Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-487/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi, vəkil X6, Üçüncü şəxs Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (3-cü şəxs: Bakı Nəqliyyat Agentliyi) qarşı sərəncamın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 28.07.2021-ci il tarixli, 2-1(112)-395/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı İddiaçınə dair “Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.03.2010-cu il tarixli, 109 saylı; 17.07.2012-ci il tarixli, 311 saylı və 30.01.2018-ci il tarixli, 46 saylı sərəncamlarının ləğv edilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20 aprel 2018-ci il tarixli, 302 saylı sərəncamının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 28.06.2011-ci il tarixli, 04/1 saylı müraciəti və dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair 09.06.1997-ci il tarixli, 003217 saylı şəhadətnaməni nəzərə alaraq, Bakı şəhər İcra Hakimiyyəti başçısının 29.03.2010-cu il tarixli, 109 saylı sərəncamı ilə Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsinin şərq hissəsində yerləşən “Dərnəgül” metro stansiyasının qərb hissəsində İddiaçınə iaşə obyektinin tikintisi üçün ayrılmış 0.9775 ha torpaq sahəsinin 0.5022 ha torpaq sahəsində əlavə edilməklə ümumilikdə 1.4797 ha torpaq sahəsinin iaşə obyektinin layihələndirilməsi və tikintisi üçün icazə əsasında həmin müəssisənin istifadəsinə verilmişdir. 23.07.2012-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən istifadəyə (icarəyə) verilən torpaq sahəsinin 12/94 saylı ayrıc aktı verilmişdir. 13.09.2012-ci ildə isə 17.07.2012-ci il tarixli, 311 saylı sərəncam ilə 12/94 saylı ayrıc aktına əlavə edilmişdir. 24.12.2013-cü il tarixdə iaşə obyektinin təqdim olunmuş işçi layihəsinə baxılaraq, 3 ədəd 7 mərtəbəli, 1 ədəd, 3 mərtəbəli tikintinin memarlıq hissəsi razılaşdırılmışdır. 19.09.2017-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi X1sı Baş İdarəsi tərəfindən 24162 saylı rəy verilmişdir. 30.01.2018-ci il tarixdə obyektin tikintisinə 08 saylı icazə verilmişdir. 04.05.2018-ci il tarixdə İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tikinti işlərinə başlanması üçün əsas olan 248 saylı xüsusi nişan verilmişdir. 30.01.2018-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 46 saylı sərəncamı ilə İddiaçınə obyektin tikintisinə icazə verilmişdir. 20.04.2018-ci il tarixli Bakı şəhər İcra Hakimiyyəti Başçısının 302 saylı sərəncamı ilə ““Dərnəgül” metro stansiyası ətrafında “X5” yaradılması ilə əlaqədar İddiaçınə Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəi, “Dərnəgül” metro stansiyasının qərb hissəsində iaşə obyektinin layihələndirilməsi və tikintisinə icazə verilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20.03.2010-cu il tarixli, 109 saylı, 17.07.2012-ci il tarixli, 311 saylı və 30.01.2018-ci il tarixli, 46 saylı sərəncamları və bu sərəncamların icrası istiqamətində aparılmış digər sənədləşmə işləri ləğv edilmişdir. 01.06.2018-ci il tarixdə isə həmin sərəncam rəsmi qaydada İddiaçınə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Memarlıq və Şəhərsalma Baş İdarəsi tikinti işlərinin başlanması üçün əsas olan 04.05.2018-ci il tarixli, 248 saylı xüsusi nişan verilməsindən sonra əvvəlki tarixə yəni, 20.04.2018-ci il tarixdə ləğv edilmiş qanunsuz inzibati akt (sərəncam) ləğv olunmalı və əvvəlki yəni qanunsuz və əsassız ləğv edilən inzibati aktın bərpa edilməsi öhdəliyi Bakı şəhəri İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-695/2020 saylı, 28.01.2020-ci il tarixli qərardadı ilə Bakı Nəqliyyat Agentliyi üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 28.07.2021-ci il tarixli, 2-1(112)-395/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-397/2021 saylı, 25.02.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə qərar qəbul edərkən inzibati məhkəmə icraatına cəlb edilmiş 3-cü şəxs Bakı Nəqliyyat Agentliyinin İddiaçı KM tərəfindən qaldırılmış iddia ərizəsinə qarşı verdiyi etirazına, yəni Dəməgül metro stansiyasının qərb hissəsində yerləşən torpaq sahəsindən guya 17.03.2017-ci il tarixdən Agentlik tərəfindən istifadə edilməsinə və həmin ərazədə nəqliyyatın mübadilə məntəqəsinin yaradılmasına dair BNAnın 24.04.2017-ci il tarixli məktubu ilə X9 Hərəkət Təhlükəsizliyi Komissiyasına müraciət etməsinə, Bakı Şəhər İcra Hakimiyyəti, Azəryol ASC, Baş X13 İdarəsinin Bakı Nəqliyyat Agentliyi tərəfindən qaldırılmış məsələyə etirazlarının olmadıqlarını bildirmələrinə, Ölkə Prezidentinin 02 aprel 2018-ci il tarixli 1902 nömrəli Fərmanının 6.6-cı bəndinə görə Bakı şəhərində ilkin olaraq 4 nəqliyyatın mübahdilə mərkəzinin yaradılması ilə bağlı torpaq sahələrinin ayrılmasına, həmin fərmanın icrası ilə əlaqədar Nazirlər Kabineti tərəfindən 06.04.2018-ci il tarixli 237 nömrəli sərəncamın qəbul edilməsinə, ƏMDK-nə torpağın ayrılmasına dair təklif verməsinə, həmin Komitəsi tərəfindən yəni iddia veriləndən sonra BNA-nin təklifi əsasında 13.08.2018-ci il tarixdə qeyri- rəsmi tərtib edilmiş baş planda mərkəzi əhatə edəcək sahənin 7,3578 ha olacağına və bu sahənin İddiaçı KM-nə iaşə obyektin inşası üçün 2011- 2018-ci il tarixli 109, 311,46 saylı sərəncamlarla ayrılmış 1,4797 ha torpaq sahəsi ilə üst-üstə düşməsinə və 6 ədəd iaşə obyektinin, 1 ədəd idman mərkəzinin, nəqliyyatın mübadilə mərkəzinin işini guya iflic edəcəyini və bu baxımdan “İnzibati İcraat haqqında” Qanunun 67.1 -ci maddəsinin guya düzgün tətbiq edilməməsinə istinad etməsi olmuşdur. Həmçinin məhkəmə qərar qəbul edərkən adları yuxarıda göstərilən orqanlar arasındaki yazışmaları İnzibati orqanın, yəni Bakı şəhər İcra Hakimiyyətinin qanuni əsasla 10 il əvvəl Konstitusiyanın 148-ci maddəsinin 5-ci bəndinə uyğun qəbul etdiyi və sonradan heç bir səbəb olmadan 302 saylı sərəncamla əsassız ləğv etdiyi, inzibati aktdan üstün tutaraq iddianı təmin etməmişdir. Bu baxımdan hesab edirik ki, məhkəmə qaldırılmış iddiaya sübutlar və faktlar əsasında mahiyyə üzrə deyil, özünü qulluq mövqeyinə görə irəli sürdüyü dəlillər əsasında qiymət vermişdir. Bundan başqa məhkəmə prosesinin gedişatında 3-cü şəxs BNA ilə iddiaçı arasında barışıq sazişi bağlanmış və həmin 27.03.2021-ci il tarixli barışıq sazişinə əsasən 3,6,7 saylı iaşə obyektlər NMM-nin tikilməsi üçün BNA-nə verilmiş, BNA isə iddianın təmin edilməsinə etiraz etməməsinə dair məhkəməyə rəsmi məktub və barışıq sazişinin bir nüxsəsini təqdim etmişdir. Barışıq sazişi və arayış məhkəmə baxışı zamanı məhkəməyə təqdim edilsə də məhkəmə qərar qəbul edərək bunlara istinad etməmiş və hüquqi qiymət verməmişdir. Məhkəmə 3-cü şəxsin etirazına istinad edərək göstərmişdir ki gələcəkdə ayrılmalı olacaq torpaq sahəsindən guya 17 mart 2017-ci ildən BNA müvəqqəti istifadə edir. Baxmayaraq ki, bu günədək səlahiyyətli inzibati orqanlar tərəfindən BNA-nə “Dəməgül” metro stansiyasnın ətrafından və digər ərazilərdən Nəqliyyatın mübadilə məntəqəsinin inşası üçün 7,3578 kv.metr torpaq sahəsinin ayrılmasına dair sərəncam, nə də ki, Baş plan verilməmişdir. Ümumiyyətlə isə göstərilən 7,3576 kv.metr torpaq sahəsi “Dərnəgül” metro stansiyasının ətrafında yoxdur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 28.07.2021-ci il tarixli, 2-1(112)-395/2021 saylı qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi iddianın təmin olunmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası iclasa çağırılan cavabdehin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının və üçübcü şəxsin nümayəndələrinin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.03.2010-cu il tarixli, 109 nömrəli “iaşə obyektinin layihələndirilməsinə icazə verilməsi haqqında” sərəncamının surətindən görünür ki, Binəqədi rayon İcra Hakimiyyətinin 04.02.2010-cu il tarixli, 12-25/145 saylı razılıq məktubunu və "xxxx" Kiçik Müəssisəsinin 05.02.2010-cu il tarixli, 02 saylı müraciətini nəzərə alaraq, Bakı Metropoliteninin 16.02.2010-cu il tarixli, 40N-10/3-115 saylı rəyində qoyulmuş texniki şərtlər daxilində Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsinin şərqində, Bakı Metropoliteninin V nöbəsinə daxil olan “M.Müşfiq” metro stansiyasının qərb hissəsində yerləşən və "xxxx" Kiçik Müəssisəsi tərəfindən istifadədə olan 9775 kv.m torpaq sahəsi iaşə obyektinin layihələndirilməsi və tikintisi üçün icarə əsasında həmin müəssisənin istifadəsinə verilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının 311 nömrəli, 17.07.2012-ci il tarixli “Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.03.2010-cu il tarixli, 109 saylı sərəncamında dəyişiklik edilməsi barədə” Sərəncamın surətindən görünür ki, "xxxx" Kiçik Müəssisəsinin 28.06.2011ci il tarixli, 04/i saylı müraciəti və Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 09.06.1997-ci il tarixli, 003217 saylı şəhadətnaməsini nəzərə alaraq, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.03.2010-cu il tarixli, 109 saylı sərəncamı ilə Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsinin şərq hissəsində yerləşən “Dərnəgül” metro stansiyasının qərb hissəsində "xxxx" Kiçik Müəssisəsinə iaşə obyektinin tikintisi üçün ayrılmış 0.9775 ha torpaq sahəsin 0.5022 ha torpaq sahəsi də əlavə edilməklə, ümumilikdə 1.4797 ha torpaq sahəsi iaşə obyektinin layihələndirilməsi və tikintisi üçün icarə əsasında həmin müəssisənin istifadəsinə verilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının 46 nömrəli, 30.01.2018-ci il tarixli “Bakı şəhər İcra Hakimiyyətinin layihələndirmə ilə əlaqədar sərəncamını nəzərə alaraq, "xxxx" Kiçik Müəssisəsinə iaşə obyektinin tikintisinə icazə verilməsi haqqında” sərəncamın surətindən görünür ki, "xxxx" Kiçik Müəssisəsinin 18.01.2018-ci il tarixli, 02 saylı müraciətini, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələrini və Bakı şəhər İcra Hakimiyyəti Başçısının 17.07.2012-ci il tarixli, 311 saylı sərəncamını nəzərə alaraq, Binəqədi rayonu, 7-ci mkr. S.S.Axundov küçəsi, “Dərnəgül” metro stansiyasının qərb hissəsində iaşə obyektinin tikintisinə "xxxx" Kiçik Müəssisəsinə icazə verilmişdir. - “Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Tikinti İşlərinə Başlanılması üçün əsas olan” 248 nömrəli, 04.05.2018-ci il tarixli Xüsusi nişanın surətindən görünür ki, tikinti obyektinin sifarişçisi "xxxx" Kiçik Müəssisəsinə “Dərnəgül” metro stansiyasının qərb hissəsindəki ərazidə yerləşən, məişət və iaşə obyektlərinin / 6 ədəd 7 mərtəbəli (-8.40 m səviyyəsində yeraltı avtodayanacaq, - 4.20 m səviyyəsində xidməti sahə) /; idman mərkəzi (3 mərtəbəli, zirzəmi mərtəbəsi, köməkçi sahə və avtodayanacaq) tikinti işlərinə başlanılmasına xüsusi nişan verilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 2012-ci il tarixli, 12/94 saylı “İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin ayrıc aktının və ona əlavə edilmiş ayrıc aktına əlavədən görünür ki, "xxxx" Kiçik Müəssisəsinə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 17.07.2012-ci il tarixli, 311 saylı sərəncamı ilə Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsinin Şərq hissəsində yerləşən “Dərnəgül” metro stansiyasının Qərb hissəsində iaşə obyektinin tikintisi üçün ayrılan torpaq sahəsinə dair 12/94 saylı ayrıc aktı və həmin ayrıc aktına əlavə tərtib olunmuşdur. - Fövqəladə Hallar Nazirliyi X1 Baş İdarəsi tərəfindən təsdiq edilmiş 24162 nömrəli, 19.09.2017-ci il tarixli rəydən görünür ki, sifarişçi "xxxx" KM-nin “Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsinin şərq hissəsində yerləşən “Dərnəgül” metro stansiyasının qərb hissəsində məişət və iaşə obyektləri” üzrə işçi layihəsi bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılmışdır. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının 30.01.2018-ci il tarixli, 08 nömrəli tikintiyə icazə sənədinin surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyəti tərəfindən "xxxx" Kiçik Müəssisəsinə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsi, “Dərnəgül” metrostansiyasının qərb hissəsində, X-403305, Y-4475576 tikinti koordinatlarında tikinti işləri aparılmasına icazə verilmişdir. - "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Baş nazirinin müavininə ünvanlanmış 2/02-2856 nömrəli, 08 may 2017-ci il tarixli məktubdan görünür ki, Bakı Nəqliyyat Agentliyinin “Dərnəgül” X4 yaradılması ilə bağlı avtomobil yolunun hərəkət hissəsinin, “cib”lərin və piyada səkilərinin mərkəzin ərazisi kimi istifadə edilməsi barədə tapşırığa aidiyyəti üzrə baxılaraq bildirilmişdir ki, X4 yaradılması ilə əlaqədar yolun hərəkət hissəsinin, “cib”lərin və piyada səkilərinin mərkəzin ərazisi kimi istifadə edilməsinə dair Bakı Nəqliyyat Agentliyinin müraciətinə əlavə rəy və təklifləri yoxdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi tərəfindən Azərbaycan Respublikası Baş Nazirinin müavininə ünvanlanmış 11.05.2017-ci il tarixli, 016-53349-12H nömrəli məktubdan görünür ki, tapşırığa əsasən metronun “Dərnəgül” stansiyasının ətrafında X4 (HUB) təşkil edilməsi barədə Bakı Nəqliyyat Agentliyinin 228- 27-03/106 nömrəli, 24.04.2017-ci il tarixli müraciətinə baxılaraq bildirilmişdir ki, Agentliyin səlahiyyətli nümayəndələrinin iştirakı ilə aparılmış müayinənin nəticəsinə əsasən metronun “Dərnəgül” stansiyasının ətrafında X4 (HUB) təşkil edilməsi məqbul hesab olunur. - İşdə olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının 302 saylı, 20.04.2018-ci il tarixli "xxxx" Kiçik Müəssisəsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.03.2010-cu il tarixli, 109 saylı, 17.07.2012-ci il tarixli, 311 saylı və 30.01.2018-ci il tarixli, 46 saylı sərəncamlarının ləğv edilməsi haqqında” sərəncamın surətindən görünür ki, “Dərnəgül” metrostansiyası ətrafında X4 yaradılması ilə əlaqədar, "xxxx" X7 rayonu, 7-ci mkr, S.S.Axundov küçəsi, “Dərnəgül” metrostansiyasının qərb hissəsində iaşə obyektlərinin layihələndirilməsinə və tikintisinə icazə verilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.03.2010-cu il tarixli, 109 saylı, 17.02.2012-ci il tarixli, 311 saylı və 30.01.2018-ci il tarixli, 46 saylı sərəncamları və bu sərəncamların icrası istiqamətində aparılmış digər sənədləşmə işləri ləğv edilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinə ünvanlanmış 29.05.2018-ci il tarixli, 18/03-8/1742 nömrəli məktubdan görünür ki, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, “Dərnəgül” metrostansiyasının qərb hissəsində "xxxx" Kiçik Müəssisəsinə dair layihə sənədlərinin ləğv edilməsi barədə 04.05.2018-ci il tarixli, 09-1104/301 saylı məktubuna Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılaraq bildirilmişdir ki, Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsi, “Dərnəgül” metrostansiyasının qərb hissəsində iaşə obyektlərinin layihələndirilməsinə və tikintisinə icazə verilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.03.2010-cu il tarixli, 109 saylı, 17.07.2012-ci il tarixli, 311 saylı və 30.01.2018-ci il tarixli, 46 saylı sərəncamları və bu sərəncamların icrası istiqamətində aparılmış digər sənədləşmə işlərinin ləğv edilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti başçısının 20.04.2018-ci il tarixli, 302 saylı sərəncamı ilə ləğv edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Bakı Nəqliyyat Agentliyinə ünvanlanmış 13 avqust 2018-ci il tarixli, **********69 nömrəli məktubdan görünür ki, Bakı şəhərində 4 X4 yaradılması məqsədilə müəyyən edilmiş torpaq sahələrinin koordinatlarının təqdim edilməsinə dair 06 avqust 2018-ci il tarixli, 0911- 04/645 nömrəli məktuba Əmlak Məsələləri Dövlət Komitəsində baxılmışdır. Bununla əlaqədar bildirmişlər ki, Bakı şəhərində ilkin olara 4 X4 yaradılması məqsədilə Bakı Nəqliyyat Agentliyi tərəfindən təklif edilmiş və ayrılması nəzərdə tutulan torpaq sahələrinin baş-planları və koordinatları təqdim edilir, eyni zamanda həmin ərazilərdə yerləşən özəl mülkiyyətlərin mövcud qanunvericiliyin tələblərinə riayət edilməklə alınması məqsədəuyğun hesab edilir. - Bakı Nəqliyyat Agentliyi tərəfindən Bakı şəhər İcra Hakimiyyəti başçısına ünvanlanmış 03 sentyabr 2019-cu il tarixli, 09-11-04/1423 nömrəli məktubdan görünür ki, “Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” ölkə Prezidentinin 2018-ci il 2 aprel tarixli, 1902 nömrəli Fərmanının 6.6-cı bəndinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Agentliyin təklifləri əsasında Bakı şəhərində ilkin olaraq 4 X4 yaradılması məqsədilə torpaq sahələrinin ayrılması və həmin mərkəzlərin Agentlik tərəfindən tikilməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsinin təmin edilməsi tapşırığı verilmişdir. Bununla əlaqədar, Agentlik tərəfindən 4 X4 yerləri dəqiqləşdirilmiş və həmin məlumatlar əsasında Azəbraycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ərazilərin baş planları tərtib edilmiş, koordinatları təqdim edilmişdir. Müasir tələblərə cavab verən X4 yaradılması nəzərdə tutulan ərazilərdən biri də, hazırda faktiki olaraq həmin məqsəd üçün istifadə edilən Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsinin şərq, “Dərnəgül” metro stansiyasının isə qərb hissəsində yerləşən torpaq sahəsidir. Bildirirlər ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 13 avqust 2018-ci il tarixli, **********69 nömrəli məktubunda (qoşmasında) həmin ərazidə yerləşən və Agentliyə ayrılması nəzərdə tutulan torpaq sahəsinin 7.3578 ha olduğu və sözügedən ərazinin xüsusi mülkiyyətdə olmadığı göstərilmişdir. Digər tərəfdən həmin ərazinin bir hissəsinin "xxxx" Kiçik Müəssisəsinə ayrılması, həmçinin orada iaşə obyektinin layihələndirilməsi və tikintisi üçün icazə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamları 20 aprel 2018-ci il tarixli, 302 nömrəli digər sərəncam ilə ləğv edilmişdir. Yuxarıda göstərilənləri və tapşırığın icra müddətini bitməsini nəzərə alaraq, “Dərnəgül” metro stansiyasının çıxışları arasında olan 7.3578 ha torpaq sahəsinin Agentliyin istifadəsinə ayrılmasına köməklik göstərilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsi belə qərara gəlmişdir ki, cavabdeh tərəfindən iddiaçı barəsində mübahisəli sərəncam qəbul edilərkən qanunvericiliyin normalarına riayət edilmiş, hər hansı bir maddi hüquq normalarının düzgün tətbiq edilməməsi halı müəyyən edilməmişdir. Ona görə də, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, “İnzibati icraat haqqında” qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 68.2.3-cü maddəsinə əsasən qanuni əlverişli inzibati akt inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda ləğv edilə bilər. İş materiallarına əsasən müəyyən edilmişdir ki, mübahisə predmeti olan 302 saylı sərəncam həmin ərazidə X4 yaradılması ilə əlaqədar qəbul edilmişdir. Belə ki, “Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 02 aprel 2018-ci il tarixli, 1902 nömrəli Fərmanının 6.6-cı bəndinə görə Agentliyin təklifləri əsasında Bakı şəhərində ilkin olaraq 4 X4 yaradılması məqsədilə torpaq sahələrinin ayrılması və həmin mərkəzlərin Agentlik tərəfindən tikilməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsinin təmin edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Fərmanın icrası məqsədiilə Nazirlər Kabineti tərəfindən 06 aprel 2018-ci il tarixli, 237 nömrəli sərəncam qəbul edilmiş və sərəncamda digər məsələlərlə yanaşı Əmlak Məsələləri Dövlət Komitəsinə 4 X4 yaradılması ilə əlaqədar torpaq sahəsinin ayrılması ilə bağlı tapşırıq verilmişdir. Azərbaycan Respublikasının Prezidentinin tapşırığına uyğun olaraq Agentlik tərəfindən 4 X4 yerləri dəqiqləşdirilmiş və aidiyyəti qurumlara bu barədə təkliflər irəli sürülmüşdür. Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsinin şərq hissəsində yerləşən “Dərnəgül” metro stansiyasının qərb hissəsində yerləşən torpaq sahəsi də, həm sərnişin axınının nisbətən sıx olması, həm bir neçə ictimai nəqliyyatın (avtobus, metro, şəhərətrafı qatar və s.) kəsişməsində yerləşməklə mövcud “Tələblər”ə cavab verdiyindən həmin ərazi X4 yaradılması üçün təklif edilmişdir. Eyni zamanda nəqliyyat mübadilə mərkəzi yaradılması planlaşdırılarkən bu məqsədlə həmin ərazidə yolun hərəkət hissəsinin, “cib”-lərinin və piyada səkilərinin daimi olaraq X4 ərazisi kimi istifadə edilməsi məqsədilə ayrılması üçün 24 aprel 2017-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər X10 Təhlükəsizliyi Komissiyasına müraciət edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti, "xxxx" ASC (hazırki Azərbaycan Avtomobil Yollan Dövlət Agentliyi), Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi tərəfindən cavab məktublarında həmin ərazidə X4 yaradılmasına etirazın olmadığı bildirilmişdir. Qeyd edilən ərazi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən baş plan və koordinatlar təqdim edilmiş və verilmiş baş plandan mərkəzin əhatə edəcək ərazisinin sahəsi 7,3578 ha olacağı göstərilmişdir. Baş plandan da aydın görünür ki, Dərnəgül X4 inşası üçün nəzərdə tutulan torpaq sahəsi ilə İddiaçı KM-ə iaşə obyektinin inşası üçün ayrılmış 1,4797 ha sahəsi üst-üstə düşür. Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsinin şərq hissəsində yerləşən “Dərnəgül” metro stansiyasının qərb hissəsində yerləşən torpaq sahəsi Agentlik tərəfindən 17 mart 2017-ci il tarixdən etibarən nəqliyyat mübadilə mərkəzi kimi istifadə edilir. İddiaçının apellyasiya şikayətində istinad etdiyi "xxxx" KM ilə 3-cü şəxs BNA arasında bağlanmış 27.03.2021-ci il tarixli Baraşıq Sazişinə gəldikdə isə qeyd olunmalıdır həmin Sazişin şərtləri (bu Sazişin tərəfləri arasında mübahisli torpaq sahəsinin aralarında bölüşüdürülməsi şərtləridir) cavabdeh İcra Hakimiyyəti üçün hər hansı öhdəlik və ya vəzifə yarada bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.03.2010-cu il tarixli, 109 saylı; 17.07.2012-ci il tarixli, 311 saylı və 30.01.2018-ci il tarixli, 46 saylı sərəncamlarının qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi üçün cavabdeh haqlı olaraq həmin sərəncamları ləğv etmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 28.07.2021-ci il tarixli, 2-1(112)-395/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-487/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-487/2022
06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver