Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-49/2024 11.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X17 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X4, üçüncü şəxs X5 (eyni zamanda X2 nümayəndəsi) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X6, X10 və X12) “mülkiyyət hüququnun vəfat etmiş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-24/2021 nömrəli, 12 avqust 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı X14 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin 05 avqust 1994-cü il tarixli, 1085 nömrəli sərəncamına əsasən Binəqədi rayonu, Goradil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən Bağlar Təsərrüfatı İdarəsinin nəzdində olan, 23 nömrəli orderlə verilmiş, ümumilikdə 0,12 hektar ölçüdə 260v nömrəli bağ sahəsinin plan və ölçüsünün təqdim olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2017-ci il tarixdə vəfat etdiyi üçün iddiaçı onun hüquq varisi İddiaçı ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyətinin 05 avqust 1994-cü il tarixli, 1085 nömrəli sərəncamına əsasən Binəqədi rayonu, Görədil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən Bağlar Təsərrüfatı İdarəsinin nəzdində olan, 23 nömrəli orderlə verilmiş, ümumilikdə 0.12 hektar ölçüdə 260v (kiril əlifbası ilə “B”) nömrəli bağ sahəsinə dair hüquqların iddiaçının anası X11 məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 2-1(112)-24/2021 nömrəli, 12 avqust 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri İcra Hakimiyyətinin 05 avqust 1994-cü il tarixli, 1085 nömrəli sərəncamına əsasən Binəqədi rayonu, Goradil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən Bağlar Təsərrüfatı İdarəsinin nəzdində olan 23 nömrəli orderlə verilmiş ümumilikdə 0.12 hektar ölçüdə 260v (kiril əlifbası ilə B) nömrəli bağ sahəsinə dair hüquqların ölmüş şəxsə - İddiaçı anası X11 məxsus olmasına dair arayışın İddiaçı verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı X7 idarəyə ilkin müraciəti zamanı iddiaçıya ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubda qeyd olunmuşdur ki, bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir və iddia olunan əraziyə 257g nömrəsi ilə digər fiziki şəxsin müraciəti də daxil olmuşdur. Lakin məhkəmə mübahisəsi davam etdiyi müddətdə İddiaçı Bakı şəhəri İcra Hakimiyyətinin 05 avqust 1994-cü il tarixli, 1085 nömrəli sərəncamına əsasən Binəqədi rayonu, Görədil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən Bağlar Təsərrüfatı İdarəsinin nəzdində olan 23 nömrəli orderlə verilmiş ümumilikdə 0.12 ha ölçüdə 260v (kiril əlifbası ilə B) nömrəli bağ sahəsinə dair hüquqların ölmüş şəxsə-İddiaçı anası X11 məxsus olmasına dair arayışın, öz adına isə çıxarış və plan və ölçünün verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə İdarəyə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, qeyd olunan bağ sahəsi bağların yerləşməsinə dair sxematik xəritəyə uyğun gəlmir. Həmçinin iddia olunan sahəyə dair digər fiziki şəxsin adına - X2 adına ləğv edilmiş DTXK tərəfindən “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair” şəhadətnamə verildiyi aşkar edilmişdir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada məktub ünvanlanmışdır. İddiaçı hər dəfə müraciətində fərqli yerləri göstərmiş və idarə tərəfindən verilmiş sonuncu imtina məktubuna məhkəmə qərar verərkən münasibət bildirməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış, digər fiziki şəxs X10 üçüncü şəxs qismində məhkəmə tərəfindən cəlb edilməmiş və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-443/2022 nömrəli, 03 iyun 2022-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-24/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1779/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2022-ci il 03 iyun tarixli, 2-1(103)-443/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı apellyasiya baxışı zamanı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivi, 259L saylı bağ sahəsinə dair X5 adına Torpaq sahəsinin planı və ölçüsündə torpaq sahəsinin kadastr göstəricilərinin iddiaçıya məxsus 260V nömrəli bağ sahəsinin koordinatları ilə üstüstə düşən hissədə ləğv edilməsi və Bakı şəhəri İcra Hakimiyyətinin 05 avqust 1994-cü il tarixli, 1085 nömrəli sərəncamına əsasən Binəqədi rayonu, Göradil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən Bağlar Təsərrüfatı İdarəsinin nəzdində olan 23 nömrəli orderlə verilmiş ümumilikdə 0.12 hektar ölçüdə 260V (kiril əlifbası ilə “B”) nömrəli bağ sahəsinə dair hüquqların ölmüş şəxsə – İddiaçı anası X11 məxsus olmasına dair arayışın İddiaçı verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin 05 avqust 1994-cü il tarixli, 1085 nömrəli sarəncamına əsasən iddiaçının anası X11 Goradil bağlar sahesindəki 89 saylı kooperativ tərəfindən Bağlar Təsərrüfatı İdarəsinin nəzdində olan, ümumilikdə 0.12 hektar ölçüdə 260V saylı bağ sahəsi ayrılmış və 23 saylı order verilmişdir. Dəfələrlə cavabdehə müraciət edilərək, həmin bağ sahəsinə çıxarış verilməsi xahiş edilmişdir. Lakin hər dəfə müxtəlif səbəblərdən iddiaçının anasına çıxarış verilməsindən imtina edilmişdir. 2017-ci ildə iddiaçının anası vəfat etmiş və iddiaçı onun vərəsəsidir. Cavabdeh iddiaçının anasına ayrılmış 260V saylı bağ sahəsinə guya X10 və onun oğlu X5 da 259L saylı bağ sahasi adı altında iddia etdiyi və həmin şəxslərə Torpağın mülkiyyətə verilməsinə dair JN-27589D saylı (KOD ********) şəhadətnamə verildiyini bildirərək, çıxarış verilməsindən imtina etmişdir. Məhkəmə araşdırması zamanı müvafiq ekspertizalar keçirilmiş və sonda müəyyən edilmişdir ki, iddiaçının anasına ayrılmış 260V saylı bağ sahəsi ilə X10 və onun oğlu X8 məxsus 259L saylı bağ sahəsi arasında 225 metr məsafə vardır. Bundan başqa, hələ 2013-cü ildə X10 və onun oğlu X8 Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi məktubu ilə bildirilmişdir ki, 259L saylı bağ sahəsinə dair Torpağın mülkiyyətə verilməsinə dair JN-27589D saylı (KOD ********) şəhadətnamənin sənəd üzrə yerləşməsi ilə faktiki göstərilən torpaq sahəsi arasında 258 metr fərq mövcuddur və əlavə torpaq sahəsi istifadə edilməkdədir. Bu cür mötəbər sübutlara və halhazırda da Əmlak Məsələləri Dövlət Xidmətinin özünün də tərəf kimi iştirak etdiyi məhkəmə prosesinin davam etməsinə baxmayaraq, Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən X2 oğlu X5 adına 259L saylı bağ sahəsinə dair gizlin şəkilda 05 dekabr 2022-ci il tarixdə Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Həmin sənədlərdə isə 259L saylı bağ sahəsinin koordinatları kimi saxtakarlığa yol verilərək və məhkəmə araşdırmasının başa çatmamasına baxmayaraq, 259L saylı bağ sahəsinə dair Torpağın mülkiyyətə verilməsinə dair JN-27589D saylı (KOD ********) şəhadətnamədəki koordinatlar deyil, əksinə ekspert rəyində iddiaçının anasına ayrılmış 260V saylı bağ sahəsinin koordinatları kimi göstərilmiş koordinatlar əks edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Goradil Bağ massivi, 259L saylı bağ sahəsinə dair X5 adına Torpaq sahəsinin plan və ölçüsündə torpaq sahəsinin kadastr göstəricilərinin iddiaçıya məxsus 260V saylı bağ sahəsinin koordinatlan ilə üst-üstə düşən hissədə ləğv edilməsi və Bakı şəhəri İcra Hakimiyyətinin 05 avqust 1994-cü il tarixli, 1085 nömrəli sərəncamına əsasən Binəqədi rayonu, Goradil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən Bağlar Təsərrüfatı İdarəsinin nəzdində olan 23 nömrəli orderdə verilmiş ümumilikdə 0.12 hektar ölçüdə 260v (kiril əlifbası ilə B) nömrəli bağ sahəsinə dair hüquqların ölmüş şəxsə- İddiaçı anası X11 məxsus olmasına dair arayışın İddiaçı verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, iddia tələbinin dəqiqləşdirilmiş formada təmin edilməsini məhkəmədən xahiş etmişlər. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs X12 (eyni zamanda X2 nümayəndəsi) apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubda qeyd olunur: Binəqədi rayonu, Goradil massivində yerləşən 260v saylı bağ sahələrinə aid plan və ölçünün tərtib edilməsinə və dövlət reyestrindən çıxarışın verilməsinə dair müraciətinizə baxılmışdır. Təqdim olunmuş sənədlər surətdir. Sözügedən bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bundan əlavə, bağ sahəsi mübahisəlidir. Belə ki, göstərilən sahəyə “257g” saylı bağ nömrəsi ilə digər vətəndaş da iddia edir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının X3 və X9 bağlar sahəsindəki 89 saylı Kooperativi tərəfindən verilmiş 23 saylı Orderin təsdiq edilmiş surətindən görünür ki, X11 Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 1085 saylı qərarına əsasən Goradil bağlar sahəsində 89 saylı BTKnın nəzdində 0,12 ha torpaq sahəsi olan 260 V №-li bağ ayrılmışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 1085 saylı sərəncamının surətindən görünür ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il 6/333 və Azərbaycan SSR Nazirlər Kabinetinin 02 iyul 1988-ci il 195 nömrəli qətnaməsinə əsasən bağ sahəsi ayrılmışdır - 2.23 X24 q. - Goradil, 89 nömrəli BTK, bağ 260 V. İş materialında olan Bakı şəhəri 13 nömrəli Dövlət Notariat kontorunun cavabdehə ünvanlanmış 323 nömrəli, xx.xx.2017-ci il tarixli məktubuna əsasən X7 xx.xx.2017-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsəsinin ərizəsi əsasında xx.xx.2017-ci il tarixdə vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. X7 vərəsəsi - oğlu İddiaçı müəyyən olunmuşdur. Bunu nəzərə alaraq, Görədil bağlarında 260v nömrəli bağ sahəsində yerləşən 0,12 ha torpaq sahəsinə dair mərhum X7 adına çıxarış verilməsi xahiş edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmışdir. Göstərilən mübahisəli (həmin sahəyə digər vətəndaş 257G saylı bağ sahəsi kimi iddia edir) sahə hasar daxilindədir. Qonşu bağ nömrələri: 269R, 259J, 254Ə. Keçmiş BTİ və İB-yi tərəfindən vətəndaşlara torpaq (bağ) sahələri ayrılarkən koordinatlarla ayrılmadığından, həmçinin vətəndaşlar bağ sahələrində hasarlanma işlərini bağların bölgüsünə dair sxematik xəritəyə uyğun olaraq plan üzrə aparmadıqları üçün bağ sahələrinin naturada yerləşməsi və bağlararası yollar sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bu səbəbdən 260V saylı bağ sahəsinin dəqiq harada yerləşməsini müəyyənləşdirmək mümkün deyil. İş materiallarında olan cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, keçmiş X3 və istismarı birliyi tərəfindən bağ sahələri paylanarkən koordinat sistemində paylanmadığından, həmçinin ümumi ərazidə bağların bölgüsünə dair sxematik xəritədə bağların yerləşmə ardıcıllığı ilə naturadakı faktiki vəziyyət arasında uyğunsuzluq təşkil etdiyindən 260V saylı bağ sahəsinin dəqiq yeri və koordinatlarını müəyyənləşdirmək mümkün olmadı. Vətəndaş İddiaçı və mərhum anası X14 260v saylı bağ sahəsi kimi əvvəlcə digər vətəndaşın 257g saylı bağ sahısi kimi göstərdiyi sahəyə iddia edirdi (vahid elektron kadastr baza məlumatlarına əsasən həmin sahə məhkəmə qərarı əsasında 257G saylı bağ sahəsi kimi X1 adına qeydiyyata alınıb). Lakin sonradan X15 əvvəlki sahəni səhv göstərdiyini bildirərək, 260v saylı bağ kimi həmin sahənin şimal-şərq hissəsində digər vətəndaş tərəfindən hasarlanmış başqa sahəni hasarın çölündən göstərdi (içəri daxil ola bilmədi). Belə ki, sahə digər vətəndaş tərəfindən hasarlanmış və darvaza bağlı idi (həmin sahə vahid elektron kadastr baza məlumatlarına əsasən digər şəxsin adına 259L saylı bağ sahəsi kimi qeydiyyatdan keçmiş və X5 adına özgəninkiləşdirilmişdir). Vahid elektron kadastr baza məlmatlarına əsasən 257G saylı bağ sahəsi (1200,0 kv.m sahə) məhkəmə qərarı əsasında X1 adına **********95 reyestr nömrəsi ilə qeydiyyatdan keçib (sözügedən sahəyə dair döngə nöqtələrinin koordinatları plan-ölçüdə öz əksini tapıb). Vahid elektron kadastr baza məlumatlarına əsasən 259L saylı bağ sahesi (1200.0 kv.m sahə) ləğv edilmiş X16 Komitəsi tərəfindən verilmiş JN-27589 saylı şəhadətnamə əsasında X2 adına qeydiyyata alınıb və X5 adına **********21 reyestr nömrəsi ilə özgəninkiləşdirilmişdir (sözügedən sahəyə dair döngə nöqtələrinin koordinatları plan ölçüde öz əksini tapıb). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/8324 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-36287/2023 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, keçmiş X3 və istismarı birliyi tərəfindən bağ sahələri paylanarkən koordinat sistemində paylanmadığından, həmçinin ümumi ərazidə bağların bölgüsünə dair sxematik xəritədə bağların yerləşmə ardıcıllığı ilə naturadakı faktiki vəziyyət arasında uyğunsuzluq təşkil etdiyindən 260V saylı bağ sahəsinin dəqiq yeri və koordinatlarını müəyyənləşdirmək mümkün olmadı. Vətəndaş İddiaçı və mərhum anası X14 260v saylı bağ sahəsi kimi əvvəlcə digər vətəndaşın 257g saylı bağ sahısi kimi göstərdiyi sahəyə iddia edirdi (vahid elektron kadastr baza məlumatlarına əsasən həmin sahə məhkəmə qərarı əsasında 257G saylı bağ sahəsi kimi X1 adına qeydiyyata alınıb). Lakin sonradan X15 əvvəlki sahəni səhv göstərdiyini bildirərək, 260v saylı bağ kimi həmin sahənin şimal-şərq hissəsində digər vətəndaş tərəfindən hasarlanmış başqa sahəsini hasarın çölündən göstərdi (içəri daxil ola bilmədi). Belə ki, sahə digər vətəndaş tərəfindən hasarlanmış və darvaza bağlı idi (həmin sahə vahid elektron kadastr baza məlumatlarına əsasən digər şəxsin adına 259L saylı bağ sahəsi kimi qeydiyyatdan keçmiş və X5 adına özgəninkiləşdirilmişdir). Mütəxəssis rəyinə əsasən, 257G saylı bağ sahəsinin (1200,0 kv.m sahə) məhkəmə qərarı əsasında X1 adına **********95 reyestr nömrəsi ilə qeydiyyatdan keçdiyi müəyyən edilir. Mütəxəssis rəyinə əsasən, 259L saylı bağ sahəsinin (1200,0 kv.m sahə) ləğv edilmiş X16 Komitəsi tərəfindən verilmiş JN-27589 saylı şəhadətnamə əsasında X2 adına qeydiyyata alındığı və X5 adına **********1 reyestr nömrəsi ilə özgəninkiləşdirildiyi müəyyən edilir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir: Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivi 259L ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqlar müvafiq hüquqmüəyyənedici sənədlər təqdim edilməklə digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivi 260V nömrəli torpaq sahəsi ilə bağlı məhkəmə mübahisəsi mövcuddur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.50-ci yarımbəndində və Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.20-ci bəndində təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh inzibati orqanın vəzifəsidir. İşin faktiki hallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 1085 saylı sərəncamına və Bakı şəhər İcra Hakimiyyəti Aparatının X3 və X9 bağlar sahəsindəki 89 saylı Kooperativinin 23 saylı orderinə əsasən X11 Goradil bağlar sahəsində 89 nömrəli BTK-də 0,12 ha torpaq sahəsi olan 260 V saylı bağ sahəsi ayrılmışdır. Bakı şəhəri 13 nömrəli Dövlət Notariat kontorunun cavabdehə ünvanlanmış 323 nömrəli, xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, X7 xx.xx.2017-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsəsinin ərizəsi əsasında xx.xx.2017-ci il tarixdə vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. X7 vərəsəsi - oğlu İddiaçı müəyyən olunmuşdur, bu hallar nəzərə alınaraq Görədil bağlarında 260v nömrəli bağ sahəsində yerləşən 0,12 ha torpaq sahəsinə dair mərhum X7 adına çıxarış verilməsi xahiş edilmişdir. Göründüyü kimi, iddiaçının anası vəfat edənə qədər qanuni əsaslarla mübahisəli bağ sahəsi üzərində mülkiyyət hüququnu əldə etdiyi, lakin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü üçün yuxarıda qeyd edilən normalara əsasən qanun üzrə vərəsə olan iddiaçının qanunvericiliyə əsasən qeyd edilən bağ sahəsinə hüququn anasına məxsus olması barədə arayış tərtib edilərək verilməsini cavabdehdən tələb etmək hüququ vardır. Cavabdeh orqan sözügedən bağ sahəsinin yerləşməsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi, bağ sahəsinin mübahisəli olması, göstərilən bağ sahəsinə 257g nömrəli bağ nömrəsi ilə digər vətəndaşın iddia etməsi əsası ilə iddiaçının müraciətindən imtina etmişdir. X2 adına ləğv edilmiş DTXK tərəfindən “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-27589D nömrəli (kod ********) Şəhadətnamədə Goradil bağ massivində yerləşən sahəsi 0.12 ha olan 259L saylı bağ sahəsinin mülkiyyətçiləri kimi X10 və X12 göstərilmişdir. Eyni zamanda üçüncü şəxs X10 mübahisəli Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivi ünvanında yerləşən 259L saylı bağ sahəsini oğlu X8 bağışlamışdır və həmin bağ sahəsinə dair çıxarış X5 adına verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1779/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qərarında qeyd olunan göstərişlərə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi tərəfindən məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, keçmiş X3 və istismarı birliyi tərəfindən bağ sahələri paylanarkən koordinat sistemində paylanmadığından, həmçinin ümumi ərazidə bağların bölgüsünə dair sxematik xəritədə bağların yerləşmə ardıcıllığı ilə naturadakı faktiki vəziyyət arasında uyğunsuzluq təşkil etdiyindən 260V saylı bağ sahəsinin dəqiq yeri və koordinatlarını müəyyənləşdirmək mümkün olmamışdır. Göründüyü kimi, bağ sahələrinin paylanarkən koordinat sistemində paylanmadığı qeyd olunmuşdur. Müvafiq torpaq sahəsi ilə bağlı uyğunsuzluq hallarının mövcudluğu isə iddiaçıdan asılı olmayan haldır və bu halın aradan qaldırılması cavabdeh inzibati orqanın özünün səlahiyyəti daxilindədir. Hər hansı uyğunsuzluq olsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Bundan başqa, cavabdeh tərəfindən üçüncü şəxs X8 ünvanlanmış imtina məktubunda (iş mat., İ cild, səh. 282) bildirilmişdir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-27589D kod saylı şəhadətnamənin sənəd üzrə yerləşməsi ilə faktiki vəziyyət arasında 258 metr fərq mövcuddur. X23 və Monitorinqi Elm-İstehsalat Mərkəzinin Bakı X20 mərkəzi tərəfindən DƏDRX Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2013-cü il tarixli məktubda Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə (JN-27589D) əks olunan torpaq sahəsinin faktiki vəziyyətdə döngə nöqtələrinin müəyyənləşdirildiyi qeyd olunmuş və koordinatlar göndərilmişdir (İş mat., İ cild, səh. 283-284). Göründüyü kimi, cavabdeh tərəfindən üçüncü şəxsə onun sənəd üzrə torpaq sahəsinin faktiki göstərdiyi torpaq sahəsindən 258 metr kənarda yerləşməsi səbəbindən imtina verilsə də, sonradan hazırki məhkəmə mübahisəsinin davam etdiyi dövrdə - xx.xx.2022-ci ildə 259L saylı bağ sahəsinə üçüncü şəxsin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilmiş, Torpaq sahəsinin plan və ölçüsü (iş mat., İİ cild, səh. 33-35) tərtib olunaraq sənəd üzrə olan deyil, faktiki göstərdiyi sahə üzrə (həmin sahə üçüncü şəxsin sənədi üzrə torpaq sahəsindən 258 metr kənarda yerləşir) koordinatlar qeyd olunmuşdur. Cavabdeh inzibati orqan üçüncü şəxsin sənəd üzrə koordinatlarının düzgün olubolmaması, sonradan dəyişdirilməsinin səbəbləri, iddiaçının faktiki göstərdiyi və sənəd üzrə torpaq sahəsindən 258 metr kənarda yerləşən torpaq sahəsinin koordinatlarına uyğunlaşdırılmasının səbəblərini əsaslandıra bilən sübutları məhkəməyə təqdim edə bilmədi. Həmin koordinatlar isə iddiaçıya ayrılmış bağ sahəsinin koordinatlarına uyğun gəlir. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 260V saylı bağ sahəsinə dair sxematik xəritədən də (iş mat., İ cild, səh. 123-125) görünür ki, üçüncü şəxsə ayrılmış 259L saylı bağ sahəsi iddiaçıya ayrılmış 260V saylı bağ sahəsindən bir neçə bağ sahəsi kənarda yerləşir. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsi tərəfindən iddiaçının bağ sahəsinə qonşu bağ sahələrinin - 260b, 260q, 260d saylı bağ sahələrinin qovluğunda olan sənədlərə baxış keçirilmiş, həmin bağ sahələrinin ayrılmasına dair sənədlərin iddiaçıya məxsus 260V saylı bağ sahəsinin ayrılmasına dair sənədlərlə eyni olduğu müəyyən edilmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsi tərəfindən yerində müayinə keçirilmiş, torpaq sahəsinin üçüncü şəxsin sənəd üzrə torpaq sahəsindən kənarda yerləşən (əvvəl cavabdeh tərəfindən üçüncü şəxsin adına qeydiyyata alınmasından imtina edilmiş) torpaq sahəsi olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunverici «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Həmin normada təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən sərəncamlar və orderlər qanunvericilikdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi müəyyən edilmişdir. O da qeyd edilməlidir ki, cavabdeh tərəfindən qeyd olunan sənədlərin (qərar və order) həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Həmin sənədlərə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından mötəbər sübut kimi qiymətləndirilməlidir. Həmin sənədlər ləğv edilməmişdir, etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Bundan başqa, həmin sənədlər geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İddiaçı ona münasibətdə əlverişli xarakter daşıyan qərar və orderə etimad göstərərək həmin sənədlərin məzmununa uyğun davranmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuş, iş üçün əhəmiyyətli olan bütün hallar araşdırılmamışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-24/2021 nömrəli, 12 avqust 2021-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməli, X5 adına Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar sahəsində yerləşən 259L saylı bağ sahəsinə dair verilmiş koordinatlar (Torpaq sahəsinin planı və ölçüsü) 260V nömrəli bağ sahəsinin koordinatları ilə üst-üstə düşən hissədə ləğv edilməli, Bakı şəhəri İcra Hakimiyyətinin 05 avqust 1994-cü il tarixli, 1085 nömrəli sərəncamına əsasən Binəqədi rayonu, Göradil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən 23 nömrəli orderlə verilmiş ümumilikdə 0.12 hektar ölçüdə 260V (kiril əlifbası ilə “B”) nömrəli bağ sahəsinə hüququn X11 məxsus olmasına dair arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-24/2021 nömrəli, 12 avqust 2021-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. X5 adına Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar sahəsində yerləşən 259L saylı bağ sahəsinə dair verilmiş koordinatlar (Torpaq sahəsinin planı və ölçüsü) 260V nömrəli bağ sahəsinin koordinatları ilə üst-üstə düşən hissədə ləğv edilsin, Bakı şəhəri İcra Hakimiyyətinin 05 avqust 1994-cü il tarixli, 1085 nömrəli sərəncamına əsasən Binəqədi rayonu, Göradil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən 23 nömrəli orderlə verilmiş ümumilikdə 0.12 hektar ölçüdə 260V (kiril əlifbası ilə “B”) nömrəli bağ sahəsinə hüququn X11 məxsus olmasına dair arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-49/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-49/2024
11.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver