Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-486/2023 09.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X6 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə və kirayə haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7648/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun və ailə üzvləri olan həyat yoldaşı X2, övladı X4 nəzərə alınmaqla mənzil növbəsinə götürülməsi və kirayə haqqının ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülməsi tələbini onunla əsaslandırır ki, o, xəstəliyə görə ehtiyata buraxıldığından və yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab olunduğundan onun mənzil növbəsinə dayanmaq hüququ yaranır. İddiaçı özünün və ailə üzvlərinin mənzil növbəsinə götürülməsi məqsədi ilə aidiyyəti üzrə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdeh iddia ərizəsinə dair yazılı etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrindən xidmət illərindən 15 təqvim ili yekunlaşmamış ehtiyata buraxıldığından qanunvericilikdə nəzərdə tutulmuş güzəştlər ona şamil edilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7648/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçın və ailə üzvləri olan həyat yoldaşı X1, övladı X3 nəzərə alınmaqla mənzil növbəsinə götürülməsi və kirayə haqqının ödənilməsi öhdəliyi cavabdeh Nəsimi rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələbələrinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Cavabdeh apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır:” “Qərar qanunsuzdur. Hərbi qulluqçuların statusu haqqında’ Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən bəzi kateqoriya hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunmaq hüquqları vardır. Belə ki, həmin qanunun 12.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və yə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə qərarın 1-ci hissəsinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: Bakı şəhərində - 150 manat,başqa şəhər və rayon mərkəzlərində - 75 manat, digər yaşayış məntəqələrində - 55 manat.Həmin qərarın 2-ci hissəsinə əsasən müəyyən edilmişdir ki , bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətinin Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsi tərəfindən təqdim olunmuş 24 saylı xx.xx.2022-ci il tarixli arayışdan məlum olmuşdur ki, leytenant İddiaçı xx.xx.2008-ci il tarixdən, xx.xx.2012-ci il tarixədək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində kursant kimi, xx.xx.2012-ci il tarixdən 19.11,2013-cü il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyində zabit qismində həqiqi xidmət keçmişdir.“Hərbi xidmətkeçmə haqqında“ Əsasnamənin 156 maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb. İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət illərindən 15 təqvim ili yekunlaşmamış ehtiyata buraxıldığından qanunvericilikdə nəzərdə tutulmuş güzəştlər ona şamil edilmir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4- cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında, sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3-cü maddəsində qeyd olunan müvafiq icra hakimiyyəti orqanı yerli icra hakimiyyəti orqanları nəzərdə tutulmuşdur...” Məhkəmə kollegiyasının 24 noyabr 2022-ci il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı O, İsmayıloa zabit kimi hərbi xidmət etdiyini, hərbi xidmət dövründə xəstilik keçirdiyini və xəstəlyinə görə tərxis olunduğunu və ona hərbi xidmət dövrü ilə əlaqədar 2 qrup əlillik dərəcəsi verildiyini bildirərək, bu barədə xəstəlik şəadətnaməsini, TSEK arayışlarını və “e-sosial” portaldan elektron çıxarışı məhkəməyə təqdim edərək birinci instansiya əhkəməsinin qərprını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə ailə üzvləri nəzərə alınmaqla onun mənzil növbəsinə götürülməsini və mənzil verilənədək kirayə pulunun verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını tələb etmiş və birinci instansiya məhkəməəsi tərəftindən onun iddia tələbi təmin olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarında gəldiyi iddianın təmin olunması barədə nəticədən narazı qalan cavabdehin apellyasiya şikayətindən dəlillərindən görünür ki, qanuvericiliyin qeyd olunan tələblərini sadalamış və məhkəmənin qərar ilə razılaşmayaraq onun mübahisələndirən yeganə dəlili ondan ibarətdir ki, İddiaçı, Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət illərindən 15 təqvim ili yekunlaşmamış ehtiyata buraxıldığından, qanunvericilikdə nəzərdə tutulmuş güzəştlər ona şamil edilmir.İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Lakin cavabdehin bu dəlili onun apellyasiya şikayətində özünün də istinad etdiyi maddi hüquq normasının dispazisiyası ilə müəyyən olunan şərtinə uyğun gəlmir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin 2-ci bəndinin üçüncü cümləsinə əsasən: - yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsi ilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Qanunun qeyd olunan imperativ normasından açıq-aşkar göründüyü kimi, o cümlədən, xəstəliyə görə istefaya buraxılmış zabitlər yerli icra hakimiyyəti başçıları mənzillə mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Göründüyü kimi, Qanunun sözügedən müddasında xəstəliyə görə istefaya buraxılmış zabitin qeyd olunan güzəştlərdən istifadə etməsi üçün məhdudlaşdırıcı müddət qoyulmamışdır. Belə mədudiyyət yalnız Qanunun sözügedən 12-ci maddəsinin 2-ci bəndinin növbəti cümləsində “müddətindən artıq xidmət hərbi qulluqçulara münasibətdə” aşağıdakı ifadə formasınada şamil olunur: -Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Beləliklə də, Qanunun 12-ci maddəsinin 2-ci bəndinin bu 3-cü və 4-cü cümlələrində ifadə olunan hüquqi mənanı – düşüncə tərzi ilə anlamamaq və onları birbirindən ayırmamaq mümkün deyildir. Yəni, burada qanunvericinin nəzərdə tutduğu məqsədi aydın görünür. İddiaçının Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 3-cü cümləsinə müvafiq olaraq iddiaçının zabit statusunun və onun müvafiq xəstəliyinin mövcud olmasına gəldikdə, iş materiallarından görünür ki, o, xx.xx.2008-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində kurstant kimi, xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixinədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyində zabit qismində hərbi xidmət keçmiş, “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrin həqiqi hərbi xidmətindən ehtiyata buraxılmışdır. Bundan əlavə, onun hazırkı apellyasiya mərhələsində məhkəməyə təqdim etdiyi xx.xx.2013-cü il tarixli 2559 nömrəli “xəstəlik haqqında şəhadətnamə”nin, habelə, TSEK arayışlarının surətlərinə, habelə, “e-sosial” elektron portaldan şəxsi kabinetindən çıxarışdan da görünür ki, leytenet hərbi rütəbəsinə malik, tağım komandiri İddiaçı hərbi xidmət dövründə xəstəlik keçirmiş və ona səbəbi hərbi xidmət dövrü ilə əlaqədar 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin, iddiaçının 15 təqvim ili yekunlaşmadan ehtiyata buraxıldığını əsas tutaraq, onun ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülməsi və kirayə haqqının ödənilməsi barədə ərizəsinin təmin edilməsindən imtina etməsi qanunsuzdur. Birinci instansiya məhkəməsinin qərarında da görünür ki, məhkəmə hərtərəfli araşdırma apararaq işin hallarına maddi hüquq normalarının tələblərinə uyğun hüquqi qiymət vermiş və əsaslı olaraq iddianın təmin olunması barədə düzgün nəticəyə gəlmişdir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz olduğunu və maddi hüquq normalarının pozülması ilə qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7648/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-nin 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7648/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-486/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-486/2023
09.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver