Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-49/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, İddiaçının vəkili X5, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi) qarşı torpaq sahəsi və yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3980/2018 saylı xx xxxxxxx 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin **********04 saylı, xx.xx.2018-ci il tarixli imtina məktubunun qanunsuz və əsassız olduğu üçün ləğv edilib, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sol tərəfində yerləşən 5000 kv.metr torpaq sahəsini sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə istifadəsində olan əraziyə dair çıxarışın onun adına rəsmiləşdirilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sol tərəfində yerləşən 5000 kv.metr torpaq sahəsinin şəxsi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2018-ci il tarixli imtina məktubunda göstərdikləri tam qanunsuz və əsassız olduğu üçün qanunsuz hesab edilməli və M.Ə.Rəsulzadə Bələdiyyəsi ərazisindən iddiaçıya ayrılmış 5000 kv.m torpaq sahəsinə dair çıxarışın verilməsi təmin edilməlidir. İddiaçının Bakı şəhər İcra Hakimiyyətinə qarşı Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən sahibkarlıq məqsədi ilə ayrılmış torpaq sahəsinə rəyin verilməsinə dair tələbi üzrə inzibati iş məhkəmənin icraatında olarkən məhkəmə ekspertizası təyin edilmişdir. Həmin işə baxılarkən keçirilən məhkəmə texniki ekspertizasının xx xxxx 2016-cı il tarixli rəyində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən, iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən tərtib edilmiş planda göstərilən məlumatlara uyğun olduğu, eləcə də Binəqədi rayonu Rəsulzadə Bələdiyyəsinə aid olan torpaq sahələrinin ərazisində yerləşdiyi müəyyən edilməsi qeyd edilmişdir. Daha sonra Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli məktubuna əsasən, ərazidə yüksək gərginlikli elektrik xətlərinin olmasına şablon xarakterli cavab olaraq göstərilsə də, həmin işi aparan hakimin xx.xx.2017-ci il tarixli X11 Təchizatı və Satış Sahəsinə məhkəmə tərəfindən göndərdiyi sorğuya cavab olaraq xx.xx.2017-ci il tarixli X8 və Satış İdarəsi tərəfindən cavab olaraq bildirilmişdir ki, həmin xətlər yüksək gərginlikli elektrik xətləri deyildir, 6000 kilovat enerji təchiz edən xətt həmin torpaq sahəsinin yaxınlığında yerləşən komplekt transformator məntəqəsində qoşulan elektrik xəttidir ki, onları 220 və 380 kilovat enerji təchiz edən xətlər ayırır. Belə olan halda Enerji Təchizatı və Satışı İdarə və Təşkilatının maraqlarına toxunmadığı adı çəkilən təşkilatın cavab məktubunda da öz əksini tapmışdır. İddiaçı xx.xx.2018-ci il tarixdə cavabdehə istifadəsində olan torpaq sahəsinə dair çıxarışın verilməsi barədə ərizə ilə müraciətində Bakı Şəhər İcra Hakimiyyətinə qarşı və qüvvəyə minmiş 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli icra olunmuş qərarını, ərizə rəylə birlikdə “xxxxxxxx”ın xx.xx.2017-ci il tarixli məktubunun surəti, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli məktubunu, Məhkəmə Mühəndis Texniki Ekspertizasının xx.xx.2016-cı il tarixli rəyini istifadəsində olan torpaq sahəsinə dair rəyini inzibati orqana təqdim etməsinə baxmayaraq cavabdeh xx.xx.2018-ci il tarixli məktubu ilə çıxarışın verilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sol tərəfində yerləşən 5000 kv.metr torpaq sahəsinin şəxsi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(81)-3980/2018 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaçının iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-218/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(81)- 3980/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1397/2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-218/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilərək iş baxılması üçün yenidən həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-1944/2019 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi hazırkı iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-1944/2019 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27616 nömrəli ekspert rəyi Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş və iş üzrə icraat davam etdirilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili X2 şikayətini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilərək iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx xxxxxxx 2006-cı il tarixli 231/50 saylı qərarı ilə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sol tərəfində yerləşən ərazidən 5000 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə alqı-satqı müqaviləsi əsasında Qarabağ müharibəsi veteranı İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır. Həmin qərar əsasında Bələdiyyə ilə İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanılmış, 20800 manat pul vəsaiti Bələdiyyənin büdcəsinə köçürülmüşdür. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə həmin torpaq sahəsinə dair razılıq məktubunun-rəyin verilməsi Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2017-ci il tarixli 7-4129/17 məktubundan görünür ki, həmin məhkəmə qərarı qüvvəyə minməklə icra edilmiş və torpaq sahəsinin Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinə aid olması ekspertiza rəyləri ilə sübuta yetirildiyindən müvafiq razılıq ərizəsi-rəy verilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixli, ********** nömrəli ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli, **********04 nömrəli cavab məktubu ilə iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. İmtina məktubu onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatlarına əsasən ayrılmış torpaq sahəsi dövlət torpağıdır, bələdiyyə mülkiyyətində olan əraziyə aid deyil və torpaq sahəsinin yerləşmə cizgisi təqdim edilməmişdir. Həmçinin, ləğv edilmiş DTXK-i tərəfindən təsdiq edilmiş alqı-satqı aktı təqdim edilməmişdir. Sənədlər toplusuna əlavə olunmuş Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1361/2016 nömrəli, xx.xx.2016-cı il tarixli məhkəmə qərarı ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulmamışdır və sözügedən ünvanla bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-1112/2018 nömrəli qərardadı idarəyə daxil olmuş, lakin qanuni qüvvəyə minməsi barədə məlumat idarəyə daxil olmamışdır. İddiaçı cavabdeh inzibati orqanın imtina məktubunu inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 231/50 saylı qərarı ilə iddiaçının adına sənədləşdirilmiş 5000 kv.m torpaq sahəsi ilə bağlı müvafiq icra hakimiyyətinin rəyinin olmasına dair məhkəməyə iddiaçı tərəfindən sübut təqdim edilməmişdir. Bundan əlavə, mübahisəli torpaq sahəsinin planlaşdırılması layihəsinin Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılması, eləcə də iddiaçının müraciətindən çıxarışın torpaq sahəsinin planının hazırlanması üçün həmin dövrdə fəaliyyət göstərən DT və XK-nin Bakı şəhər şöbəsinə göndərilməsi, sonuncunun bələdiyyənin və iddiaçının iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirməsi və ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerquruluşu işlərini (planlama) aparması, həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda hazırlaması iş materialları ilə təsdiqini tapmır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşmır və aşağıdakı maddi sübütları, maddi və prosessual hüquq normalarını qeyd edir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinin tələbinə əsasən, hüquqların dövlət qeydiyyatının aparılması barədə ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Birinci instansiya məhkəməsinin iddianı rədd etməkdə əsas dəlillərindən biri kimi Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 231/50 saylı qərarı ilə iddiaçının adına sənədləşdirilmiş 5000 kv.m torpaq sahəsi ilə bağlı müvafiq icra hakimiyyətinin rəyinin olmasına dair məhkəməyə iddiaçı tərəfindən sübut təqdim edilməməsi qeyd edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx xxxxxxx 2016- cı il tarixli qərarı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün iddiaçıya Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində Binəqədi şossesinin sol tərəfində yerləşən ərazidən 5000 kv.m torpaq sahəsi verilmiş, bələdiyyə ilə iddiaçı arasında torpaqların alqı-satqısına dair xx.xx.2006-cı il tarixdə akt tərtib edilib imzalanmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarı ilə 5000 kv.m torpaq sahəsinə dair razılıq məktubunun verilməsi Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilmiş, həmin qərar icra olunmuş və xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq razılıq məktubu verilmişdir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Qanunun hazırda qüvvədə olan 32.2-ci maddəsinin redaksiyasına görə ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərini nəzərə alaraq, əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. Həmin Qanunun 32.2-1-ci maddəsinin hazırkı redaksiyasına görə inzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə öhdəliyin icrası haqqında iddia növü olduğundan cavabdeh inzibati orqan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.2-ci maddəsində nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünün alınması üçün aidiyyəti inzibati orqana müraciət etməli idi. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 6.5- ci maddəsində nəzərdə tutulmuş “müvafıq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini DT və XK-nın yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın iddiaçının ərizəsinin təmin etməsindən imtinasının əsas dəlili kimi mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan əraziyə aid olmaması və həmin torpağın dövlətə torpağı olması göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 1397/2019-cu il tarixli qərarı ilə işə yenidən baxan apellyasiya instansiya məhkəməsinə cavabdeh inzibati orqanın imtinasının əsaslarını hərtəfərli araşdırılması və hüquqi qiymət verilməsi göstərişi verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-1944/2019 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 231/50 saylı qərarı ilə İddiaçı ayrılmış Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sol tərəfində yerləşən ərazidən 5000 kv.metr torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi yaxud bələdiyyə torpağıdırmı? 2. İddiaçı M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sol tərəfində yerləşən ərazidə ayrılmış torpaq sahəsi, həmin torpaq sahəsi üzrə bələdiyyə tərəfindən tərtib olunmuş ərazinin planında göstərilmiş məlumatlara uyğundurmu? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27616 nömrəli ekspert rəyinə əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 231/50 saylı qərarı ilə İddiaçı ayrılmış Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sol tərəfində yerləşən ərazidən 5000 kv.metr torpaq sahəsinin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən tərtib edilmiş planda göstərilən məlumatlara uyğun olduğu, eləcə də Binəqədi rayonu, Rəsulzadə bələdiyyəsinə aid olan torpaq sahələrinin ərazisində yerləşir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Savalan» X9 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2016-cı il tarixli Qərarında «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, «… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.» Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan xx.xx.2006-cı il tarixli torpaqların alqı-satqısına dair aktdan göründüyü kimi, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sol tərəfində yerləşən ərazidən 5000 kv.m torpaq sahəsi M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən iddiaçıya satılmışdır. Bakı şəhəri, Binəqədi rayon, M.Ə.Rəsulzadə Bələdiyyəsinin 231/50 saylı, xx xxxxxxx 2006-cı il tarixli qərarı əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə təklif olunan torpaq sahəsinin yerləşdiyi ərazinin planı tərtib edilmişdir. Həmçinin, məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarı ilə iddiaçıya sahibkarlıq fəaliyyəti üçün ayrılmış torpaq sahəsinə dair razılıq məktubunun verilməsi Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2017-ci il tarixli məktubunda qeyd etmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin razılıq məktubu məhkəmə prosesi zamanı hakimə təqdim olunmuş və məhkəmə qərarı qanuni qüvvəsini almışdır. Cavabdehin imtinasının əsas dəlillərindən biri qeyd olunan torpaq sahəsinin üzərindən yüksək gərginlikli elektrik xəttlərinin keçməsi olmuşdur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş “xxxxxxxx” ASC X10 və Satış İdarəsinin 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə ünvanladığı Be-x/0-0073 nömrəli xx.xx.2017-ci il tarixli məktubunda Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sol tərəfində yerləşən 5000 kv.metr torpaq sahəsinin yerləşdiyi ərazidən keçən elektrik xəttinin yüksək gərginlikli elektrik xəttlərinə aid olmaması qeyd olunmuşdur. 6000 kilovat enerji təchiz edən xətt həmin torpaq sahəsinin yaxınlığında yerləşən komplekt transformator məntəqəsində qoşulan elektrik xəttidir ki, onlar 220 və 380 kilovat enerji təchiz edən xəttlər ayırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Göründüyü kimi «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikasının Qanununun 15ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulmuşdur. Yalnız bu əsaslardan biri mövcud olarsa hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən «mülkiyyət» və «əmlak» anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairə-sinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqları-nın mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiyyət» anlayışı müstəqil məna daşıyır. “Van Marle və başqaları Niderlanda qarşı” iş üzrə qərarından İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş “əmlak” anlayışı ilə əhatə olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önər Yıldız Türkiyəyə qarşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. Beləliklə, iş materiallarından göründüyü kimi, maddi hüquq normalarının məzmununa əsasən iddiaçının ərizəsinin təmin edilməsi üçün əsaslar mövcud olduğundan, cavabdeh inzibati orqanın imtinası əsassız və qanunsuz olmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3980/2018 saylı xx xxxxxxx 2018-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3980/2018 saylı xx xxxxxxx 2018-ci il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin.Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx xxxxxxx 2006-cı il tarixli qərarı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sol tərəfində yerləşən 5000 kv.metr torpaq sahəsinin şəxsi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-49/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-49/2020
05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver