Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4858/2025 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, X4 və Ismayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, Iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 60 yaşının tamam olduğu ## ### 2025-ci il tarixdən etibarən qanunvericiliyin tələblərinə uyğun olaraq pensiya təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya haqqının hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ## ### 1965-ci il tarixində doğulmuşdur. Hərbi biletinin və əmək kitabçasının surətlərindən görünür ki, ## ###### 1982-ci il tarixindən ## ### 1984-cü il tarixinədək (01 il 09 ay 09 gün) Bakı Tikiş Istesalat Birliyində çilingər və təmirçi çilingər vəzifələrində işləmiş, ## ### 1984-cü il tarixindən ## ##### 1986-cı il tarixinədək (01 il 11 ay 00 gün) Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, ## ### 1986-cı il tarixdən ## ### 1989-cu il tarixinədək (02 il 11 ay 07 gün ) Bakı Tikiş Istesalat Birliyində nəzarət müfəttişi və nəzarət Rı, ## ### 1989-cu il tarixdən ## ### 2003-cü il tarixinədək (13 il 11 ay 14 gün) “Azneft” IB-nin X15 Idarəsində avtomobillərin təmiri üzrə çilingər, dispetçer və baş dispetçer, ## ### 2003-cü il tarixdən ## ###### 2004-cü il tarixinədək (01 il 02 ay 29 gün) “Qum adası” NQÇI-də Texnoloji Nəqliyyat sexinin istismar xidməti rəisi, ## #### 2005-ci il tarixindən ## ###### 2012-ci il tarixinədək (07 il 04 ay 09 gün) “X6” LTD-nin “ISTIQLAL” qurğusunda takelajçı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş siyahıda paraqraf 10.2), ## ###### 2012-ci il tarixdən ## ###### 2019-cu il tarixinədək (06 il 11 ay 28 gün) həmin qurğuda X12 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş siyahıda paraqraf 10.2) vəzifələrində işləmiş, ## ###### 2019-cu il tarixindən bu günə kimi həmin qurğuda takelajçı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş siyahıda paraqraf 10.2) vəzifəsində işləyir. Beləliklə, 60 yaşına çatdığı ## ### 2025-ci il tarixinədək ümumi iş stajı 41 il 06 ay 16 gün (25 ildən artıq) təşkil etmiş və həmin staj illərinin 19 il 10 ay 17 gün (12 il 6 aydan artıq) müddətini güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrdə çalışmışdır. Bununla da qanunvericliyin tələblərinə cavab verən ümumi və xüsusi iş stajlarını toplamış, bu səbəbdən də 60 yaşına çatdığı ## ### 2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanmışdır. ## #### 2017-ci il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1 maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə istehsalatların, peşələrin, vəzifələrin icra hakimiyyəti tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər- 60 yaşına çatdıqda və azı 25 il sığorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışdıqda əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göstərilənləri nəzərə alaraq, pensiya almaq hüququ yarandığı ## ### 2025-ci il tarixdən etibarən qanunvericiliyin tələblərinə uyğun hesablanmaqla pensiya təyin edilməsi barədə cavabdehə müraciətinə imtina cavabı verilmişdir. Odur ki, mübahisənin inzibati qaydada məcburetmə yolu ilə məhkəmədə həll edilməsinə zərurət yaranmışdır. Bakı Inzibati Məhkəməsinin (hakim Ləman Musayeva) *-*(***)-*****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı 60 yaşının tamam olduğu ##.##.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixində Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin qanunvericiliklə nəzərdə tutulmuş tələblərə cavab vermədiyindən müraciətinin müsbət həllinin mümkün olmayacağı bildirilmişdir. Bundan sonra iddiaçı İddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 25 il ümumi iş stajı şərtinə münasibətdə onu qeyd edir ki, iddiaçı İddiaçı ümumi iş stajı 41 il 5 ay 28 gün (##.##.2006-cı il tarixinədək 22 il 2 ay 28 gün (##.##.1982–##.##.1983-cü il, ##.##.1983–##.##.1984-cü il, ##.##.1984–##.##.1986-cı il (hərbi xidmət dövrü), ##.##.1986–##.##.1989-cu il, ##.##.1989–##.##.2003-cü il, ##.##.2003–##.##.2004-cü il və ##.##.2005–##.##.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 19 il 3 ay) təşkil edir. Növbəti şərtə gəldikdə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndinin (10.2) fəhlələr yarımbəndində (a) qaldırıcıların maşinistləri vəzifələri nəzərdə tutulmuşdur. Iddiaçı İddiaçı Mərkəzi Filiala təqdim etdiyi “X1” LTD-nin ##.##.2025-ci il tarixli arayışında ##.##.2005-##.##.2012-ci il tarixləri arasındakı dövr ərzində Yarım dalma üzən X10 takelajçı, ##.##.2012-##.##.2019-cu il tarixlərində arasındakı dövr ərzində X12 və ##.##.2019-cu il tarixindən bugünədək yenidən takelajçı vəzifələrində işlədiyi qeyd olunmuşdur. Işlədiyi takelajçı vəzifəsi qeyd olunan arayışda istinad olunan Qərarla təsdiq edilmiş Siyahının neftin qazılması, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10), qazma bəndinin (10.1) fəhlələr yarımbəndində (a) nəzərdə tutulmayıb, X12 vəzifəsi isə qaldırıcıların maşinistləri vəzifəsinə uyğun deyil. Buna görə də həmin dövrü iddiaçının güzəştli iş stajına daxil etmək mümkün olmamışdır. Şərh olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən güzəştli iş stajı (12 il 6 ay) yoxdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol vermişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ##.##.1965-ci ildə doğulmuşdur. Iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10), neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndinin (10.2) fəhlələr yarımbəndində (a) qaldırıcıların maşinistləri vəzifəsi nəzərdə tutulub. Mərkəzi Filiala təqdim edilən “X7” LTD-nin Sizə dair ## ### 2025-ci il tarixli arayışında ##.##.2005- ##.##.2012-ci il tarixləri arasındakı dövr ərzində Yarım dalma üzən X10 takelajçı, ##.##.2012-##.##.2019-cu il tarixləri arasındakı dövr ərzində X12 və ##.##.2019-cu il tarixindən bugünədək yenidən takelajçı vəzifələrində işlədiyiniz qeyd olunub. Işlədiyiniz takelajçı vəzifəsi sözügedən arayışda istinad olunan yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahının neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10), qazma bəndinin (10.1) fəhlələr yarımbəndində (a) nəzərdə tutulmayıb, X12 vəzifəsi isə qaldırıcıların maşinistləri vəzifəsinə uyğun deyil. Göstərilən səbəblərdən də güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq, Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Iş materiallarında olan “X7” LTD-nin ##.##.2025-ci il tarixli güzəştli arayışında qeyd olunur ki, İddiaçı X2 Ltd şirkətində Yarım Dalma üzən X10 dənizdə tam iş günü ilə istehsalat proseslərində bilavasitə iştirak edən Takelajçı vəzifəsində işləyir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarına əsasən, * saylı siyahı 10-cu bölmə, Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı 19 (on doqquz) il 10 (on) ay 16 (on altı) gün təşkil edir: ##.##.2005-##.##.2012 - Takelajçı - Bölmə X. 11000000, Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft-qaz, qaz kondensatı, kömür və şistin emalı, Kod 1100000a, a) fəhlələr; ##.##.2012-##.##.2019 - X11 - 100000a-14012 (qaldırıcıların maşınistləri); ##.##.2019-hal-hazıradək - Takelajçı - Bölmə X. 11000000, Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft-qaz, qaz kondensatı, kömür və şistin emalı, Kod 1100000a, a) fəhlələr. Iş materiallarında olan məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ## #### 2025-ci il tarixli *-**-*/*-******/**** saylı məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10), neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndinin (10.2) fəhlələr yarımbəndində (a) qaldırıcıların maşinistləri vəzifəsi nəzərdə tutulub. Eyni zamanda İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən “X7” LTD-nin ona dair ## ### 2025-ci il tarixli arayışında ##.##.2005-##.##.2012-ci il tarixləri arasındakı dövr ərzində Yarım dalma üzən X10 takelajçı, ##.##.2012-##.##.2019-cu il tarixləri arasındakı dövr ərzində X12 və ##.##.2019-cu il tarixindən bugünədək yenidən takelajçı vəzifələrində işlədiyi qeyd olunub. Ceyhun Abdullayevin işlədiyi takelajçı vəzifəsi sözügedən arayışda istinad olunan yuxarıda qeyd edilən Qərarla təsdiq olunmuş Siyahının neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10), qazma bəndinin (10.1) fəhlələr yarımbəndində (a) nəzərdə tutulmayıb, X12 vəzifəsi isə qaldırıcıların maşinistləri vəzifəsinə uyğun deyil. Göstərilən səbəblərdən də adıçəkilən şəxsin güzəştli iş stajı yoxdur. Əlavə olaraq, İddiaçı ümumi iş stajı 41 il 5 ay 28 gün (##.##.2006-cı il tarixinədək 22 il 2 ay 28 gün (##.##.1982-##.##.1983-cü il, ##.##.1983 ##.##.1984-cü il, ##.##.1984-##.##.1986-cı il (hərbi xidmət dövrü), ##.##.1986-##.##.1989-cu il, ##.##.1989-##.##.2003-cü il, ##.##.2003-##.##.2004-cü il və ##.##.2005-##.##.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 19 il 3 ay) təşkil edir. Iş materiallarında olan “X7” LTD-nin ##.##.2025-ci il tarixli güzəştli arayışında qeyd olunur ki, İddiaçı şirkətdə işlədiyi müddətdə qeyd olunan vəzifələrdə çalışmışdır. Bu vəzifələr Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarına uyğun olaraq aşağıdakı Vəzifə və Kodlar nəzərdə tutulub. Bununla yanaşı vəzifə təlimatları da həmçinin məktuba əlavə olunur: ##.##.2005-##.##.2012, Xəzər dənizi, "Istiqlal" yarımdalma qazma qurğusu, Takelajçı, yəni fəhlə - Bölmə X. 11000000, Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft-qaz, qaz kondensatı, kömür və şistin emalı, Kod 1100000a, a) fəhlələr; ##.##.2012-##.##.2019, Xəzər dənizi, "Istiqlal" yarımdalma qazma qurğusu, X11 - Paraqraf X, Bölmə 2. Neft-qaz kondensatının hasilatı, Kod 1100000a-14012 (qaldırıcıların maşınistləri); ##.##.2019-hal-hazıradək, Xəzər dənizi, "Istiqlal" yarımdalma qazma qurğusu, Takelajçı, yəni fəhlə - Bölmə X. 11000000, Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft-qaz, qaz kondensatı, kömür və şistin emalı, Kod 1100000a, a) fəhlələr. Məktuba Takelajçı və X11 vəzifələrinin təlimatları da əlavə edilmişdir. Iş materiallarında olan “X7” LTD tərəfindən cavabdehə ünvanlanmış ##.##.2025-ci il tarixli HR***/**** nömrəli məktubunda qeyd olunur: Sizin ##.##.2025-ci tarixli № *-17-1/2- 263947-2025 saylı məktubunuza cavab olaraq bildiririk ki, İddiaçı X3 Ltd şirkətində "Istiqlal” yarımdalma qazma qurğusunda dənizdə Takelajçı, yəni Fəhlə vəzifəsində işləyir. Aşağıda qeyd olunan məlumat xarakterli cədvəldə onun şirkətimizdəki iş tarixçəsi ərtaflı olaraq verilmişdir və işçinin əmək şəraiti ağır və zərərli kateqoriyaya aiddir: ##.##.2005- ##.##.2012 (07 il 02 ay 08 gün) - Takelajçı - Bölmə X. 11000000, Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft-qaz, qaz kondensatı, kömür və şistin emalı, 1100000a, a) fəhlələr; ##.##.2012-##.##.2019 (07 il 01 ay 27 gün) - X11 - 100000a-14012 (qaldırıcıların maşınistləri); ##.##.2019-hal-hazıradək (05 il 06 ay 11 gün) - Takelajçı - Bölmə X. 11000000, Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft-qaz, qaz kondensatı, kömür və şistin emalı, 1100000a, a) fəhlələr. Takelajçı peşəsi, kran və digər yükgötürücü avadanlıqlardan istifadə edərək yüklərin hazırlanması, ilməklənməsi, yüklənməsi, boşaldılması və daşınması ilə bağlı işləri görməyi nəzərdə tutur. Bu peşənin xüsusiyyətləri arasında yüklərin kranla hərəkətinə uyğun olaraq təhlükəsiz ilməkləmə mexanizmlərini düzgün seçmək, təhlükəsizlik qaydalarına riayət etmək, əməyin mühafizəsi və tibbi yoxlamalardan keçmək, həmçinin müxtəlif növ yükgötürücü orqanların (qarmaqlar, maqnitlər, konteynerlər və s.) xüsusiyyətlərini bilmək daxil olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.2 bəndinin a yarımbəndinə (kran operatoru və X12 (qaldırıcıların maşinistləri)) vəzifəsinə uyğundur. X12 peşəsinin xüsusiyyətləri isə kran operatoru (qaldırıcıların maşinistləri) peşəsinin xüsusiyyətləri ilə tam eynilik təşkil etməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.2 bəndinin a yarımbəndinə (kran operatoru və X12 (qaldırıcıların maşinistləri)) vəzifəsinə uyğundur. Nəzərinizə çatdırmaq istərdik ki, "X7 Ltd” şirkətinin dənizdə çalışan bütün işçilərinə əmək müqaviləsində nəzərdə tutulmuş qaydada il ərzində 21 gün əsas məzuniyyət, 7 gün əlavə məzuniyyət günü verilir. Şirkətimiz əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi, işçilərin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada həvəsləndirici mükafatlar verilir. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (##.##.2022-ci ilədək olan redaksiyası). Həmin maddənin ##.##.2022-ci il tarixdən (hal-hazırda) qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə kollegiyası tərəfindən müəyyən edildi ki, iddiaçı İddiaçı ##.##.1965-ci il tarixdə doğulmuşdur. Iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı hərbi xidmət müddəti də daxil olmaqla 60 yaşının tamam olduğu ##.##.2025-ci il tarixədək 25 ildən artıq ümumi sığorta stajına malikdir ( ##.##.1982-##.##.1983, ##.##.1983-##.##.1984, ##.##.1984-##.##.1986 (hərbi xidmət), ##.##.1986-##.##.1989, ##.##.1989-##.##.2003, ##.##.2003-##.##.2004, ##.##.2005hal-hazıradək - 60 yaşının tamam olduğu ##.##.2025-ci ilədək 41 il 07 ay 21 gün). ##.##.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. ##.##.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası və iş materiallarında olan digər sənədlərlə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Cavabdeh tərəfindən iddiaçının ümumi sığorta stajı mübahisələndirilməsə də, iş materiallarından görünür ki, iddiaçı pensiya hüququnun yarandığı tarixə 25 ildən artıq ümumi sığorta stajına malikdir. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının “X7” LTD-də ##.##.2005-ci ildən ##.##.2012-ci ilədək və ##.##.2019-cu ildən hal-hazıradək işlədiyi "Istiqlal” yarımdalma qazma qurğusunda dənizdə Takelajçı, ##.##.2012-ci ildən ##.##.2019-cu ilədək X11 peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuşdur: 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı; 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi; a) fəhlələr: qaldırıcıların maşinistləri. Iddiaçının çalışdığı həmin peşələrin qeyd olunan siyahıda göstərilən peşəyə uyğunluğu işəgötürən tərəfindən təqdim edilmiş müvafiq arayışlar və peşə təlimatı ilə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin dövrlərdə həmin vəzifələrdə işləməsi iş materialları ilə təsdiq edildiyindən və bu vəzifələr yuxarıda göstərilən siyahıda nəzərdə tutulduğundan qeyd olunan dövrlər güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır (cəmi 19 il 10 ay 18 gün). “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi əxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi, iddiaçı 60 yaşının tamam olduğu ##.##.2025-ci ilədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına malik olduğundan iddiaçının həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Eyni zamanda qeyd olunmalıdır ki, həmin dövrdə qüvvədə olan qanunvericilik normalarında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalının olması tələbi müəyyən edilməmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qeyd olunan Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-4858/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4858/2025
29.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver