Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-486/2025 06.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Prezident təqaüdünün verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8970/2024 nömrəli, 05 avqust 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ayda 300 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1967-ci il tarixdə doğulmuşdur. xx.xx.1984-cü il tarixdən 30 iyun 1990-cı il tarixədək (05 il 09 ay 29 gün) N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil almış, 01 avqust 1990-cı il tarixdən 29 iyul 1991-ci i tarixədək (00 il 11 ay 29 gün) N.Nərimanov adına 1 №-li X4 xəstəxanasında həkim-interna, 10 sentyabr 1991-ci il tarixdən 29 avqust 1994-cü il tarixədək (03 il 11 ay 19 gün) Sumqayıt şəhər 3 №-li uşaq poliklinikasında sahə həkimi, 01 sentyabr 1994-cü il tarixdən 02 noyabr 1998-ci il tarixədək (04 il 02 ay 01 gün) Sumqayıt şəhər 1 saylı doğum evində həkim-ginekoloq vəzifələrində işləmiş, 01 noyabr 1998-ci il tarixdən 01 noyabr 2001-cı ıl tarixədək (03 il 00 ay 00 gün) Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda aspiranturada təhsil almış, 01 noyabr 2001-ci il tarixdən 11 iyul 2023-cü il tarixədək (21 il 08 ay 18 gün) X1 İnstitutunda elmi işçi və baş elmi işçi vəzifələrində işləmişdir. Göründüyü kimi, 11 iyul 2023-cü il tarixədək əmək stajı 40 il 08 ay 06 gün təşkil etmişdir. Həmin staj illərinin 31 il 07 ay 17 gün müddətini təhsil müəssisələrində və elmi müəssisələrdə çalışmışdır. 01 sentyabr 1984-cü il tarixdən 30 iyun 1990-cı il tarixədək (05 il 09 ay 29 gün) N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil müddəti, 01 avqust 1990-cı il tarixdən 29 iyul 1991-ci il tarixədək (00 il 11 ay 29 gün) N.Nərimanov adına 1 №-li X4 xəstəxanasında həkim-interna vəzifəsində işlədiyi müddət və 01 noyabr 1998-ci il tarixdən 01 noyabr 2001-ci il tarixədək (03 il 00 ay 00 gün) Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda aspiranturada təhsil aldığı müddət Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020ci il tarixli 1229 №-li Fərmanında göstərilmiş tələb olunan 25 il əmək stajı müddətinə daxil edilməlidir. Belə ki, həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin d-bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadrlar hazırlayan kurslarda, ixtisaslaşdırma və ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxildir. Azərbaycan Respublikasının Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 №-li Fərmanına əsasən, əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elini müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 manat müəyyən olunmuşdur. Qeyd edilən müəssisələrdəki təhsil və işlədiyi müddətlər sığorta stajına daxil edildikdə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində olan staj kimi sığorta stajı 31 il 07 ay 17 gün təşkil edir. Digər tərəfdən, ona 31 iyul 2023-cü il tarixdə İ dərəcəli əlil kimi əmək pensiyası təyin edilmişdir. Göstərilənləri nəzərə alaraq, sözügedən Fərmandan irəli gələn tələblərin ona münasibətdə tətbiq edilərək 300 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün verilməsi barədə qərar qəbul edilməsi məqsədilə cavabdehə müraciətinə imtina cavabı verilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Bəhlul Cəlalov) 2-1(112)-8970/2024 nömrəli, 05 avqust 2024-cü il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 05 avqust 2024-cü il tarixli qərarı qanunsuzdur və ona görə də apellyasiya qaydasında ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. İddiaçı xx xxxxxx 1967-ci il tarixində doğulmuşdur. İddiaçı 01 sentyabr 1984-cü il tarixdən 30 iyun 1990-cı il tarixədək (05 il 09 ay 29 gün) N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil almış, 01 avqust 1990-cı il tarixdən 29 iyul 1991-ci il tarixədək (00 il 11 ay 29 gün) N.Nərimanov adına 1 №-li X4 xəstəxanasında həkim-interna, 10 sentyabr 1991-ci il tarixdən 29 avqust 1994-cü il tarixədək (03 il 11 ay 19 gün) Sumqayıt şəhər 3 №li uşaq poliklinikasında sahə həkimi, 01 sentyabr 1994-cü il tarixdən 02 noyabr 1998-ci il tarixədək (04 il 02 ay 01 gün) Sumqayıt şəhər 1 saylı doğum evində həkim-ginekoloq vəzifələrində işləmiş, 01 noyabr 1998-ci il tarixdən 01 noyabr 2001-ci il tarixədək (03 il 00 ay 00 gün) Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimnləri Təkmilləşdirmə İnstitutunda aspiranturada təhsil almış, 01 noyabr 2001-ci il tarixdən 11 iyul 2023-cü il tarixədək (21 il 08 ay 18 gün) X1 İnstitutunda elmi işçi və baş elmi işçi vəzifələrində işləmişdir. Göründüyü kimi, 11 iyul 2023-cü il tarixinədək əmək stajı 40 il 08 ay 06 gün təşkil etmişdir. Həmin staj illərinin 31 il 07 ay 17 gün müddətini təhsil müəssisələrində və elmi müəssisələrdə çalışmışdır. 01 sentyabr 1984-cü il tarixdən 30 iyun 1990-cı il tarixədək (05 il 09 ay 29 gün) N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil müddəti, 01 avqust 1990-cı il tarixdən 29 iyul 1991-ci il tarixədək (00 il 11 ay 29 gün) N.Nərimanov adına 1 №-li X4 xəstəxanasında həkim-intema vəzifəsində işlədiyi müddət və 01 noyabr 1998-ci il tarixdən 01 noyabr 2001-ci il tarixədək (03 il 00 ay 00 gün) Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimnləri Təkmilləşdirmə İnstitutunda aspiranturada təhsil aldığı müddət Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 №-li Fərmanında göstərilmiş tələb olunan 25 il əmək stajı müddətinə daxil edilməlidir. Belə ki, həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin d-bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadrlar hazırlayan kurslarda, ixtisaslaşdırma və ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxildir. Azərbaycan Respublikasının Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 №-li Fərmanına əsasən, əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 manat müəyyən olunmuşdur. Qeyd edilən müəssisələrdəki təhsil və işlədiyi müddətlər sığorta stajına daxil edidikdə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində olan staj kimi sığorta stajı 31 il 07 ay 17 gün təşkil edir. Göstərilənləri nəzərə alaraq, sözügedən Fərmandan irəli gələn tələblərin ona münasibətdə tətbiq edilərək 300 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün verilməsi barədə qərar qəbul edilməlidir. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazda qeyd olunur: İddiaçı cavabdehə qarşı Prezident təqaüdünün təyin edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmiş, narazı qalan İddiaçı tərəfindən qərardan apellyasiya şikayəti verilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından verilmiş apellyasiya şikayəti qanunazidd və əsassız hesab olunmaqla təmin edilməməlidir. İddiaçı cavabdeh quruma ərizə ilə müraciət edərək ona fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubuna əsasən iddiaçıya müvafiq Prezident təqaüdünün təyin edilməsindən imtina edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ona fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsini tələb edir. Bakı İnzibati Məhkəməsi xx.xx.2024-cü il tarixli qərarında müəyyən etmişdir ki, iddiaçı 25 il elmi müəssisədə çalışmadığı təqdirdə cavabdeh ona Prezident təqaüdünün verilməsindən imtina etməkdə haqlı olmuşdur və bu səbəbdən iddia tələbi rədd edilməlidir. İddiaçıya təqdim edilmiş imtinanın hüquqi əsasını “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 nömrəli Fərmanı təşkil etmişdir. Həmin Fərmanın iddiaçının müraciət etdiyi tarixdə qüvvədə olmuş redaksiyası aşağıdakı kimi ifadə olunmuşdur: “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 manat müəyyən olunsun. Bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.” Fərmanın istinad olunan müddəaları baxımından iddiaçıya Prezident təqaüdünün təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin birlikdə ödənilməsi tələb olunur: iddiaçı elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində çalışmalıdır (iş yerinin fəaliyyət istiqaməti ilə bağlı tələb); iddiaçının çalışdığı 1-ci bənddə qeyd olunan müəssisə(lər) onun əsas iş yeri olmalıdır (əvəzçilik üzrə əmək müqaviləsinə yol verilməməsi tələbi); iddiaçının əmək kitabçasında onun 1-ci bənddə qeyd olunan iş yer(lər)i ilə bağlı müvafiq qeydiyyat aparılmalıdır (əmək kitabçasında qeydlərin olması tələbi); iddiaçı 1-ci bənddə qeyd olunan iş yer(lər)ində azı 25 il çalışmalıdır (iş stajı tələbi); iddiaçının elmlər doktoru və ya fəlsəfə doktoru elmi dərəcəsi olmalıdır (elmi dərəcə tələbi); iddiaçı təqaüd təyin edilərkən işləməməlidir (əmək münasibətlərinə xitam verilməsi tələbi); iddiaçının əmək pensiyası hüququ olmalıdır (pensiya tələbi). İnzibati icraat materiallarından da aydın olur ki, iddiaçıya münasibətdə sadalanan şərtlərin bir qismi ödənilmişdir. Belə ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən iddiaçıya həqiqətən də cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixdən əlilliyə görə pensiya təyin edilmişdir və pensiya ödənişi hazırda davam edir. MEİS-in “Sığorta” altsistemi vasitəsilə əldə edilmiş məlumata və əmək kitabçasındakı qeydlərə əsasən iddiaçı hazırda işləmir. Bundan əlavə, iddiaçının təqdim etdiyi sənədlərə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının xx.xx.2011-ci il tarixli qərarı ilə ona tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. Bundan əlavə, imtina məktubuna görə iddiaçı həqiqətən bir müddət elmi müəssisədə əsas iş yeri üzrə işləmişdir. Bununla bağlı əmək kitabçasında müvafiq qeydlər də aparılmışdır. Lakin bu staj cəmi 21 il 8 ay 10 günü əhatə etdiyinə görə ona Prezident təqaüdünün təyin olunması mümkün olmamışdır. İddiaçı iddia ərizəsində bir sıra dövrlərin Fərmanla tələb edilən azı 25 illik staj müddətinə daxil edilməli olduğunu qeyd etmişdir: xx.xx.1984-cü il tarixdən xx.xx.1990-cı il tarixədək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil müddəti. İddia ərizəsində də qeyd olunduğu kimi, həmin dövr iddiaçının yalnız təhsil aldığı müddəti əhatə edir və bu dövrdə iddiaçının işləməsi ilə bağlı heç bir sübut mövcud deyil. Belə ki, iddiaçının təqdim etdiyi əmək kitabçası xx.xx.1990-cı il tarixdə, yəni təhsilini başa vurduqdan sonra doldurulmuşdur və kitabçada həmin tarixə qədərki əmək fəaliyyəti ilə bağlı heç bir qeyd mövcud deyil. Fərmandan isə aydın olur ki, təqaüd təyin edilən şəxslərdən təhsil müəssisəsində çalışması tələb olunduğuna görə 25 illik staja təhsil müəssisəsindəki təhsil müddəti deyil, yalnız iş müddəti daxil edilə bilər. Odur ki, təhsil müəssisəsi şəxsin çalışdığı iş yeri olduğu təqdirdə Fərmanda qeyd edilən staja daxil edilir. İddiaçının qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda təhsil müddətinin iş stajına daxil edilməsi ilə bağlı maddəyə istinad etməsi isə hazırkı iş üçün hüquqi əhəmiyyət kəsb etmir. Belə ki, həmin Qanunun giriş müddəalarından da göründüyü kimi bu normativ-hüquqi aktda yalnız pensiya təminatı məsələləri tənzimlənir. Fərmanda isə birbaşa göstərilmişdir ki, müvafiq Prezident təqaüdü əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirləri davam etdirmək məqsədilə Prezident tərəfindən təsis edilmişdir. Buna görə də Qanunla müəyyən edilən əmək pensiyasının təyin edilməsi şərtləri Fərmanla müəyyən edilən təqaüdün təyin edilməsi şərtlərindən fərqləndirilməlidir. Pensiya və təqaüdün təyin edilməsindəki fərqlilik təyinat üçün tələb edilən sənədlərdən də görünür. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1.4-cü bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 368 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nın 6.8-ci bəndinə əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü bu kateqoriyadan olan şəxslərə Azərbaycan Respublikasında yerləşən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində çalışdıqda bu Qaydanın 4.1.26-cı yarımbəndi ilə müəyyən edilmiş sənədlər əsasında təyin edilir. Həmin Qaydanın 4.1.26-cı yarımbəndinə əsasən sosial ödənişlərin müraciət əsasında təyin edilməsi üçün sosial ödəniş almaq hüququ olan şəxsin şəxsiyyət vəsiqəsinin surəti və əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün aşağıdakı aidiyyəti sənədlərin və ya onların surətinin təqdim edilməsi tələb olunur: əmək kitabçasının surəti; fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi barədə diplomun surəti. Eyni müddəalar istinad edilən Qaydanın təsdiq edilməsi ilə qüvvədən düşmüş və hazırkı iş üzrə iddiaçıya imtina məktubu verilərkən qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21,09.2015-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 2.34-cü yarımbəndində də təsbit edilmişdir. Göründüyü kimi, pensiyadan fərqli olaraq Prezident təqaüdünün təyin edilməsi üçün təhsil dövrünü təsdiq edən sənəd tələb olunmur. xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək N.Nərimanov adına 1 nömrəli X3 xəstəxanasında iş müddəti: “Elm haqqında” Qanunun 1.0.22-ci maddəsinə əsasən elmi müəssisə və təşkilat - elm və elmi-texniki fəaliyyətlə məşğul olan hüquqi şəxsdir. “Təhsil haqqında” Qanunun 1.0.47-ci maddəsinə əsasən təhsil müəssisəsi - müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurumdur. Xəstəxana isə bu mənada istər elmi müəssisə və təşkilat, istərsə də təhsil müəssisəsi hesab edilmir. xx.xx.1998-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda aspirantura təhsili müddəti: Təhsil müddəti Fərmanın tələbləri baxımından staja daxil edilmir. İnzibati icraat materiallarından görünür ki, iddiaçının təhsil aldığı bu müddət ərzində işləyib-işləməməsi ilə bağlı əmək kitabçasında hər hansı qeyd olmadığına görə müvafiq halın araşdırılması zərurəti yaranmışdır. X5 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə xx.xx.2024-cü il tarixli birgə aktı tərtib olunmuş və həmin akta əsasən qeyd edilən dövr ərzində iddiaçıya əmək haqqı hesablanmadığı və hər hansı əmək fəaliyyətinin olmadığı aşkar edilmişdir. İddiaçı iddia ərizəsində məhz aspiranturada təhsil aldığına görə bu müddətin staja daxil edilməsini məhkəmədən xahiş etmiş və həmin dövrdə əmək fəaliyyəti ilə məşğul olub-olmamasına münasibət bildirməmişdir. Bundan əlavə, iddiaçı apellyasiya şikayətində aspirantura təhsili müddətinə cavabdeh və birinci instansiya məhkəməsi tərəfindən heç bir fikir bildirilmədiyini qeyd etsə də, cavabdeh həmin dövrə həm imtina məktubunda, həm də etirazda münasibət bildirmişdir. Prezident təqaüdünün təyin edilməsi üçün əvvəldə qeyd edilmiş yeddi tələbin hər biri ilə bağlı şərtlər mövcud olmalıdır. Cavabdeh sadalanan şərtlərdən hətta birinin mövcud olmadığı təqdirdə iddiaçıya Prezident təqaüdünün təyinatından imtina etməkdə haqlıdır. İddiaçının həmin Fərmanda qeyd edilən iş yerlərindəki iş stajı tələb olunandan az olduğuna görə Fərmanın müddəaları əsasında iddiaçıya Prezident təqaüdünün təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Deməli, cavabdeh iddiaçıya Prezident təqaüdünün təyin olunmasından imtina etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Bu səbəbdən cavabdehin imtinası qanunauyğundur. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsi və qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən xx.xx.2021-ci il tarixindən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tanxlı 1969 nömrəli Fərmanına əsasən xx.xx.2023-cü il tarixindən elmlər doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün məbləği 500 manata, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 manata çatdırılmışdır. xx.xx.1998-ci il tarixindən xx.xx.2001-ci il tarixədək olan dövr ərzində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda aspirantura təhsili ərzində işləyib-işləmədiyinizin araşdırılmasına zərurət yaranmış və bu məqsədlə müvafiq sorğu göndərilmişdir. Mərkəzi Filialın Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə xx.xx.2024-cü il tarixli birgə aktına əsasən xx.xx.1998-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək olan dövr ərzində aspirantura təhsili ərzində Sizə əmək haqqı hesablanmamış və hər hansı əmək fəaliyyətiniz olmamışdır. Bu səbəbdən aspirantura təhsili dövrünüzün elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində olan staj kimi sığorta stajınıza daxil edilməsi mümkün olmamışdır. Sizin elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi sığorta stajınız (21 il 08 ay 10 gün) Fərmanla tələb olunan 25 il sığorta stajından az olduğu üçün Sizə sözügedən təqaüdün təyin edilməsi Fərmanın tələbləri baxımından mümkün hesab edilmir. “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanı:
1. Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 (beş yüz) manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manat müəyyən olunsun.
2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1. 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir.
4. Bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdə doğulmuşdur. İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1990-cı il tarixədək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil almış, xx.xx.1990-cı il tarixdən 29 iyun 1991-ci il tarixədək N.Nərimanov adına 1 №-li X3 xəstəxanasında həkim-pediatr ixtisası üzrə internaturanı keçmiş, xx.xx.1991-ci il tarixdən 29 avqust 1994-cü il tarixədək Sumqayıt şəhər 3 №-li uşaq poliklinikasında sahə həkimi, xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək Sumqayıt şəhər 1 saylı doğum evində həkim-ginekoloq vəzifələrində işləmiş, xx.xx.1998-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda aspiranturada təhsil almış, xx.xx.2001-ci il tarixdən 11 iyul 2023-cü il tarixədən X1 İnstitutunda elmi işçi vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası 3 yanvar 2011-ci il tarixli qərarı ilə iddiaçıya tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. İddiaçıya xx.xx.2023cü il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir və ödənilir. Hazırda iddiaçı “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən fəlsəfə doktoru elmi dərəcəsinə görə təsis edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ona ödənilməsini tələb edir. Cavabdeh iddiaçının elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi sığorta stajı (21 il 08 ay 10 gün) qeyd olunan Fərmanla tələb olunan 25 il sığorta stajından az olduğu üçün təqaüdün təyin edilməsini Fərmanın tələbləri baxımından mümkün hesab etməmiş və iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Göründüyü kimi, cavabdeh iddiaçının yalnız xx.xx.2001-ci ildən 11 iyul 2023-cü ilədək X1 İnstitutunda elmi işçi vəzifəsində çalışdığı iş stajını Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanının tələblərinə uyğun olaraq əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində olan sığorta stajı kimi mübahisələndirməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanının tələblərinə əsasən Azərbaycan Respublikası Prezidentinin təqaüdü aşağıdakı şərtlərə cavab verən şəxslərə təyin edilir: 1) Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışan; 2) elmi dərəcəsi olan; 3) işləməyən; 4) əmək pensiyası hüququ olan. Hazırkı işdə iddiaçıya münasibətdə mübahisələndirilən yeganə hal iddiaçının əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində 25 ildən az çalışmasıdır. Bununla əlaqədar qeyd olunmalıdır ki, iddiaçının xx.xx.2001-ci ildən 11 iyul 2023-cü ilədək X1 İnstitutunda elmi işçi vəzifəsində çalışdığı iş stajı istisna olmaqla, digər dövrlər əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində olan staj kimi sığorta stajına daxil edilmir. Belə ki, həmin dövrlər əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində olan iş stajı deyildir. İddiaçının iddia tələbinin əsası kimi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə istinad etməsinə münasibətdə qeyd edilməlidir ki, qeyd olunan norma təhsil illərinin iş stajına daxil edilməsi ilə bağlı olmaqla, eləcə də ümumi əmək stajına daxil olan fəaliyyət növlərini göstərməklə pensiya təminatı məsələlərini tənzimləyir. Təhsil müddəti pensiya təyin edilməsi üçün iş stajına daxil edilsə də, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanının tələbləri baxımından əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində olan iş stajı hesab edilmir. Göründüyü kimi, iddiaçının əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində olan iş stajı Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanı ilə tələb olunan 25 il sığorta stajından az olduğu üçün ona təqaüdün təyin edilməsindən cavabdehin imtinası qanuni və əsaslıdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8970/2024 nömrəli, 05 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.