Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(103)-4901/2025 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədov Ceyhun Bəşir oğlu və Ismayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçı iddiaçı2 Müəssisəsinin nümayəndəsi və vəkili nümayəndə1, iddiaçı iddiaçı1, iddiaçı iddiaçı1 nümayəndəsi və vəkili vəkil1, cavabdeh cavabdeh1 nümayəndəsi X5 iştirakı ilə, Iddiaçı iddiaçı2 Müəssisəsinin cavabdeh Bakı şəhəri cavabdeh2 qarşı (üçüncü şəxs iddiaçı1) “sərəncamın ləğv edilməsi” tələbinə dair və iddiaçı iddiaçı1 cavabdeh cavabdeh1 qarşı (üçüncü şəxslər cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi və iddiaçı2 Müəssisəsi) “sərəncamın və onun əsasında verilmiş çıxarışın qismən ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərardadından iddiaçı iddiaçı2 Müəssisəsi və iddiaçı iddiaçı1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Iddiaçı iddiaçı2 Müəssisəsi cavabdeh Bakı şəhəri cavabdeh2 qarşı (üçüncü şəxs iddiaçı1) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər cavabdeh2 *** saylı, ##.##.2012-ci il tarixli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı iddiaçı1 cavabdeh cavabdeh1 qarşı (üçüncü şəxslər cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi və iddiaçı2 Müəssisəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin ##.##.2011-ci il tarixli, *** №-li Sərəncamının qismən - ünvan 2 ünvanında yerləşən 25331 kv.metr torpaq sahəsinin “X2 Pazarlama LTD“ Şirkəti tərəfindən özəlləşdirilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin ##.##.2011-ci il tarixli, *** №-li Sərəncamının qismən - ünvan 2 ünvanında yerləşən 25331 kv.metr torpaq sahəsinin 2400 kv.metr artıq hissəsini təşkil edən 1331 kv.metr hissədə özəlləşdirilməsinin ləğv edilməsi və ##.##.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli (çıxarışın) qeydiyyatın qismən ləğv edilməsi barədə qərarın qəbul edilməsi” kimi dəyişdirilmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*/**** nömrəli, ##.##.2024-cü il tarixli qərardadı ilə *-*(***)-*/**** nömrəli inzibati iş üzrə məhkəmə icraatının *-*(***)-***/**** nömrəli inzibati iş üzrə məhkəmə icraatı ilə birləşdirilməsi, inzibati işə *-*(***)-*/**** saylı nömrə altında baxılması qərara alınmışdır. Bakı Inzibati Məhkəməsinin (hakim Ləman Musayeva) *-*(***)-*/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərardadı ilə hər iki iddia - iddiaçı iddiaçı2 Müəssisəsinin cavabdeh Bakı şəhəri cavabdeh2 qarşı (üçüncü şəxs iddiaçı1) Bakı şəhər Sabunçu RIH-nin üzərinə *** saylı, ##.##.2012-ci il tarixli sərəncamının ləğv edilməsi barədə iddia və iddiaçı iddiaçı1 cavabdeh cavabdeh1 qarşı (üçüncü şəxslər cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi və iddiaçı2 Müəssisəsi) Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin ##.##.2011-ci il tarixli, *** №-li Sərəncamının qismən - ünvan 2 ünvanında yerləşən 25331 kv.metr torpaq sahəsinin 2400 kv.metr artıq hissəsini təşkil edən 1331 kv.metr hissədə özəlləşdirilməsinin ləğv edilməsi və ##.##.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli (çıxarışın) qeydiyyatın qismən ləğv edilməsi barədə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı iddiaçı2 Müəssisəsi apellyasiya şikayəti verərək, qərardadın onun iddiasına münasibətdə ləğv edilməsini və sonrakı prosessual hərəkətlərin davam etdirilməsi məqsədi ilə işin birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda həmin qərardaddan iddiaçı iddiaçı1 apellyasiya şikayəti verərək, qərardadın onun iddiasına münasibətdə ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Iddiaçı iddiaçı2 Müəssisəsi tərəfindən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı2 Müəssisəsi iddiaçı qismində iş üzrə cavabdeh Bakı şəhəri cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Sabunçu RIH-nin üzərinə *** saylı, ##.##.2012-ci il tarixli sərəncamının ləğv edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddianın verilməsinə səbəb ondan ibarət olmuşdur ki, "X3 Pazarlama Ltd" müəssisəsi VN-nin X8 Dövlət Reyestrindən ##.##.2014-cü il tarixli **************** saylı Çıxarışa əsasən xarici investisiyalı hüquqi şəxs qismində qeydiyyatdan keçmişdir və həmin müəssisənin təsisçisi ABŞ-da qeydə alınmış “xxxx” adlı şirkəti olmuşdur. Şirkət yaradılarkən Azərbaycan Respublikası Hökuməti və X7 Hökuməti arasında "Sərmayə qoyuluşunun qarşılıqlı qorunması və təşviq edilməsi haqqında" Müqavilə Vaşinqton şəhərində 1997-ci ilin avqust ayının 1-də imzalanmış və Azərbaycan Respublikasının ## ##### 1998-ci il tarixli ***-IQ saylı Qanunu ilə təsdiq edilmişdir. Şirkətin fəaliyyətinin tənzimlənməsi və inkişaf etdirilməsi məqsədilə BŞIH-nin ##.##.1996-cı il tarixli, **** saylı sərəncamı ilə müəssisənin hüquqi varisi olmuş Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 100% xarici investisiyalı müəssisə kimi qeydə alınmış "X1 və Ağac Ürünləri LTD” müəssisəsinə (sonradan “X4 Pazarlama" LTD) Bakı şəhər, Sabuncu rayon, Bakıxanov qəsəbəsi, Bünyadov küçəsi 4, 2593-cü məhəllənin şimal-qərb hissəsində istehsalat bazasının lahiyələşdirilməsi və tikintisi üçün 2.5 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi mərzlənmiş və sərəncama qəbul edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi ilə iddiaçı2 müəssisəsi arasında bağlanmış torpaq sahəsinin alqı-satqısına dair ## #### 2011-ci il tarixli **** nömrəli müqavilə mövcuddur və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ## #### 2011-ci il tarixli Seriya MA ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Həmin Çıxarışla 2.5331 ha ölçüdə torpaq sahəsi və onun üzərində inşa olunan 4091.9 kv.m ölçüdə tikili xüsusi mülkiyyət kimi tanınmışdır. Hazırda Müəssisə iddiaçının idarəçiliyindədir, əmlaklar torpaq sahəsi ilə birlikdə mülkiyyətinə qəbul edilmişdir. Sabunçu RIH-nin *** saylı, ##.##.2012-ci il tarixli sərəncamına əsasən ünvan 3 saylı ünvanında tikilmiş iki yaşayış otağından sahəsi - 53,3 kv.m 19,6 kv.m qonaq otağından, 39,8 kv.m. köməkçi sahədən ibarət mövcud birmərtəbəli yaşayış evi, həyətdə sahəsi 16,6 kv.m anbar vətəndaş iddiaçı1 adına hüquqi qeydiyyata alınması qərara alınmışdır. Sabunçu RIH-nin *** saylı, ##.##.2012-ci il tarixli sərəncamında iddiaçı1 adına hüquqi qeydiyyata alınan tikililər və torpaq sahəsi “X2 Pazarlama Ltd" müəsisəsinin mülkiyyətində olan sahə olmuş və hazırda da mülkiyyətindədir. Iddia üzrə iddiaçı1 maraqlı şəxs qismində qeyd olunmuşdur. Illərlə icraatı aparılmış inzibati iş üzrə birdən-birə mümkünlük məsələsi müzakirə predmeti olmuş və Bakı Inzibati Məhkəməsinin *-*(***)-*/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadla “Iddiaçı iddiaçı2 Müəssisəsinin cavabdeh Bakı şəhəri cavabdeh2 qarşı (üçüncü şəxs iddiaçı1) Bakı şəhəri Sabunçu RIH-nin üzərinə *** saylı, ##.##.2012-ci il tarixli sərəncamının ləğv edilməsi barədə iddia mümkün sayılmasın....” məzmunda qərarlaşdırılmışdır. Eyni zamanda həmin qərardadla “Iddiaçı iddiaçı1 cavabdeh cavabdeh1 qarşı (üçüncü şəxslər cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi və iddiaçı2 Müəssisəsi) Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin ##.##.2011-ci il tarixli, *** №-li Sərəncamının qismən, ünvan 2 ünvanında yerləşən 25331 kv.metr torpaq sahəsinin 2400 kv.metr artıq hissəsini təşkil edən 1331 kv.metr hissədə özəlləşdirilməsinin ləğv edilməsi və ##.##.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli (çıxarışın) qeydiyyatın qismən ləğv edilməsi barədə iddia mümkün sayılmasın” məzmunda qərarlaşdırılmışdır. Məhkəmənin bu mövqeyi ilə hissəvi olaraq razılaşmırlar və apellyasiya şikayəti verirlər. Həmin qərardadı ilkin iddiaya münasibətdə qanunsuz və əsassız hesab edir və apellyasiya qaydasında mübahisələndirirlər. Qərardadı hakim onunla əsaslandırmışdır ki, “Məhkəmə qeyd edir ki, iddiaçı 2017-ci ildən mübahisləndirilən sərəncam barədə məlumatlı olduğunu bildirmişdir. Belə ki, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2017-ci il tarixli qərarında Bakı şəhər Sabunçu RIH-nin *** saylı, ##.##.2012-ci il tarixli sərəncamının mövcudluğu təsdiq edilmişdir. Iddiaçı prosessual müddətin ötürülməməsini iddia ərizəsində, həmçinin ##.##.2025-ci il tarixli məhkəmə iclasında vurğulamışdır. Odur ki, iddiaçı hesab edir ki, həmin sərəncamın ləğv edilməsi ilə bağlı nəzərdə tutulmuş prosessual müddət ötürülməmüşdür. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli qətnaməsi ilə "X2 Pazarlama LTD” Müəssisəsinin iddiaçı1 qarşı mülkiyyət hüququnun bərpa edilməsi, qeyri-qanuni zəbt olunmuş ərazinin boşaldılması və orada tikilmiş evin özbaşına tikili sayılaraq sökülməsi barədə iddia tələbi qanunsuz və əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Icra Hakimiyyəti başçısının ## ###### 2012-ci il tarixli *** saylı sərəncamına əsasən ünvan * saylı ünvanda tikilmiş iki yaşayış otağından sahəsi 53,3kv.m və 19,6 kv.m qonaq otağından, 39,8 kv.m köməkçi sahədən ibarət mövcud bir mərtəbəli yaşayış evi, həyətdə sahəsi 16,6 kv.m anbar sahəsinin iddiaçı1 adına hüquqi qeydiyyata alınması qərara alınmışdır. Göründüyü kimi, cavabdeh mübahisəli torpaq sahəsini özbaşına zəbt etməmişdir və onun tərəfindən mübahisəli torpaq sahəsində inşa edilmiş ev tikilisi özbaşına tikili hesab oluna bilməz. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı sözügedən sərəncamın mövcudluğundan ##.##.2014-cü il tarixdən artıq məlumatlı idi. Bütün bunlara baxmayaraq, iddiaçı ##.##.2018-ci il tarixdə məhkəməyə müraciət edərək həmin sərəncamı mübahisələndirmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin sərəncamın ləğv edilməsi ilə bağlı nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı hazırkı iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia mümkün sayılmamalıdır.” Hakimin bu yanaşması ilə qətiyyən razılaşmırlar. Qərardad prosessual hüquq normalarının pozulması, maddi hüquq normalarının düzgün tətbiq olunmaması şəraitində qəbul edilmişdir. Ona görə də ilk iddiaya münasibətdə ləğv edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş *** saylı, ##.##.2018-ci il tarixli vəkil sorğusu və ona verilmiş */** saylı, ##.##.2018-ci il tarixli cavab məktubundan görünür ki, sorğu əsasında tələb edilən Sabunçu RIH-nin *** saylı, ##.##.2012-ci il tarixli sərəncamının alınması üçün Mərkəzi Arxiv Idarəsinə müraciət edilməsi məsləhət görülmüşdür. Iddia ərizəsinə əlavə edilmiş *** saylı, ##.##.2018-ci il tarixli vəkil sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı filialı tərəfindən Sabunçu RIH-nin *** saylı, ##.##.2012-ci il tarixli sərəncamı və həmin sərəncamın əsasını təşkil edən sənədlər təsdiq edilmiş şəkildə ona təqdim edilmişdir. Rəsmən həmin sərəncamın varlığı və qüvvədə olması yuxarıda qeyd olunan prosedurlar əsasında müəyyənləşmişdir. Iddiaçı da rəsmən verilmiş bu cavabdan sonra müddəti ötürmədən iddianı vermişdir. Burada heç bir müddət ötürülməsindən söhbət gedə bilməz. Iş materiallarının heç bir səhifəsində, heç bir əsaslarla həmin sərəncamın onlara rəsmən təqdim olunduğunu və ya sərəncamdan xəbərdar olmalarını təsdiq edən sübut yoxdur. Mülki məhkəmə icraatının vəzifələrini təsbit edən MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4-cü maddəsinin 4.1-ci hissəsində isə deyilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə, qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ-hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Bu müddəalara əsaslanaraq hüquqi baxımdan mənafe və maraqları iki qrupa bölmək olar: subyektiv hüquqlarda əhatə olunan mənafe və maraqlar; subyektiv hüquqlardan kənar mövcud olan mənafe və maraqlar. “Mənafe” və “maraq” ifadələrinin geniş sosial məzmun daşımasına əsaslanaraq demək olar ki, subyektiv mülki hüquqlar mənafe və maraqların mühafizəsinin yeganə forması deyildir. Mülki hüquqi mübahisəni həll edən məhkəmələr bir qayda olaraq iddiaçının subyektiv hüquqa malik olmasını müəyyən etdikdə həmin hüququn müdafiəsini təmin edir. Bu hallarda məlumdur ki, məhkəməyə müraciət edən şəxsin marağı pozulmuş və yaxud mübahisələndirilmiş hüquqlarının bərpa olunmasında özünü göstərir. Məsələn, əmlakını qanunsuz şahiddən tələb edən şəxsin marağı həmin əmlak üzərində mülkiyyət hüququnu bərpa etməkdən ibarətdir. Məhkəmə iddiaçının tələb etdiyi əmlak üzərində mülkiyyət hüququnun olmasını müəyyən etdikdə onun iddiasını təmin edir. Bu baxımdan qeyd etmək lazımdır ki, fiziki və hüquqi şəxslərin subyektiv hüquqları normativ hüquqi aktlarda (obyektiv hüquqda) ifadə olunmaqla, hüquq münasibətlərində səlahiyyətə çevrilir. Subyektiv hüquqa malik olan şəxslər bu hüquqa qarşı vəzifə daşıyan şəxslərdən müəyyən hərəkətləri etməyi tələb etmək səlahiyyətinə malik olur. Bu əsaslarla da müəyyən olunur ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin müddətlə bağlı mümkünlük şərtlərinə qiymət verilərkən işin hallarının hərtərəfli araşdırılması prinsipi pozulmuşdur. Mövcud işdə isə birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası IPM-nin 12, 13 və 48-ci maddələrində müəyyən edilmiş “Işin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin yardım etmək vəzifəsi” ilə bağlı tələblər pozulmuşdur. Iddiaçı iddiaçı1 tərəfindən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*/**** saylı qərardadı ilə onun cavabdeh Azərbaycan Respublikası Iqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı «sərəncamın və onun əsasında verilmiş çıxarışın qismən ləğv edilməsi» barədə iddia ərizəsi mümkün sayılmamışdır. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, Bakı Inzibati Məhkəməsinin qərardadı prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, bu səbəbdən də qanusuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi iddia tələbinin mümkün sayılmamasına dair gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisələndirilən torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəsinin ##.##.2011-ci il tarixli sərəncamı və ##.##.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı2 Şirkəti tərəfindən özəlləşdirildikdən sonra Bakı şəhəri Sabunçu RIH-nin ##.##.2012-ci il tarixli sərəncamı ilə ona ayrılmışdır. Torpaq sahəsi iddiaçı2 Şirkətinə ayrılan zaman onun torpaq sahəsi üzərində hər hansı hüquqları qeydə alınmamışdır. Odur ki, onun hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı qeyd edir ki, işdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2006-cı tarixli, *-***/** saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək mübahisəli torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinə pasport qeydiyyatına alınmağı qət edilmişdir. Həmin qətnamə ilə onun 2000-ci ildən mübahəsələndirilən torpaq sahəsində fərdi yaşayış evi tikərək orda yaşamağı müəyyən edilmişdir. Mübahisələndirilən torpaq sahəsi 2000-ci ildən onun daimi istifadə və sahibliyindədir. Həmçinin işin mübahisəsiz halıdır ki, Bakı şəhər Icra Hakimiyyətinin ##.##.1996-cı il tarixli, **** saylı sərəncamı ilə iddiaçı2 Şirkətinə (varisi olduğu hüquqi şəxsə) 2,4 ha (2400 kv.m) torpaq sahəsi ayrılmış və onun 2000-ci ildən istifadəsində və sahibliyində olan 1331 kv.m torpaq sahəsi qeyd olunan 2.4 ha sahənin tərkib hissəsi olmamışdır. Mübahisələdirilən torpaq sahəsi Bakı şəhər Icra Hakimiyyətinin ##.##.1996-cı il tarixli, **** saylı sərəncamına əlavə edilmiş ayrıc aktında 2.4 ha torpaq sahəsinin tərkib hissəsi olmadığından, Bakı şəhər Icra Hakimiyyəti başçısının ##.##.2016-cı il tarixli, *** №-li Sərəncamı ilə inşa etdiyi fərdi yaşayış evinin yerləşdiyi 0,18 ha torpaq sahəsi onun istifadəsinə verilmiş və onun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi ilə birlikdə hüquqi qeydiyyata alınmasının təmin edilməsi müəyyən edilmişdir. Göründüyü kimi, Bakı şəhəri Sabunçu RIH-nin ##.##.2012-ci il tarixli sərəncamının və Bakı şəhər Icra Hakimiyyəti başçısının ##.##.2016-cı il tarixli, *** №-li Sərəncamının verilməsinə əsas mübahisələndirilən torpaq sahəsinin 2000-ci ildən onun daimi istifadə və sahibliyində olması, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etməyi və Bakı şəhər Icra Hakimiyyətinin ##.##.1996-cı il tarixli, **** saylı sərəncamına əlavə edilmiş ayrıc aktında 2.4 ha torpaq sahəsinin tərkibində olmaması olmuşdur. Əgər mübahisələndirilən torpaq sahəsi Bakı şəhər Icra Hakimiyyətinin ##.##.1996-cı il tarixli, **** saylı sərəncamına əlavə edilmiş ayrıc aktında 2.4 ha torpaq sahəsinin tərkib hissəsini təşkil etsəydi, o zaman Bakı şəhər Icra Hakimiyyəti başçısının ##.##.2016-cı il tarixli, *** №-li Sərəncamının verilməsinə əsas yaranmazdı. Bununla da mübahisələndirilən torpaq sahəsinin 2000-ci ildən onun daimi istifadə və sahibliyində olması, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edib həmin evdə yaşamağı və Bakı şəhər Icra Hakimiyyətinin ##.##.1996-cı il tarixli, **** saylı sərəncamına əlavə edilmiş ayrıc aktında 2.4 ha torpaq sahəsinin tərkib hissəsinin olmaması və bunun da nəticəsində Bakı şəhəri Sabunçu RIH-nin ##.##.2012-ci il tarixli sərəncamının və Bakı şəhər Icra Hakimiyyəti başçısının ##.##.2016cı il tarixli, *** №-li Sərəncamının qəbul edilməsi onun nəticə etibarı ilə hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququnun olmasını təsdiq edir. Göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi qeyd olunan əhəmiyyətli halları nəzərə almamış, Azərbaycan Respublikası IPM-nin 35.1-ci maddəsini mübahisiyə düzgün tətbiq etməmiş, bununla da iddianın mümkün sayılmamasına dair qanunsuz və əsassız məhkəmə aktı qəbul etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı iddiaçı2 Müəssisəsinin nümayəndəsi və vəkili nümayəndə1 iddiaçı iddiaçı2 Müəssisəsinin apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı iddiaçı1 apellyasiya şikayətinə isə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı iddiaçı1, iddiaçı iddiaçı1 nümayəndəsi və vəkili vəkil1 iddiaçı iddiaçı1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı iddiaçı2 Müəssisəsinin apellyasiya şikayətinə isə etiraz edərək təmin edilməməsini xahiş etmişlər. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh1 nümayəndəsi X5 iddiaçı iddiaçı2 Müəssisəsinin apellyasiya şikayətinin təmin edilməsini, iddiaçı iddiaçı1 apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh Bakı şəhəri cavabdeh2, üçüncü şəxs cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, hər iki apellyasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı Inzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Iddia müddətinin axımının başlanğıcı şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu anla əlaqəlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, hər iki iddia tələbi üzrə iddianın mümkünlüyü məsələsi ilə bağlı iddiaçılara hüquqi yardım edilməmiş, bununla əlaqədar tərəflərin fikri dinlənilməmiş, iddianın mümkünlüyü məsələsi tərəflərin iştirakı ilə müzakirə edilməmişdir. Belə ki, prosessual müddətin buraxılıb-buraxılmaması, buraxılmışdırsa, bunun səbəbləri və bərpa edilməsinin mümkünlüyü, eləcə də buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin və müddətin buraxılmasının üzrlü hesab edilməsi barədə sübutların verilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya hüquqi yardım edilməmiş, bununla əlaqədar müzakirə aparılmamış və müvafiq şərait yaradılmamışdır. Həmçinin subyektiv hüququn mövcud olmasını təsdiq edən sübutun təqdim edilməsi imkanları, bununla bağlı iddianın mümkünlüyü məsələsinə təsir edən hallar iddiaçıya izah edilməmiş və bunun aradan qaldırılması imkanları müzakirə edilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən hər iki iddia üzrə iddiaçılara hüquqi yardım edilməmiş, iddianın mümkün sayılmamasına səbəb olan halların aradan qaldırılması üçün müvafiq hüquqi təkliflər verilməmiş, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaradılmamış, bununla bağlı hər hansı sübut iş materiallarında mövcud deyildir. Lakin birinci instansiya məhkəməsi qeyd olunanlarla bağlı iddiaçıya hüquqi yardım etməli, bundan sonra iddianın mümkünlük məsələsinə qiymət verilməlidir. «Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli * nömrəli qərarında qeyd edilir: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. Işin araşdırılması prinsipi bu hallara da şamil olunur. IPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 3.1. Inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. IPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 3.5. Apellyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməlidirlər. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Göründüyü kimi, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Apellyasiya instansiyası məhkəməsi isə iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidir. Lakin birinci instansiyası məhkəməsi iddiaçıya hüquqi yardım etmədən, yardım etmək vəzifəsinə əməl etmədən iddianı mümkünsüz saymışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hər iki iddianı mümkün saymamaqla birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Bu səbəbdən də hər iki apellyasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı Inzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Inzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Iddiaçı iddiaçı2 Müəssisəsi və iddiaçı iddiaçı1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərardadı ləğv edilsin və inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı Inzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-4901/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4901/2025
13.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver