Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-486/2024 25.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 57 yaşından yəni xx.xx.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” bаrədə iddiа tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4026/2023 nömrəli, 22 iyun 2023-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiа qaldıraraq iddiaçıya 57 yaşından yəni xx.xx.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci ildə anadan olmuş, xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilə qədər “Azərkimyatəchizat” idarəsində fəhlə işləmiş, 19 may 1980-ci ildən xx.xx.1982-ci illər arasında hərbi xidmətdə olmuş, xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilə qədər "Azərkimyatəchizat" idarəsində təchizatçı vəzifəsində işləmiş, xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilə qədər Sumqayıt kimya idarəsində, xx.xx.1985-ci ildən xx.xx.1989-cu ilə qədər "Azərdənizneftinşaat" trestində fəhlə, xx.xx.1990-cu ildən xx.xx.1990-cı ilə qədər "Xəzərdənizneftsosıaltikinti" trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsində usta vəzifəsində, xx.xx.1990-cı ildən xx.xx.2003-cü ilə qədər həmin müəssisədə iş icraçısı vəzifəsində, xx.xx.2006-cı ildən xx.xx.2011-ci ilə qədər "xxxx" MMCdə iş icraçısı vəzifəsində, xx.xx.2011-ci ildən xx.xx.2013- cü ilə qədər "xxxx" MMC-də inşaat mühəndisi vəzifəsində işləmiş, xx.xx.2013-cü ildən xx.xx.2018-ci ilə qədər "xxxx" MMC-də direktor vəzifəsində, xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə qədər "xxxx" MMC-də baş mühəndis vəzifəsində işləmişdir, hazırda əmək fəaliyyətini davam etdirir. İddiaçı 1979- 1986-cı illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda təhsil almışdır. 2006-cı ilə qədər ümumi iş stajı 25 ildən çox, güzəştli iş stajı isə təkcə xx.xx.1990-cı ildən xx.xx.2003cü ilə qədər iş icraçısı vəzifəsində işlədiyi müddəti götürülsə 13 (on üç) il, 01 (bir) ay, 09 (doqquz) gün təşkil edir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin 31 mart 2003-cü il tarixli 92 saylı Sərəncamına əsasən “Xəzərdənizneftsosialtikinti" trestinin və onun struktur bölmələrinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. O, 57 yaşı tamam olduğu və güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı olduğu üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X8 Şəxsi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X8 Şəxsi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsassız olaraq 03 noyabr 2022-ci il tarixli, **********7 saylı məktubla iddiaçının xahişindən imtina etmişdir. İşlədiyi vəzifə (sahə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı, 21 iyun 1993-cü il tarixli "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" qərarının kod 22900000, XXVİİ bəndinin ( "Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri") b yarımbəndindəki (kod 2290000b) Rəhbərlər və mütəxəssislər, 22900000-24441 iş icraçıları vəzifələri ilə eynidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Q.M.X3 təqdim etdiyi "xxxx" ASCnin iddiaçıya dair 27 sentyabr 2022-ci il tarixli 01/101 nömrəli arayışında xx.xx.1983-cü il tarixdən xx.xx.2003-cü il tarixədək dövr ərzində 5 saylı Tikinti Quraşdırma İdarəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri "xxxx" ASC-də çoxsaylı yoxlamalarda olmuş və müəssisənin xx.xx.1995-ci il tarixdən sonra fəaliyyətdə olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (15 il 2 ay 13 gün (xx.xx.1979xx.xx.1980-ci il, xx.xx.1980- xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa, İddiaçı təqdim etdiyi sənədlərə əsasən güzəştli iş stajını müəyyən etmək mümkün olmamışdır. Cavabeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4026/2023 nömrəli, 22 iyun 2023-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, iddiaçı Q.M.X3 təqdim etdiyi "xxxx" ASC-nin iddiaçıya dair 27 sentyabr 2022-ci il tarixli 01/101 nömrəli arayışında xx.xx.1983-cü il tarixdən xx.xx.2003-cü il tarixədək dövr ərzində 5 saylı Tikinti Quraşdırma İdarəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri "xxxx" ASC-də çoxsaylı yoxlamalarda olmuş və müəssisənin xx.xx.1995-ci il tarixdən sonra fəaliyyətdə olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (15 il 2 ay 13 gün (xx.xx.1979xx.xx.1980-ci il, xx.xx.1980- xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa, məhkəmə gedişatında iddiaçının vəkili tərəfindən "xxxx" ASC-yə dair bir sıra sənədlər təqdim olunmuşdur. Həmin sənədlərə Mərkəzi Filial tərəfindən baxış keçirilmiş və İddiaçı dair əməkhaqqı cədvəlləri və əmr kitabları aşkar edilməmişdir. Beləliklə, İddiaçı təqdim etdiyi sənədlərə əsasən güzəştli iş stajını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza, apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə istinad edərək ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Belə olan halda iddia tələbinin qanuni əsasını qeyd edilən Qanunun 9.8-ci maddəsi təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 2 nömrəli siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin: - 2006-cı ilin yanvarın 1-dək ümumi iş stajı 25 ildən; - güzəştli iş stajı 12 il 6 aydan az olmamalıdır. İddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması işin mübahisələndirilməyən halıdır. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1962-ci ildə doğulmuş, onun 57 yaşı xx.xx.2019-ci il tarixdə tamam olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin mübahisəli halı tələb olunan ümumi iş stajının və güzəştli iş stajının mövcud olmaması ilə bağlıdır. Cavabdeh tələb olunan ümumi iş stajının olmaması ilə bağlı apellyasiya şikayətində iddiaçının "xxxx" ASC-nin 5 saylı Tikinti Quraşdırma İdarəsində xx.xx.1995-ci ildən sonrakı tarixdə işlədiyi dövrü mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti mübahisələndirilən dövr üzrə əsassızdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC-nin 01/101 nömrəli, xx.xx.2022-ci il tarxili arayışına əsasən bildirilmişdir ki, X1 xx.xx.1983-cü ildən “Azərdənizneft inşaat” trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsində 2-ci dərəcəli fəhlə və usta peşələri üzrə işləmişdir. xx.xx.1990-cı ildə “Xəzərdənizneftqaz” İstehsalat Birliyinin və X11 X4 Respublikası Komitəsinin 15 yanvar 1990-cı il tarixli 12/35-10d saylı əmr – Qərarına əsasən –“Azərdənizneftinşaat” trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsi yeni yaradılan “Xəzərdənizneftsosialtikinti” trestinin tabeliyinə verilib və 2 saylı Tikinti Quraşdırma İdarəsi adlanıb. xx.xx.1990-cı ildə iş icraçısı vəzifəsinə keçirilib. xx.xx.2003-cü il Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin 31 mart 2003-cü il tarixli 92 saylı Sərəncamına əsasən “Xəzərdənizneftsosialtikinti” trestinin və onun struktur bölmələrinin bazasında "xxxx" ASC yaradılmışdır. xx.xx.2003-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştatın ixtisara düşməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməklə tutduğu vəzifədən azad edilib. İşlədiyi müddətdə öz hesabına məzuniyyətdə olmamışdır. İş icraçısı vəzifəsində çalışan işçilərə nəinki, öz hesabına məzuniyyət verilmirdi, hətta obyektlərin tikintisi vaxtında başa çatdırılması ilə əlaqədar həmin şəxslər növbəti məzuniyyətə belə vaxtında buraxılmırdı və yaxud növbəti məzuniyyətdən vaxtından əvvəl geri çağırıldı. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC-nin 01/03 nömrəli, xx.xx.2023-cü il tarixli arayışına əsasən bildirilmişdir ki, X1 xx.xx.1990-cı ildən xx.xx.2003cü ilə qədər “Xəzərdənizneftsosialtikinti” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsində iş icraçısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası İqtisadi X7 Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin 31 mart 2003-cü il tarixli 92 saylı Sərəncamına əsasən “Xəzərdənizneftsosialtikinti” trestinin və onun struktur bölmələrinin bazasında "xxxx" ASC yaradılmışdır. İşlədiyi vəzifə (sahə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı, 21 iyun 1993-cü il tarixli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” qərarının kod 22900000, XXVİİ bəndinin (“Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpaası və təmiri”) b yarımbəndindəki (kod 2290000b) rəhbərlər və mütəxəssislər, 22900000-2441 iş icraçıları vəzifələri ilə eynidir. İddiaçı tərəfindən əlavə olaraq əmək kitabçasının surəti məhkəməyə təqdim edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusu əsasında Azərbaycan Respublikası "xxxx" ASC-nin Bakı İnzibati Məhkəməsinə ünvanladığı 01/79 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən bildirilmişdir ki, “Xəzərdənizneftsosialtikinti” tresti – xx.xx.1990-cı ildə “Xəzərdənizneftqaz” İstehsalat Birliyinin və Neft və Qaz Sənayesi X4 Respublikası Komitəsinin 15 yanvar 1990-cı il trixli 12/35-10d saylı Əmr-Qərarına əsasən yaradılmışdır. Trest Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tərkibində fəaliyyət göstərmişdir və Neft Şirkətinin tikinti və təmin işlərinin böyük hissəsi məhz "Xəzərdənizneftsosialtikinti” tresti tərəfindən həyata keçirilmişdir. Trest yarandığı gündən bir gün də öz fəaliyyətini dayandırmayıb. Əmlak Məsələləri Dövlət Komitəsinin 31 mart 2003-cü il tarixli, 92 saylı sərəncamı ilə “Xəzərdənizneftsosialtikinti” trestinin və onun struktur bölmələrinin əsasında "xxxx" ASC yaradılmışdır və cəmiyyət bu gün də vergi ödəyicisi kimi öz fəaliyyətini davam etdirir. Müəssisənin fəaliyyətini dayandırmaması vergi orqanları tərəfindən verilən cavab məktubu ilə öz təsdiqini tapır. Həmçinin "xxxx" ASC-nin (keçmiş “Xəzərdənizneftsosialtikinti” tresti) müəyyən müddətdə öz fəaliyyətinin dayandırması barədə DSMF tərəfindən irəli sürülən iddianın əsassız olması Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(102)-139/2023-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsinin sorğusu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, **********219900 nömrəli “müraciətin cavablandırılması haqqında” məktubuna əsasən bildirilmişdir ki, vergi ödəyicilərinin dövlət reyestrində “Xəzərdənizneftsosialtikinti” Trestinin xx.xx.1994-cü il tarixdə KOL-1417 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Həmçinin, hazırda vəziyyəti aktiv olan "xxxx" ASC (VÖEN: **********) xx.xx.2003-cü il tarixli Nizamnamənin 1.1-ci bəndinə əsasən “Xəzərdənizneftsosialtikinti” Trestinin çevrilməsi nəticəsində yaradılıb və onun hüquqi varisidir. Beləliklə, məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, “Xəzərdənizneftsosialtikinti” Tresti xx.xx.1994-cü ildə dövlət qeydiyyatından keçmiş və halhazırda fəaliyyətini davam etdirir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının analoji iş üzrə (2-1(102)-139/2023 saylı, xx.xx.2023-cü il tarixli) qərarı ilə, "xxxx" ASC-nin xx.xx.1997-xx.xx.2004-cü il tarixləri arası fəaliyyətinin olmasına qiymət verilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, xx.xx.1983xx.xx.2003-cü il tarixləri arasında "2 saylı Tikinti Quraşdırma İdarəsində" işləməsi barədə əmək kitabçasında məlumatlar mövcud olduğundan, aparılan qeydlərdə şübhəli məqam mövcud olmadığından, qeydlərdə ardıcıllıq pozulmadığından və əmək kitabçasının mötəbərliyi şübhə doğurmadığından, həmçinin, cavabdeh tərəfindən iddiaçının sözügedən müəssisələrdə işləməsini təkzib edən sübutlar təqdim edilmədiyindən, həmin dövrlərin iddiaçının əmək stajına daxil edilməli olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən dövr üzrə apellyasiya şikayəti əsassız olsa da, birinci instansiya məhkəməsi iddiaçının ümumi iş stajını düzgün müəyyən etməmişdir, belə ki, apellyasiya instansiya məhkəməsində icraat zamanı mübahisələndirilən dövr də daxil edilməklə iddiaçının tələbi üzrə xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 23 il 11 ay 29 gün olması, nəticədə iddiaçının 25 il ümumi stajının tamamlanmaması müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan HB 972169 nömrəli diplomun surətindən görünür ki, iddiaçı 1979-cu ildə Azərbaycan İnşaat Mühəndisləri institutuna daxil olmuş və 1987-ci ildə həmin institutu bitirmişdir, eyni zamanda iş materiallarındakı sənədlərdən, əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilə qədər “Azərkimyatəchizat” idarəsində fəhlə işləmiş, xx.xx.1980-ci ildən xx.xx.1982-ci illər arasında hərbi xidmətdə olmuş, xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilə qədər "Azərkimyatəchizat" idarəsində təchizatçı vəzifəsində işləmiş, xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilə qədər Sumqayıt kimya idarəsində, xx.xx.1985-ci ildən xx.xx.1989-cu ilə qədər "Azərdənizneftinşaat" trestində fəhlə işləmiş, xx.xx.1990-cı ildən iş icraçısı vəzifəsinə keçirilmiş, xx.xx.2003-cü il tarixində əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, əmək kitabçasında xx.xx.2006-cı ilədək qeyd edilmiş əmək fəaliyyəti dövrləri 21 il 11 ay 26 gün, hərbi xidmət dövrü- 2 il 3 gün nəzərə alınsa ümumi staj 23 il 11 ay 29 gün olur. Birinci instansiya məhkəməsi üst-üstə düşən təhsil və iş dövrlərini ayrı-ayrılıqda hesablamaqla ümumi iş stajının 25 ildən çox olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: - 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. Məhkəmə kollegiyası üst-üstə düşən dövrlərlə bağlı qeyd edir ki, “Əmək pensiyası haqqında” Qanunun 22.1-ci maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Məhkəmə kollegiyası qeyd edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərdən biri olan ümumi iş stajı kifayət etmədiyindən, digər şərtlər üzrə geniş araşdırmanın aparılmasını prosessual qənaət prinsipinə əsaslanaraq zəruri hesab edilmir. Beləliklə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı, 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 2 nömrəli siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək tələb olunan 25 il ümumi stajını toplamadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilməz. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlər ödənilmədiyindən birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə əsassızdır, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4026/2023 nömrəli, 22 iyun 2023-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” bаrədə iddiа tələbi təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-486/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-486/2024
25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver