Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-490/2023 15.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X18 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, iddiaçının nümayəndəsi Vəkil2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-520/2022 nömrəli, 01 iyul 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli, **********137136 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı razılığı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-520/2022 nömrəli, 01 iyul 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş İddiaçı vergi qanunvericiliyini pozmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********137136 nömrəli qərar ləğv edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********187043 nömrəli qərara əsasən "xxxx" MMC-nin fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr əhatə olunmaqla Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Bununla əlaqədar “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərar, “Növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında” bidiriş, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” və “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnamə vergi ödəyicisinə təqdim edilmişdir. Vergi Məcəlləsinin 71.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan hər hansı şəxs mühasibat uçotu sənədlərini, o cümlədən elektron və (və ya) kağız formatda məlumatları tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlamalıdır. Vergi ödəyicisi tərəfindən mühasibat uçotu qanunvericiliklə müəyyən edilmiş qaydada aparılmadığına görə yoxlama qarşılıqlı əlaqələrə dair sənədlərə, bank sənədlərinə, vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə, müəssisə rəhbəri və sürücülər tərəfindən verilmiş izahatlara və digər sənədlərə əsasən aparılmışdır. Yoxlama nəticəsi üzrə cəmiyyətə aşağıdakı vergi məbləğləri hesablanmış və maliyyə sanksiyaları tətbiq edilmişdir: 94.095,25 manat mənfəət vergisi və 47.047,63 manat maliyyə sanksiyası; 4.583,80 manat sadələşdirilmiş vergi və 2.291,90 manat maliyyə sanksiyası; 14.090,00 manat ÖMV və 7.045,00 manat maliyyə sanksiyası; 680,0 manat MS (57.1); 168.890,54 manat ƏDV (qeydiyyatsız) və 84.445,28 manat maliyyə sanksiyası. Yoxlanılan dövrdə cəmiyyət özünə məxsus olan və icarəyə götürülmüş avtonəqliyyat vasitələri ilə taksi xidmətlərinin göstərilməsi, həmçinin 189 taksi xidmətinin göstərilməsi üçün müraciət etmiş sərnişinlərin sifarişlərinin yerinə yetirilməsi məqsədilə xidmət müqaviləsi əsasında proqram təminatı vasitəsilə 189 taksi xidməti platformasına qoşulmuş olan müxtəlif fiziki şəxslərə sifarişlərin ötürülməsi fəaliyyəti ilə məşğul olmuşdur. Həmin fiziki şəxslərlə bağlanmış xidmət müqaviləsinə əsasən onlara ötürülmüş sifarişlərin yerinə yetirilməsindən nağd qaydada əldə edilmiş vəsaitə görə icraçının "BİZİM TAKSİ” MMC-yə əvvəldən qoyduğu depozit hesabı ödənişlərindən sifarişin marşrutu, qiyməti və endirimi nəzərə alınmaqla 10, 15 və ya 20 faiz dəyərində xidmət haqqı alınması göstərilsə də, alınmış izahatlardan müəyyən edilir ki, reallıqda onlardan yalnız 20 faiz dəyərində xidmət haqqı tutulur. Nağdsız ödəniş əsasları ilə qəbul edilmiş sifarişlərin icrası zamanı isə sifarişin dəyəri "BİZİM TAKSİ” MMC-yə ödənilir və sifarişin dəyərinin 20 faizi cəmiyyətdə saxlanılaraq yerdə qalan 80 faizi icraçıya xidmət haqqı kimi ödənilir. Yoxlama ilə bağlı cəmiyyətin direktoru tərəfindən verilmiş izahatda taksi sifarişlərinin yalnız nağdsız qaydada korporativ və goldenpay müştərilərinə göstərildiyi bildirilmişdir. Lakin yoxlama ilə cəmiyyət tərəfindən nağdsız (goldenpay və korporativ) müştərilərə deyil, eyni zamanda nağd sifarişlər əsasında taksi xidmətlərinin göstərildiyi müəyyən edilmişdir. Belə ki, xidmət müqaviləsi əsasında fəaliyyət göstərən sürücülər tərəfindən verilmiş izahatlara əsasən, eləcə də bağlanmış xidmət müqavilələrinin 4-cü bəndinə əsasən nağdsız sifarişlərlə yanaşı nağd sifarişlərin həyata keçirildiyi, eyni zamanda nağd sifarişlər zamanı 20% xidmət haqqının sürücünün depozit hesabı ödənişlərindən tutulduğu, nağdsız sifarişlərdə isə 80% xidmət haqqının taksi sürücülərinin hesabına köçürüldüyü müəyyən edilmişdir. Taksi sürücüləri 189 taksi ilə bağlı (189 taksi platforması vasitəsilə taksi xidmətləri göstərən şirkətlər "BİZİM TAKSİ” MMC və "Call Center” MMC) nağd qaydada sifarişlər almaq üçün ilk növbədə Pay Point, Milli ön və s. ödəniş terminallarında sürücülərə təqdim edilmiş kodlara (bu kodlar xidmət müqaviləsinin nömrəsidir) və ya müəssisəyə məxsus ofislərə gedərək depozitə nağd pul yatırmalıdırlar. Sürücülər tərəfindən göstərilmiş taksi xidmətləri müqabilində isə balansdan hər taksi gedişinin 20%-i məbləğində pul silinərək 189 taksi xidmətinin hesabına yığılır, o hesabdan isə 189 taksi xidməti ilə bağlı olan (müxtəlif vaxtlarda İddiaçı MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********), müəssisələrin hesabına deyil, "189” taksi ilə bağlı 11 fiziki şəxsin bank hesablarına: Əskərov Ağa-Kərim Fəxrəddin oğluna (VÖEN **********, İddiaçı MMC-nin direktoru) 227908,41 manat, X15 (VÖEN **********, İddiaçı MMC-nin əməkdaşı) 216882,98 manat, X6 (VÖEN **********, "xxxx" MMC-nin əməkdaşı) 219016,75 manat, X9 (VÖEN **********, "xxxx" MMC-nin əməkdaşı) 13030,78 manat, X10 (VÖEN **********) 251039,36 manat, X11 (VÖEN **********, "xxxx" MMC-nin əməkdaşı) 198934,14 manat, X12 (VÖEN **********, “BİZİM TAKSİ" MMC-nin əməkdaşı) 140402,85 manat, X8 (VÖEN **********, "xxxx" MMC-nin əməkdaşı) 78878 manat, X13 (VÖEN **********) 98911,33 manat, X3 (VÖEN **********, "xxxx" MMC-nin əməkdaşı) 141591,23 manat və X2 (VÖEN **********) manat, cəmi 1670149,6 manat vəsait köçürülmüşdür. Bu məbləğlərin heç biri “189” taksi ilə bağlı şirkətlərin dövriyyələrində əks etdirilməmişdir. Bundan əlavə, vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə əsasən yoxlanılan dövrdə bağlanmış xidmət müqaviləsi ilə 835 fizki şəxs tərəfindən taksi xidmətlərinin göstərildiyi bildirilsə də, yoxlama ilə müəssisə tərəfindən 1192 fiziki şəxsinin bank hesabına köçürmələr edildiyi müəyyən edilmişdir. Eyni zamanda müəssisə tərəfindən təqdim edilmiş taksi xidmətləri üzrə gedilmiş marşrutlar və dəyəri cədvəlinə (nağdsız müştərilər üzrə) əsasən müəssisənin xidmət müqavilələri əsasında fəaliyyət göstərən fiziki şəxslərə heç bir debitor-kreditor borcu olmadığı halda, 1192 vergi ödəyicisi (sürücü) tərəfindən göstərilmiş xidmətlər üzrə onlara ödənilməli məbləğ (80%) 167423 manat təşkil etdiyi halda, həmin vergi ödəyicilərinin bank hesablarına 528261 manat (360838 manat artıq) vəsait köçürülmüşdür. Belə ki, təqdim edilmiş cədvələ əsasən 688 vergi ödəyicisi tərəfindən 94802 manat dəyərində taksi xidmətlərinin göstərildiyi halda həmin fizki şəxslərə 494752 manat (399950 manat artıq), 504 vergi ödəyicisi tərəfindən 72621 manat dəyərində taksi xidmətlərinin göstərildiyi halda həmin fizki şəxslərə 33509 manat (39112 manat əskik) köçürülmüş, bununla da vəsait cəmi 1192 vergi ödəyicisi (sürücü) üzrə cəmi fərq 360838 manat (399950-39112) təşkil etmişdir. Bütün qeyd olunanlar müəssisə tərəfindən yalnız nağdsız deyil eyni zamanda müştərilərə nağd qaydada da xidmət göstərildiyini sübuta yetirir. Bundan əlavə, yoxlama zamanı taksi sifarişlərinin "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********) və "X32 Marketing Technologies" MMC (VÖEN **********) tərəfindən təqdim edilmiş sms xidmətləri vasitəsilə həyata keçirdiyi müəyyən edilmişdir. Qeyd olunan şirkətlər tərəfindən təqdim edilmiş sms sayları barədə məlumatları əldə etmək üçün İddiaçı MMC ilə qarşılıqlı əlaqələrinə dair sorğular ünvanlanmış və cavablar alınmışdır. Belə ki, İddiaçı MMC ilə ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli mobil rabitə xidmətlərinin göstərilməsinə dair 1968 №-li müqavilənin xx.xx.2017-ci il tarixli 12 saylı əlavəsinə əsasən "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə hər ay pulsuz olaraq 180000 ədəd sms təqdim etdiyi, limitdən artıq istifadə edilmiş hər bir sms-ə görə 0,02 manat (ƏDV ilə) ödəniş tələb edildiyi, əldə edilmiş məlumatlara əsasən yoxlanılan dövrdə "xxxx" MMC-dən ******* ədəd pulsuz sms və 217370 ədəd ödənişli sms, cəmi ******* ədəd sms alındığı müəyyən edilmişdir. Bundan başqa İddiaçı MMC ilə "X32 Marketing Technologies" MMC (VÖEN **********) arasında bağlanmış xx.xx.2017-ci il tarixli 17-06/12 nömrəli müqaviləyə əsasən ******* ədəd sms aldığı, eyni zamanda Cəmiyyət ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 61 nömrəli müqaviləyə əsasən 858710 ədəd taksi xidmətlərinin göstərilməsi ilə bağlı sms alındığı müəyyən edilmişdir. Yoxlanılan dövrdə Cəmiyyət tərəfindən yuxarıda göstərilən vergi ödəyicilərindən cəmi 5589108,0 ədəd sms alındığı aşkar edilmişdir. Əldə edilmiş sms-lərin hansı hissəsinin bilavasitə taksi sifarişləri, hansı hissəsinin reklam, təbrik mesajları və s. xarakterli olması ilə bağlı "xxxx" MMC, "xxxx" MMC və "X32 Marketing Technologies" MMC-yə məktublar ünvanlanmış, lakin, sms-lərin hansı hissəsinin taksi sifarişi ilə bağlı olduğu barədə onlarda məlumat olmadığı bildirilmişdir. Müəssisə rəhbəri tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli elektron fayldakı məlumatlara əsasən goldenpay müştərilərinə 59182 sayda, korporativ müştərilərə 39629 sayda, cəmi 98811 sayda taksi xidməti, xx.xx.2019-cu il tarixli elektron fayldakı məlumatlara əsasən goldenpay müştərilərinə 37249 sayda, korporativ müştərilərə 56927 sayda, cəmi 94176 sayda taksi xidməti və xx.xx.29019-cu il tarixli elektron fayldakı məlumatlara əsasən goldenpay müştərilərinə 34407 sayda, korporativ müştərilərə 43191 sayda, cəmi 77598 sayda taksi xidməti təqdim edildiyi müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli məlumata əsasən 1 taksi sifarişinə orta hesabla 57 sms (5589108/98811), xx.xx.2019-cu il tarixli məlumata əsasən 1 taksi sifarişinə orta hesabla 59 sms (5589108/94176), xx.xx.2019-cu il tarixli məlumata əsasən 1 taksi sifarişinə orta hesabla 72 sms (5589108/77598) sərf edildiyi müəyyən olunmuşdur ki, bu da vergidən yayınma riski kimi qiymətləndirilmişdir. Qeyd olunanlarla bağlı İddiaçı MMC-nin direktorundan xx.xx.2019-cu il tarixli izahat alınmışdır. Verilmiş izahata əsasən əldə edilmiş ******* ədəd sms-in 35%-i (1956188 ədəd) reklam, təbrik və s. mesajları, qalan 65%-i (3632920 ədəd) isə bilavasitə taksi sifarişi ilə bağlı olduğu, 1 taksi sifarişi ilə bağlı orta hesabla 2-3 sms göndərildiyi, 1 taksi gedişinin minimal orta qiymətinin 4.94 manat olduğu bildirilmişdir. Yoxlanılan dövrdə 1 taksi sifarişi ilə bağlı taksi sifarişçilərinə 3 sms göndərildiyi nəzərə alınmaqla İddiaçı MMC tərəfindən (3632920/3) ******* ədəd taksi sifarişləri yerinə yetirildiyi müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən taksi xidmətlərinin yalnız nağdsız qaydada işləyən müştərilərə (korporativ müştərilər və goldenpay vasitəsilə ödəniş) xidmət göstərildiyi, nağd ödəniş edən heç bir müştərilərə xidmət göstərilmədiyi bildirilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş taksi sifarişləri barədə cədvəl məlumatlarına əsasən yoxlanılan dövrdə 34407 sayda goldenpay müştərilərinə 170061 manat dəyərində taksi xidmətinin, 43191 sayda korporativ müştərilərinə isə 366363 manat dəyərində taksi xidmətlərinin göstərildiyi müəyyən edilmişdir. Bu göstəricilərə əsasən goldenpay müştərilərinə göstərilmiş taksi xidməti ilə bağlı 1 taksi gedişinin orta qiyməti (170061/34407) 4.94 manat, korporativ müştərilərinə göstərilmiş taksi xidməti ilə bağlı 1 taksi gedişinin orta qiyməti (366363/43191) 8,48 manat, goldenpay müştərilərinə göstərilmiş taksi xidməti ilə bağlı 1 taksi gedişinin minimal orta qiymətinin 4.94 manat olduğu nəzərə alınmaqla, yoxlanılan dövrdə (1210973*4,94 manat) 5982206,60 manat dövriyyə müəyyən edilmişdir. Eyni zamanda yoxlanılan dövrdə vergi ödəyicisinə məxsus və icarəyə götürülmüş avtomobillərlə aylıq fərqlənmə nişanları alınmaqla 326971,0 manat dəyərində taksi xidmətlərinin göstərildiyi müəyyən edilmişdir. Yoxlama ilə müəssisə tərəfindən ümumilikdə 5982206,60 manat dəyərində xidmətlərin göstərildiyini nəzərə alınmaqla, müəssisə ilə xidmət müqaviləsi bağlanmış sürücülər tərəfindən (5982206,60-326971) 5655235,60 manat dəyərində xidmət göstərildiyi aşkar edilmişdir. Xidmət müqavilələrinə və xidmət müqaviləsi əsasında taksi xidmətləri göstərən sürücülər tərəfindən verilmiş izahatlara əsasən göstərilmiş xidmətlərin 20%-nin İddiaçı MMC-yə xidmət haqqı formasında ödənildiyi nəzərə alınmaqla müəssisənin sifarişlərin ötürülməsi xidmətlərinin göstərilməsindən əldə edilmiş gəlirlərin (5655235,60*20%) 1131047,1 manat olduğu müəyyən edilmişdir. Eyni zamanda təqdim edilmiş sənədlərə əsasən yoxlanılan dövrdə müəssisə 110000,0 manat (ƏDV ilə) dəyərində avtomobillərin satışını həyata keçirmişdir. Yoxlanılan dövrdə təqdim edilmiş sənədlərə əsasən vergi ödəyicisi sadələşdirilmiş verginin ödəyicisi olmuşdur. Aparılmış səyyar vergi yoxlaması zamanı toplanmış sənədlərə, alınmış izahatlara, qarşılıqlı məlumatlara və vergitutma məqsədləri üçün zəruri olan digər materiallara əsasən aşkar edilmiş və həmin faktlar əsasında hesablanmış əlavə dövriyyə ardıcıl 12 aylıq dövr nəzərə alınmaqla, 2018-ci ilin fevral ayında 201605,8 manat təşkil etmişdir. Bununla əlaqədar Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinin tələbini nəzərə alaraq vergi ödəyicisinin xx.xx.2018-ci il tarixdən ƏDV məqsədləri üçün məcburi qeydiyyat öhdəliyi yarandığından vergi ödəyicisi tərəfindən təqdim olunmuş xx.xx.2018-ci il tarixdən sonrakı dövrdə sadələşdirilmiş vergi bəyannamələrindəki 2018-ci ilin 2-ci rübü üçün 20753,78 manat, 3-cü rübü üçün 19485,7 manat və 4-cü rübü üçün 16472,86 manat dövriyyə məbləği və müvafiq olaraq 2-ci rüb üçün 830,15 manat, 3-cü rüb üçün 779,43 manat, 4-cü rüb üçün 658,91 manat sadələşdirilmiş vergi məbləği azaldılmışdır. Yoxlama ilə vergi ödəyicisinin 2018-ci ilin 1-ci rübünün yanvar ayında 98821,5 manat, fevral ayında 35054,3 manat manat gəlir əldə etdiyi və bu rübdə sadələşdirilmiş vergi bəyannaməsində 19280,64 manat əks etdirildiyi nəzərə alınmaqla, 114595,16 manat dövriyyənin və ya 4583,8 manat sadələşdirilmiş verginin azaldılması müəyyən edilmişdir. Eyni zamanda Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinə əsasən məcburi qeydiyyat zamanı ƏDV-nin ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq yəni 201605,8 manat olduğu müəyyən edilmiş bu səbəbdən vergi ödəyicisinin əldə etdiyi gəlirlərinə xx.xx.2018-ci il tarixdən ƏDV tətbiq edilərək hesablamalar aparılmışdır. Beləliklə, cəmiyyətin yoxlanılan dövrdə ƏDV dövriyyəsinin 1107171,3 manat (ƏDV ilə) olduğu müəyyən edilmiş və bu dövrdə ƏDV bəyannamələrinin təqdim edilmədiyi nəzərə alınmaqla (1107171,3/1.18*18%) 168890,54 manat ƏDV-nin azaldılması aşkar edilmişdir (ƏDV qeydiyyatsız). Taksi xidmətlərinin göstərilməsi məqsədilə sifarişlərin ötürülməsindən əldə edilmiş gəlirlərin 2018-ci ilin mənfəət vergisinə cəlb edilməli olan hissəsinin ƏDV-siz məbləği 633850,52 manat, avtomobil satışından ƏDV-siz 11864,41 manat olmaqla, ümumilikdə ƏDV-siz gəlirinin 645714,93 manat olduğu müəyyən edilmişdir. 2018-ci il üzrə vergi ödəyicisinin xərcləri cəmi 175238,69 manat təşkil etmişdir ki, əmək haqqı xərcləri 41493,98 manat, sosial sığorta və işsizlikdən sığorta xərcləri 9336,15 manat, sığorta haqları 1997,65 manat, bank xərcləri 1467,90 manat, rabitə, sms, təmir və s. xərclər 120943,01 manat təşkil etmişdir. Beləliklə, 2018-ci ildə müəssisənin mənfəət vergisinə cəlb edilməli olan ümumi gəlirləri 645714,93 manat, Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən həmin gəlirlərin əldə edilməsi ilə bağlı çəkilən ümumi xərcləri 175238,69 manat olmuş və müəssisə tərəfindən (645714,93-175238,69) 470476,24 manat mənfəət əldə edildiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən mənfəət vergisi dərəcəsinin 20% olduğu nəzərə alınaraq, (470476,24*20%) 94095,25 manat mənfəət vergisinin azaldılması aşkar edilmişdir. Yoxlama ilə əhatə edilən dövrdə cəmiyyət tərəfindən vergi orqanına təqdim olunmuş ödəmə mənbəyində tutulan verginin düzgünlüyü ilkin sənədlər əsasında yoxlanılarkən, Vergi Məcəlləsinin 122.1-ci və 150-ci maddəsinin müddəalarının pozulması faktı aşkarlanmışdır. Belə ki, vergi ödəyicisi Vergi Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən dividend verən zaman 122.1-ci maddədə göstərilən 10 faiz dərəcə ilə ödəmə mənbəyində tutulan vergini hesablamalı və bəyannamə təqdim edərək, həmin məbləği dövlət büdcəsinə ödəməli olduğu halda, müəssisə tərəfindən möhür və imza ilə təsdiq edilərək yoxlamaya təqdim edilmiş xx.xx.2018-ci il tarixli 8 və 9 nömrəli "Xəzinə məxaric orderi"ndə, eləcə də kassa əməliyyatlarının uçotunun aparıldığı "xxxx"nın uçot qeydində xx.xx.2018-ci il tarixdə MMC-nin təsisçiləri olan X16 70450,0 manat, X4 70450,0 manat dividend verildiyi müəyyən edilsə də, həmin məbləğlər barədə ödəyici tərəfindən vergi orqanına bəyannamə təqdim edilməmişdir. Yoxlama ilə ümumi 140900,0 manat təqdim edilmiş dividendə görə 14090,0 manat ödəmə mənbəyində vergi məbləğinin azaldıldığı müəyyən edilmişdir. Yoxlamanın nəticəsi üzrə tərtib edilmiş xx.xx.2020-ci il tarixli **********189514 nömrəli akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********137136 nömrəli qərar qəbul edilmişdir. İddiaçı MMC-nin direktoru A.Əskərovun səyyar vergi yoxlamasının nəticələrindən narazı olması və yoxlamanın nəticəsi üzrə qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********137136 nömrəli qərarın ləğv edilməsi barədə inzibati şikayətlərinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmış və “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2020-ci il tarixli **********952700 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar ilə cəmiyyətin direktoru A. Əskərovun inzibati şikayətləri təmin edilməmiş, səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş xx.xx.2020-ci il tarixli **********189514 nömrəli səyyar vergi yoxlaması aktı etibarlı hesab edilmiş və həmin akt əsasında qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********137136 nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmışdır. Səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərara əsasən vergi ödəyicisinin fəaliyyətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarekterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar qanunamüvafiq tədbirlərin görülməsi üçün Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmiş və həmin materiallar əsasında xx.xx.2020-ci il tarixdə cinayət işi başlanmışdır. Yuxarıda qeyd olunanlara əsasən işə baxan birinci instansiya məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etməklə iddia tələbi üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Vergi Məcəlləsi ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi iddiaçının üzərinə qoyulmadığı təqdirdə məhkəmə Vergi Məcəlləsinin 3.8-ci maddəsini şablon olaraq iş üzrə tətbiq etmişdir. Eyni zamanda mübahisə predmeti olan inzibati akt məzmun baxımından anlaşılan olduğu halda, ünvanlandığı hüquqi şəxs və həll etdiyi məsələlər dəqiq göstərildiyi təqdirdə bu tələblərə riayət olunmadığı bildirilmiş və nəticədə tətbiq edilməli olmayan maddi hüquq normaları tətbiq edilmişdir. Məhkəmə inzibati aktın əsaslandırılmasına dair qanunvericiliyin tələbinə formal yanaşmışdır. Belə ki, keçirilmiş səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib edilmiş aktda aşkar edilmiş pozuntular öz əksini tapmış, qəbul edilmiş məsuliyyətə cəlb etmə qərarı da aktın nəticələri üzrə qəbul edilmişdir. Başqa sözlə, iddiaçının barəsində inzibati aktların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu, əlavə vergi məbləğinin müəyyən edilməsinin səbəbləri, iddiaçının barəsində qəbul edilmiş qərarın qəbul edilməsinə əsas olmuş hallar, hesablamanın normativ əsasları həmin səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib edilmiş aktda əsaslandırılmışdır. Məhkəmə qərarında qeyd edir ki, İddiaçının taksi fəaliyyəti ilə deyil, digər fəaliyyət növü ilə məşğul olmaqla (xidmət göstərməsi) gəlir əldə etməsi, buna görə vergi öhdəliklərinin yaranması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən əsaslı sübutlar məhkəməyə təqdim edilə bilməmişdir. Lakin mübahisələndirilən qərar əsasında hesablanmış vergilər ilə bağlı iddia ərizəsində göstərilənlərin əsassız olması barədə etiraz (sübutlar əlavə edilməklə), vergilərin hesablanmasına əsas olmuş digər əlavə sənədlər, iş üçün əhəmiyyətli olan və xüsusi bilik tələb olunmaqla araşdırılması və ekspertiza tədqiqatının aparılması üçün zəruri olan suallar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş sübutları nəzərə alınmamışdır. Göstərilənlərə əsasən məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun deyil, məhkəmə işin hərtərəfli araşdırılması üçün üzərinə düşən vəzifələrini icra etməmiş və iş materiallarında olan sübutları düzgün qiymətləndirməmişdir. Məhkəmənin mötəbər sübut hesab etdiyi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5834 nömrəli ekspert rəyinin tədqiqat və nəticə hissələrindən göründüyü kimi ekspert inzibati iş üçün xüsusi əhəmiyyət daşıyan və məhkəmə tərəfindən ekspertiza tədqiqatına tədqdim edilmiş 11 (on bir) sualın hər biri üzrə aparılmış tədqiqatın müfəssəl təsviri və onlara əsasən çıxardığı nəticə barədə rəyin təqiqat hissəsində əsaslandırma verməmiş, rəyin nəticə hissədə də sualların heç birinə cavab verməmişdir. Eyni zamanda rəyin tədqiqat hissəsindən də göründüyü kimi ekspert səyyar vergi yoxlaması aktında göstərilən məlumatları rəyə köçürməklə kifayətlənmişdir. Hətta inzibati iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsinə və inzibati işin materiallarının ekspertiza tədqiqatına təqdim edilməsinə baxmayaraq, ekspert ekspertiza tədqiqanının predmeti olmayan və eksertiza tədqiqatına təqdim olunmuş cinayət işinin materiallarının tədqiq edildiyini rəyində qeyd etmişdir. Qeyd olunan hallar da xx.xx.2021-ci il tarixli 9/8534 nömrəli ekspert rəyinin əsassız olmasını sübut edən əsas hallardandır. Bundan əlavə, ekspert rəyin nəticə hissəsində qeyd edir ki, təqdim edilmiş iş materiallarına əsasən ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparmaq və dövlət büdcəsinə hesablanmalı olan vergilərin hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmadı. Belə olan halda ekspertin vergi orqanı tərəfindən əlavə hesablanmış vergilərin Vergi Məcəlləsinin tələblərinə uyğun hesablanmaması və hesablamanın qaydasının Vergi Məcəlləsində nəzərdə tutulmadığı barədə gəldiyi nəticə tamamilə əsassızdır. Əgər ekspert tədqiqatın aparılmasının mümkün olmadığını etiraf edirsə və hesablanmalı vergilərin hansı məbləğdə olmasını müəyyən də bilmirsə, hesablanmış vergilərin Vergi Məcəlləsinin tələblərinə uyğun hesablanmadığını və yaxud hesablanma qaydasının Vergi Məcəlləsində nəzərdə tutulmadığını bildirməklə ziddiyyətli məqamlar yaradır ki, bu da rəyin mötəbərliyini şübhə altına alan hallardan daha biridir. Qeyd olunanlardan göründüyü kimi ekspert qanunvericilikdə nəzərdə tutulmuş hüququndan istifadə etməmiş, ekspertiza tədqiqatının hərtərəfli, tam və obyektiv aparılması üçün tədbirlər görməmişdir. Ekspertiza tədqiqatına təqdim edilmiş suallara əsaslandırılmış cavablar verilməmişdir. Məhkəmə həmin rəy üzrə hər hansı bir qiymətləndirmə aparmamış, həmin sübutun dəlillərinin qəbul səbəblərini izah etməmiş və bununla bağlı rəyin mötəbər sübut kimi nəzərə alınmaması barədə cavabdeh tərəfindən təqdim olunmuş vəsatətin, eyni zamanda əlavə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatətin rədd edilmə əsaslarını qəbul etdiyi qərarında əsaslandırmamışdır. Məhkəmə cavabdeh tərəfindən təqdim edilən sübutların yoxlanılması ilə bağlı üzərinə düşən vəzifələri icra etməmişdir. Mübahisənin predmeti üzrə faktiki hallar araşdırılmamışdır. Məhkəmə işdə olan sübutları düzgün qiymətləndirməmiş, işin obyektiv, tam və hərtərəfli araşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarından tam istifadə etməmiş, xüsusi bilik tələb olunan suallar üzrə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin etməməklə iş üçün əhəmiyyətli olan halların sübut olunmamasına şərait yaratmışdır. Birinci instansiya məhkəməsinin qərarda göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, məhkəmə sübutların qiymətləndirilməsi zamanı cavabdeh tərəfindən təqdim edilmiş sübutları nəzərə almamış və işin hallarına uyğun əsaslı və qanuni qərar qəbul etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət xx.xx.2012ci ildə hüquqi şəxs kimi qeydiyyata alınmışdı (VÖEN: **********). İş materiallarında olan Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş Kommersiya qurumunun dövlət reyestrindən xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyəti olan İddiaçı MMC xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2018-ci il tarixdən qanuni təmsilçisi Əskərov Ağa-Kərim Fəxrəddin oğludur. İş materiallarında olan İddiaçı xx.xx.2012-ci il tarixli nizamnaməsinin surətindən görünür ki, Cəmiyyətin əsas fəaliyyət növü taksi fəaliyyətidir. İş materiallarında olan Vergilər Nazirliyi yanında Bakı şəhəri X24 Departamenti tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********187043 №-li qərarın surətindən görünür ki, İddiaçı MMC üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə yanvar 2018-may 2019 vergi dövrləri üzrə növbəti səyyar vergi yoxlamasının həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2019-cu il tarixli, KY191326859 nömrəli çıxarışın surətindən görünür ki, İddiaçındə (VÖEN **********) yoxlamanın müddəti: xx.xx.2019-xx.xx.2019; yoxlanılan dövr: xx.xx.2018-xx.xx.2019 il, yoxlamanın predmeti və hüquqi əsasları: vergi qanunvericiliuinə əməl olunması (Operativ vergi nəzarəti istisna olmaqla); yoxlamanın növü: növbəti səyyar vergi yoxlaması, yoxlamanın tipi: plan üzrə (növbəti). İş materiallarında olan Vergilər Nazirliyinin Bakı şəhəri X24 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********187059 №-li “vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnamənin surətindən görünür ki, İddiaçı səyyar (kameral) vergi yoxlamasının aparılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 36-cı, 37-ci və 42-ci maddələrini əsas tutaraq nəzarət kitabçasının, yoxlama dövrü üzrə mühasibat kitablarının, uçot registləri və dövriyyə cədvəlləti, sifarşçilər və mal göndərənlərlə, xidmət göstərənlərlə bağlanmış müqavilələr (o cümlədən onlara əlavələr), malların, əsas vəsaitlərin alışına və təqdim edilməsinə dair qaimələrin, icarə müqavilələrinin, bank, NKA, POS terminal, çek və xəzinə sənədləri, digər və s. xərclərin çəkilməsinə dair sənədlərin, mühasibatlıqda müxabirləşmənin verilməsini əks etdirən sənədlərin, tender sənədlərin, smetaların, quraşdırma, təmir və digər görülmüş işlərin və ya göstərilmiş xidmətlərin qəbul-təhvil aktları (Forma-2, Forma-3), aylıq texniki və əmtəə-material hesabatları (malların çeşidləri üzrə), xüsusi razılıq (lisenziya), hesab fakturalar, xidmər müqavilələri, işçilərlə bağlanmış əmək müqavilələri və əmək haqqının hesablanması və ödənilməsi cədvəlləri, yoxlanılan dövrün əvvəlinə və sonuna balans hesabları üzrə qalıqlar barədə arayış və digər aparılmış qarşılıqlı əməliyyatlara dair sənədlər və sair analoji sənədlər, vəkalətnamələr, gömrük rəsmiləşdirilməsi sənədləri (Yük gömrük bəyannamələri, invoyslar və s.), əmlak və torpağa dair icarə, mülkiyyət və alqı-satqı sənədləri, vergilərin hesablanmasına aid digər ilkin sənədlər (o cümlədən elektron daşıyıcılar üzərində olan məlumatlar), habelə hüquqi sənədlər, vergi ödəyicisinin nizamnaməsi və dövlət vergi orqanında qeydiyyata durması barədə sənədləri (xarici dildə tərtib olunduğu halda bütün sənədlər azərbaycan dilinə tərcümə olunmalı və təsdiq olunmuş halda təqdim edilməlidir) 15 iş müddətində, yəni xx.xx.2019-cu il tarixə kimi vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxslərinə və ya vergi orqanının Vergilər Nazirliyi yanında Bakı şəhəri X24 Departamentinə təqdil olunmalıdır. İş materiallarında olan Vergilər Nazirliyinin Bakı şəhəri X24 üzrə Baş İdarəsinin səlahiyyətli şəxsləri və İddiaçı MMC-nin səlahiyyətli şəxsi tərəfindən imzalanaraq tərtib edilmiş “Sənədlərin qismən təqdim edilməməsi barədə” xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri X24 Departamentinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********187043 nömrəli qərarı ilə İddiaçı Məhdud Məsliyyətli Cəmiyyətində (VÖEN **********) növbəti səyyar vergi yoxlaması (yoxlanılan dövr: xx.xx.2018- xx.xx.2019) təyin edilmiş və yoxlama hal-hazırda davam etdirilir. Yoxlama zamanı vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********187059 nömrəli tələbnamə təqdim olunmuşdur. Tələbnaməyə əsasən sahibkardan yoxlanılan dövr üzrə vergilərin hesablanması üçün zəruri olan ilkin mühasibat sənədləri, elektron fayllar, müqavilələr və vergi auditi elementlərinə aid olan digər ilkin mühasibat sənədləri tələb olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən yoxlamaya sənədlərin tam hazır olmadığı üçün bir qismi təqdim edilmişdir. İş materiallarında olan Vergilər Nazirliyinin Bakı şəhəri X24 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********188423 №-li “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərarın surətindən görünür ki, İddiaçı MMCdən nəzarət kitabçası yoxlama dövrü üzrə mühasibat kitablarının, uçot registrlərinin və dövriyyə cədvəllərinin, sifarişçilər və mal göndərilənlərlə, xidmət göstərilənlərlə bağlanmış müqavilələrin, digər zəruri sənədlər götürülməsi qərara alınmışdır. İş materiallarında olan Vergilər Nazirliyinin Bakı şəhəri X24 üzrə Baş İdarəsinin səlahiyyətli şəxsləri və İddiaçı MMC-nin səlahiyyətli şəxsi tərəfindən imzalanaraq tərtib olunmuş xx.xx.2019-cu il tarixli, **********191880 №-li “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokolun surətindən görünür ki, mühasibat kitabları, qaimələr, icarə müqavilələr, digər müqavilələr, bank sənədləri, xidmət müqavilələri, əmək müqavilələri, kassa sənədləri, bank çıxarışları, kreditorlar və debitorlar barədə məlumat, elektron fayllar, əsas vəsaitlərin alınmasına və təqdim edilməsi barədə qaimələr, kassa mədaxil və məxaric orderləri və uçot sənədləri götürülmüşdür. İş materiallarında olan Səyyar vergi yoxlaması haqqında xx.xx.2020-ci il tarixli, **********189514 №-li aktın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Vergilər Nazirliyinin Bakı şəhəri X24 üzrə Baş İdarəsi xx.xx.2019-cu il tarixli, **********187043 nömrəli qərarına əsasən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin İctimai iaşə və xidmət sahələri üzrə şöbəsinin böyük dövlət vergi müfəttişləri X22, X17 tərəfindən İddiaçı (VÖEN **********) üzrə əlavə dəyər vergisi Yanvar 2018 – May 2019; ödəmə mənbəyindən tutulan vergi 1-ci Rüb 2018 - 1-ci Rüb 2019; əmlak vergisi 2017-ci il – 2018-ci il; mənfəət vergisi 2018-ci il; muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi 2018-ci il; sadələşdirilmiş vergi 1-ci Rüb 2018 – 1-ci Rüb 2019; aksiz vergisi Yanvar 2018 – May 2019; torpaq vergisi 2018-ci il – 2019-cu il; mədən vergisi Yanvar 2018 – May 2019 tədiyyə və dövrlərdə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmışdır. Yoxlanılan dövrdə vergi ödəyicisi özünə məxsus olan və icarəyə götürülmüş avtonəqliyyat vasitələri ilə taksi xidmətlərinin göstərilməsi, həmçinin 189 taksi xidmətinin göstərilməsi üçün müraciət etmiş sərnişinlərin yerinə yetirilməsi məqsədilə xidmət müqaviləsi əsasında proqram təminatı vasitəsilə 189 taksi xidməti platformasına qoşulmuş olan müxtəlif fiziki şəxslərə sifarişlərin ötürülməsi fəaliyyəti ilə məğul olmuşdur. Həmin fiziki şəxslərlə bağlanmış xidmət müqaviləsinə əsasən onlara ötürülmüş sifarişlərin yerinə yetirilməsindən nağd qaydada əldə edilmiş vəsaitə görə icraçının İddiaçı MMC-yə əvvəldən qoyduğu depozit hesabı ödənişlərindən sifarişin marşrutu, qiyməti və endirimi nəzərə alınmaqla 10, 15 və ya 20 faiz dəyərində xidmət haqqı alınması göstərilsə də, alınmış izahatlardan müəyyən edilir ki, reallıqda onlardan yalnız 20 taiz dəyərində xidmət haqqı tutulur. Nağdsız ödəniş əsasları ilə qəbul edilmiş sifarişlərin icrası zamanı isə sifarişin dəyəri İddiaçı MMC-yə ödənilir və sifarişin dəyərinin 20 faizi İddiaçı MMC-də saxlanılaraq yerdə qalan 80 faizi icraçıya xidmət haqqı kimi ödənilir. ƏDV-nin məqsədləri üçün MMC-nin dövriyyəsinin müəyyən edilməsi məqsədilə taksi fəaliyyətindən əldə edilmiş gəlirlər sifarişlərin ötürülməsi ilə bağlı əldə edilmiş gəlirlərdən ayrı hesablanmışdır. Belə ki, taksi fəaliyyətindən əldə edilmiş gəlirlər MMC-nin ƏDV məqsədləri üçün müəyyən edilmiş dövriyyəsinə aid edilməmişdir. Yəni ƏDV bəyannamələrində müəssisənin gəlirlərinə sifarişlərin ötürülməsindən əldə edilmiş vəsait daxil edilmişdir. Bununla yanaşı yoxlanılan dövr ərzində MMC-nin balansında olan 5 ədəd Şkoda Oktavia markalı, 9 ədəd Xəzər Samand markalı avtonəqliyyat vasitələrinin satışından 110000.0 (ƏDV daxil) manat vəsait əldə edilmişdir ki, həmin vəsaitin əsas məbləği 93220.34 manat (ƏDV-siz hissə) ƏDV məqsədləri üçün satılmış olduğu aylar üzrə gəlirə daxil edilmişdir. Belə ki, müəssisə 5 ədəd Şkoda Oktavia markalı 10PK.588 dövlət nömrə nişanlı avtomobiln satışından xx.xx.2018-ci il tarixdə 5500.0 manat, 10PK589 dövlət nömrə nişanlı avtomobilin satışından xx.xx.2018-ci il tarixdə 4500.0 manat, 10PK582 dövlət nömrə nişanlı avtomobiln satışından xx.xx.2018-ci ıl tarixdə 4000.0 manat, 10PK583 dövlət nömrə nişanlı avtomobiln satışından xx.xx.2019-cu il tarixdə 3000.0 manat, 10PK586 dövlət nömrə nişanlı avtomobiln satışından xx.xx.2019-cu il tarixdə 3000.0 manat. 9 ədəd Xəzər Samand markalı 90PV813, 90PV913, 90PV269, 90PV169, 90PV569, 90PV469, 90PV369, 90PU942, 90PU931 dövlət nömrə nişanlı avtomobillərin satışından xx.xx.2019-cu il tarixdə hər birindən 10.000,0 (ƏDV ilə birlikdə) manat olmaqla 90000,0 manat (ƏDV ilə birlikdə) ümumilikdə 110.000,0 (ƏDV ilə birlikdə) gəlir əldə etmişdir. Aparılmış səyyar vergi yoxlaması zamanı toplanmış sənədlərə, alınmış izahatlara, qarşılıqlı məlumatlara və vergitutma məqsədləri üçün zəruri olan digər materiallara əsasən aşkar edilmiş və həmin faktlar əsasında hesablanmış əlavə dövriyyə ardıcıl 12 aylıq dövr nəzərə alınmaqla 2018-ci ilin fevral ayında 201605.8 manat təşkil etmişdir. Bununla əlaqədar Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinin tələbini nəzərə alaraq vergi ödəyicisinin xx.xx.2018-ci il tarixdən ƏDV məqsədləri üçün məcburi qeydiyyat öhdəliyi yaranmışdır. Lakin buna baxmayaraq vergi ödəyicisi tərəfindən qeydiyyat haqqında ərizə ilə müraciət edilməmişdir. Müəsissə rəhbəri tərəfindən verilmiş izahatda taksi xidmətləri ancaq goldenpay və korporativ müştərilərə nağdsız qaydada həyata keçirilmiş və həmin xidmətlərin bir hissəsinin MMC-nin balansında olan avtomobillərlə, digər hissəsinin isə bağlanmış xidmət müqavilələrinə əsasən taksi xidmətləri göstərən digər fiziki şəxslər tərəfindən göstərildiyi bildirilmişdir. Eyni zamanda izahatda taksi sifarişlərinin “189” qısa nömrəsi vasitəsilə həyata keçirildiyi göstərilir. Belə ki, taksi sifariş edən şəxs 189 qısa nömrəsinə zəng edərək gedəcəyi marşrutu bildirir və operator tərəfindən taksi təyin edilərək zəng etmiş şəxsin mobil telefonuna təyin edilmiş taksi ilə, eləcə də gediş haqqı ilə bağlı bidliriş smslər, eyni zamanda sifariş dəyişdirildiyi və ya ləğv edildiyi halda da bildiriş smslər göndərildiyi qeyd olunur. Taksi xidmətləri yerinə yetirildikdən sonra taksi sifarişi etmiş müştərilər tərəfindən ödənişlər goldenpay və s. nağdsız ödəmə vasitəsilə və ya ödəmə kartları vasitəsilə “Bizim taksi MMC-nin bank hesablarına köçürülür. Xidmət müqavilələrinə əsasən göstərilmiş ximətlərə görə isə MMC tərəfindən 20% xidmət haqqı alınır. Müəssisənin balansında olan və ya icarəyə götürülmüş avtonəqliyyat vasitələri ilə gösətrilmiş ximətlərə görə həmin avtomobillər üzrə aylıq fərqlənmə nişanları alındığından daşımalar üzrə sadələşdirilmiş vergidən başqa (dividenddən 10 % ÖMV istisna olmaqla) digər vergi öhdəlikləri yaranmır, taksi sifarişlərinin müqavilə əsasında xidmət göstərən müxtəlif fiziki şəxslərə ötürülməsindən əldə edilmiş 20% xidmət haqqları isə müəssisənin vergiyə cəlb edilən dövriyyəsinə daxil edilir. Yoxlama ilə taksi sifarişlərinin "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********) və "X32 Marketing Technologies" MMC (VÖEN **********) tərəfindən təqdim edilmiş sms xidmətləri vasitəsilə həyata keçirdiyi müəyyən edilmişdir. Qeyd olunan şirkətlər tərəfindən təqdim edilmiş sms sayları barədə məlumatları əldə etmək üçün İddiaçı MMC ilə qarşılıqlı əlaqələrinə dair sorğular ünvananmış və cavablar alınmışdır. Belə ki İddiaçı MMC ilə “Bakcell MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli mobil rabitə xidmətlərinin göstərilməsinə dair 1968 №-li müqaviləyə xx.xx.2017-ci il tarixli 12 saylı Əlavəyə əsasən "xxxx" MMC tərəfindən ‘Bizim taksi” MMC-yə hər ay pulsuz olaraq 180000 ədəd sms təqdim edilir, bu limitdən artıq istifadə edilmiş hər bir sms-ə görə 0.02 manat (ƏDV ilə) ödəniş təlb edilir. Əldə edilmiş məlumatlara əsasən yoxlanılan dövrdə (17 ay) "xxxx" MMC-dən ******* ədəd pulsuz sms və 217370 ədəd ödənişli sms, cəmi ******* ədəd sms alındığı müəyyən edilmişdir. Bundan başqa İddiaçı MMC ilə "X32 Marketing Technologies" MMC (VÖEN **********) arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 17-06/12 №-li müqaviləyə əsasən ******* ədəd sms alındığı, eyni zamanda MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 61 №-li müqaviləyə əsasən 858710 ədəd taksi xidmətlərinin göstərilməsi ilə bağlı sms alındığı müəyyən edilmişdir. Beləliklə yoxlanılan dövrdə MMC tərəfindən yuxarıda göstərilən şirkətlərdən cəmi ******* ədəd sms alındığı müəyyən edilmişdir. Əldə edilmiş bu smslərin hansı hissəsinin bilavasitə taksi sifarişləri, hansı hissəsinin reklam, təbrik mesajları və s. xarakterli olması barədə bağlı "xxxx" MMC, "xxxx" MMC və "X32 Marketing Technologies" MMC-yə məktublar ünvanlanmış lakin bu smslərin hansı hissəsinin taksi sifarişi ilə bağlı olduğu barədə onlarda məlumat olmadığı bildirilmişdir. Müəssisə rəhbəri tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli elektron fayldakı məlumata əsasən goldenpay müştərilərinə 59182 sayda, korporativ müştərilərə 39629 sayda, cəmi 98811 sayda taksi xidməti, xx.xx.2019-cu il tarixli elektron fayldakı məlumatlara əsasən goldenpay müştərilərinə 37249 sayda, korporativ müştərilərə 56927 sayda, cəmi 94176 sayda taksi xidməti və xx.xx.2019-cu il tarixli elektron fayldakı məlumatlara əsasən goldenpay müştərilərinə 34407 sayda, korporativ müştərilərə 43191 sayda, cəmi 77598 sayda taksi xidməti təqdim edildiyi müəyyən edilmişdir. Göründüyü kimi xx.xx.2019-cu il tarixli məlumata əsasən 1 taksi sifarişinə orta hesabla 57 sms (5589108/98811), xx.xx.2019-cu il tarixli məlumata əsasən 1 taksi sifarişinə orta hesabla 59 sms (5589108/94176), xx.xx.2019-cu il tarixli məlumata əsasən 1 taksi sifarişinə orta hesabla 72 sms (5589108/77598) sərf edildiyi bildirilmişdir ki, bu da reallığı əks etdirmir. Qeyd olunanlarla bağlı İddiaçı MMC-nin direktoru və baş mühasibi Baş idarəyə dəvət edilmiş və müvafiq izahatlar alınmışdır. Verilmiş izahatlara əsasən əldə edilmiş ******* ədəd sms-in 35%-i (1956188 ədəd) reklam, təbrik və s. mesajları, qalan 65%-i (3632920 ədəd) isə bilavasitə taksi sifarişi ilə bağlı olduğu bildirilmişdir. Taksi xidmətləri ilə bağlı sifarişçilərin mobil telofonlarına taksinin təyin edilməsi ilə bağlı bildiriş smslərin göndərildiyini nəzərə alsaq, direktor tərəfindən verilmiş izahatda 1 taksi sifarişi ilə bağlı orta hesabla 2-3 sms göndərildiyi qeyd edilmişdir. Beləliklə yoxlanılan dövrdə 1 taksi sifarişi ilə bağlı taksi sifarişçilərinə maksimum 3 sms göndərildiyini nəzərə alsaq İddiaçı MMC tərəfindən (3632920/3) ******* ədəd taksi sifarişləri yerinə yetirildiyi müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən taksi xidmətlərininin yalnız nağdsız qaydada işləyən müştərilərə (korporativ müştərilər və goldenpay vasitəsilə ödəniş) xidmət göstərildiyi. nağd ödəniş edən heç bir müştərilərə xidmət göstərilmədiyi bildirilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş taksi sifarişləri barədə cədvəl məlumatlarına əsasən yoxlanılan dövrdə 34407 sayda goldenpay müştərilərinə 170061 manat dəyərində taksi xidmətinin, 43191 sayda korporativ müştərilərinə isə 366363 manat dəyərində taksi xidmətlərinin göstərildiyi müəyyən edilmişdir. Bu göstəricilərə əsasən goldenpay müşətrilərinə göstərlimiş taksi xidməti ilə bağlı 1 taksi gedişinin orta qiyməti (170061/34407) 4.94 manat, korporativ müşətrilərinə göstərlimiş taksi xidməti ilə bağlı 1 taksi gedişinin orta qiyməti (366363/43191) 8.48 manat müəyyən edilmişdir. Göründüyü kimi 1 taksi gedişinin minimal orta qiymətinin 4.94 manat olduğunu nəzərə alsaq yoxlanılan dövrdə (1210973*4.94 manat) 5982206,60 manat dövriyyə müəyyən edilir. Eyni zamanda yoxlanılan dövrdə vergi ödəyicisinə məxsus və icaryə götürülmüş avtomobillərlə aylıq fərqlənmə nişanları alınmaqla 326971 manat dəyərində taksi xidmətlərinin göstərildiyi müəyyən edilmişdir. Beləliklə yoxlama ilə müəssisə tərəfindən ümumilikdə 5982206,60 manat dəyərində xidmətlərin göstərildiyini nəzərə alsaq müəssisə ilə xidmət müaviləsi bağlanmış sürücülər tərəfindən (5982206,60-326971) 5655235,60 manat dəyərində xidmət gösərildiyi müəyyən edilmişdir. Xidmət müqavilələrinə əsasən eləcə də, xidmət müqaviləsi əsasında taksi xidmətləri göstərən sürücülər tərəfindən verilmiş izahatlara əsasən göstərilmiş xidmətlərin 20%-nin İddiaçı MMC-yə xidmət haqqı formasında ödənildiyini nəzərə alsaq müəssisənin sifarişlərin ötürülməsi xidmətlərinin göstərilməsindən əldə edilmiş gəlirlərinin (5655235,60*20%) 1131047,1 manat olduğu müəyyən edilmişdir. Eyni zamanda təqdim edilmiş sənədlərə əsasən yoxlanılan dövrdə müəssisə 110000 manat dəyərində avtomobillərin satışını həyata keçirmişdir. Yoxlanılan dövrdən əvvəlki dövrdə vergi ödəyicisi sadələşdirilmiş verginin ödəyicisi olmuş və xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək sadələşdirilmiş dövriyəsi 9 ayda 67730 manat təşkil etmişdir. Yoxlama ilə 2018ci ilin yanvar və fevral aylarında taksi xidmətlərindən əldə edilmiş gəlirlərin 133875,80 manat olduğu və dövriyyənin Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinə əsasən məcburi qeydiyyat zamanı ƏDV-nin ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq yəni 201605,8 manat olduğu müəyyən edilmiş bu səbəbdən vergi ödəyicisinin əldə etdiyi gəlirlərinə xx.xx.2018-ci il tarixdən qeydiyyatsız ƏDV tətbiq edilərək hesablamalar aparılmışdır. Beləliklə MMC-nin yoxlanılan dövrdə ƏDV dövriyyəsinin 1107171,3 manat (ƏDV ilə) olduğu müəyyən edilmiş və bu dövrdə heç bir ƏDV bəyannaməsinin təqdim edilmədiyini nəzərə alsaq (1107171,3/1.18*18%) 168890,54 manat ƏDV-nin azaldılması aşkar edilmişdir. Yoxlama ilə əhatə edilən dövrdə müəssisə tərəfindən vergi orqanına təqdim olunmuş ödəmə mənbəyində tutulan verginin düzgünlüyü ilkin sənədlər əsasında yoxlanılarkən Vergi Məcəlləsinin 122.1-ci və 150-ci maddəsinin müddəalarının pozulması faktı aşkarlanmışdır. Belə ki, müəssisə Vergi Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən dividend verən zaman 122.1-ci maddədə göstərilən 10 faiz dərəcə ilə ödəmə mənbəyində tutulan vergini hesablamalı və bəyannamə təqdim edərək həmin məbləği dövlət büdcəsinə ödəməlidir. Lakin müəssisə tərəfindən möhür və imza ilə təsdiq edilərək yoxlamaya təqdim edilmiş 12 aprel 2018-ci il tarixli 8 və eyni tarixi 9 nömrəli "Xəzinə məxaric orderi"ndə, eləcə də kassa əməliyyatlarının uçotunun aparıldığı "xxxx"nın uçot qeydində 12 aprel 2018-cı ıl tarixdə MMC-nin təsisçiləri olan X16 70450.0 manat, X4 70450.0 manat dividend verildiyi müəyyən edilsə də, həmin məbləğlər barədə ödəyicisi tərəfindən vergi orqanına bəyannamə təqdim edilməyərək ümumi 140900.0 manat təqdim edilmiş dividendə görə 14090.0 manat ödəmə mənbəyində vergi məbləği dövlət büdcəsinə ödənilməmişdir. Bununla əlaqədar vergi ödəyicisinə 2018-ci ilin 2-cü rübü üçün 14090.0 manat ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Aparılan yoxlama ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ödəmə mənbəyində tutulan verginin 14.090 manat azaldılmasına görə azaldılmış verginin 50%-i miqdarında, yəni 7.045 manat, mənfəət vergisinin 94.095,25 manat azaldılmasına görə 47.047,63 manat, sadələşdirilmiş verginin 4.583,8 manat azaldılmasına görə 2.291,9 manat, əlavə dəyər vergisinin 168.890,54 manat azaldılmasına görə 84.445,28 manat maliyyət sanksiyasının tətbiqi təklif olunur. İş materiallarında olan cavabdeh tərəfindən qəbul olunmuş 11 iyun 2020-ci il tarixli, **********137136 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçındə (VÖEN **********) xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər olan dövr ərzində 2018-ci il üzrə mənfəət vergisinin 94.095,25 manat azaldılması, 94.095,25 manat əlavə hesablama, VM-nin 58.1-ci maddəsinə əsasən 47.047,63 manat maliyyə sanksiyası, 2018-ci il üzrə sadələşdirilmiş verginin 4583,80 manat azaldılması, 2268,49 manat artıq hesablanması, 2315,31 manat əlavə hesablama, VM-nin 58.1-ci maddəsinə əsasən 2291,90 manat maliyyə sanksiyası, 2018-ci il üzrə ödəmə mənbəyində tutulan verginin 14090,00 manat azaldılması, 14090,00 manat əlavə hesablama, VM-nin 58.1-ci maddəsinə əsasən 7045,00 manat maliyyə sanksiyası, 2018-ci il üzrə vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə VM-nin 58.1-ci maddəsinə əsasən 480,00 manat maliyyə sanksiyası, 2019-cu il üzrə vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə VM-nin 58.1-ci maddəsinə əsasən 200,00 manat maliyyə sanksiyasının, cəmi 112.769,05 manat verginin azaldılması, 2268,49 manat artıq hesablanması, 110.500,56 manat əlavə hesablanması, 57.064,53 manat maliyyə sanksiyasının, 2018-ci il üzrə əlavə dəyər vergisi (qeydiyyatsız) 116.228,69 manat, VM-nin 58.4-cü maddəsinə əsasən 58.114,35 manat, 2019-cu il üzrə əlavə dəyər vergisi (qeydiyyatsız) 52.661,85 manat, VM-nin 58.4-cü maddəsinə əsasən 26.330,93 manat, cəmi əlavə dəyər vergisi (qeydiyyatsız) üzrə 168.890,54 manat və 84.445,28 manat maliyyə sanksiyası üzrə vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İş materiallarında olan “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” xx.xx.2020-ci il tarixli, **********443400 №-li tələbnamənin surətindən görünür ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2020-ci il tarixli, **********137136 saylı qərar əsasında İddiaçı MMC tərəfindən 279.391,00 manat əlavə hesablanmış vergilərin, 141.509,81 manat vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının, ümumilikdə büdcəyə ödənilməli olan 420.900,91 manatın 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan X5 tərəfindən verilmiş 22 may 2020-ci il tarixli, 237 nömrəli ekspert rəyinin surətindən görünür ki, tədqiqata təqdim olunmuş materiallardan göründüyü kimi İddiaçı MMC-də yanvar 2018-may 2019-cu vergi dövrünü əhatə edən səyyar vergi yoxlaması keçirilmiş və bu barədə **********189514 nömrəli, xx.xx.2020-ci il tarixli akt yazılmışdır. Yoxlama zamanı İddiaçı MMC-nin əldə etdiyi gəlirin hesablanması məqsədi ilə yoxlayıcılar SMS sifarişlərin ümumi məcmusu əsasında orta qiymətin çıxarılması metodundan istifadə etmişlər. Bu metodun tətbiqində yoxlayıcılar müəssisənin rəhbərliyi tərəfində verilən izahatla kifayətlənərək adi riyazi hesablama metodundan istifadə edib orta gediş qiymətini müəyyən etmişlər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımalar istisna olmaqla) Azərbaycan ərazisində sərnişin və yük daşımaların (o cümlədən taksi ilə) və ya həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. Vergi ödəyicilərinin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri sadələşmiş vergi üzrə vergitutma obyektidir. Vergi Məcəlləsinin 221.1-ci maddəsinə əsasən hesabat dövrü üçün sadələşdirilmiş verginin məbləği məcəllə ilə müəyyən edilmiş vergi dərəcəsilə hesabat dövrünün ümumi hasilatının həcminə tətbiq etməklə hesablanır və hesablanmış məbləğ hesabat dövrünün sonrakı ayın 20-dək büdcəyə ödənilir. Tədqiq olunan dövrdə vergi ödəyicisi, yəni İddiaçı MMC faktiki olaraq taksi fəaliyyəti ilə məşğul olmuşdur. Qeyd edilən xidmətlərdən ümumi hasilatın həcminə Vergi Məcəlləsi ilə nəzərdə tutulan vergi dərəcəsi tətbiq edilməklə hesablama aparılaraq bəyannamə üzrə müəyyən edilən məbləğ təyinatı üzrə vaxtında ödənilmişdir. Vergi yoxlaması aktında qeyd edilir ki, İddiaçı MMC tərəfindən 17 ay ərzində "xxxx" MMC, "xxxx" MMC və “X32 Marketing Texnologies” MMC-dən cəmi ******* ədəd SMS (3277370+858710+1453028) istifadə olunmuşdur. Yuxarıda adları qeyd olunan müəssisələrfən alınan cavabda bu SMS-lərin hansı hissəsinin taksi sifarişi ilə bağlı olduğu barədə məlumatın olmadığı bildirilmişdir. Beləliklə aparılmış tədqiqatla Vergi Məcəlləsinin tələbləri əsas tutulmaqla SMS-lərin hansı hissəsinin taksi sifarişi ilə bağlı olduğu məlum olmadığı halda müəssisənin rəhbərliyi tərəfindən verilmiş izahatla kifayətlənbi SMS-lər əsasında müəssisəsinin əldə etdiyi mənfəətin hesablanması qaydası olaraq xidmətin təşkilində istifadə edilmiş SMS-lərin ümumi miqdarı hesablanma metodu kimi əsas götürülə bilməz. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/8534 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarına əsasən ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparmaq mümkün deyildir. Yəni dövlət büdcəsinə hesablanmalı olan vergilərin hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmadı. Yuxarıda göstərildiyi kimi, vergi orqanı tərəfindən əlavə hesablanmış vergilər tədqiqi hissədə göstərilən Vergi Məcəlləsinin maddələrinin tələblərinə uyğun hesablanmamışdır. Həmçinin qeyd edilir ki, vergi orqanı tərəfindən aparılmış əlavə hesablamaların qaydası da Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/9359 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarına əsasən ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparmaq mümkün deyildir. Yəni dövlət büdcəsinə hesablanmalı olan vergilərin hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmadı. Yuxarıda göstərildiyi kimi, vergi orqanı tərəfindən əlavə hesablanmış vergilər tədqiqi hissədə göstərilən Vergi Məcəlləsinin maddələrinin tələblərinə uyğun hesablanmamışdır. Həmçinin qeyd edilir ki, vergi orqanı tərəfindən aparılmış əlavə hesablamaların qaydası da Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/4608 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarına əsasən ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparmaq mümkün deyildir. Yəni dövlət büdcəsinə hesablanmalı olan vergilərin hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmadı. Yuxarıda göstərildiyi kimi, vergi orqanı tərəfindən əlavə hesablanmış vergilər tədqiqi hissədə göstərilən Vergi Məcəlləsinin maddələrinin tələblərinə uyğun hesablanmamışdır. Həmçinin qeyd edilir ki, vergi orqanı tərəfindən aparılmış əlavə hesablamaların qaydası da Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə ... borcludur. 36.3. Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. 38.4. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. 58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 83.1. Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır (5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 83.9-cu maddə ləğv edilmişdir). 103.1. Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. 104.1. Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. 105.1. Müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. 150.1. Vergi orqanında uçotda olan aşağıdakı şəxslər (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludurlar: 150.1.1. muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər; 150.1.2. muzdla işləyən fiziki şəxslərə ödəmələr verən sahibkarlar və qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər; 150.1.3. dövlət sosial təminat sistemi vasitəsilə ödənilən pensiyalar istisna edilməklə, digər şəxslərə pensiya ödəyən hüquqi şəxslər, sahibkarlar və qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər; 150.1.4. hüquqi və fiziki şəxslərə dividend ödəyən rezident hüquqi şəxslər; 150.1.5. fiziki şəxslərə və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident hüquqi şəxslərə faizlər ödəyən hüquqi şəxslər, sahibkarlar və qeyrisahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər; 150.1.6. bu Məcəllənin 124-cü, 125-ci və ya 126-cı maddələrində nəzərdə tutulan ödəmələr verən hüquqi şəxslər, sahibkarlar və qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər. 150.1.7. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən, habelə muzdlu işçi kimi cəlb etmədiyi fiziki şəxslərə maddi yardım, mükafat, təqaüd verən hüquqi şəxslər, fərdi sahibkarlar və qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər. 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 155.1. Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bu Məcəllənin 154.6-cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslər dövlət qeydiyyatına və ya vergi orqanında uçota alınmaq üçün ərizə ilə birlikdə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı günədək ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludurlar. Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. 156.1. Qeydiyyatdan keçməli olmayan sahibkarlıq fəaliyyəti göstərən şəxs vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilər. 156.1-1. Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən və aşağıdakı tələblərə cavab verən şəxslər bu maddə ilə müəyyən edilən hüquqdan istifadə edə bilər: 156.1-1.1. göstərilən xidmətlərin dəyərini və alınmış malların (işlərin və xidmətlərin) dəyərini nağdsız qaydada əldə edən və ödəyən; 156.1-1.2. digər vergi ödəyicilərinə göstərilən xidmətlər üzrə əldə edilən gəlirlərini və gəlirlərin əldə edilməsi üzrə çəkilən xərclərini elektron qaimə-faktura ilə rəsmiləşdirən; 156.1-1.3. göstərilən xidmətlər üzrə əməliyyatların uçotunu vahid mərkəzləşdirilmiş elektron sistem üzərində aparan və vergi orqanının həmin sistemə məsafədən çıxış imkanını təmin edən (xx.xx.2023-cü ilədək olan redaksiya). 157.1. ƏDV-nin məqsədləri üçün məcburi və ya könüllü qeydiyyat haqqında ərizə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə verilməlidir. 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 218.4. Bu Məcəllənin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir: 218.4.1. Bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər (xx.xx.2023-cü ilədək olan redaksiya). 218-1.1. Vergidən azaddır: 218-1.1.4. bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan şəxslərə ödənilən dividendlər. 221.1. Hesabat dövrü üçün sadələşdirilmiş verginin məbləği (bu Məcəllənin 218.4cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) bu Məcəllənin 220-ci maddəsi ilə müəyyən edilmiş vergi dərəcəsini hesabat dövrünün ümumi hasilatının həcminə tətbiq etməklə hesablanır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan vergi ödəyicisi ilə "xxxx" MMC, "xxxx" MMC və “X32 Marketing Texnologies” MMC arasında bağlanmış müqavilələrə əsasən 17 ay ərzində alınmış cəmi ******* ədəd SMS-ə uyğun olaraq 1 taksi gedişinin minimal orta qiyməti müəyyən edilməklə yoxlanılan dövrdə dövriyyənin müəyyən edilməsi, həmin dövriyyəyə uyğun vergi öhdəliklərinin yaranması nəticəsinə gəlsə də, belə hesablama metodu qanunvericiklə nəzərdə tutulmamışdır. Qanunvericiliyin tələbinə görə, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və.s) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə rəsmi məlumatlardan və.s) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin normanın məzmunu baxımından vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasında ekspert, 45-ci maddəsinə əsasən isə səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavinin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Hazırki mübahisə üzrə isə cavabdeh vergi məbləğinin müəyyən olunması üçün mötəbər hesab olunacaq bu qanuni üsullardan istifadə etməmiş, sona qədər aydın və təkzibolunmaz sübutlara istinad etməmişdir. Göstərilən bu halların hər biri müvafiq olaraq məhkəmə-mühasibatlıq ekspertizası əsasında verilmiş ekspert rəyi əsasında da müəyyən olunmuşdur. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə mühasibatlıq ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/8534 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarına əsasən ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparmaq mümkün deyildir. Yəni dövlət büdcəsinə hesablanmalı olan vergilərin hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmadı. Yuxarıda göstərildiyi kimi, vergi orqanı tərəfindən əlavə hesablanmış vergilər tədqiqi hissədə göstərilən Vergi Məcəlləsinin maddələrinin tələblərinə uyğun hesablanmamışdır. Həmçinin qeyd edilir ki, vergi orqanı tərəfindən aparılmış əlavə hesablamaların qaydası da Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqanın vəsatətinə əsasən iki dəfə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/9359 nömrəli, xx.xx.2023-cü il tarixli və 9/4608 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəylərindən görünür ki, təkrar ekspertiza tədqiqatı zamanı da ekspertlər tərəfindən eyni nəticəyə gəlinmişdir. Həmin rəylərə əsasən dövlət büdcəsinə hesablanmalı olan vergilərin hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmamış, vergi orqanı tərəfindən əlavə hesablanmış vergilər tədqiqi hissədə göstərilən Vergi Məcəlləsinin maddələrinin tələblərinə uyğun hesablanmamış, vergi orqanı tərəfindən aparılmış əlavə hesablamaların qaydası da Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Ekspertlər xüsusi ilə Vergi Məcəlləsinin tələbləri əsas tutulmaqla, SMS-lərin hansı hissəsinin taksi sifarişi ilə bağlı olduğu məlum olmadığı halda, müəssisənin rəhbərliyi tərəfindən verilmiş izahatla kifayətlənib SMS-lər əsasında müəssisənin əldə etdiyi mənfəətin hesablanması qaydası olaraq, xidmətin təşkilində istifadə edilmiş SMS-lərin ümumi miqdarı hesablanma metodu kimi əsas götürülə bilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə məhkəmə qərarı əsasında keçirilmiş ekspert rəylərində əks olunan məlumatlar şübhə doğurmamış, bu məlumatların mötəbərliyini təkzib edən hallar cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Həmçinin ekspertin əvvəlki rəyi ilə razılaşmadığına görə cavabdeh təkrar ekspertiza barədə vəsatətlər vermiş, cavabdehin vəsatətləri təmin edilmiş, hazırki iş üzrə ilk ekspertizadan sonra iki təkrar ekspertiza keçirilmişdir və keçirilmiş ekspertiza tədqiqatları zamanı ekspertlər eyni nəticəyə gəlmişlər. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçı mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində taksi ilə sərnişin daşımalarını, həmçinin həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən sadələşdirilmiş vergi ödəyicisidir. İddiaçının taksi fəaliyyəti ilə deyil, digər fəaliyyət növü ilə məşğul olmaqla (xidmət göstərməsi) gəlir əldə etməsi, buna görə vergi öhdəliklərinin yaranması ilə bağlı əsaslı sübutları cavabdeh inzibati orqan məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 58.1. Bnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-520/2022 nömrəli, 01 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 200 manat cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən alınaraq dövlət büdcəsinə ödənilsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.