Məhkəmə qərarları › İş №2-1(103)-490/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-490/2025

19.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-490/2025 19.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, X6 Asəf qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1828/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 27 iyul 1996-cı il tarixdən 25 dekabr N-ci il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. 2-ci Qarabağ Müharibəsi zamanı polkovnik-leytenant hərbi rütbəsində xidmət etdiyi Heydər Əliyev adına Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ali Hərbi Məktəbindən döyüşlərin hərtərəfli təminatı ilə bağlı döyüş əməliyyatlarında iştirak edən N saylı hərbi hissədə ezamiyyətdə olmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı vuruşmuşdur. İddiaçı 25 dekabr N-ci il tarixdə “Hərbi xidmət haqqında” Əsasnamənin 156-cı maddəsinin “v”bəndinə əsasən xəstəliyi ilə bağlı Ordu sıralarından ehtiyata tərxis olunmuşdur. Hərbi xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan döyüşlərdə bilavasitə və fəal iştirak etməsinə baxmayaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaçıya əvvəlcə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi qərarı qəbul etmiş, sonra isə heç bir səbəb olmadan həmin addan məhrum etmişdir. İddiaçı ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün müraciət etmiş, lakin cavabdehin 05 iyul 2022-ci il tarixli 4/3- 7792 saylı imtina məktubunda Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N-ci il tarixli müvafiq əmrinə əsasən iddiaçının “Vətən müharibəsi”dövründə xidmət keçdiyi N nömrəli hərbi hissənin döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin siyahısında olmadığına və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəb rəisinin xx.xx.2022-ci il tarixli 653 nömrəli məktubuna əsasən, “Müharibə veteranı” statusunun ləğv edildiyi və ona təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsinin dayandırıldıgı bildirilmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindən verilmiş 9, 52, N və 69 saylı yol vərəqələrindən göründüyü kimi iddiaçı həmin hərbi hissələrdə döyüşlərin hərtərəfli təminatı ilə bağlı Heydər Əliyev adına Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Ali Hərbi Məktəbindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi xidmət keçərkən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüş gedən ərazilərdə: Ağcabədi, Beyləqan, Fizuli, Horadiz, Əhmədbəyli, Cəbrayıl və Qubadlı ərazilərində xidməti ezamiyyətlərdə olmuşdur. Həmin hərbi hissələrdə xidmət edərkən, döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları almış və yerinə yetirmiş, ona təltiflər verilmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının “Müharibə veteranı” adının ləgv edilməsi ilə baglı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək ona “Müharibə veteranı” adının ləgv edildiyi 2022-ci ilin aprel ayından təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsaslara görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarırın verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 10 və 11-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N sentyabr 2020-ci il tarixdən N noyabr 2020-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkili və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş, hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təyinat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, habelə N sentyabr 2020- ci il tarixdən N noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks—kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş, və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu əsasnamənin birinci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrdən çıxarışları və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər isasında “Müharibə veteranı” adı verilir. Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu əsasnamənin birinci hissəsinin 8-ci, 9-cu və 10-cu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq dövlət orqanları tərəfindən onların yaratdıqları müvafiq komissiyanın rəyinə əsasən verilir. Bununla yanaşı, Əsasnamənin 1-ci hissəsinin 9-cu və 10-cu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd edilir ki, iş materiallarında olan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisinin xx.xx.2022-ci il tarixli 653 nömrəli məktubun surətindən görünür ki, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarə rəisinin 28 sentyabr 2020-ci il tarixli 26/118 nömrəli telefonoqramına əsasən 051, N və N nömrəli hərbi hissələrin tamamlama mərkəzlərinə Heydər Əliyev adına Ali Hərbi Məktəbdən ezam olunmuş hərbi qulluqçuların adları “Müharibə veteranı və vəsiqəsinin verilməsi” üçün təqdim edilmişdir. Sözügedən məktubda Şəxsi Heyət Baş İdarəsinin Təhsil şöbəsinin rəisiidarə rəisinin müavinin 29 noyabr N-ci il tarixli 707 nömrəli məktubuna əlavə olaraq göndərilmiş Nazirlər Kabinetinin qərarına əsasən göstərilən meyarların 1, 2 və 3-cü bəndlərinə uyğun olmadığı üçün həmin hərbi qulluqçuların adlarının “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” haqqında komissiyaya təqdim edilmiş siyahıdan çıxarılması üçün məktub ünvanlandığı görünür. Bundan başqa Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya”nın vətəndaşa nümayəndəsi Vəkil ünvanlandığı xx.xx.2022-ci il tarixli 4/3- 7792 nömrəli məktubundan görünür ki, istefada olan İddiaçı, Vətən müharibəsi zamanı N nömrəli hərbi hissədə xidmət keçdiyi üçün ona “Müharibə veteranı” statusu verilmişdir. Həmçinin, həmin məktubun ikinci abzasından görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N-ci il tarixli müvafiq əmrinə əsasən İddiaçı “Vətən müharibəsi” dövründə xidmət keçdiyi N nömrəli hərbi hissə döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin siyahısında olmadığına və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin rəisinin yuxarıda sözügedən məktubuna əsasən sonuncuya verilmiş “Müharibə veteranı” statusu ləğv edilmiş və ona təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi dayandırılmışdır. Habelə sözügedən komissiyanın xx.xx.2023-cü il tarixli 4/3-1838 nömrəli məktubunun surətindən görünür ki, N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Beləliklə əlavə edilmiş sənədlərdən gürünür ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin qeyd edilən məktubu əsasında 051, N və N nömrəli hərbi hissələrin tamamlama mərkəzlərinə ezam olunmuş hərbi qulluqçuların adları “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” üçün təqdim edilmiş və ümumi siyahıya əsasən həmin hərbi qulluqçulara “Müharibə veteranı” statusu verilmişdir. Lakin Azərbaycan Respublikasının xx.xx.N-ci il tarixli müvafiq əmri ilə “Vətən müharibəsində” iştirak edən hərbi hissələrin siyahısı müəyyən edildiyindən və N nömıəli hərbi hissənin döyüş əməliyyaytlarında iştirak etmədiyini nəzərə alaraq iddiaçıya verilmiş “Müharibə veteranı” statusu ləğv edilmiş və Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi dayandırılmışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2017-ci il tarixli 2- 1(102)-11N/2017 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər “Müharibə veteranı” sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1828/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı “Müharibə veteranı” adının ləğv edilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərəkətləri qanunsuz hesab edilmiş, İddiaçı “Müharibə veteranı” adının ləğv edildiyi 2022-ci ilin aprel ayından təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-495/2024 nömrəli, 29 mart 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın tamamilə ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2030/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2024-cü il tarixli, 2- 1(103)-495/2024 nömrəli qərarı ləğv edilmiş, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi və kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Ali Məhkəmənin hazırkı iş üzrə qərarında qeyd edilmişdir ki, “39. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə gəldiyi xx.xx.2024-cü il tarixli, 2-1(103)-495/2024 saylı qərarla yuxarıda göstərilmiş nəticəyə gələrkən qərarında göstərmişdir ki, “iddiaçı T.F.X5 adına Ali Hərbi Məktəbdən N nömrəli hərbi hissəyə ezam olunduqdan sonra hərbi hissənin maddi X4 avtomobil xidməti rəisi vəzifəsinə təyin edilmişdir, lakin N (,) nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməyib. Həmçinin, o da müəyyən olunur ki, N nömrəli hərbi hissə N sentyabr - N noyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əkshücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişdir, lakin iddiaçı həmin hərbi hissəyə ezam olunmamış, yəni həmin hərbi hissədə ümumiyyətlə olmamışdır.”

40. Halbuki yuxarıda artıq göstərildiyi kimi, iddiaçıya Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri tərəfindən, o cümlədən döyüş tapşırıqlarının yerinə yetirilməsində əldə etdiyi nailiyyətlərə görə xx.xx.2020-ci il tarixdə Fəxri Fərman verilmiş, bundan başqa hərbi hissə komandirinin yanvar N-ci il tarixli Fəxri Fərmanında göstərilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə xüsusi xidmətlərinə görə “Vətən müharibəsi” dövründə arxa cəbhədə göstərdiyi yüksək peşəkarlıq və fədakarlığa görə təltif olunmuşdur, eyni zamanda iddiaçı hərbi xidmətdə fərqlənməyə görə Azərbaycan Respublikası Prezidentinin adından 3-cü dərəcəli medalla təltif edilmişdir.

41. Bununla yanaşı qeyd edilməlidir ki, yuxarıda artıq göstərildiyi kimi, N saylı hərbi hissə komandirinin xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli yol vərəqələrindən görünür ki, iddiaçı N və N saylı hərbi hissələrdə olmuşdur.

42. Lakin apellyasiya instansiyası məhkəməsi işdə belə fərqli sənədlər olduğu halda, bu istiqamətdə həqiqəti üzə çıxartmaq üçün tam və hərtərəfli araşdırma ümumiyyətlə aparmamış, halbuki ən azından N saylı hərbi hissəsinin, eləcə də N saylı hərbi hissəsinin komandirlərinə sözügedən məsələ ilə bağlı sorğular göndərilməli idi, lakin apellyasiya məhkəməsi bunu etməmişdir.” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1828/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Cavabdehin xx.xx.2022-ci il tarixli 4/3-7792 saylı məktubu ilə iddiaçının nümayəndəsinə bildirilmişdir ki, “Vətən müharibəsi” dövründə istefada olan polkovnikleytenant İddiaçı Müdafiə Nazirliyinin tabeçiliyində olan N nömrəli hərbi hissədə xidmət keçmişdir. Bununla əlaqədar olaraq ona “Müharibə veteranı” statusu verilmişdir. Azərbaycan Respublikasının Müdafiə nazirinin xx.xx.Nci il tarixli müvafiq əmrinə əsasən istefada olan polkovnik- leytenant İddiaçı “Vətən müharibəsi” dövründə xidmət keçdiyi N nömrəli hərbi hissə döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin siyahısında olmadığına və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəb rəisinin xx.xx.2022-ci il tarixli 653 nömrəli məktubuna əsasən istefada olan polkovnik-leytenant İddiaçı verilmiş “Müharibə veteranı” statusu ləğv olunmuş və ona təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi dayandırılmışdır. - Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin xx.xx.2022-ci il tarixli 653 nömrəli məktubu ilə cavabdehin Kadrlar İdarəsinə bildirilmişdir ki, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarə rəisinin 28 sentyabr 2020-ci il tarixli 26/118 nömrəli telefonoqramasına əsasən 051, N və N nömrəli hərbi hissələrin tamamlama mərkəzlərinə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən ezam olunmuş hərbi qulluqçularının adları “Müharibə veteranı" adı və "Azərbaycan Respublikasının Müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim olunmuşdur. X8 Baş İdarəsi Hərbi Təhsil İdarəsinin Təhsil şöbəsinin rəisi-idarə rəisinin müavininin 29 noyabr N-ci il tarixli 707 nömrəli məktubuna əlavə olaraq göndərdiyi Nazirlər Kabinetinin qərarına əsasən göstərilən meyarların 1-ci, 2-ci və 3-cü bəndlərinə uyğun olmadığı üçün həmin hərbi qulluqçuların adlarının ‘Müharibə veteranı" və “Azərbaycan Respublikasının Müharibə veteranı” vəsiqəsinin verilməsi haqqında siyahıdan çıxarılması barədə müvafiq qərar qəbul edilməsi üçün göndərilir. Məktuba qoşmada Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən tamamlama hərbi hissələrinə ezam olunmuş hərbi qulluqçuların adlı siyahısından görünür ki, iddiaçının adı 5-cı sırada göstərilmişdir. - Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya”nın xx.xx.2023-cü il tarixli 4/3-1838 nömrəli məktubundan görünür ki, N (,) nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməyib. Əsas: Azərbaycan Ordusunun “Vətən Müharibəsi” dövründə döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrinin müəyyənləşdirilməsi haqqında” Müdafiə nazirinin 04 mart N-ci il tarixli 062 nömrəli əmri. - 4 saylı DOST Məkəzinin xx.xx.2022-ci il tarixli **********3 nömrəli arayışından görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən 80 manat məbləğində Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü müddətsiz təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi Sosial Müavinət və təqaüd haqqında arayışdan görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən 80 manat məbləğində Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü müddətsiz təyin edilmişdir. - Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin xx.xx.N-ci il tarixli 22 №-li əmrindən çıxarışdan görünür ki, Baş Qərargah rəisinin müavini-Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisinin "Səfərbərlik zamanı yerdəyişmə Planı"na uyğun olaraq, döyüş əməliyyatları başa çatdıqdan sonra öz vəzifələrinə qaytarılmaqla və əvvəlki vəzifə maaşı saxlanılmaqla N nömrəli hərbi hissədə müvafiq vəzifərə təyin edilən aşağıda adları çəkilən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin zabitləri, Azərbaycan Respublikası Müdafiə nazirinin 16 yanvar N-ci il tarixli 0101 nömrəli əmrinə əsasən əvvəlki vəzifələrinə qaytarıldıqlarına görə 23 yanvar N-ci il tarixdən, N nömrəli hərbi hissədən gəlmiş hesab edilsinlər, ərzaq təminatına daxil edilsinlər, vəzifələrinin icrasına başlasınlar: 2. Polkovnik-leytenant İddiaçı, X3-X4 avtomobil xidməti rəisi-Quru qoşunları fakültəsinin maddi- texniki təminat kafedrasının avtomobil hazırlığı silsiləsinin baş müəllimi. Əsas: Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N-ci il tarixli 0101 nömrəli əmrindən çıxarış, N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 144, 147, 148, 149, 150, 151, 152, 153, və 154, nömrəli təyinat vərəqələri. - Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin xx.xx.2020-ci il tarixli 232 №-li əmrindən çıxarışdan görünür ki, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisinin 07 avqust və 18 sentyabr 2020-ci il tarixli planlarına müvafiq olaraq, aşağıda adları göstərilən hərbi qulluqçular döyüş tapşırığını yerinə yetirmək üçün 29 sentyabr 2020-ci il tarixdən qeyd olunan hərbi hissələrə getmiş hesab edilsinlər, 30 sentyabr 2020- ci il tarixdən Məktəbin ərzaq təminatından çıxarılsınlar və ərzaq attestatı ilə təmin edilsinlər: -N nömrəli hərbi hissəyə - 90. polkovnik-leytenant İddiaçı, Quru Qoşunları fakültəsinin maddi-texniki təminat kafedrasının avtomobil hazırlığı silsiləsinin baş müəllimi. Əsas: Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisinin xx.xx.2020-ci il tarixli 26/1182 nömrəli telefonoqramı. - Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin xx.xx.2020-ci il tarixli 245 №-li əmrindən çıxarışdan görünür ki, Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisinin xidməti yerdəyişmə planına əsasən döyüş tapşırığını yerinə yetirmək məqsədilə göndərilmiş, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin aşağıda adları çəkilən zabitləri Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 3 oktyabr 2020-ci il tarixli 0429 nömrəli əmrinə əsasən döyüş əməliyyatları başa çatdıqdan sonra öz vəzifələrinə qaytarılmaqla və əvvəlki vəzifə maaşı saxlanılmaqla N nömrəli hərbi hissədə müvafiq vəzifəyə təyin olunmuş hesab edilsinlər: 2.Polkovnik-leytenant İddiaçı, Quru Qoşunları fakültəsinin maddi-texniki təminat kafedrasının avtomobil hazırlığı silsiləsinin baş müəllimi - Maddi- X4 Avtomobil Xidməti Rəisi. Əsas: Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2020ci il tarixli 0429 nömrəli əmrindən çıxarış (dax ol.№ 478). Cavabdehin xx.xx.2023-cü il tarixli 3-25-11/2-2687/23 saylı məktubu ilə göndərilmiş N №-li hərbi hissə rəisinin xx.xx.2023-cü il tarixli 14/1550 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrinə əsasən 037, 006, 1N, N və N nömrəli hərbi hissələr N sentyabr - N noyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişlər. - Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının xx.xx.2023-cü il tarixli ***-**** nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya daxil olmuş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli 3-25-11/2-675/2023 və 3-25-11/2- 2567/2023 nömrəli məktublarınıza cavab olaraq bildiririk ki, vətəndaş İddiaçı komissiyaya xx.xx.2022- ci il tarixdə müraciət etmiş, sənədlərinə xx.xx.2023- cü il tarixli iclasda baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən qoşmada göstərilən məzmunda cavab verilmişdir.” - Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası”nın xx.xx.2023-cü il tarixli 4/3-4514 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş xx.xx.2022-ci il tarixli 26/05 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, vətəndaş İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 04 mart N-ci il tarixli əmrinə əsasən N nömrəli hərbi hissə N sentyabr 2020-ci il tarixdən N noyabr 2020-ci il tarixədək döyüşən hərbi hissələrin siyahısında olmadığına görə vətəndaş İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir.” - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Fəxri Fərmandan görünür ki, iddiaçı yüksək döyüş hazırlığının, döyüş qabiliyyətinin təmin olunmasında şəxsi heyətin mənəvi ruhunun və şüurlu intizamın möhkəmləndirilməsində, döyüş tapşırıqlarının yerinə yetirilməsində əldə etdiyi nailiyyətlərə görə təltif olunmuşdur. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri tərəfindən verilmiş yanvar N-ci il tarixli Fəxri Fərmandan görünür ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə xüsusi xidmətlərinə görə “Vətən müharibəsi” dövründə arxa cəbhədə göstərdiyi yüksək peşəkarlıq və fədakarlığa görə təltif olunmuşdur. - Hərbi Xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalın vəsiqəsindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin adından təltif edilmişdir. - N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş 52 nömrəli xx.xx.2020-ci il tarixli yol vərəqəsindən görünür ki, iddiaçı N nömrəli hərbi hissədə (Ağcabədi - Beyləqan rayonları) və N hərbi hissədə (Fizuli (Horadiz)- Əhmədbəyli - Cəbrayıl rayonları) olmuşdur. - N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş N nömrəli xx.xx.2020-ci il tarixli yol vərəqəsindən görünür ki, iddiaçı N nömrəli hərbi hissədə (Ağcabədi - Beyləqan – Fizuli (Horadiz)- Əhmədbəyli - Cəbrayıl – Qubadlı rayonları) olmuşdur. - N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş 69 nömrəli xx.xx.2020-ci il tarixli yol vərəqəsindən görünür ki, iddiaçı N nömrəli hərbi hissədə (Beyləqan – Fizuli (Horadiz)- Cəbrayıl - Zəngilan rayonları) olmuşdur. - N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş 9 nömrəli xx.xx.2020-ci il tarixli yol vərəqəsindən görünür ki, iddiaçı N nömrəli hərbi hissədə (Ağcabədi - Beyləqan rayonları) və N hərbi hissədə (Fizuli (Horadiz) - Əhmədbəyli - Cəbrayıl rayonları) olmuşdur. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Fəxri Fərmandan görünür ki, iddiaçı yüksək döyüş hazırlığının, döyüş qabiliyyətinin təmin olunmasında şəxsi heyətin mənəvi ruhunun və şüurlu intizamın möhkəmləndirilməsində, döyüş tapşırıqlarının yerinə yetirilməsində əldə etdiyi nailiyyətlərə görə təltif olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri tərəfindən verilmiş yanvar N-ci il tarixli Fəxri Fərmandan görünür ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə xüsusi xidmətlərinə görə “Vətən müharibəsi” dövründə arxa cəbhədə göstərdiyi yüksək peşəkarlıq və fədakarlığa görə təltif olunmuşdur. Hərbi Xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalın vəsiqəsindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Prezidenti adından Müdafiə Nazirliyi tərəfindən təltif edilmişdir. Beləliklə də məhkəmə araşdırması zamanı iddiaçının 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən kifayət qədər sübutlar – sənədlər məhkəmə tərəfindən müəyyən edilərək tədqiq edilmişdir. Odur ki, sadalan sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən iddiaçının iddiasının təmin edilməsi üçün əsasdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə nin müddəalarına əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Sadalanan qanunvericilik normalarından müəyyən edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı istefada olan polkovnik-leytenant İddiaçı “Vətən müharibəsi” dövründə Müdafiə Nazirliyinin tabeçiliyində olan N nömrəli hərbi hissədə xidmət keçdiyindən “Müharibə veteranı” statusu verilmiş, lakin sonradan həmin status ləgv edilmişdir. İddiaçı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, barəsində müsbət qərar qəbul edilməmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli 4/3-7792 saylı məktubunda qeyd edilmişdir ki, iddiaçı istefada olan polkovnik-leytenant İddiaçı “Vətən müharibəsi” dövründə Müdafiə Nazirliyinin tabeçiliyində olan N nömrəli hərbi hissədə xidmət keçdiyindən ona “Müharibə veteranı” statusu verilmişdir. Azərbaycan Respublikasının Müdafiə nazirinin xx.xx.N-ci il tarixli müvafiq əmrinə əsasən onun xidmət keçdiyi N nömrəli hərbi hissə döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin siyahısında olmadığına və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəb rəisinin xx.xx.2022-ci il tarixli 653 nömrəli məktubuna əsasən iddiaçıya verilmiş “Müharibə veteranı” statusu ləğv olunmuş və ona təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi dayandırılmışdır. Cavabdehə ünvanlanmış Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin xx.xx.2022-ci il tarixli 653 nömrəli məktubu ilə bildirilmişdir ki, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarə rəisinin 28 sentyabr 2020-ci il tarixli 26/118 nömrəli telefonoqramasına əsasən 051, N və N nömrəli hərbi hissələrin tamamlama mərkəzlərinə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən ezam olunmuş hərbi qulluqçularının adları “Müharibə veteranı" adı və "Azərbaycan Respublikasının Müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim olunmuşdur. X8 Baş İdarəsi Hərbi Təhsil İdarəsinin Təhsil şöbəsinin rəisiidarə rəisinin müavininin 29 noyabr N-ci il tarixli 707 nömrəli məktubuna əlavə olaraq göndərdiyi Nazirlər Kabinetinin qərarına əsasən göstərilən meyarların 1-ci, 2-ci və 3-cü bəndlərinə uyğun olmadığı üçün həmin hərbi qulluqçuların adlarının “Müharibə veteranı" və “Azərbaycan Respublikasının Müharibə veteranı” vəsiqəsinin verilməsi haqqında siyahıdan çıxarılması barədə müvafiq qərar qəbul edilməsi üçün göndərilmişdir. Məktuba qoşmada Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən tamamlama hərbi hissələrinə ezam olunmuş hərbi qulluqçuların adlı siyahısında iddiaçının adı 5-cı sırada göstərilmişdir. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya”nın xx.xx.2023-cü il tarixli 4/3-1838 nömrəli məktubunda göstərilmişdir ki, N (,) nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməyib (Əsas: Azərbaycan Ordusunun “Vətən Müharibəsi” dövründə döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrinin müəyyənləşdirilməsi haqqında” Müdafiə nazirinin 04 mart N-ci il tarixli 062 nömrəli əmri). 4 saylı DOST Məkəzinin xx.xx.2022-ci il tarixli **********3 nömrəli arayışından görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən 80 manat məbləğində Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü müddətsiz təyin edilmişdir. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası”nın xx.xx.2023-cü il tarixli 4/3-4514 nömrəli məktubundan görünür ki, iddiaçının “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərinə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 04 mart N-ci il tarixli əmrinə əsasən N nömrəli hərbi hissə N sentyabr 2020-ci il tarixdən N noyabr 2020-ci il tarixədək döyüşən hərbi hissələrin siyahısında olmadığına görə vətəndaş İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir. Lakin məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya verilmiş Müharibə veteranı statusunun ləgvi ilə baglı hərəkətləri, həmçinin də iddiaçının həmin statusunun bərpası ilə baglı müraciəti üzrə imtinası qanunsuz olmaqla yanaşı, həm də əsassız olmuşdur. Belə ki, iddiaçıya Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri tərəfindən, o cümlədən döyüş tapşırıqlarının yerinə yetirilməsində əldə etdiyi nailiyyətlərə görə xx.xx.2020-ci il tarixdə Fəxri Fərman verilmiş, bundan başqa hərbi hissə komandirinin yanvar N-ci il tarixli Fəxri Fərmanında göstərilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə xüsusi xidmətlərinə görə “Vətən müharibəsi” dövründə arxa cəbhədə göstərdiyi yüksək peşəkarlıq və fədakarlığa görə təltif olunmuşdur, eyni zamanda iddiaçı hərbi xidmətdə fərqlənməyə görə Azərbaycan Respublikası Prezidentinin adından 3-cü dərəcəli medalla təltif edilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş N saylı hərbi hissə komandirinin xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli yol vərəqələrindən görünür ki, iddiaçı N və N saylı hərbi hissələrdə olmuşdur. Göründüyü kimi tədqiq edilmiş sübutlar iddiaçının 2020-ci il sentyabrın 27-dən noyabrın 10dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən mötəbər sübutlardır. Məhkəmə kollegiyası hesab edir ki, həmin sənədlərin cavabdeh tərəfindən nəzərə alınmaması həm də ədalətsiz olmuşdur. Belə ki, cavabdehin qanunsuz hərəkətləri Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsində (Vətəni müdafiə) nəzərdə tutulmuş vəzifəni layiqincə yerinə yetirən, hətta buna görə ən yüksək səviyyədə təltif edilmiş iddiaçının hüquqlarının kobud şəkildə pozulması fonunda, sosial ədalətin pozulmasına səbəb olmuşdur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1828/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1828/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar