Məhkəmə qərarları › İş №2-1(103)-4903/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4903/2025

17.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4903/2025 17.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Arif qızının sədrliyi və məruzəsi ilə, X1 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Burcalıyev Ələsgər Müşfiq oğlunun katibliyi, İddiaçı, Cavabdehin Dövlət Sosial X4 Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial X4 hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli, 2-1(112)-9549/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 fevral 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ondan 95069,30 manat pul vəsaitinin tutulması haqqında qərarının ləğv edilməsi və tutulmuş pul vəsaitinin ona qaytarılması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2018-ci ildə hərbi xidmətdən ehtiyata buraxılmışdır və xx.xx.2018-ci il tarixindən cavabdeh tərəfindən ona yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdən yenidən 2-ci dəfə hərbi xidmətə çağırılmış və 2024-cü ilin sentyabr ayında yenidən ehtiyata buraxılmış və onun əmək pensiyası xx.xx.2024-cü il tarixdən yenidən hesablanmış və bu tarixdən də güya artıq ödənilmiş 95069,30 manat artıq pul vəsaiti hər ay 190 manat olmaqla cavabdeh tərəfindən ondan tutulmağa başlanılmışdır. İddiaçı xx.xx.2025-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək ondan tutulan pul vəsaitinin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müraciətinə cavab olaraq cavabdeh tərəfindən ona ünvanlanmış xx.xx.2025-ci il məktubla bildirilmişdir ki, iddiaçıya 95069,30 manat artıq pul vəsaiti ödənildiyi müəyyən olunmuşdur və bu pul vəsaiti 2024-cü ilin oktyabr ayından etibarən hissə-hissə əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Cavabdehin mövqeyi ilə razı deyil. Hesab olunur ki, iddiaçıdan tutulmuş pul vəsaiti geri qaytarılmalı, tutulması planlaşdırılan 94525,28 manat ondan tutulmamalıdır.

3. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək iddia tələbinin “iddiaçıdan tələb edilən 95.069,30 manat artıq ödənildiyi qeyd edilən pul vəsaitindən tutulmuş 544,02 manat pul vəsaitinin geri qaytarılması və 1216,26 manat pul vəsaitinin büdcəyə bərpa edilməsinə dair xx.xx.2024-cü il tarixli qərarının həmin hissədə ləğv edilməsini, həmin vəsaitin və tutulmuş digər məbləğlərin də geri qaytarılması və yerdə qalan artıq ödənildiyi qeyd edilən pul vəsaitinin iddiaçıdan tutulmasının cavabdehə qadağan edilməsi” formasında icraata qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli Qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

4. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, aparılmış araşdırma nəticəsində xx.xx.2018-ci il tarixindən etibarən İddiaçı yenidən xidmətə cəlb olunduğu aşkar olunmuşdur. Əmək pensiyasının səhv təyin edilməsi inzibati orqana xx.xx.2023-cü il tarixdə bəlli olmuşdur. Bundan sonra, Mərkəzi Filialın xx.xx.2023cü il tarixli 3-17-1/3-7-11387/2023 nömrəli qərarı ilə əmək pensiyası qulluq stajına görə əlavəsi dayandırılaraq yalnız sığorta hissəsindən ibarət olmaqla hesablanmışdır. Eyni zamanda, əmək pensiyası 2 iyul 2018-ci il tarixindən hesablanaraq ona 95069,30 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin vəsaitin 544,02 manat hissəsi xx.xx.2023-xx.xx.2024-cü il tarixli arasındakı dövr ərzində hissə-hissə əmək pensiyasından tutularaq büdcəyə bərpa olunmuş, qalıq artıqödəmə 94525,28 manat təşkil etmişdir. Qanunun 9.6.1-ci maddəsinə uyğun olaraq, iddiaçının sonuncu xidmət keçdiyi orqan tərəfindən ona dair təqdim olunmuş yeni məlumat vərəqinə əsasən 42 il 28 gün xidmət müddətinə görə Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-17315/2024 nömrəli qərarı ilə əmək pensiyası müvafiq təminat xərcliyinin (2885,50 manat) 100 faizi - 2885,50 manat (2022-ci il ərzində ödənilmiş maddi yardım məbləğinin 1 aya düşən hissəsinin 2023-cü və 2024-cü illər üzrə indeksləşdirilərək pensiyanın tərkibinə daxil edilməsi nəzərə alınmaqla 2906,75 manat) məbləğində müəyyən edilmişdir. Həmçinin 17 sentyabr 2024-cü il tarixindən yenidən hesablanaraq ona ödənilməli olan 1216,26 manat fərq məbləği müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən, iddiaçıya artıq ödənilmiş qalıq 94525,28 manat vəsaitdən ona ödənilməli olan ümumilikdə 1216,26 manat vəsait çıxılaraq büdcəyə bərpa edilmişdir. Qalıq artıq ödənilmiş 93309,02 manat vəsait 2024-cü ilin oktyabr ayından etibarən hissə-hissə əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

II. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9549/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial X4 hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması” haqqında xx.xx.2024-cü il tarixli qərarı-1216,26 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi hissəsində ləğv edilməsi, İddiaçı tutulmuş 544,02 manat, həmçinin 1216,26 manat vəsaitin və tutulmuş digər məbləğlərin də geri qaytarılması və yerdə qalan artıq ödənildiyi qeyd edilən pul vəsaitinin iddiaçıdan tutulmasının cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial X4 hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qadağan edilməsi qərara alınmışdır.

6. Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçıya xx.xx.2018-ci il tarixindən əmək pensiyası təyin edilmiş, daha sonra o, xx.xx.2018-ci il tarixindən etibarən yenidən dövlət xidmətinə cəlb olunmuşdur. Cavabdeh tərəfindən aparılmış araşdırma nəticəsində iddiaçının pensiyasının hesablanmasında səhvə yol verildiyi və nəticədə ona 95069,30 manat məbləğində artıq pensiya ödənişi həyata keçirildiyi müəyyən edilmişdir. Cavabdeh özü də təsdiq edir ki, qeyd olunan məbləğin 544,02 manat hissəsi xx.xx.2023– xx.xx.2024-cü il tarixləri arasında iddiaçının əmək pensiyasından hissə-hissə tutulmaqla dövlət büdcəsinə bərpa olunmuş, qalan 94525,28 manat məbləğində vəsaitin isə tutulması prosesi davam etdirilməkdədir. Bundan əlavə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6.1-ci maddəsinə uyğun olaraq, iddiaçının sonuncu xidmət keçdiyi orqan tərəfindən təqdim edilmiş yeni məlumat vərəqəsi əsasında 42 il 28 gün xidmət müddətinə görə onun əmək pensiyası yenidən hesablanmış və Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3- 17315/2024 nömrəli qərarı ilə pensiya məbləği müvafiq təminat xərcliyinə uyğun şəkildə müəyyən edilmişdir. Bu hesablamaya əsasən büdcəyə əlavə olaraq 1216,26 manat məbləğində vəsait bərpa olunmuşdur. Göründüyü kimi, cavabdeh orqan iddiaçının pensiyasından artıqödəmə adı altında vəsaitin tutulmasını həyata keçirmiş, qalan məbləğin isə pensiyadan mərhələli şəkildə tutulmasını davam etdirməkdədirGöründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə iddiaçının əmək pensiyasından tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi müəyyən edilmir. Belə ki, əmək pensiyasının ehtimal olunan artıq ödənilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir. Qeyd olunanları nəzərə almaqla, məhkəmə hesab edir ki, qərar əlverişli inzibati aktların və ya inzibati orqanın əlverişli xarakter daşıyan hərəkətlərinin iddiaçıya pul ödənişinin həyata keçirilməsi ilə nəticələnən hüquqi nəticəsinin aradan qaldırılmasına yönəldiyindən, əlverişli inzibati aktın isə hazırkı işin faktiki halları nəzərə alınmaqla hüquqi nəticələrinin aradan qaldırılmasına yol verilmirGöründüyü kimi əmək pensiyasının artıq hesablanması şəxsin ziyanına şərh olunacağı halda belə, həmin hərəkətin əlverişli hesab edilməsi xarakteri aradan qalxmır və hazırkı faktiki hallar nəzərə alınmaqla iddiaçının etimad hüququna istinad etməsi istisna olunmadığından hazırkı tələb göstərilən hissədə təmin edilməlidir. Belə olan halda Məhkəmə hesab edir ki, 1216,26 manat pul vəsaitinin büdcəyə bərpa edilməsinə dair xx.xx.2024-cü il tarixli qərarının həmin hissədə ləğv edilməlidir. Qərarın ləğvi ilə yanaşı, həmçinin iddiaçıdan tələb edilən 95.069,30 manat artıq ödənildiyi qeyd edilən pul vəsaitindən tutulmuş 544,02 manat pul vəsaitinin geri qaytarılması, 1216,26 manat vəsaitin və tutulmuş digər məbləğlərin də geri qaytarılması və yerdə qalan artıq ödənildiyi qeyd edilən pul vəsaitinin iddiaçıdan tutulması cavabdehə qadağan edilməlidir.

7. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X4 Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

III. Apellyasiya şikayətinin dəlilləri:

8. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmışdır.

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

IV. Tərəflərin izahatları:

10. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Eyni zamanda iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı tutulmuş 544 manat, həmçinin 1216 manat, eləcə də aylıq olaraq xx.xx.2024-cü il tarixdən tutulan 290.67 manat vəsaitin ona geri qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsi və iddiaçıdan pul vəsaitinin tutulmasının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X4 Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qadağan edilməsini xahiş etmişdir.

Əsaslandırıcı hissə

V. Tətbiq olunan hüquq İnzibati Prosessual Məcəllə Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası.

Vİ.Məhkəmənin mövqeyi

12. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

13. İddiaçının hüquqi marağı ondan tutulmuş 544 manat, həmçinin 1216 manat, eləcə də aylıq olaraq xx.xx.2024-cü il tarixdən tutulan 290.67 manat vəsaitin ona geri qaytarıması və ondan tələb edilən 95,069.30 manat puldan tutulmuş hissəindən qalan məbləğin tutulmasının cavabdehə qadağan edilməsindən ibarətdir.

14. İddiaçıya xx.xx.2018-ci il tarixindən hərbi qulluqçu kimi əmək pensiyası təyin edilmiş, daha sonra o, xx.xx.2018-ci il tarixindən etibarən yenidən xidmətə cəlb olunmuşdur. Cavabdeh tərəfindən aparılmış araşdırma nəticəsində iddiaçının pensiyasının hesablanmasında səhvə yol verildiyi və nəticədə ona 95069,30 manat məbləğində artıq pensiya ödənişi həyata keçirildiyi müəyyən edilmişdir. Cavabdeh özü də təsdiq edir ki, qeyd olunan məbləğin 544,02 manat hissəsi xx.xx.2023–xx.xx.2024-cü il tarixləri arasında iddiaçının əmək pensiyasından hissə-hissə tutulmaqla dövlət büdcəsinə bərpa olunmuş, qalan 94525,28 manat məbləğində vəsaitin isə tutulması prosesi davam etdirilməkdədir. Bundan əlavə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6.1-ci maddəsinə uyğun olaraq, iddiaçının sonuncu xidmət keçdiyi orqan tərəfindən təqdim edilmiş yeni məlumat vərəqəsi əsasında 42 il 28 gün xidmət müddətinə görə onun əmək pensiyası yenidən hesablanmış və Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3- 17315/2024 nömrəli qərarı ilə pensiya məbləği müvafiq təminat xərcliyinə uyğun şəkildə müəyyən edilmişdir. Bu hesablamaya əsasən büdcəyə əlavə olaraq 1216,26 manat məbləğində vəsait bərpa olunmuşdur.

15. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial X4 hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması” haqqında xx.xx.2024-ci il tarixli qərarına əsasən iddiaçının pensiya məbləği Qanunun 9.6-cı maddəsinə əsasən yenidən hesablanmış və 2906,75 manat məbləğində müəyyən edilmişdir. Ötən dövr üzrə alınmamış pensiya məbləğlərinə münasibətdə qeyd olunmuşdur ki, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərinə dair 1216,26 manat pul vəsaiti əvəzləşdirilib.

16. Göründüyü kimi, iddiaçının əmək pensiyasından tutma həmin qərar əsasında həyata keçirilmədiyindən həmin xx.xx.2024-cü il tarixli qərar tutmaya münasibətdə hər hansı tənzimləməni həyata keçirmir və məlumat xarakterli olmaqla (tutmaya münasibətdə) inzibati akt keyfiyyətinə malik deyil. Lakin işin mübahisəsiz halı ondan ibarətdir ki, əvəzləşdirmə adı altında iddiaçıdan 1216,26 manat pul tutulub.

17. Bundan əlavə, “Əmək pensiyaları haqqında” Qanununun 39-cu maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh orqan tərəfindən təqdim edilmiş pensiya altsistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2024cü il tarixdən başlayaraq aylıq 290.67 manat pul tutulur. İddiaçı məhkəmə kollegiyasının iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, tutulma hələ də davam etdirilir, cavabdeh qeyd edilən halı mübahisələndirməyərək təsdiq edir. Qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə iddiaçının əmək pensiyasından tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi müəyyən edilmir. Odur ki, xx.xx.2024-cü il tarixdən etibarən iddiaçıdan tutulmuş həmin məbləğ hesablanaraq ona geri qaytarılmalı və əmək pensiyasından tutmanın həyata keçirilməsi cavabdehə qadağan edilməlidir.

18. Odur ki, məhkəmə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

19. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9549/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilməlidir.

Nəticə hissəsi

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94- cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X4 Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9549/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilsin. İddiaçı tutulmuş 544 manat, həmçinin 1216 manat, eləcə də aylıq olaraq xx.xx.2024cü il tarixdən tutulan 290.67 manat vəsaitin ona geri qaytarılması cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X4 Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddiaçı razılığı olmadan onun əmək pensiyasından pul vəsaitinin tutulması cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X4 Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qadağan edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Günel Sevdimalıyeva Hakimlər Pərviz Hüseynov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar