Məhkəmə qərarları › İş №2-1(103)-4870/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4870/2025

22.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan̈Respublikası̈adından Qərar Bakı̈şəhəri İş̈№̈2-1(103)-4870/2025 22.05.2026 BAKÏAPELLYASIYÄMƏHKƏMƏSI hakimlər Qasımov Vidadi Kamal oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ceyhun Bəşir oğlüvə̈Nəbizadə̈Nigar̈Xeyrulläqızından̈ibarəẗtərkibdə, Əlizadə̈Bahar̈Famil̈qızının̈katibliyi, iddiaçının̈nümayəndəsïvəkil̈Vəkil, cavabdehin̈nümayəndəsïX3̈iştirakı̈ilə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı (Üçüncü şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə) "##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" cavabdehin qərarının ləğv edilməsi" tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasındäbaxaraq̈aşağıdakı̈qərarı̈qəbul̈etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı MMC (sifarişçi) ilə üçüncü şəxs Üçüncü şəxs MMC (icraçı) arasında bağlanmış ##.##.2024-cü il tarixli **-**/** nömrəli müqaviləyə əsasən, icraçı sifarişçinin sifarişinə əsasən, ##.##.2024-cü ildə "X1" otelində "X2 Gala Dinner" adlı tədbirinin keçirilməsi üzrə xidmətləri icra etməyi, sifarişçi isə göstərilən xidmətin haqqını icraçıya ödəməyi öz öhdəsinə̈götürmüşdür. Həmin müqaviləyə ##.##.2024-cü il tarixli * saylı Əlavədə (Qiymətlərin razılaşdırılması protokolu)̈xidmətlərin̈cəmïdəyərï95000̈manaẗmüəyyən̈olunmuşdur. Həmin müqaviləyə ##.##.2024-cü il tarixli * saylı Əlavədə (Qiymətlərin razılaşdırılması protokolu)̈tədbirin̈təşkilïüçün̈qiyməẗ17100̈manaẗmüəyyən̈olunmuşdur. Göstərilən müqaviləyə əsasən, üçüncü şəxs Üçüncü şəxs MMC tərəfindən iddiaçı İddiaçı MMC-yə ##.##.2024-cü ildə 54599,99 manat, ##.##.2024-cü ildə isə 57499,04 manat, cəmi 112099,03 manat məbləğlə bağlı iki "Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə̈elektron̈qaimə-faktura"̈göndərilmişdir. Həmin sənədlərdə göstərilmiş xidmətlərin dəyəri müvafiq olaraq 46271,18 manat və 48728 manat, cəmi 94999,18 manat, vergi tutulan əməliyyatlardan ödənilməli məbləğ isə müvafiq̈olaraq̈8328,81̈manaẗvə̈8771,04̈manat,̈cəmï17099,85̈manaẗqeyd̈olunmuşdur. Iddiaçı tərəfindən ##.##.2024-cü il tarixli **-**/** nömrəli müqaviləyə istinad edilməklə üçüncü şəxs Üçüncü şəxs MMC-nin bank hesabına ##.##.2024-cü ildə 48728,81 manat, ##.##.2024-cü̈ildə̈isə̈46270,36̈manat,̈cəmï94999,17̈manaẗpul̈ödənilmişdir. Cavabdehin ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə" qərarı ilə üçüncü şəxs Üçüncü şəxs MMC riskli vergi ödəyicisïhesab̈edilmiş̈və̈risklïvergïödəyicilərïsiyahısınädaxil̈edilmişdir. Cavabdehin ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli "Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə" qərarı ilə iddiaçı İddiaçı MMC-yə əlavə olaraq 17099,85 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. Həmin vergi iddiaçının 2024-cü ilin avqust ayı üçün̈vergïbəyannaməsinin̈324-cü̈sətrïüzrə̈bərpäedilmişdir. Iddiaçı İddiaçı MMC Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə inzibati şikayətlə müraciət edərək cavabdehin ##.##.2024-cü il tarixli *-**-*-*/*- ******/**** nömrəli "Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə" qərarın ləğv olunmasını xahiş etmiş, lakin Dövlət Vergi Xidmətinin ##.##.2025-ci il tarixli qərarı ilə inzibati şikayət təmin edilməmişdir. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ APARILAN ICRAAT: Iddiaçı İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, Dövlət Vergi Xidmətinin "Inzibati şikayətin təmin edilməməsi haqqında" ##.##.2025-ci il tarixli **************** nömrəli qərarının ləğv edilməsini, Bakı Şəhəri Lokal Gəlirlər Baş Idarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli qərarının ləğv edilməsi öhdəliyinin Dövlət Vergi Xidmətinin üzərinə̈qoyulmasını̈xahiş̈etmişdir. Bundan sonra iddiaçı İddiaçı MMC iddianın dəyişdirilməsi barədə ərizə verərək, cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş Idarəsi ilə əvəz edilməsini və Bakı Şəhəri Lokal Gəlirlər Baş Idarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/****̈nömrəlïqərarının̈ləğv̈olunmasını̈xahiş̈etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Lokal Gəlirlər Baş Idarəsinin ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarına əsasən aparılmış kameral vergi yoxlaması ilə İddiaçı MMC tərəfindən 2024-cü ilin avqust ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsi üzrə 17099,85 manat əvəzləşmə məbləği qəbul edilməmiş və şirkətə 17099,85 manat məbləğində əlavə vergi hesablanmışdır. Iddiaçının inzibati şikayətinin təmin edilməməsi barədə Dövlət Vergi Xidmətinin ##.##.2025-ci il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, uçot-baza məlumatlarına və bəyannamə göstəricilərinə əsasən, iddiaçı tərəfindən Üçüncü şəxs MMC-dən 94999,18 manat (ƏDV-si 17099,85 manat) məbləğinə EBDZ seriyalı ****** nömrəli və EBDZ seriyalı ****** nömrəli elektron qaimə-fakturaların əldə edildiyini, həmin elektron qaimə-fakturalar üzrə 17099,85 manat ƏDV məbləğinin əvəzləşdirildiyini, qeyd olunan elektron qaimə-fakturaların əmtəəsiz əməliyyatlar çərçivəsində təqdim edildiyinin müəyyən edildiyini, bu halın da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək, əvəzləşdirilən məbləğ kimi nəzərə alınmadığını, Üçüncü şəxs MMC-nin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatlarının Meyarları"na uyğun olaraq, riskli vergi ödəyicisi hesab olunduğunu, qeyd olunan qərarın qüvvədə olduğunu, araşdırılan qarşılıqlı əməliyyatların vergi üstünlüyü əldə etmək məqsədi ilə vergidən yayınma sxeminin tədbiq edilməsi riskini yaratdığını, Vergi Məcələsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlərin bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermədiyini, vergi ödəyicisinin şikayətinin təmin edilməsinə əsas verən faktiki və hüquqi hallar barədə təsdiqedici sənədlərin inzibati araşdırma dövründə müəyyən edilmədiyini nəzərə alaraq, Cəmiyyətin inzibati şikayəti təmin edilməməlidir. Qərarın əsaslandırıcı hissəsində göstərilən ##.##.2024-cü il tarixli EBDZ seriyalı ****** nömrəli və ##.##.2024-cü il tarixli EBDZ seriyalı ****** nömrəli elektron qaimə-fakturalar Üçüncü şəxs MMC tərəfindən faktiki olaraq göstərilmiş xidmətin təqdim olunması üçün göndərilən elektron qaimə-fakturalar olmuşdur. İddiaçı MMC dünyaca məşhur avtomobil brendlərinin, o cümlədən də JLR (Range Rover, Discovery, Defender və Jaguar) və Stellantis (Alfa Romeo, Dodge, Fiat, Fiat Professional və Jeep) qrupuna aid olan brendlerin Azərbaycan Respublikasında rəsmi distribyutorudur və istehsalçı şirkətlərin tələblərinə və prosedur qaydalarına müvafiq olaraq, vaxtaşırı, distribyutoru olduğu brendlərə məxsus avtomobillərin təqdimat mərasimlərini və avtomobillərlə əlaqədar digər tədbirləri keçirir. Üçüncü şəxs MMC tərəfindən 21-##.##.2024-cü il tarixlərində təqdim olunmuş elektron qaimə-fakturalar da həmin tədbirlərdən birinin keçirilməsi ilə bağlı olmuşdur. Belə ki, 2024-cü ilin fevral ayında İddiaçı MMC tərəfindən "X2 - Alpine Lifestyle" adlı yolsuzluq avtomobilinin təqdimatı məqsədi ilə yürüş təşkil olunmuş və "X1" otelində "X2 Gala Dinner" adlı tədbir keçirilmişdir. İddiaçı MMC ilə Üçüncü şəxs MMC arasında bağlanmış ##.##.2024-cü il tarixli **-**/** nömrəli müqavilə də qeyd olunan tədbirin keçirilməsi ilə bağlı olmuş və ##.##.2024-cü il tarixli EBDZ seriyalı ****** nömrəli və ##.##.2024-cü il tarixli EBDZ seriyalı ****** nömrəli elektron qaimə-fakturalar da göstərilən xidmətlərin təqdim olunması ilə bağlı İddiaçı MMC-yə göndərilmiş elektron qaiməfakturalar olmuşdur. Göstərilən elektron qaimə-fakturalar üzrə xidmət qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmiş və lazım olan qaydada rəsmiləşdirilmişdir. Lakin Üçüncü şəxs MMC Bakı Şəhəri Lokal Gəlirlər Baş Idarəsinin **************** nömrəli ##.##.2024-cü il tarixli qərarına əsasən riskli vergi ödəyicisi hesab edildiyi üçün 21-##.##.2024-cü il tarixli elektron qaimə-fakturalar əmtəəsiz və ya riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunmuş və sözü gedən fakturalar üzrə İddiaçı MMC tərəfindən ödənilmiş vergi (ƏDV məbləği) əvəzləşdirilməmişdir. Sonradan riskli olması müəyyən edilmiş həmin 2 ədəd elektron qaiməfaktura üzrə ƏDV məbləğləri İddiaçı MMC tərəfindən 2024-ci ilin fevral ayı üzrə ƏDV bəyannaməsi təqdim edilərkən vergi orqanı tərəfindən heç bir qanuna uyğunsuzluq aşkar edilməyindən, qeyd olunan bəyannamə təsdiq edilmişdir. İddiaçı MMC öz siyasətini qanunvericiliyin tələblərinə tam uyğun şəkildə qurduğundan və gələcəkdə hər hansı sanksiya ilə qarşılaşmamaq üçün, mühasiblərinə göstəriş vermişdir ki, hər bir göndərilən və ya gələn elektron qaimə-faktura üzrə müvafiq şirkətlərin VÖEN-ləri ilk növbədə, Dövlət Vergi Xidmətinin rəsmi xidmət saytında "Riskli vergi ödəyiciləri barədə məlumatın verilməsi" hissəsində yoxlanılsın və yalnız bundan sonra icra edilsin. Belə ki, onlayn kargüzarlığımıza gələn hər bir elektron qaimə-faktura, ilk növbədə vergi ödəyicisinin VÖEN-nin yuxarıda qeyd olunan saytda yoxlanılması həyata keçirildikdən sonra, təsdiq olunur. Digər tərəfdən, məlum olduğu kimi, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq, barələrində riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Internet Vergi Idarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı, xəbərdarlıq xarakterli bildirişlərdə əks olunmalıdır. Üçüncü şəxs MMC tərəfindən təqdim edilən 2 ədəd elektron qaimə-faktura ##.##.2024-cü il və ##.##.2024-cü il tarixlərində göndərilmişdir. Həmin elektron qaimə-fakturalar tərtib edilən zaman Üçüncü şəxs MMC-nin riskli vergi ödəyicisi hesab olunması barədə Internet Vergi Idarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamışdır. Üçüncü şəxs MMC ##.##.2024-cü ildən riskli vergi ödəyicisi hesab olunmuşdur. Onlar xidmət aldığı şirkətin 7 aydan sonra riskli vergi ödəyicisi hesab edilməsi ehtimalını heç bir̈haldäəvvəlcədən̈görə̈bilməzdilər. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadı ilə Üçüncü şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, lakin həmin MMC iddia tələbinə münasibət bildirməmiş və birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq nümayəndəsinin̈iştirakını̈təmin̈etməmişdir. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində qəbul etdiyi "Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə" ##.##.2024-cü̈il̈tarixlï*-**-*-*/*-******/****̈nömrəlïqərarı̈ləğv̈edilmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını̈xahiş̈etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən ##.##.2024-cü ildə təqdim edilmiş 2024-cü il avqust ayı üzrə ƏDV bəyannaməsində büdcəyə ödənilməli vergi məbləği 0 manat, büdcədən qaytarılmalı vergi məbləği 236942,16 manat bəyan edilmişdir. Təqdim edilmiş bəyannamə araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBDZ seriyalı 226025 və EBDZ seriyalı****** nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən riskli elektron qaimə-fakturalar üzrə 17099,85 manat ƏDV məbləğinin vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə ##.##.2024-cü il tarixli **************** nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilərək dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Iddiaçı tələb olunan izahat və sənədləri təqdim etmədiyinə görə aparılmış kameral yoxlama nəticəsində 2024-cü ilin avqust ayı üzrə 17099,85 manat əlavə vergi hesablanmış və bu barədə ##.##.2024 tarixli *-**-*-*/*-******/**** nömrəli qərar qəbul edilmişdir. Kameral qərar üzrə hesablamaya əsas olmuş riskli elektron qaimələr araşdırılarkən müəyyən olunur ki, əmtəəsiz əməliyyatlar iddiaçı ilə "xxxx" MMC arasında aparılmışdır. Qeyd olunan qaimə-fakturalar üzrə "xxxx" MMC tərəfindən iddiaçıya 112099,03 manat dəyərində "Tədbirin təşkil olunması" xidməti təqdim edilmişdir. Aşağıda təqdim olunan məlumatlar "xxxx" MMC ilə əməliyyatların faktiki olaraq həyata keçirilmədiyini sübut edir: Üçüncü şəxs MMC ##.##.2023-cü ildə vergi ödəyicisi kimi qeydiyyata alınmış, əsas fəaliyyət növü sair ixtisaslaşdırılmış tikinti işləridir. Vergi orqanı tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli arayışa əsasən müəyyən edilmişdir ki, müəssisə tərəfindən ünvan 2 ünvanında yerləşən ofis (obyektin kodu: **********-15001), ünvan 1 məhəllə ünvanında yerləşən anbar (obyektin kodu: **********-15002) və Binəqədi rayonu Biləcəri şossesi Biləcəri-Bakı dəmiryolu PK 3, 4 rayon, 2650 km ünvanında yerləşən beton zavod (obyektin kodu: **********-10002) obyektlər qeydiyyata alınsa da faktiki olaraq fəaliyyət göstərməmişdir. Cəmiyyətin ##.##.2024-cü il tarixli qərarına əsasən Nümayəndə direktor təyin edilmiş, lakin o, ##.##.2024-cü ildə vergi orqanına verdiyi izahatda cəmiyyətin əməliyyatları, işçiləri, satılan mallar və elektron qaimə-fakturalar barədə məlumatının olmadığını bildirmişdir. Bu isə göstərir ki, iddiaçı ilə Üçüncü şəxs MMC arasında aparılan əməliyyatlardan cəmiyyətin rəhbəri xəbərsiz olmuşdur. Xüsusilə vurğulamaq lazımdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən ##.##.2024-cü il tarixli müqavilədə Üçüncü şəxs MMC tərəfindən avadanlıqların daşınması xidmətinin göstərildiyi qeyd olunsa da, cəmiyyətin bu xidmətləri həyata keçirmək üçün texnikası və nəqliyyat vasitələri mövcud olmamışdır. Eyni zamanda, cəmiyyət tərəfindən "səhnə tərtibatı, LED monitorların quraşdırılması, səs sisteminin tənzimlənməsi və 3D proyeksiya hazırlanması" xidmətlərinin göstərildiyi iddia edilsə də, aparılmış araşdırma nəticəsində bu xidmətləri təmin etmək üçün zəruri ixtisaslı işçilər və müvafiq avadanlıqların olmadığı müəyyən edilmişdir. Bu qeyd edilənlər isə müəssisənin təqdim etdiyi fəaliyyət sahəsi ilə əlaqədar olmayan sözdə xidmətin ümumiyyətlə olmadığını təsdiqləyir. Bundan əlavə, Üçüncü şəxs MMC riskli vergi ödəyicilərinin siyahısından çıxarılma barədə məhkəməyə iddia ərizəsi və müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizə təqdim etmiş, iclasda cəmiyyətin faktiki rəhbəri iştirak etmişdir. Lakin cavabdehin nümayəndəsinin suallarına cavab verməyərək aparılmış əməliyyatlar və işçilərlə bağlı məlumatları xatırlamadığını bildirmişdir. Qeyd edək ki, tərəflər arasında aparılmış əməliyyatların reallıq dərəcəsini müəyyən etmək məqsədilə kontragent müəssisənin rəhbərinin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə təqdim edilmiş vəsatət təmin edilmişdir. Lakin Üçüncü şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və aparılan əməliyyatlar, habelə həmin əməliyyatların texniki və nəqliyyat vasitələrinin mövcudluğu, eləcə də bu əməliyyatlardan məlumatlı olub-olmaması barədə izahat verməmişdir. Beləliklə, qeyd edilən hallar Üçüncü şəxs MMC tərəfindən iddiaçıya reallıqda xidmətin təqdim edilmədiyini, yalnız iddiaçı üçün ƏDV əvəzləşdirməsinin aparılması məqsədilə saxta e-qaimə-fakturanın əldə edilməsi məqsədi daşıdığını sübuta yetirir. Aşağıdakı hallar iddiaçı ilə Üçüncü şəxs MMC (kontragent) arasında əməliyyatın olmadığını (ümumiyyətlə, xidmətin göstərilmədiyini) və yalnız iddiaçı üçün ƏDV əvəzləşdirməsinin aparılması üçün saxta e-qaimə-fakturanın əldə edilməsïməqsədïdaşıdığını̈sübutäyetirir: 1) Kontragentin əsas fəaliyyət sahəsi ilə əlaqədar olmayan "Tədbirin təşkil olunması" barədə̈müqavilə̈bağlaması; 2) ##.##.2024-cü il tarixli müqavilədə kontragent tərəfindən avadanlıqların daşınması xidmətinin göstərildiyi qeyd olunsa da, cəmiyyətin bu xidmətləri həyata keçirmək üçün texnikası və̈nəqliyyaẗvasitələrinin̈mövcud̈olmaması; 3) Kontragentin qanuni təmsilçisinin cəmiyyətin apardığı əməliyyatlardan xəbərsiz olması; 4) Kontragent tərəfindən "səhnə tərtibatı, LED monitorların quraşdırılması, səs sisteminin tənzimlənməsi və 3D proyeksiya hazırlanması" xidmətlərinin göstərildiyi iddia edilsə də, aparılmış araşdırma nəticəsində bu xidmətləri təmin etmək üçün zəruri ixtisaslı işçilər və müvafiq̈avadanlıqlarının̈olmaması; 5) Təqdim edilmiş elektron qaimə-fakturalar üzrə işlərin həqiqətən görülməsi, hansı nəqliyyat vasitəsi ilə, kim tərəfindən və hansı tarixdə daşınması, habelə daşımanı təsdiq edən nəqliyyaẗsənədlərinin̈mövcud̈olmaması; 6) Kontragentin qeydiyyatdan keçmiş heç bir obyektinin faktiki olaraq fəaliyyət göstərməməsi. Göstərilən hallarla bağlı məhkəməyə kifayət qədər sübutlar təqdim olunsa da, məhkəmə bu sübutlara qiymət verməmiş, yalnız formal əsasa (əməliyyat aparılarkən ödəyicinin riskli olmaması) istinad etməklə iddianı təmin etmişdir. Qeyd edilənlərə əsasən, cavabdehin apellyasiyäşikayətïtəmin̈olunmalı̈və̈birincïinstansiyäməhkəməsinin̈qərarı̈ləğv̈edilməlidir. Cavabdeh orqan ##.##.2025-ci ildə Bakı Apellyasiya Məhkəməsinə ərizə göndərərək iş üzrə təqdim edilmiş apellyasiya şikayətinin "xahiş" hissəsinə düzəliş etməklə aşağıdakı kimi nəzərə alınmasını xahiş etmişdir: "Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)- ****/**** nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edəsiniz." TƏRƏFLƏRIN IZAHATLARI: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun̈izahaẗverdi. Iddiaçının nümayəndəsi vəkil Vəkil isə apellyasiya şikayətinə etiraz edərək, birinci instansiyäməhkəməsinin̈qərarının̈dəyişdirilmədən̈qüvvədə̈saxlanılmasını̈xahiş̈etdi. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan̈Respublikasının̈VergïMəcəlləsi: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul̈edilir. 15.1.8. Vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək, 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə̈şikayəẗetmək̈vergïödəyicisinin̈hüququdur. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişlïolan̈halları̈aydınlaşdırmalıdırlar; 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergïorqanındäolan̈sənədlər̈və̈mənbəyïməlum̈olan̈məlumatlar̈əsasındäkeçirilir; 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən̈əlavə̈məlumat,̈sənəd̈və̈izahaẗtələb̈edir; 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasınädair̈vergïorqanının̈qərarı̈göndərilir; 53.1. bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən̈edilmiş̈qaydadäməsuliyyəẗdaşıyırlar. 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən)̈şikayəẗelmək̈hüquqüvardır. 62.2. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı̈vergïorqanınä(yuxarı̈vəzifəlïşəxsə)̈və̈(və̈ya)̈məhkəməyə̈verilir.

64. Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının̈InzibatïProsessual̈Məcəlləsïilə̈müəyyən̈edilmiş̈qaydadäbaxılır. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq̈hüquqüvardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş̈vergïbəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak̈barədə̈rəsmïməlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin,̈xidmətlərin)̈fizikïhəcmïbarədə̈rəsmïməlumatlar; 67.1.6.̈vergïödəyicisinin̈idxal-ixrac̈əməliyyatları̈barədə̈rəsmïməlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş̈hesablarındakı̈vəsaitlərin̈hərəkətïbarədə̈alınan̈rəsmïməlumatlar; 67.1.8.̈vergïödəyicisində̈aparılmış̈xronometraj̈müşahidələrin̈nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən̈əməliyyatlar̈üzrə̈məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından̈istifadə̈edilir: 67.2.1.̈eynïxüsusiyyətlïvə̈yäeynïcinslïmalların̈istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin̈göstərilməsi;̈ 67.2.3.̈fəaliyyəẗgöstərilən̈ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqlämüəyyənləşdirilir.̈ 67.3-1. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) ##.##.2024-cü il tarixindən etibarən 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9cümaddəsinə̈əsasən̈hesablanır. 71.2. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə̈müəyyən̈edilmiş̈qaydadäaparmağäborcludurlar. 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. (# ###### 2023-cü il tarixli ****-VIQD nömrəli Azərbaycan̈Respublikasının̈Qanunüilə̈83.9-cümaddə̈ləğv̈edilmişdir). 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən̈edilmiş̈hallarda: 94.0.1.̈vergïödəyicisinin̈hesablamalarının̈səhv̈olduğunüvergïorqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. 108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 139.2. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasınävə̈nəql̈olunmasınäçəkilən̈xərclərïdə̈onların̈dəyərinə̈daxil̈etməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları": 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən̈risklïəməliyyatların̈meyarlarını̈müəyyən̈edir. 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi interneẗsaytındädərc̈edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Internet Vergi Idarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq̈xarakterlïbildirişlərdə̈əks̈olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar̈aparması̈aşkar̈edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FIN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim̈edildiyïhallar̈istisnäolmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarətïzamanı̈sənədləşdirilmədən̈təqdim̈edilməsïaşkar̈edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı̈3̈dəfə̈artıq̈olduqda;̈ 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisïolan̈fizikïşəxsin̈icräorqanının̈rəhbərïvə̈yätəsisçisïolduğühüquqïşəxs;̈ 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının̈rəhbərïolduğühüquqïşəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının̈rəhbərïolduğühüquqïşəxslər. 3.1.̈Vergïödəyicisinin̈apardığı̈aşağıdakı̈əməliyyatlar̈risklïəməliyyaẗhesab̈olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyïmal̈çeşidlərindən̈fərqlïmal̈çeşidlərinin̈göstərildiyïaşkar̈edildikdə;̈ 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

"Inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunu: 11.1.̈Inzibatïorqanlar̈qanunun̈tələblərinə̈riayəẗetməyə̈borcludurlar. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallardäöz̈təşəbbüsü̈ilə̈həmin̈normanı̈tətbiq̈etməyə̈borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün̈faktikïhalları̈hərtərəfli,̈tam̈və̈obyektiv̈araşdırmağäborcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından̈imtinäedə̈bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibatïorqan̈maraqlı̈şəxslərin̈izahatları̈ilə̈və̈təqdim̈etdiyïsübutlarläbağlı̈deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar̈toplamağäborcludur. 67.1. inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibatïakẗqanunsuz̈sayılır. 67.2. qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından̈yuxarı̈inzibatïorqan̈tərəfindən̈və̈yaxud̈məhkəmə̈qaydasındäləğv̈olunäbilər. 67.3. qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrïaradan̈qaldırır. 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququnämalikdirlər. 72.1.̈Inzibatïaktdan̈şikayəẗinzibatïqaydadävə̈yäməhkəmə̈qaydasındäverilə̈bilər.

Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsinïzərurïedən̈faktikïşərtlərin̈mövcudluğunüsübuẗetməlidir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə̈bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyətïüzrə̈baxaraq̈həll̈edir.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI:

Məhkəmə kollegiyası aşağıdakı hallara görə hesab edir ki, birinci instansiya məhkəməsi iddianı̈təmin̈etməklə̈səhv̈nəticəyə̈gəlmişdir. Cavabdeh özünün ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli "Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə" qərarı ilə iddiaçı İddiaçı MMC-yə 17099,85 manat məbləğində əlavə dəyər vergisi hesablamışdır. Cavabdeh bunu onunla izah edir ki, iddiaçı tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBDZ seriyalı 226025 və EBDZ seriyalı ****** nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Başqa sözlə, cavabdeh iddiaçı İddiaçı MMC ilə üçüncü şəxs Üçüncü şəxs MMC arasında bağlanmış ##.##.2024-cü il tarixli **-**/** nömrəli müqavilə üzrə əməliyyatların riskli olmasını, yəni müqavilədə göstərilən "Tədbirin keçirilməsi üzrə̈xidmətlərin"̈faktikïolaraq̈həyatäkeçirilmədiyinïiddiäedir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.11-ci maddəsində deyilir ki, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün̈verginin̈əvəzləşdirilməsinə̈əsas̈vermir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının öz qərarlarında müəyyən etdiyi vahid məhkəmə təcrübəsinə görə, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqini tapması zəruridir. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasınäəsas̈olmamalıdır. Qanunvericilik bu cür əməliyyatların mövcudluğunu yalnız formal sənədlərin olmasına deyil, əməliyyatın real iqtisadi məzmununa və faktiki icrasına görə qiymətləndirilməsini tələb edir. Iş materialları ilə müəyyən edilir ki, cavabdeh inzibati orqan tərəfindən aparılmış inzibati icraat zamanı qeyd olunan əməliyyatın əmtəəsiz olması, yəni üçüncü şəxs tərəfindən iddiaçıya faktikïolaraq̈xidmətlərin̈göstərilməməsïmüəyyən̈edilmişdir. Belə ki, əvvəla, Üçüncü şəxs MMC-nin əsas fəaliyyət növü sair ixtisaslaşdırılmış tikinti işləridir. Həmin MMC tərəfindən Bakı şəhəri ərazisində bir ofis, bir anbar və bir beton zavodu qeydiyyatäalınsäda,̈heç̈birïfaktikïolaraq̈fəaliyyəẗgöstərmir. Üçüncü şəxs MMC-nin ##.##.2024-cü il tarixli qərarı ilə MMC-in direktoru vəzifəsinə təyin olunmuş Nümayəndə ##.##.2024-cü ildə vergi orqanına verdiyi izahatda cəmiyyətin əməliyyatları, işçiləri, satılan mallar və elektron qaimə-fakturalar barədə məlumatının olmadığını̈bildirmişdir. Eyni zamanda, məhkəmə kollegiyası tərəfindən üçüncü şəxs Üçüncü şəxs MMC-nin məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq, MMC-nin nümayəndəsi məhkəməyə gəlməmişdir. Bundan başqa, iddiaçı ilə üçüncü şəxs arasında bağlanmış ##.##.2024-cü il tarixli müqaviləyə * saylı Əlavədə (Qiymətlərin razılaşdırılması protokolu) səhnənin tərtibatı, LED monitorların quraşdırılması, işıq sisteminin quraşdırılması, səs sisteminin tənzimlənməsi, 3D proyeksiyanın hazırlanması və avadanlıqların daşınması kimi xidmətlər nəzərdə tutulmuşdur. Aydındır ki, bu xidmətlərin göstərilməsi spesifik avadanlığın və müvafiq ixtisaslı işçilərin olmasını, həmçinin avadanlıqların daşınması üçün nəqliyyatın mövcudluğunu tələb edir. Lakin cavabdeh tərəfindən aparılmış inzibati icraat nəticəsində bütün bunların mövcud olmaması müəyyən̈edilmişdir. Iddiaçı müqavilədə nəzərdə tutulmuş tədbirin həqiqətən də keçirilməsini təsdiq etmək üçün müvafiq fotoları məhkəməyə təqdim etmişdir. Kollegiya qeyd edir ki, tədbirin keçirilməsi inkar olunmur, baxılan mübahisə həmin tədbirin məhz Üçüncü şəxs MMC tərəfindən keçirilməsi məsələsïilə̈bağlıdır̈və̈məhkəmə̈kollegiyası̈araşdırmanı̈büməsələ̈ilə̈bağlı̈aparmışdır. Kollegiya belə işlərdə sübutetmə yükü ilə bağlı qeyd edir ki, vergi orqanı inzibati orqan kimi inzibati akt qəbul edərkən həmin aktın qanuniliyini və əsaslılığını təmin etmək öhdəliyini daşıyır. Bu, inzibati aktın qəbuluna əsas verən faktların mövcudluğunun, həmin faktların hüquqi normalarla əlaqəsinin və nəticə etibarilə, qəbul edilən qərarın hüquqi əsaslarının mövcudluğunun̈göstərilməsinïtələb̈edir. Eyni zamanda, vergi hüquq münasibətlərinin spesifikliyi ondan ibarətdir ki, vergi orqanı vergitutma obyektinin və vergi öhdəliklərinin müəyyən edilməsi zamanı əsasən vergi ödəyicisinin özünün təqdim etdiyi məlumatlara və sənədlərə istinad edir. Vergi ödəyicisi Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq, təsərrüfat əməliyyatlarını düzgün uçota almaq, ilkin mühasibat sənədlərini saxlamaq və vergi orqanının tələbi ilə təqdim etmək vəzifəsi daşıyır. Bu baxımdan, əməliyyatların faktiki icrasına dair sübutların əsas mənbəyi məhz vergi ödəyicisidir. Vergi orqanı inzibati orqan kimi, öz səlahiyyətləri çərçivəsində əməliyyatların şübhəli və ya riskli olduğunu göstərən obyektiv əlamətləri və faktları ortaya qoymaqla kifayətlənə bilər. Bu faktlara, xüsusilə, vergi ödəyicisinin fəaliyyət yerinin olmaması, iqtisadi resurslarının yetərsizliyi, əlaqə imkanlarının mövcud olmaması, vergi nəzarəti tədbirlərindən yayınması və s. aid edilə bilər. Belə hallar müəyyən edildikdən sonra, inzibati aktın qanuniliyinə dair ilkin əsaslandırma formalaşır və bu mərhələdə sübutetmə yükü vergi ödəyicisinin üzərinə keçir. Vergi ödəyicisi əməliyyatların real icrasını, malların, işlərin və xidmətlərin faktiki təqdim edildiyini, eləcə də həmin əməliyyatların iqtisadi məzmun daşıdığını mötəbər və inandırıcı sübutlarla təsdiq etməlidir. Belə ki, əməliyyatların faktiki icrası barədə ən dolğun və birbaşa məlumaẗvergïödəyicisinin̈özündə̈mövcuddur. Kollegiya onu da vurğulayır ki, vergi ödəyicisinin vəzifələri yalnız bəyannamə təqdim etməklə məhdudlaşmır. Vergi ödəyicisi dürüstlük, əməkdaşlıq və şəffaflıq prinsiplərinə uyğun davranmalı, vergi orqanının sorğularına cavab verməli, aparılan araşdırmalarda iştirak etməli və zəruri izahatlar təqdim etməlidir. Bu vəzifələrin yerinə yetirilməməsi vergi orqanının müəyyən̈etdiyïfaktların̈təkzib̈olunmaması̈kimïqiymətləndirilə̈bilər. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, vergi orqanı inzibati orqan kimi öz üzərinə düşən sübutetmə yükünü, yəni mübahisələndirilən qərarın qəbuluna əsas verən obyektiv faktları və risk meyarlarını ortaya qoymaqla yerinə yetirmişdir. Əvəzində, vergi ödəyicisi üzərinə düşən vəzifələri – əməliyyatların real icrasını təsdiq edən sübutların təqdim edilməsinïvə̈vergïorqanı̈ilə̈əməkdaşlıq̈etmə̈öhdəliyinïyerinə̈yetirməmişdir. Göründüyü kimi, cavabdehin dəlilləri kifayət qədər əsaslıdır və işin halları ilə təsdiq olunur. Belə olan halda, cavabdehin mübahisələndirilən qərarının ləğv edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də cavabdehin apellyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin̈qərarı̈ləğv̈edilməlïvə̈yenïqərar̈qəbul̈olunaraq̈iddiärədd̈edilməlidir. Yuxarıdäqeyd̈olunanlaräəsasən,̈məhkəmə̈kollegiyası

QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ləğv edilsin̈və̈yenïqərar̈qəbul̈olunsun. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı "##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" cavabdehin qərarının ləğv edilməsi" barədə iddiası rədd̈edilsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasınäkassasiyäşikayətïverilə̈bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar