24 il 8 ay 19 gün) və xx.xx.2007-xx.xx.2012-ci illərdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləmişdir.

28. Hazırda cavabdeh qurum iddiaçının 22 il 4 ay 13 gün sosial siğorta stajını mübahisələndirmir. Cavabdeh iddiaçının yaşa görə əmək pensiya təyinatına dair müraciətindən sonra onun təqdim etdiyi əmək kitabçasının əsasən iddiaçının 28 iyun 2001-ci il tarixdən 31 yanvar 2007-ci il tarixədək Almaniyanın Ferrostaal GMBH şirkətinin Azərbaycandakı nümayəndəliyində, həmçinin 14 mart 2007-ci il tarixdən 17 yanvar 2012-ci il tarixdək "xxxx" MMC-də işlədiyi dövləri sığorta stajına daxil etməmişdir.

29. Halbuki iş materiallarında olan Almaniyanın Ferrostaal GMBH şirkətinin Azərbaycandakı nümayəndəliyinin xx.xx.2007-ci il tarixli arayışında iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2007-ci il tarixədək nümayəndəliyin meneceri vəzifəsində işləmişdir.

30. Həmçinin cavabdeh 2006-ci və 2007-ci illər üçün "Məcburi dövlət sosial sığortası üzrə hesabatlar"a (Forma B1) uyğun olaraq "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar" (Forma B3) təqdim etmədiyini istinad edərək iddiaçının 2001-2005-ci il tarixlərdə olan stajını da iddiaçının sosial stajına əsassız olaraq daxil etməmişdir.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tərixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. İddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir, cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübutu nə birinci, nə də ki apellyasiya instansiya məhkəməsinə təqdim edə bilməmişdir.

32. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.

33. İddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir.

34. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində sözügedən illərdə pensiya kapitalının qeydə alınmaması dəlilinə münasibətdə qeyd edir ki, həmin dəlil də əsassızdır. Belə ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nun 1-ci maddəsinə (Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi) əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Göründüyü kimi, sığortaedənin (hazırkı halda, iddiaçının işlədiyi müəssisənin) 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsaydı belə, həmin borc 2018ci ilin 1 aprel tarixdə tam məbləğdə silinmiş olurdu.

35. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsinə dair birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmuşdur.

36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-13777/2025 nömrəli, 22 oktyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-13777/2025 nömrəli, 22 oktyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar