Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-49/2023 23.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının vəkili və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “pensiyanın yenidən hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2-1(112)-2065/2020 saylı qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinətinin və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın orta aylıq əmək haqqı kimi nəzərə alınmaqla iddiaçının pensiyasının məbləğinin xx.xx.2007-ci ildən yenidən hesablanması və həmin vaxtdan ödənilməmiş məbləğ fərqinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul еdilməsini хаhiş еtmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 1973-cü ildə kolxozçu kimi əmək fəaliyyətinə başlamışdır, 1974-1976-cı illərdə Sovet Ordusu sıralarında qulluq etmişdir, 1977-ci ildən 1982-ci ilə qədər Rusiya Federasiyasının Tomsk Dövlət Universitetində hüquq fakultəsində təhsil almışdır, universiteti bitirdikdən sonra xx.xx.1982-ci ildən Rusiya Federasiyası Krasnoyarsk diyarı X3 Boqrad və Ust-Abakan rayon prokurorluqlarında müstəntiq vəzifəsində, daha sonra isə xx.xx.1989-cu ilədək Boqrad və Beyski rayon prokurorunun əvəzi vəzifəsində xidmət etmişdir. xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə qədər Qazaxstan Respublikası Quryef şəhər Prokurorluğunda böyük müstəntiq və Quryef vilayət prokurorluğunda istintaq şöbəsinin prokuroru vəzifələrində işləmişdir. Daha sonra köçürmə yolu ilə xx.xx.1991-c ildən xx.xx.1993-cü ilə qədər Dağlıq Qarabağ üzrə Azərbaycan Respublikası Baş Prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq vəzifəsində işləmişdir. xx.xx.1993-cü ildən Azərbaycan Respublikası Prokurorluq orqanlarında daimi işə qəbul olunmaqla Azərbaycan Respublikası Baş Prokurorluğu İstintaq İdarəsi Azərbaycan Respublikası Baş Prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq vəzifəsinə təyin edilmişdir və bundan sonra xx.xx.2008-ci ilədək Azərbaycan Respublikası Prokurorluğuna və Hərbi Prokurorluğuna tabe olan idarələrdə xüsusilə mühüm işlər üzrə müstəntiq, xüsusilə mühüm işlər üzrə böyük müstəntiq, dövlət ittihamçısı, idarə prokuroru işləmişdir. xx.xx.2007-ci ildə iddiaçı prokurorluq orqanlarında xidmət edərkən ona qulluq stajına görə pensiya təyin edilmişdir və iddiaçı prokurorluq orqanlarında xidmətini davam etdirmişdir. xx.xx.2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2979 №li sərəncamı ilə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir, buna görə də prokurorluq orqanlarında xidmətinə xitam verilmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən onun sosial təminat hüquqları pozulmuşdur, belə ki, iddiaçının 40 ildən çox əmək stajı vardır, iddiaçının 7 il şimal bölgəsində, 1 il 8 ay döyüş bölgəsində xidmət etdiyi dövr və həmin dövrdə ikiqat əmək haqqı alması kimi xüsusatlar nəzərə alınmamışdır. Eyni zamanda prokurorluq işçilərinə hər il məzunuyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaları üçün verilən ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində müavinətlər və hər il əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım pensiya təyin edilən zaman nəzərə alınmamışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazda göstərmişdir ki, iddiaçıya xx.xx.2007-ci ildən dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmişdir. İddiaçıya pensiya təyin edilərkən onun 1992-1996-cı il tarixləri arasında işlədiyi dövr ərzində aldığı əmək haqqı və digər gəlirləri nəzərə alınmışdır. Bu zaman iddiaçının pensiya işinə aid sənədlərdə iddia ərizəsində qeyd edilən müavinətlərin ona ödənilməsinə dair hər hansı məlumat olmadığından həmin pul təminatlarının qanunvericiliyin tələbləri baxımından iddiaçıya münasibətdə tətbiq edilməsi mümkün deyildir. Bundan başqa “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-1ci maddəsinə əsasən əmək pensiyaları müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2-1(112)-2065/2020 saylı qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı hər il məzuniyyətə çıxarkən ödənilmiş iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaqla əlaqədar hər ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilmiş birdəfəlik pul müavinəti, hər il əmək haqqının ikiqat həcmi miqdarında ödənilmiş maddi yardımın məbləği nəzərə alınmaqla yaşa görə əmək pensiyası məbləğinin yenidən hesablanaraq 2016-cı ilin dekabr ayından başlayaraq ödənilməsi vəzifəsinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2007-ci ildə iddiaçı prokurorluq orqanlarında xidmət edərkən ona qulluq stajına görə pensiya təyin edilmiş, prokurorluq orqanlarında xidmətini davam etdirmişdir. xx.xx.2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2979 saylı sərəncamı ilə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş, hazırda da hakim kimi fəaliyyətini davam etdirir. Məhz hakim təyin olunduğuna görə prokurorluq orqanlarında xidmətinə xitam verilmişdir. O, xx.xx.2017-ci il tarixdən əvvəl pensiyaçı olduğundan, barəsində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa qeyd edilən tarixdən edilmiş dəyişikliklər hazırkı işə münasibətdə tətbiq edilməməlidir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya əmək pensiyası təyin edilərkən onun 1992-1996-cı il tarixləri arasında işlədiyi dövr ərzində aldığı əməkhaqqı və digər gəlirləri nəzərə alınmışdır. Bu zaman iddiaçının pensiya işinə aid sənədlərdə iddiasında qeyd etdiyi yuxarıda göstərilən müavinətlərin ona ödənildiyinə dair hər hansı məlumat olmadığından həmin pul təminatlarının qanunvericiliyin tələbləri baxımından (itirilmiş gəlirlərin kompensasiyası prinsipi nəzərə alınmaqla) iddiaçıya münasibətdə tətbiq edilməsini mümkün hesab etmirlər. Belə ki, iddiaçı işlədiyi və əmək pensiyasının hesablanması zamanı nəzərə alınan dövr ərzində ona ödənilməmiş əlavə pul təminatı və maddi yardımların pensiya hesablanarkən nəzərə alınmasını tələb etməkdə haqsızdır. Bu barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarında qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)-1014/2021 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2-1(112)-2065/2020 nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinətinin və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın orta aylıq əmək haqqı kimi nəzərə alınmaqla iddiaçının pensiyasının məbləğinin xx.xx.2007-ci ildən yenidən hesablanması və həmin vaxtdan ödənilməmiş məbləğ fərqinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2111/2021 saylı, 03 noyabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)-1014/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının qismən-iddianın təmin edilməyən hissəsində, cavabdehin isə apellyasiya şikayəti həmin qərarın iddianın təmin edilən hissəsinin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası mübahisələndirilən qərarın qanuniliyini tam yoxlayır. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, Apellyasiya instansiyası məhkəməsi 11 mart 2021-ci il tarixli qərarının əsaslandırıcı hissəsində yazır ki, “Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2019-cu il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı 07.19xxxx.1993-cü ildə Azərbaycan Respublikası Baş Prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq işləyərkən 200% vəzifə maaşı almışdır, 03.1993- 06.1996-cı ilə kimi Respublika Baş Prokurorluğunun mühüm işlər üzrə böyük müstəntiqi vəzifələrində işləmiş, illər üzrə aşağıdakı mükafatları almışdır: 1992 – dekabr ayı 100 % vəzifə maaşı həcmində; 1993 – mart ayı 100 %, may ayı 50%, dekabr ayı 100 % vəzifə maaşı həcmində; 1994 – may ayı 50%, dekabr ayı 50% vəzifə maaşı həcmində; 1995 - may ayı 50%, noyabr ayı 50% vəzifə maaşı həcmində; 1996 – mart ayı 100%, may ayı 50% vəzifə maaşı həcmində; Xidmət illərinə görə 45% əmək haqqı almışdır.” Daha sonra apellyasiya məhkəməsi qərarında qeyd edir ki, “cavabdeh tərəfindən təqdim edilmiş pensiya işində olan sənədlərin surətlərinə əsasən iddiaçıya pensiya orqanının xx.xx.2007-ci il tarixli qərarına əsasən prokurorluqda xidmətinə görə 1756,8 manat əmək pensiyası təyin edilmişdir, pensiya təyin edilən zaman iddiaçının prokurorluq orqanlarında 25 il 14 gün əmək stajı nəzərə alınmışdır. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı prokurorluq orqanlarında xidmət etmişdir, pensiya yaşı çatdığına görə ona 2007-ci ildə dövlət qulluqçusu kimi 1756.80 manat (baza hissəsi 50, sığorta hissəsi 28,15, qulluq stajına görə 1678,65) əmək pensiyası təyin edilmişdir. Lakin sonradan pensiyanın məbləği azaldılmışdır və xx.xx.2019-cu ildən əmək pensiyasının məbləği 1267.01 manat təşkil edir.” Beləliklə apellyasiya məhkəməsi eyni bir cümlədə göstərir ki, iddiaçıya pensiya orqanının xx.xx.2007-ci il tarixli qərarına əsasən prokurorluqda xidmətinə görə 1756,8 manat əmək pensiyası təyin edilmişdir, sonra isə həmin cümlənin davamında yazır ki, “pensiya yaşı çatdığına görə ona 2007-ci ildə dövlət qulluqçusu kimi 1756,80 manat ... əmək pensiyası təyin edilmişdir”. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə qərarda yazıldığı kimi “Cavabdeh tərəfindən təqdim edilmiş pensiya işində olan sənədlərin surətlərinə əsasən” gəlir. Lakin xüsusi olaraq qeyd edilməlidir ki, iddiaçının pensiya işi hazırkı inzibati işin materiallarında mövcud deyil və cavabdeh tərəfindən pensiya işinin məhkəməyə təqdim edilməsi faktı məhkəmə iclas protokollarında öz əksini tapmamışdır. Halbuki iddiaçının pensiya işinin tələb edilərək tam və hərtərəfli araşdırılması hazırkı inzibati mübahisənin düzgün həll edilməsi üçün həlledici əhəmiyyət kəsb edir, belə ki, iddiaçıya prokuror işçisi kimi pensiya təyin olunduğu halda onun hazırda iddiada tələb etdiyi ödənişlərin vaxtı ilə alıb-almaması barədə prokurorluğa sorğu göndərilməlidir. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2-1(112)- 2065/2020 saylı qərarı qismən-iddianın təmin edilən - İddiaçı hər il məzuniyyətə çıxarkən ödənilmiş iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaqla əlaqədar hər ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilmiş birdəfəlik pul müavinəti, hər il əmək haqqının ikiqat həcmi miqdarında ödənilmiş maddi yardımın məbləği nəzərə alınmaqla yaşa görə əmək pensiyası məbləğinin yenidən hesablanaraq 2016-cı ilin dekabr ayından başlayaraq ödənilməsi vəzifəsinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması hissəsində ləğv edilməli, bu hissədə iddia tələbi rədd edilməli, qalan hissədə qərar dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir. İşə baxan məhkəmə iddianı qismən təmin edərkən öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçıya hər il məzuniyyətə çıxarkən ödənilmiş iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaqla əlaqədar hər ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilmiş birdəfəlik pul müavinəti, hər il əmək haqqının ikiqat həcmi miqdarında ödənilmiş maddi yardımın məbləği nəzərə alınmaqla yaşa görə əmək pensiyası məbləğinin yenidən hesablanaraq 2016-cı il dekabr ayından başlayaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin xx.xx.2019-cu il tarixli iddiaçıya ünvanlanmış məktubunda göstərilmişdir ki, iddiaçıya xx.xx.2007-ci ildən dövlət qulluqçusu kimi 1756.80 manat (baza hissəsi 50, sığorta hissəsi 28,15, qulluq stajına görə 1678,65 ) əmək pensiyası təyin edilmişdir. Lakin sonradan müəyyən edilmişdir ki, iddiaçı dövlət qulluqçusu kimi yenidən işə qəbul edildiyi üçün həmin tarixdən ona əmək pensiyası hesablanan zaman qulluq stajına görə əlavə 50% hesablanmalı olduğu halda iddiaçı bu barədə məlumat vermədiyinə görə 100% həcmində hesablanmışdır.xx.xx.2019cu ildən əmək pensiyasının məbləği 1267.01 manat təşkil edir. Nəticədə xx.xx.2019-cu ilə 119922,17 manat artıq vermə yaranmışdır. İddiaçıdan həmin artıq ödənilmiş vəsaitin dövlət nəfinə bərpa edilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2019-cu il tarixli məktubunda göstərilmişdir ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8 və 20.9-cu maddələrinə uyğun olaraq prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən ildə bir dəfə onlara 2 aylıq, müalicə olunmaları ilə əlaqədar isə 2 aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 20.8 və 20.9-cu maddələrində nəzərdə tutulmuş müavinətlərdən Dövlət Sosial Müdafiə Fonduna ayırmalar yalnız 2007-ci ildən məzuniyyət üçün müavinət, 2010cu ildən müalicə üçün müavinət sosial müdafiə ayırmalarına cəlb olunan ödənişlərə daxil edilmişdir. Həmin Qanunun 21.4-cü maddəsinə əsasən prokurorluq əməkdaşlarına onların əmək haqqının 2 qat mislindən az olmayaraq maddi yardım verilir. Azərbaycan Respublikasının Baş Prokurorunun ümumi əmrlərinə əsasən mart, oktyabr və dekabr aylarında ümumilikdə 3 dəfə maddi yardım verilir. Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2019-cu il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı 07.19xx-xx.1993-cü ildə Azərbaycan Respublikası Baş Prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq işləyərkən 200% vəzifə maaşı almışdır, 03.19xx-xx.1996-cı ilə kimi Respublika Baş Prokurorluğunun mühüm işlər üzrə böyük müstəntiqi vəzifələrində işləmiş, illər üzrə aşağıdakı mükafatları almışdır: 1992 – dekabr ayı 100 % vəzifə maaşı həcmində; 1993 – mart ayı 100 %, may ayı 50%, dekabr ayı 100 % vəzifə maaşı həcmində; 1994 – may ayı 50%, dekabr ayı 50% vəzifə maaşı həcmində; 1995 - may ayı 50%, noyabr ayı 50% vəzifə maaşı həcmində; 1996 – mart ayı 100%, may ayı 50% vəzifə maaşı həcmində; Xidmət illərinə görə 45% əmək haqqı almışdır. Cavabdeh tərəfindən təqdim edilmiş pensiya işində olan sənədlərin surətlərinə əsasən iddiaçıya pensiya orqanının xx.xx.2007-ci il tarixli qərarına əsasən prokurorluqda xidmətinə görə 1756,8 manat əmək pensiyası təyin edilmişdir, pensiya təyin edilən zaman iddiaçının prokurorluq orqanlarında 25 il 14 gün əmək stajı nəzərə alınmışdır. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı prokurorluq orqanlarında xidmət etmişdir, pensiya yaşı çatdığına görə ona 2007-ci ildə dövlət qulluqçusu kimi 1756.80 manat (baza hissəsi 50, sığorta hissəsi 28,15, qulluq stajına görə 1678,65) əmək pensiyası təyin edilmişdir. Lakin sonradan pensiyanın məbləği azaldılmışdır və xx.xx.2019cu ildən əmək pensiyasının məbləği 1267.01 manat təşkil edir. İddiaçı hazırda cavabdeh tərəfindən sosial təminat hüquqlarının pozulduğunu bildirərək “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş əlavələrin nəzərə alınmaqla pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını və yaranmış fərqin birdəfəlik ödənilməsini tələb edir. «Əmək pеnsiyаlаrı hаqqındа» Аzərbаycаn Rеspublikаsının Qаnununun 1.0.1-ci mаddəsinə əsаsən, əmək pеnsiyаsı – bu qаnunlа nəzərdə tutulmuş qаydа və şərtlərlə müəyyən еdilən və məcburi dövlət sоsiаl sığоrtа оlunаnlаrın оnlаrа əmək pеnsiyаsı təyin оlunduqdаn əvvəl аldıqlаrı əmək hаqqı və digər gəlirlərin, yахud sığоrtа оlunаnlаrın ölümü ilə əlаqədаr оnlаrın аilə üzvlərinin itirdikləri gəlirlərin kоmpеnsаsiyаsı məqsədi ilə vətəndаşlаrа аylıq pul ödənişidir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.5. bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri; 20.1.5-1. qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla); Həmin Qanunun 9.4-cü maddəsinə əsasən prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-1-ci maddəsinə əsasən bu Qanunun 20.1.5-2-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş prokurorluq işçisinin qulluq stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir. Həmin Qanunun 20.8.1-ci maddəsinə əsasən prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.8.2-ci maddəsinə əsasən isə prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 20.8-ci maddəsinə əsasən prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Həmin Qanunun 20.9-cu maddəsinə əsasən prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 21.4-cü maddəsinə əsasən prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Həmin Qanunun 20.14-cü maddəsinə əsasən pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: 1.“Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; 2.“Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Beləliklə, qeyd olunan Konstitusiya Məhkəməsinin qərarı ilə müəyyən edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. İddiaçı işlədiyi və əmək pensiyasının hesablanması zamanı nəzərə alınan dövr ərzində ona ödənilməmiş əlavə pul təminatı və maddi yardımların pensiya hesablanarkən nəzərə alınmasını tələb etməkdə haqsızdır. Cavabdeh tərəfindən təqdim edilmiş pensiya işində olan sənədlərin surətlərinə əsasən iddiaçı 1991-ci il tarixdən 1993-cü il tarixə kimi Azərbaycan Respublikası Baş Prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiqi işləyərkən 200% vəzifə maaşı almışdır, böyük müstəntiq işləyən zaman illər üzrə aşağıdakı mükafatları almışdır: 1992 – dekabr ayı 100 % vəzifə maaşı həcmində; 1993 – mart ayı 100 %, may ayı 50%, dekabr ayı 100 % vəzifə maaşı həcmində; 1994 – may ayı 50%, dekabr ayı 50% vəzifə maaşı həcmində; 1995 - may ayı 50%, noyabr ayı 50% vəzifə maaşı həcmində; 1996 – mart ayı 100%, may ayı 50% vəzifə maaşı həcmində; xidmət illərinə görə 45% əmək haqqı almışdır. İddiaçıya 2007-cı ildə dövlət qulluqçusu kimi 1756.80 manat (baza hissəsi 50, sığorta hissəsi 28,15, qulluq stajına görə 1678,65) əmək pensiyası təyin edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçının xidmət etdiyi dövrdə prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinətinin və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımı alıb-almaması barədə arayışın təqdim edilməsi barədə ünvanlanmış sorğuya cavab olaraq Azərbaycan Respublikasının Baş prokurorluğu tərəfindən xx.xx.2022-ci il tarixli məktubla təqdim edilmiş arayışdan görünür ki, sabiq prokurorluq işçisi İddiaçı 2005-2008-ci illərdə maddi yardım (2005-ci ildə ******* manat, 2006-cı ildə 938.20 manat, 2007-ci ildə 2428 manat, 2008-ci ildə 1214 manat) ödənilmişdir. Eyni zamanda pensiya işində olan sənədlərdən göründüyü kimi prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən ildə bir dəfə onlara 2 aylıq, müalicə olunmaları ilə əlaqədar isə 2 aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətı verilir. Həmin müavinətlərdən Dövlət Sosial Müdafiə Fonduna ayırmalar 2007-ci ildən məzuniyyət üçün müavinət, 2010cu ildən müalicə üçün müavinət sosial müdafiə ayırmalarına cəlb olunan ödənişlərə daxil edilmişdir. Həmçinin prokurorluq əməkdaşlarına onların əmək haqqının 2 qat mislindən az olmayaraq maddi yardım verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə görə, pensiya hesablanan zaman əlavələrin nəzərə alınması üçün həmin əlavələr şəxsin işlədiyi dövrdə alınmalıdır. Belə olan halda isə iddiaçı işlədiyi dövrdə almadığı əlavələrə görə həmin əlavələr də daxil olmaqla pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2-1(112)-2065/2020 saylı qərarı qisməniddianın təmin edilən - İddiaçı hər il məzuniyyətə çıxarkən ödənilmiş iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaqla əlaqədar hər ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilmiş birdəfəlik pul müavinəti, hər il əmək haqqının ikiqat həcmi miqdarında ödənilmiş maddi yardımın məbləği nəzərə alınmaqla yaşa görə əmək pensiyası məbləğinin yenidən hesablanaraq 2016-cı ilin dekabr ayından başlayaraq ödənilməsi vəzifəsinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması hissəsində ləğv edilməli, bu hissədə iddia tələbi rədd edilməli, qalan hissədə qərar dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2-1(112)-2065/2020 saylı qərarı qismən-iddianın təmin edilən – “İddiaçı hər il məzuniyyətə çıxarkən ödənilmiş iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaqla əlaqədar hər ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilmiş birdəfəlik pul müavinəti, hər il əmək haqqının ikiqat həcmi miqdarında ödənilmiş maddi yardımın məbləği nəzərə alınmaqla yaşa görə əmək pensiyası məbləğinin yenidən hesablanaraq 2016-cı ilin dekabr ayından başlayaraq ödənilməsi vəzifəsinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması” hissəsində ləğv edilsin, bu hissədə iddia rədd edilsin. Qərar qalan hissədə dayişdirilmədən saxlanılsın. İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-49/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-49/2023
23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver