Məhkəmə qərarları › İş №2-1(103)-4873/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4873/2025

29.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4873/2025 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, X3 və Ismayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı “torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi” tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)- *****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan SSR Bakı şəhəri Xəzər (Əzizbəyov) Rayon Binə qəsəbəsi XDS Icraiyyə Komitəsinin ##.##.1990-cı il tarixli * nömrəli Qərardan çıxarış və Abşeron rayonu Binə Donuzkökəltmə sovxozunda fəhlə və qulluqçulara fərdi mənzil tikmək üçün həyatyanı torpaq sahəsi verilməsi haqqında müqavilənamə X1 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə ərazisində yerləşən 0.07 ha sahəyə dair cizginin tərtib edilməsi öhdəliyinin cavabdeh Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Bakı şəhəri Xəzər (Əzizbəyov) Rayon Binə qəsəbəsi XDS Icraiyyə Komitəsinin ##.##.1990-ci il tarixli * nömrəli Qərarından çıxarışa əsasən X1 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində fərdi yaşayış evinin tikintisi üçün 0.07 ha torpaq sahəsi ayrılmışdır. ##.##.1991-ci il tarixdə X1 vəfat etmişdir. Vəfat etmiş X1 adına Bakı şəhəri ** saylı Notariat Ofisində vərəsəlik işi açılmış və onun vərəsələrinin dairəsi müəyyən edilmişdir. Bakı şəhəri ** saylı Notariat Ofisinin x/o ***/** nömrəli ##.##.2025-ci il tarixli məktubundan görünür ki, X1 ##.##.1991-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsəsinin ##.##.2025-ci il tarixli ərizəsi əsasında mərhumun qanun üzrə vərəsəsi oğlu İddiaçıdur. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0.07 ha torpaq sahəsinə dair torpaq sahəsinin mövcud vəziyyətdə cizgisinin verilməsinə köməklik göstərilməsi məqsədi ilə Cavabdeh müraciət edilmişdir. Cavabdeh ##.##.2025-ci il tarixli məktubunda qeyd edilir ki, Xəzər rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud digər sənədlər) torpaq sahəsinin ayrılması barədə qərarın tərkib hissəsi olmaqla, torpaq ayırmanı həyata keçirən qurum tərəfindən tərtib edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.6-cı maddəsinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi barədə müqavilənin ayrılmaz hissəsidir. Donuzkökəltmə sovxozu ərazisində istifadədə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (cizgi və xəritədən çıxarış) torpaq ayrılması barədə qərarın (əmrin) tərkib hissəsi olduğundan həmin sənədlərin torpaqayıran qurum tərəfindən tərtib olunması səbəbindən imtina edilmişdir. Cavabdeh imtinası əsassızdır. Belə ki, sözügüdən torpaq istifadəsindədir və həmin torpaq sahəsi ayrılarkən plan-cizginin tərtibi və müvafiq sənədlərin saxlanması inzibati orqanın vəzifəsidir. Bundan əlavə, Cavabdeh tərəfindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən tələb olunan sənədlər Dövlət Arxivindən tələb edilməli idi. Lakin inzibati orqan bu öhdəliyini yerinə yetirməmişdir. Abşeron rayon Dövlət Arxivinin ## #### 2025-ci il tarixli məktubu ilə X1 adına 0.07 ha torpaq sahəsinin ayrılması barədə Abşeron rayon Donuzkökəltmə sovxozu direktorunun ##.##.1990-cı il tarixli *** saylı əmrinin Abşeron rayon dövlət arxivində saxlanıldığı təsdiq edilmiş və kserosurəti ona göndərilmişdir. Bakı Inzibati Məhkəməsinin (hakim Günel Tanrıverdiyeva) *-*(***)-*****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan SSR Bakı şəhəri Xəzər (Əzizbəyov) Rayon Binə qəsəbəsi XDS Icraiyyə Komitəsinin ##.##.1990-cı il tarixli * nömrəli Qərarından çıxarış və Abşeron rayonu Binə Donuzkökəltmə sovxozunda fəhlə və qulluqçulara fərdi mənzil tikmək üçün həyatyanı torpaq sahəsi verilməsi haqqında müqavilənaməyə əsasən X1 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə ərazisində yerləşən 0.07 ha torpaq sahəsinə dair yerləşmə cizgisinin tərtib edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar əsassız olduğundan ləğv olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015ci il tarixli, * nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-nin 37-ci maddəsinə əsasən yoxlamalıdırlar. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh ünvanladığı müraciətinə cavab olaraq dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (cizgi və xəritədən çıxarış) torpaq ayrılması barədə qərarın (əmrin) tərkib hissəsi olduğundan həmin sənədlərin torpaqayıran qurum tərəfindən tərtib olunması məqsədəmüvafiq hesab olunmuşdur. Azərbaycan Respublikasının ərazisində torpaq sahələrinin istifadəsinə və mühafizəsinə dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh ünvanlanmış ##.##.2021-ci il tarixli, ************ nömrəli məktubda qeyd olunmuşdur ki, torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud digər sənədlər) torpaq sahəsinin ayrılması barədə qərarın ayrılmaz hissəsi olmaqla, torpaqayırmanı həyata keçirən qurum tərəfindən tərtib edilir. Göründüyü kimi, iddiaçıya torpaq sahəsi Abşeron rayon Donuzkökəltmə sovxozunun əmrinə əsasən 1990-cı ildə ayrılmışdır. Abşeron rayon Donuzkökəltmə sovxozu tərəfindən ayrılan torpaq sahələrinə dair sənədlər (qərarlar və ona aid digər sənədlər) Milli Arxiv Idarəsinin Bakı filialında deyil, Abşeron rayon Dövlət Arxivində saxlanılır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli imtina məktubunda qeyd edilir: Xəzər rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud digər sənədlər) torpaq sahəsinin ayrılması barədə qərarın tərkib hissəsi olmaqla, torpaqayırmanı həyata keçirən qurum tərəfindən tərtib edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.6-cı maddəsinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi barədə müqavilənin ayrılmaz hissəsidir. Donuzkökəltmə sovxozu ərazisində istifadənizdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (cizgi və xəritədən çıxarış) torpaq ayrılması barədə qərarın (əmrin) tərkib hissəsi olduğundan həmin sənədlərin torpaqayıran qurum tərəfindən tərtib olunması məqsədəmüvafiq hesab olunur. Iş materiallarında olan Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli Arxiv Arayışından görünür ki, Abşeron rayon Donuzkökəltmə sovxozu direktorunun ## #### 1990-cı il tarixli *** saylı əmri Abşeron rayon Dövlət arxivində saxlanılır. ## #### 1990-cı il tarixli *** №-li əmrdə göstərilir ki, Azərbaycan SSR Nazirlər Sovetinin ## ####### 1989-cu il tarixli *** №-li qərarına və bu qərar əsasında sovxoz Həmkarlar Komitəsi ilə X4 birgə ümumi iclasında qəbul edilmiş ## #### 1990-cı il tarixli ** №-li qərarına əsasən sovxoz fəhlə və qulluqçularına 0,07 ha həyətyanı torpaq sahəsi ayrılır və adlı siyahı əlavə olunur. ....78.. X1 o....mühəndis. Qeyd: Əmrə sxem, ayrıc aktı, təhkim aktı və ilkin baş plan daxil edilməmişdir. Iş materiallarında olan Azərbaycan SSR Bakı şəhəri Əzizbəyov Rayon Binə qəsəbə XDS Icraiyyə Komitəsinin ##.##.1990-cı il tarixli * nömrəli Qərarından çıxarışın surətindən görünür ki, Abşeron rayonu Donuzkökəltmə sovxozunun işçisi X1 0.07 hektar fərdi ev tikmək üçün həyətyanı torpaq sahəsinin ayrılması haqqında Donuzkökəltmə sovxozunun X4, Həmkarlar Komitəsinin ##.##.1990-cı il tarixli ** nömrəli qərarı və ##.##.1990-cı il tarixli *** nömrəli əmri məqsədəuyğun hesab edilərək təsdiq edilmişdir. Iş materiallarında olan IV-JQ seriyalı ****** nömrəli Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X1 ##.##.1991-ci il tarixdə ölmüşdür. Iş materiallarında olan Bakı şəhəri ** saylı Notariat Ofisi tərəfindən Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın DƏDRX-nin * saylı Abşeron Ərazi Idarəsinə ünvanlanan ##.##.2025-ci il tarixli x/o ***/** nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri ** saylı notariat ofisində qanun üzrə vərəsəsi Bakı, Binə Qəs., X2 ünvanında qeydiyyatda olan vərəsəsi İddiaçı (AZE******** FIN *******) müraciəti, mirasqoyanla qohumluq əlaqəsini təsdiq edən, həmçinin mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında ##.##.1991-ci il tarixdə vəfat etmiş ##.##.1953-cü il təvəllüdlü X1 mirası üzrə vərəsəlik işi açılmışdır. Mirasqoyanın mirası Bakı şəhəri, Xəzər rayonu, Donuzkökəltmə Sovxozu ünvanında yerləşən 0,07 ha torpaq sahəsindən ibarət daşınmaz əmlak daxildir. Göstərilənlərə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-1-ci və 8-ci, “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yuklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimat”ın 7-ci bəndinə və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 36cı maddəsinin tələblərinə uyğun olaraq vəfat etmiş X1 göstərilən əmlak barədə arayış verilməsi Sizdən xahiş olunur. Azərbaycan Respublikası Konstitusiyasının: 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 149-cu maddəsinin VII hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. 65-ci maddəsinin 3-cü bəndinə əsasən torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır (## ####### 2008-ci il tarixdə 1-ci cümlə çıxarılmışdır). 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 65-ci maddəsinin 6-cı bəndinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. 65-ci maddəsinin 7-ci bəndinə əsasən torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 65-ci maddəsinin 8-ci bəndinə əsasən torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının # ###### 1991-ci il tarixli Torpaq Məcəlləsinin 22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Azərbaycan Respublikası Prezidentinin ##.##.1991-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş (##.##.1999-cu il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə»nin 13-cü bəndinin “q” yarımbəndinə əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək icra hakimiyyəti başçısının əsas səlahiyyətləri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin ##.##.1999-cu il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş (##.##.2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndinə əsasən müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2012-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Işin faktiki hallarına görə Abşeron rayon Donuzkökəltmə sovxozunun ## #### 1990-cı il tarixli *** saylı əmrinə əsasən Azərbaycan SSR Nazirlər Sovetinin ## ####### 1989-cu il tarixli *** №-li qərarına və bu qərar əsasında sovxoz Həmkarlar Komitəsi ilə X4 birgə ümumi iclasında qəbul edilmiş ## #### 1990-cı il tarixli ** №-li qərarına əsasən X1 0.07 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. X1 ##.##.1991-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri ** saylı Notariat Ofisinin ##.##.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri ** saylı notariat ofisində qanun üzrə vərəsəsi İddiaçı müraciəti, mirasqoyanla qohumluq əlaqəsini təsdiq edən, həmçinin mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında ##.##.1991-ci il tarixdə vəfat etmiş ##.##.1953-cü il təvəllüdlü X1 mirası üzrə vərəsəlik işi açılmışdır, mirasqoyanın mirası Bakı şəhəri, Xəzər rayonu, Donuzkökəltmə Sovxozu ünvanında yerləşən 0,07 ha torpaq sahəsindən ibarət daşınmaz əmlak daxildir. Hazırda iddiaçı torpaq sahəsinin cizgisinin ona verilməsini tələb edir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saaylı Bakı Ərazi Idarəsi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi X8 Azərbaycan Respublikası Prezidentinin ## #### 2008-ci il tarixli **** nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər Icra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir, həmçinin sözügedən sahə dövlət mülkiyyəti torpağıdır, torpaq sahəsi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi inzibati ərazi vahidinin hüdudları daxilindədir. Həmin məktuba əlavə edilmiş ##.##.2025-ci il tarixli müayinə aktından görünür ki, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 700 kv.m, faktiki olaraq 700 kv.m-dir. Göründüyü kimi, torpaq sahəsi ayrılsa da, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyildir. Qeyd olunan əmr ləğv edilməmişdir və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir. Azərbaycan Respublikası Milli Arxiv Idarəsi Abşeron rayon Icra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən həmin əmrin arxiv nüsxəsi təqdim edilmişdir. «Inzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Lakin iddiaçı ayrılmış torpaq sahəsinə dair cizginin hazırlanaraq ona verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Bu da iddiaçının qanuni əsaslarla istifadəsində və sahibliyində olan torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən torpaq ayrılan və ondan sonrakı dövrlərdə torpağa sahiblik və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçilərinin müraciəti əsasında cizginin hazırlanması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxildir. Eyni zamanda qanunvericilik torpaq istifadəçilərinin hüquqlarını qorumaqla həmin hüquqların həyata keçirilməsinə maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Bundan başqa, cavabdeh apellyasiya şikayətində torpaq sahəsinin hazırda Cavabdeh idarəçiliyində olmadığını bildirsə də, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saaylı Bakı Ərazi Idarəsi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, torpaq sahəsi X8 Azərbaycan Respublikası Prezidentinin ## #### 2008-ci il tarixli **** nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər Icra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir, dövlət mülkiyyəti torpağıdır və torpaq sahəsi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi inzibati ərazi vahidinin hüdudları daxilindədir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdedin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara a l d ı: Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar