Məhkəmə qərarları › İş №2-1(103)-4875/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4875/2025

17.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4875/2025 17.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiаçı İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı ünvan 1 ünvanında yerləşən “Avant Park” yaşayış kompleksinin 2-ci binasında, 2-ci blok, 15-ci mərtəbə, 5 nömrəli, 2 otaqlı mənzilə görə qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi və mənəvi ziyana görə ona 2000 manat məbləğində pulun ödənilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-6155/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən “Avant Park” yaşayış kompleksinin 2-ci binasında, 2ci blok, 15-ci mərtəbə, 5 nömrəli, 2 otaqlı mənzilə görə İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi və mənəvi ziyana görə ona 2000 manat məbləğində pulun ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, 2-1(112)-6155/2025 saylı qərarı ilə (hakim H.A.Ağalarov) iddia tələbi rədd edilmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, 2-1(112)-6155/2025 saylı qərarı iddiaçının nümayəndəsinin və vəkilinin elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Lakin apellyasiya şikayəti Bakı İnzibati Məhkəməsinə xx.xx.2025-ci il tarixdə - qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük müddət keçdikdən sonra təqdim edilmişdir. Apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü məsələsinə baxılması üçün şifahi məhkəmə baxışı iclası təyin edilmiş və iddiaçıya göndərilmiş bildirişlə məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardan şikayətin verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizənin verilməsini təklif etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə bildirdi ki, apellyasiya şikayəti cəmi bir gün ötürülməklə verilmişdir, həmin gün də qeyri-iş günlərinə düşdüyündən, bu müddət məsələsində problem yaratmamalıdır. Həmçinin şikayət verilərkən heç müddətin ötürüldüyü düşünülməyib. Belə ki, 23 sentyabr 2025-ci il tarixli qərar sistemə 23 oktyabr 2025-ci il tarixdə yüklənmiş, apellyasiya şikayəti də prosessual müddətin son günündə - xx.xx.2025-ci il tairxdə göndərilmişdir. Hazırda şikayətin mümükünsüz hesab edilməsi vətəndaşın hüquqlarını pozur. Məhkəmə iclasında iştirak edən cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə məhkəmədən apellyasiya şikayətinin mümkün sayılmamasını xahiş etmişdir. Beləliklə, iş materiallarından göründüyü kimi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2-1(112)-6155/2025 saylı qərarı vəkilin elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yüklənmiş, bu hal apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin başlanğıc anını müəyyən edir və tərəflər arasında mübahisə doğurmur. Bununla belə, apellyasiya şikayəti yalnız xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə daxil olmuşdur. Bu fakt apellyasiya şikayətinin prosessual müddətin bitməsindən sonra verildiyini təsdiq edir. Diqqətəlayiq məqam ondan ibarətdir ki, şikayətin təqdim edilməsi birbaşa peşəkar hüquq fəaliyyəti həyata keçirən, prosessual müddətlərin mahiyyətini və nəticələrini bilməli olan şəxs tərəfindən icra edilmişdir. Belə olan halda, prosessual müddətlərin hesablanmasında və sənədlərin vaxtında təqdim edilməsində yol verilmiş nöqsanlar, eyni zamanda, vəkilin qərarın elektron kabinetə yükləndiyi tarixdən etibarən kifayət qədər vaxt mövcud olduğu halda, apellyasiya şikayətini məhz (*düşündüyü kimi) müddətin son günündə təqdim etməsi qəbuledilən hesab edilə bilməz. Həmçinin qeyd edilməlidir ki, iddiaçının nümayəndəsi və vəkili prosessual müddətin son gününün qeyri-iş gününə təsadüf etməsini bildirsə də, məhkəmə kollegiyası tərəfindən müəyyən edilir ki, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş son gün – xx.xx.2025-ci il tarixi olmuş və həmin gün də cümə gününə təsadüf etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinə müvafiq olaraq, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. İnzibati Prosessual Məcəllənin 22.1-ci maddəsinə müvafiq olaraq, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. İnzibati Prosessual Məcəllənin 23.1-ci maddəsinə görə, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. İnzibati Prosessual Məcəllənin 24.1-ci maddəsinə müvafiq olaraq, bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən isə, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin Plenumu “Könül Nаmidаr qızı Qəribovаnın şikаyəti ilə əlаqədаr Azərbаycаn Respublikаsı Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyаsının 16 аvqust 2006-cı il tаrixli qərаrının Azərbаycаn Respublikаsının Konstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yoxlаnılmаsınа dаir” 08 mаy 2008-ci il tаrixli qərаrındа göstərmişdir ki, "... qаnunlа nəzərdə tutulmuş prosessuаl müddətin bərpаsı üçün yаlnız elə səbəblər üzürlü hesаb edilə bilər ki, onlаrın mövcudluğu prosessuаl hüquqlаrа və vəzifələrə mаlik şəxsin irаdəsindən аslı olmаsın, özü tərəfindən onlаrın dəf edilməsi imkаnlаrındаn kənаrа çıxsın, müvаfiq hərəkətin yerinə yetirilməsinə mаneə törətsin və yа məhdudiyyət yаrаtsın. Müddətin burаxılmаsı ilə nəticələnmiş səbəbin üzürlü hesаb edilməsi bilаvаsitə məhkəmənin öz mülаhizələrindən аslıdır. Bu mənаdа üzürlülük, göstərilən meyаrlаrın sərhəddində dаyаnаn elə inkаr olunmаz səbəblər bаrəsində qəbul olunmаlıdır ki, belə məsələ ilə əlаqədаr MPM-nin tələblərinə riаyət edilməklə çıxаrılmış məhkəmə аktı qаnunilik, obyektivlik və qərəzsizlik bаxımındаn şübhə аltınа аlınmаsın”. Avropа İnsаn Hüquqları Məhkəməsi “Miraqаll Eskolаno və digərləri İspаniyаyа qаrşı” iş üzrə 25 yаnvаr 2000-ci il tаrixli qərаrındа belə nəticəyə gəlmişdir ki, аtılmаlı olаn formаl аddımlаrı və şikаyətlərin verilməsi üçün riаyət edilməli olаn müddət məhdudiyyətlərini tənzimləyən qаydаlаr ədаlət mühаkiməsinin lаzımi qаydаdа həyаtа keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini dаşıyır. Məhkəmə mübаhisəsi üzrə tərəflər bu qаydаlаrın tətbiq edilməsini nəzərə аlmаlıdırlаr. Nəticə etibarilə məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından iddiаçı İddiaçı apellyasiya qaydasında mübahisələndirdiyi Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, 2-1(112)- 6155/2025 saylı qərarından apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddət ərzində verdiyini təsdiq edən sübutları və ya həmin müddətin ötürüldüyü təqdirdə həmin müddətin üzrlü sayılması ilə bağlı müddətin bərpasına dair müvafiq ərizəni verməklə bağlı hüquqi yardım göstərilsə də, iddiaçının həmin prosessual hüquqi müdafiə vasitələrindən istifadə imkanının dəyərləndirmədiyini nəzərə alaraq hesab edir ki, şikayət qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, 2-1(112)-6155/2025 saylı qərarından iddiаçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar