Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-488/2023 22.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X9 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi (anası) X2 və cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (PHŞ) Sosial ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3906/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı nümayəndəsi vasitəsilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı öhdəliyin icrası haqqında (İPM m.34.1.) iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək: -ailə başçısını itirməyə görə əmək pensiyasından ödənilməyən 2017-ci ilin dekabr, 2018-ci ilin yanvar, fevral, mart, aprel və may ayları üzrə 57.54 manat pulun ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ilə məhkəməyə müraciət edərək ona 2017-ci ilin dekabr, 2018-ci ilin yanvar, fevral, mart, aprel və may ayları üçün ailə başçısını itirməyə görə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1999-cu ildə anadan olmuş və uşaqlıqdan gözləri zəif gördüyünə görə 18 yaşı tamam olanadək sosial müavinət almış, ona Tİbbi Sosial Ekspert Komissiyasının 31 iyul 2018-ci il tarixli qərarına əsasən 21 iyul 2018-ci il tarixdən başlayaraq, 5 il müddətinə gözdən əlillik diaqnozu ilə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 29 iyul 2020-ci il tarixli qərarı ilə 21 iyun 2018ci il tarixdən 5 (beş) il müddətinə təyin olunmuş İİ dərəcəli əlilliyin təyin olunması tarixinin iddiaçının 18 yaşının tamam olduğu tarixdən, yəni 29 noyabr 2017-ci il tarixdən müəyyən edilməsi vəzifəsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə həvalə edilmiş, qərar qanuni qüvvəyə minmişdir. Qərar qanuni qüvvəyə minməsinə baxmayaraq cavabdeh tərəfindən iddiaçıya 2017-ci ilin dekabr, 2018-ci ilin yanvar, fevral, mart, aprel və may ayları üçün ailə başçısını itirməyə görə əmək pensiyası ödənilməmişdir. Göstərilən müddətlər üçün əmək pensiyasının ödənilməsi barədə qanuni nümayəndəsi cavabdehə müraciət etsə də, 07 oktyabr 2021-ci il tarixli məktubu ilə imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, İddiaçı mərhum (atası) X6 ölümü ilə əlaqədar xx.xx.2014-cü il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş, Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar övladının əmək pensiyasının məbləği xx.xx.2021-ci il tarixindən 486,21 manata çatdırılmışdır. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2017-ci il tarixli №xxxxxxx0007 saylı müayinə aktından çıxarışa əsasən övladı İddiaçı xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ümumi xəstəlik səbəbindən (gözdən əlil) İİ dərəcə əlillik müəyyən edilmişdir. müraciəti ilə əlaqədar olaraq bildirilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********0 nömrəli məktubuna əsasən övladı İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası üzrə 2017-ci il dekabr ayı üzrə 277,54+165 manat, 2018-ci il yanvar ayı üzrə 277.54 manat, fevral ayı üzrə 293,36+15,82 manat, mart-may ayları üzrə 293,36 manat pensiya ödənişi edilmişdir. Cavabdeh, birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə bağlı ünvanladığı 01 aprel 2021-ci il tarixli ərizəsində ailə baçısını itirməyə görə iddiaçıya pensiya ödənişləri həyata keçirildiyi bildirilərək, iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3906/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasından ödənilməyən 2017-ci ilin dekabr, 2018-ci ilin yanvar, fevral, mart, aprel və may ayları üzrə 57.54 manat pulun ödənilməsi öhdəliyi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı və ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən X4 tərəfindən təqdim edilmiş, Sabunçu rayon İcra Hakimiyyəti başçısının A.Bakıxanov qəsəbəsi üzrə nümayəndəliyinin arayışına əsasən X1 işləmədiyi qeyd olunmuşdur. Lakin 2017-ci ilin dekabr ayında daxili audit yoxlamaları zamanı onun 2011-ci il tarixdən aktiv əmək müqaviləsinin olduğu və hazırki günədək işlədiyi məlum olmuşdur. Bu səbəbdən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləğindən G.Əzizbəyova ayrılan 55 manat pensiya məbləği qanunvericiliyin tələblərinə əsasən azaldılmışdır. Digər məqam isə “2017-ci ilin dekabr, 2018-ci ilin yanvar, fevral, mart, aprel, may ayları üzrə ödənişlərin ödənilməsi” barədə iddianın əsl iddiaçı olmayan şəxs tərəfinfən qaldırılmasıdır.Belə ki, təyin edilən əmək pensiyasının məbləğindəki azalmalar G.D.Əzizbəyovaya münasibətdə olsa da, “ailə başçısını itirməyə görə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi İddiaçı tərəfindən qaldırılmışdır. Mərkəzi filialı tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanan 164083 nömrəli pensiya isindən də göründüyü kimi, ailə başçısını itirməyə görə əmək pensiyası ailə üzvünün hər birinə münasibətdə 55 manat təyin edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi F.Həmidova apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi G.Əzizbəyova cavabdehin apellyasiya şikayəti ilə razılaşmamış, məhkəməyə iddia tələbin dəqiqləşdirilmə barədə ərizə təqdim edərək ailə başçısını itirməyə görə iddiaçıya əmək pensiyasından ödənilməyən 2017-ci ilin dekabr, 2018-ci ilin yanvar, fevral, mart, aprel və may ayları üzrə 55 manat pulun ödənilməsi öhdəliyinin qoyulması kimi məhkəmə tərəfindən qəbul edilməsini məhkəmədən xahiş emişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddiaçının tələbini hazırkı mərhələdə dəqiqləşdirməsi nəzərə alınmaqla, mübahisələndirilən aylar üzrə ona ödənilməmiş pensiyanın məbləği hissəsində dəyişdirilməlidir. “Əmək pensiyaları haqqında” Qanununa əsasən: 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs... İş materiallarına əlavə olunmuş TSEK-4 formalı arayışlara, ölüm haqqında şəhadətnaməyə, pensiya təyinatı barədə qərar və sərəncamlara, pensiya uçot vərəqinə və s. sənədlərə əsasən müəyyən olunur ki, xx.xx.1999-cu il təvəllüdlü İddiaçı TSEK tərəfindən anadangəlmə sağlamlıq imkanları məhdudluğu müəyyən olunmuş (i.v.111 və s.), xx.xx.2014-cü il tarixdə onun atası X11 vəfat etmiş, DSMF-nin Sabunçu rayon şöbəsinin xx.xx.2014-cü il tarixli qərarı ilə anası (qanuni nümayəndəsi) X3, onun ərizəsi əsasında sağlamlıq imkanları məhdud övladına (İddiaçı) görə ailə başçısını itirməyə görə (iv.128-131) pensiya təyin edilmiş və 18 yaşı bitənədək ödənilmişdir. İddiaçının pensiya uçot vərəqindən (i.v.70,71)və digər sənədlərə əsasən müəyyən olunur ki, 2017-cı ilin iyul ayının 1-dən xx.xx.2017-ci il tarixinə qədər ödənilən pensiyanın baza hissəsi 275 manat, sığorta hissəsi 57,54 manat, cəmi, pensiya məbləği 332,57 manat təşkil etmişdir. Daha sonra iş materialları tədqiq olunduqda müəyyən olunur ki, sağlamlıq imkanları məhdud iddiaçının 18 yaşı bitdiyində, TSEK-in xx.xx.2012-ci il tarixli qərarı ilə ona 2 dərəcəli (gözdən) əllillik dərəcəsi verildikdən sonra, İİ qrup əlilliyinə görə ona ailə başçısınıı itirməyə görə xx.xx.2017-ci il tarixindən nümayəndəsinə (anası Gülnarə Əzibəyovaya) ödənilən pensiyanın məbləği 332,54 manatdan 55 manat azaldılaraq 277,54 ( 332,54-277,54) manatdan 2018-ci ilin iddia olunan yanvar-may aydlarında da ödənilməyə davam etmişdir. Hazırkı mərəhələdə dəqiqləşdirilmiş tələbindən də məhz, göründüyü kimi, o, 2017-ci ilin dekabr və 2018-ci ilin yanvar-may (5 ay) üzrə ona əskik ödənilən həmin 55 manat pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb edir (İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir). “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar) Eyni zamanda, Avropa İnsan Hüquqları Məhkəməsi “Béláné Nagy Macarıstana” qarşı işdə qərarında (xx.xx.2016) isə qeyd etmişdir ki, ərizəçi “ağlabatan olaraq qanunun vədinə güvənə bilərdi”.., 2010-cu il və 2011-ci ilin dekabrın 31-i arasındakı dövrdə ərizəçi pensiya almasa da, 1 nömrəli Protokolun 1-ci maddəsindəki “mülkiyyət” anlayışı ilə əhatə olunan “legitim gözlənti”də olmaqda davam etmişdir...”(b.b.53,55) Qeyd olunanlar onu deməyə əsas verir ki, iddia olunan aylar üzrə cavabdeh iddiaçının ailə başçısını itirməyə görə pensiya məbləğini 55 manat azaldılmasında haqlı olmamış, onun qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən isə görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə iş üzrə hərtərəfli araşıdırma aparılmış, lakin iddiaçının mübahisələndirilən dövr üzrə pensiya məbləğinin azaldıldığı hissəsində miqdarının hesablanmasında qeyri-dəqiqliyə yol vermiş və iddiaçıya azaldılmış məbləğlə bağlı tələbini düzgün dəqiqləşdirilməsində, İPM-in 13.1-ci və 48.1-ci maddələrinin tələbi qaydasında, müvafiq yardım göstərməmişdir. Beləliklə də, qeyd olunanları, habelə, hazırkı mərhələdə iddiaçının tələbin dəqiqləşdirilməsi barədə ərizəsini nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin ona qarşı irəli sürülən iddianın əsassız olduğunu və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd olunmasını əsaslanıdaran dəlilləri ilə qismən razılaşır və yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3906/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı iddianın təmin olunan hissəsində dəyişdirilərək, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının ödənilməyən 2017-ci ilin dekabr, 2018-ci ilin yanvar, fevral, mart, aprel və may ayları üzrə 55 manat pulun ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd edilənlərə əsasən və İPM-in 14, 69, 73, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3906/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilsin. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının - 2017-ci ilin dekabr, 2018-ci ilin yanvar, fevral, mart, aprel və may ayları üzrə ödənilməyən 55 manatının ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Hazırkı qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-488/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-488/2023
22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver